Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-331/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.2000-ci ildə Ağsu rayonu, Xanbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Laçın rayonu Minkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 147 saylı Peşə liseyinin yataqxana-sında yaşamış, Abşeron Rayon Məhkəməsinin 06.02.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 05.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penidensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.2001-ci ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Laçın rayonu Minkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 147 saylı Peşə liseyinin yataqxanasında yaşamış, Abşeron Rayon Məhkəməsinin 06.02.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 05.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penidensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədilə elektron məlumat daşıyıcılardan istifadə etməklə 14 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2 ilə görüşüb bankomat aparatlarından pul çıxardan vətəndaşların pulunu oğurlamaq barədə ümumi razılığa gələrək bu məqsədlə Abşeron rayonu Ceyranbatan qəsəbəsində “Araz” marketin qarşısında quraşdırılmış “xxxx”-a məxsus bankomat aparatından pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs “Pasha bank»ın 4182 4957 0378 3435 nömrəl plastik kartını kömək etmək adı ilə alıb bankomata daxil etməklə hesabda olan 902 manat pulun əldə olunması ilə bağlı əməliyyat apararaq Zərərçəkmiş şəxs yalandan bankomatda pul olmadığını bildirmiş, sonuncu kartını alıb oradan aralandıqda, pulun götürülməsinin kənardan görünməməsi üçün Təqsirləndirilən şəxs2 daha da aparata yaxınlaşmış qabaqcadan əlbir olan bir qrup şəxs halında bankomatdan çıxan 902 manat pulu oğurlayıb uzaqlaşandan sonra oğurladıqları pulu aralarında bölərək 702 manat özünə götürmüş, 200 manatı isə Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli yolla talamaq məqsədilə elektron məlumat daşıyıcılardan istifadə etməklə 14 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşüb bankomat aparatlarından pul çıxardan vətəndaşların pulunu oğurlamaq barədə ümumi razılığa gələrək bu məqsədlə Abşeron rayonu Ceyranbatan qəsəbəsində “Araz” marketin qarşısında quraşdırılmış “xxxx”-a məxsus bankomat aparatından pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs “Pasha bank»ın 4182 4957 0378 3435 nömrəli plastik kartını kömək etmək adı ilə Təqsirləndirilən şəxs1 alıb bankomata daxil etməklə hesabda olan 902 manat pulun əldə olunması ilə bağlı əməliyyat apararaq Zərərçəkmiş şəxs yalandan bankomatda pul olmadığını bildirmiş, sonuncu kartını alıb oradan aralandıqda, pulun götürülməsinin kənardan görünməməsi üçün Təqsirləndirilən şəxs2 daha da aparata yaxınlaşmış qabaqcadan əlbir olan bir qrup şəxs halında bankomatdan çıxan 902 manat pulu oğurlayıb uzaqlaşandan sonra oğurladıqları pulu aralarında bölərək 200 manatı özü, 702 manatı isə Təqsirləndirilən şəxs1 götürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə bir məhlədə yaşayır. 14 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, “Ceyran” lövhəsinin yanında olan zaman Təqsirləndirilən şəxs2 görmüş, Mehmandan pulu olub-olmadığını soruşmuş, sonuncu pulu olmadığını bildirmişdir. O, Mehmana bankomat aparatından pul çəkə bildiyini, yəni kimsə bankomat aparatına yaxınlaşaraq, kartdan pul çıxartmaqda çətinlik çəkərsə, ona kömək məqsədi ilə kartından pulu çıxara bilməsini demişdir. Mehman onunla razılaşmış,o, Mehmana pulu bankomatdan çıxardandan sonra ona da pul verəcəyini demişdir. Aralarında razılıq olduqdan sonra ikisi də yolun digər hissəsinə, yəni Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən “Araz” marketin qarşısında yerləşən “xxxx”a məxsus bankomatın qarşısına getmiş, Mehmanla aralarında olan razılığa əsasən o, bankomatdan pul çıxaran zaman Mehman da bankomata yaxınlaşmalı olmuş, pul çıxan zaman pulun sahibinin diqqətini yayındırmalı və pulun çıxmasını həmin şəxs görməməli olmuşdur. Həmin vaxt bankomatın qarşısında bir nəfər şəxsin pul çıxarmaq istədiyini görmüş,o, Mehmanla birlikdə bankomata yaxınlaşmış, Mehman bir az geridə dayanmış, həmin şəxsin bankomatdan pul çıxarmaqda çətinlik çəkdiyini görüb ona köməklik edə biləcəyini demiş, həmin şəxs də etiraz etməmişdir. O, bankomatın qarşısına keçmiş, kartı bankomata daxil etmiş, kodu yığmış, ekranda 902 manat pul görsənmiş,o, 902 manat pul çıxartmaq üçün rəqəmləri yığmış və düyməni basmış ki, pul çıxsın. Lakin həmin şəxs kartınıçıxarmağı bildirmiş, o da kartıçıxardıb həmin şəxsə vermiş, həmin şəxs oradan uzaqlaşan kimi Mehman bankomatın qarşısına gəlmiş ki, pul çıxanda heç kim görməsin. Pul bankomatdan çıxmış və o da pulu götürüb cibinə qoymuşdur. Həmin vaxt həmin şəxs yenidən bankomata yaxınlaşmış, Mehman ona həmin kişinin yenidən qayıtdığını bildirmiş,o da bankomatın qarşısında olmuş, həmin şəxs yenidən kartıona vermiş, o kartı yenidən bankomata daxil etmiş, o bu dəfə həmin şəxsə demişdir ki, “kartınızda pul yoxdur”, sonra oradan çıxıb getmişlər. O, Mehmanla taksiyə əyləşmiş və yaşadğı yerə qayıtmış, evə gedən zaman Mehman artıq bankomatdan 902 manat pul çıxardığını bildirmiş və ona həmin puldan 200 manat pul vermişdir. Mehman ona 902 manat puldan niyə ona az, yəni 200 manat verdiyini soruşmuş,o, isə Mehmana borcu olduğunu, həm də əsas əziyyəti çəkdiyini, buna görə də pulun çox hissəsi ona çatmalı olduğunu bildirmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 05.02.2018-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi lə təqsirli bilinərək barəmdə 01 il müddətində şərti sınaq müddəti tətbiq edilmişdir. Təqsirləndirilən şəxs1 tanıyır və onunla bir məhlədə yaşayır. 14 yanvar 2021-ci il tarixdə saat 19 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmiş və ona əmək haqqı kartına pul oturduğunu, onunla Ceyranbatan qəsəbəsində yerləşən “Araz” marketin qarşısında yerləşən “xxxx”a məxsus bankomat aparatından pul çıxarmağa getməyi xahiş etmişdir. O da etiraz etməmiş və birlikdə Ceyranbatan qəsəbəsində yerləşən “Araz” marketin qarşısına getmiş, Təqsirləndirilən şəxs1 ilkin olaraq əmək haqqı kartını bankomat aparatına salmış, lakin kartda pul olmamış, Kənan bildirmişdir ki, “yəqin pul karta oturmayıb, 15 dəqiqə gözləyək”. O da etiraz etməmiş, bu zaman oraya bir nəfər şəxs yaxınlaşmış, həmin şəxs də bankomatdan pul çıxarmaq istəmiş, lakin pulu çıxara bilməmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxsə yaxınlaşmış və kömək edə biləcəyini demiş, Kənan digər şəxsin kartını alaraq bankomata daxil etmiş, o, həmin vaxt bir az arxada dayanıb, siqaret çəkmişdir. Həmin şəxs Kənana demişdir ki, balans sıfırdır, Kənan da təsdiq etmişdir ki, “bəli balans sıfırdır”. Bundan sonra həmin şəxs bankomatdan kartı götürüb aralaşmış,o, Kənana yaxınlaşanda Kənan öz kartını bankomata daxil etmiş və bankomatdan pul çıxmışdır. Həmin pulu Kənan cibinə qoymuş vəona demişdir ki, maaş karta oturmuşdur. Həmin vaxt bir az əvvəl orada olan şəxs yenidən bankomata yaxınlaşmış, o Kənana demişdir ki, “dayı bura gəlir, birdən kartı düz vurmazsan”. Kənan da həmin şəxsin kartında pul oturmadığını bildirmiş, yenidən həmin şəxsdən Kənan kartı almış və bankomata daxil etmiş, lakin orada pul olmadığını görüb getmişdir. O da Kənanla birlikdə oradan dayanacağa getmiş, taksiyə minib yaşadığı evin yaxınlığında maşından düşüb getmiş evə tərəf gedəndə Kənan cibindəki pulu çıxardıb saymış, pulun miqdarı 902 manat olmuş, sonra ona 200 manat pul vermişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Heydər Əliyev adına Neftayırma zavodunda montajçı işləyir. 2021-ci ilin yanvar ayının 14-də Pasha bank kartına, yəni əmək haqqı kartına 902 manat əmək haqqı oturmuşdur. 14 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “Araz” marketin qarşısında “xxxx”-a məxsus bankomat aparatına yaxınlaşmış və əmək haqqı kartını bankomata iki nəfər şəxs yaxınlaşmış, həmin şəxslər tibbi maska taxmış və hər ikisinin başında papaq olmuşdur. O, bankomatda iki dəfə kodu yığmış, lakin pulu çıxarmaqda çətinlik çəkmişdir. Kart bankomatda olan zaman həmin iki nəfərdən biri üzündə maska olan və başında çeçenka papaq olan şəxs ona kömək etmək məqsədi ilə kodu yenidən yığmış, orada pulun məbləği göstərilmişdir. Lakin həmin şəxs ona demişdir ki, bankomatda pul yoxdur, ona görə də pul çıxartmaq olmur. O da, həmin şəxsə inanmış və kartı bankomatdan çıxardıb kənara çəkilmiş, təxminən bankomatdan 10-15 metr kənara çəkiləndən sonra həmin iki nəfər şəxsin onu aldatdığından şübhələndiyi üçün yenidən geri qayıtmış və onlara yaxınlaşanda biri digərinə «gəlir» demiş və həmin şəxslər bankomatdan kənara çəkilərək oradan uzaqlaşıb taksiyə minərək getmişlər. O, ehtiyyat etdiyi üçün həmin şəxslərə bir söz deməmiş, yenidən kartı bankomata daxil etmiş və bankomatda pulun olmadığını gördüyü üçün Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. İlkin məlumatda səhvən 918 manat pulunun oğurlandığını göstərmiş, lakin onun əmək haqqı kartında 902 manat olmuş və həmin pul da oğurlanmışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təqdim edilmiş «xxxx» ASC-dən 19.02.2021-ci il tarixli, 157000/2-744 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskinə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı təqdim edilmiş bir ədəd CD diskdə 1 ədəd qovluq olduğu və həmin qovluğa isə 20 ədəd fotoşəkil köçürüldüyü müəyyən edilmişdir. Qeyd olunan qovluqdakı fotoşəkillərə ardıcıl baxış zamanı müəyyən olundu ki, 1-ci fotoşəkildə əynində qısa cins materialdan olan kapşonkalı papağı olan şəxs bankomatın qarşısında dayanıb əməliyyat aparmaq istəyir, həmin şəxsin arxasında, yəni nisbətən solunda dayanmış orta boylu ağzında tibbi maska olan şəxs isə bankomatın qarşısında dayanmış şəxsin əməliyyat aparması prosesini izlədiyi müşahidə edilir. 2-ci fotoşəkildə bankomatın əməliyyat aparılması üçün nəzərdə tutulmuş klaviaturası göstərilmişdir. 3-cü fotoşəkildə əynində qısa cins materialdan olan kapşonkalı papaqlı şəxsin bankomatın qarşısında dayanıb əməliyyat apardığı, arxasında dayanmış şəxsin isə həmin şəxsə arxadan yaxınlaşdığını müşahidə edilir. 4-cü, 5-ci, 6-cı və 7-ci fotoşəkillərdə yenidən bankomatın əməliyyat aparılması üçün nəzərdə tutulmuş klaviaturası göstərildiyi, əynində qısa cins materialdan olan kapşonkalı papaqlı şəxsin bankomatın qarşısında dayanıb əməliyyat apardığı, arxasında dayanmış şəxsin isə həmin şəxsə arxadan yaxınlaşdığını müşahidə edilir. 8-ci, 9-cu, 10-cü, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci fotoşəkillərə ardıcıl baxış keçirdikdə başında kapşon olmuş şəxsin arxasında dayanmış şəxsin bankomatın qarşısına keçdiyi, klaviaturadan istifadə etməklə əməliyyat apardığı, pulun bankomatdan çıxmasını gözlədiyi, pul çıxan anda bankomata sıx dayandığı, həmin vaxtı arxa sağ tərəfdə dayanmış şəxsin bankomatda əməliyyat aparan şəxsin hərəkətlərinə arxadan nəzər saldığı, bankomatın qarşısında dayanmış şəxsin isə çıxan pulu qatlayaraq götürdüyü və çevrilərək bankomatın qarşısından uzaqlaşdığı müşahidə edilir. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs1 bankomatın qarşısında dayanmış başında kapşonka və əynində cins gödəkçə olan şəxsin sol arxa hissəsində təsvir olunan şəxsin özü olduğunu, bankomatda əməliyyat aparan zaman arxa sol tərəfində dayanmış şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bildirdi və göstərdi ki, bir nəfər şəxsin pul çıxarmaq istədiyini görmüş, Mehmanla birlikdə bankomata yaxınlaşmış, Mehman bir az geridə dayanmış, həmin şəxsin bankomatdan pul çıxarmaqda çətinlik çəkdiyini görübona köməklik edə biləcəyini demiş, həmin şəxs də etiraz etməmişdir. O, bankomatın qarşısına keçmiş, kartı bankomata daxil etmiş, kodu yığmış, ekranda 902 manat pul görsənmiş, o, 902 manat pul çıxartmaq üçün rəqəmləri yığmış və düyməni basmış ki, pul çıxsın. Lakin həmin şəxs kartını çıxarmağı bildirmiş, o da kartıçıxardıb həmin şəxsə vermiş, həminşəxs oradan uzaqlaşan kimi Mehman bankomatın qarşısına gəlmiş ki, pul çıxanda heç kim görməsin. Pul bankomatdan çıxmış və o da pulu götürüb cibinə qoymuşdur. Həmin vaxt həmin şəxs yenidən bankomata yaxınlaşmış, Mehman ona həmin kişinin yenidən qayıtdığını bildirmiş, o da bankomatın qarşısında olmuş, həmin şəxs yenidən kartıona vermiş, o kartı yenidən bankomata daxil etmiş, o bu dəfə həmin şəxsə demişdir ki, “kartınızda pul yoxdur”, sonra oradan çıxıb getmişlər. İş üzrə təqdim edilmiş «xxxx» ASC-dən 19.02.2021-ci il tarixli, 157000/2-744 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı təqdim edilmiş bir ədəd CD diskdə 1 ədəd qovluq olduğu və həmin qovluğa isə 20 ədəd fotoşəkil köçürüldüyü müəyyən edilmişdir. Qeyd olunan qovluqdakı fotoşəkillərə ardıcıl baxış zamanı müəyyən olundu ki, 1-ci fotoşəkildə əynində qısa cins materialdan olan kapşonkalı papağı olan şəxs bankomatın qarşısında dayanıb əməliyyat aparmaq istəyir, həmin şəxsin arxasında, yəni nisbətən solunda dayanmış orta boylu ağzında tibbi maska olan şəxs isə bankomatın qarşısında dayanmış şəxsin əməliyyat aparması prosesini izlədiyi müşahidə edilir. 2-ci fotoşəkildə bankomatın əməliyyat aparılması üçün nəzərdə tutulmuş klaviaturası göstərilmişdir. 3-cü fotoşəkildə əynində qısa cins materialdan olan kapşonkalı papaqlı şəxsin bankomatın qarşısında dayanıb əməliyyat apardığı, arxasında dayanmış şəxsin isə həmin şəxsə arxadan yaxınlaşdığını müşahidə edilir. 4-cü, 5-ci, 6-cı və 7-ci fotoşəkillərdə yenidən bankomatın əməliyyat aparılması üçün nəzərdə tutulmuş klaviaturası göstərildiyi, əynində qısa cins materialdan olan kapşonkalı papaqlı şəxsin bankomatın qarşısında dayanıb əməliyyat apardığı, arxasında dayanmış şəxsin isə həmin şəxsə arxadan yaxınlaşdığını müşahidə edilir. 8-ci, 9-cu, 10-cü, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci fotoşəkillərə ardıcıl baxış keçirdikdə başında kapşonka olmuş şəxsin arxasında dayanmış şəxsin bankomatın qarşısına keçdiyi, klaviaturadan istifadə etməklə əməliyyat apardığı, pulun bankomatdan çıxmasını gözlədiyi, pul çıxan anda bankomata sıx dayandığı, həmin vaxtı arxa sağ tərəfdə dayanmış şəxsin bankomatda əməliyyat aparan şəxsin hərəkətlərinə arxadan nəzər saldığı, bankomatın qarşısında dayanmış şəxsin isə çıxan pulu qatlayaraq götürdüyü və çevrilərək bankomatın qarşısından uzaqlaşdığı müşahidə edilir. Diskə baxışda iştirak etmiş Zərərçəkmiş şəxs bankomatın qarşısında dayanmış başında kapşonka və əynində cins gödəkçə təsviri olan şəxsin özüolduğunu bildirdi və göstərdi ki, “xxxx”-a məxsus bankomat aparatına yaxınlaşmış vəəmək haqqı kartını bankomata iki nəfər şəxs yaxınlaşmış, həmin şəxslər tibbi maska taxmış və hər ikisinin başında papaq olmuşdur. O, bankomatda iki dəfə kodu yığmış, lakin pulu çıxarmaqda çətinlik çəkmişdir. Kart bankomatda olan zaman həmin iki nəfərdən biri üzündə maska olan və başında çeçenka papaq olan şəxs ona kömək etmək məqsədi ilə kodu yenidən yığmış, orada pulun məbləği göstərilmişdir. Lakin həmin şəxs ona demişdir ki, bankomatda pul yoxdur, ona görə də pul çıxartmaq olmur. Oda, həmin şəxsə inanmış və kartı bankomatdan çıxardıb kənara çəkilmiş, təxminən bankomatdan 10-15 metr kənara çəkiləndən sonra həmin iki nəfər şəxsin onu aldatdığından şübhələndiyi üçün yenidən geri qayıtmışvə onlara yaxınlaşanda biri digərinə«gəlir» demiş və həmin şəxslər bankomatdan kənara çəkilərək oradan uzaqlaşıb taksiyə minərək getmişlər. Sübutların qiymətləndirilməsinə haqqında qərardan görünür ki, “«xxxx» ASC-dən 19.02.2021-ci il tarixli, 157000/2-744 nömrəli məktubla daxil olmuş bir ədəd CD diskisübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05.02.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 06.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 05.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05.02.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 06.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 05.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 16.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 05.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 1 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Sumqayıt Şİ və PŞ 26.02.2019-cu il tarixli arayışına əsasən cəzanı çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdikləri cinayət əməlinə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.02.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində – sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.02.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 05.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 05.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-331/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-331/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver