Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-458/2024 02.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun nümayəndəsi “Şimal” Vəkil Bürosunun vəkili X3 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X10, X15 və X6 iştirakları ilə, X10, X15 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2 Əfsanə Siyasət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X8 qarşı 22 fevral 2024-cü il tarixdə, 23 fevral 2024-cü il tarixdə və 27 fevral 2024-cü il tarixlərində Xəzər TVə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X16, X22 və X13 böhtan və təhqirlər, yəni yalan olduğunu biləbilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla təhqirlərlə, həmçinin onu nüfuzdan salan və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Belə ki, 23 fevral 2024-cü il tarixdə və 27 fevral 2024-cü il tarixlərində Xəzər TV-a yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X16 ona qarşı Xəzər TV-ə yayımlanan "Tasir Dairəsi" adlanan verilişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır ittiham edərək onun şərəfini və namusunu ləkələyən böhtanlar ataraq guya o öz evində yad kişilər tərəfindən zorlanmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təzyiqlərə məruz qaldı. Onun mənzilində o heç kimsə tərəfindən zorlanmamış, əks halda bununla bağlı çoxdan o hüquq mühafizə orqanlarına şikayətlər edərdi. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. 23 fevral 2024-cü il tarixdə Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıqaydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X22 ona qarşı Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır ittiham edərək qeyrirəsmi uşaq dünyaya gətirməyində ona böhtanlar atmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qaldı. O X23 ilə rəsmi nigahı olmuş və onun oğlu X19 rəsmi nigahdan sonra dünyaya gəlmişdir. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. 23 fevral 2024-cü il tarixdə Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıqaydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X13 ona qarşı Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır ittiham edərək X1 da onun öldürməyi ilə bağlı ağır cinayətdə ittiham edilərək böhtan atmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qaldım. X9 COVİD-19 xəstəliyindən kliniki xəstəxanada rəhmətə getmişdir. Ümumiyyətcə qaynanası vəfat etməmişdən qabaq o səkkiz ilə yaxındır ki, onu görməmişdir. O X14lə münasibəti çox yaxşı olmuş, o onun universitetdən tələbəsi olmuşdur. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamaman münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. Ona qarşı Xəzər TV-ə yayımlanan "Tasir Dairəsi" adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara va ittihamlara inanmışlar.
1. Qeyri rəsmi uşaq dünyaya gətirməyində ona böhtanlar atmışlar
2. Onun şərəfini və namusunu ləkələyən böhtanlar ataraq guya onun öz evində yad kişilər tərəfində zorlanmışdır.
3. X1 da onun öldürməyi ilə bağlı ağır cinayətdə ittiham edilərək böhtan atmışlar. Qeyd edirəm ki, ona atılan böhtanlar və ağır cinayətdə ittiham olmağım əsassızdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarımı çox sarsıntılara saldı, mən bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qaldım. Bu böhtanlar Xəzər TV-ə yayımlanan kütləvi informasiya vasitəsində açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X16, X22 və X13 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən böhtanlarla və təhqirlərlərlə, həmçinin onu nüfuzdan salan böhtanlar və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Bununla əlaqədar öz təsdiqini tamamilə tapmış disk yazısıda var və qeyd olunan faktlar ona edilən böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən böhtanlar və təhqirlər, həmçinin onu nüfuzdan salan böhtan və təhqirlər və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə edilən ittihamlarda da öz əksini tapmışdır. Həmin diski sübut kimi baxılması üçün məhkəməyə təqdim edir və baxılıb araşdırılmağını istəyir. Göstərilənlərə əsasən Xəzər TV-ə yayımlanan “Təsir Dairəsi” adlanan verilişdə bilə-bilə böhtan və təhqirlə, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkəlyən böhtanlarla, təhqirlərlə, həmçinin onu nüfuzdan salan və onu açıq-aydın ağır və xüsusilə ağır cinayətdə X16, X22 və X13 ittihamlar etmişlər ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və onun nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışına təyin edilməsi və barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X16 bildirmişdir ki, o heç kimi təhqir etməmiş və böhtan atmamışdır. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X22 bildirmişdir ki, Musayeva Arzu onun keçmiş həyat yoldaşı olmuşdur. Arzunun şikayətdə göstərdikləri yalan və böhtandır. Əksinə Arzu onu təhqir edərək böhtan atmışdır. Şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X13 bildirmişdir ki, şikayətdə göstərilənlər əsassızdır. Şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdə törədilməsi ehtimal edilən cinayətlər sadalanarkən yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayətinin tərkib əlamətlərinə uyğun hallar sadalanmışdır. Lakin, qeyd edilən şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri bildirilmiş, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb edilmələri xahiş olunsa da, təhqir cinayətinin kim tərəfindən, hansı nalayiq ifadələrdən istifadə olunaraq törədilməsi göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 barəsində xüsusi ittiham qaydasınd şikayət olunan şəxslər X16, X22, X13 tərəfindən “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində ona qarşı aşağıda sadalanan böhtanların atıldığını bildirmişdir:
1. Qeyri rəsmi uşaq dünyaya gətirməymdə ona böhtanlar atmışlar
2. Onun şərəfini və namusunu ləkələyən böhtanlar ataraq guya onun öz evində yad kişilər tərəfində zorlanmışdır.
3. X1 da onun öldürməyi ilə bağlı ağır cinayətdə ittiham edilərək böhtan atmışlar. Bundan əlavə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətində qeyd edilənlərin sübutu olaraq CD disk olduğunu bildirmiş, lakin həmin diskdə hansı görüntünün hansı saniyəsində törədilməsi ehtimal edilən böhtan cinayətlərinin əks olunması bildirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); sübutlarla təsdiq edildiyi göstərilir. Sözü gedən məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
X10, X15 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Sülhanə Hacıyeva