Məhkəmə qərarları › İş №1(010)-92/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-92/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-92/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi ilə Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X5 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Fatollah oğlunun iştirakı ilə, xx.xx.1980-ci ildə İran İslam Respublikasının Sary şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, «Ghahraman-1» gəmisində kapitanın birinci köməkçisi işləyən, İran İslam Respublikasının Sary şəhəri, 15-i xorda prospekti, Məhdiyə məscidi küçəsi, Məhistan, mənzil 5 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Fatollah oğlunun Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Javidani X11 İslam Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı ümumilikdə 0,08 qram təşkil edən 3 ədəd metadon həbini əldə etmiş, 1 ədəd plastmas materialdan hazırlanmış şilindr formalı qabın içərisində yerləşdirərək, kapitanın birinci köməkçisi kimi işlədiyi “Ghahraman- 1” (İMO 8620038) gəmisində ona aid olan 224 №li kayutdakı istirahət üçün nəzərdə tutulmuş otaqda olan çarpayının sol aşağı hissəsində, müxtəlif əşyalar saxlamaq üçün nəzərdə tutulmuş siyirmədə saxlamış, İran İslam Respublikasının bayrağı altında üzən “Ghahraman- 1” (İMO 8620038) gəmisində İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 19 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Dövlət Gömrük Komitəsi X17 Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postunda qeyd olunan metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı ümumilikdə 0,08 qram təşkil edən 3 ədəd metadon həbini və həmçinin İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən əldə etdiyi və 1 ədəd plastmas materialdan hazırlanmış şilindir formalı qabın içərisində yerləşdirib, “Ghahraman-1” (İMO 8620038) gəmisində ona aid olan 224 №li kayutdakı istirahət üçün nəzərdə tutulmuş otaqda olan çarpayının sol aşağı hissəsindəki siyirmədə saxladığı tərkibindəki klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,037 qram təşkil edən 18 ədəd tam və 1 ədəd yarı ölçüdə olan həbləri Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Fatollah oğlu Azərbaycan Respublikası CMnin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs Fatollah oğlunun törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Fatollah oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasının vətəndaşı olmaqla, İran İslam Respublikası, Sary şəhəri, 15-i xordat prospekti, Məhdiyə Məscidi küçəsi, Məhistan mənzil 5 ünvanında yaşayır, milliyəti farsdır. Mahmudaabad Dənizçilik Universitetini bitrimişdir. 16 ildir dənizçilik sahəsində çalışır. 6 ildir ki, Xəzər dənizində gəmidə çalışır. “Ghahraman-1’’ (İMO 8620038) gəmisində kapitanın birinci köməkçisi-müavini vəzifəsidə işləyir. Qeyd olunan gəmi şəxsi vətəndaşa məxsusdur, yəni dövlətə məxsus gəmi deyildir. 15.10.2021-ci il tarixdə İranın Astara limanından Azərbaycan Respublikasına qarışıq yüklər gətirmək üçün “Ghahraman-1 ” (İMO 8620038) gəmisində gəmi heyəti ilə birgə yola çıxmışlar. Yola düşməzdən bir neçə gün əvvəl İran İslam Respublikasının Sary şəhərində 1 il əvvəl aptekdən həkim resepti əsasında aldığı və bir neçəsini istifadə etdikdən sonra geriyə 3 ədədi qalan metadon həblərini və yuxu dərmanı kimi istifadə etdiyi 18 ədəd tam və 1 ədəd yarısı qalan həbləri evdən gətirərək, gəmidə ona məxsus olan 224 nömrəli kayutda üzərində yatdığı çarpayının aşağısındakı siyirməyə yerləşdirmişdir. Metadon həblərini həkimin tövsiyyəsi ilə almışdır və avto qəza nəticəsində ayağında mövcud olan ağrıların sakitləşdirilməsi üçün istifadə edirmiş. Digər həbləri isə, dediyi kimi, yuxu dərmanları kimi istifadə edirmiş. Qeyd olunan həblərdən nə gəmi kapitanı, nə də gəmidə olan digər heyət məlumatlı deyilmiş. “Ghahraman-1” (İMO 8620038) gəmisi 19.10.2021 -ci il tarixdə Bakı şəhərində olan Hövsan limanına çatmışdır. Gəmi Hövsan limanında olduğu zaman öncədən gəmi kapitanı tərəfindən gəmidə olan heyət, onların şəxsi əşyaları və daşınan yüklər barədə gömrük orqanına məlumat yəni, bəyannamə verilməsi üçün sənədlər hazırlanmışdır. Həmin sənəddə ona məxsus şəxsi əşyalar arasında üzərində götürdüyü həmin dərmanlar qeyd olunmamışdır, çünki, bu barədə gəmi kapitanına məlumat verməmişdir. 19.10.2021 -ci il tarixdə gömrük limanında gömrük əməkdaşları tərəfindən gəmiyə baxış və yoxlama keçirilərkən ona məxsus olan kayutda həmin həblər aşkar edilmişdir. Ondan həmin həblərlə bağlı soruşmuşdurlar, o da həmin həblərin metadon həbləri və yuxu həbləri olduğunu demişdir. Daha sonra gömrük əməkdaşları ona həmin həblərin istifadəsinin və daşınmasının qanunsuz olduğu bildirmiş, o isə həmin həblərin qanunsuz olduğunu bilmədiyini, bu səbəbdən də gömrüyə qabaqcadan məlumat vermədiyini bildirmişdir. Daha sonra gömrük əməkdaşları tərəfindən həmin həblər götürülmüş, müvafiq sənədlər tərtib etmişdirlər, tərcüməçi dəvət olunaraq ona məzmunu izah olunmuş, o da sənədləri imzalamışdır. Bundan sonra ondan izahat almışlar və o, yuxarıda göstərdiyi formada izahatını vermişdir. Metadon həblərini 1 il əvvəl İranın Sary şəhərində aptekdən almışdır, 1 il olar ki, arada ağrıları olanda istifadə edirmiş. Üzərində götürmüşdür ki, yenə ağrıları olarsa, istifadə etsin. Eləcə də yuxu həbləri olan “kolonodin” həblərini də iki ay bundan öncə İranda aptekdən almış, səfərlərdə yuxuya üçün getmək istifadə edirmiş. Adətən belə səfərlərə çıxanda neçə günə geri qayıdacaqlarını bilmədiyindən, üzərində götürmüşdür ki, gec qayıtsalar da, istifadəsi üçün dərmanlar yanında olsun. Aşkar edilmiş həblərlə bağlı gəmi heyətindən heç kimə bu barədə məlumat verməmişdir. Səfərə çıxmamışdan bir neçə gün öncə gətirib qaldığı kayuta qoymuşdur. Çünki səfərlərdə həmişə 224 №li kayutda kapitan müavini kimi o, qalırmış. Qeyd olunan narkotik vasitə və psixotrop maddə tərkibli dərmanların Azərbaycanda qadağan olduğundan məlumatı yox imiş, ona görə də bu barədə gömrüyə bildirməmişdir. Həmin həblərin satışı hər formada, yəni həm paket, həm də ədəd olaraq həyata keçirilir. Həmçinin, 10 ədəd miqdarınadək tək-tək satıla bilir. O, da həbləri ədədlər şəklində tək-tək əldə etmiş, çox yer tutmaması üçün aptekdən əldə etdiyi qablaşdırmada yox, iki ədəd şilindir formalı qara rəngli və şilindir formalı yaşıl rəngli qabın daxilində saxlamışdır. X18 Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr və ya digər qadağan olunmuş vasitələr gətirməmişdir. Əldə etdiyi vasitələrin Azərbayjan Respublikasında qadağan olunduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2010-cu il tarixindən gömrük orqanlarında xidmət edir. X14 və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyir. İran İslam Respublikasının Astara limanından çıxaraq, İran İslam Respublikasının bayrağı altında üzən və mülki şəxsə məxsus olmaqla, Azərbaycan Respublikasının Hovsan Beynəlxalq dəniz limanına kalsium karbonat, polietilen, kafel və sair kommersiya yükləri daşıyan “Ghahraman-1” (İMO 8620038) gəmisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Baş idarənin əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, 19 oktyabr 2021-ci il tarixdə gömrük postunda gəmi yanalma körpüsündə dayandığı zaman “Ghahraman-1'’ (İMO 8620038) gəmisinə şöbənin əməkdaşı kimi o, və Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı gömrük postunun əməkdaşları ilə birgə yoxlama və baxış keçirilmişdir. Gəmi heyətinin Azərbaycan dilində bilməməsi və İran İslam Respublikası vətəndaşları olmaları nəzərə alınmaqla, gömrük nəzarəti zamanı tərcüməçinin də iştirakı təmin olunmuşdur. Hal şahidlərinin və digər iştirakçıların iştirakı ilə keçirilən yoxlama zamanı gəmi kapitanı adından təqdim olunmuş və gəmi heyətində olan şəxslərin özlərinin imzaları ilə təsdiq olunmuş ekipaj siyahısı kimi adlandırdıqları sənəddə ekipaj üzvlərindən eləcə də gəmi kapitanının birinci köməkçisi, İran İslam Respublikası vətəndaşı X3 şəxsi əşyaları arasında gömrüyə mütləq bəyan olunası əşyaların olmadığı görünürmüş. Baxış zamanı gəmi heyətindən olan kapitanın birinci köməkçisi X9 gəmidə hər hansı qadağan olunmuş predmetin olub olmaması barədə soruşduqda, sonuncu bu tipdə predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı gəmi kapitanının birinci köməkçisi, İran İslam Respublikası vətəndaşı X10 aid olan və giriş qapısının sol tərəfi istiqamətində yerləşən 224 №li kayuta baxış zamanı kayutda sağ tərəf istiqamətdə istirahət üçün nəzərdə tutulmuş otaqda yerləşən çarpayının sol aşağı hissəsində, müxtəlif əşyalar saxlamaq üçün nəzərdə tutulmuş siyirmənin daxilində şəffaf rəngli kiçikölçülü sellafon torbanın içərisinə yerləşdirilmiş 2 ədəd plastmas materialından hazırlanan şilindir formalı qabların içərisindən, qara rəngli qabdan dairəvi formalı açıq qəhvəyi rəngdə üzərində “F/M 40’’ yazısı olan 1 ədəd, dairəvi formalı ağ rəngdə üzərində “ddp/M20” yazısı olan 2 ədəd, digər şilindir formalı yaşıl rəngli qabın daxilində dairəvi formada açıq yaşıl rəngdə 18 ədəd və birinin təqribən yarısı ölçüsündə üzərində “Z/A” yazısı olan 1 ədəd gömrük orqanına bəyan edilməyən həblər aşkar edilmişdir. Gəmi kapitanının birinci köməkçisi İran islam Respublikası vətəndaşı X8 məxsus kayutdan aşkar edilən yuxarıda qeyd edilmiş həblərin özünə məxsus olduğunu, həmin həblərin bəyan edilməli olduğundan məlumatsız olduğunu və əsasən yuxusuzluq və remotizma ağrılarına qarşı istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 3 ədəd bir və 19 ədəd digər olmaqla, ümumilikdə 22 ədəd həblər X7, gömrük əməkdaşları və digər şəxslərin iştirakı ilə qablaşdırılaraq araşdırma məqsədilə götürülmüş, bu barədə protokol tərtib edilmiş, tərcüməçi tərəfindən protokolun məzmunu və hüquq vəzifələri X6 izah olunmuş və Javıdanı Alıakbar və iştirakçılar, eləcə də onun tərəfdən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixindən gömrük orqanlarında xidmət edir. X14 və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı gömrük postunun inspektoru vəzifəsində işləyir. Əsas vəzifəsi limana daxil olan gəmilərə gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. Gömrük nəzarətinin həyata keçirilmə ardıcıllığı belədir ki, limana daxil olan və başqa ölkənin bayrağı altında üzən gəminin limana daxil olması barədə Azərbaycanda olan agent, yəni gəmidə yük daşıyan şirkətin nümayəndəsi tərəfindən məlumat verildikdən sonra, gəminin yanalma körpüsündə dayanmasını gözləyirlər, bundan sonra gəmiyə daxil olurlar. Gəmidə gəmi kapitanı qarşılayaraq, daşıdığı yüklərlə bağlı karqo manifestini, gəmi heyətinin siyahısını, gəmi heyətində olan ekipaj üzlərinin şəxsi əşyaları ilə bağlı məlumatları özündə əks etdirən və qarşısında ekipaj üzvlərinin özlərinin imzası ilə təsdiq olunan “crew list” kimi adlandırdıqları siyahını, gəmidə istifadə və istismar üçün nəzərdə tutulan ehtiyatlara dair siyahını gömrük əməkdaşına təqdim edir, bundan sonra gəminin içərisində gömrük nəzarəti həyata keçirilir. Bu vaxt gəmidə olan kayutlara, yüklərin yerləşdirildiyi yerə, anbara, gəmi mühərrikinin yerləşdiyi aşağı hissəyə baxış keçirilir, zərurət yarandıqda xidməti itdən də istifadə olunur. Eləcə də, ekipaj üzvlərinin özlərinin imzası ilə təsdiq olunan “crew list”də qeyd olunan şəxsi əşyaları ilə bağlı həmin məlumatların dəqiqləşdirilməsi məqsədilə heyətdə olan şəxslərdən əşyalarını göstərmələri tələb edilir, həmin əşyalara baxış keçirilir. Həmçinin gömrük ödənişlərindən azad olan və gəmidə istifadə və istismar üçün nəzərdə tutulan ehtiyatlara da (gəmi heyətinin qidalanması üçün olan qida məhsulları, gəmi mühərrik yağı, yanacaq və s.) baxış keçirilir. Gəmidə təqdim olunmuş sənədlərdə göstərilən əşya və mallardan başqa bəyan olunmayan mallar aşkar edilmədiyi təqdirdə gəmidə gətirilən kommersiya mallarının gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün digər prosedurlar həyata keçirilir. Bundan sonra gömrük nəzarəti başa çatdırılaraq gəmidə gətirilən kommersiya mallarının boşaldılması həyata keçirilir. Eləcə də, 19 oktyabr 2021 -ci il tarixdə İran İslam Respublikasının Astara limanından çıxaraq, İran İslam Respublikasının bayrağı altında üzən və mülki şəxsə məxsus olmaqla Azərbaycan Respublikasının Hovsan Beynəlxalq dəniz limanına kalsium karbonat, polietilen, kafel və sair kommersiya yükləri daşıyan '‘Ghahraman-1” (İMO 8620038) gəmisinə gömrük nəzarətini əməliyyat şöbəsinin əməkdaşı ilə birgə həyata keçirmişdirlər. Belə ki, idarənin əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən, həmin gəmidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat olduğu bildirilmişdir. 19 oktyabr 2021-ci il tarixdə gömrük postunda gəmi yanalma körpüsündə dayandığı zaman “Ghahraman-1” (İMO 8620038) gəmisinə o, postun digər inspketroları, əməliyyat şöbəsinin əməkdaşı, hal şahidləri və tərcüməçinin iştirakları ilə birgə yoxlama və baxış keçirilmişdir. Yoxlama zamanı gəmi kapitanı adından təqdim olunmuş və gəmi heyətində olan şəxslərin özlərinin imzaları ilə təsdiq olunmuş ekipaj siyahısı kimi adlandırdıqları sənəddə ekipaj üzvlərindən eləcə də, gəmi kapitanının birinci köməkçisi, İran İslam Respublikası vətəndaşı X3 şəxsi əşyaları arasında gömrüyə mütləq bəyan olunası əşyaların olmadığı görünürmüş. Baxış zamanı, gəmi heyətindən olan kapitanın birinci köməkçisi X9 gəmidə hər hansı qadağan olunmuş predmetin olub olmaması barədə soruşduqda sonuncu bu tipdə əşyalarının olmadığını və üzərində olan şəxsi əşyaları ilə bağlı məlumatları ekipaj siyahısına yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir. Yoxlama zamanı gəmi kapitanının birinci köməkçisi, İran İslam Respublikası vətəndaşı X10 aid olan və giriş qapısının sol tərəfi istiqamətində yerləşən 224 №li kayuta baxış zamanı kayutda sağ tərəf istiqamətdə istirahət üçün nəzərdə tutulmuş otaqda yerləşən çarpayının sol aşağı hissəsində, müxtəlif əşyalar saxlamaq üçün nəzərdə tutulmuş siyirmənin daxilində şəffaf rəngli kiçikölçülü sellafon torbanın içərisinə yerləşdirilmiş 2 ədəd plastmas materialından hazırlanan şilindir formalı qabların içərisindən, qara rəngli qabdan dairəvi formalı açıq qəhvəyi rəngdə üzərində “F/M 40” yazısı olan 1 ədəd, dairəvi formalı ağ rəngdə üzərində “ddp/M20” yazısı olan 2 ədəd, digər şilindir formalı yaşıl rəngli qabın daxilində dairəvi formada açıq yaşıl rəngdə 18 ədəd və birinin təqribən yarısı ölçüsündə üzərində “Z/A” yazısı olan 1 ədəd gömrük orqanına bəyan edilməyən həblər aşkar edilmişdir. Gəmi kapitanının birinci köməkçisi İran İslam Respublikası vətəndaşı X8 məxsus kayutdan aşkar edilən yuxarıda qeyd edilmiş həblərin özünə məxsus olduğunu, həmin həblərin bəyan edilməli olduğundan məlumatsız olduğunu və əsasən yuxusuzluq və remotizma ağrılarına qarşı istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 3 ədəd bir və 19 ədəd digər olmaqla, ümumilikdə 22 ədəd həblər X7, gömrük əməkdaşları və digər şəxslərin iştirakı ilə qablaşdırılaraq araşdırma məqsədilə götürülmüş, bu barədə protokol tərtib edilmiş, o da imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən gömrük orqanlarında xidmət edir. X14 və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. Əsas vəzifəsi limana daxil olan gəmilərə gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. 19 oktyabr 2021-ci il tarixdə İran İslam Respublikasının Astara limanından çıxaraq İran İslam Respublikasının bayrağı altında üzən və mülki şəxsə məxsus olmaqla Azərbaycan Respublikasının Hövsan Beynəlxalq dəniz limanına kalsium karbonat, polietilen, kafel və sair kommersiya yükləri daşıyan “Ghahraman- 1” (İMO 8620038) gəmisinə gömrük nəzarətini əməliyyat şöbəsinin əməkdaşı ilə birgə həyata keçirmişdirlər. Belə ki, idarənin əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən, həmin gəmidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat olduğu bildirilmişdir. 19 oktyabr 2021 -ci il tarixdə gömrük postunda gəmi yanalma körpüsündə dayandığı zaman “Ghahraman-1” (İMO 8620038) gəmisinə o, postun digər inspketroları, əməliyyat şöbəsinin əməkdaşı, hal şahidləri və tərcüməçinin iştirakları ilə birgə yoxlama və baxış keçirilmişdir. Yoxlama zamanı gəmi kapitanı adından təqdim olunmuş və gəmi heyətində olan şəxslərin özlərinin imzaları ilə təsdiq olunmuş ekipaj siyahısı kimi adlandırdıqları sənəddə ekipaj üzvlərindən eləcə də gəmi kapitanının birinci köməkçisi, İran İslam Respublikası vətəndaşı X3 şəxsi əşyaları arasında gömrüyə mütləq bəyan olunası əşyaların olmadığı görünürmüş. Baxış zamanı gəmi heyətindən olan kapitanın birinci köməkçisi X9 gəmidə hər hansı qadağan olunmuş predmetin olub olmaması barədə soruşduqda sonuncu bu tipdə predmetin olmadığını və üzərində olan şəxsi əşyaları ilə bağlı məlumatları ekipaj siyahısına yazdığını bildirmişdir. Yoxlama zamanı gəmi kapitanının birinci köməkçisi, İran İslam Respublikası vətəndaşı X10 aid olan və giriş qapısının sol tərəfi istiqamətində yerləşən 224 №li kayuta baxış zamanı kayutda sağ tərəf istiqamətdə istirahət üçün nəzərdə tutulmuş otaqda yerləşən çarpayının sol aşağı hissəsində, müxtəlif əşyalar saxlamaq üçün nəzərdə tutulmuş siyirmənin daxilində şəffaf rəngli kiçikölçülü sellafon torbanın içərisinə yerləşdirilmiş 2 ədəd plastmas materialından hazırlanan şilindir formalı qabların içərisindən, qara rəngli qabdan dairəvi formalı açıq qəhvəyi rəngdə üzərində “F/M 40” yazısı olan 1 ədəd, dairəvi formalı ağ rəngdə üzərində “ddp/M20” yazısı olan 2 ədəd, digər silindirformalı yaşıl rəngli qabın daxilində dairəvi formada açıq yaşıl rəngdə 18 ədəd və birinin təqribən yarısı ölçüsündə üzərində “Z/A” yazısı olan 1 ədəd gömrük orqanına bəyan edilməyən həblər aşkar edilmişdir. Gəmi kapitanının birinci köməkçisi İran İslam Respublikası vətəndaşı X8 məxsus kayutdan aşkar edilən yuxarıda qeyd edilmiş həblərin özünə məxsus olduğunu, həmin həblərin bəyan edilməli olduğundan məlumatsız olduğunu və əsasən yuxusuzluq və remotizma ağrılarına qarşı istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 3 ədəd bir və 19 ədəd digər olmaqla, ümumilikdə 22 ədəd həblər X7, gömrük əməkdaşları və digər şəxslərin iştirakı ilə qablaşdırılaraq araşdırma məqsədilə götürülmüş, bu barədə tərəfindən protokol tərtib edilmiş, tərcüməçi tərəfindən protokolun məzmunu və hüquq vəzifələri X6 izah olunmuş və onun və digər iştirakçılar tərəfdən imzalanmışdır. Məhkəmənin iclasında şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid3 ifadəsində şahidlər Şahid1, Şahid4 və Şahid2 göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 19 oktyabr 2021-ci il tarixdə şəxsi işlərilə əlaqədar olaraq tanışı Maksimlə birgə Hövsan Limanına getmişdir. Səhər saat 11 radələrində bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşaraq, özünü təqdim etmiş və İran İslam Respublikasından Azərbaycan gələn və Hövsan limanında gəmi yanalma körpüsündə dayanan mülki kommersiya gəmisinə gömrük yoxlaması keçiriləcəyini və onların da həmin prosesdə hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. O və digər tanışı Maksim buna etiraz etməyərək gömrük əməkdaşı ilə birgə gəminin yanına getmişdirlər. Gəminin üzərində yazılan yazıdan gəminin “Ghahraman-1” gəmisi olduğu görünürmüş. Gömrük əməkdaşları, orada iştirak edən digər şəxslər və onların iştirakı ilə gəmiyə daxil olduqdan sonra orada gəmi heyətinin təqdim etdiyi sənədlərə baxış keçirilmiş, daha sonra gəmi heyətinə gəmidə olan şəxslərin və onların yəni, hal şahidlərinin iştirakı ilə yoxlama keçirəcəklərini bildirmişdirlər. Bundan sonra baxış keçirməyə başlamışdırlar. Yoxlamadan əvvəl gömrük əməkdaşı ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmiş, yoxlama zamanı bütün aparılan hərəkətləri diqqətlə izləmələrini, zərurət yarandıqda gələcəkdə bu barədə izahat da verəcəklərini bildirmişdir. Bundan sonra yoxlamağa başlamışdırlar. Yoxlama zamanı gəmidə olan kayutlar, anbar və yük yerinə baxış keçirilmişdir. Baxış zamanı gəmidə olan digər ekipaj üzvləri ilə yanaşı, gəmi kapitanının birinci köməkçisi olan və şəxsiyyəti ona sonradan məlum olan İran İslam Respublikası vətəndaşı X9 gəmidə hər hansı qadağan olunmuş predmetin olub olmaması barədə soruşduqda o, bu tipdə əşyalarının olmadığını və üzərində olan şəxsi əşyaları ilə bağlı məlumatları ekipaj siyahısına yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir. X10 aid olan və giriş qapısının sol tərəfi istiqamətində yerləşən 224 №li kayuta baxış zamanı kayutda sağ tərəf istiqamətdə istirahət üçün nəzərdə tutulmuş otaqda yerləşən çarpayının sol aşağı hissəsində, müxtəlif əşyalar saxlamaq üçün nəzərdə tutulmuş siyirmənin daxilində şəffaf rəngli kiçikölçülü sellafon torbanın içərisinə yerləşdirilmiş 2 ədəd plastmas materialından hazırlanan şilindir formalı qabların içərisindən, qara rəngli qabdan dairəvi formalı açıq qəhvəyi rəngdə üzərində “F/M 40” yazısı olan 1 ədəd, dairəvi formalı ağ rəngdə üzərində “ddp/M20” yazısı olan 2 ədəd, digər şilindir formalı yaşıl rəngli qabın daxilində dairəvi formada açıq yaşıl rəngdə 18 ədəd və birinin təqribən yarısı ölçüsündə üzərində “Z/A” yazısı olan 1 ədəd həblər aşkar edilmişdir. X8 məxsus kayutdan aşkar edilən yuxarıda qeyd edilmiş həblərin özünə məxsus olduğunu, həmin həblərin bəyan edilməli olduğundan məlumatsız olduğunu və əsasən yuxusuzluq və remotizma ağrılarına qarşı istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 3 ədəd bir və 19 ədəd digər olmaqla, ümumilikdə 22 ədəd həblər gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və o da tanış olub protokolu imzalamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsi ilə analoci ifadə vermişdir. İş materiallarından görünür ki, 19 oktyabr 2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşı X7 şübhəli şəxs qismində tutulmuş, 20 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, 21 oktyabr 2021ci il tarixdə Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi X17 Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Bakı Hövsan Beynəlxalq X19” gömrük postunda tərtib edilmiş “nəqliyyat vasitəsinə baxışı keçirilməsi haqqında” 19.10.2021 -ci il tarixli protokoldan görünür ki, 19.10.2021 -ci il tarixində Baş İdarənin Əməliyyat və X16 İslam Respublikasından Azərbaycan Respublikasına kalsium karbonat, polietilen, kafel və sair yüklər daşıyan İran İslam Respublikasının bayrağı altında üzən “Ghahraman-1” (İMO 8620038) gəmisində narkotik vasitə və psixotrop maddənin keçirilməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə gəmi yanalma körpüsündə dayandığı zaman komissiya şəklinə gəmidə gömrük nəzarəti və gəmi nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı gəmi heyətindən olan kapitanın birinci köməkçisi X9 gəmidə hər hansı qadağan olunmuş predmetin olub olmaması barədə soruşulduqda o bu tipdə predmetinin olmadığını bildirilmişdir. Bundan sonra daxil olmuş əməiyyat məlumatına əsasən gəmi kapitanının birinci köməkçisi İran İslam Respublikası vətəndaşı X10 (P İRN R********) aid olan 224 №li kayuta baxış keçirilmişdir. Həmin kayut gəmiyə daxil olan zaman giriş qapısının sol tərəfi istiqamətində yerləşir. Kayuta daxil olduqdan sonra sağ tərəf istiqamətdə istirahət üçün nəzərdə tutulmuş otaqda yerləşən çarpayının sol aşağı hissəsində, müxtəlif əşyalar saxlamaq üçün nəzərdə tutulmuş siyirmənin daxilində şəffaf rəngli kiçikölçülü sellafon torbanın içərisinə yerləşdirilmiş iki ədəd, hər ikisi plasmas materialından hazırlanan birinci şilindir formalı qara rəngli qabın içərisində dairəvi formalı açıq qəhvəyi rəngdə üzərində “F/M 40” yazısı olan 1 ədəd, dairəvi formalı ağ rəngdə üzərində “ddp/M20” yazısı olan 2 ədəd, digər şilindir formalı yaşıl rəngli qabın daxilində dairəvi formada açıq yaşıl rəngdə 18 ədəd və birinin təqribən yarısı ölçüsündə üzərində “Z/A” yazısı olan 1 ədəd gömrük orqanına bəyan edilməyən həblər aşkar edilmişdir. Gəmi kapitanının birinci köməkçisi İran İslam Respublikası vətəndaşı X8 məxsus kayutdan aşkar edilən yuxarıda qeyd edilmiş həblərin özünə məxsus olduğunu, həmin həblərin bəyan edilməli olduğundan məlumatsız olduğunu və əsasən yuxusuzluq və remotizma ağrılarına qarşı istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş həblərin fotoşəkilləri “İphone” markalı mobil telefon vasitəsilə qeydə alınaraq bu protokola əlavə edilmişdir. Həmçinin, İran İslam Respublikasının vətəndaşı X10 məxsus kayutdan aşkarlanmış yuxarıda qeyd edilən həblər götürülərək 1 ədəd 207905 nömrəli xüsusi qablaşdırma vasitəsi olan selofan paketdə qablaşdırılaraq götürülmüşdür İş materiallarında olan və “Ghahraman-1” gəmisinin kapitanı tərəfindən gömrüyə təqdim olunan “Crews effects” (Ekipajın şəxsi əşyaları) sənədindən və onun Azərbaycan dilinə olan tərcüməsindən görünür ki, vergi tutulan və ya qadağalara və ya məhdudiyyətlərə məruz qalan əşyalar siyahısında ekipaj siyahısında olan digər şəxslərlə yanaşı, İİR vətəndaşı Javıdanı Alıakbar tərəfindən şəxsi əşyaları sırasında 1 ədəd mobil telefon və 1 ədəd laptop göstərilərək öz imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan, “Ghahraman-1” gəmisinin kapitanı tərəfindən gömrüyə təqdim olunan “General Declaration” (Ümumi Bəyannamə) sənədindən və onun Azərbaycan dilinə olan tərcüməsindən görünür ki, 16-cı “Qeydlər” bölməsində gəmidə silahın, narkotik vasitənin, tərkibində narkotik, psixotrop və zəhərli maddələr olan dərmanların, poçtun, gəmi kassasında valyutanın və daşınması qadağan edilmiş və ya məhdudlaşdırılmış yüklərin daşınmasının və saxlanmasının qadağan olduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 20.10.2021-ci il tarixli, 6/4664 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “№ 20795.. ER və DN Baş Gömrük İdarəsi..” və s. yazılar olan polietilen paketdəki 01 ədəd silindrik formalı qara rəngli plastik qabda üzərində “F/M40” yazısı həkk olunmuş 1 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitəmefadon müəyyən edildi; üəzrlərində “ddp/M20” yazısı həkk olunmuş 2 ədəd açıq qəhvəyi rəngli dərman təbiətlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan narkotik vasitə-metadon müəyyən edildi; üzərilərində “ddp/M20” yazısı həkk olunmuş 2 ədəd tablet kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edilər; digər 01 ədəd yaşıl rəngli silindrik formalı plastik qabda üzərlərində “Z/A” yazısı həkk olunmuş 18 ədəd və birinin təqribən yarısı ölçüsündə olan açıq yaşıl rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,037 qram olan psixotrop maddəklonazepam müəyyən edildi. Klonazepam tərkibli tabletlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edilər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (Siyahı İİ), Klonazepam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət olunan psixotrop maddələrin siyahısına (Siyahı İİİ) daxildir. Qeyd: “F/M40” -01 tablet, tədqiqata sərf edildi-0,5 tablet, qalıq-0,5 tablet “ddp/M20" - 02 tablet, tədqiqata sərfedildi-1 tablet, qalıq-1 tablet “Z/A”- 18 tablet, tədqiqata sərf edildi-2 tablet, qalıq-16 tablet. İş üzrə X3 barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və Respublika Narkoloji Mərkəzindən alınmış 08.12.2021 -ci il tarixli, 4949 nömrəli məcburi-narkoloji tibbi yoxlama rəy ilə X4 OPİOİDLƏRİN və sintetik tərkibli opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİNİN) aşkar olunduğu, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Ona görə də X7 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxs X3 ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini qismən etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 CM-nin müvafiq maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs X6 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. X6 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19.10.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, X7 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdari ümumilikdə 0,08 qram təşkil etməklə 3 ədəd olan, ekspertiza tedqiqatlarından sonra isə qalıq 1 ədəd tam yarım (0,5) ədəd qalan metadon tabletləri və tərkibindəki klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdari 0,037 qram təşkil etməklə 18 ədəd tam və 1 ədəd yarı ölçüdə olan, ekspertiza tədqiqatlarından sonra qalıq 16 ədəd qalan klonazepam tabletləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109 (yüz doqquz) manat X2 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Fatollah oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Fatollah oğluna qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Fatollah oğlu Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Fatollah oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Fatollah oğluna əlavə jəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Fatollah oğluna əlavə jəza olaraq təyin edilmiş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası azadlıqdan məhrumetmə jəzasını çəkdikdən sonra ijra edilsin. Təqsirləndirilən şəxs Fatollah oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Fatollah oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Fatollah oğlu barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, metadon narkotik vasitəsinin tesiredici maddəsinin miqdari ümumilikdə 0,08 qram təşkil etməklə 3 ədəd olan, ekspertiza tədqiqatlarından sonra isa qalıq 1 ədəd tam yarım (0,5) ədəd qalan metadon tabletləri və tərkibindəki klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdari 0,037 qram təşkil etməklə 18 ədəd tam və 1 ədəd yarı ölçüdə olan, ekspertiza tədqiqatlarından sonra qalıq 16 ədəd qalan klonazepam tabletləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs Fatollah oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar