Məhkəmə qərarları › İş №1(009)-28/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-28/2021

28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-28/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2021-ci il tarixdə saat 11:00-da xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ev Ö/T 52 “A”-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin mart ayının əvvəllərində gecə saat 01 radələrində, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu,dalan 4, 38 saylı mənzilin giriş qapısının kilidini sındıraraq açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, orada mənzilin otaqlarında qoyulmuş ev sahibi X2 məxsus 180 manat dəyərində bir ədəd “Samsunq” markalı işlənmiş kondisionerini, 70 manat dəyərində bir ədəd işlənmiş su qızdırıcısını, 500 manat dəyərində bir ədəd “Sharp” markalı işlənmiş paltaryuyan maşınını, 120 manat dəyərində bir ədəd işlənmiş ətçəkən maşınını, 100 manat dəyərində bir ədəd “Bosch”markalı işlənmiş preparatorunu, 50 manat dəyərində bir ədəd işlənmiş lobzikini və 50 manat dəyərində bir ədəd laqondasını-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş şəxs Ələskər Heybətova ümumilikdə cəmi 1070 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin mart ayının əvvəllərində gecə təxminən saat 01 radələrində yaşadığı küçədə daimi yaşayış olmayan, qonşusu Ələskər Heybətova məxsus evin qapısının qıfılını sındırıb mənzilə daxil olmuş, mənzilin otağından bir ədəd işlənmiş köhnə kondisioneri, hamam otağından bir ədəd işlənmiş su qızdırıcını, mətbəx otağından bir ədəd paltaryuyanın mühərrikini və metal hissələri götürmüş, paltaryuyanın plasmas korpusunu isə yerində saxlamış ki, ev yiyəsi oğurluğu başa düşməsin, həmçinin bir ədəd ət çəkən maşını və dəqiq xatırlamadığı bir neçə təmir-tikinti avadanlıqlarını götürüb özü ilə gətirdiyi əl arabasına yığıb aparmış, oğurladığı əşyaları aparıb evinin yaxınlığında gizlətmişdir. Sonra hissə-hissə aparıb müxtəlif yerlərdə əsasən təmirtikinti avadanlıqları Bakı şəhəri, Zığ qəsəbəsi ərazisində və Sabunçu yol dairəsi yaxınlığında tanımadığı şəxslərə razılıq əsasında müxtəlif qiymətlərə satmış, əldə etdiyi pulları özü üçün xərcləmiş, oğurladığı bir ədəd köhnə kondisioneri isə o, əl arabası ilə aparıb Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda daş bazarı ilə üzbə-üz yerləşən metal qəbulu məntəqəsinə metal tullantısı kimi cəmi 15 manata təhvil vermişdim. O, həmin məntəqədə işləyən şəxsə və həmçinin digər əşyaları satdığı tanımadığı şəxslərə həmin əşyaların oğurluq olmasını deməmiş, həmin əşyaların özümə məxsus olduğunu pula ehtiyacı olduğundan satdığını bildirmişdim. Bundan sonra xx xxxx 2020-ci il tarixdə o, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən PB-nə dəvət edib, qonşuluğunda yerləşən Ələskər Heybətova məxsus evdən baş vermiş oğurluqla bağlı sorğular edilərkən, o, polis əməkdaşlarına səmimi olaraq Ələskərin evindən məişət əşyalarını tək oğurladığını etiraf edərək, bir ədəd işlənmiş köhnə kondisioneri təhvil verdiyi məntəqənin yerini göstərmiş, həmin məntəqənin işçisi də ondan köhnə kondisioner almasını etiraf edərək, həmin bir ədəd kondisioneri polisə təqdim etmiş və həmin kondisioner protokolla götürmüşdür. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunun, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyinin, cinayət açılmasında fəal kömək edilməsinin, zərərçəkmiş şəxslər barışdığının, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasının və səhhətində problemlər olmasının nəzərə alınmasını xahiş etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahid ifadələri və cinayət işi üzrə digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri,Səbail rayonu, Salyan yolu,dalan 4, ev 38-də qeydiyyatda olsa da, faktiki Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində ailəsi birlikdə yaşayır. Bakı şəhəri,Səbail rayonu ərazisindəki evinə mütəmadi gəlib baş çəkir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə, həmin evdə təmir işləri apararkən olmuşdur. xx xxxx 2020-ci il tarixdə,saat 12 radələrində, o, Bakı şəhəri, Səbail rayonu ərazisindəki evinə gəldikdə, evin giriş qapısının qıfılı sındırıldığını və evdən 50 manat dəyərində bir ədəd işlənmiş “Samsung” markalı köhnə kondisionerin oğurlanmasını aşkar edib, oğurluq barədə DİN-nin “102” xidmətinə məlumat vermiş, polis əməkdaşları gəlib evə baxış keçirdikdən sonra, 8-ci PB-nə ərizə yazmış, bölmədən çıxıb evə qayıtdıqda, evin hamam otağından 70 manat dəyərində bir ədəd su qızdırıcısının, mətbəxdən 500 manat dəyərində bir ədəd işlənmiş “Sharp” markalı paltaryuyan maşının,120 manat dəyərində bir ədəd ətçəkən maşınının,100 manat dəyərində “Bosch” markalı drel-preparatorun,50 manat dəyərində bir ədəd lobzikin, 50 manat dəyərində bir ədəd laqondanın ümumilikdə cəmi 940 manat dəyərində əmlakının oğurlanmasını aşkar etmiş, vaxt gec olduğundan bu barədə polisə əlavə məlumat verməyib evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə, o, yenidən Səbail RPİ-nin 8-ci PB-nə gedib sonradan aşkar etdiyi oğurluq əşyalar barədə əlavə ərizə vermişdir. Zərərçəkmiş şəxs X5, məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanının tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4,ev 38 ünvanında yaşayır, heç bir yerdə işləmir, mütəmadi spirtli içki qəbul edib tüfeyli həyat tərzi keçirir. 2020-ci ilin yanvar ayının əvvələrindən evində onunla birlikdə eyni tüfeyli həyat tərzi keçirən tanışı İsmayıl yaşayır. İsmayıl gündüzlər fəhləlik edib pul qazanır, axşamlar isə qazandığı pula aldığı spirtli içkini birlkdə qəbul edirlər. 2020-ci ilin mart ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı günü gecə saat 01-02 radələrində yaşadığı evdə olan zaman qonşusu Ələskərin həyətindən səs gəlməsini eşidib bayıra çıxmış, bu zaman küçədə heç kimin olmadığını, ancaq bir nəfər şəxsin əl arabası dolu 20-ci sahə dairəsi istiqamətində yük aparmasını görmüş, həmin şəxsə arxadan diqqətlə baxdıqda qonşuluqda yaşayan Rahimin olmasını görüb evinə qayıtmış, həmin vaxt Rahim tək olmuş və Rahim onun özünü görməsini bilməmişdir. Bir neçə gün sonra qonşuluqda yaşayan Ələskər evinə baş çəkməyə gəldikdə evində oğurluq olmasını aşkar etmiş, ondan bu barədə soruşduqda, o, bir neçə gün əvvəl gecə vaxtı həyətdən səs eşidib bayıra çıxdıqda küçədə qonşuluqda yaşayan Rahimin əl arabası ilə yük aparmasını görməsini,ola bilsin Rahimin Ələskərin evindən oğurluq törətməsini o, demişdir. Sonra Ələskər evindən oğurluq olması ilə bağlı polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, 2020-ci ilin mart ayının sonlarına kimi təxminən son bir il ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 3 ünvanda yerləşən metal qəbulu məntəqəsini, hər gün səhər saat 09 radələrindən axşam saat 22 radələrinə kimi işlətmişdir. Məntəqədə gün ərzində müxtəlif şəxslərin gətirdikləri əlvan metal tullantılarını müvafiq ödənişlə qəbul edib, topladığı metal qırıntılarını, ay ərzində iki-üç dəfə məntəqəyə gələn metal qırıntılarını toplayan zavod nümayəndələrinə təhvil vermişdir. 2020-ci ilin mart ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı günü, axşam saat 22 radələrində, o, işlədiyi məntəqədə olduğu zaman oraya bir nəfər cavan orta yaşlı oğlan sürdüyü əl-arabasında bir ədəd “Samsung” markalı köhnə işlənmiş kondisioner gətirib, köhnə və işləmədiyini əsas gətirərək metal qiymətinə təhvil vermək istədiyini bildirmiş, o, həmin model kondisionerdən metal az çıxdığından, əvvəlcə qəbul etmək istəməmiş, lakin həmin şəxs ona hansı qiymət versə razı olacağını dedikdə, o, köhnə kondisionerə görə cəmi 15 manat ödəyib təhvil almışdır. Həmin kondisioner məntəqə bir neçə gün qalmış, xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində o, işlədiyi məntəqədə olduğu zaman, oraya Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları ilə birlikdə, bir neçə gün öncə ona bir ədəd köhnə kondisioner təhvil vermiş şəxs,həmin an polis əməkdaşlarından adı Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs gəlib, məntəqəni və onu göstərərək bir ədəd kondisioneri təhvil verməsini bildirdikdə, o, da bunu təsdiq edərək, məntəqədə qalmış həmin bir ədəd köhnə kondisioneri göstərmiş, bu zaman o, polis əməkdaşlarından təhvil aldığı kondisionerin oğurluq olmasını öyrənmiş və polis əməkdaşları həmin kondisioneri protokolla götürmüşlər. O, həmin kondisioneri Rahimin tək gətirib təhvil verməsini, kondisionerin oğurluq olmasını, haradan və kimdən oğurlamasını deməməsini, həmin kondisionerin Rahim özünə məxsus olmasını deməsini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Bakı şəhəri,Səbail RPİ-nin 8-ci PB-də təhqiqatçı polis baş leytenantı vəzifəsində işləyir. Belə ki, xx xxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-də növbətçi təhqiqatçı kimi əməliyyat qrupunda xidmətdə olarkən, 8-ci PB-nin növbətçi hissəsinə DİN-nin “102” xidmətindən ünvan 3 ünvanda qeydiyyatda olan X1 evindən bir ədəd kondisionerin oğurlanması barədə daxil olmuş məlumat üzrə araşdırmanın aparılması ona həvalə edilmiş, həmin məlumat əsasında tərəfindən PB-nə dəvət edilmiş Zərərçəkmiş şəxs, həmin günü qeydiyyatda olduğu evə saat 12 radələrində gəldikdə, evin giriş qapısının kilidi açıq olmasını, evdən bir ədəd 50 manat dəyərində işlənmiş köhnə kondisionerin oğurlanması barədə ərizə və izahat vermişdir. Həmin müraciət əsasında tərəfindən mənzilə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək fakt üzrə ilkin təhqiqat aparılmışdır. xx xxxx 2020-ci il tarixdə, Ələskər Heybətov təkrar 8-ci PB-nə ərizə ilə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə evindən kondisioner oğurlanmasını aşkar edib bu barədə ərizə versə də, həmin vaxt evdəki əşyalara dəqiq baxmadığını, sonradan evindən həmin oğurluq zamanı əlavə bir ədəd paltaryuyan, bir ədəd drel, bir ədəd laqonda, bir ədəd lobzik və bir ədəd su qızdırıcının oğurlanmasını aşkar etməsini göstərərək, bu haqda təkrar ətraflı izahat vermişdir. Sonra o, Zərərçəkmiş şəxs təkrar ərizəsi ilə əlaqədar, qeyd etdiyi əşyaların oğurlandığı yerlərə və evə təkrar baxış keçirmiş, fotoşəkillər çəkmiş, oğurluq faktı ilə bağlı topladığı materialı xx xxxx 2020-ci il tarixdə aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-nə göndərmişdim. Bundan sonra, Bakı şəhəri, Səbail RPİnin 8-ci Polis bölməsinin əməliyyatçılarının həmin oğurluq cinayətinin açılması istiqamətində apardıqları əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək Polis bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs ilə aparılan söhbətlər zamanı qonşuluğunda yerləşən Ələskər Heybətovun evindən məişət əşyalarını yəni kondisioner, paltaryuyan, su qızdırıcı və digər müxtəlif məişət əşyalarını bir neçə gün öncə gizli olaraq gecə saatlarında oğurlayıb apararaq, Bakı şəhəri, Zığ qəsəbəsi və Sabunçu yol dairəsi ərazisində tanımadığı ayrı-ayrı şəxslərə ucuz qiymətə satmasını, həmin əşyalardan bir ədəd köhnə işlənmiş kondisioneri isə Bakı şəhəri, Bayıl qəsəbəsi, Salyan yolundakı daş bazarın yanında yerləşən metal qəbulu məntəqəsinə, orada işləyən tanımadığı oğlana, köhnə və xarab kondisioner olmasını bildirib metal tullantısı kimi 15 manata təhvil verməsini etiraf edərək, kondisioneri təhvil verdiyi məntəqənin yerini göstərə biləcəyinə dair izahat vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əməliyyat qrupunu həmin metal qəbulu məntəqəsinə aparıb, yerini və təhvil verdiyi şəxsi göstərmişdir. Həmçin məntəqədə işləyən Şahid2 adlı şəxs də Təqsirləndirilən şəxs bir neçə gün əvvəl köhnə xarab kondisioneri təhvil almasını təsdiq edərək təqdim etmişdir. Sonra Şahid2 təqdim etdiyi bir ədəd kondisioner onun tərəfindən protokol tərtib edilərək götürülmüşdür. Bundan sonra onun tərəfindən oğurluq faktına görə toplanmış material şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə aidiyyəti üzrə istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid4, Bakı şəhəri,Səbail rayonu 20-ci sahə Salyan yolu,dalan 4,ev 38 ünvanından X1 əmlakının oğurlanması faktı üzrə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı, həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə müəyyən edilib PB-nə gətirilmiş, sonuncu ilə aparılan söhbətlər zamanı, Təqsirləndirilən şəxs qonşuluğunda yerləşən Ələskər Heybətovun evindən məişət əşyalarını yəni kondisioner, paltar yuyan, su qızdırıcı və digər müxtəlif məişət əşyalarını bir neçə gün öncə gizli olaraq gecə saatlarında oğurlayıb apararaq, Bakı şəhəri,Zığ qəsəbəsi və Sabunçu yol dairəsi ərazisində tanımadığı ayrı-ayrı şəxslərə ucuz qiymətə satmasını, həmin əşyalardan bir ədəd köhnə işlənmiş kondisioneri isə Bakı şəhəri, Bayıl qəsəbəsi, Salyan yolundakı daş bazarın yanında yerləşən metal qəbulu məntəqəsinə, orada işləyən tanımadığı oğlana, köhnə və xarab kondisioner olmasını bildirərək metal tullantısı kimi 15 manata təhvil verməsini etiraf etdiyini, kondisioneri təhvil verdiyi məntəqənin yerini göstərə biləcəyini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əməliyyat qrupunu həmin metal qəbulu məntəqəsinə aparıb, yerini və təhvil verdiyi şəxsi göstərmiş, həmçin məntəqədə işləyən Şahid2 Təqsirləndirilən şəxs bir neçə gün əvvəl köhnə xarab kondisioner təhvil almasını təsdiq edərək təqdim etmişdir. Sonra Şahid2 təqdim etdiyi kondisioner təhqiqatçı tərəfindən onun iştirakı protokolla götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən oğurluq faktına görə toplanmış material şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə aidiyyəti üzrə istintaqa təqdim etmişdir. İş üzrə xx xxxx 2020-ci il tarixdə ifadənin yerində yoxlanması protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 2020-ci ilin mart ayının əvvəllərində,dəqiq tarixini xatırlamadığı günü gecə saat 01 radələrində,Bakı şəhəri,Səbail rayonu, Salyan yolu,dalan 4, 38 saylı mənzilin həyətinə və otağa daxil olduğu yeri,mənzildən məişət əşyalarını götürüyü yeri əyani olaraq göstərmişdir. Məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2533 №-li rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Samsung”markalı “AZ12PHHEA” model 11000 həcmli kondisionerin 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 180,00 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Təqdim edilmiş əşyanın götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, bir ədəd işlənmiş “Samsung”markalı kondisioner iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, saxlanması üçün zərərçəkmiş şəxs X2 təhvil verilmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, yəni 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayər və tələbi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 186.1, 66.3, 69.3-cü maddləri ilə təqsirləndirilərək 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixində vaxtından əvvəl şərti olaraq azad olunmuş və xx xxxxxx 2019-cu il tarixdə sınaq müddəti bitmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 2020-ci ilin mart ayının əvvəlilərində törətdiyi, Səbail Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından isə xx xxxx 20218-ci il tarixdə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi var. Eyni zamanada Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilərək, 384 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Səbail Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilərək, 384 saat ictimai işlər cəzası şöbənin icraatındadır. Belə oan halda məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini birləşdirməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə a ictimai işlərin səkkiz saatı bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinə əsasən ekspertiza xərclərini Təqsirləndirilən şəxs tutulmasını, iş üzrə maddi sübutlar Samsung markalı AZ12PHHEA modeli 11000 həcmli kondisioner zərərçəkmiş X2 qaytarılmasının nəzərə alınmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası bir günə səkkiz saat hesablanmaqla çəkilməmiş 01 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Samsung markalı “AZ12PHHEA” modeli 11000 həcmli kondisionerin zərərçəkmiş X2 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 180,93 (yüz səksən manat doxsan üç qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 420 (dört yüz iyirmi) manat, X6 tərəfindən ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar