Məhkəmə qərarları › İş №1(010)-22/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-22/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-22/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, sonuncu dəfə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 68.1, 68.1.1-1, 68.1.3, 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 4 nömrəli evin 5 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3cü Mədən küçəsi, 29B nömrəli evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 iyul 2019-cu il tarixdə, saat 14-15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11A nömrəli mənzilində heç kimin olmamasından istifadə edərək evin pəncərəsindən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 300 manat dəyərində 585 əyarlı təxminən 3 qram çəkidə qızıl üzüyü, bir ədəd 250 manat dəyərində 585 əyarlı 2 qram çəkidə qızıl boyunbağını, bir ədəd 320 manat dəyərində 585 əyarlı 5 qram çəkidə qızıl üzüyü və 50 manat dəyərində bijteriya bəzək əşyalarını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 920 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 oktyabr 2019-cu il tarixdə, saat 10-11 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Abdullayev küçəsi 21 ünvanında yerləşən evdə heç kimin olmamasından istifadə edərək evin qapısından qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 500 manat dəyərində qadın qolbağını, bir ədəd 600 manat dəyərində qızıl üzüyü, bir ədəd 700 manat dəyərində paxlava formalı qızıl üzüyü, bir ədəd 400 manat dəyərində briliyant qaşlı qızıl üzüyü, bir ədəd 400 manat dəyərində qızıl üzüyü, 500 manat dəyərində bir cüt qızıl sırğanı, 500 manat pul vəsaitini, bir ədəd 01 manat 40 qəpik dəyərində 0.070 qram kütlə boyunbağı qırıntısını, bir ədəd 01 manat dəyərində 2.44 qram kütləli klon və bir ədəd 13 manat dəyərində 3.35 qram kütləli boyunbağını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3.615 manat 40 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 oktyabr 2019-cu il tarixdə, saat 09-10 radələrində Zərərçəkmiş şəxs12 yaşadığı ünvan 1 ünvanında yerləşən evdə heç kəsin olmadığından istifadə edərək mənzilin qapısını açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 1.500 manat dəyərində iki ədəd 585 əyarlı qızıl üzüyü, bir ədəd 585 əyarlı qızıl boyunbağını, bir ədəd 585 əyarlı qızıl qolbağı və 1.500 manat pul vəsaitini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs12 ümumilikdə 3.000 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 noyabr 2019-cu il tarixdə, saat 12-13 radələrində Zərərçəkmiş şəxs13 yaşadığı ünvan 2 ünvanında yerləşən evdə heç kəsin olmadığından istifadə edərək pəncərəni açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 200 manat pul vəsaitini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs13 ümumilikdə 200 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 noyabr 2019-cu il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında yerləşən evdə heç kəsin olmadığından istifadə edərək qapını açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 555 manat pul vəsaitini və 500 manat dəyərində bir cüt qızıl sırğanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1.055 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 noyabr 2019-cu il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 4 ünvanında yerləşən evdə heç kəsin olmadığından istifadə edərək plastikdən olan pəncərəni açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evdən sonuncuya məxsus 6.400 manat dəyərində bir ədəd qaşsız sarı qızıldan kişi üçün qol saatını, bir ədəd üzəri briliyant qaşlarla bəzədilmiş sarı qızıldan qadın üzüyü, bir ədəd sarı qızıldan boyunbağını, bir cüt sarı qızıldan sırğaları, 2.000 manat pul vəsaitini, bir ədəd 05 manat dəyərində 37.20 qram kütləli “MİCHAEL KORS” və “QUARTZ” yazısı olan qol saatını və bir ədəd 20 manat dəyərində istifadə olunmuş “Samsung” markalı, “GT- S7582” modelli mobil telefonu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 8.425 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 dekabr 2019-cu il tarixdə, saat 09-10 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu. Bülbülə qəsəbəsi, Z.Əliyev küçəsi 254 ünvanında yerləşən evdə heç kəsin olmadığından istifadə edərək pəncərəni açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 900 manat pul vəsaitini, bir ədəd 15 manat dəyərində gümüş üzüyü, iki ədəd 90 manat dəyərində qulaqcığı, 70 manat dəyərində telefon aksesuarlarını, bir ədəd 17 manat dəyərində 4.46 qram kütləli klonu və bir ədədi 50 qəpik olmaqla 25 ədəd kavadrat, 35 ədəd dairəvi, 40 ədəd düzbucaqlı, 15 ədəd gül formasında, 15 ədəd dördbucaqlı, 20 ədədi uzunsov formalarda 75 manat dəyərində müxtəlif formalı klon, klona bənzər məmulat hissələrini və ya detalları, kilidləri gizli yolla talayaraq zərərçəkmiş H.R.Miirsəlova ümumilikdə 1.167 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 dekabr 2019-cu il tarixdə, saat 13 radələrində X3 yaşadığı ünvan 5 ünvanında yerləşən evdə heç kəsin olmamağından istifadə edərək qapıdan qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 3.800 manat pulu, həmin dövrün manatın dollar qarşısında məzənnəsinə görə 510 manat təşkil edən 300 ABŞ dollarını, içərisində 200 manat və 300 manat olan şüşə bankaları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 4.810 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 dekabr 2019-cu il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 6 ünvanında heç kimin olmamasından istifadə edərək pəncərəni açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus bir ədəd 04 manat dəyərində 3.42 qram kütləli sırğa cütünü və 136 manat dəyərində bir ədəd gümüş boyunbağını, bir ədəd gümüş üzüyü, bir ədəd gümüş qolbağını, bir ədəd gül formasında və bir ədəd kəpənək formasında bijuteriyaları gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 140 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 dekabr 2019-cu il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı ünvan 7 ünvanda yerləşən evdə heç kimin olmamasından istifadə edərək pəncərəni açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 240 manat pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 240 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 yanvar 2020-ci il tarixdə, saat 12-13 radələrində Zərərçəkmiş şəxs11 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi 43 ünvanında yerləşən nömrəsiz evdə heç kimin olmamasından istifadə edərək pəncərəni açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir cüt 500 manat dəyərində sarı qızıldan qaşları olmayan sırğanı, bir ədəd 100 manat dəyərində su matorunu, bir ədəd 1.000 manat dəyərində “Samsung” markalı noutbuku, bir ədəd 130 manat dəyərində “Hofman” markalı televizoru, bir ədəd 180 manat dəyərində “Lenovo” markalı planşeti, bir ədəd 10 manat dəyərində “Zivella” markalı divar üçün saatı və 80 manat dəyərində müxtəlif növ qadın geyimlərini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 2.000 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 yanvar 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 8 ünvanında heç kimin olmamasından istifadə edərək evin nəfəsliyini açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 25 manat pul vəsaitini, 125 manat dəyərində bir ədəd boyunbağını, bir ədəd qolbağı, bir cüt firuzəyi rəngli sırğanı, bir cüt qızıılı rəngli üzərində kiçik qaşları olan halqaları və bir ədəd gümüşü rəngli gül formalı bijuteriyaları gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 150 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 fevral 2020-ci il tarixdə, saat 15-16 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi 175 ünvanında yerləşən evdə heç kimin olmamasından istifadə edərək pəncərəni açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 60 manat dəyərində atlas yataq dəstini, dəyəri 120 manat olan ağ yataq dəstini, birinin dəyəri 45 manat olan 04 ədəd ikinəfərlik yataq dəstini, dəyəri 50 manat olan dəsmal dəstini, birinin dəyəri 25 manat olan 02 ədəd əl-üz dəsmalını, birinin dəyəri 25 manat olan 03 dəst hamam dəstini, birinin dəyəri 13 manat olan 03 dəst çay dəsmalını, dəyəri 60 manat olan 01 dəst hamam xalatını, dəyəri 80 manat olan 01 ədəd adyalı, dəyəri 120 manat olan 01 dəst yastaq üzlüyünü, dəyəri 120 manat olan 01 dəst yataq dəstini, dəyəri 18 manat olan mətbəx dəstini, dəyəri 136 manat 15 metr uzunluğunda parçanı, dəyəri 60 manat olan yastıq üzünü, dəyəri 168 manat olan 24 metr tül parçanı, dəyəri 180 manat olan döşək üzünü və bir ədədinin dəyəri 03 manat olan 12 ədəd 36 manat dəyərində mavi rəngli uzun ölçülü dəsmalları gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 1.552 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 fevral 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs14 yaşadığı ünvan 9 ünvanında yerləşən evdə heç kimin olmamasından istifadə edərək mənzilin pəncərəsini açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 1.660 manat dəyərində 19.38 qram qızıl kütləli üzük kolye dəstini, 01 ədəd 06 manat dəyərində 6.38 qram kütləli klonu, 01 ədəd 73 manat dəyərində 1.22 qram qızıl kütləli qolbağı, 01 ədəd 145 manat dəyərində 2.42 qram qızıl kütləli qolbağı, 03 ədəd 1.500 manat dəyərində sarı qızıldan üzüyü və 01 ədəd 150 manat dəyərində sarı qızıldan klonu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs14 ümumilikdə 3.534 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər iki dəfə məhkum edilmiş, sonuncu dəfə 23 iyul 2019-cu il tarixdə Binəqədi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda da həmin cəzasını çəkir. Son zamanlar maddi cəhətdən dolanışığında çətinliklər yarandığı üçün və pula ehtiyacı olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Buna görədə oğurluq etmək üçün münasib yer axtarmışdır. Beləliklə də 20 oktyabr 2019-cu il tarixdə, təxminən saat 10-11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, M.Seyidzadə küçəsində olarkən bir nəfər kişinin və qadının evdən çıxdıqlarını görmüş, kənara çəkilib avtomobillərin arasında gizlənərək həmin şəxsləri seyr etmiş, həmin şəxslər evdən çıxarkən qapını bağlamışlar. Qeyd etdiyi şəxslər getdikdən sonra həmin, yəni 13 saylı evin qarşısına gəlmiş, orada dayanıb ətrafa nəzər salmışdır ki, evə girən zaman görən olmasın. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra qapını açıb içəri girmiş, içəri daxil olduqda sonra evdə olan otaqları axtarmış, yataq otağında olan şkafın içərisindən pullar tapmış, həmin pulları saymış və 1.500 manat olduğunu görmüşdür. Yenə də evi axtarmış və evdən başqa qızıl-zinyət əşyaları, yəni bir ədəd qolbaq, bir ədəd boyunbağı və iki ədəd üzük tapmışdır. Həmin əşyaları götürmüş, oğurladığı pulun və qızılların bəs edəcəyini fikirləşmiş və qapını açıb evdən çölə çıxmışdır. Evdən çölə çıxarkən onu görən olmamış, oğurladığı qızılları satmaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olan üzərinə yüksək qiymətlə qızıl-zinyət əşyalarının alışı sözləri yazılmış mağazaya daxil olmuşdur. Həmin mğazada işləyən orta yaşlarında bir nəfər kişiyə yaxınlaşıb oğurladığı qızılları göstərib özünə məxsus olduğunu və onları satmaq istədiyini bildirmişdir. Həmin şəxs qızılları yoxladıqdan və çəkdikdən sonra 495 manata qiymətləndirmişdir. Həmin şəxslə razılaşmış və qızılları həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə satmışdır. Qızılı alan şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb aldığı qızıllar barədə qeydiyyat aparıb ona imza etdirmişdir. Bundan sonra oradan yaşadığı evə gəlmiş, əldə etdiyi pulları bir neçə gün ərzində evə ərzaq və başqa digər əşyalar almağa xərcləmişdir. Bundan başqa, 23 oktyabr 2019-cu il tarixdə saat 09-10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Abdullayev küçəsi ilə yaşadığı evə gələn zaman 21 nömrəli evdən bir nəfər qadının və bir nəfər kişinin çıxdığını görmüşdür. Həmin şəxslər evin qapısını bağlayıb çıxıb getmişlər. Həmin şəxslər tələsdiklərinə görə artıq evdə heç kəsin olmadığını fikirləşib oradan oğurluq etmək qərarına gəlmişdir. Hər ehtimala qarşı evdə başqa şəxslərin olmamasına tam əmin olmaq üçün bir qədər də gözləmiş və evdə hərəkət olmadığını görmüşdür. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mənzilin giriş qapısına yaxınlaşmış, qapını açmaq istəyərkən səs-küy yarana biləcəyindən və kimlərinsə görə biləcəyindən ehtiyyat edib üzərində olan dəmir parçası ilə qapının sağ tərəfində olan plastik pəncərəni açıb pəncərədən içəri daxil olmuşdur. Evin yataq otağında olan dolabın siyirməsindən bir ədəd qızıl qolbaq, üç ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl kişi üzüyü, bir cüt qızıl sırğa, gümüş və bijuteriya əşyaları tapmışdır. Həmin qızılları götürüb cibinə qoyduqdan sonra dolabın içərisini axtarmış, dolabda olan gödəkçənin içərisində olan pulları saymadan götürüb ev sahiblərinin gələcəyini fikirləşib daxil olduğu yerdən evi tərk edərək oradan uzaqlaşmışdır. Yolla pulları saydıqda 500 manat olduğunu görmüşdür. Həmin günü qızılları satmaq üçün metronun “Neftçilər” stansiyası yaxınlığına getmiş, orada ətir və qızıl-gümüş əşyalarının alqı-satqısı mağazasında işləyən bir nəfər qadına yaxınlaşmış, qızılları ona göstərib onları satmaq istədiyini bildirmişdir. Həmin qadın qızıllara baxdıqdan sonra onların kimə məxsus olduğunu soruşmuş, sonuncuya qızılların həyat yoldaşına məxsus olduğunu, hazırda xəstəxanada olan həyat yoldaşının müalicəsi üçün pul lazım olduğundan qızılları satmaq məcburiyyətində qaldaığını demişdir. Həmin qadın onun sözlərinə inanaraq qızılları çəkmiş və yoxladıqdan sonra 769 manat pul verəcəyini bildirmişdir. Razılaşıb qızılları həmin qadına qeyd edilən məbləğə satıb oradan uzaqlaşmışdır. Gümüş və bijuteriya əşyalarını evdə gizlədiyi digər bijuteriyaların yanına qoymuşdur. Əldə etdiyi pul vəsaitini isə bir neçə gün ərzində ərzaq məhsulları və digər əşyalar almağa xərcləmişdir. Bundan başqa, 06 noyabr 2019-cu il tarixdə ünvan 10 ünvanından oğurluq etmişdir. Belə ki, həmin tarixdə, təxminən saat 12-13 radələrində T.Bağırov küçəsindən keçən zaman iki mərtəbəli yaşayış evi onun diqqətini cəlb etmiş, ev böyük olduğundan orada qiymətli əşyalar və pul ola biləcəyini fikirləşmişdir. Buna görə də həmin evdən oğurluq etmək qərarına gəlmişdir. İlkin olaraq ətrafa nəzər salmış, heç kimin olmadığına əmin olduqdan sonra diqqət çəkmədən evin birinci mərtəbəsində olan pəncərəsinin qarşısına gəlib evdə heç kimin olmadığını dəqiqləşdirmək üçün bir neçə dəqiqə pəncərədən evin içərisinə baxmışdır. Evdə hərəkət olmadığını və sakitçilik olduğunu gördükdən sonra pəncərəni bir neçə dəfə əli ilə itələyib açmış və oradan evə daxil olmuşdur. Evin birinci mərtəbəsində olan şkafın içərisindən tapdığı 200 manat pulu götürüb cibinə qoymuşdur. Evi axtarmağa davam etsə də, başqa pul və qiymətli əşya tapa bilməmiş və evi, daxil olduğu yerdən tərk edib yaşadığı evə getmişdir. Oğurladığı 200 manat pulla evinə ərzaq məhsulları almışdır. Bundan başqa, 18 noyabr 2019-cu il tarixdə, saat 19 radələrində oğurluq etmək üçün yaşadığı evdən çıxıb Bülbülə qəsəbəsinə getmiş, bir neçə dəqiqə küçələri gəzdikdən sonra İ.Məmmədov küçəsində 46A ünvanında yerləşən evin qapısında qırmızı rəngli lent bağlandığını görmüşdür. Məlum olmuşdur ki, evdə hər hansı bir şənlik mərasimi baş tutacaqdır. Ev sahiblərinin evdən çıxıb gedəcəyini fikirləşmiş və kənara çəkilib axşam saat 21 radələrinə qədər gözləmişdir. Saat 21 radələrinə qədər evin yaxınlığında avtomobillərin arasında gizlənmiş, həmin saatlarda ev sahibləri evdən çıxaraq getmişlər. Ev sahibləri getdikdən sonra evin giriş hissəsinə gəlmiş və evdə başqa kimlərinsə olub-olmamasını dəqiqləşdirmişdir. Evdə heç kəsin olmadığından əmin olduqdan sonra evin daş hasarından həyətə düşmüşdür. Evin plastik qapısını açaraq içəri girmiş və evi axtarmağa başlamışdır. Evdən içərisində dəmir və kağız əskinaslar olan bir ədəd dəmir qab tapmış və həmin qabı götürmüşdür. Sonra evi yenə də axtarmış və əl çantası tapmışdır. Həmin əl çantasının içərisinə baxmış və orada olan pulları da götürmüşdür. Sonra digər yataq otağına keçmiş və həmin otağıda axtarmağa başlamışdır. Həmin otaqda olan çarpayının üzərindəki döşəyin altından bir cüt qızıl sırğanı, müxtəlif əskinlaslardan ibarət pulları götürmüş və evə daxil olduğu yerdən çölə çıxmışdır. Yolda heç kəsin olmadığı yerdə dayanıb oğurladığı pulları saymış və 555 manat olduğunu görmüşdür. Həmin günü gec olduğundan yaşadığı evə gəlmiş, evdə oğurluq etməsi barədə heç kimə heç nə deməmiş, səhər açıldıqda qızıl sırğanı satmaq üçün metronun “Əhmədli” stansiyasının yaxınlığına getmiş, orada mağazaların birinə daxil olub bir cüt qızıl sırğanı mağazada işləyən tanımadığı cavan oğlana göstərib özünə məxsus olduğunu, onu satmaq istədiyini demişdir. Həmin şəxs sırğanı çəkdikdən sonra 75 manata qiymətləndirmiş və onunla razılaşmışdır. Həmin şəxs sırğanı aldıqdan sonra sənəd tələb etmiş, buna görə də o, həyat yoldaşının şəxsiyyət vəsiqəsini vermiş, həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb üzərində sırğanın çəkisi və digər formaları barədə qeydlər aparmışdır. Həmin sənədin üzərində imza etdikdən sonra 75 manat pulu götürüb mağazadan çıxaraq yaşadığı evin yaxınlığına gəlmişdir. Cinayət yolu ilə əldə etdiyi pulları bir neçə gün ərzində xərcləmişdir. Bundan başqa, 23 noyabr 2019-cu il tarixdə ünvan 11 ünvanda yerləşən evdən oğurluq etmişdir. Belə ki, həmin tarixdə, saat təxminən 23 radələrində qeyd etdiyi ünvanın qarşısı ilə keçən zaman evin qapısının bağlı olduğunu, işıqların isə yanmadığını görmüşdür. Məlum olmuşdur ki, evdə heç kəs yoxdur, oğurluq etmək üçün əlverişli şəraitdir. Ətrafda heç kimin olmadığını görüb evin pəncərəsinə yaxınlaşmış, pəncərəni əli ilə bir neçə dəfə vurub sındırmadan açmış, pəncərə plastikdən olduğu üçün klidi tez açılmış və pəncərədən evə daxil olub üzərində olan alışqanın arxasındakı işığı ilə evi axtarmağa başlamışdır. Evdə heç kəs olmamış, evin içərisində olan bütün əşyaları axtarmış, evdə olan şkafın içərisindən iki ədəd sarı qızıla oxşar qol saatı, bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd boyunbağı, 2.000 manat pul və bir ədəd “Samsung” markalı mobil telefon tapmışdır. Həmin əşyaları cibinə qoyub daxil olduğu yerdən evi tərk etmişdir. Həmin günü gecə olduğu üçün qızılları sata bilməyəcəyini fikirləşmiş və yaşadığı evə getmişdir. Səhəri gün qızılları və telefonu satmaq üçün metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığına getmişdir. Orada qızıl-alqı satqısı mağazasında işləyən şəxsə oğurladığı qızılları özününkü kimi təqdim edərək onları satmaq istədiyini bildirmişdir. Həmin şəxs qızılları götürüb baxdıqdan sonra bir ədəd saatın qızıl olmadığını bildirib özünə qaytarmış, digər qızıllar üçün isə 1.678 manat pul verəcəyini demişdir. Həmin şəxsin təklifi ilə razılaşaraq həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, sonuncu da şəxsiyyət vəsiqəsinin surətini çıxardıb üzərində müvafiq qeydlər aparmış və ona da imza etdirmişdir. Həmin şəxsdən pulu götürüb oradan uzaqlaşmış, bir ədəd saatı və bir ədəd mobil telefonu bir neçə mağazaya təklif etsə də sata bilməmişdir. Buna görə də həmin əşyaları yaşadığı evdə sata bilmədiyi digər əşyaların yanında gizlətmişdir. Cinayət yolu ilə ələ etdiyi pul vəsaitini bir neçə gün ərzində borclarına və digər maddi tələbatlarına xərcləmişdir. Bundan başqa yenə də oğurluq etməkdə davam etmiş və 12 dekabr 2019-cu il tarixdə, saat təxminən 09-10 radələrində ünvan 12 ünvandan oğurluq etmişdir. Belə ki, səhər saatlarında yaşadığı evdən çıxaraq Bülbülə qəsəbəsində küçələri gəzərək oğurluq etmək üçün sahibləri olmayan ev axtarmışdır. Saat təxminən 09-10 radələrində bir nəfər şəxsin qeyd etdiyi 254 nömrəli evi bağlayaraq çıxıb getdiyini görmüşdür. Həmin şəxs uzaqlaşdıqdan sonra bir neçə dəqiqə gözləmiş və heç kimin olmadığını görüb evə yaxınlaşmış, pəncərəni əli ilə bir neçə dəfə itələyib sındırmadan açmış, içəri daxil olub evi axtarmağa başlamışdır. Evdən müxtəlif növ ev əşyaları və ümumilikdə 930 manat pul tapmışdır. Evdən başqa heç bir əşya tapa bilmədiyinə görə qeyd etdiyi pulları və ev əşyalarını götürüb daxil olduğu yerdən evi tərk etmişdir. Həmin günü yaşadığı evə gəlmiş, oğurladığı ev əşyalarına baxdıqda onları sata bilməyəcəyini fikirləşmişdiyinə görə həmin əşyaları evdə gizlətdiyi digər oğurluq əşyaların yanında gizlətmişdir. Pulları isə lazım olduqdca hissə-hissə olmaqla xərcləmişdir. Bundan başqa, 24 dekabr 2019-cu il tarixdə saat 13 radələrində Suraxanı rayonu Əmircan qəsəbəsində hər hansı bir evə daxil olub oğurluq etmək məqsədi ilə piyada gəzmişdir. Əmircan qəsəbəsi Z.Əliyev küçəsi ilə gedərkən 3A saylı ünvanda yerləşən tanımadığı fərdi yaşayış evinin yaxınlığında olan zaman həyətin darvazasının açıq olduğunu və içəridən bir nəfər orta yaşlı xanımın uşaqla birlikdə çıxdığını və qapının asma qıfılını açarla bağladığını görmüşdür. Dərhal dayanaraq kənara çəkilib uzaqdan onları seyr etmişdir. Həmin qadın uşaqla getdikdən sonra həmin evn giriş qapısına yaxınlaşmış və evdə heç kimin olmadığını başa düşmüşdür. Xanımın getdiyindən əmin olduqdan sonra hasarı aşaraq həyətə düşmüşdür. Evin dəmir giriş qapısı açıq olduğundan evə daxil olmuş, birinci evin ikinci mərtəbəsinə qalxmış və otaqlara daxil olub evdə olan əşyaları axtarmış, lakin dəyərli heç nə aşkar edə bilməmişdir. Sonra birinci mərtəbəyə enib mətbəxə daxil olmuş, orada olan soyuducunun üzərində 02 ədəd içərisində qəpiklər və 01 manatlıq əskinaslar olan bankalar görmüşdür. Həmin bankaları tez götürüb evdə olan polietilen torbaların birinə qoyaraq daxil olduğu üsulla da evdən çölə çıxıb oradan uzaqlaşmışdır. Bir qədər aralaşdıqdan sonra şüşə bankaları sındırıb 02 bankanın içərisindən çıxan pulları götürüb saymış və ümumilikdə 124 manat pul olduğunu görmüşdür. Həmin pulları cibinə qoyub oradan yaşadığı evə gəlmişdir. Təxminən 1-2 gün ərzində oğurladığı pulları xərcləmişdir. Bundan başqa nöbəti dəfə 26 dekabr 2019-cu il tarixdə, saat təxminən 15 radələrində ünvan 13 ünvanından oğurluq etmişdir. Belə ki, həmin günü səhər saatlarında oğurluq etmək üçün Əmircan qəsəbəsinə gəlmiş, qəsəbənin ərazisində saat 15 radələrinə evlərə baxmış, saat təxminən 15 radələrində qeyd etdiyi evin həyətdə olan qapısının bir qədər açıq olduğunu görmüşdür. Həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə evdə kimlərinsə olub-olmamasını dəqiqləşdirmək üçün qapıya yaxınlaşıb əli ilə qapını bir neçə dəfə vurub ev sahibini səsləmişdir. Lakin heç kəs çölə çıxmadığına görə evdə heç kimin olmadığını başa düşmüşdür. Qapını açıb həyətə daxil olmuş, evin pəncərəsini əli ilə itələdikdə pəncərə açılmış, pəncərənin üzərinə çəkilmiş parçanı qopardıb içəri daxil olmuşdur. İçəridə olan otaqları axtarmış və evdən yalnız müxtəlif bijuteriya bəzək əşyaları tapmışdır. Bundan sonra evdən çölə çıxmış və oradan uzaqlaşmışdır. Həmin əşyaları satmaq istəmiş, lakin sata bilməmişdir. Buna görədə həmin əşyaların içərisindən bir cüt sırğanı götürmüş, qalan əmlakı isə yolda zibil qabına atmışdır. Həmin günü yaşadığı evə gəlmiş və bir cüt sırğanı evdə gizlətdiyi digər oğurluq əşyaların yanında gizlətmişdir. Bundan başqa Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsində yerləşən həyət evindən oğurluq etmişdir. Belə ki, 29 dekabr 2019-cu il tarixdə, təxminən gecə saat 02 radələrində piyada gəzərək oğurluq etmək üçün ev axtarmışdır. Bu zaman ünvan 14 ünvanda yerləşən həyət evlərindən birində işıq yanmadığını görmüşdür. Evdə kimlərinsə olub-olmamasını dəqiqləşdirmək üçün həmin evin çöl qapısını döymüş, lakin qapını açan olmamışdır. Bundan sonra həmin evdə heç kimin olmadığını başa düşmüş və ətrafa nəzər yetirib heç kimin olmadığını görüb hasardan aşaraq evin həyətinə düşmüşdür. Həmin vaxt evin mətbəxinin plastik pəncərəsini əli ilə sıxıb açmış və pəncərədən mətbəxə daxil olmuşdur. Bundan sonra evin otaqlarını gəzib oğurlamaq üçün pul və ya dəyərli hər hansı bir əşya axtarmağa başlamışdır. Bu zaman yataq otağında olan paltar şkafının üst gözündə bir qədər pul tapmış və həmin pulu cibinə qoymuşdur. Bundan sonra oğurlamağa başqa heç nə tapa bilmədiyinə görə daxil olduğu yerdən evi tərk edib oradan uzaqlaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi 240 manat pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 04 yanvar 2020-ci il tarixdə, təxminən saat 12-13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində ünvanını bilmədiyi evdən oğurluq etmişdir. Belə ki, həmin tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq qəsbənin ərazisində oğurluq etmək üçün münasib ev axtarmışdır. Qəsəbənin ərazisində bir qədər gəzdikdən sonra qeyd etdiyi küçədə olan bir mərtəbəli yaşayış evi diqqətini çəkmişdiri. Həmin evdən oğurluq etmək qərarına gəlmiş və evin giriş qapsına yaxınlaşmışdır. Evin giriş qapısını əli ilə bir neçə dəfə vuraraq ev sahibini səsləmiş və uzaqlaşıb kənardan kimlərinsə çıxıb-çıxmayacağını gözləmişdir. Evdən heç kimin çıxmadığına görə heç kəsin olmadığını başa düşmüş, evin daş hasarından aşaraq həyətə düşmüş və pəncərəyə yaxınlaşmışdır. Evin taxtadan olan pəncərəsini itələyərək açmış və içəri daxil olmuşdur. Evdən tapdığı bir cüt qızıl sırğanı cibinə qoymuş, başqa pul və qızıl tapa bilmədiyindən bir ədəd noutbuku, bir ədəd planşeti, bir ədəd televizoru, bir ədəd divar saatını və bir ədəd su matorunu, həmçinin müxtəlif geyim paltarlarını özü ilə gətirdiyi böyük kisəyə yığmış və həmin evi daxil olduğu yerdən tərk etmişdir. Oğurladığı həmin əşyaları yaşadığı evə gətirib gizlətmiş, bir ədəd qızıl sırğanı isə ünvanını dəqiq bilmədiyi, DİN-nin inzibati binasının yaxınlığında olan qızıl alqı-satqısı mağazasında işləyən şəxsə, özününkü kimi təqdim edərək satmaq istədiyini bildirmişdir. Həmin şəxs də qızıl sırğanı götürüb əyarına baxdıqdan sonra elektron tərəzi ilə çəkdikdən sonra 100 manata dəyərləndirmişdir. Həmin şəxsin təklifi ilə razılaşıb həyat yoldaşının şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmin şəxs vəsiqənin surətini çıxarıb müvafiq qeydlər apardıqdan sonra ona imza etdirmişdir. Bundan sonra o, 100 manat pulu götürüb oradan yaşadığı evə getmişdir. Digər əşyaları satmaq istəsə də müştəri tapa bilədiyi üçün sata bilməmiş, oğurladığı paltarlar isə qadın paltarları olduğuna görə onları zibil qabına atmışdır. Bundan başqa, 14 yanvar 2020-ci il tarixdə saat 15 radələrində ünvan 16 ünvanında yerləşən evdən oğurluq etmişdir. Belə ki, həmişə etdiyi kimi həmin tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq oğurluq etməyə getmişdir. Yaşadığı qəsəbənin ərazisində, qeyd etdiyi evin yaxınlığında olan zaman bir nəfər kişinin həmin evin qaıpısını bağlayaraq çıxıb getdiyini görmüdür. Kənarda dayanıb həmin şəxsi seyr etmiş, sonuncu getdikdən sonra artıq evdə heç kəsin olmadığını və asanlıqla oğurluq edəcəyini fikirləşmişdir. İlkin olaraq mənzilin qarşısına gəlmiş və ətrafa nəzər salmış, heç kəsin olmadığını görüb evin həyətinə daxil olmuş, evin qonaq otağının plastikdən olan kiçik pəncərəsini əli ilə itələyib açaraq evə daxil olmuşdur. Evdə olan masanın siyirməsindən müxtəlif bijuteriya əşyalarını və 25 manat pulu götürüb digər yerləri də axtarmış, lakin başqa heç nə tapa bilməmişdir. Daxil olduğu yerdən evi tərk edib oradan uzaqlaşmışdır. Oğurladığı pulla özünə siqaret və spirtli içki almış, bjuteriyaları isə xatırlamadığı şəraitdə itirmişdir. Bundan sonra 10 fevral 2020-ci il tarixdə, saat təxminən 15-16 radələrində ünvan 17 ünvanda yerləşən evdən oğurluq etmişdir. Belə ki, həmin günü oğurluq etmək üçün yaşadığı qəsəbənin ərazisində olan 3-cü mədən küçəsinə getmiş, orada qeyd etdiyi evin qarşısından keçən zaman dayanıb evin içərisinə baxmış, evdə səs-küy olmadığından və sakitlik olduğundan heç kimin olmadığını düşünmüş, lakin buna tam əmin olmaq üçün qapıya yaxınlaşıb qapını iki dəfə daşla vurmuşdur. Heç kimin çıxmadığına görə həyətə daxil olub evin pəncərəsini açıb içəri girmiş, içəri daxil olduqdan sonra evin giriş qapısını arxadan bağlayıb evi axtarmağa başlamışdır. Evdən pul və qızıl-zniyət əşyaları tapa bilmədiyindən pul əldə edə bilmyəcəyini fikirləşib müxtəlif formada bir neçə ədəd yataq dəstlərini, parçaları, çoxsaylı dəsmalları, bir ədəd hamam xalatını, bir ədəd ədyalı, bir dəst yataq üzlüyünü, mətbəxt dəstini, bir neçə metr uzunluğunda parçanı, yastıq üzü və başqa parçaları özü ilə gətirdiyi yaşıl rəngli böyük sellefon kisəyə yığıb oranı tərk etmişdir. Həmin əşyaları aparmaqda əziyyət çəkdiyinə, habelə onları sata bilməcyəcəyini fikirləşdiyinə görə onların içərisindən dəsmalları götürüb qalan əşyaları isə yolda zibil qabına atmışdır. Dəsmalları yaşadığı evə gətirib oğurladığı digər əşyaların yanında gizlətmişdir. Bundan başqa, sonuncu dəfə 27 fevral 2020-ci il tarixdə, saat təxminən 15-16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsinə getmişdir. Həmin küçədə olan boz rəngli ev diqqətini çəkmiş, həmin evin yaxınlığında bir qədər gözlədikdən sonra evdən bir nəfər qadın və bir nəfər kişi çıxıb qapını bağlayıb avtomobilə əyləşib getmişlər. Artıq evdə heç kim olmadığını və oğurluq etmək əlverişli şərait olduğunu görmüşdür. Buna görə də evin həyətində olan dəmir qapısına yaxınlaşmış, ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra daş hasardan həyətə keçmiş, sonra evin pəncərəsinə yaxınlaşıb üzərində olan buraçanla plastikdən olan pəncərəni açmış və oradan içəri daxil olmuşdur. Evə daxil olduqdan sonra içəridə olan əşyaları axtarmağa başlamışdır. Evin yataq otağını axtardıqda dolabın içərisindən qara rəngli selefon torbada qızıl-zinyət əşyaları tapmışdır. Həmin torbanın üzərində 15 manat pul da olmuşdur. Həmin qızılları torba ilə birlikdə götürüb cibinə qoymuş və digər yerləri axtarmışdır. Lakin başqa heç bir qiymətli əşya tapa bilməmişdir. Oğurladığı əşyaları götürüb daxil olduğu yerdən evi tərk edib oradan uzaqlaşmağa başlamışdır. Həmin günü yaşadığı evə getmiş, evdə bu oğurluq etməsi barədə heç kimə məlumat verməmişdir. Evdə oğurladığı qızıllara baxdıqda 04 ədəd qızıl üzük, bir ədəd boyunbağı, üç ədəd qolbağı və bir ədəd klon olduğunu görmüşdür. Həmin qızıl-zinyət əşyalarından bir ədəd üzüyü Səbail rayonu ərazisində olan mərkəzi univermağın yaxınlığındakı qızıl-alqı satıqısı mağazasında işləyən şəxsə, həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə 470 manata satmışdır. Həmin şəxs isə öz növbəsində vəsiqənin surətini çıxarıb qızıl barədə barədə akt yazmış və həmin akta ona imza etmişdir. Qızıl üzüyü satdığı şəxsə üzüyün həyat yoldaşına məxsus olduğunu, pul lazım olduğu üçün satdığını demişdir. Bundan sonra orada olan digər qızıl mağazasına daxil olub eyni üsulla mağazada işləyən qadına 01 ədəd qızıl üzüyü və bir ədəd qolbağı ümumilikdə 500 manata satmışdır. Bundan sonra ünvan 18 ünvanda yerləşən qızıl-alqı satqısı mağazasına daxil olmuşdur. Orada eyni üsulla bir ədəd qızıl üzüyü 127 manata bir nəfər kişiyə satmışdır. Qızılları satdığı şəxslərə qızılların həyat yoldaşına məxsus olduğunu demişdir. Qalan qızılları, yəni bir ədəd üzüyü, iki ədəd qolbağı, bir ədəd boyunbağını və bir ədəd klonu isə özündə saxlayaraq yaşadığı evdə gizlətmişdir. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. 29 fevral 2020-ci il tarixdə yaşadığı evdə olan zaman bir neçə nəfər polis əməkdaşı gəlmiş, sonunculara törətdiyi cinayət əməlini səmimi etiraf edib qızılların bir qisminin yaşadığı evdə olduğunu demişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11A saylı mənzilindən edilmiş oğurluq hadisəsi ilə heç bir əlaqəsi yoxdur və həmin əməlin onun tərəfindən törədilməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılan cinayət işi üzrə 09 aprel 2019-cu il tarixdən həbsdə olmuş və yalnız məhkəmənin 23 iyul 2019-cu il tarixli hökmü ilə 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək məhkəmə iclas zalından azad edilmişdir. Göründüyü kimi 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11A saylı mənzilindən edilmiş oğurluq edilərkən o, həbsdə olmuşdur. Hazırki iş üzrə epizodların çox olması səbəbindən onların hər biri ilə ayrı-ayrılıqda maraqlanmamış, lakin cinayət işinə məhkəmə iclasında baxıldığı zaman məlum olmuşdur ki, ona elan edilmiş ittihama 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11A saylı mənzilindən edilmiş oğurluq hadisəsi də əlavə edilmişdir. Sonda Təqsirləndirilən şəxs, 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı edən edilmiş oğurluq hadisəsini törətmədiyinə görə həmin epizod üzrə cinayət təqibinə xitam verilməsini, digər epizodlar üzrə isə törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs14, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2019-cu il tarixdən 27 fevral 2020-ci il tarixdək olan müddət ərzində təkrarən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxslərə maddi, o cümlədən xeyli miqdarda maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 06 avqust 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 18 noyabr 2019-cu il tarixdə, saat 17 radələrində əvvəl yaşadığı ünvan 19 ünvanındakı evindən ailə üzvləri ilə birlikdə toy şənliyinə getmək üçün çıxmışdır. 19 noyabr 2019-cu il tarixdə, saat 00:30-da evə qayıdan zaman otaqların dağınıq olduğunu görmüşdür. Yaşadığı evdə olan əşyalarını yoxladıqda yataq otağından ümumi dəyəri 50 manat olan 50 qəpik pullar, uşaq otağında pul yığmaq üçün istifadə olunan dəmir qabın içərisindən 70 manat pul, əl çantasından 395 manat pul, digər yataq otağında döşəyin altından ümumi dəyəri 500 manat olan bir cüt qızıl sırğa, yataq otağından isə 20 manat dəyərində kardon qabın içərisindən 01 manatlıqlar və pul kisəsində də 20 manat nağd pulun yerində olmadığını görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, evdə olmadığı müddətdə evə kənar şəxslər daxil olmuş və oğurluq etmişlər. Həmin hadisə nəticəsində ona 1.055 manat maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. 06 avqust 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəbdə fiziki hazırlıq fənni üzrə müəllim işləyir. 23 oktyabr 2019-cu il tarixdə, saat 09 radələrində arvadı X5 ilə yaşadığı evdən çıxıb işə getmişdir. Həmin vaxt evin qapısını arvadı Gülarə bağlamışdır. Həmin gün saat 15 radələrində işdən çıxıb yaşadığı ünvan 20 ünvanda yerləşən evinə gəlmiş, evə daxil olduqda heç bir dağıntı aşkar etməmişdir. Təxminən bir saatdan sonra ərzaq almaq üçün Bakıxanov qəsəbəsində yerləşən “Sərham” marketə getmişdir. Marketdə olan zaman arvadı Gülarə zəng edib “sən evdə olmusanmı” deyə ona sual vermişdir. Həyat yoldaşına evdə bir qədər əvvəl evdə olduğunu demiş və bu zaman sonuncu evdə olan qızıl-zinyət əşyalarını götürüb-götürmədiyini soruşmuşdur. Həyat yoldaşı Gülnarəyə qızılları götürmədiyini demiş, həmin vaxt arvadı qızıl-zinyət əşyalarının evdən oğurlandığını demişdir. Bundan sonra marketdən çıxıb evə gəlmiş və məlum olmuşdur kı, naməlum şəxs və ya şəxslər evin plastik pəncərəsini açaraq içəri daxil olmuş, yataq otağında olan siyirmənin içərisində olan müxtəlif növ qızıl-zinyət əşyalarını və paltar dolabının içərisində özünə məxsus gödəkçənin cibindən isə 500 manat pulu oğurlamışlar. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra yaşadığı evə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Yaşadığı evdən bir ədəd 500 manat dəyərində qadın üçün qızıl qolbağı, bir ədəd 600 manat dəyərində kişi üçün qızıl üzüyü, bir ədəd 700 manat dəyərində paxlava qızıl üzüyü, bir ədəd 400 manat dəyərində brilyant qaşlı qızıl üzüyü, bir ədəd 400 manat dəyərində qadın üçün qızıl üzüyü, 500 manat dəyərində bir cüt qızıl sırğa və 500 manat pul vəsaiti oğurlanmış və ona ümumilikdə 3.600 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. 06 avqust 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Ağsu rayonu İlxıçı kəndində qeydiyyatda olsada, təxminən 17 ildir Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, Z.Əliyev küçəsi ev 254-də ailə üzvüləri ilə birlikdə yaşayır. 12 dekabr 2019-cu il tarixdə, təxminən saat 08 radələrində ailə üzvüləri ilə evdən çıxaraq işə getmişdir. Həmin günü saat 18 radələrində həyat yoldaşı zəng edərək bildirmişdir ki, evdə oğurluq olmuşdur. Bundan dərhal sonra yaşadığı evə gəlmiş, evə çatdıqda evin pəncərəsinin açıq olduğunu, evdəki əşyaların dağıdıldığını görmüşdür. Həmin vaxt evdə olan əşyaları yoxladıqda yataq otağında olan döşəmənin altından 650 manat pulun, dolabın içindən 100 manat pulun, bir ədəd dəyəri 15 manat olan gümüş üzüyün, digər otaqdakı dolabdan 150 manat pulun, 02 ədəd dəyəri 90 manat olan qulaqcığın, müxtəlif növ klon və klona bənzər kiçik çox saylı əşyalarının, bir ədəd bijuteriya klon və dəyəri 70 manat təşkil edən telefon aksesuarlarının oğurlandığını aşkar etmişdir. Belə ki, çoxsaylı bəzək əşyaları dedikdə təxminən 163 ədəd bəzək əşyalarını nəzərdə tutur. Həmin bəzək əşyalarının 25 ədədi kvadrat, 35 ədədi dairəvi, 40 ədədi düzbucaqlı, 15 ədədi gül formasında, 15 ədədi dördbucaqlı, 20 ədədi isə uzunsov formada olmuşdur. Sonda Zərərçəkmiş şəxs5 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. 06 avqust 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs X6 göstərmişdir ki, 24 dekabr 2019-cu il tarixdə, saat 12:15 radələrində arvadı X4 ilə birlikdə azyaşlı övladını məktəbdən gətirmək üçün evdən çıxarkən evin giriş qapısını açarla bağlamamış, lakin qapını örtmüş və həyətdə olan qapının asma qıfılını açarla bağlayaraq açarı qaz sayğacının qutusunun üzərinə qoyub getmişdir. Həmin tarixdə saat 13:45 radələrində yaşadığı evə qayıdan zaman açarla darvazanın qapısının asma qıfılını açıb həyətə daxil olmuşdur. Həyətə daxil olan zaman evin giriş qapısı örtülü vəziyyətdə olmuşdur. Evə daxil olduqda evin otaqlarının qapılarının açıq vəziyyətdə olmasından şübhələnmiş, evə baxış keçirən zaman evin dəhlizindən ikinci mərtəbəyə aparan pilləkənin alt hissəsində yerləşən qəhvəyi rəngli dəmir seyfin qapısının açıq və asma qıfılının qapının üzərində asılmış vəziyyətdə aşkar etmişdir. Seyfin içərisinə baxış keçirən zaman orada olan 3.800 manat və 300 ABŞ dollarının olmadığını müəyyən etmişdir. Evdə olan əşyaları yoxladıqda isə mətbəxində yerləşən soyuducunun üstündən içərisində 200 manat olan dəmir banka və 300 manat xırda pul olan şüşə bankanında yerində olmadığını aşkar etmişdir. Həmin vaxt məlum olmuşdur ki, evdə olmadığı müddətdə kənar şəxs evə daxil olmuş və oğurluq etmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində ümumilikdə ona 4.810 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs6 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. 25 avqust 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs14 göstərmişdir ki, 27 fevral 2020-ci il tarixdə övladı İsmayılı Suraxanı rayonu 327 saylı orta məktəbdən hazırlıqdan götürmüş, sonra həyat yoldaşı, anası və uşaqları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisindəki metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yaşayan bacısının evinə qonaq getmişdir. Həmin günü bir neçə saatdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən evinə qayıtmışdır. Həyətə daxil olduqda evin plastik pəncərəsinin üzərində olan örtüyün yerdə və pəncərənində açıq olduğunu görmüşdür. Evin qapısını açıb içəri daxil olduqda evdə olan bütün əşyaların dağıdıldığını aşkar etmişdir. Həmin vaxt başa düşmüşdür ki, evdə olmadıqları müddətdə evə naməlum şəxs daxil olmuşdur. Həyat yoldaşı ilə birlikdə evdən hansı əşyaların oğurlandığını yoxladıqda məlum olmuşdur ki, evdəki şkafın içərisindən bir ədəd 3.000 manat dəyərində sarı qızıldan boyunbağı, bir ədəd 2.000 manat dəyərində sarı qızıldan üzük, bir ədəd 2.000 manat dəyərində sarı qızıldan qolbağı, üç ədəd ümumilikdə dəyəri 1.500 manat olan sarı qızıldan üzüklər, iki ədəd 600 manat dəyərində uşaq üçün sarı qızıldan qolbaq, bir ədəd 150 manat dəyərində sarı qızıldan klon və 15 manat pul vəsaiti oğurlanmışdır. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümuilikdə 9.265 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs14 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. 25 avqust 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, “Yeni il” bayramını birlikdə keçirmək üçün 28 dekabr 2019-cu il tarixdə təxminən günorta saat 13 radələrində anası ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən bacısının evinə getmişdir. Buna görə də, iki gün ərzində yaşadığı evdə heç kim olmamışdır. 30 dekabr 2019-cu il tarixdə axşam təxminən saat 19 radələrində tək evə gəlmiş, həyətə daxil olduqda evin mətbəxinin plastik materialdan olan pəncərəsinin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Dərhal qapını açıb evə daxil olmuş və bu zaman evdə olan bütün əşyaların dağınıq halda olduğunu görmüşdür. Evindən oğurluq edildiyini başa düşmüş və evdən hansı əşyaların oğurlandığını dəqiqləşdirmək üçün evi axtarmağa başlamışdır. Həmin vaxt yataq otağında olan paltar şkafının üst gözünü axtaran zaman bir neçə gün əvvəl həmin yerə qoyduğu bir ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq və iki ədəd 20 manatlıq əskinaslardan ibarət pulunun yerində olmadığını müəyyən etmişdir. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlib araşdırma aparmışlar. Sonra isə baş vermiş hadisə barədə ərizə yazmışdır. Oğurluq hadisəsi 28 dekabr 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixədək olan müddət ərzində yaşadığı ünvan 21 ünvanında baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 240 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs8 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. 25 avqust 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 1989-cu ildən Bakı Metropolitenində çilingər vəzifəsində işləyir. Növbə ilə orada işləyir və saat 08:00-dan 20:00-dək işdə olur. 10 fevral 2020-ci il tarixdə səhər işə, işdən sonra toya getmiş, saat 21:30-da isə yaşadığı evə qayıtmışdır. Həmin günü həyat yoldaşı və övladları evdə olmamışdır. Evə gələn zaman həyətə daxil olmaq üçün giriş qapısını açmaq istəsə də qapı açılmamışdır. Məcbur olub hasardan həyətə düşmüş və qapının içəridən bağlandığını görmüşdür. Evə nəzər saldıqda qonaq otağının pəncərəsinin açıq olduğunu, içəriyə daxil olduq isə otaqların hamısının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlib evinə baxış keçirmişlər. Həmin vaxtı həyat yoldaşı evdə olmadığından və həmçinin, içkili olduğundan oğurlanmış əşyaları tam müəyyən edə bilməmişdir. Buna görə ilkin ərizəsində evdən 70-80 manat dəyərində yorğan-döşək dəstinin oğurlandığını qeyd etmişdir. Hadisədən bir gün sonra həyat yoldaşı gəldikdə evdən dəyəri 60 manat olan atlas yataq dəstinin, dəyəri 120 manat olan ağ yataq dəstinin, birinin dəyəri 45 manat olan 04 ədəd ikinəfərlik yataq dəstinin, dəyəri 50 manat olan dəsmal dəstinin, birinin dəyəri 25 manat olan iki dəst əl-üz dəsmalın, birinin dəyəri 25 manat olan üç dəst hamam dəstinin, birinin dəyəri 13 manat olan üç dəst çay dəsmalının, dəyəri 60 manat olan bir dəst hamam xalatının, dəyəri 80 manat olan bir ədəd ədyalın, dəyəri 120 manat olan bir dəst yataq üzlüyünün, dəyəri 120 manat olan bir dəst yataq dəstinin, dəyəri 18 manat olan mətbəx dəstinin, dəyəri 136 manat olan 15 metr uzunluğunda parçanın, dəyəri 60 manat olan yastıq üzünün, dəyəri 168 manat olan 24 metr tül parçanın və dəyəri 180 manat olan döşək üzünün oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ümumilikdə ona 1.516 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs10 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. 08 aprel 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs11 göstərmişdir ki, ünvan 22 ünvanında qeydiyyatda olsa da həmin ünvanda yaşamır. Belə ki, həmin ev qızının evidir və o, yalnız həmin evdə qeydiyyatdadır. Özü ailə üzvüləri ilə birlikdə uzun müddətdir Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində ünvanını dəqiq bilmədiyi evdə yaşayır. 03 yanvar 2020-ci il tarixdə, səhər saat 09 radələrində ailə üzvüləri ilə birlikdə yaşadığı evdən çıxaraq rayona getmiş, evdən çıxarkən evin qapı və pəncərlərini bağlamışdır. 05 yanvar 2020-ci il tarixədək rayonda olmuş, həmin tarixdə, saat 11 radələrində Bakı şəhərində yaşadığı yuxarıda qeyd evə gəlmişdir. Yaşadığı evə daxil olduqda evin içərisində olan əşyaların dağıdıldığını görmüşdür. Məlum olmuşdur ki, evdə olmadığı müddətə evə kənar şəxs daxil olmuşdur. Əşyalarını yoxladıqda evindəki şkafın içərisindən 500 manat dəyərində bir cüt sarı qızıldan sırğanın, 100 manat dəyərində bir ədəd su matorunun, 1.000 manat dəyərində bir ədəd “Samsung” markalı noutbukun, 130 manat dəyərində bir ədəd “Hofman” markalı televizorun, 180 manat dəyərində bir ədəd “Lenovo” markalı planşetin, 10 manat dəyərində bir ədəd divar saatının və 80 manat dəyərində müxtəlif növ qadın geyimlərinin oğurlandığını müəyyən etmişdir. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşları gəlib baxış keçirmişlər. Evindən oğurlanmış əşyaların hamısı ona məxsus olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 2.000 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs11 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. 29 aprel 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs9 göstərmişdir ki, 14 yanvar 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 23 ünvanında yerləşən evin qapısını bağlayaraq evdən çıxıb getmişdir. Həmin gün saat təxminən 19 radələrində evə qayıtmış və evə daxil olduqda evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, evə kənar şəxs daxil olmuşdur. Evin qonaq otağının plastikdən olan nəfəsliyinin açıq olduğunu görmüş və evdə olan əşyalara nəzər yetirdikdə uşaq otağındakı masanın siyirməsindən müxtəlif bijuteriyaların və həmin siyirmədə olan 25 manat pulun oğurlandığını müəyyən etmişdir. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Evindən 125 manat dəyərində müxtəlif sadə metaldan olan bijuteriyalar və 25 manat pul oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 150 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs9 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 24 ünvanında qeydiyyatda olsa da, ünvan 25 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. 17 iyul 2019-cu il tarixdə, saat 09:15-də yaşadığı evin qapılarını bağlayıb evdən çıxaraq şəhərin mərkəzinə getmişdir. Həmin günü saat 20 radələrində işlərini həll edib evə qayıtmışdır. Evə qayıtdıqda qapını açıb içəri girmək istədikdə pəncərənin açıq olduğunu görüb evdə olmadığı müddətdə naməlum şəxsin evə girməsindən şübhələnmişdir. Evin qapısını açıb içəri daxil olduqda müəyyən əşyaların dağıdıldığını görmüşdür. Evində olan əşyalarına baxdıqda yataq otağında olan dolabın içərisində saxladığı bir ədəd 300 manat dəyərində 585 əyarlı təxminən 3 qram çəkidə sarı qızıldan üzüyün, bir ədəd 250 manat dəyərində 585 əyarlı 2 qram çəkidə sarı qızıldan boyunbağının, bir ədəd 320 manat dəyərində 585 əyarlı 5 qram çəkidə sarı qızıldan qızıl üzüyün və ümumilikdə dəyəri 50 manat təşkil edən müxtəlif növ bijuteriyaların oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlmişlər və onun iştirakı ilə evə baxış keçirib fotoşəkillərini çəkmişlər. Bundan sonra polis bölməsinə gedib ərizə ilə müraciət etmiş və hadisə barədə izahatı alınmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, yaşadığı evdən oğurlanmış qızıl-zinyət əşyaları və bijuteriya özünə məxsus olmuşdur. Yaşadığı evdən yalnız qeyd etdiyi qızıl-zinyət əşyaları və bijuteriya oğurlanmışdır. Başqa hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ümumilikdə ona 920 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 Kamal oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, yaşadığı ev 3 otaqdan və bir mətbəxdən ibarətdir. Bundan başqa evinin həyətyanı sahəsində bir mətbəx, hamam və sanitar qovşaq var. 23 noyabr 2019-cu il tarixdə oğlunun toy məclisi olmuş, həmin günü ailə üzvüləri ilə yaşadığı evdən çıxaraq toy mərasimində iştirak etmək üçün restorana getmişlər. Evdən çıxarkən yaşadığı evin qapılarını və pəncərələrini bağlamışdır. Həmin günü toy mərasimində iştirak etmiş və toy qurtardıqdan sonra 23:40-da yaşadığı evə gəlmişdir. Yaşadığı evin giriş qapısını açıb həyətə daxil olmuş, həyətə daxil olduqda mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan şübhələnərək evin qapısını açıb içəri daxil olmuş, içəri girdikdə evdə olan bütün əşyaların tamamilə dağıdıldığını və yerə töküldüyünü görmüşdür. Məlum olmuşdur ki, evdə olmadığı müddətdə evin pəncərəsini kənar şəxs açaraq evə daxil olmuşdur. Bundan sonra evdə olan əşyalara baxdıqda yataq otağında olan şkafın içərisində olan ümumilikdə dəyəri 6.400 manat təşkil edən bir ədəd qaşsız sarı qızıldan kişi qol saatının, bir ədəd briliyant qaşlı sarı qızıldan qadın üzüyünün, bir cüt qızıl sırğanın, bir ədəd boyunbağının, digər otaqdan isə palazların altından ümumilikdə 5.000 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir qədər sonra yaşadığı mənzilə polis əməkdaşları gəlib baxış keçirib fotoşəkillər çəkmişlər. Həmin günü baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, sonradan yaşadığı evə daha dəqiq, yəni evdə dağıdılan palazların altına baxdıqda 3.000 manat pulun orada olduğunu görmüşdür. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Kamal oğlu ifadəsində daha sonra göstərmişdir ki, yaşadığı evdən oğurlanmış qızıl-zinyət əşyalarının və pulların hamısı özünə məxsus olmuşdur. Belə ki, həmin qızılları özü almışdır. Yaşadığı evdən yalnız ifadəsində qeyd etdiyi qızıl-zinyət əşyaları və 2.000 manat pul oğurlanmışdır. Başqa hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ümumilikdə ona 8.400 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, cinayət yolu ilə 6.400 manat təşkil edən bir ədəd qaşsız sarı qızıldan kişi qol saatı, bir ədəd briliyant qaşlı sarı qızıldan qadın üzüyü, bir cüt qızıl sırğa, bir ədəd boyunğı, digər otaqdan palazların altından isə 2.000 manat pul ələ keçirilmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 26 dekabr 2019-cu il tarixdə, təxminən saat 17 radələrində yaşadığ evə gəlmiş və qapını açıb içəri daxil olmaq istədikdə qapının içəri tərəfdən bağlı olduğunu görmüşdür. Bundan şübhələnmiş və məcbur olaraq qapını açmaq üçün qapıya təpik vurmuşdur. Qapı açıldıqdan sonra evə daxil olmuş və evdə olan otaqların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, evdə olmadığı müddətdə mənzilə naməlum şəxs daxil olaraq oğurluq etmişdir. Bir neçə saniyə keçdikdən sonra qaynatası Sərvər Mehrəliyev evə gəldikdən sonra sonuncuya evdən oğurluq edildiyini bildirmişdir. Bundan sonra qayınatası Sərvər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə aparmışlar. Naməlum şəxs tərəfindən yataq otağında termonun üstündən və dolablarda olan özünə məxsus müxtəlif növ bijuteriyalar oğurlanmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ona 140 manat dəyərində maddi ziyan dəymişdir. Yaşadığı evdən bir ədəd qolbaq, bir ədəd saat, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd boyunbağı bijuteriya oğurlanmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 20 oktyabr 2019-cu il tarixdə səhər saatlarında evdən çıxaraq işə getmişdir. Həmin günü saat 10:30 radələrində həyat yoldaşı da uşaqları ilə birlikdə anası evinə getmişdir. İşlərini həll etdikdən sonra həmin günü saat təxminən 13 radələrində yaşadığı evə gəlmişdir. Evə çatdıqda evin qapısının açıq olduğunu görmüşdür. İlkin olaraq ailə üzvülərinin evə gəlməsini zənn etmiş, evə daxil oldquda isə evdə olan əşyaların dağıdıldığını və evdə heç kəsin olmadığını aşkar etmişdir. Məlum olmuşdur ki, evdə olmadığı müddət ərzində evə kənar şəxslər daxil olmuşlar. Evdən konkret olaraq hansı əşyalarının oğurlandığını dəqiqləşdirmək üçün əşyalarına baxmış, evdə yataq otağında olan dolabın içərisində olan özünə məxsus 1.500 manat pulun, iki ədəd qızıl üzüyün, bir ədəd qızıl qolbağın və bir ədəd qızıl boyunbağının yerində olmadığını görmüşdür. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra evə polis əməkdaşları gəlmiş, baxış keçirib fotoşəkillərini çəkmişlər. Bundan sonra bu barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində daha sonra göstərmişdir ki, evdən oğurlanmış 1.500 manat pul və qızıl-zinyət əşyaları özünə məxsus olmuşdur. Belə ki, qızılları həyat yoldaşına özü almışdır. Ona görədə baş vermiş cinayət hadisəsi nəticəsində ona maddi ziyan dəymişdir. Evdən yalnız 1.500 manat pul vəsaiti və qeyd etdiyi qızıl-zinyət əşyaları oğurlanmışdır. Evdən başqa hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ümumilikdə ona 3.000 manat maddi ziyan dəymişdir. Belə ki, evdən 1.500 manat pul və 1.500 manat dəyərində iki ədəd sarı qızıldan 585 əyarlı üzük, bir ədəd 585 əyarlı sarı qızıldan boyunbağı və bir ədəd 585 əyarlı sarı qızıldan qolbağı oğurlanmışdır. Qızıl-zinyət əşyalarının konkret olaraq çəkisini və ayrı-ayrılıqda dəyərini bilməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 06 noyabr 2019-cu il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq şəhərə getmiş, evdən çıxarkən evin qapı və pəncərələrini bağlamış və həmin günü işlərini həll edib təxminən saat 14:10-da yaşadığı mənzilə gəlmişdir. Evə gəldikdə qapını açıb həyətə daxil olmuş, həyətə daxil olduqda evin pəncərəsinin açıq olduğunu görüb fikirləşmişdir ki, evdən çıxarkən pəncərəni bağlamamışdır. İçəri daxil olduqda evdə olan əşyaların dağıdıldığını görmüş və məlum olmuşdur ki, evdə olmadığı müddətdə evə kənar şəxslər daxil olmuşdur. Evdə olan əşyalarını yoxladıqda dolaba qoyduğu 200 manat pulun yerində olmadığını aşkar etmişdir. Artıq başa düşmüşdür ki, naməlum şəxs evə daxil olaraq 200 manat pulunu oğurlamışdır. Bundan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra evə polis əməkdaşları gəlmiş və mənzilə baxış keçirib fotoşəkillərini çəkmişlər. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində daha sonra göstərmişdir ki, evdən oğurlanmış 200 manat pul vəsaiti öznə məxsus olmuşdur. Belə ki, pulu özü evdən çıxarkən dolaba qoymuşdur. Evdən yalnız 200 manat pul vəsaiti oğurlanmışdır. Evdən başqa hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, təxminən 15 ildir zərgərlik fəaliyyəti ilə məşğul olur. Hazırda ünvan 26 ünvanda yerləşən mağazanı icarəyə götürmüş və orada qızıl alqı-satqısı ilə məşğul olur. Bu barədə həmin ünvanın sahibi ilə müqaviləsi var və buna görədə vergidən VÖEN-i olmaqla dövlətə vergidə ödəmişdir. Hər gün səhər saat 10 radələrində işə gedir, axşam saat 18 radələrində işdən evə gəlir. İş fəaliyyəti fərdi qaydada olaraq müxtəlif şəxslərin satmaq üçün təqdim etdiyi qızıl-zinyət əşyalarını qiymətləndirib ümumi razılığa gəldikdən sonra onları almaqdan ibarətdir. Qızılzinyət əşyalarını aldıqdan sonra bu barədə qeydiyyat aparmış, lakin qızıl-zniyət əşyalarını satmağı barədə qeydiyyat aparmamışdır. 17 fevral 2020-ci il tarixdə həmişə olduğu kimi səhər saatlarında mağazaya gəlmiş və işləri ilə məşğul olmağa başlamışdır. Həmin günü saat 16 radələrində işlədiyi mağazaya tanımadığı bir nəfər arıq bədən qruluşlu alçaq boylu oğlan mağazaya gəlmişdir. Həmin oğlan bildirmişdir ki, özünə məxsus qızılı var satmaq istəyir. Həmin şəxsdən bir ədəd qızıl qolbağı götürmüş, sonra isə tərəzi ilə çəkmiş və yoxladıqda məlum olmuşdur ki, sonuncunun verdiyi üzərində qaşları olmayan qolbağı sarı qızıldan 585 əyarlı 2.68 qram çəkidədir. Həmin qolbağı yoxladıqdan və tərəzi ilə çəkdikdən sonra qiymətləndirmişdir. Həmin oğlan həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, belə ki, sonuncu üzərində öz şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. Baxdıqda həmin vəsiqənin Şahid2 məxsus olduğunu görmüşdür. Həmin bir ədəd qızıl qolbağını 127 manat dəyərləndirmiş və bu barədə həmin oğlana bildirmişdir. Həmin şəxs də onun təklifi razılaşmışdır. Bundan sonra qızılı almağı barədə akt yazmışdır. Həmin oğlanın şəxsiyyət vəsiqəsi olmadığı üçün aktda Zeynəbin haqqında qeydlər aparmış və həmin oğlana imza etdirmişdir. Sonra həmin oğlana 127 manat pul vermiş və sonuncu çıxıb getmişdir. Həmin günü aldığı qızılı tanımadığım şəxsə 140 manata lom qiymətinə satmışdır. Qızılı alamğı barədə tərtib etdiyi aktın surətini polis əməkdaşlarına təqdim etmişdir. Həmin şəxs bir ədəd qızıl qolbağı satan zaman demişdir ki, qızıl özünə məxsusdur. Həmin şəxsə inanaraq qızılı almışdır. Həmin qızılın cinayət yolu ilə əldə olunması ilə bağlı məlumatı olmamış, həmin qızılın cinayət yolu ilə əldə olunmasından xəbəri olacağı halda dərhal polis orqanına məlumat verəcəkdi. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, bir neçə ildir, zərgərlik fəaliyyəti ilə məşğul olur. Hazırda Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan metronun “28 May” stansiyası yaxınlığında mağazanı icarəyə götürmüş və orada qızıl alqısatqısı ilə məşğul olur. Bu barədə həmin ünvanın sahibi ilə müqaviləsi var və buna görədə vergidən VÖEN-i olmaqla dövlətə vergidə ödəyir. Hər gün səhər saat 10 radələrində işə gedir, axşam saat 18 radələrində işdən evə gəlir. İş fəaliyyəti fərdi qaydada olaraq müxtəlif şəxslərin satmaq üçün təqdim etdiyi qızıl-zinyət əşyalarını qiymətləndirib ümumi razılığa gəldikdən sonra onları almaqdan ibarətdir. Qızıl-zinyət əşyalarını aldıqdan sonra bu barədə qeydiyyat aparmış, lakin qızıl-zniyət əşyalarını satmağı barədə qeydiyyat aparmamışdır. 28 fevral 2020-ci il tarixdə həmişə olduğu kimi səhər saatlarında mağazaya gəlmiş və işləri ilə məşğul olmağa başlamışdır. Həmin günü işlədiyi mağazaya tanımadığı bir nəfər arıq bədən qruluşlu alçaq boylu oğlan gəlmişdir. Həmin oğlan demişdir ki, özünə məxsus qızılı var satmaq istəyir. Həmin şəxsdən bir ədəd qızıl üzüyü götürmüşdür. Sonra isə tərəzi ilə çəkib və yoxladıqda məlum olmuşdur ki, sonuncunun verdiyi üzük sarı qızıldan 583 əyarlı 8.2 qram çəkidədir, üzərində qaşları olmamışdır. Həmin üzüyü yoxladıqdan və tərəzi ilə çəkdikdən sonra qiymətləndirmişdir. Həmin oğlan həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, belə ki, sonuncu üzərində öz şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. Baxdıqda həmin vəsiqənin Şahid2 məxsus olduğunu görmüşdür. Həmin bir ədəd qızıl üzüyü 470 manat dəyərləndirmiş və bu barədə həmin oğlana bildirmişdir. Həmin şəxs də onun təklifi ilə razılaşmamışdır. Bundan sonra qızılı almağı barədə akt yazmış, həmin oğlanın şəxsiyyət vəsiqəsi olmadığı üçün aktda Zeynəbin haqqında qeydlər aparmış və həmin oğlana imza etdirmişdir. Sonra həmin oğlana 470 manat pul vermiş və sonuncu çıxıb getmişdir. Qızılı alamğı barədə tərtib etdiyi aktın surətini polis əməkdaşlarına təqdim etmişdir. Həmin günü aldığı qızılı tanımadığı şəxsə 220 manata lom qiymətinə satmışdır. Həmin şəxs bir ədəd qızıl qolbağı satan zaman demişdir ki, qızıl özünə məxsusdur. Həmin şəxsə inanaraq qızılı almışdır. Həmin qızılın cinayət yolu ilə əldə olunması ilə bağlı məlumatı olmamış, həmin qızılın cinayət yolu ilə əldə olunmasından xəbəri olacağı halda dərhal polis orqanına məlumat verəcəkdi. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onlar birlikdə yaşamışlar və birgə nikahdan onların bir azyaşlı uşağı var. Həyat yoldaşı Baba əvvəllər oğurluq etdiyinə görə iki dəfə məhkum olunmuşdur. Hazırda isə Bakı şəhəri Suraxanı rayonu ərazisində çoxsaylı oğurluqlar etdiyinə görə həbs edilmişdir. Əri Babanın oğurluq etməsindən xəbəri olmamışdır. Belə ki, yaşadığı evə polis əməkdaşları gəldikdən sonra bu barədə məlumatı olmuşdur. Babanın yaşadıqları evdə oğurladığı əmlakları gizlətdiyini görməmiş və sonuncu özü də bu barədə ona heçnə deməmişdir. Onun şəxsiyyət vəsiqəsi daim evdə olan şkafın üzərinə olmuş, həyat yoldaşının onun şəxsiyyət vəsiqəsini götürməsindən, şəxsiyyət vəsiqəsini təqdim etməklə oğurladığı əmlakları satmasından xəbərsiz olmuşdur. Çünki, Baba şəxsiyyət vəsiqəsini evdən ondan xəbərsiz götürmüşdür. Həyat yoldaşı Babaya cinayət hadisəsi törədən zaman kömək etməmiş və bu barədə ümumiyyətlə xəbəri olmamışdır. Babanın cinayət yolu ilə ələ keçirdiyi əmlakı evlərinə gətirib gizlədən zaman görməmiş, bunu polis əməkdaşları evlərinə gəlib götürmə apardıqda görmüşdür. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 27 fevral 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs14 yaşadığı ünvan 27 ünvanda yerləşən fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı naməlum şəxsin evə plastik pəncərəsini açaraq daxil olduğu, habelə evdə otaqların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 29 fevral 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş foroşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs, müxtəlif vaxtlarda ünvan 28 ünvandan qızıl-zinyət əşyalarını və 15 manat pul vəsaitini, ünvan 29 ünvanından 1.500 manat pul və qızıl-zinyət əşyalarını, ünvan 30 ünvanda yerləşən evdən 1.500 manat pul və qızıl-zinyət əşyalarını, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Abdullayev küçəsi, 21 saylı ünvanda yerləşən evdən qızıl-zinyət əşyaları, bijteriyaları və 500 manat pul vəsaitini, ünvan 31 ünvanda yerləşən evdən 200 manat pul vəsaitini, ünvan 32 ünvanında yerləşən evdən qızıl-zinyət əşyalarını və 555 manat pul vəsaitini, ünvan 33 ünvanda yerləşən evdən qızıl-zinyət əşyalarını, bir ədəd “Samsung” markalı telefonu, 2.000 manat pulu və bijteriyaları, ünvan 34 ünvanda yerləşən evdən müxtəlif növ ev əşyalarını və 930 manat pul vəsaitini, ünvan 35 ünvanında yerləşən evdən 124 manat pul vəsaitini, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, dalan 2, ev 1 ünvanında yerləşən evdən müxtəlif növ bijteriya əşyalarını, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi 10 saylı ünvanda yerləşən evdən 240 manat pul vəsaitini, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən evdən bir cüt qızıl sırğanı, bir ədəd televizoru, bir ədəd planşeti, bir ədəd noutbuku, bir ədəd divar saatını, bir ədəd su matorunu və müxtəlif paltar geyimlərini, ünvan 36 ünvanında yerləşən evdən müxtəlif bijteriya əşyalarını və 25 manat pul vəsaitini, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 175 saylı ünvanında yerləşən evdən müxtəlif yataq dəstlərini, parçaları, dəsmalları bir ədəd hamam xalatını, bir ədəd ədyalı, bir ədəd yataq üzlüyünü, mətbəx dəstini, parçaları, yastıq üzünü və başqa parçaları oğurladığını yerində göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani şəkildə təsdiq etmişdir. İş materiallarında olan götürmə aparılması haqqında 29 fevral 2020-ci il tarixli protokoldan görünür ki, cinayət yolu ilə ələ keçirilmiş bir ədəd “Lenovo” markalı, “TAB4 10” modelli planşet, bir ədəd divar saatı və bir ədəd “Hofman” markalı televizor, 12 ədəd dəsmallar, bir ədəd sadə qol saatı, bir ədəd “Samsung” markalı telefon, müxtəlif növ kiçik dairəvi və kvadrat formalı əşyalar, bir cüt bijuteriya sırğa, iki ədəd bijuteriya boyunbağı, bir ədəd gümüş boyunağı, bir ədəd bijuteriya klon, bir ədəd sarı qızıldan qolbağ, bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı, bir cüt sırğa, bir ədəd gül formasında və iki ədəd dairəvi şəkildə bijuteriyalar Təqsirləndirilən şəxs yaşadığı ünvan 37 ünvanından aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 11 mart 2020-ci il tarixli qərardan görünür ki, 190100398, 190100472, 190100483, 190100494, 190100521, 190100555, 190100628, 190100669, 190100673, 200100023, 200100069, ********* və ********* nömrəli cinayət işləri üzrə icraat təzələnmiş, ********* nömrəli cinayət işi bir ictaatda birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı ********* nömrə altında aparılmışdır. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 17 iyul 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 177 nömrəli evin 11A saylı mənzilində oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı qonaq və yataq otaqlarının dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 23 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 38 ünvanda yerləşən evdə oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evin dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən əl-barmaq izləri aşkar edilməmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 evindən 500 manat nağd pulun və müxtəlif qızıl-zinyət əşyalarının oğurlandığını bildirmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 20 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 yaşadığı ünvan 30 ünvanda yerləşən evdə oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evin yataq otaqlarının dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən əlbarmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 06 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs13 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, T.Bağırov küçəsi, 1A nömrəli evdə oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı naməlum şəxsin evə yataq otağının plastik pəncərəsinin torunu çıxardaraq daxil olduğu, şüşə bankda olan 400 manat pulun 200 manatının oğurlandığı və həmin otağın dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən ekspert kriminalist tərəfindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 19 noyabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 Əfqan oğlunun yaşadığı ünvan 19 ünvanında oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evdəki əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən ekspert kriminalist tərəfindən əlbarmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 24 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 39 ünvanında oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evdəki əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 12 dekabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 40 ünvanda yerləşən evdə oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evdəki əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 24 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 yaşadığı ünvan 41 ünvanında oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı hadisə yerindən 02 ədəd qıfıl götürülmüşdür. Hadisə yerindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 07 fevral 2020-ci il tarixli, 497 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilən 1 və 2 rəqəmləri ilə işarələnmiş asma qıfıllar təqdim olunmuş vəziyyətində işləkdir və təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilən 1 və 2 rəqəmləri ilə işarələnmiş asma qıfılların səthində, açaraq yuvasının giriş hissəsinin üzərində kənar predmetlə yetirilməyə xarakterik deformasiya, cızılma, əzilmə və s. izlər aşkar edilmədişdir. Həmin qıfıllar ştat açarı və ya ona uyğunlaşdırılmış açarla açılıb-bağlanmışdır. Lakin qeyd olunan qıfılların material və konstruktiv xüsusiyyətləri onların kənar predmet ilə, məsələn klidaçan və s. ilə iz qoymadan açılmasına imkan verir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 26 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 42 ünvanda oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evdəki əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən ekspert kriminalist tərəfindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 30 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 yaşadığı ünvan 7 ünvanda oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evdəki əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 14 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 16 ünvanda oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evdəki əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 05 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 yaşadığı ünvan 43 ünvanda oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evdəki əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən ekspert kriminalist tərəfindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə 10 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 yaşadığı ünvan 44 ünvanda oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı evdəki əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerindən ekspert kriminalist tərəfindən əl-barmaq izləri aşkar edilməmişdir. İş materialında olan materialların məhkəmə ekspertizasının 28 mart 2020-ci il tarixli, 6/310-9/610 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdil edilmiş Zərərçəkmiş şəxs7 məxsus bir ədəd 3.42 qram kütləli sırğa cütü 04 manat, Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 37.20 qram kütləli “MİCHAEL KORS” və “QUARTZ” yazısı olan qol saatı 05 manat, bir ədəd istifadə olunmuş “Samsung” markalı, “GT-S7582” modelli mobil telefon 20 manat, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 0.070 qram kütlə boyunbağı qırıntısının qırıntı kimi qiyməti 01 manat 40 qəpik, bir ədəd 2.44 qram kütləli klonlu boyunbağı 01 manat və bir ədəd 3.35 qram kütləli boyunbağı 13 manat, Zərərçəkmiş şəxs14 məxsus 19.38 qram kütləli üzük kolye dəsti 1.660 manat, bir ədəd 6.38 qram kütləli klon 06 manat, bir ədəd 1.22 qram kütləli qolbaq 73 manat, bir ədəd 2.42 qram kütləli qolbaq 145 manat, Zərərçəkmiş şəxs5 məxsus bir ədəd 4.46 qram kütləli klon 17 manat, müxtəlif formalı klon, klona bənzər məmulat hissələri və ya detallar, klidlər hər biri 50 qəpik olmaqla, ümumilikdə 163 ədədi 81 manat 50 qəpik müəyyən edilir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 02 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs2, tanınmaya təqdim edilmiş iki ədəd bijuteriya boyunbağının və bir ədəd gümüş boyunbağının ona məxsus olduğunu, həmin əşyaları xarici görkəminə, rənginə, açılıbbağlanan hissəsinə və əlamətlərinə görə tanıdığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 09 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs14, tanınmaya təqdim edilmiş bir ədəd klonun, iki ədəd qolbağın, bir ədəd üzüyün və bir ədəd boyunbağının ona məxsus olduğunu, həmin qızıl-zinyət əşyalarını üzərində olan bəzəklərinə, xarici görkəminə, rənginə, əl işləmələrinə və əlamətlərinə görə tanıdığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 09 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs5, tanınmaya təqdim edilmiş bir ədəd klonun, müxtəlif formalı klonun, klona bənzər məmulat hissələrinin və ya detalların və klidlərin ona məxsus olduğunu, onları üzərilərində olan naxışlarına, xarici görkəminə, rənginə və əlamətlərinə görə tanıdığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 09 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7, tanınmaya təqdim edilmiş bir cüt bijuteriya sırğasının ona məxsus olduğunu, onları üzərində olan naxışlsrına, xarici görkəminə, rənginə və əlamətlərinə görə tanıdığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 10 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs4, tanınmaya təqdim edilmiş bir ədəd sadə qol saatının və bir ədəd “Samsung” markalı mobil telefonun ona məxsus olduğunu, qol saatını üzərində olan naxışlarına, rəng töküntülərinə, telefonu isə üzərində olan çata, arxasındakı cızıqlara və əlamətlərinə görə tanıdığını bildirmişdir. İş materialında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 iyun 2020-ci il tarixli, 9/1215 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mavi rəngli uzun ölçülü dəsmalın bir ədədi 03 manat olmaqla 12 ədədi 36 manat, bir ədəd Çində istehsal edilmiş “Lenovo” markalı, “TB-X304L” modelli, 16 GB yaddaş tutumlu, **********24477 İMEİ kodlu planşetin dəyəri 180 manat, bir ədəd “Zivella” markalı divar üçün saatın dəyəri 10 manat, bir ədəd “Hofman” markalı, “24E3000” modelli qara rəngli televizorun dəyəri 130 manat olmaqla qeyd edilən, istifadədə olmuş 04 adda malların 2020-ci ilin yanvar-fevral aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxmnən 356 manat müəyyən edilir. Bir cüt firuzəyi rəngli sırğa, bir cüt qızılı rəngli üzərində kiçik qaşları halqalar, bir ədəd gümüşü rəngli gül formasında bijuteriya isə təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olduğu üçün qiymətsiz müəyyən edilir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 15 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs10 Mahmdud oğlu, tanınmaya təqdim edilmiş mavi rəngli 12 ədəd uzun ölçülü əl-üz dəsmalların ona məxsus olduğunu, həmin dəsmalları rənginə, xarici görkəminə, üzərində olan yazılarına və əlamətlərinə görə tanıdığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 16 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs11, tanınmaya təqdim edilmiş bir ədəd “Lenovo” markalı, “TAB4 10” modelli planşetin, bir ədəd divar saatının və bir ədəd “Hofman” markalı televizorun ona məxsus olduğunu, həmin əşyasları üzərindəki rəng töküntülərinə və cızıqlarına, planşeti arxasındakı yazılarına, televizoru altında olan yazılarına, saatı isə içərisində olan naxışlarına və əlamətlərinə görə tanıdığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 17 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs9, tanınmaya təqdim edilmiş bir cüt firuzəyi rəngli sırğanın, bir cüt qızılı rəngli üzərində kiçik qaşları halqaların və bir ədəd gümüşü rəngli gül formasında bijuteriyaların ona məxsus olduğunu, həmin əşyaları üzərilərində olan naxışlarına, bəzəklərinə, qaşlarına, xarici görkəminə, rənginə və əlamətlərinə görə tanıdığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs 20 oktyabr 2019-cu il tarixdən 27 fevral 2020-ci il tarixdək olan müddət ərzində təkrarən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi, o cümlədən xeyli miqdarda maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Eyni zamanda cinayət işinə məhkəmədə baxıldığı zaman dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona elan edilmiş ittihamdan 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11 A saylı mənzilindən oğurluq etməsinə dair epizod üzrə cinayət təqibindən imtina edərək və digər epizodlar üzrə onun barəsində cinayət təqibinin Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı mövqeyini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1 və 69.3cü maddələrinə əsasən qəti olaraq 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 09 aprel 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə məhkəmə iclas zalından həbsdən azad edilməsi Təqsirləndirilən şəxs 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri. Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11 A saylı mənzilində heç kimin olmamasından istifadə edərək evin pəncərəsindən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 300 manat dəyərində 585 əyarlı təxminən 3 qram çəkidə qızıl üzük, bir ədəd 250 manat dəyərində 585 əyarlı 2 qram çəkidə qızıl boyunbağı, bir ədəd 320 manat dəyərində 585 əyarlı 5 qram çəkidə qızıl üzük və 50 manat dəyərində bijuteriya bəzək əşyalarını oğurlamasını istisna edir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-nin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona elan edilmiş ittihamda 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11 A saylı mənzilində heç kimin olmamasından istifadə edərək evin pəncərəsindən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 300 manat dəyərində 585 əyarlı təxminən 3 qram çəkidə qızıl üzük, bir ədəd 250 manat dəyərində 585 əyarlı 2 qram çəkidə qızıl boyunbağı, bir ədəd 320 manat dəyərində 585 əyarlı 5 qram çəkidə qızıl üzük və 50 manat dəyərində bijuteriya bəzək əşyalarını oğurlaması epizodu üzrə cinayət təqibinə xitam verilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər eyni və həmcins cinayət əməllərinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 mart 2020-ci il tarixli məlumatından və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə, həmin Məcəllənin 68.1, 68.1.1-1, 68.1.3, 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən hazırki cinayət əməlini, həmcins cinayətin törədilməsinə görə Binəqədi rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkdiyi müddət ərzində törətdiyini, bununla da azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah edilməsinə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 21 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 03 gün hissəsini çəkməmiş, 02 il 27 gün hissəsini isə çəkməmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 il 27 gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 il 13 gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 fevral 2020-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11 A saylı mənzilində heç kimin olmamasından istifadə edərək evin pəncərəsindən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 300 manat dəyərində 585 əyarlı təxminən 3 qram çəkidə qızıl üzük, bir ədəd 250 manat dəyərində 585 əyarlı 2 qram çəkidə qızıl boyunbağı, bir ədəd 320 manat dəyərində 585 əyarlı 5 qram çəkidə qızıl üzük və 50 manat dəyərində bijuteriya bəzək əşyalarını oğurlamış şəxs (şəxslər) müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin (şəxslərin) müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Lenovo” markalı, “TAB4 10” modelli planşetin, bir ədəd divar saatının, bir ədəd “Hofman” markalı televizorun, 12 ədəd dəsmalların, bir ədəd sadə qol saatının, bir ədəd “Samsung” markalı mobil telefonun, müxtəlif növ ev üçün çoxsaylı əşyaların, bir cüt bijuteriya sırğanın, iki ədəd bijuteriya boyunbağının, bir ədəd gümüş boyunağının, bir ədəd bijuteriya klonun, bir ədəd sarı qızıldan qolbağın, bir ədəd sarı qızıldan qolbağın, bir ədəd sarı qızıldan üzüyün və bir ədəd sarı qızıldan boyunbağının Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-trasoloji, materialların məhkəmə və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 217 (iki yüz on yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 27 (iyirmi yeddi) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq, 01 (bir) il 13 (on üç) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 fevral 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-trasoloji, materialların məhkəmə və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 217 (iki yüz on yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Lenovo” markalı, “TAB4 10” modelli planşetin, bir ədəd divar saatının, bir ədəd “Hofman” markalı televizorun, 12 ədəd dəsmalların, bir ədəd sadə qol saatının, bir ədəd “Samsung” markalı mobil telefonun, müxtəlif növ ev üçün çoxsaylı əşyaların, bir cüt bijuteriya sırğanın, iki ədəd bijuteriya boyunbağının, bir ədəd gümüş boyunağının, bir ədəd bijuteriya klonun, bir ədəd sarı qızıldan qolbağın, bir ədəd sarı qızıldan qolbağın, bir ədəd sarı qızıldan üzüyün və bir ədəd sarı qızıldan boyunbağının ibtidai araşdırma zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11 A saylı mənzilində heç kimin olmamasından istifadə edərək evin pəncərəsindən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 300 manat dəyərində 585 əyarlı təxminən 3 qram çəkidə qızıl üzük, bir ədəd 250 manat dəyərində 585 əyarlı 2 qram çəkidə qızıl boyunbağı, bir ədəd 320 manat dəyərində 585 əyarlı 5 qram çəkidə qızıl üzük və 50 manat dəyərində bijuteriya bəzək əşyalarını oğurlaması epizodu üzrə cinayət təqibinə xitam verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 177 nömrəli evin 11 A saylı mənzilində heç kimin olmamasından istifadə edərək evin pəncərəsindən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 300 manat dəyərində 585 əyarlı təxminən 3 qram çəkidə qızıl üzük, bir ədəd 250 manat dəyərində 585 əyarlı 2 qram çəkidə qızıl boyunbağı, bir ədəd 320 manat dəyərində 585 əyarlı 5 qram çəkidə qızıl üzük və 50 manat dəyərində bijuteriya bəzək əşyalarını oğurlamış şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə müvafiq olaraq həmin Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar