Məhkəmə qərarları › İş №1(010)-182/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-182/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-182/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 28 aprel 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yetkinlik yaşma çatmadığı dövrdə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 oktyabr 2015- ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus, ünvan 3 ünvanında yerləşən «Nail» marketə qapısının dəmir barmaqlığını dəmir parçası ilə sındırma yolu ilə açaraq binaya qanunsuz daxil olaraq, oradan ümumilikdə 1000 manat dəyərində 200 ədəd müxtəlif markalı siqaretləri və 23 ədəd «Hell» energetik içkilərini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, yetkinlik yaşına çatmadığı dövrdə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 oktyabr 2015-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evin həyətində yerləşən ərzaq mağazasının giriş qapısının dəmir barmaqlığının qıfılını dəmir alətlə sındırma yolu ilə açaraq və binaya qanunsuz daxil olaraq, oradan 700 manat nağd pulu, 600 manat dəyərində Viceroy, Kent, Davidoff, Classik, Prima, Vest, Vinston markalı siqaretləri, 300 manat dəyərində sim, cin və nar danışıq konturlarını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 iyul 2016-cı il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, baxça küçəsində yerləşən nömrəsiz evə plastik pəncərəni vintaçanla aralayıb açaraq və yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 1 ədəd 1 manat dəyərində, üzərində göy qaşı olan gümüşü rəngli 4,16 qram çəkidə bijuteriya üzüyünü və 1 ədəd 129 manat dəyərində üzərində sirkon qaşı olan 585 əyarlı qızıla uyğun 3,23 qram çəkidə qızıl üzüyünü gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 iyul 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 4 ünvanında yerləşən ərzaq mağazasının arxa taxta giriş qapısının qıfılını dəmir alətlə sındırma yolu ilə açaraq və binaya qanunsuz daxil olaraq, oradan 6 ədəd, hər birinin dəyəri 2,1 manat olmaqla, ümumi dəyəri 12,6 manat olan Cipsi, 2 ədəd, hər birinin dəyəri 6,8 manat olmaqla, ümumi dəyəri 13,6 manat olan 2 litrlik “Kuler” markalı pivələri, 1 ədəd 5,4 manat təşkil edən “Xırdalan” markalı pivəni, 5 ədəd, hər birinin dəyəri 10 manat olmaqla, ümumi dəyəri 50 manat olan “Ovçular” firmasına məxsus kolbasanı, 3000 manat dəyərində müxtəlif markalı siqaretləri və saxlanc yeri hesab edilən kassa aparatından 200 manat nağd pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 3281,6 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda qismən təqsirli bilərək göstərdi ki, o, Şahid1 uşaqlıq vaxtından tanıyır, sonunju ilə heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. X3 da uzun müddətdir ki, tanıyır, sonuncu ilə də heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. 05 oktyabr 2015-ci il tarixdə, saat 03 radələrində o, Rəhmanla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi ünvanında yerləşən «Nail» mağazasından oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə mağazanın qapısının dəmir barmaqlıqlarını dəmirlə sındırıb mağazaya daxil olmuş, oradan müxtəlif markalı siqaretləri və enerji içkilərini oğurlayıb mağazadan çıxmışlar. Sonradan həmin malları Rəhman özü ilə götürmüşdür ki, satsın və pulunu birlikdə bölsünlər. O, da bununla razılaşmış, lakin sonradan Rəhman ora heç bir məbləğdə pul verməmişdir. Bundan başqa, 08 iyul 2016-cı il tarixdə, saat 02 radələrində o, yaşadığı evin qonşuluğunda, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, Baxça küçəsində yaşayan Zərərçəkmiş şəxs2 evində heç kimin olmadığını və işıqlarının yanmadığını görüb, evə plastik pəncərəni vintaçanla aralayıb açaraq daxil olmuş və orada axtarış aparmağa başlamış, evin yataq otağında olan televizorun altındakı şkafdan iki ədəd üzük götürüb, evi tərk etmişdir. Sonradan bilmişdir ki, həmin üzüklərdən biri metaldır, digəri isə qızıl üzükdür. İki gündən sonra yaşadığı evin yanında olan zaman, iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar və özlərini polis əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 evindən baş vermiş oğurluq hadisəsində ondan şübhələndiklərini bildirmişlər. O, da törətmiş olduğu oğurluğu etiraf etmiş və Zərərçəkmiş şəxs2 evindən oğurladığı iki ədəd üzüyü polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, 05 iyul 2020-ci il tarixdə axşam saatlarında o, tanışı X4 ilə yaşadığı Hövsan qəsəbəsində görüşüb bir qədər gəzişib söhbət etmiş, sonra gəzərək Dənizkənarı küçəsinə gəlmiş, həmin vaxt mağazaların birindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar yaxınlıqda yerləşən «Babaş» mağazasından oğurluq etməyi planlaşdırmışlar. 06 iyul 2020-ci il tarixdə, saat 03 radələrində o, Seymur ilə mağazanın arxa taxta qapısının yanına keçmişlər, orada əlində olan dəmir alətlə mağazanın giriş qapısının qıfılını açmış və hər ikisi mağazaya daxil olub, orada axtarış aparmışlar. Mağazadan üç kisə götürüb, oğurladıqları siqaretləri, pivə içkilərini və digər ərzaqları kisələrə yığıb, mağazanı tərk etmişlər. Mağazanın kassa aparatından 200 manat nağd pulu da ğötürmüşlər.Daha sonra onlar oğurladıqları əşyalarla birlikdə dostları İbrahimin yaşadığı evə getmişlər. İbrahimə həmin əşyaları oğurlamaları barədə hər hansı bir söz deməmişlər, bu əşyaları küçədən tapdıqlarını demişlər. Bundan sonra onlar oğurladıqları əşyaları İbrahimin yaşadığı evdə qoymuşlar və o, orada qalmayaraq, öz evinə getmiş, Seymur isə İbrahimgildə qalmışdır. Sonradan ona məlum olmuşdur ki, səhər polis əməkdaşları həmin ünvana gəlmiş və oğurladıqları əşyaları götürmüşlər. O, 29 oktyabr 2015-ci il tarixdə Hövsan qəsəbəsinin Quşçuluq sovxozu adlanan ərazidə yerləşən mağazadan oğurluq etməmişdir. Törətdiyi əməldən peşmandır. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki, o, Şahid1 uşaqlıq vaxtından tanıyır, sonunju ilə heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. X3 da uzun müddətdir ki, tanıyır, sonunju ilə də heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. O, Şahid1la iki oğurluq əməlində iştirak etmişdir. Onlardan biri 05 oktyabr 2015-ci il tarixdə baş vermişdir. 05 oktyabr 2015-ci il tarixdə, saat 03 radələrində o, Rəhmanla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində olan zaman, həmin küçədə yerləşən mağazadan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə mağazanın qapısının dəmir barmaqlıqlarını dəmirlə sındırıb mağazaya daxil olmuş, oradan müxtəlif markalı siqaretləri və enerji içkilərini oğurlayıb mağazadan çıxmışlar. Sonradan həmin malları Rəhman özü ilə götürmüşdür ki, satsın və pulunu birlikdə bölsünlər. O, da bununla razılaşmış, lakin sonradan Rəhman ora heç bir məbləğdə pul verməmişdir. Bundan başqa, 29 oktyabr 2015-ci il tarixdə, saat 04 radərində o, Rəhmanla birlikdə yenə də Hövsan qəsəbəsinin Quşçuluq sovxozu adlanan ərazidə olan zaman, həmin ərazidə yerləşən mağazadan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar mağazaya yaxınlaşmışlar, Rəhman özündə olan dəmir parçası ilə mağazanın giriş qapısının dəmir barmaqlıqlarını sındırıb açmış, o, mağazanın çöl tərəfində dayanmışdır ki, gəlib gedən olsa xəbər etsin, Rəhman isə mağazaya daxil olub, bir neçə dəqiqədən sonra geri qayıtmışdır. Sonunjunun əlində müxtəlif markalı siqaretlər, həmçinin, 17 manat məbləğində xırda pul olmuşdur. Rəhman sonradan oğurladığı siqaretlərdən 20 qutu siqareti ona versə də, qalan siqaretləri özü ilə götürmüşdür. Bundan başqa, 08 iyul 2016-cı il tarixdə, saat 02 radələrində o, yaşadığı evin qonşuluğunda, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, Baxça küçəsində yaşayan Zərərçəkmiş şəxs2 evində heç kimin olmadığını və işıqlarının yanmadığını görüb, evə plastik pəncərəni vintaçanla aralayıb açaraq daxil olmuş və orada axtarış aparmağa başlamış, evin yataq otağında olan televizorun altındakı şkafdan iki ədəd üzük götürüb evi tərk etmişdir. Sonradan bilmişdir ki, həmin üzüklərdən biri metaldır, digəri isə qızıl üzükdür. İki gündən sonra yaşadığı evin yanında olan zaman, iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar və özlərini polis əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 evindən baş vermiş oğurluq hadisəsində ondan şübhələndiklərini bildirmişlər. O, da törətmiş olduğu oğurluğu etiraf etmiş və Zərərçəkmiş şəxs2 evindən oğurladığı iki ədəd üzüyü polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, 05 iyul 2020-ci il tarixdə axşam saatlarında o, tanışı X4 ilə yaşadığı Hövsan qəsəbəsində görüşüb bir qədər gəzişib söhbət etmiş, sonra gəzərək Dənizkənarı küçəsinə gəlmiş, həmin vaxt mağazaların birindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar yaxınlıqda yerləşən «Babaş» mağazasından oğurluq etməyi planlaşdırmışlar. Həmin vaxt o, Seymur ilə mağazanın arxa taxta qapısının yanına keçmişlər, orada əlində olan dəmir alətlə mağazanın giriş qapısının qıfılını açmış və hər ikisi mağazaya daxil olub, orada axtarış aparmışlar. Mağazadan üç kisə götürüb, oğurladıqları siqaret, pivə içkiləri və digər ərzaqları kisələrə yığıb, mağazanı tərk etmişlər. Daha sonra onlar oğurladıqları əşyalarla birlikdə dostları İbrahimin yaşadığı evə getmişlər. İbrahimə həmin əşyaları oğurlamaları barədə hər hansı bir söz deməmişlər, bu əşyaları küçədən tapdıqlarını demişlər. Bundan sonra onlar oğurladıqları əşyaları İbrahimin yaşadığı evdə qoymuşlar və o, orada qalmayaraq, öz evinə getmiş, Seymur isə İbrahimgildə qalmışdır. Sonradan ona məlum olmuşdur ki, səhər polis əməkdaşları həmin ünvana gəlmiş və oğurladıqları əşyaları götürmüşlər. Məhkəmənin əvvəlki iclasında ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, ailəsini dolandırmaq üçün yaşadığı evin bir hissəsini mağaza kimi işlədir. Mağazanın adı «Nail»dir. 05 oktyabr 2015-ci il tarixdə, səhər saat 07:30 radələrində mağazanı açıb içəri daxil olanda, içərinin dağılmış vəziyyətdə olduğunu görmüş və başa düşmüşdür ki, mağazadan oğurluq edilib. Mağazanın əsas qapısının dəmir barmaqlığı sındırılmış vəziyyətdə idi. Mağazada olan mallara nəzər saldıqda görmüşdür ki, mağazadan 200 ədəd müxtəlif markalı siqaretlər və 23 ədəd «Hell» içkisi oğurlanmışdır. Oğurlanmış malların cəmi dəyəri 1000 manat etmişdir. O, oğurluq hadisəsi barədə polis məlumat vermişdir. Polis əməkdaşları mağazaya gələrək, hadisə yerinə baxış keçirmişlər. Sonradan bilmişdir ki, onun mağazasından oğurluq etmiş şəxslər tapılıb. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclasında ifadə vermiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, o, 29 oktyabr 2015-ci il tarixdə saat 04 radələrində yaşadığı evdə olan zaman kamerada görmüşdür ki, naməlum 2 nəfər şəxs həyətində olan ona məxsus mağazanın qapısının dəmir barmaqlıqlarını qıraraq, içəri daxil olurlar. O, oğurluq hadisəsi barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. Lakin hadisə yerinə gələn polislər oğruları tuta bilməmişlər. O, mağazaya baxdıqda görmüşdür ki, oğrular mağazadan 700 manat pul, 600 manat dəyərində Viceroy, Kent, Davidoff, Classik, Prima, Vest, Vinston markalı siqaretlər, 300 manat dəyərində sim, cin və nar danışıq konturlarını oğurlamışlar. Oğurluq nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. İş üzrə Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, Baxça küçəsində nömrəsiz evdə yaşayır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs onun qonşusudur, sonunju ilə heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. 08 iyul 2016-cı il tarixə keçən gecə yaşadığı evdə heç kim olmamışdır. O, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bayraq Meydanında mühafizə xidmətində işlədiyi üçün işdə olmuş, evdə heç kim olmamışdır. Səhər saat 11 radələrində evə gələn zaman, evin yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, evə keçib baxan zaman görmüşdür ki, yataq otağındakı televizorun altlığında açıq yerdə olan, ona məxsus iki ədəd üzük yerində yoxdur. Bundan sonra o, oğurluq barədə polisə ərizə ilə müraciət etmiş, polis əməkdaşları tərəfindən gəlib onun evinə baxış keçirilmiş, daha sonra isə oğurluğun qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş, ona məxsus olan üzüklər sonunjudan alınıb özünə qaytarılmışdır. İş üzrə Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən «Babaş» adlı marketi icarə əsasında götürüb işlədir. Həmin marketi hər gün saat 07 radələrindən 23-30 radələrinə qədər işlədir. Marketin əvvəllər heç bir müşahidə kamerası olmamışdır. 05 iyul 2020-ci il tarixdə, saat 23 radələrində o mağazanı bağlayıb çıxıb getmiş, səhəri gün saat 07 radələrində marketə gələn zaman, arxa taxta qapının qıfılının sındırılaraq, qapının açıq vəziyyətdə olduğunu görmüşdür. O, mağazaya girib baxdıqda görmüşdür ki, 6 ədəd Cipsi, 2 ədəd litrlik Kuler markalı pivə, 1 ədəd Xırdalan pivəsi, 5 ədəd ovçular firmasına məxsus kolbasa, müxtəlif siqaretlər və kassa aparatından 200 manat nağd pul oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 3281,6 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan sonra o, oğurluq barədə polisə məlumat vermiş, amma həmin vaxt müşahidə kameraları olmadığı üçün oğurluğun konkret olaraq kimlər tərəfindən törədilməsini bilməmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər və sonradan oğurluq edən şəxsləri müəyyən etmişlər. Mağazasından oğurlanmış əşyalardan ona yalnız 1000 manat dəyərində siqaretlər qaytarılmışdır. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın qalan hissəsi ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X4 və Təqsirləndirilən şəxs onun tanışlarıdır. 06 iyul 2020-ci il tarixdə, saat 03 radələrində o, yaşadığı evdə olan zaman, tanışları Seymur və Mirağa gəlmişlər, onların əllərində bir neçə kisə olmuş, həmin kisədəkilərin nədən ibarət olmasını soruşduqda, ona demişlər ki, bu kisələri küçədən tapıb gətirmişlər. Mirağa bir qədər orada oturduqdan sonra çıxıb getmişdir. Səhər saat 14-15 radələrində o, evdə olan zaman polis əməkdaşları gəlmişlər, orada Seymur Mirağa ilə birlikdə oğurluq etdiyini etiraf etmiş və oğurladıqları əşyalar onun evində olduğundan, o, bu əşyaları təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində iş üzrə halların uzun müddət əvvəl, onun özünün yetkinlik yaşına çatmadığı dövrdə baş verməsi səbəbindən, onları xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırki iş üzrə təqsirləndirilən şəxs olan qonşusı və tanışı Təqsirləndirilən şəxs ilə bir gün söhbət edərkən qərara gəlmişlər ki, axşamlar Hövsan qəsəbəsində yerləşən mağazalardan oğurluq etsinlər. Bu məqsədlə onlar Hövsan qəsəbəsində kəndin içərisində olan mağazalardan oğurluq etməyə başlamışlar. 05 oktyabr 2015-ci il tarixdə, gecə saat 03 radələrində o, Mirağa ilə birlikdə Hövsan qəsəbəsində yerləşən “Nail” marketin yanına gəlmişlər. Ətrafda heç kimin olmadığını görüb o, mağazanın qapsının dəmir barmaqlığını linglə sındırıb, qapını açmışdır. İçəri daxil olub, mağazada olan kassa aparatına nəzər yetirmişlər. Orada pulların olmadığını görüb, mağazada olan təxminən 200 ədəd müxtəlif çeşidli siqaretləri və 23 ədəd Hell içkisini götürüb mağazadan çıxmışlar. O, həmin əşyaları götürmüşdür ki, aparıb satıb, pulunu Mirağa ilə bölsün. Lakin o, həmin siqaretləri və içkiləri özü istifadə etmişdir. Bundan başqa, o, 29.10.2015-ci il tarixdə gecə saat təxminən 01 radələrində pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin günü yəni, 29.10.2015-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı evdən çıxıb, Təqsirləndirilən şəxs ilə görüşmüş və ona təklif etmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində olan mağazaların birindən oğurluq etsinlər. Həmin zaman Mirağa onunla razılaşmış və onlar birlikdə oğurluq etmək məqsədi ilə Hövsan qəsəbəsi ərazisini gəzməyə başlamışlar. Hovsan qəsəbəsini gəzdikdən sonra Suraxanı rayonu, Quşçuluq Sovxozu deyilən ərazidə ərzaq mağazası diqqətlərini çəkmişdir və onlar həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar 29.10.2015-ci il tarixdə gecə saat 04 radələrində mağazanın giriş qapısına yaxınlaşmışlar. Həmin zaman mağazanın giriş qapısında dəmir barmaqlıq, həmin dəmir barmaqlığın üzərində isə asma qıfıl var idi. O, mağazaya daxil olmaq üçün mağazanın giriş qapısının dəmir barmaqlıqlarının üzərində olan qıfılı əvvəlcədən özü ilə gətirdiyi mismar çıxardan dəmir alətlə sındırıb, mağazaya daxil olmuşdur. O, mağazaya daxil olan zaman, Mirağa mağazanın giriş qapısının yaxınlığında dayanıb, kənar bir şəxsin gələcəyi halda ona xəbər vermək üçün gözləmişdir. O, mağazaya daxil olduqdan sonra mağazanın giriş qapısı ilə üzbə-üz olan vitrindən müxtəlif markalı siqaretləri və pullar saxlanılan saxlanc yerindən təxminən 17 manat dəyərində olan qəpik pulları götürüb, mağazaya daxil olan yerdən bayıra çıxmışdır. Oğurladığı siqaretlərin bir hissəsini təxminən 20 ədədini dostu Mirağaya vermiş, qalan hissəsini isə gizlədərək, özü istifadə etmişdir, oğurladığı pulları isə öz ehtiyacları üçün xərcləmişdir. İş materiallarında olan 06 iyul 2020-ci il tarixli götürmə protokolundan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən Şahid2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən evdən təqdim etdiyi 555 ədəd müxtəlif növ tütün məmulatları götürülmüşdür. İş materiallarında olan məhkəmə kompleks kimyəvi və əmtəəşünaslıq ekspertizasının 12 iyul 2018-ci il tarixli 14782/83 nömrəli rəyindən görünür ki, 1 ədəd göy qaşı olan gümüşü rəngli üzükçəkisi 4,16 qramdır, maqnit xassəli ərintidən hazırlanmışdır, (qiymətsiz metaldır), bijuteriyadır, qiyməti 1 manat təşkil edir. 1 ədəd sarı rəngli üzük-metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,23 qram, qaşları sirkondur, qiyməti 129 manat təşkil edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 sentyabr 2020-ci il tarixli 9/2819 nömrəli rəyindən görünür ki, ekpertizaya təqdim edilmiş tütün məmulatlarının ümumilikdə orta bazar qiyməti 1141 (min yüz qırx bir) manat 90 (doxsan) qəpik təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə kolmpleks psixiatrik və psixoloji ekspertizasının 21 aprel 2021ci il tarixli 849 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yetkinlik yaşma çatmamış dövrdə cinayət törətmiş Təqsirləndirilən şəxs ünsiyyətçilik, fəallıq, situativlik, tez uyğunlaşmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. İş materiallarında olan 13.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-jü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda Zərərçəkmiş şəxs4 ilə bağlı epizodda təqsirli olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadələrində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişlər. Həmin ifadələr həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq jinayət əməli törətməsini, təqsirini qismən etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, cinayətlərin iki epizodunun yetkinlik yaşına çatmayan dövrdə törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-jü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 iyul 2021-cı il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 196,6 (yüz doxsan altı manat altmış qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.02.2016-cı il tarixdən 13.02.2016-cı il tarixədək tutuldugu 02 gün, 10.07.2016-cı il tarixdən 13.07.2016-cı il tarixədək tutuldugu 03 gün, 02.03.2021-ci il tarixdən 04.03.2016cı il tarixədək tutuldugu 02 gün, ümumilikdə 07 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 07 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs növündə qətimkan tədbiri seçilsin. Başqa cinayət işi ilə əlaqədar Suraxanı rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçildiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 196,6 (yüz doxsan altı manat altmış qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd üzüklərin və 555 ədəd müxtəlif adda siqaretlərin sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş nö Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar