Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-237/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər 1saylı Vəkil Bürosunun vəkili vəkil Müdafiəçi1 oğlunun, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X6, Zərərçəkmiş şəxs6 iştirakları ilə, xx.xx.1965-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, ailəli, «xxxx» MMC-də fəhlə işləyir, əvvəllər məhkumluğu olmayan, Qubadlı rayonu Tərcan kəndində qeydiyyatda olub Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsi, Q.Qarayev küçəsi, 8 saylı mebel sexində yaşayan, barəsində xx xxxxxx 2021-ci il tarixdə başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində idarə etdiyi özünə məxsus Mercedes Benz C200 markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobillə Saray-Xırdalan yolunun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkətə başlama zamanı həmin manevrin təhlükəsiz başa çatmasına və hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, hərəkət istiqamətlərini ayıran bütöv ağ üfüqi nişanlama xəttini kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, Xırdalan istiqamətinə hərəkət hissəsinin sağ kənarından dayandığı yerdən sola manevr edib təxminən 30 km/saat sürətlə yolun ortasında hərəkət istiqamətlərini ayıran 1.1. üfüqi nişanlama xəttini kəsib keçərək Xırdalan istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 90 km/saat sürətlə idarə etdiyi “Mercedes-Benz C230” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadının qarşı hissəsi onun avtomobilinin qabaq sol qanadının yan hissəsi ilə qarşı hərəkət zolağında toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtityatsızlıqdan “Mersedes-Benz C230” markalı avtomobilin sərnişinlərindən X8 baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma; baş beyinin travmatik ödemi; ağ ciyərlərin əzilməsi; alın-təpə və sağ gicgah nahiyələrini əhatə edən əzilmişcırılmış yaraları; hər iki gözətrafı nahiyələrin hematoması; alın, sağ əlin arxa səthinin, sağ qalça tini, sağ bud, hər iki baldır nahiyələrinin, sağ ayaq pəncəsinin üst səthinin qançırları; sağ gicgah, sağ qalça, hər iki baldır nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq Sumqayıt təcili Tibbi yardım xəstəxanasında xx.xx.2020-ci il tarixdə saat 00:40-da ölməsinə, Zərərçəkmiş şəxs1 travmatik şokla və komatoz halla müşayiət olunan sağ bud sümüyünün burmalararası sahədən keçən, sağ bazu sümüyünün orta 1/3-nin və sağ aşıq sümüyünün tam yerdəyişməli, çoxparçalı, qəlpəli sınıqları, ağciyərlərin kontuziyası (əziyi), dilin, sol said nahiyəsinin əzilmiş-cırılmış yaraları, üz nahiyəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır, X5 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, ağciyərlərin yüngül dərəcəli əzilməsi, sağ tərəfli 3-5-6 və 8-ci qabırğaların qapalı yerdəyişməyən sınıqları, burun sümüklərinin açıq yerdəyişən sınıqları, alın və burun nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün orta 1/3-nin qapalı, yerdəyişən sınığı, alın nahiyəsinin əzilmiş yarası, sağ said nahiyəsinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, “Mersedes-Benz C200” markalı avtomobilin sərnişinlərindən X1 baldır sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ tərəfli 7-ci qabırğanın qapalı yerdəyişməyən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs4 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin sol yarısının yumşaq toxumalarının əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs3 başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bud nahiyəsinin yumşaq toxumalarının əziyi, sol said və hər iki diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almalarına, Mercedes-Benz C230 markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşərək sahibi Zərərçəkmiş şəxs6 9.000 (doqquz min) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən fəhlə işlədiyi «xxxx» MMC-yə hər gün səhər saat 07 radələrində gedib axşam saat 19 radələrində işdən çıxaraq yaşadığı evinə gəlir. Təxminən 30 il müddət ərzində «BC» dərəcəli sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. “Mersedes-Benz C200” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsusdur. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində işlədiyi «xxxx» MMC-dən iş yoldaşları Fərhad, Fərəməz, Firdovsi və Rafiqlə birlikdə işdən çıxıb onun idarə etdiyi “Mersedes-Benz C200” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gələrkən Firdovsi qabaq sağ oturacaqda, Fərhad, Fərəməz və Rafiq arxa oturacaqda əyləşmişlər. O, idarə etdiyi avtomobillə işlədiyi şirkətdən çıxıb işləməyən yolla hərəkət edərək Sumqayıt şəhəri istiqamətində getmək istəmişdir. Həmin vaxtı o, avtomobili 30 km/saat sürətlə işləməyən yolla hərəkət etdirib işlək yola çatanda dönmək məqsədilə dayanıb avtomobillərin keçib getməsini gözləmişdir. Avtomobillər keçib getdikdən sonra idarə etdiyi avtomobillə hərəkətə başlayaraq sola dönmək istədikdə həmin yolla hərəkət edən Mercedes markalı avtomobil onun idarə etdiyi avtomobili qabaq sol yan tərəfdən vurmuşdur. Zərbədən o, huşunu itrmiş, ayıldıqda xəstəxanada olmuşdur. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi avtomobillə toqquşan avtomobildə olan sərnişin aldığı xəsarətlərdən ölmüşdür. Xəstəxanada olarkən özünü yaxşı hiss etdiyi üçün evinə getmişdir. Sonradan özünü pis hiss etdiyi üçün xəstəxanaya qayıtmışdır. İdarə etdiyi avtomobillə toqquşan avtomobilinin sürücüsünün Zərərçəkmiş şəxs2 olduğu sonradan ona məlum olmuşdur. Qeyd etmişdir ki, hadisə baş verməmişdən qabaq spirtli içki qəbul etməmiş, onun idarə etdiyi avtomobillə toqquşan avtomobili 70 metr məsafədən görmüş, hadisə zamanı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində 4 nəfər sərnişin olmuşdur. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış X10 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində qızı X7, anası X14, qızının nişanlısı Zərərçəkmiş şəxs1, oğlu Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamış mərhum xalasının yas mərasiminə gedirmişlər. Qızının nişanlısı Zərərçəkmiş şəxs1 avtomobildə qabaq oturacaqda, o, anası Tamam və qızı isə arxa oturacaqda oturmuşdur. Oğlu idarə etdiyi avtomobil ilə Sumqayıt şəhərindən Abşeron rayonu, Saray qəsəbəsi ilə Xırdalan şəhəri istiqamətində hərəkət etmişdir. Oğlu Bəhruz həmin vaxtı avtomobili Abşeron rayonu, saray qəsəbəsində təzə yolla təxminən 90 km/saat sürətlə hərəkət etmişdir. Bəhruz avtomobili idarə edərkən həmin vaxtı qarşısında yadında qaldığı qədər yük avtomobili hərəkət etmişdir. Bəhruz da idarə etdiyi avtomobil ilə həmin yük avtomobilini ötmə əməliyyatı edərkən əyləşdiyi avtomobilin hərəkəti istiqamətində yolun sağ tərəfindən anidən avtomobilin qabaq hissəsinə avtomobil çıxmış və Bəhruz avtomobili tez sol tərəfə çəkərək ayağını tormoza basmasına baxmayaraq anidən qarşısına çıxan avtomobil əyləşdiyi avtomobilin sağ tərəfindən vurduqdan sonra avtomobili yolun kənarında olan hasara çırpılmış və həmin an o, huşunu itirmişdir. Sonra nə baş verdiyindən xəbərim olmamışdır. Ayılanda özünü xəstəxanada görmüşdür. Başqa olanlardan xəbəri olmamışdır. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Fövqaladə Hallar Nazirliyinin Sumqayıt şəhəri Yanğından Mühafizə idarəsində sürücü işləyir və daxili xidmət serjantıdır. Onun avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır və 12 il müddətdir ki, avtomobil idarə edir. O, 1997-ci il buraxılışlı qara rəngli Mersedes-Benz C230 markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “Mersedes-Benz C230” markalı avtomobil ilə Sumqayıt şəhərindən Abşeron rayonu, Saray qəsəbəsi ilə Xırdalan şəhəri istiqamətində 90 km/saat sürətlə hərəkət edərkən avtomobilində anası X10, nənəsi X14, bacısı X7 və bacısının nişanlısı Zərərçəkmiş şəxs1 olmuşdur. Qeyd etmişdir ki, bacısının nişanlısı Zərərçəkmiş şəxs1 avtomobildə qabaq oturacaqda, anası, nənəsi və bacısı isə arxa oturacaqda oturmuşdular. O, isə avtomobili idarə etmişdir. Onlar həmin vaxtı anasının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamış mərhumə xalasının yas məraiminə getmişlər. O, avtomobillə Abşeron rayonu, Saray qəsəbəsində təzə yolla 90 km/saat sürətlə hərəkət edərək yolda yerləşən radardan təxminən 200-250 metr qabaqda hərəkət edərkən onun avtomobilinin hərəkəti istiqamətində yolun sağ tərəfindən anidən avtomobilinin qabaq hissəsinə avtomobil çıxmış və o, avtomobili tez sol tərəfə çəkərək tormoz etsə də anidən qarşısına çıxan avtomobil onun tormozda hərəkət edən avtomobilinin sağ tərəfindən vurduqdan sonra avtomobili yolun kənarında olan hasara çırpılmışdır və həmin an o, huşunu itirmişdir. Sonra nə baş verdiyindən xəbəri olmamışdır. Ayılanda özünü xəstəxanada görmüşdür. Başqa olanlardan xəbərim olmamışdır. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, hadisə baş verməmişdən qabaq spirtli içki qəbul etməmiş, hadisədən az əvvəl idarə etdiyi avtomobillə toqquşan avtomobili 20-25 metr məsafədən görməyinə baxmayaraq hadisə anidən bir anlıq baş verdiyindən idarə etdiyi avtomobili sola çəksə də yoluna çıxan avtomobil onun avtomobilinin sağ tərəfindən vurduqdan sonra avtomobili yolun kənarında olan hasara çırpılmış və o, həmin an huşunu itirmişdir. Hadisə baş verən zaman idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə olan 4 nəfər sərnişindən anası X10, bacısı X7 və bacısının nişanlısı Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri almış, nənəsi X14 isə aldığı bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Sonradan ona məlum olmuşdur ki, qarşı avtomobildə olan sürücü və sənişinlər də xəsarət almışdır. Bildirmişdir ki, “Mersedes-Benz” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil anidən onun yoluna çıxan zaman o, dərhal həmin avtomobildən yayınmaq üçün avtomobilini tez sola çəksə də yoluna çıxan avtomobil yenə də onun avtomobilinin sağından vurmuş, nəticədə idarə etməni itirdiyindən yolun kənarında olan hasara çırpılmışdır. Əlavə olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsindən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “xxxx” şirkətində operator işləyir. O, həmin şirkətdə həftənin 5 günü işləyir. Onunla birlikdə həmin şirkətdə Şahid, Zərərçəkmiş şəxs4, X11 və Təqsirləndirilən şəxs da orada işləyirlər. Həmin şəxslərin hamısı Sumqayıt şəhərində yaşayırlar. Onlar hər gün səhər tezdən, yəni 08 radələrindən Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes-Benz” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “xxxx” şirkətinə işə gəlib, axşam təxminən saat 07 radələrində işdən çıxaraq Aqilin idarə etdiyi avtomobil ilə Sumqayıt şəhərinə evə qayıtmışlar. xx xxxxxxxx 2020-ci il tarixdə o, Rafiq, Firdovsi, Fərəməz Aqilin idarə etdiyi Mersedes-Benz” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işlədiyi şirkətə gəlmişlər. Həmin günü biraz işləri çox olduğundan onlar saat 21 radələrində işdən çıxmışlar və Aqilin idarə etdiyi avtomobilə əyləşərək yola çıxmışlar. Həmin vaxtı qabaq sərnişin oturacağında Firdovsi, arxa oturacaqda orta tərəfdə Fərəməz Vəlişov, sürücünün arxasında o, qabaq sərnişinin arxasında isə Şahid əyləşmişdir. Aqil idarə etdiyi avtomobil ilə hər gün olduğu kimi, yəni işlədiyi “xxxx” şirkətinin qarşısında istismara verilməyən yoldan istifadəyə hazır olan yola çıxaraq Xırdalan-Saray yolu ilə Sumqayıt şəhərinə gedirmişlər. Həmin vaxtı Aqil idarə etdiyi avtomobil ilə istismara verilməyən yoldan istifadə olunan yola çıxmaq üçün yolun kənarında saxlamış və Saray istiqamətinə getmək üçün gözləmişdir. O, arxa oturacaqda əyləşərək əlində olan mobil telefon ilə oyun oynamışdır. Onun telefonda oynadığı oyuna arxa oturacaqda ortada oturan Fərəməz də baxırdı. Həmin vaxt qabaqda əyləşən Aqil və Firdovsidən qışqırıq səsinə başını qaldırıb baxmaq istəsə də anidən toqquşma baş vermiş və nə olduğunu başa düşməmişdir. Bundan sonra Aqilin idarə etdiyi avtomobil yolun ortasında qalmış, lakin digər toqquşan avtomobil isə Saray istiqamətində olan yolun sağ kənarına tərəf fırlanıb dayanmışdır. Həmin vaxtı hər iki avtomobilə qabaq hissəsi bərk əzilmişdir. O, avtomobildə sərnişin qismində olan Fərəməz, Firdovsi və sürücü Aqil müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə zamanı əyləşdiyi avtomobildə olan Şahid heç bir xəsarət almamışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəlmiş və hər iki avtomobil də olan sərnişinləri Sumqayıt Tramatologiya xəstəxanasına aparmışlar. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, Aqilin idarə etdiyi avtomobil ilə toqquşan digər avtomobildə olan sərnişin X14 hadisə yerindən xəstəxanaya aparılmış və xəstəxanada ölmüşdür. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “xxxx” şirkətində fəhlə işləyir. Həmin şirkətdə həftənin 5 günü işləyir. Onunla birlikdə həmin şirkətdə Zərərçəkmiş şəxs3, Şahid, X11 və Təqsirləndirilən şəxs da orada işləyirlər. Həmin şəxslər Sumqayıt şəhərində yaşayırlar. Onlar hər gün səhər tezdən, yəni 08 radələrindən Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes-Benz markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “xxxx” şirkətinə işə gəlib, axşam təxminən saat 07 radələrində işdən çıxaraq Aqilin idarə etdiyi avtomobil ilə Sumqayıt şəhərinə evə qayıtmışlar. xx xxxxxxxx 2020-ci il tarixdə o, Fərhad, Firdovsi, Fərəməz Aqilin idarə etdiyi Mersedes-Benz” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işlədiyi şirkətə gəlmişlər. İşləri çox olduğundan onlar saat 21 radələrində işdən çıxmış və Aqilin idarə etdiyi avtomobilə əyləşərək yola çıxmışlar. Həmin vaxtı o, avtomobildə qabaq sərnişin yerində, arxa oturacaqda orta tərəfdə Fərəməz Vəlişov, sürücünün arxasında Zərərçəkmiş şəxs3, onun əyləşdiyi yerin arxasında isə Şahid əyləşmişdi. Aqil idarə etdiyi avtomobil ilə hər gün olduğu kimi, yəni işlədiyi “xxxx” şirkətinin qarşısında istismara verilməyən yoldan istifadəyə hazır olan yola çıxaraq Xırdalan-Saray yolu ilə Sumqayıt şəhərinə yola düşmüşlər. Aqil idarə etdiyi avtomobil ilə istismara verilməyən yoldan istifadə olunan yola çıxmaq üçün yolun kənarında saxlamış və Saray istiqamətinə getmək üçün gözləmişdir. O, sağ tərəfdən gələn avtomobillərə, Aqil isə sol tərəfdən gələn avtomobillərə baxmışdır ki, yol boşaldıqda Aqil çıxdığı yoldan idarə etdiyi istiqamətinə görə sola tərəf dönsün. X21 istiqamətindən gələn hissəyə baxdıqdan sonra yolun ortasına çıxan zaman Saray istiqamətindən avtomobil gəldiyini görmüş və bundan sonra toqquşma baş verdiyində o, xəsarət almış və heç nə yadına gəlmir. Ayıldıqda Sumqayıt şəhər Tramatologiya xəstəxanasında olmuşdur. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, Aqilin idarə etdiyi avtomobil ilə toqquşan digər avtomobildə olan sərnişin X14 hadisə yerindən xəstəxanaya aparılmış və xəstəxanada ölmüşdür. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X4 göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “xxxx” şirkətində fəhlə işləyir. Həmin şirkətdə həftənin 5 günü işləyir. Onunla birlikdə həmin şirkətdə Zərərçəkmiş şəxs3, Şahid, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs da orada işləyirlər. Həmin şəxslər Sumqayıt şəhərində yaşayırlar. Onlar hər gün səhər tezdən, yəni 08 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes-Benz” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “xxxx” şirkətinə işə gəlib, axşam təxminən saat 07 radələrində işdən çıxaraq Aqilin idarə etdiyi avtomobil ilə Sumqayıt şəhərinə evə qayıtmışlar. xx xxxxxxxx 2020-ci il tarixdə o, Fərhad, Firdovsi, Rafiq Aqilin idarə etdiyi Mersedes-Benz” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işlədiyi şirkətə gəlmişlər. İşləri çox olduğundan onlar saat 21 radələrində işdən çıxmış və Aqilin idarə etdiyi avtomobilə əyləşərək yola çıxmışlar. Həmin vaxtı Firdovsi avtomobildə qabaq sərnişin yerində, o, arxa oturacaqda orta tərəfdə, sürücünün arxasında Zərərçəkmiş şəxs3, onun əyləşdiyi yerin arxasında isə Şahid əyləşmişdi. Aqil idarə etdiyi avtomobil ilə hər gün olduğu kimi, yəni işlədiyi “xxxx” şirkətinin qarşısında istismara verilməyən yoldan istifadəyə hazır olan yola çıxaraq Xırdalan-Saray yolu ilə Sumqayıt şəhərinə yola düşmüşlər. Aqil idarə etdiyi avtomobil ilə istismara verilməyən yoldan istifadə olunan yola çıxmaq üçün yolun kənarında saxlamış və Saray istiqamətinə getmək üçün gözləmişdir. O, sağ tərəfdən gələn avtomobillərə, Aqil isə sol tərəfdən gələn avtomobillərə baxmışdır ki, yol boşaldıqda Aqil çıxdığı yoldan idarə etdiyi istiqamətinə görə sola tərəf dönsün. X21 istiqamətindən gələn hissəyə baxdıqdan sonra yolun ortasına çıxan zaman Saray istiqamətindən avtomobil gəldiyini görmüş və bundan sonra toqquşma baş verdiyində o, xəsarət almış və heç nə yadına gəlmir. Ayıldıqda Sumqayıt şəhər Tramatologiya xəstəxanasında olmuşdur. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, Aqilin idarə etdiyi avtomobil ilə toqquşan digər avtomobildə olan sərnişin X14 hadisə yerindən xəstəxanaya aparılmış və xəstəxanada ölmüşdür. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, Mercedes Benz C230 markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnmə əsasında ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında oğlu Zərərçəkmiş şəxs2 Novruz oğlu idarə edir. Sonradan ona məlum oldu ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində oğlu Bəhruz idarə etdiyi ona məxsus Mercedes Benz C230 markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərindən Abşeron rayonu, Saray qəsəbəsi ilə Xırdalan şəhəri istiqamətində hərəkətdə olarkən başqa bir avtomobillə toqquşmuş, nəticədə avtomobilidə olan arvadı Aygün, oğlu Bəhruz və qızının nişanlısı Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarəti, qaynanası Tamam aldığı xəsarətlərdən ölmüşdür. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsi ilə zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxs qismində tanınmış Aygün Muradovanın ifadəsini təsdiq etmiş və bildirmişdir ki hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “xxxx” şirkətində usta işləyir. Həmin şirkətdə həftənin 5 günü işləyir. Onunla birlikdə həmin şirkətdə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X11 və Təqsirləndirilən şəxs da orada işləyirlər. Həmin şəxslərin hamısı Sumqayıt şəhərində yaşayırlar. Onlar hər gün səhər tezdən, yəni 08 radələrindən Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes-Benz markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “xxxx” şirkətinə işə gəlib, axşam saat 07 radələrində işdən çıxaraq Aqilin idarə etdiyi avtomobil ilə Sumqayıt şəhərinə evə qayıtmışlar. xx xxxxxxxx 2020-ci il tarixdə o, Fərhad, Firdovsi, Fərəməz Aqilin idarə etdiyi Mersedes-Benz” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işlədikləri şirkətə gəlmişlər. Həmin günü işləri çox olduğundan onlar saat 21 radələrində işdən çıxıb və Aqilin idarə etdiyi avtomobilə əyləşərək yola düşmüşlər. Həmin vaxtı qabaq sərnişin yerində Firdovsi, arxa oturacaqda orta tərəfdə Fərəməz Vəlişov, sürücünün arxasında Zərərçəkmiş şəxs3, qabaq sərnişinin arxasında isə özü əyləşmişdir. Aqil idarə etdiyi avtomobil ilə hər gün olduğu kimi, yəni işlədiyi “xxxx” şirkətinin qarşısında istismara verilməyən yoldan istifadəyə hazır olan yola çıxaraq Xırdalan-Saray yolu ilə Sumqayıt şəhərinə gedirmişlər. Həmin vaxtı Aqil idarə etdiyi avtomobil ilə istismara verilməyən yoldan istifadə olunan yola çıxmaq üçün yolun kənarında saxlamış və Saray istiqamətinə getmək üçün gözləmişdir. Aqilin idarə etdiyi avtomobil arxa şüşələri pərdə ilə bağlı olduğundan o, yolu görə bilməmişdir. Həmin vaxt qabaqda əyləşən Aqil və Firdovsidən qışqırıq səsinə başını qaldırıb baxmaq istəsə də anidən toqquşma baş vermiş və nə olduğunu başa düşməmişdir. Bundan sonra Aqilin idarə etdiyi avtomobil yolun ortasında qalmış, lakin digər toqquşan avtomobil isə Saray istiqamətində olan yolun sağ kənarına tərəf fırlanıb dayanmışdır. Həmin vaxtı hər iki avtomobilin qabaq hissəsi bərk əzilmişdir. Əyləşdiyi avtomobildə olan Fərəməz, Firdovsi, Fərhad və sürücü Aqil müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə zamanı o, xəsarət almamışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəlmiş və hər iki avtomobildə olan sərnişinləri Sumqayıt Tramatologiya xəstəxanasına aparmışlar. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, Aqilin idarə etdiyi avtomobil ilə toqquşan digər avtomobildə olan sərnişin X14 hadisə yerindən xəstəxanaya aparılmış və xəstəxanada ölmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 88 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X8 meyitinin məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma; baş beyinin travmatik ödemi; ağ ciyərlərin əzilməsi; alın-təpə və sağ gicgah nahiyələrini əhatə edən əzilmiş-cırılmış yaraları; hər iki gözətrafı nahiyələrin hematoması; alın, sağ əlin arxa səthinin, sağ qalça tini, sağ bud, hər iki baldır nahiyələrinin, sağ ayaq pəncəsinin üst səthinin qançırları; sağ gicgah, sağ qalça, hər iki baldır nahiyələrinin sıyrıqları ümumilikdə həyatidirlər, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. X8 ölümünə səbəb – başın küt travması nəticəsində baş beynin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyin maddəsinin travmatik ödemi olmuşdur. X8 ölümü Sumqayıt təcili Tibbi yardım xəstəxanasında saat 00:40-da baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 2193 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ tərəfli 7-ci qabırğanın qapalı yerdəyişməyən sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 2146 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin sol yarısının yumşaq toxumalarının əziyi bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 2147 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bud nahiyəsinin yumşaq toxumalarının əziyi, sol said və hər iki diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 2331 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – travmatik şokla və komatoz halla müşayiət olunan sağ bud sümüyünün burmalararası sahədən keçən, sağ bazu sümüyünün orta 1/3-nin və sağ aşıq sümüyünün tam yerdəyişməli, çoxparçalı, qəlpəli sınıqları, ağciyərlərin kontuziyası (əziyi), dilin, sol said nahiyəsinin əzilmiş-cırılmış yaraları, üz nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi; dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 2332 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X5 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, ağciyərlərin yüngül dərəjəli əzilməsi, sağ tərəfli 3-5-6 və 8-ci qabırğaların qapalı yerdəyişməyən sınıqları, burun sümüklərinin sümüklərinin açıq yerdəyişən sınıqları, alın və burun nahiyələrinin əzilmiş-cırılmış yaraları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə sərnişin qismində əyləşdiyi avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 2333 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün orta 1/3-nin qapalı, yerdəyişən sınığı, alın nahiyəsinin əzilmiş yarası, sağ said nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzində tərtib edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8/1991 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz C200 markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C200 markalı avtomobillə yyolun ortasında olan bütöv xətti kəsdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş «xxxx» MMC-də tərtib olunmuş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 701 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz C200 markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C200 markalı avtomobillə yyolun ortasında olan bütöv xətti kəsdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş xxxx» MMC-də tərtib olunmuş komisyon məhkəmə nəqliyyattrasoloji və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 14 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz C200 markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C200 markalı avtomobillə yolun ortasında olan bütöv xətti kəsdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İlkin kontakt anında Mercedes Benz C200 markalı, ** DG *** dövlət qeydiyyat nişanlı və Mercedes Benz C230 markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillərin orta oxları arasında 77-87 dərəcə bucaq olmuş, yəni həmin nəqliyyat vasitəlrinin arasında toqquşma təxminən 77-87 dərəcə bucaq altında baş vermişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.1021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Polis İdarəsi DYPŞ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli 128-841- 1221 nömrəli məktubdan görünür ki, xx.xx.1965-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2012-ci il tarixdə xx.xx.2022-ci il tarixədək müddətə etibarlı olan AB seriyalı 800276 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Zərəçəkmiş şəxsin hüquqi varisi X2 Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2021ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, hadisə yerini əks etdirən bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmiş, məhkəmə baxışında həmin diskə baxış keçirilmiş və ittihamda qeyd olunanlar öz təsdiqini tapmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Vətən müharibəsinin iştirakçısı olmaqla 2-ci qrup əlildir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və zərərçəkmiş şəxlərlə barışıq əldə etməsini, 1-ci Vətən müharibəsinin iştirakçısı olmaqla 2-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, 2-ci qrup əlil olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 70 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C 200 markalı 50 DG539 və “Mercedes-Benz C230 markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, “Mercedes-Benz C230 markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılmış və çəkiliş edilərək videodiskə köçürülmüş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 600 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C 200 markalı 50 DG539 və “Mercedes-Benz C230 markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, “Mercedes-Benz C230 markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılmış və çəkiliş edilərək videodiskə köçürülmüş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-237/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-237/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver