Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-47/2021 19.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs videokonfrans formatında iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2021-ci il tarixdə saat 11:00-da xx xxxxxxx 1987-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində xx xxxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılın Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 1, 3 ünvanda yerləşən evin dam örtüyünün qapısı üzərində olan cəftəni sıxıb sındıraraq oraya qanunsuz daxil olmaqla, qiyməti 350 manat olan bir ədəd perferator, qiyməti 250 manat olan bir ədəd qaynaq aparatı, qiyməti 150 manat olan bir ədəd laqunda aparatı, qiyməti 30 manat olan 20 metr uzunluğunda qara rəngli elektrik naqilləri, qiyməti 150 manat olan bir ədəd tikiş maşını, qiyməti 350 manat olan Yaponiya istehsalı 12 nəfərlik nahar dəsti, qiyməti 50 manat olan Çexiya istehsalı 09 ədəd boşqab, qiyməti 50 manat olan Çexiya istehsalı 12 ədəd xrustal stəkan, ümumi qiyməti 90 manat olan 06 ədəd kiçik ölçülü oturacaqları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs, ümumilikdə 1.470 (bir min dörd yüz yetmiş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təqdim edərək Səbail RPİ-nin 8ci PB-nin əməkdaşları olduğunu bildirib, onu 8-ci PB-nə dəvət etmişlər. O, 8-ci PB-də olarkən polis əməkdaşlarına bildirmişdir ki, 2020-ci ilin sentyabr ayının ortalırında qonşuluqda yaşayan İsgəndər adlı şəxsin evinin dam örtüyünü düzəldən zaman qonşuluqda yaşayan Həlimə müəlliməgilin evinin qarşısında yerləşən taxtalı dam örtüyünün açıq olduğunu görmüş və həmin günü gecə saatlarında həmin evə girməyə qərara almışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 24 radələrində həmin evin dam örtüyündən içəri daxil olaraq oradan hissə-hissə 6 ədəd balaca oturacaq, 20 metr uzunluğunda qara rəngli elektrik naqili, bir ədəd laqonda, bir ədəd preparator, içərisində qab-qacaq olan karobkanı və bir ədəd köhnə tipli tikiş maşınını götürmüşdür. Həmin malları oradan götürdükdən sonra evə getmiş və ailə üzvlərimin xəbəri olmadan həmin malları evdə gizlətmişdir. Oğurladığı karobkanın içinə baxdıqda orada ağ rəngli, üzərində güllər olan servis, boşqab və xrustal stəkan görmüşdü. Daha sonra elektrik naqilini yandırıb içərisində olan misi ayırıb oğurladığı digər malların yanına qoymuşdur ki, səhəri gün aparıb satıb pul əldə etsin. Səhəri günü “Faiq” adlı kafenin yanında olan metal qəbulu yerinə getmiş və orada işləyən qadına misi 12 manata satmış, 6 ədəd balaca oturacaqları aparıb Bayıl bazarının yanında bərbərxana kimi fəaliyyət göstərən yerdə “Sənan” adlı bərbərə 15 manata satmışdır. Oğurladığı loqondanı və karobkanı 3-cü MKR dairəsi kimi tanınan yerdə yerləşən fəhlə bazarına aparmış və orada loqondanı tanımdığı şəxsə 30 manata, içərisində servis, boşqab və xrustal stəkan olan korobkanı tanımadığı şəxsə 50 manata, həmin yerdə oğurladığı köhnə tipli tikiş maşınını tanımadığı şəxsə 15 manata satmışdır. Oğurladığı malları satandan sonra 128 (yüz iyirmi səkkiz) manat pul əldə etmişdir. Evdə yoxlayan zaman perfaratorun işlək olmadığını görmüş, ona görə onu həmin gecə çənlər tərəfdə yerləşən zibbiliyə atmışdır. Oğurluq nəticəsində əldə edib satdığı mallardan gələn gəliri gündəlik xərclərinə xərcləmişdir. Bundan başqa heç bir oğurluq cinayəti törətməmişdir. Polis Bölməsində ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Lakin ittihamda göstərilən televizoru o, dam örtüyündən götürməmişdir. Oğurluq nəticəsində əldə etdiyi əşyaları satdığı şəxslərin konkret olaraq anket məlumatlarını bilmir. Oğurladığı əşyaları satarkən heç kimə onların oğurluq olmasını deməmiş, yalnız demişdir ki, ehtiyacı olduğu ücün onları satır. Oğurladığı əşyaları hissə-hissə, iki gün ərzində aparıb satmışdır. Onun ailə üzvləri oğurladığı əşyaları görməmişlər, cünki həmin əşyaları gizlətmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, Səbail RPİ-nin 8-ci PB-də izahat verərkən qorxudan tikiş maşının və içərisində servis, boşqab və xrustal stəkan olan karobkanı oğurlağmı göstərməmişdir. Sonradan fikirləşmişdir ki, həqiqəti demək hamısından yaxşıdır, ona görə ifadəsində əlavə olaraq oğurladığı əşyaları, yəni bir ədəd tikiş maşını və içərisində servis, boşqab və xrustal stəkan olan karobkanı da oğurladığını göstərmişdir. Oğurladığı əşyaları satdığı yerləri göstərsin. Təqsirləndirilən şəxs razılaşaraq 20-ci sahə dairəsinin yanma getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs dediyi ünvana gəldikdə o, “Faiq” adlı kafesinin yanında olan metal qəbulu məntəqəni göstərib demişdir ki, misi həmin yerdə işləyən qadına 12 manata satmışdır. Bundan sonra o, Bayıl bazarının yanma getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs dediyi Bayıl bazarına gəldikdə o, həmin bazarın yanında bərbərxana kimi fəaliyyət göstərən yeri göstərərək demişdir ki, orada işləyən “Sənan” adlı ustaya 6 ədəd balaca oturacağı 15 manata satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 3-cü Mikrorayon dairəsinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs dediyi yerə gəldikdə o, həmin yerdə yerləşən fəhlə bazarını göstərib demişdir ki, oğurladığı laqondanı həmin yerdə tanımadığı şəxsə 30 manata, həmin yerdə içərisində nahar dəsti, boşqab və xrustal stəkan olan korobkanı tanımadığı şəxsə 50 manata, həmin yerdə oğurladığı köhnə tipli tikiş maşınını tanımadığı şəxsə 15 manata satmışdır. Oğurladığı malların satışından əldə etdiyi 128 manat gəliri gündəlik xərclərinə xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunun, ailəli olmasının, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyinin, himayəsində 3 azyaşlı övladlarının olmasının, cinayət açılmasında fəal kömək edilməsinin və etiraf etməsinin nəzərə alınmasını xahiş etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahid ifadələri və cinayət işi üzrə digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs, ünvan 3 ünvanda anası və iki əkiz övladları ilə yaşayır. 2020-ci ilin sentyabr ayının əvvəllərində ailəsi ilə birlikdə rayona getmiş, sentyabr ayının 26-da şəhərə qayıtmışlar. Təxminən üç gündən sonra evin dam örtüyünün açıq olduğunu görmüş və dərhal içəri keçib nəzər yetirib orada olan əşyalara baxış keçirmişdir. Baxış zamanı müəyyən etmişdir ki, dama kimsə girərək ona məxsus bir ədəd perferator, bir ədəd qaynaq aparatı, bir ədəd laqonda aparatı, bir ədəd tikiş maşını, müxtəlif sayda qabları oğurlamışdır. Oğurluq nəticəsində ona təxminən 5000 manat məbləğində ziyan dəymişdir. Bundan sonra DİN-nin “102” xidmətinə oğurluq barədə məlumat vermiş. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən istintaq hərəkətləri keçirilmişdir. Həmin oğurluqda qonşuluqda yaşayan, mütamadi narkotik vasitələrdən istifadə edən Təqsirləndirilən şəxs şübhələnmişdir. Yaşadığı evin dam örtüyündən bir ədəd perferator, bir ədəd qaynaq aparatı, bir ədəd laqonda aparatı, elektrik naqilləri, bir ədəd tikiş maşını, Yaponiya istehsalı 12 nəfərlik nahar dəsti, Çexiya istehsalı olan 9 ələd boşqab, Çexiya istehsalı 12 ədəd xrustal stəkan, 6 ədəd kiçik ölçülü oturacaqlar oğurlanmışdır. Həmin oğurlanmış əşyalar valideynləri tərəfindən uzun illər öncə o, dövrlərdə istifadə olunan rubl məzənnəsi ilə əldə edilmişlər. Nahar dəsti, boşqab və tikiş maşını anasının cehizi olmuş, qalan əşyalar atası tərəfindən alınmışdır. Atası 2020 ilin may ayının 10-da ölmüşdür. Oğurlanmış əşyaları onlar evin dam örtüyündə saxlayırdılar, zərurət yarandıqda hər birini oradan götürüb istifadə etdikdən sonra yenidən yerinə qoyurdular. Hazırda atası yoxdur, anası isə həmin əşyaları cehiz kimi gətirmişdir. Ona görə oğurlanmış əşyaların dəqiq xarici görünüşünü, əldə edilmə tarixləri və istehsal olunduğu yeri göstərə bilmir. Buna baxmayaraq oğurluqdan sonra o, oğurlanmış əşyaların qiyməti ilə maraqlanmış, bu səbəbdən oğurlanmış bir ədəd perferatoru təxminən 350 manata, bir ədəd qaynaq (svarka) aparatını təxminən 250 manata, bir ədəd laqonda aparatını təxminən 150 manata, elektrik naqillərini təxminən 30 manata, bir ədəd tikiş maşınını təxminən 150 manata, Yaponiya istehsalı, üzərində qızıl gül, qıraqları ağ olan 9 ədəd orta həcmli qabların ümumi qiymətini 50 manat, Çexiya istehsalı 12 nəfərlik nahar dəstinin qiymətini 350 manat, 12 ədəd Çexiya istehsalı xrustal stəkanların qiymətini 50 manat, 6 ədəd kiçik ölçülü oturacaqların hər biri 15 manata alınmış, 6 ədədinin qiyməti 90 manat təşkil edir. Oğurluq nəticəsində ona 1.470 (bir min dörd yüz yetmiş) manat məbləğində maddi ziyan dəymişdir. Əlavə etmək istəyir ki, nahar dəsti, boşqab və stəkanlar bir korobkada yerləşdirilmişdir. Mənzilin dam örtülənməsi hansı açarla olmamış, dam örtüyünün qapısı üzərində qıfıl Evin dam örtüyünün sındırılmasını aşkar etdikdən sonra içəriyə baxdıqda gözünə görünməyən əşyaların oğurlandığını güman edib dərhal “102” xidmətinə oğurluq barədə məlumat vermiş, sonra isə ərizə ilə polis idarəsinə müraciət etmişdir. Sonradan dam örtüyünə baxarkən televizorun yerində olduğunu müəyyən etmiş və zərərçəkmiş şəxs qismində dindirilərkən televizorun oğurlandığını ifadəsində göstərməmişdir. Bir necə gündən sonra oğurluq etmiş şəxsin ifadəsi yerində yoxlanılandan sonra dam örtüyündə saxlanılan əşyalara təkrarən baxarkən oğurlanmış kimi göstərdiyi qazan dəstlərinin küncdə olduğunu görmüşdür. Ona görə oğurlanmış kimi göstərdiyi 5 ədəd qazan dəstin və televizorun oğurlanmış əşyaların siyahısından çıxarılmasını xahiş etmişdir. Oğurlanmış əşyalarin bir qismi anası tərəfindən cehiz kimi gətirilmiş, bir qismi ölmüş atası tərəfindən müxtəlif vaxtlarda alınmışdır, ona görə oğurlanmış əşyaların alınma tarixlərini və qiymətlərini bilmədiyi ücün ilk ifadəsində oğurlanmış əşyaların qiymətini ümumi və təxmini olaraq 5000 manat olduğunu göstərmişdir. İfadə verdikdən sonra oğurlanmış əşyaların qiymətlərini araşdırmağa çalışmış, ona görə hazırkı ifadəsində oğurlanmış əşyaların təxmini qiymətini 1.470 manat olmasını göstərmişdir. Valideynləri Ermənistan Respublikasından Azərbaycan Respublikasına qaçqın kimi gəlmişlər və yuxarıda göstərilən ünvanda məskünlaşmışlar. Həmin ünvandakı ev MKİS-nin nəzdindədir, həmin ünvanda hazırda o, anası və Rusiya Federasiyasında olan qardaşı qeydiyyatdadılar, hazırda həmini ünvanda o, anası və iki övladı yaşayır. Zərərçəkmiş şəxs teleqram ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona dəymiş ziyandan imtina etdiyini və təqsirləndirilən şəxs barəsində ən ağır hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid2, Ağdam rayonu Qullar kəndində qeydiyyatdadır, Bakı şəhərində qeydiyyatı olmadığından müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 2019-cu ildən Bakı şəhəri Səbail rayonunda yerləşən Bayıl bazarının yanında “Karizma” adlı kişi salonu işlədir, bərbər kimi fəaliyyət göstərir və orada da gecələyir. Həmin yeri vöyn əsasında rəsmi qaydada işlədir. Vasif adlı şəxsi 20-ci sahə uşağı kimi 6 ilə yaxın tanıyır. Aralarında adi tanışlıq münasibəti olmuşdur. 2020-ci ilin sentyabr ayının 26-27-də, tarixi dəqiq yadında deyil, Vasif işlədiyi salona gəlib bildirmişdir ki, ona məxsus 6 ədəd kiçik ölçüdə oturacaq var, onları satır. O. demişdir ki, gətir baxım. Vasif bir ədəd kiçik ölçüdə oturacaq gətirib ona göstərmişdir. Oturacaq onun xoşuna gəlmiş və o, oturacaqları almaq istədiyini demişdir. Vasif oturacaqların 6-nı 25 manata satdığını bildirmişdir. Onlar 6 ədəd oturacaqları 15 manata razılaşmışlar. Vasif ona 6 ədəd kiçik ölçüdə oturacaq gətirib vermiş, o, da ona 15 manat vermişdir. Vasif pulu götürüb getmişdir. 6 ədəd oturacaqlardan başqa Vasif ona başqa heçnə gətirməmişdir. Vasif ona demişdir ki, oturacaqlar ona məxsusdur, onları satır. Həmin oturacaqların oğurluq olması barədə onun heç bir məlumatı və şübhəsi olmamışdır. Şahid2 Təqsirləndirilən şəxs almış olduğu 6 ədəd kiçik ölçülü oturacaqları istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2017-ci ildən Bakı şəhəri Səbail rayonu Səlyan şossesində yerləşən adsız dəmir qırıntıları qəbul məntəqəsini işlədir. Həmin yeri vöyn əsasında rəsmi qaydada işlədir. Məntəqədə müxtəlif dəmir, mis və diqər dəmir malları qəbul edir. Alınan dəmirlər 2 kilodan artıq olduğu halda kitabda qeydiyyatını aparır. İşin mahiyyəti üzrə göstərə bilər ki, 2020-ci ilin sentyabr ayının axırlarında tarixi dəqiq yadında deyil 20-ci sahə adlanan ərazidə yaşayan Vasif adlı şəxs məntəqəyə qələrək mis qətirib təhvil vermişdir. Vasifin gətirdiyi misi çəkib, ona pul vermiş, lakin onun necə kilo mis gətirdiyini və ona necə manat pul verməyi hazırda yadımda qalmayıb. Vasif birinci dəfə imiş ki, 2020-ci ilin sentvabr avının axırlarında onun işlədiyi məntəqəyə mis gətirmişdir. deməmişdir. Onun təhvil verdiyi misin miqdarı çox olmadığından ondan şübhələnməmişdir. Vasif adlı şəxsin məntəqəyə təhvil verdiyi misin miqdarı 2 kilodan çox olmadığından məntəqədə olan kitabda heç bir qeydiyyat aparmamışdır. Götürmə aparılması və baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokollardan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs almış olduğu 6 ədəd kiçik ölçülü oturacaqları istintaqa təqdim etmiş və bu barədə protokol tərtib edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 6 ədəd kiçik ölçülü oturcaqlar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması ücün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Əşyanın tanınmaya təqdim etmək haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 6 ədəd kiçik ölçülü oturacaqlar Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və o, həmin oturacaqları tanıyaraq, onun ailəsinə məxsus olduğunu, evin dam örtüyündə saxlanıldığını və orada saxlanılan digər əşyalarla birlikdə oğurlandığını göstərmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxx 2017-ci il tarixli X4, xx xxxxxx 2010-cu il tarixli X5 və xx xxxx 2007-ci il tarixli X3 var. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi, yəni 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 arayışından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2006-cı il tarixdə Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək Ş.M.V. 3500 misli MİQ cərimə cəzasına məhkum edilmişdir. Səbail rayonu İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Ş.M.V. 3500 misli MİQ cərimə cəzasına məhkum edilmişdir. Müvafiq hökm xx xxx 2006-cı il tarixdə Səbail rayon icra şöbəsinin icraatına daxil olmuşdur. “Azərbaycan Xalqının Ümumimilli X9 xatirəsinə həsr olunmuş amnistiya haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx xxx 2007-ci il tarixli amnistiya qərarının 1.8 və 8.4-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmiş və şöbənin qeydiyyatından çıxarılmış, bununla da o, məhkumluğu olmayan hesab olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaratmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin onunla barışmamasını, ona qarşı şikayətinin olmasını, əvvəllər oxşar cinayətin törədilməsinə görə məhum olunmasını, özgə əmlakını salanc yerinə daxil olmaqla gizli talama cinayətinin törədiləsində ittiham olunmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.10-cu və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı övladlarının olmasını, cinayətin açılmasında fəal iştirak etməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı və 346.1.19cu maddələrinə əsasən iş üzrə maddi sübutlar olan 06 ədəd kiçik ölçüdə oturacaqların Zərərçəkmiş şəxs qaytarılmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan 06 ədəd kiçik ölçüdə oturacaqlar Zərərçəkmiş şəxs qaytarılsın. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 180 (yüz səksən) manat, X2 tərəfindən ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-47/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-47/2021
19.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver