Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-89/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, Abşeron rayonu, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilətəqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 18.04.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs2 Əlisafa oğlundan bir ədəd səffaf sellofan bükümündə, təmiz çəkisi 0,862 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, həmin günü saat 22 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin və Abşeron rayon polis idarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon, Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və 111 nömrəli xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlindəki bir ədəd səffaf sellofan bükümündə, qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində daşıyaraq saxladığı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olan, təmiz çəkisi 0,862 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsülla hazırlanmış narkotik vasitə olan heroini aşkar edib götürmüşlər. Təqsirləndirilən şəxs2 Əlisafa oğlu istintaqa məlum olmayan mənbədən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş cəmi 1,321 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib satış məqsədi ilə üzərində saxlamış, 18.04.2020-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində həmin narkotik vasitəinin 0,862 qramını tanışı Təqsirləndirilən şəxs1 satmış, 0.459 qramını isə özündə saxlamış, həmin günü saat 22 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin və Abşeron rayon polis idarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon, Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Əlisəfa oğlunu Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və 111 nömrəli xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, qanunsuz olaraq satış məqsədi ilə əldə edib, üzərində daşıyaraq saxladığı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olan, təmiz çəkisi 0,459 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, üzərində “F/M40” yazısı həkk olunmuş, tərkibində ümumilikdə 0,13 qram çəkidə təsiredici maddə metadon olan, bozumtul-qəhvəyi rəngli bir bütöv tableti və həmin tabletə məxsus iki ədəd tablet qırıntılarını, bozumtul-ağ rəngli bir bütöv tableti və həmin tabletə məxsus iki ədəd tablet qırıntılarını və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzini aşkar edib götürmüşlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 18.04.2020-ci il tarixdə avtobusla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsinə gələrək saat 22 radələrində orada yaşayan Faiq adlı tanışı ona istifadə etmək üçün bir büküm heroin verdikdən sonra geri qayıtmaq istəyərkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik maddə olub-olmadığını soruşduqda o da əlində şəffaf sellofana bükülmüş bir büküm heroin olduğunu söyləyib həmin bükümü polislərə göstərmiş, bundan sonra polislər ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşmuşlar. O da həmin bir büküm narkotik vasitə olan heroini Xırdalan şəhərində yaşayan Faiq adlı tanışının verdiyini və az sonra sonuncunun həmin yerə gələcəyini söyləmiş, onun bu sözündən sonra polis əməkdaşları Faiqi gözləməyə başlamışlar. Bir neçə dəqiqədən sonra Faiq həmin yerə gəlmiş, polislər sonuncunu saxlayıb ona narkotik vasitə olan bir büküm heroini 50 manata satdığını söylədikdə Faiq də həmin bir büküm heroini ona satmadığını, hədiyyə verdiyini bildirmiş, bundan sonra polis əməkdaşları onu və Faiqi Abşeron RPİ-nin inzibati binasına aparmışlar. Az sonra polislər 111 nömrəli xidməti otaqda onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Həmin vaxt o da əlindəki bir ədəd şəffaf sellofan bükümündə olan heroini polislərə təqdim etmiş, bundan sonra polislər yenə onun üzərində şəxsi axtarış aparmışlar. Lakin qanunla saxlanılması qadağan edilmiş heç nə tapmamışlar, təqdim etdiyi həmin bir bükümə baxış keçirib tərəzidə çəkdikdən sonra içərisində narkotik vasitə heroin olan həmin bükümü kağız zərfdə qablaşdıraraq götürüb, bu barədə protokol tərtib etmişlər. O da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Əlisafa oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 18.04.2020-ci il tarixdə saat 22 radələrində Qafar adlı tanışı onun Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən evinə gəlmiş və ondan bir büküm heroin istəmiş, o da Qafarla pul söhbəti etməmiş və bir büküm heroini sonuncuya hədiyyə vermiş, bundan bir neçə dəqiqə sonra yaşadığı binanın həyətinə düşdüyü vaxt tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Az əvvəl Qafar adlı şəxsə 50 manata bir büküm narkotik vasitəni satdığını deyərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da Qafara bir büküm narkotik vasitəni satmadığını, hədiyyə etdiyini və əynindəki gödəkçənin sol yan cibində şəffaf sellofanda narkotik vasitə olduğunu bildirmiş, həmin vaxt polislər ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşmuş, o da Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tanışı Qafarla birlikdə onu Abşeron RPİ-nə aparmışlar. Az sonra polislər 111 nömrəli xidməti otağa onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət ediləcəyini, videoçəkilişlə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Həmin vaxt o da əynindəki gödəkçəsinin sol yan cibindəki bir ədəd şəffaf sellofanda olan 4 ədəd metadon həblərini və bir büküm heroini təqdim etmiş, bundan sonra polislər onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirmiş, həmin vaxtı onun üzərindən əlavə olaraq bir ədəd elektron tərəzi aşkar edilmiş, bundan sonra polis əməkdaşları onun təqdim etdiyi həmin bir ədəd şəffaf sellofanda olan 4 ədəd metadon həblərinə və bir büküm heroinə baxış keçirib tərəzidə çəkdikdən sonra içərisində narkotik vasitə heroin olan həmin bükümü, həbləri və elektron tərəzini kağız zərfdə qablaşdıraraq götürüb bu barədə protokol tərtib etmişlər. O da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bir neçə ildir ki DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsində Xüsusi ilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 aprel 2020-ci ildə saat təxminən 21 radələrində məxfi əməkdaşdan Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi ev 73, mənzil 21 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Müstafa oğlunun mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və az sonra narkotik vasitə almaq üçün Bakı şəhərindən avtobusla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsinə gedəcəyi barədə məlumat almış, dərhal həmin məlumatı işlədiyi idarənin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə apardıqdan sonra BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2, əməliiyyat müvəkkili Şahid3 və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsinə gedib gözlədikdən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 avtobusdan düşüb həmin küçədəki çoxmərtəbəli yaşayış binasına getdiyini və 10-15 dəqiqədən sonra piyada geri qayıtdığını görüb üzərində narkotik vasitə olduğunaəmin olub, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib, üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs1 da əlindəki bir ədəd sellofan bükümündə olan narkotik vasitəni özü istifadə etmək üçün az əvvəl Xırdalan şəhəri, M.Hüseyinzadə küçəsində yaşayan Faiq adlı tanışından 50 manata aldığını və sonuncunun bir neçə dəqiqədən sonra saçını kəsdirmək üçün bərbərxanaya gedəcəyini söyləmişdir. Qafarın bu sözündən sonra onlar gözləməyə başlamış, 2-3 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 Əlisəfa oğlu kimi sonradan tanıdıqları şəxsin Təqsirləndirilən şəxs1 narkotik vasitə aldığı binadan çıxıb piyada getdiyini görüb, ona yaxınlaşıb özlərini təqdim edib, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu və Təqsirləndirilən şəxs1 bir büküm narkotik vasitə olan heroini 50 manata satdığını söyləmişlər. Faiq də Təqsirləndirilən şəxs1 həmin bir büküm heroini satmadığını, hədiyyə verdiyini bildirdikdə onlar Faiqdən üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, Faiq də əynindəki gödəkçəsinin yan cibində şəffaf sellofan bükümündə narkotik maddə olduğunu bildirmiş, onlar da həmin narkotik maddəni haradan əldə etdiyini soruşmuşlar. Faiq üzərində olan narkotik maddəni Bakı şəhərində tanımadığı şəxsdən aldlığını söylədikdən sonra onlar küçədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparmağa, həmçinin bu barədə protokol yazmağa şərait olmadığını bildirib, həmin şəxsləri Abşeron RPİ-nin inzibati binasına aparmışlar. Polis idarəsində 111 nömrəli xidməti otaqda Təqsirləndirilən şəxs1 videoçəkilişlə üzərində şəxsi axtarış keçiirləcəyini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Xırdalan şəhər Vəkil Bürosundan vəkil dəvət olunaraq təqdim edilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri olunmuş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində özü istifadə etmək üçün bir büküm heroin olduğunu bildirərək əlindəki şəffaf sellofan bükümündə narkotik vasitə heroin olduğunu söyləyib, həmin bükümü könüllü olaraq təqdim etmişdir. Bundan sonra onlar videoçəklişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı sonuncunun üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə qəhvəyi rəngli kütlə aşkar edilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdəki kütlənin heroin olduğunu və həmin bir büküm heroini təxminən bir saat əvvəl Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs2 Əlisəfa oğlundan özü istifadə etmək üçün 50 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üstündən götürülümüş bir büküm kütlə tərəzidə çəkilmiş, cəmi 0,862 qram olması müəyyən edildikdən sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 həmin xidməti otağa dəvət edib sonuncuya da videoçəkilişlə цзярiнdя şəxsi axtarış кечирləcəyini bildirmiş, axtarış keçirilməzdən əvvəl Xırdalan şəhər Vəkil Bürosundan vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün təqdim edilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs2 əynindəki gödəkçəsinin sol yan cibində şəffaf sellofan bükümündə narkotik vasitə heroin olduğunu bildirib, həmin bükümü könüllü olaraq təqdim etmiş, onlar videoçəklişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümə baxış keçirib, həmin bükümdə üzərində “F/M40” yazısı həkk olunmuş, bozumtul rəngli iki bütöv tablet və həmin tabletlərə aid 4 ədəd qırıntılar, həmçinin sellofan kəsiyinə ayrıca bükülmüş qəhvəyi rəngli kütlə aşkar etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümdəki tabletlərin ağrıkəsici dərman olan metadon, ayrıca bükülmüş kütlənin isə heroin olduğunu və həmin bir büküm heroini bir neçə gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üstündən götürülümüş bir büküm kütlə tərəzidə çəkilmiş və cəmi 0,459 qram olması müəyyən edildikdən sonra həmin büküm, elekron tərəzi və tabletlər qırıntıları ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüş, sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X6 ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasına dair 19.04.2020ci il tarixli, 6/472 nömrəli rəyindən görünür ki Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülüb tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,862 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı-İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan heroinin çəkisi 0,812 qramdır. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,812 qram heroin saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03.06.2020-ci il tarixli, 1436 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasına dair 19.04.2020ci il tarixli, 6/472 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Əlisəfa oğlundan aşkar edilərək götürülüb tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,459 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, üzərində “F/M40” yazısı həkk olunmuş, bozumtul-qəhvəyi rəngli bir bütöv tablat və həmin tabletə məxsus iki ədəd tablet qırıntıları, bozumtul-ağ rəngli bir bütöv tablet və həmin tabletə məxsus iki ədəd tablet qırıntılarının tərkibində ümumilikdə 0,13 qram təsiredici maddə metadon, bir ədəd bağlamadakı elektron tərəzinin səthində narkotik vasitə-heroinə məxsus izlər müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 Əlisəfa oğlundan aşkar edilib götürülmüş heroinlə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş heroin (19.04.2020-ci il tarixli 6/471 saylı Ekspert rəyi) kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı-İ), Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in siyahısına (Siyahı-İİ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan heroinin çəkisi 0,409 qram, bozumtul qəhvəyi rəngli metadon tableti və qırıntının qalığı 0,434 qram, bozumtul ağ rəngli metadon tableti və qırıntının qalığı 0, 402 qram təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun üzərindən aşkar olunaraq götürülmüş və müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0, 409 qram heroin, 0,434 qram bozumtul qəhvəyi rəngli metadon tableti və qırıntının qalığı, 0,402 qram bozumtul ağ rəngli metadon tableti və qırıntının qalığı saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 13.07.2020-ci il tarixli, 1923 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Əlisəfa oğlunda narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlə istifadə edilməsi qaydasının və şərtlərinin, hadelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşdan yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçakr olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 Əlisəfa oğlunun yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən əsasən psixotrop maddə olan metadonun təmiz halda 0,02 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar və narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığıüçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özlərinin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, və Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsifedilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun məhkəmə iclasında verdiyi ifadəsini iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdırararaq belə nəticəyə gəlir ki, onun hazırda verdiyi ifadəsindəki xüsusatlar təkzib olunduğundan qeyri-səmimi olmaqla müdafiə xarakteri daşıyır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27.04.2020-ci il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RİH-nin başçısının 56n saylı MKİS tərəfindən verilmiş 05.05.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 18.04.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməldir.. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalında həbsə alınmalıdır. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,812 qram heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 07.05.2021-ci il tarixdən hesablanmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27.04.2020-ci il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 Əlisafa oğlu Təqsirləndirilən şəxs2 Əlisəfa oğlu 17.08.1981-ci ildə Bakı şəhəri, Oktyabr rayonu xalq məhkəməsinin hökmünə əsasən Azərbaycan SSR, CM-nin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 08.12.1981-ci ildə SSSR X8 Heyətinin 14.09.1981-ci il tarixli Fərmanının 1-ci maddəsinin “Q” bəndinə əsasən 01 il, 05 ay, 12 gün şərti azad olunub, 20.05.1983-cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, 07.03.1986-cı ildə Bakı şəhəri, Oktyabr rayonu xalq məhkəməsinin hökmünə əsasən Azərbaycan SSR, CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 09.08.1988-ci ildə Bakı şəhəri, Nərimanov rayon xalq məhkəməsinin qərarı ilə Azərbaycan SSR. CM-nin 50-ci maddəsinə əsasən 04 ay, 28 gün vaxtından əvvəl şərti azad olunmuş, 25.06.1990-cı ildə Bakı şəhəri, Oktyabr rayonu xalq məhkəməsinin hökmünə əsasən Azərbaycan SSR, CM-nin 189-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhər məhkəməsinin cinayət işləri üzrə kollegiyasının 01.08.1990-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək, qazancından 20% ödəməklə 01 il müddərinə islah işləri cəzası təyin olunmuş, 26.05.1994-cü ildə Bakı şəhəri, Nərimanov rayon xalq məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 02 ilmüddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 25.10.1996-cı ildə Bakı şəhəri, Yasamal rayon xalq məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,6,7-ci bəndləri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03.02.2006-cı ildə Apellyasiya məhkəməsinin qərarı ilə 02 il, 07 ay vaxtldan əvvəl şərti olaraq azad olunmuş, 22.04.2008-ci ildə Bakı şəhəri, Xətai rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 04 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 10.04.2012-ci ildə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09.04.2012-ci il tarixli qərarı ilə 02 ay, 13 gün vaxtından əvvəl şərti azad edilmiş, 31.05.2017-ci ildə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmünə əsasən Azəzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 26.12.2018-ci ildə Bakı şəhəri Nizami rayon məhəkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 02 ay, 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31.05.2017-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. İş materiallarında olan “xxxx” MTK B tərəfindən verilmiş 27.08.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs İslamov X5 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 12 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən 59 saylı mənzildə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Əlisafa oğluna cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Əlisafa oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Əlisafa oğlu hazırki cinayət işi üzrə 18.04.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 20.04.2020-ci il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə bir gün bir gün hesabı ilə təyin edilmiş cəzadan çıxılmaqla cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 18.04.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Əlisafa oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Əlisafa oğlu azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 Əlisafa oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan qalıq qalmış 0, 409 qram heroin, 0,434 qram bozumtul qəhvəyi rəngli metadon tableti və qırıntının qalığı, 0,402 qram bozumtul ağ rəngli metadon tableti və qırıntının qalığı hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Bağırova Təqsirləndirilən şəxs2 Əlisafa oğlundan tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Əlisafa oğluna ibtidai istintaq zamanı 55 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyanyoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə olduğu 02 (iki) gün müddət ona hazırkı cinayət üzrə təyin olunmuş 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilsin və cəzaçəkmənin əvvəli 07.05.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatında sonra qalıq qalmış 0,812 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Əlisafa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Əlisafa oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18.04.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Əlisafa oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Əlisafa oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatında sonra qalıq qalmış 0,409 qram heroin, 0,434 qram bozumtul qəhvəyi rəngli metadon tableti və qırıntının qalığı, 0,402 qram bozumtul ağ rəngli metadon tableti və qırıntının qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əlisafa oğlundan müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 Əlisafa oğluna aid hissədə Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Əlisafa oğluna ibtidai istintaq zamanı 55 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-89/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-89/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver