Məhkəmə qərarları › İş №1(014)-16/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-16/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-16/2024 17.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1985-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, evdar qadın, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Orta Qəsil kəndidə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Ağdaş rayon, Orta Qəsil kəndində qaynı Şahid1 yaşadığı evin həyətində qızı Şahid3 sirkə içməsində qayını arvadı Zərərçəkmiş şəxs və onun ailə üzvlərini ittiham etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunun saçından yolaraq və bədəninin müxtəlif yerlərindən sillə və yumruqla, ayağına isə içərisi torpaqla dolu gül dibçəklərini ataraq vurmaqla Zərərçəkmiş şəxs sol ayağın İ barmağının proksimal falanqasının yerdəyişmiş sınığı, sol ayağın üst səthinin İ-İV daraq falanqa proyeksiyasının qançırı, sol qaşaltı nahiyənin sıyrığı, sol çiyin nahiyəsinin, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun orta 1/3-nin ön səthinin, sol saidin yuxarı 1/3-nin ön səthinin, sağ dirsək oynağının arxa səthinin qançırları, sol diz oynağının ön səthinin sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəngi və Ağdaş RPŞ-yə ərizə ilə müraciəti özünün etdiyini, Şahid1 qaynı olduğunu, Şahid1 və onun ailə üzvləri ilə uzun müddətdir ki, ailə daxili münaqişəsi olduğunu, münaqişəyə səbəbin Şahid1 və onun arvadı Zərərçəkmiş şəxs onu əri Şahid2 ayrılmağlarını istəmələrinin olmasını, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evində yemək bişirdiyini, həmin vaxtı əri Şahid2 onun mobil telefonuna zəng edərək Ağdaş RPŞ-də olduğunu, əri Şahid2 nə səbəbə Ağdaş RPŞ-də olduğunu soruşduğunu, əri Şahid2 də qaynı Şahid1 yenə də onlardan şikayət etdiyini bildirdiyini, şikayət etməyə səbəbin isə, həyətyanı sahələrindən qaynı Şahid1 həyətyanı sahəsinə arx suyunun getdiyini, həmin arxı təmizləmək lazım olduğunu, bunun üçün özünün və əri Şahid2 də mütəmadi olaraq qaynı Şahid1 və onun arvadı Kəmalə Mustafayevə həmin arxı gəlib təmizləməyi bildirdiklərini, lakin Şahid1 və onun arvadı Zərərçəkmiş şəxs arxı təmizləmədiyi üçün həyətyanı sahələrini su basdığını, bunun üçün özünün və ərinin arxdan Şahid1 həyətyanı sahəsinə su buraxmadığını, bundan sonra mobil telefonunu söndürdüklərini, bir neçə dəqiqə sonra balaca qızı Fatimə Mustafazadə ilə birlikdə fərdi yaşayış evlərindən küçəyə çıxdığını və artezian quyusuna su gətirməyə getdiyini, qaynı Şahid1lə bir küçədə yaşadığını və qonşu olduğunu, küçədə olan zaman Şahid1 ilə qarşılaşdığını, Şahid1 yanında oğlu Şahid5 olduğunu, həmin vaxtı əsəbi halda Şahid1 nə səbəbə onu və əri Şahid2 şikayət etdiyini soruşduğunu, həmin vaxtı Şahid1 ona “yaxşı eləmişəm, sizin başınıza gör nə oyun açacam” kimi ifadələr işlətdiyini, həmçinin nalayiq söyüşlər söyməyə başladığını, həmin vaxtı səs-küyə qaynı Şahid1 arvadı Zərərçəkmiş şəxs, qızı Şahid6, qaynanası Siyarə Mustafayevanın da fərdi yaşayış evlərindən küçəyə çıxdığını və onlara tərəf gəlməyə başladığını, Şahid1 onu söyüb-təhqir etdiyinə görə əsəbləşdiyini və əlində plastik su qabını Şahid1 üzərinə tulladığını, həmin plastik su qabının qaynı Şahid1 ayağına dəydiyini, həmin vaxtı Şahid1 çiyinidə olan yavanı əlinə götürdüyünü və üzərinə gəlməyə başladığını, Şahid1 həmin yavanın taxta tutacağı ilə onun sol və sağ ayağından 2-3 dəfə zərblə vurmağa başladığını, həmin vaxtı qaynı Şahid1 arvadı Zərərçəkmiş şəxs onun yanına gəldiyini və əri Şahid1 ondan uzaqlaşdırıb fərdi yaşayış evlərinə apardığını, ağlaya-ağlaya fərdi yaşayış evinə geri qayıtdığını, fərdi yaşayış evində olan zaman Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək Şahid1 onu döyməsi barədə məlumat verdiyini, fərdi yaşayış evində olan zaman özünü pis hiss etdiyini, həmin vaxtı böyük qızı Şahid3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 103 qaynar xəttinə zəng edərək məlumat verdiyini, təxminən 15-20 dəqiqə sonra TTYX-nin həkim briqadası fərdi yaşayış evlərinə gəldiyini və ona ilkin tibbi yardım göstərdiyini, həkimlərin fərdi yaşayış evində olan zaman Ağdaş RPŞ-nin əməkdaşlarının fərdi yaşayış evinə gəldiyini, qızlarının baş vermiş hadisə barədə polis əməkdaşlarına məlumat verdiyini, polis əməkdaşlarının onun ərizəsini aldığını, axşam saatlarında əri Şahid2 fərdi yaşayış evinə gəldiyini və onun səhhətinin narahat olduğunu görərək nə səbəbə bu vəziyyətdə olduğunu soruşduğunu, qaynı Şahid1 onu döyməsini bildirdiyini, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində əri Şahid2 işə getdiyini, əri Şahid2 Ağdaş şəhəri ərazisində yerləşən tikinti materialları bazarında fəhlə işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, əri Şahid2 işə getdikdən bir müddət sonra hər iki qızına həm Ağdaş RPŞ-yə gedərək xx.xx.2023-cü il tarixdə baş vermiş münaqişə ilə bağlı izahat verməyi, həm də RPŞ-dən çıxdıqdan sonra bacısına məxsus fərdi yaşayış evinə qonaq getməyi bildirdiyini, həmin vaxtı böyük qızı Şahid3 getmək istəmədiyini bildirdiyini, izahat verməli olduğundan balaca qızı Fatimə Mustafazadə ilə birlikdə kənd ərazisində işləyən marşuruta əyləşdiyini və Ağdaş RPŞ-yə gəldiyini, Ağdaş RPŞ-də izahat verdikdən sonra Ağdaş RMX-da yerləşən ekspertizadan keçdiyini, ekspertizadan keçdikdən sonra bacısına məxsus Ağdaş şəhərində yerləşən fərdi yaşayış evinə gəldiyini, axşam saat 17 radələrinə kimi bacısına məxsus fərdi yaşayış evində olduğunu, daha sonra qızı Fatimə Mustafazadə ilə birlikdə Ağdaş şəhərində yerləşən bazar adlanan yerə gəldiyini, həmin vaxtı əri Şahid2 ilə qarşılaşdığını, əri və azyaşlı qızı X6 Qəsil kəndinə gedən mikroavtobusa əyləşdiyini, mikroavtobusda olan zaman əri Şahid2 mobil telefonuna zəng gəldiyini, əri Şahid2 Orta Qəsil kənd icra nümayəndəsinin ona zəng etdiyini, həmin vaxtı icra nümayəndəsinin kiminsə sirkə içməsini bildirdirdiyini, bundan sonra əri Şahid2 mobil telefonunu söndürdüyünü, təxminən 15-20 dəqiqə sonra marşurutun Orta Qəsil kəndi ərazisinə gəldiyini, əri və qızı ilə birlikdə mikroavtobusdan aşağı düşərək fərdi yaşayış evlərinə doğru gəlməyə başladığını, əri və qızı ilə həyətyanı sahələrinə daxil olduğunu, böyük qızı Şahid3 səsləndiyini, lakin qızının ona cavab vermədiyini, həmin vaxtı əri Şahid2 mətbəxə daxil olduğunu, əri Şahid2 seyvana çıxaraq sirkəni içənin qızları Şahid3 olduğunu, ərindən bunu necə bildiyini soruşduğunu, həmin vaxtı əri Şahid2 mətbəxdəki stolun üzərində sirkə qabının və məktubun olduğunu qeyd elədiyini, dərhal seyvana çıxıb əri Şahid2 əlində olan məktuba baxdığını, yazıya baxan kimi həmin xəttin qızı Şahid3 məxsus olduğunu bildiyini, qızı Şahid3 həmin məktubda Şahid1 tərəfindən döyüldüyünü və buna görə özünə qəsd elədiyini, həmin vaxtı ağlamağa başladığını, onun səsinə qaynı Şahid9 həyətyanı sahələrinə gəldiyini, həmin vaxtı Şahid9 onlara əsəbləşərək harada olduqlarını soruşduğunu, həmçinin qızı Şahid3 sirkə içib özünə qəsd etdiyini bildirdiyini, həmçinin TTYX avtomobilini çağırıb qızını xəstəxanaya göndərdiyini, əri və balaca qızının dərhal yol maşını ilə təcili şəkildə Ağdaş RMX-nin TTYX qəbul şöbəsinə gəldiyini, həmin vaxtı orada olan həkimlərdən birinin qızının reansimasiya şöbəsində olduğunu bildirdiyini, qızını görmək istədiyini, lakin həkimlərin qızının vəziyyətinin ağır olduğunu bildirdiyini, həmin vaxtı özünün və ərinin əsəbləşdiyini və xəstəxanadan çıxaraq yol maşını ilə Ağdaş rayonu, Orta Qəsil kəndinə gəldiyini, taksidən düşdükdən sonra əri və qızı ilə birlikdə Şahid1 fərdi yaşayış evinin qarşısına gəldiyini, həmin vaxtı darvazanı döyərək sakitcə Zərərçəkmiş şəxs çağırdığını, təxminən 1-2 dəqiqə sonra Zərərçəkmiş şəxs, Şahid1, qızları Şahid6, Şahid4, oğlu Şahid5 və qaynanası Siyarə Mustafayevanın qapının qarşısına çıxdığını, özünün və əri Şahid2 onlara heç bir söz deməmiş Şahid1 əri Şahid2 yaxasından tutaraq fərdi yaşayış evlərinin həyətyanı sahəsinə saldığını, həmin vaxtı həyətyanı sahəyə daxil olduğunu, həmin vaxtı Şahid1 qızı Şahid6 seyvanda olan yer silmək üçün istifadə olunan ağacı gətirməsini istədiyini, həmin vaxtı Şahid6 seyvana tərəf qaçmağa başladığını, əri Şahid2 Şahid1 aralamağa çalışdığını, həmin vaxt əri Şahid2 Şahid1 heç bir xəsarət yetirmədiyini, əri və qaynını bir-birindən ayırmağa çalışdığını, bu zaman Şahid6 yer silən ağacı gətirib Şahid1 verdiyini, Şahid1 də həmin ağac ilə bir dəfə əri Şahid2 baş nahiyəsindən zərblə vurduğunu, həmin vaxtı əri Şahid2 müvazinətini itirərək yerə yıxıldığını, Şahid1 də ərinin qarınının üzərində oturduğunu və yumruqla onun sifət nahiyəsindən bir iki dəfə vurmağa başladığını, əri Lütfi Mustafevin yanına gələrək onu Şahid1 əlindən qurtarmağa çalışdığını, həmin vaxtı Zərərçəkmiş şəxs, oğlu, qızları və qaynanasının onun üzərinə hücum çəkdiyini, Şahid5 taxta parçası ilə onun sol qolundan bir dəfə, qaynanası Siyarə Mustafayevanın isə bir dəfə sol qol nahiyəsindən yumruq ilə vurmağa başladığını, qaynanası Siyarə Mustafayevaya və Şahid5 heç bir xəsarət yetirmədiyini, bu zaman Zərərçəkmiş şəxs da onun saçından tutaraq yolmağa başladığını, özünü qorumaq üçün Zərərçəkmiş şəxs saçından tutaraq yolduğunu. Zərərçəkmiş şəxs saçından yola-yola onu küçəyə çıxardığını, onların küçədə də bir-birlərinin saçını yolduğunu, həmin vaxtı küçədə heç kimin olmadığını, lakin səs-küyə həmkəndliləri İkram və Arazın yanlarına gəldiyini, İkram və Arazın onları bir-birlərindən aralaşdırdığını, bundan sonra Arazın onun küçədə qalmağını istədiyini, həmin vaxtı özünün qapının qarşısında əyləşdiyini, Zərərçəkmiş şəxs isə həyətyanı sahəyə daxil olduğunuy, həmin vaxtı azyaşlı qızının da onun yanında olduğunu, bundan sonra Araz və İkramın da həyətyanı sahəyə daxil olduğunu, bir neçə dəqiqə sonra İkram və Arazın əri Şahid2 ilə birlikdə çölə çıxdığını, bundan sonra İkram və Arazın öz evlərinə getdiyini, əri Şahid2 üzünün qan olduğunu, həmçinin özünün də bədənində ağrılar hiss etməyə başladığını, əri ilə birlikdə Şahid2lə birlikdə Ağdaş RMX-na getmək qərarına gəldiyini, əri Şahid2 piyada şəkildə Orta Qəsil kəndi ərazisində kəndin giriş hissəsinə doğru hərəkət etməyə başladığını, təxminən 10-15 dəqiqə sonra Ağdaş RMX-nın TTYX-nin avtomobilinin kəndə doğru gəldiyini gördüyünü, həmin vaxtı TTYX-nin avtomobilin onların yanında dayandığını, əri TTYX avtomobilinə əyləşdiyini və xəstəxanaya gəldiyini, xəstəxanada olan zaman onlara ilk tibbi yardım göstərildiyini, bütün günü xəstəxanada olduqlarını bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs qaynı Şahid2 arvadı olduğunu, onun və ailə üzvlərinin qaynı Şahid2 və onun arvadı Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, münaqişəsi olduğunu, Təqsirləndirilən şəxs və qaynı Şahid2 mütəmadi olaraq onun və əri Şahid1, həmçinin övladlarının ünvanına nalayiq ifadələr işlətdiyini, bundan başqa onun və qızı barəsində şər-böhtan xarakterli məlumatlar yaydığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə olan zaman qəflətən evin damının üzərinə daş atılmasının səsini eşitdiyini, dərhal ailə üzvləri, yəni əri Şahid1, qaynanası Siyarə Mustafayeva, qızı Şahid4, Şahid6 və oğlu Şahid5 ilə evin seyvanına çıxdığını, həmin vaxtı qaynı Şahid2 və arvadı Təqsirləndirilən şəxs evlərinin arxa tərəfindən nalayiq söyüşlər söyməsini eşitdiyini, həmçinin Şahid2 və Təqsirləndirilən şəxs evlərinə daş parçaları atmaqda davam etdiyini, buna görə də əri Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək münaqişə olması barədə məlumat verdiyini, daha sonra Təqsirləndirilən şəxs da əri və ailə üzvləri barəsində Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət etməsini öyrəndiyini, bundan başqa xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə və Ağdaş RPŞ-yə ərizə ilə müraciəti etdiyini, 2003-cü il tarixdə evləndiyini və hal-hazırda Ağdaş rayonu, Orta Qəsil kəndində ailəsi ilə birlikdə yaşadığını, Şahid2 onun qaynı olduğunu, qaynı Şahid2 onunla qonşuluqda yaşadığını, əvvəllər heç bir ədavət və düşmənçiliyinin olmadığını, lakin Şahid2 Təqsirləndirilən şəxs ilə evləndikdən sonra aralarında narazılıqlar yaranmağa başladığını, Şahid2 və onun arvadı Təqsirləndirilən şəxs onun və qızı Şahid6 haqqında əxlaqsız sözlər işlətdiyini, həmçinin onların həyətyanı torpaq sahəsinə gələn suyun qarşısını qəsdən bağlayaraq onlara problem yaratdığını, buna görə də aralarında narazılıqlar olduğunu, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində əri Şahid1 Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evlərinə gəldiyini, əri Şahid1 evin seyvanında əyləşdiyini, Şahid1 çay verdiyini, həmin vaxtı onların yanında qaynanası Siyarə Mustafayeva, övladları Şahid6, Şahid4, Şahid5 olduğunu, təxminən 18:30 radələrində qaynı Şahid2 və arvadı Təqsirləndirilən şəxs həyətyanı qapılarından içəri daxil olduğunu və seyvana tərəf gəlməyə başladığını, Şahid2 əlində dəstəyi qəhvəyi rəngli bıçaq olduğunu, Təqsirləndirilən şəxs əlində isə heç bir kəsici-deşici alət olmadığını, Şahid2 və arvadı Təqsirləndirilən şəxs həyətyanı torpaq sahələrinə gələn zaman hər ikisinin onlara qarşı nalayiq ifadələr işlətdiyini, Şahid2 pilləkən ilə seyvana çıxmaq istəyən zaman əri Şahid1 Şahid2 əlində olan bıçaq ilə ona xəsarət yetirəcəyini güman etdiyini, həmin vaxtı əri Şahid1 seyvanda olan yer silmək üçün istifadə olunan taxta parçasını əlinə götürdüyünü və həmin taxta parçası ilə Şahid2 geriyə doğru itələdiyini, həmin vaxtı Şahid2 pilləkəndən geriyə doğru hərəkət etdiyini, lakin yerə yıxılmadığını, bu zaman Şahid2 əlində olan bıçağın da yerə düşdüyünü, həmin vaxtı əri Şahid1 Şahid2 onlara xəsarət yetirməməsi üçün onun üzərinə getdiyini, qollarından tutub yerə yıxdığını, dərhal bıçağı yerdən götürüb seyvana tərəf tulladığını, həmin vaxtı Təqsirləndirilən şəxs əri Şahid1 üzərinə doğru hərəkət etməyə başladığını, seyvanın qarşısında əlində olan taxta parçası ilə əri Şahid1 baş nahiyəsindən vurduğunu və su qabını üzərinə atdığını, həmin vaxtı Mədinənin qarşısında dayandığını, bu zaman Təqsirləndirilən şəxs ilə əlbəyaxa olmağa başladığını, Təqsirləndirilən şəxs onun saçından tutaraq yolmağa başladığını, özünü qorumaq üçün Təqsirləndirilən şəxs saçından tutaraq yolmağa başladığını, həmçinin Təqsirləndirilən şəxs onun saçından yolduğunu, üzünü, bədənini əli ilə vurmağa başladığını, həmçinin Təqsirləndirilən şəxs seyvanın qarşısında olan gül qablarını da onun və əri Şahid1 üzərinə atmağa başladığını, Təqsirləndirilən şəxs atdığı gül qablarından birinin həmin vaxtı onun sol ayağına dəydiyini, üzərinə atdığı gül qablarının içərisinin torpaqla dolu olduğunu, oğlu Şahid5 həmin vaxtı əri Şahid1 arxa tərəfində olduğunu və mobil telefon ilə həmin görüntüləri çəkdiyini, oğlu Şahid5 gül qablarının ona dəyməsin deyə arxa tərəfə çevrildiyini, buna görə də gül qablarının onun ayağına dəyməsinin videokadrlarda əks olunmadığını, bundan sonra Təqsirləndirilən şəxs onun saçından tutaraq küçəyə çıxardığını, bir neçə dəqiqə sonra həmkəndliləri İkram və Arazın həyətyanı sahəsinə daxil olduğunu, qaynı arvadı Təqsirləndirilən şəxs da yenidən həyətyanı sahəsinə daxil olduğunu və əri Şahid1 yanına gəldiyini, Təqsirləndirilən şəxs seyvanın qarşısında oğlu Şahid5 yer silmək üçün istifadə olunan taxta parçasının qırılmış hissəsi ilə kürəyinin sağ tərəfindən və sağ bud nahiyəsindən vurduğunu gördüyünü, həmin vaxtı oğlu Şahid5 ağlamağa başladığını və Təqsirləndirilən şəxs yanından qaçaraq onun yanına gəldiyini, Təqsirləndirilən şəxs pilləkənin yanında olan gül qablarını əlinə götürüb onun, əri Şahid1 və qızı Şahid6 üzərinə atmağa başladığını, həmin vaxtı İkram və Arazın əri və qaynını bir-birindən aralaşdırdığını və həyətyanı sahəsindən çölə çıxardığını, bundan sonra özü, əri Şahid1 və oğlu Şahid5 Ağdaş RMX-ya gəldiyini, Ağdaş RMX-da olan zaman Təqsirləndirilən şəxs və onun bacısı Leylanın da xəstəxanada olduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs və bacısı Leylanın onun üzərinə hücum edərək saçını yolmağa başladığını, həmin vaxtı polis əməkdaşlarının onların yanına gəldiyini və onları bir-birlərindən aralaşdırdığını, daha sonra xəstəxanada onlara ilk tibbi yardım göstərildiyini və fərdi yaşayış evlərinə gəldiyini, təqsirləndirilən şəxslə barışmadığının, ondan şikayətçi olduğunun nəzərə alınmasını bildirirək və ona qanunvericiliyə uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs qardaşı Şahid2 arvadı olduğunu, onun və ailə üzvlərinin qardaşı Şahid2 və onun arvadı Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, münaqişəsi olduğunu, Təqsirləndirilən şəxs və qardaşı Şahid2 mütəmadi olaraq onun və arvadı, həmçinin övladlarının ünvanına nalayiq ifadələr işlətdiyini, bundan başqa arvadı və qızı barəsində şər-böhtan xarakterli məlumatlar yaydığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə olan zaman qəflətən evin damının üzərinə daş atılmasının səsini eşitdiyini, dərhal ailə üzvləri, yəni arvadı Zərərçəkmiş şəxs, anası Siyarə Mustafayeva, qızı Şahid4, Şahid6 və oğlu Şahid5 ilə evin seyvana çıxdığını, həmin vaxtı qardaşı Şahid2 və arvadı Təqsirləndirilən şəxs evlərinin arxa tərəfindən nalayiq söyüşlər söyməsini eşitdiyini, həmçinin Şahid2 və Təqsirləndirilən şəxs evlərinə daş parçaları atmaqda davam etdiyini, buna görə də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək münaqişə olması barədə məlumat verdiyini, daha sonra Təqsirləndirilən şəxs da onun və ailə üzvləri barəsində Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət etdiyindən xəbərinin olduğunu, xx.xx.2023-cü il tarixdə oğlu Şahid5 ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini və xx.xx.2023-cü il tarixli müraciətlərlə bağlı izahat verdiyini, daha sonra oğlu Şahid5 ilə birlikdə Ağdaş RPŞ-dən çıxaraq Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Bazar” adlanan yerə gəldiyini, bir neçə dəqiqə sonra qardaşı Şahid11 ona mobil telefon ilə zəng edərək qardaşı Şahid2 fərdi yaşayış evlərinə TTYX-nin avtomobilinin gəldiyini və Şahid2 qızını xəstəxanaya apardığını bildirdiyini, məsələni öyrənmək üçün Ağdaş RPŞ-yə geri qayıtdığını, Ağdaş RPŞ-nin NH-nə gəldiyini və orada qeydiyyat kitabçasına adının yazıldığını gördüyünü, nə üçün sənədə adının yazıldığını soruşduğunu, həmin vaxt polis əməkdaşlarının qardaşı qızı Səbinə Mustafayevanın sirkə içdiyini bildirdiyini, daha sonra yenidən Ağdaş rayonu, Orta Qəsil kəndinə gedən avtobusa əyləşdiyini, həmin vaxtı qardaşı Şahid2 arvadı Təqsirləndirilən şəxs və azyaşlı qızlarının avtobusda olduğunu gördüyünü, saat təxminən 17:40 radələrində qardaşı Şahid2 və ailə üzvlərinin Orta Qəsil kəndi ərazisində avtobusdan aşağı düşdüyünü, oğlu Şahid5 ilə birlikdə Orta Qəsil kəndində küçələrinin girişində avtobusdan aşağı düşdüyünü və fərdi yaşayış evlərinə doğru hərəkət etməyə başladığını, küçənin qarşısında anası Siyarə Mustafayeva və azyaşlı qızı Şahid4 da onları gözlədiyini, ailə üzvləri ilə birikdə fərdi yaşayış evinə doğru hərəkət etməyə başladığını, həmin vaxtı Şahid2 və Təqsirləndirilən şəxs onların qarşılarında hərəkət etdiyini, bu zaman Təqsirləndirilən şəxs donunu qaldırıb onun üzərinə qışqıraraq “sənin torbanı tikib gəlirəm” ifadəsini işlətdiyini, onun və ailə üzvlərinin ona əhəmiyyət verməyərək fərdi yaşayış evlərinə daxil olduğunu, saat təxminən 18 radələrində evin seyvanında əyləşdiyini, arvadı Zərərçəkmiş şəxs da ona çay verdiyini, həmin vaxtı onların yanında qaynanası Siyarə Mustafayevə, övladları Şahid6, Şahid4, Şahid5 olduğunu, təxminən 18:30 radələrində qaynı Şahid2 və arvadı Təqsirləndirilən şəxs həyətyanı qapılarından içəri daxil olduğunu və seyvana tərəf gəlməyə başladığını, Şahid2 əlində dəstəyi qəhvəyi rəngli bıçaq olduğunu, Təqsirləndirilən şəxs əlində isə heç bir kəsici-deşici alət olmadığını, Şahid2 və arvadı Təqsirləndirilən şəxs həyətyanı torpaq sahələrinə gələn zaman hər ikisi nalayiq ifadələr işlətdiyini, Şahid2 pilləkən ilə eyvana çıxmaq istəyən zaman Şahid2 əlində olan bıçaq ilə ona xəsarət yetirəcəyindən qorxduğunu, həmin vaxtı eyvanda olan yer silmək üçün istifadə olunan taxta parçasını əlinə götürdüyünü və həmin taxta parçası ilə Şahid2 geriyə doğru itələdiyini, həmin vaxtı Şahid2 pilləkəndən geriyə doğru hərəkət etdiyini, lakin yerə yıxılmadığını, bu zaman Şahid2 əlində olan bıçağın da yerə düşdüyünü, həmin vaxtı Şahid2 ailə üzvlərinə xəsarət yetirməməsi üçün onun üzərinə getdiyini, qollarından tutub yerə yıxdığını, arvadı Zərərçəkmiş şəxs dərhal bıçağı yerdən götürüb eyvana tərəf tulladığını, həmin vaxtı Təqsirləndirilən şəxs onun üzərinə doğru hərəkət etməyə başladığını, seyvanın qarşısında əlində olan taxta parçası ilə onun baş nahiyəsindən vurduğunu və su qabını üzərinə atdığını, arvadı Zərərçəkmiş şəxs həmin vaxtı Mədinənin qarşısında dayandığını, bu zaman arvadı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə əlbəyaxa olmağa başladığını, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs saçından tutaraq yolmağa başladığını, arvadı Zərərçəkmiş şəxs da özünü qorumaq üçün Təqsirləndirilən şəxs saçından tutaraq yolmağa başladığını, həmçinin Təqsirləndirilən şəxs arvadının saçından yolduğunu, üzünü, bədənini əli ilə vurmağa başladığını, həmçinin Təqsirləndirilən şəxs seyvanın qarşısında olan gül qablarını da onun və arvadı Zərərçəkmiş şəxs üzərinə atmağa başladığını, Təqsirləndirilən şəxs atdığı gül qablarından birinin həmin vaxtı arvadı Zərərçəkmiş şəxs sol ayağına dəydiyini, oğlu Şahid5 həmin vaxtı onun arxa tərəfində olduğunu və mobil telefon ilə həmin görüntüləri çəkdiyini, oğlu Şahid5 gül qablarının ona dəyməsin deyə arxa tərəfə çevrildiyini, buna görə də gül qablarının arvadı Zərərçəkmiş şəxs ayağına dəyməsinin videokadrlarda əks olunmadığını, bundan sonra Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs saçından tutaraq küçəyə çıxardığını, bir neçə dəqiqə sonra həmkəndliləri İkram və Arazın həyətyanı sahələrinə daxil olduğunu, arvadı Zərərçəkmiş şəxs və qardaşı arvadı Təqsirləndirilən şəxs da yenidən həyətyanı sahələrinə daxil olduğunu və onun yanına gəldiyini, Təqsirləndirilən şəxs seyvanın qarşısında oğlu Şahid5 yer silmək üçün istifadə olunan taxta parçasının qırılmış hissəsi ilə kürəyinin sağ tərəfindən və sağ bud nahiyəsindən vurduğunu gördüyünü, həmin vaxtı oğlu Şahid5 ağlamağa başladığını və Təqsirləndirilən şəxs yanından qaçaraq arvadı Zərərçəkmiş şəxs yanına gəldiyini, Təqsirləndirilən şəxs pilləkənin yanında olan gül qablarını əlinə götürüb onun, arvadı Zərərçəkmiş şəxs və qızı Şahid6 üzərinə atmağa başladığını, həmin vaxtı İkram və Arazın onu və qardaşını bir-birindən aralaşdırdığını və həyətyanı sahəsindən çölə çıxardığını, bundan sonra onun arvadı Zərərçəkmiş şəxs və oğlu Şahid5 Ağdaş RMXya gəldiyini, Ağdaş RMX-da olan zaman Təqsirləndirilən şəxs və onun bacısı Leylanın da xəstəxanada olduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs və bacısı Leylanın arvadı Zərərçəkmiş şəxs üzərinə hücum edərək saçını yolmağa başladığını, həmin vaxtı polis əməkdaşlarının onun yanına gəldiyini və onları bir-birlərindən aralaşdırdığını, daha sonra xəstəxanada onlara ilk tibbi yardım göstərildiyini və fərdi yaşayış evlərinə gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, X8, Şahid5 və məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid10 da, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 onun qardaşı olduğunu, onun Şahid1 və onun ailə üzvləri ilə uzun müddətdir ki, ailə daxili münaqişəsi olduğunu, münaqişəyə səbəb Şahid1 və onun arvadı Zərərçəkmiş şəxs onun arvadı Təqsirləndirilən şəxs ayrılmağını istəməkləri olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saat 08:00 radələrində Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evindən çıxaraq Ağdaş şəhəri ərazisində yerləşən tikinti materialları bazarına işləmək üçün gəldiyini, təxminən bir saat sonra mobil telefonuna zəng gəldiyini, mobil telefon zənginə cavab verən zaman özünü təqdim edən şəxsin Ağdaş RPŞ-nin əməkdaşı kimi təqdim edərək barəsində qardaşı Şahid1 tərəfindən şikayət olduğunu bildirdiyini və Ağdaş RPŞ-yə dəvət etdiyini, Ağdaş RPŞ-yə gəldiyini, Ağdaş RPŞ-də olan zaman qardaşının şikayət etmə səbəbini öyrəndiyini, şikayət etməyə səbəbin onların həyətyanı sahələrindən qardaşı Şahid1 həyətyanı sahəsinə arx suyu getdiyinin olduğunu, həmin arxı təmizləmək lazım olduğundan özü və arvadı Təqsirləndirilən şəxs da mütəmadi olaraq qardaşı Şahid1 və onun arvadı Zərərçəkmiş şəxs həmin arxı gəlib təmizləməyi istədiyini, lakin Şahid1 və onun arvadı Zərərçəkmiş şəxs arxı təmizləmədiyi üçün onların həyətyanı sahələrini su basdığını, bunun üçün onun və arvadı Təqsirləndirilən şəxs arxdan qardaşı Şahid1 həyətyanı sahəsinə su buraxmadığını, izahat verdikdən sonra Ağdaş RPŞ-dən çıxdığını və arvadı Təqsirləndirilən şəxs zəng edərək qardaşı Şahid1 şikayət etdiyini bildirdiyini, arvadı Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra işləməyə getdiyini, axşam saatlarında fərdi yaşayış evinə gəldiyini, həmin vaxtı arvadı Təqsirləndirilən şəxs divanda uzanmış vəziyyətdə və səhhətinin narahat olduğunu gördüyünü, bundan sonra nə səbəbə bu vəziyyətdə olduğunu soruşduğunu, arvadı Təqsirləndirilən şəxs da qardaşı Şahid1 onu döyməsini bildirdiyini, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində işə getdiyini, axşam saat 17 radələrində işdən çıxdığını və kəndə getmək üçün Ağdaş şəhərində yerləşən “Bazar” adlanan yerə gəldiyini, həmin vaxtı arvadı Təqsirləndirilən şəxs və azyaşlı qızı Fatimə Mustafazadə ilə qarşılaşdığını, özünün, arvadı və azyaşlı qızının Orta Qəsil kəndinə gedən mikroavtobusa əyləşdiyini, mikroavtobusda olan zaman onun mobil telefonuna zəng gəldiyini, mobil telefonuna zəng edən şəxs Orta Qəsil kənd icra nümayəndəsi olduğunu, söhbət zamanı icra nümayəndəsinin kiminsə sirkə içməsini bildirdiyini, lakin mobil telefonunda problem olduğundan icra nümayəndəsinin kimin sirkə içməsini dediyini bilmədiyini, bundan sonra mobil telefonunu söndürdüyünü, təxminən 15- 20 dəqiqə sonra marşurut ilə Orta Qəsil kəndi ərazisinə gəldiyini, özünün arvadı və azyaşlı qızı ilə birlikdə mikroavtobusdan aşağı düşdüyünü və fərdi yaşayış evlərinə doğru gəlməyə başladığını, özünün, arvadı və qızı ilə həyətyanı sahələrinə daxil olduğunu, həmin vaxtı arvadı Təqsirləndirilən şəxs böyük qızı Şahid3 səsləndiyini, lakin qızı Şahid3 cavab vermədiyini, həmin vaxtı seyvana çıxaraq mətbəxə daxil olduğunu, mətbəxdə stolun üzərində ağzı açıq olan sirkə qabının və məktubun olduğunu gördüyünü, qızı Şahid3 həmin məktubda Şahid1 tərəfindən döyülməsini və buna görə özünə qəsd elədiyini qeyd etdiyini, həmin vaxtı seyvana çıxdığını və arvadı Təqsirləndirilən şəxs sirkəni içənin qızı Şahid3 olduğunu bildirdiyini, arvadı Təqsirləndirilən şəxs bunu necə bildiyini soruşduğunu, həmin vaxtı mətbəxdəki stolun üzərində sirkə qabının və məktubun olduğunu qeyd elədiyini, bu zaman arvadı Təqsirləndirilən şəxs dərhal seyvana çıxıb əlində olan məktuba baxdığını və ağlamağa başladığını, arvadı Təqsirləndirilən şəxs səsinə qardaşı Şahid9 həyətyanı sahələrinə gəldiyini, həmin vaxtı Şahid9 onlara əsəbləşərək harada olduqları, qızı Şahid3 sirkə içib özünə qəsd etdiyini bildirdiyini, həmçinin TTYX avtomobilini çağırıb qızını xəstəxanaya göndərdiyini bildirdiyini, özünün, arvadı və balaca qızının dərhal yol maşını ilə təcili şəkildə Ağdaş RMX-nin TTYX qəbul şöbəsinə gəldiyini, həmin vaxtı orada olan həkimlərdən birinin qızının reansimasiya şöbəsində olduğunu bildirdiyini, özünün və arvadı qızını görmək istədiyini, lakin həkimlər qızının vəziyyətinin ağır olduğunu bildirdiyini, həmin vaxtı özünün və arvadının əsəbləşdiyini və xəstəxanadan çıxaraq yol maşını ilə Ağdaş rayonu, Orta Qəsil kəndinə gəldiyini, taksidən düşdükdən sonra arvadı və qızı ilə birlikdə Şahid1 fərdi yaşayış evinin qarşısına gəldiyini, arvadı həmin vaxtı darvazanı döyərək sakitcə Zərərçəkmiş şəxs çağırdığını, təxminən 1-2 dəqiqə sonra Zərərçəkmiş şəxs, Şahid1, qızları Şahid6, Şahid4, oğlu Şahid5 və anası Siyarə Mustafayevanın qapıya çıxdığını, özünün və arvadının onlara heç bir söz demədiyini, Şahid1 onun yaxasından tutaraq fərdi yaşayış evlərinin həyətyanı sahəsinə saldığını, arvadı Təqsirləndirilən şəxs da onun arxasınca həyətyanı sahəyə daxil olduğunu, həmin vaxtı Şahid1 qızı Şahid6 seyvanda olan yer silmək üçün istifadə olunan ağacı gətirməsini istədiyini, həmin vaxtı Şahid6 seyvana tərəf qaçmağa başladığını, arvadı Təqsirləndirilən şəxs isə onu Şahid1 aralamağa çalışdığını, Şahid1 heç bir xəsarət yetirmədiyini, bu zaman Şahid6 yer silən ağacı gətirib Şahid1 verdiyini, Şahid1 də həmin ağac ilə bir dəfə onun baş nahiyəsindən zərblə vurduğunu, həmin vaxtı müvazinətini itirərək yerə yıxıldığını, Şahid1 də onun qarınının üzərində oturduğunu və yumruqla onun sifət nahiyəsindən bir iki dəfə vurmağa başladığını, arvadı Təqsirləndirilən şəxs da onun yanına gələrək onu Şahid1 əlindən qurtarmağa çalışdığını, həmin vaxtı Zərərçəkmiş şəxs, oğlu, qızları və anasının arvadı Təqsirləndirilən şəxs üzərinə hücum çəkdiyini, Şahid5 taxta parçası ilə arvadının sol qolundan bir dəfə, anası Siyarə Mustafayeva isə bir dəfə sol qol nahiyəsindən yumruq ilə vurmağa başladığını, arvadı Təqsirləndirilən şəxs isə anası Siyarə Mustafayevaya və Şahid5 heç bir xəsarət yetirmədiyini, bu zaman Zərərçəkmiş şəxs arvadı Təqsirləndirilən şəxs saçından tutaraq yolmağa başladığını, arvadı Təqsirləndirilən şəxs da özünü qorumaq üçün Zərərçəkmiş şəxs saçından tutaraq yolduğunu, Zərərçəkmiş şəxs arvadının saçından yola-yola küçəyə çıxardığını, bir neçə dəqiqə sonra arvadı və Zərərçəkmiş şəxs həyətyanı sahəyə daxil olduğunu, həmin vaxtı həmkəndliləri Araz və İkramın da həyətyanı sahəyə daxil olduğunu, onu Şahid1 aralaşdırdığını və çölə çıxardığını, bundan sonra İkram və Arazın öz evlərinə getdiyini, özünün sifətinin qan olduğunu, həmçinin arvadı Təqsirləndirilən şəxs da bədənində ağrılar hiss etməyə başladığını, İkram və Arazın onların yanından uzaqlaşaraq getdiyini, özünün və arvadı Təqsirləndirilən şəxs isə Ağdaş RMX-na getmək qərarına gəldiyini, özünün və arvadı Təqsirləndirilən şəxs piyada şəkildə Orta Qəsil kəndi ərazisində kəndin giriş hissəsinə doğru hərəkət etməyə başladığını, təxminən 10-15 dəqiqə sonra Ağdaş RMX-nın TTYX-nin avtomobilinin kəndə doğru gəldiyini gördüyünü, həmin vaxtı TTYX-nin avtomobilinin onların yanında dayandığını, özünün və əri TTYX avtomobilinə əyləşdiyini və xəstəxanaya gəldiyini, xəstəxanada olan zaman onlara ilk tibbi yardım göstərildiyini, bütün günü xəstəxanada olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X2 da, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində xx.xx.2023-cü il tarixdə axşam tərəfi Ağdaş rayonu, Orta Qəsil kəndi ərazisində avtomobili ilə hərəkətdə olduğunu, Şahid1 və Şahid2 yaşadıqları küçənin qarşısından keçən zaman Şahid1 arvadı Zərərçəkmiş şəxs və Şahid2 arvadı Təqsirləndirilən şəxs bir-birlərinin saçını yolduğunu gördüyünü, həmin vaxtı həmkəndlisi Şahid8 də həmin küçədən keçdiyini, dərhal avtomobilini saxlayaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birindən aralaşdırmaq üçün yanlarına gəlməyə başladığını, Şahid8 də onun arxasınca köməyə gəldiyini, Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birindən aralaşdırdığını, həmin vaxtı Şahid1 fərdi yaşayış evinin həyətyanı sahəsindən səs-küy gəldiyini eşitdiyini, bu zaman Şahid8lə birlikdə Şahid1 həyətyanı sahəsinə daxil olduğunu, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da onlarla birlikdə həyətyanı sahəyə daxil olduğunu, həmin vaxtı Şahid2 taxta pilləkənin qarşısında yerdə uzanmış vəziyyətdə, Şahid1 isə onun qarını üzərində oturmuş vəziyyətdə olduğunu gördüyünü, Şahid1 Şahid2 hər iki qolundan tutaraq saxladığını, lakin Şahid1 Şahid2 döyməsini görmədiyini, ancaq Şahid2 sifət nahiyəsində qan izlərinin olduğunu gördüyünü, Şahid8 Şahid1 qollarından tutaraq onu Şahid2 üzərindən qaldırdığını, bundan sonra Şahid2 və arvadı Təqsirləndirilən şəxs həyətyanı sahədən çölə çıxardığını, daha sonra Şahid8lə həmin yerdən uzaqlaşaraq getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 da, iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində Təqsirləndirilən şəxs qıznın onun bacısı olduğunu, onun uzun müddətdir ki, qaynı Şahid1 və Şahid1 arvadı Zərərçəkmiş şəxs ilə ailə daxili münaqişəsi olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında bacısı Təqsirləndirilən şəxs və azyaşlı qızı X4 şəhərində yerləşən fərdi yaşayış evinə qonaq gəldiyini, saat təxminən 17 radələrinə kimi bacısı Təqsirləndirilən şəxs və azyaşlı qızı Fatimə Mustafazadənin onun fərdi yaşayış evində olduğunu, daha sonra isə Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evlərinə qonaq getdiyini, həmin günü axşam saat 18 radələrində əvvəllər tanımadığı bir nəfər şəxsin ona mobil telefon ilə zəng edərək bacısı Təqsirləndirilən şəxs qızı Şahid3 sirkə içməsini və buna görə də Ağdaş RMX-da olmasını bildirdiyini, əvvəlcə bu məlumata inanmadığını, lakin daha sonra ona yenidən xəstəxanadan zəng edərək məlumat verdiklərini, bundan sonra dərhal Ağdaş RMX-ya getdiyini, xəstəxanaya çatan zaman bacısı Mədinə Mustafazadənin xəstəxananın həyətində olduğunu gördüyünü, əri Şahid2 isə sifət nahiyəsinin qan içində olduğunu gördüyünü, bacısı qızı Şahid3 isə reanimasiya şöbəsində olduğunu öyrəndiyini, səhər saatlarına kimi Ağdaş RMX-da olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində Şahid1 və Şahid2 qardaş olduqlarını, onların uzun müddətdir ki, ailə daxil münaqişələrinin olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında fərdi yaşayış evindən çıxaraq Ağdaş şəhərində yerləşən tikinti materialları bazarına fəhlə işləmək üçün gəldiyini, gün ərzində də həmin bazarda olduğunu, saat təxminən 18 radələrində Ağdaş şəhərində olan zaman qardaşı Şahid1 arvadı Zərərçəkmiş şəxs ona zəng edərək qardaşı Şahid2 fərdi yaşayış evlərinin qarşısına gəlməsini, onları söyüb-təhqir etməsini və barışıq ərizəsi verməyəcəyi təqdirdə onları ölümlə hədələməsi barədə məlumat verdiyini, bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat verdiyini, qardaşı Şahid2 yenə də mütəmadi olaraq onun fərdi yaşayış evinin qarşısına gələrək nalayiq söyüşlər söyməsini və Şahid1 və onun ailə üzvlərini öldürməklə hədələməsini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid9 ifadəsində xx.xx.2023-cü il tarixdə günorta saatlarında qardaşı Şahid2 qızı Şahid3 Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evinə gəldiyini, həmin vaxtı Şahid3 həyəcanlı olduğunu gördüyünü, onun Şahid3 nə üçün həyəcanlı olduğunu soruşduğunu, lakin Şahid3 heç bir söz demədiyini, onun həmin vaxtı Şahid3 yaxınlaşdığını və onun üzərindən sirkə qoxusunun gəldiyini hiss etsiyini, həmin vaxt Şahid3 sirkə içib-içmədiyini soruşduğunu, Şahid3 başını aşağı əyərək sirkı içdiyini ona bildirdiyini, özünün dərhal Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verdiyini, özünün isə Şahid3 öz fərdi yaşayış evlərinin həyətyanı sahələrinə gətirdiyini və onun yanında dayanaraq TTYX-nin avtomobilinin gəlməsini gözlədiyini, bir müddət sonra TTYX-nin avtomobilinin onların yanlarına gəldiyini, ozunun Şahid3 TTYX-nin avtomobilinə əyləşdirdiyini və Ağdaş RMX-ya göndərdiyini, özünün isə fərdi yaşayış evinə qayıtdığını, bir müddət sonra qardaşı Şahid2 həyətyanı sahəsindən səs-küy gəldiyini eşitdiyini, özünün həmin vaxtı qardaşına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə gəldiyini, həmin vaxtı qardaşı Şahid2 və arvadı Təqsirləndirilən şəxs həyətdə olduğunu, özünün onlara Şahid3 TTYX avtomobili ilə Ağdaş RMX-ya göndərdiyini bildirdiyini, bundan sonra qardaşı Şahid2 və arvadı Təqsirləndirilən şəxs Ağdaş RMX-ya getdiklərini, özünün də öz fərdi yaşayış evinə geri qayıtdığını bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskə baxış keçirən zaman xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kəndində Şahid1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində Şahid1 qardaşı Şahid2 yerə yıxılmış vəziyyətdə üzərində oturması və qollarından tutması, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, Şahid1 və Şahid6 üzərinə gül qabları atması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə bir-birlərinin saçlarını yolması, Şahid7 və Şahid8 Şahid1 və Şahid7 bir-birlərindən ayırmaqları əks olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun üzərinə gül qabları atan zaman həmin gül qablarından birinin onun sol ayağına dəyməsi və bunun nəticəsində xəsarət almasını, həmin vaxtı çəkilişi aparan oğlu Şahid5 Təqsirləndirilən şəxs gül qabları atan zaman özünü qorumaq üçün arxa tərəfə çevrildiyi üçün çəkə bilmədiyini qeyd etmişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 252 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-sol diz oynağının ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin, sol baldırın aşağı 1/3-nin ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 255 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-alnın sol nahiyəsinin sıyrığı, hər iki budun ön səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 504 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-sol diz oynağının ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin, sol baldırın aşağı 1/3-nin ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin qançırları, alnın sol nahiyəsinin sıyrığı, hər iki budun ön səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 15-xx.xx.2023-cü il tarixlərə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs sağ ayaq pəncəsində sınıq aşkar olunmadı. (sağ ayaq pəncəsinin xx.xx.2023-cü il tarixli iki proyeksiyada rentgen müayinəsinin nəticəsi) İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 260 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol ayağın İ barmağının proksimal falanqasının yerdəyişmiş sınığı, sol ayağın üst səthinin İ-İV daraq falanqa proyeksiyasının qançırı, sol qaşaltı nahiyənin sıyrığı, sol çiyin nahiyəsinin sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun orta 1/3-nin ön səthinin, sol saidin yuxarı 1/3-nin ön səthinin, sağ dirsək oynağının arxa səthinin qançırları, sol diz oynağının ön səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X14 11 oktyabr 2023-cü il tarixli 18-1-22/2-1529/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X12 poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 oktyabr 2023-cü il tarixli, № 5-32-12/2-517/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Orta Qəsil kəndi ünvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: əri – xx.xx.1977-ci il təvəllüdlü Şahid2; qızı – xx.xx.2010-cu il təvəllüdlü Şahid3; qızı – xx.xx.2015-ci il təvəllüdlü X2. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında təqsirini boynuna almaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün və həddinin təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 51,06 (əlli bir manat, altı qəpik) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 51,06 (əlli bir manat, altı qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar