Məhkəmə qərarları › İş №1(012)-2/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-2/2021

15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-2/2021 15.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi X6 iştirakları ilə, 08 sentyabr 1964-cü ildə Şirvan şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Şirvan şəhəri H.Zeynalabdin küçəsi ev 7, mənzil 11-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 mart 2010-cu il tarixdə Abşeron rayonu Saray qəsəbəsində kirayədə yaşadığı evdə evlənmək məqsədi ilə onunla könüllü gəlmiş X8 ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı onun bədənin müxtəlif nahiyyələrinə əli ilə vuraraq ona sağ budun yuxarı 1/3-nin iç səthinin 3 ədəd, sol budun orta 1/3-nin iç səthinin bir ədəd, alt çənə nahiyyəsinin bir ədəd qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə Şəbnəm Rəhimlini qəsdən döymüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2009-cu ilin avqust ayından 15 fevral 2010-cu il tarixədək olan müddətdə Xırdalan şəhəri Quşçuluq massivində Ələddin adlı şəxsin evində kirayədə qalmış və “Piramida” firmasında dizayn-oymaçı işləyirmişdir. 2009-cu ilin təxminən avqust ayında kirayədə yaşadığı evin həyətində bir rəsm şəkili çəkmişdir. Bu zaman qonşuluqda kirayadə yaşayan Şəbnəm adlı qız onun yanına gəlmiş və şəkilə baxıb söhbət edərək onunla tanış olaraq onun da şəkilini çəkməyini xahiş etmişdir. Şəbnəmin də şəkilini çəkib ona vermişdir. Həmin vaxtdan başlayaraq Şəbnəm hərdən onun qaldığı evə gəlmiş və çəkdiyi rəsmlərə baxmışdır. Beləliklə Şəbnəm ilə münasibətləri yaxşılaşmışdır. Ondan təxminən 2 gün sonra Şəbnəm onun qaldığı evdə olarkən, rəsm çəkən zaman Şəbnəm onu arxadan qucaqlamış və demişdir ki, onu sevir, onsuz yaşaya bilməyəcək. Şəbnəmə demişdir ki, onların yaş fərqləri çoxdur, ona görə aralarında heç nə ola bilməz. Şəbnəm isə ona deymişdir ki, onu sevir. Ondan sonra Şəbnəm ilə mütəmadi görüşsə də, ancaq onunla aralarında heç bir intim münasibəti olmamışdır. 2009-cu ilin sentyabr ayında Şəbnəmin anası onu Beyləqan rayonuna göndərmiş və 4 ay onlar bir-biri ilə görüşməmişlər. 15 fevral 2010-cu il tarixdə Abşeron rayonu Saray qəsəbəsinə köçüb Tubu adlı bir qadının evində kirayədə qalmışdır. 23 mart 2010-cu il tarixdə Şəbnəm öz ***-***-**-** nömrəsi ilə ona zəng edib onunla görüşmək istədiyini bildirmişdir. 24 mart 2010-cu il tarixdə, saat təxminən 11 radələrində Şəbnəmin yaşadığı məhəlləyə Xırdalan şəhəri Quşçuluq massivinə gəlmiş və onunla küçədə görüşmüşdür. Şəbnəmdən nə baş verdiyini soruşanda həmin vaxt onun mobil telefonuna anası zəng edib ondan soruşmuşdur ki, geyinib hara gedir. Şəbnəm də anasına mağazaya getdiyini bildirmişdir. Anası ona hirslənmiş, Şəbnəm telefonu söndürmüş və ona demişdir ki, onunla gəzmək istəyir, anası hirslənib, anasının hirsi sakitləşəndən sonra evinə qayıdacaq. Şəbnəmin anası ona zəng edib Şəbnəm soruşduqda, sonuncunun anasına demişdir ki, Şəbnəm ona lazım deyil, çıxıb evə gələcək. Lakin Şəbnəm evinə qayıtmamış və demişdir ki, əgər həmin vaxt evə getsə anası onu döyəcək, o, da özünə qəsd edəcək. Ona görə də onunla gəzmək istədiyini bildirmişdir. Şəbnəm evinə getmək istəməmişdir. Həmin vaxt yenə anası ona zəng edib və demişdir ki, Şəbnəmi evinə aparsın. Şəbnəmin anasına Şəbnəmin ondan qorxduğu üçün evə getmək istəmədiyini bildirmişdir. Anası da demişdir ki, onu döyməyəcək. Şəbnəm evə getməkdən imtina edərək, əgər onu evlərinə aparsa özünü avtomobil altına atacağını bildirmişdir. Şəbnəmi sakitləşdirmiş və demişdir ki, onun yaşadığı evinə getsinlər və axşam onu evlərinə aparacaq. Saat təxminən 13 radələrində, tanımadığı taksiyə minib Şəbnəm ilə Saray qəsəbəsinə kirayədə qaldığı evə getmişlər, həmin vaxt ev sahibi Tubu, qaynatası Nadir, qızı Aynur, gəlini Əfsanə də evdə olmuşlar. Şəbnəm onlara da danışıb demişdir ki, o, evlərinə getmək istəmir və onunla yaşamaq istəyir. Bir qədər Şəbnəm orada qalmış və sonra bildirmişdir ki, gəlməyinə peşiman olub, orada qalmaq istəmir. Bu səbəbdən Şəbnəm ilə mübahisə etmiş, mübahisə zamanı əsəbiləşib Şəbnəmin bədən və sifət nahiyyəsinə əli ilə vurmuşdur. Həmin vaxt otaqda iki nəfər olmuşlar. Bundan sonra Şəbnəm onunla qalmışdır, evə getmək istəməmişdir. X15 demişdir ki, onu evlərinə aparmaq istəyir. Şəbnəm isə buna razı olmamışdır. Həmin gecə qonuşuqda yaşayan Nərgiz adlı qadın da ora gəlmiş və o,da Şəbnəmi dinləmişdir. Nərgiz də Şəbnəmə demişdir ki, onu evlərnə qaytarmaq istəyir, lakin Şəbnəm imtina etmişdir. X12rla qalmış, öz otağında tək yatmış, Şəbnəm isə Tubu, Aynur və Əfsanə ilə bir otaqda yatmışlar. 29 mart 2010-cu il tarixdə ona məlum olmuşdur ki, Şəbnəmin anası polisə şikayət etmişdir. Ona görə də Şəbnəmi götürüb Şirvan şəhərinə xalası oğlu Əlinin evinə getmişlər. Xalası oğlu Əliyə bildirmişdir ki, Şəbnəm onunla ailə qurmaq məqsədi ilə qaçıbdır. Əli buna iradını bildirmiş və Şirvan şəhər Polis şöbəsinə zəng edib bu barədə məlumat vermişdir. Polis şöbəsindən gəlib onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində olduğu kimi izahat vermiş, Şəbnəm orada anasını görüb bildirmişdir ki onu məcbur aparmışdır. Şəbnəmi zorla aparmamış və onu məcburən evdə saxlamamış, Şəbnəmə qarşı heç bir əxlaqsız hərəkətlər də etməmişdir. Hazırda əməlindən peşmandır. İlkin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, onlar bir müddət Xırdalan şəhərində kirayədə yaşamışlar. 2009-cu il yay aylarında kirayədə yaşadığı müddətdə Təqsirləndirilən şəxs kirayədə yaşayan bir qonşu kimi tanımışdır. Alim rəssamlıqla məşğul olduğuna görə anasından gizli olaraq Alimin qaldığı otağa gedib-gəlirmiş və onunla münasibəti yaranmışdır. Alim onu istədiyini də bildirmişdir. Yenidən yaşadığı Beyləqan rayonuna qayıtmış, lakin telefon ilə Alimlə əlaqə saxlamışıdr. Xırdalan şəhərinə gələndən sonra yenə Alimlə görüşürdür. 24 mart 2010-cu il tarixdə, səhər anası işə getmişdir. Alim onunla telefonda danışaraq onunla görüşmək istədiyini demiş, o, da bundan etdiraz etmədiyindən Alim onların evinə gəldiyini bildirmişdir. Aradan bir qədər sonra Alim onlara gəlmiş və demişdir ki, onu küçədə gözləyir. O, paltalarını geyinib və evdən çıxaraq Alimlə küçədə görüşmüşdür. Alim ona demişdir ki, o, bir neçə saat müddətində onunla bir yerə getməlidir. Alimin bu sözündən imtina edəndə, sonuncu cibindən bir bıçaq çıxardıb və ona bir daha onunla getməyi bildirmişdir. Etiraz etməyib, Alimin gəldiyi taksiyə oturub Abşeron rayonu Saray qəsəbəsinə Tubu adlı bir qanının evinə gəlmişlər. Alim həmin evdə kirayədə qalır. Alimin qaldığı otaqda iki ədəd çarpayı olmuşdur. Alim ilə gəldiyinə peşiman olmuş və evinə qayıtmaq istədiyini ona deyəndə Alim etiraz əlaməti olaraq onun çənəsindən əli yumruq vurmuşdur. Zərbədən çarpayıya yıxılmış və Alim onun bədənin müxtəlif nahiyyələrinə, ayaqlarına da əli ilə vurmuşdur. Sonda o, Təqsirləndirilən şəxs qanunauyğun cəza verilməsini və növbəti məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X7 elan olunmuş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsində yaşayır. Maddi vəziyyəti yaxşı olmadığı üçün yaşadığı evin həyətində kiçik bir evini kirayəyə verir. Evin otaqlarından birini 15 fevral 2010-cu il tarixdə Alim adlı bir şəxsə kirayəyə vermişdir. 24 mart 2010-cu il tarixdə, təxminən saat 13-00 radələrində Alim bir nəfərlə, sonradan adını bildiyi Şəbnəm adlı qızla evə gəlmişdir. Şəbnəmin kimliyi ilə maraqlanmış, Alim ona demişdir ki, Şəbnəm öz razılığı ilə onunla qaçıb. Bunu Şəbnəm özüdə etiraf etmişdir. Şəbnəm ilə Alimin yaş fərqlərini görüb və Şəbnəmə demişdir ki, əgər evə qayıtmaqda anasından qorxursa özü onu anasının yanına aparacaq. Lakin Şəbnəm razı olmamışdır. Ondan sonra Şəbnəm beş gün onların evində qalmış, gündüzlər o, Alim ilə öz otağında, gecələr isə onun qızı ilə yatırmışlar. Həmin müddətdə Alim işə getmiş evdə qalmışdır. Ondan sonra məlum olmuşdur ki, Şəbnəmin anası polisə şikayət etmişdir. Ona görə də 29 mart 2010-cu il tarixdə Şəbnəm Alim ilə Şirvan şəhərinə sonuncunun qohumunun evinə getmişlər. Alim Şəbnəmi zorla orada saxlamamış, Şəbnəm özü evinə qayıtmaq istəmişdir. Məhkəmə iclasında şahid X3 və X9 elan olunmuş ifadəsindən görünür ki, zərərçəkmiş şəxs Şəbnəm Rəhimlinin ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, şahid Tubu Əliyevanın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: MTE və PAB-nin Abşeron rayon şöbəsinin 14 iyun 2010-cu il tarixli, 91ə saylı məhkəmətibbi ekspertizasının rəyində göstərilmişdir ki, 1992-ci il təvəllüdlü X4 almış olduğu xəsarətlər (sağ budun yuxarı 1/3-nin iç səthinin 3 ədəd, sol budun orta 1/3-nin iç səthinin 1 ədəd; alt çənə nahiyyəsinin 1 ədəd qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24.03.2010-cu il tarixdə, fiziki güc tətbiq etməklə cinsi əlaqəyə cəhd zamanı sağ və sol bud nahiyyələrinə, əl barmaqları ilə təzyiqsıxılma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. R.Rəhimlinin qızlıq bəkarətinin tamlığı pozulmamışdır.R.Rəhimli ilə arxa keçəcək nahiyyəsindən onunla qeyri-təbii yolla arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edən əlamətlər aşkar olunmadı. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 11.05.2010-cu tarixli tələbnamədən görünür ki, Əsgərov X5 Rayon Məhkəməsinin 03 oktyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 il müddətində azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası MM-nin 17 mart 2009-cu il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 30.11.2010-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in 01.10.2021-ci il tarixli 128-78674 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirləndirilən şaxs Təqsirləndirilən şəxs oglu bərəsində 04.12.2010-cu il tarixdə 13831 sayli axtariş işi açılaraq sonuncu dövlətlərarası axtariş elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 30.09.2012-ci il tarixdə vət. Təqsirləndirilən şəxs oglu barəsində olan axtariş işinə xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirləndirilən şaxs Təqsirləndirilən şəxs oglu bərəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 01 sentyabr 2012-ci il tarixdən qüvvəyə minməsi ilə əlaqədar Təqsirləndirilən şəxs haqqında cinayət təqibinə və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 29 iyun 2012-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.3-cü maddəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində 132-ci maddəsi ləğv olunmaqla dəyişiklik edilmişdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə məhkum olunmuş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə məhkum olunaraq cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Həmin Qanunun 5-ci maddəsinə görə 2012-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə həmin tarixdən xitam verilir və ya cinayət təqibinin başlanmasından imtina edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Cinayət təqibinə xitam verilərkən təqsirləndirilən (şübhəli) şəxsə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi hüququndan istifadə etmək imkanı yaradılır. Qanunun 2-ci maddəsinə görə bu Qanun 2012-ci il sentyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş dəyişikliklər məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə törətdiyi əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldırdığından, həmçinin dövlət ittihamçısının Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini barədə xahişi olduğundan Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə cinayət təqibinə əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi əsası ilə xitam verilməli və əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.2, 40.2.2, 43.3. 321.2.1 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsindəki Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə cinayət təqibinə əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi əsası ilə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar