Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-585/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs şifahi razılaşma əsasında X2 icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən “Qızıl qaya” adlı kafeyə 21 iyul 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün Şahid1 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin kafenin kabinetində pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 20-21 radələrindən saat 24 radələrinədək olan müddət ərzində qeyd edilən şəxslərin eyni kafenin kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən şifahi razılaşma əsasında X2 icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən “Qızıl qaya” adlı kafeyə 22 iyul 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün Şahid1, Şahid3, Şahid2 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin kafenin kabinetində pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 20-21 radələrindən saat 24 radələrinədək olan müddət ərzində qeyd edilən şəxslərin eyni kafenin kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən şifahi razılaşma əsasında X2 icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən “Qızıl qaya” adlı kafeyə 23 iyul 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün Şahid1, Şahid3, Şahid4 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin kafenin kabinetində pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 20-21 radələrindən saat 24 radələrinədək olan müddət ərzində qeyd edilən şəxslərin eyni kafenin kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən şifahi razılaşma əsasında X2 icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən “Qızıl qaya” adlı kafeyə 24 iyul 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün Şahid1, Şahid3, Şahid2 və Şahid4 dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin kafenin kabinetində pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 21 radələrindən etibarən qeyd edilən şəxslərin eyni kafenin kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 24 iyul 2023-cü il tarixdə saat 22:15-də onun razılığı və iştirakı ilə həmin kafenin kabinetinə baxış və götürmə aparılan zaman orada Şahid1, Şahid3, Şahid2 və Şahid4 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 697 manat məbləğində pul vəsaiti və 01 ədəd oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahid ifadələri, video çəkilişlə şahid və təqsirləndirilən şəxsin ifadələri, «Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» protokol və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən “Qızıl qaya” adlı kafeni icarə müqaviləsi əsasında işlətmiş, həmin kafeni Aidə adlı xanımdan icarəyə götürmüşdür. Onun “Qızıl qaya” kafesində qumar oyunları təşkil etməyindən Aidə adlı şəxsin məlumatı olmamış, ümumiyyətlə o kafenin işlərinə qarışmamışdır. Həmin kafedəki fəaliyyəti ilə əlaqədar o, vergi orqanında qeydiyyatdan keçmiş və fiziki şəxs kimi vergi ödəmiş, VÖEN-də öz adına olmuşdur. Həmin kafenin bir ədəd bağlı otağı - kabineti olmuşdur. Tanışı Əlirza onun kafesinə öz tanışları Tural, Rəşad və Ramil adlı şəxslərlə birlikdə gəlmişdir. O, Əlirza vasitəsi ilə həmin şəxsləri tanımışdır. 20 iyul 2023-cü il tarixində qumar oynayan şəxslər ondan kafedə qumar oyunları oynamaq üçün icazə istəmiş, o da kafenin kabinetində onlara qumar oynamağa icazə vermişdir. Sonradan yenə Əlirza ondan harada qumar oynayacaqlarını soruşduqda, kafenin bağlı kabinetində qumar oynamaları üçün yer təşkil edə biləcəyini bildirmişdir. Əlirza onun təklifi ilə razılaşdıqda oyun zamanı kartdakı xallar eynilik təşkil edəcəyi, yəni seka olacağı təqdirdə pulun ona çatacağını bildirmiş, Əlirza da onunla razılaşmışdır. 21 iyul 2023-cü il tarixindən etibarən 24 iyul 2023-cü il tarixinədək hər gün təxminən 20-21 radələrindən gecə saat 24 radələrinə qədər olan müddət ərzində kafenin kabinetində qumar oyunları təşkil edib keçirmiş, həmin qumar oyunlarının təşkilindən qazancı ona qalan “seka”-nın pulu olmuşdur. 24 iyul 2023cü ildə yenə həmin şəxslər onun dəvəti üzrə kafenin kabinetində qumar oynamağa başlamış, lakin təxminən yarım saatdan biraz çox, yəni 21:30 radələrindən etibarən qumar oyunu oynamışdırlar. xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində o, kafedə kabinetin qapısı yanında masada oturarkən kafeyə daxil olan mülki geyimdə olan şəxslər özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişdirlər. Masa ətrafında qumar oynayan şəxslərdən qumar oyunlarını kimin təşkil etməsi, oyun zamanı seka pulunu kimin yığması soruşulduqda bütün qumar oynayan oyunçular qumar oyununu onun təşkil etdiyini və seka pulunu da onun yığdığını bildirmişdirlər. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, bir daha belə halların təkrarlanmayacağını, himayəsində 1 azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü il iyul ayının 22, 23, və 24-ü tarixlərində tanışları olan Ramil, Rəşad, Tural adlı şəxslər ilə birlikdə Yaşarın Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 82 ünvanında yerləşən “Qızıl qaya” kafesində qumar oyunlarında iştirak etmişdir. Həmin kafeyə yeyib-içməyə getmişdir. Daha sonra qumar oynamışlar. “Seka” pulunu yeyib-içdikləri hesabın əvəzi olaraq Yaşara vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü il iyul ayının 23 və 24-ü tarixlərində Yaşarın təşkil etdiyi qumar oyunlarında iştirak etmişdir. ünvan 5 ünvanında yerləşən “Qızıl qaya” adlı kafeyə qumar oynamaq üçün getmişdir. 23 iyul tarixində təxminən 50-60 manat pul vəsaiti udsa da, 24 iyul tarixində 30-40 pul vəsaiti uduzmuşdur. Təqsirləndirilən şəxs həmin kafenin kabinetində qumar oyunları təşkil etmiş və onları həmin kafeyə qumar oynamağa dəvət edib, kafenin kabinetində qumar oynamağa icazə vermişdir. Qumar oyunları zamanı hər dəfə oyun bərabərə qaldıqda yəni “seka” olduqda həmin pul vəsaiti Yaşara çatmışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrindən etibarən o, Rəşad, Tural və Əlirza kafedə kartla qumar oyunu oynamışdırlar. Oyun zamanı ilkin gediş 1-2 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22:15 radələrində Yaşar ilə birlikdə mülki geyimdə olan şəxslər kabinetə daxil olmuşdurlar. Polis əməkdaşları tərəfindən qumar oynayan şəxslərdən oyun zamanı sekanı kimin yığması, qumar oyunlarını kimin təşkil etməsi soruşulduqda o və digər oyunçular qumar oyunlarını Yaşarın təşkil etdiyini və seka pulunu da Yaşarın yığmasını bildirmişdirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı mümkün olmayan şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında dindirilən şahidlər Şahid3 və Şahid4 ifadələrinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, ünvan 6 ünvanında yerləşən “Qızıl qaya” kafesinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz edilmişr.(i.v 13) baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, DİN-in baş əməliyyat müvəkkili X5, DİN-in baş əməliyyat müvəkkili X10, DİN-in əməliyyat müvəkkili X3, barəsində baxış və əşyaların götürülməsi aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid4 və Şahid3 iştirakları ilə baxış və əşyaların götürülməsi aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Baxış və əşyaların götürülməsi başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Baxış və əşyaların götürülməsi aparılmasından əvvəl barəsində Baxış və əşyaların götürülməsinin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona hüquq yardım almaq, müdafiəçinin yardımından istifadə etmək, cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmçinin özünün və yaxın qohumlarının əleyhinə ifadə vermə məcbur edilə bilməyəcəyi izah edilmişdir. Bundan sonra X1 bağlı otağının, kabinetinin olub-olmaması soruşulduqda o, kafenin bir kabinetinin olmasını bildirmiş və sağ tərəfdə yerləşən qapısı bağlı kabinetini göstərmişdir. Otağa daxil olduqda masa ətrafında şəxslərin oturması, masanın üzərində pul əskinaslarının və kartların olması müəyyən edilmişdir. Masa ətrafında olan şəxslərə dayanmaları, masadan uzaqlaşmaları, masada olan heç nəyə əl vurmamaları bildirilmiş, daha sonra otaqda olan şəxslərə özlərini təqdim etmişdirlər. Masa üzərində olan pullar sayıldıqda orada 02 ədəd 100 manatlıq əskinas, 04 ədəd 50 manatlıq əskinas, 05 ədəd 20 manatlıq əskinas, 09 ədəd 10 manatlıq əskinas, 15 ədəd 5 manatlıq əskinas, 32 ədəd 1 manatlıq əskinas olması müəyyən edilmiş, aşkar olunmuş pul əskinasları və 01 ədəd kart dəsti maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra masa ətrafında olan şəxslərdən özlərini təqdim etmələri istənilmiş, həmin şəxslər Şahid1, Şahid2, Şahid4 və Şahid3 kimi özlərini təqdim edərək qumar oynanılması məqsədilə gəldiklərini, qumar oyunlarının Təqsirləndirilən şəxs tərəfindən təşkil edildiyini, “seka” pulunun da Təqsirləndirilən şəxs tərəfindən yığılmasını, oyun zamanı ilkin gedişin 1-2 olmasını bildirmişlər. (i.v. 14-16); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 5(011)-526/2023 saylı qərarından görünür ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat müvvəkili X8 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev tərəfindən təsdiq edilmiş 24 iyul 2023-cü il tarixli qərar qanuni hesab edilsin.(i.v 41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb.(i.v 58) Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır(i.v 69) Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs haqqında Nümayənədliyə heç bir şikayət daxil olmamışdır.(i.v 71) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X9 adlı övladı vardır.(i.v 72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (i.v. 93-94) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Xüsusi Müəssisəsinin xx.xx.2010-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 08 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsindən həmin Məcəllənin 244-1.2.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi ilə əlaqədar etirafedici ifadəsinin iş üzrə digər mötəbər sübutların məcmusu ilə təsdiqini tapdığı üçün CPM-in 126.6-cı maddəsinə əsasən ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, X7 və X4 barəsində Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə cinayət təqibinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 244-1.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı Eltay Mikayılov tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərarın Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın 24 iyul 2023-cü il tarixli qərarı ilə qanunauyğun hesab edildiyindən həmin məhkəmə qərarının nəzərə alınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi materiallarında cinayət hadisəsinin baş verdiyi yerin “ünvan 3 ünvanında yerləşən “Qızıl Qaya” adlı kafe” kimi oxunması, Şahid1, Şahid2, Şahid4 və Şahid3 barələrində inzibati məsuliyyətə cəlb edilmələri üçün qərarın surətinin ərazi aidiyyəti üzrə polis orqanlarına göndərilməsi, Təqsirləndirilən şəxs özünün etirafedici izahat və ifadələrinin, şahid dindirmə protokollarının, “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokolun iş üzrə sübut növü kimi qiymətləndirilməsi, “baxış keçirilməsi və əşyaların götürülməsi istintaq hərəkətinin qeydə alındığı 1 ədəd, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 videoçəkiliş vasitəsilə verdikləri ifadələrinin əks olunduğu 3 ədəd, ümumilikdə 4 ədəd diskin, baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədilə istifadə olunan 697 manat məbləğində pul vəsaitinin və 1 ədəd oyun kartı dəstinin iş üzrə maddi sübut hesab edilməsi, pul vəsaiti və kart dəstinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılması, disklərin isə cinayət işi materiallarına əlavə edilməsi, ********* nömrəli cinayət işi üzrə cinayətin törədildiyi yerin Bakı şəhəri Xətai rayon Məhkəməsinin yurisdiksiyasına aid olmasının nəzərə alınması və qərarın surətinin 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. (i.v. 103-111). təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 244-1.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 127-128); 09 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 142-144) Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzasnı yüngülləşdirən hal kimi qiymətləndirilir. 61.1.6-ci maddəsinə əsasən cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 244-1.2.1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama təkrar törədildikdə — on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını(59.1.4), əməlindən səmimi peşmanlıq çəkməsini, səmimi etirafını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs tamah məqsədi ilə(61.1.6) cinayəti törətməsi onun cəzasını ağırlaşlaşdıran hal kimi qiymətləndirilməldir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halın olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halın olması, yaşayış üzrə müsbət xarakterizə olunmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respubliakası Cinayət Məcəlləsinin 46-cı maddəsi tədbiq edilməklə əlavə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 697 manat məbləğində pul dövlət nəfinə müsadirə edilməli, 01 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd CD disklər cinayət işi materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi)manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə həmin məcəllənin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02(iki) il 06(altı) ay müddətinə kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 697 manat pul dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. İş üzrə maddi sübut – 04 ədəd disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-585/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-585/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver