Məhkəmə qərarları › İş №1(012)-357/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-357/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-357/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx.xx.1988-ci ildə Qubadlı rayonu, Kürd Mahruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən, nömrəsiz fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin 16.12.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədlə 16.05.2020-ci il tarixdə saat 15:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, M.Hüseynzadə küçəsində saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus “VAZ-211H” markalı, **- LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının şüşəsinin açıq vəziyyətdə olmasından istifadə edərək, avtomobilin qabaq sol oturacağının üzərindən 10 manat dəyərində pul qabını, həmin pul qabının içərisində olan 306 manat məbəlğində nağd pulu, Zərərçəkmiş şəxs5 adma şəxsiyyət vəsiqəsini və mühüm sənəd hesab olunan sürücülük vəsiqəsini, ‘kVAZ-211ir' markalı, **-LA-*** dövlət qeydiyyat nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsini oğurlayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 316 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə 23.06.2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində yerləşən 2 saylı binanın qarşısında sazlanılmış Zərərçəkmiş şəxs6 məxsus «Hyundai-Sonata» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındırmaq yolu ilə avtomobilin salonundan 450 manat dəyərində «Armani Hermes» markalı kişi ətrini, 70 manat dəyərində «Raybon» markalı kişi eynəyini və 300 manat dəyərində «Xiomi-Play» markalı mobil telefonu oğurlayıb, zərərçəkmiş şəxs Elvin Abbasova ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə 03.09.2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 9 nömrəli orta məktəbin arxasında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus «Hyundai-Elantra» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındırmaq yolu ilə avtomobilin qabaq sağ oturacağının üzərindəki 560 (beş yüz altmış) manat dəyərində, çində istehsal edilmiş, üzərində «HP» markalanma yazısı olan, tam komplektli, qara rəngli çanta ilə birlikdə olan notebuku oğurlayıb, Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziayn vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə 06.11.2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsində park olunmuş Zərərçəkmiş şəxs2 məxsus «Mersedes Benz» markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındırmaq yolu ilə avtomobilin salonundan 850 manat məbləğində nağd pulu, həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edan 100 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 17,5 manat təşkil edan 35 Gürcüstan larisini, qəpiklərdən ibarət 6 manat məbləğində nağd pulu, 01 ədəd “Xalq-Bank”-a, 02 ədəd “Kapital-Bank”-a aid bank kartlarını və ümumilikdə 16 manat dəyərində 09 ədəd ağ rəngli “Magna” markalı siqaret qutularını oğurlayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1059,50 (bir min əlli doqquz manat əlli qəpik) məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə 18.11.2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində yerləşən 29 saylı binanın qarşısında park olunmuş Zərərçəkmiş şəxs7 məxsus «Lexus RX-330» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının şüşəsini sındırmaq yolu ilə avtomobilin salonundan 50 manat dəyərində 01 ədəd «Nokia» markalı mobil telefonu, 600 manat dəyərində 01 ədəd «Xiomi Mİ-8» markalı mobil telefonu, həmin telefonun üzərində olan 15 manat dəyərində ***-***- **-** saylı GSM mobil nömrəsini və 40 manat dəyərində 01 ədəd «Power Bank» aparatını oğurlayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 705 (yeddi yüz beş) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə 01.12.2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 19 saylı binanın qarşısında park olunmuş Zərərçəkmiş şəxs4 məxsus “Geely” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındırmaq yolu ilə avtomobilin salonundan 350 manat dəyərində nağd pulu, 210 manat dəyərində 01 ədəd və 350 manat dəyərində 01 ədəd «Tissot» markalı kişi qol saatlarını, 50 manat dəyərində avtomobilin ehtiyat açarını, 10 manat dəyərində pul qabını, həmin pul qabının içərisində olan “Geely” markalı, 90-VN- 292 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini, Zərərçəkmiş şəxs4 adma şəxsiyyət və mühüm sənəd hesab olunan sürücülük vəsiqəsini oğurlayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 970 (doqquz yüz yetmiş) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə 02.12.2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ərazisində yerləşən 7 saylı binanın qarşısında park olunmuş Zərərçəkmiş şəxs1 məxsus «Mercedes Benz E-320» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındırmaq yolu ilə avtomobilin qabaq sağ oturacağının üzərindəki əl çantasından 120 manat məbləğində nağd pulu, 50 manat dəyərində 01 ədəd «Power Bank» aparatını və «Azərbaycan Beynəlxalq» bankına məxsus əmək haqqı kartını götürüb həmin gün saat 04:19-dan saat 04:32-dək olan müddət ərzində «Azərbaycan Beynəlxalq» bankının Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3 saylı Xırdalan şöbəsinin bankomat aparatından həmin əmək haqqı kartını daxil etməklə Zərərçəkmiş şəxs1 1792 manat məbləğində nağd pulunu çıxarmaqla oğurlayıb, sonuncuya ümumilikdə 1962 (bir min doqquz yüz altmış iki) manat məbləğində ziyan vurmaqla elektron məlumat daşıyıcısından istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi və narkotik vasitələrin istifadəsindən əl çəkə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən Abşeron rayonu ərazisində bir neçə dəfə oğurluq etmişdir. 16.05.2020-ci il tarixdə saat 15:30 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, 30-cu məhəllə. M.Hüseynzadə küçəsi ilə piyada hərəkət etdiyi zaman yol kənarında dayanmış “Vaz-21111” markalı, **-LA-*** dövlət qeydiyyat nömrəli avtobobilin qabaq sol qapısının şüşəsinin açıq vəziyyətdə olduğunu, həmçinin həmin avtomobilin qabaq sol oturacağının üstündə pul qabının olduğunu görmüşdür. Həmin vaxt o, ətrafa diqqətlə nəzər yetirdikdən sonra, avtomobilin qabaq sol oturacağının üstündən bir ədəd pul qabını götürüb oradan uzaqlaşmışdır. Bir qədər aralaşdıqdan sonra, pul qabını açıb içərisinə baxdıqda 306 manat nəğd pulun, avtomobilin qeydiyyat şəhadətnaməsinin, etibarnamə, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin olduğunu görmüşdür. Pul qabının içərisindən 306 manat pulu götürdükdən sonra, pul qabını içərisində olan sənədlərlə birlikdə yolun kənarında görünməyən bir yerə tullamışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 23.06.2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Z.Əliyeva küçəsində olan zaman, yolun kənarında dayanmış «Hyundai Sonata» markalı, **-XS-*** dövlət qeydiyyat nömrəli avtomobilin dayandığını görüb avtomobilə yaxınlaşmışdır. Həmin avtomobilin qabaq sağ qapısının şüşəsini daşla sındırıb avtomobilin salonundan bir ədəd eynək, bir ədəd kişi ətri, və bir ədəd «Xiomi» markalı mobil telefonu götürüb həmin yeri tərk etmişdir. Oğurladığı əşyaları özü istifadə etmiş, mobil telefonu isə tanımadığı şəxsə Xırdalan şəhərində 100 manat müqabilində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 02.09.2020-ci il tarixdən 03.09.2020-ci il tarixə keçən gecə saat təxminən 03 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu, Xırdalan şəhərinin mərkəzinə tərəf gedirmiş. Həmin gecə 9 nömrəli orta məktəbin arxasından keçən zaman, həyət evlərinin qarşısında metalik rəngində «Hyundai Elantra» markalı, **-SG-*** dövlət qeydiyyat nömrəli avtomobili görüb, içərisinə baxdıqda, qabaq sağ tərəfdə olan oturacağın üzərində qara rəngli notebuk çantasının olduğunu görmüşdür. Həmin vaxtı o, gördüyü çantanı oğurlamaq qərarına gəlmiş, bu məqsədlə ətrafa baxmış və heç kimin olmadığını dəqiqləşdirdikdən sonra maşının qabaq sağ qapısının şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırıb şüşədən içəri əlini salaraq, avtomobilin salonundan bir ədəd qarar rəngli notebuk çantasını götürüb oradan uzaqlaşmışdır. Daha sonra çantanın içərisinə baxdıqda, birə ədəd tünd metalik rəngli «HP» markalı notebukun olduğunu aşkar etmişdir. Çantanın cibinə isə baxdıqda, içərisində bir ədəd elektrik ötürücüsü, bir ədəd qulaqcıq və bir ədəd «mışka» olduğunu aşkar etmişdir. O, həmin çantanı götürüb oradan çıxıb öz evinə qayıtmışdır. Oğurladığı tam komplekdi notebuku könüllü olaraq istintaqa təqdim etmişdir. Bundan sonra 05.11.2020-ci il tarixdən 06.11.2020-ci il tarixə keçən gecə saat 02 radələrində oğurluq etmək üçün Abşeron rayonu. Xırdalan şəhəri, 26-cı məhəlləyə gəlmiş və Ə.Vəliyev küçəsində «Mersedes Benz» markalı, **-HD-*** dövlət qeydiyyat nömrəli avtomobilin park edildiyini görüb avtomobilə yaxınlaşmışdır. Həmin avtomobilin arxa sağ qapısının şüşəsini daşla sındırıb avtomobilin qapısını açaraq, avtomobilin salonundan 850 məbləğində nəğd pul, xırda qəpikləri, 100 ABŞ dollarını, 35 Gürcüstan larisini 03 ədəd bank kartlarını və 09 ədəd «Maqna» markalı siqaret qutularını götürüb həmin yeri tərk etmişdir. Oğurladığı siqaretləri özü istifadə etmiş, oğurluq nəticəsində əldə etdiyi pulları isə şəxsi istifidəsi üçün xərcələmişdir. Bundan sonra 18.11.2020-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu, Xırdalan şəhəri ərazisində gəzişib oğurluq etmək üçün yer axtarırsış. Piyada gəzə-gəzə 28-ci məhəllə ərazisinə gəlmiş, həmin ərazidə yerləşən 29 saylı yaşayış binasının qarşısındakı ərazidən keçərkən, orada park olunmuş «Lexus» markalı, 90-BT- 234 dövlət qeydiyyat nömrəli avtomobil diqqətini cəlb etmiş və həmin avtomobildə dəyərli əşya olmasını güman edib avtomobilin içərisindən oğurluq etmək qərarına gəlmişdir. Elə bu məqsədlə ətrafa baxıb, onun hərəkətlərini görə biləcək şəxsin olmadığına əmin olduqndan sonra, həmin avtomobilə yaxınlaşmış, təxminən saat 02 radələrində yerdən xırda daş parçası götürüb avtomobilə sol tərəfdən yaxınlaşaraq, sol yan qabaq şüşəsini həmin daş parçası ilə sındırmış, avtomobildə siqnalizasiya işləmədiyi üçün qapısını açıb içəri daxil olmuşdur. Avtomobilin salonunda iki ədəd mobil telefon və bir ədəd telefon üçün cərəyan doldurucu olduğunu görüb götürmüş və həmin əşyaları cibinə qoyub tez bir anda ərazini tərk etmişdir. Bundan sonra, yaşadığı evə qayıtmış və həmin gün, yəni 18.11.2020-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, 20 yanvar ərazisinə gedib, oğurladığı mobil telefonları və cərəyan doldurucunu əvvəllər tanımadığı şəxsə 140 manat müqabilində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, 01.12.2020-ci il tarixdə gecə saat 01 radələrində oğurluq etmək üçün Abşeron rayonu. Xırdalan şəhəri, 28-cı məhəlləyə gəlmiş və həmin məhəllədə 19 saylı binanın qarşısında «Geely» markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin park edildiyini görüb avtomobilə yaxınlaşmışdır. Həmin avtomobilin qabaq ağ qapısının şüşəsini daşla sındırıb avtomobilin qapısın açaraq avtomobilin salonunda olan «bardaçokdan» 02 ədəd «Tissot» markalı kişi qol saatlarını, bir ədəd maşının ehtiyyat açarını və pulqabını götürüb həmin yerdən uzaqlaşmışdır. Sonradan pul qabının içərisinə baxdıqda 350 manat məbləğində nəğd pulun, avtomobilin texniki pasportu, sürücülük və şəxsiyyət vəsiqələrinin olduuğunu görmüşdür. Pul qabının içərisindən pulu çıxartdıqdan sonra pulqabmı, içərisində olan sənədlərlə birlikdə yadında qalmayan yerdə tullamışdır. Oğurluq nəticəsinqdə əldə etdiyi saatları Xırdalan şəhərində tanımadığı şəxsə 50 manat müqabilində satmış, pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 02.12.2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ərazisində yerləşən 7 saylı binanın qarşısından keçən zaman, həmin binanın qarşısında «Mercedes Benz E-320» markalı, **-FN-*** dövlət qeydiyyat nömrəli avtomobilin dayandığını görüb, avtomobilə yaxınlaşmışdır. Bundan sonra o, həmin avtomobilin arxa sağ qapısının şüşəsini sındırıb, avtomobilin qapısını açaraq, avtomobilə daxil olmuşdur. Avtomobilin qabaq sağ oturacağının üzərində bir ədəd əl çantasının olduğunu görüb, həmin çantadan 120 manat məbləğində nəğd pulu, bir ədəd «Power Bank» aparatını və «Azərbaycan Beynəlxalq» bankına məxsus əmək haqqı kartını götürüb həmin yeri tərk etmişdir. Həmin gecə saat 04 radələrində «Azərbaycan Beynəlxalq» bankının Abşeron rayonu, Xırdalan şəhərində yerləşən bankomatından oğurladığı kartı daxil etməklə təxminən 1700 manat məbləğində pul çıxartmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcələmiş, oğurladığı «Power Bank» aparatını isə sonradan tullamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 27 senytabr 2020-ci il tarixdən 30 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində Qarabağ döyüşlərində iştirak etmişdir. 30 oktyabr 2020- ci il tarixdə cəbhədən özünə məxsus «Mersedes Benz E-320» markalı, **-FN-*** dövlət qeydiyyat nömrəli atomobillə yaşadığı evinə gəlmişdir. O, mütamadi olaraq özünə məxsus atomobili, yaşadığı evin arxa tərəfində saxlayırmış. 2020-ci ilin dekabr ayının 1- dən 2-nə keçən gecə saat 23 radələrində həmin atomobili yaşadığı evin arxa tərəfində saxlayıb, qapılarını da bağlayıb evə getmişdir. Səhəri gün, yəni 02 dekabr 2020-ci il tarixdə saat 08 radələrində evdən çıxıb avtomobilinə yaxınlaşdıqda, avtomobilin arxa sağ qapısının şüşəsini sınıq, qapını isə açıq vəziyyətdə olduğunu görmüşdür. O, avtomobilin qabaq sağ oturacağında olan əl çantasında olan özünə aid sənədləri ayaqalıtna və oturacağın üstünə səpələndiyni görmüşdür. Avtomobilində olan özünə məxsus əl çantasından, balansında 1792 manat olmaqla «Beyəlxalq Bank» kartı, 120 manat məbləğində pulu, 50 manat dəyərində telefon batareyasını doldurmaq üçün aparatı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1962 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç-bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 05.11.2020-ci il tarixdə saat təxminən 19 radələrində özünə məxsus gümüşü rəngli ‘Mersedes- Benz” markalı **-HD-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhərinə gəlmişdir. Komendant saatına düşməmək üçün Abşeron rayonu. Xırdalan şəhəri, 26-cı məhəllə Ə.Vəliyev küçəsində yaşayan xalası oğlu Ayazın evinə getmişdir. Avtomobilini Ayazın evinin qarşısında küçədə saxladıqdan sonra Ayazın evinə getmişdir. 06.11.2020-ci il tarixdə saat 06 radələlərində evdən çıxıb küçədə saxladığı avtomobilinə yaxınlaşan zaman, avtomobilinin arxa yan şüşəsinin nəfəsliyini sındırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Avtomobilinin içərisinə baxdıqda, sənədlərinin salonda dağılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Avtomobilinə baxış keçirən zaman 850 manat məbləğində nəğd pulun, 100 ABŞ dollarının, 20 manat dəyərində olan 35 Gürcüstan Respublikası larisinin, qəpiklərdən ibarət 6 manat məbləğində nəğd pulun, 1 ədəd “Xalq-Banka, 2 ədəd «Kapital-Bank»-a aid bank kartlarının və ümumilikdə 16 manal dəyərində 9 qutu ağ rəngli “Magna” markalı siqaret qutularının yerində olmadığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1062 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Hyundai Elantra “ markalı **-SG-*** dövlət qeydiyyat nömrəli avtomobili vardır. O, 02.09.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərinə qardaşı Azərgilə gəlmişdir. Avtomobilini qardaşının fərdi yaşayış evinin qarşısında saxlamışdır. Həmin vaxtı avtomobildə özünə məxsus «HP» markalı tam komplekdi ııotebuk olmuşdur. Səhəri gün, yəni 03.09.2020-ci il tarixdə səhər saat 07 radələrində o, qardaşının evinin pəncərəsindən çölə maşına baxan zaman, avtomobilinin qabaq sağ qapısının şüşəsinin sındırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Bundan sonra o, həyətə düşüb avtomobilinin yanma gəlib avtomobilinə baxış keçirən zaman, həmin notebukun çantası ilə birlikdə oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 880 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç-bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təxminən 4 il öncə “Vaz-21111” markalı, 99- LA-605 dövlət qeydiyyat nömrəli avtomobil almışdır. 16.05.2020-ci il tarixdə yaşadığı evdən oturacaq təmir etdirmək məqsədilə idarə etdiyi “Vaz-21111” markalı avtomobillə saat 15:30 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən divan- kreslo təmiri sexinin qarşısına gəlmişdir. Avtomobili yol kənarında saxlayaraq, napılarını bağlamayıb, oturacaqları götürüb təmir sexinə getmişdir. Təxminən 5-6 dəqiqədən sonra avtomobilinə yaxınlaşıb pul qubamdan pul götürmək istəyərkən, avtomobilinin qabaq oturacağının üstünə qoyduğu pul qabının yerində, olmadığını aşkar etmişdir. 10 manat dəyərində pul qabısı oğurlanan zaman, içərisində “Vaz-21111” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin texniki şəhadətnaməsi, şəxsiyyət və sürücülük vəsiqələri, yanacaq doldurma məntəqəsi tərəfindən verilmiş plastik bonus kartı və 306 manat məbləğində nəğd pul olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heçbir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Onun özünə məxsus «Hyundai Sonata» markalı, **-XS-*** dövlət qeydiyyat nömrəli avtomobili vardır. O, hər gün işdən gəldikdən sonra, həmin avtomobili yaşadığı binanın qarşısında saxlayır. 22 iyun 2020-ci il tarixdə saat 22 radələrində avtomobilini həyətdə saxlayıb qapıları kilidləyərək, mənzilinə qalxmışdır. Səhəri gün, ynəi 23.06.2020-ci il tarixdə işə getmək üçün aşağı düşərkən avtomobilinin sağ qabaq qapısının şüşəsinin sındırılmış vəziyyətdə aşkar etmişdir. Avtomobilinə baxarkən, salonundan özünə məxsus 2019-cu ilin dekabr ayında 300 manata aldığı içərisində mobil nömrə olmayan tünd göy rəngli «Xiomi Play» markalı mobil telefonun, 2 il əvvəl 70 manata aldığı “Ray Bon” markalı kişi gün eynəyinin, 450 manat dəyərində 125 millik “Armani Hermes” markalı kişi ətrinin yerində olmadığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 820 manat məbəlğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun özünə məxsus «Geely » maraklı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili mütamadi olaraq gecələr yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 19 saylı binanın qarşısında saxlayırmış. Sonuncu dəfə 30 dekabr 2020-ci il tarixdə saat 21 radələrində avtomobilini həmişə olduğu kimi yaşadığı binanın qarşısında saxlayaraq, qapılarını da bağlayıb evinə getmişdir. Səhəri gün, yəni 01 dekabr 2020-ci il tarixdə saat 09 radələrində evdən çıxıb avtomobilinin yanına gələn zaman, avtomobilin qabaq sağ qapısının şüşəsi sındırılmış vəziyyətdə olduğunu görmüş, o, başa düşmüş ki, avtomobilini saxladıqdan sonra gecə saatlarında naməlmu şəxs və ya şəxslər avtomobilin şüşəsini sındırmışlar, bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Abşeron RPİ-nin əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Avtomobilinə baxış keçirən zaman, avtomobilindən 350 manat məbləğində nəğd pulun, 10 manat dəyərində pul qabının, pulqabının içərsində adıııa olan şəxsiyyət və sürücülük vəsiqələri, avitomobilin qeydiyyat şəhadətnaməsi, 210 manat dəyərində və 350 manat dəyərində 02 ədəd «Tissot» markalı kişi qol saatlarının və 50 manat dəyərində 01 ədəd avtomobilin ehtiyyat açarının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 970 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 17 noyabr 2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 29cu binanın qarşısında «Lexus RX 330» markalı, **-BT-*** dövlət qeydiyyat nömrəli avtomobilini saxlayıb, 29- cu binaya şəxsi işi ilə bağlı getmişdi. 18 noyabr 2020-ci il tarixdə saat 01:30 radələrində avtomobilinə yaxınlaşıb, qabaq sol qapısını açmaq istəyən zaman şüşənin sınmış vəziyyətdə olduğunu görmüşdür. Avtomobilinə baxış keçirən zaman, avtomobilin salonundan üzərində 15 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsi olan 600 manat dəyərində «Xiomi M i 8» modelli mobil telefonun, 40 manat dəyərində «Power Bank» aparatının, 50 manat dəyərində «Nokia» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21.09.2021 -ci il tarixli. 376 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd istifadə olunmuş, çində istehsal edilmiş, üzərində «HP» markalanma yazısı olan, tam komplektli, qara rəngli çanta ilə birlikdə notebukun 2020-ci ilin sentyabr ayına hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 560,0 manat müəyyən edilir. Məhkəmə iclasında «Kapital Bank»-dan daxil olmuş «CD» disklərə baxiş zamanı müəyyən edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğulun adına olan «Kapital Bank» bank kartlarına oğurluq hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən müdaxilə edilmişdir. Azərcell Telekom MMC- dən daxil olmuş 12.02.2021 -ci il tarixli, 3068 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs7 avtomobilindən oğurlanmış «Xiomi Mİ-8» markalı, **********64100 imei kodlu cihazında 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs adına olan ********** saylı mobil nömrəsi istifadə olunmuşdur. Şübhəli şəxsi tutma haqqında 12.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 13.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş təqdimat təmin edilməmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 13.09.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş və o, tutlduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 20.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 14.12.2020-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 16.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14.12.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 26.12.2019cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.2-ci maddəsinə əsasən 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhər Probasiya Şöbəsinin 18.10.2021-ci il tarixli 3534 Salı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli 1(001)-16/2020 saylı hökmü ilə təyin edilmiş, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 il 04 ay 02 günü ҫəkilməmiş qalmısdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd tam komplekti «HP» markalı notebook saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında olan ərizələrlə müəyyən edilir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək onların Təqsirləndirilən şəxs şikayətləri yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli hökmünə münasibətdə cinayətlərin residivi yaranmasa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli hökmünə münasibətdə cinayətlərin residivini yaradır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, indiki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 04 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.09.2020-ci il tarixdən 13.09.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 14.12.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd tam komplekdi «HP» markalı notebook saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən indiki hökmlə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 04 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.09.2020-ci il tarixdən 13.09.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq üzərində 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd tam komplekdi «HP» markalı notebook saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar