Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-4/2021 03.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhslli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş rayon Hacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, yaşadığı Ağdaş rayon Hacılı kəndindəki evinin həyətyanı sahəsində torpaqda əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 10 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 1850,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda qanunsuz olaraq 2020-ci ilin may ayının axırlarında əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 12:10 radələrində əkmiş olduğu 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı Ağdaş rayon Hacılı kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində, əvvəllər məhkum olunduğunu, evli olduğunu, bir övladı olduğunu, xəstə olduğuna görə bədənində ağrılar olduğunu, buna görə də narkotik vasitələrin istifadəçisi olduğunu, təxminən iki ay olar ki, Ağdaş rayonu Hacılı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində torpağa 1 ədəd və həyətyanı sahəsinin yanından keçən su kanalının kənarında torpağa 9 ədəd narkotik tərkibli bitki əkdiyini, xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, , daha sonra yaşadığı evin həyətyanı sahəsinə və su kanalının kənarına iki nəfər hal şahidlərinin və aqronomun iştirakları ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində suvardığı, dibini bellədiyi və peyin verdiyi hündürlüyü 1 metr yerə əkilmiş 01 ədəd və həyətyanı sahəsinin yanından keçən su kanalının kənarından suvardığı, dibini bellədiyi və peyin verdiyi hündürlükləri 90 sm-dən 183 sm-ə qədər yerə əkilmiş 9 ədəd nəşə ağacının aşkar olunub kökündən çıxardılıb götürüldüyünü, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların kisəyə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, bu barədə protokol tərtib olunduğunu, fotoşəkillərin çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, daha sonra Ağdaş RPŞ-də onun dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edildiyini, Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək dövlət tərərfindən müdafiəçi təyin olunmasının təmin edilməsini xahiş etdiyini, Ağdaş rayonu Hacılı kəndində yerləşən yaşadıqları evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli kolları təxminiən iki ay bundan əvvəl yəni may ayının axırlarında şəxsi istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı evin həyətində yabanı şəkildə bitmiş narkotik tərkibli bitkilərdən yığdığını, heç kimə narkotik vasitə satmadığını, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq edilmədiyini, həmin narkotik vasitələri əkməyi barədə ailə üzvlərimin xəbəri olmadığını, həmçinin də bu barədə heç kimə heç bir söz demədiyini və törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində, Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Hacılı kənd sakini, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi və saxlaması barədə RPŞ-nə məlumat daxil olduğunu, bununla bağlı olaraq rayon polis şöbəsinin rəhbərliyinə tərəfindən raportla məruzə olunduğunu, həmçinin həmin günü tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu və bu barədə müvafiq sənədləşdirilmələr aparıldığını, bundan sonra həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları və Aqronom Şahid4 ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, Firidunun həyətyanı sahəsinə baxış keçirmək üçün iki nəfər hal şahidləri də dəvət olunduğunu, həyət qapısından Firidunu çağırdıqlarını, Firidunun qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə onlarda məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Firidunun da buna etiraz etmədiyini və həmçinin də ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Firidunun yaşadığı evin həyətyanı sahəsinə onun, iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqranom Şahid4 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Firidunun yaşadığı evin həyətyanı sahəsindən suvardığı, dibini bellədiyi və peyin verdiyi, aqrotexniki qaydada qulluq etdiyi 1 metr hündürlüyündə, yerə əkilmiş 01 ədəd narktoik tərkibli bitki kolu və daha sonra həyətyanı sahəsinin yanından keçən su kanalının kənarından suvardığı, dibini bellədiyi və peyin verdiyi, aqrotexniki qaydada qulluq etdiyi, hündürlükləri 90 sm-dən 183 sm-ə qədər olan, yerə əkilmiş 9 ədəd narktoik tərkibli bitki kolları aşkar olunduğunu, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların kisəyə qablaşdırıldığını, kisənin üzərinə hal şahidləri və Firidun imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola təklif və şikayət olmadığından imza etdiklərini, baxış zamanı Firidunun evinin həyətindən və həyətyanı sahəsindən başqa heçnə aşkar edilmədiyini və götürülmədiyini, daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirdiklərini, Təqsirləndirilən şəxs həyətindən cəmi 10 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs özünün deməsinə görə həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı evin həyətində yabanı şəkildə bitmiş narkotik tərkibli bitkilərdən yığdığını, Təqsirləndirilən şəxs narkotik vasitədən arada bir istifadə etdiyini, satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid5 və Şahid6 Şahid7 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində, X8 sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işlədiyini, xx.xx.2020-ci il tarixdə məni RPŞ-nə dəvət edərək Təqsirləndirilən şəxs adlı bir nəfər şəxsin həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini, etiraz etmədiyini, bundan sonra ona hüquqlarının izah edildiyini, daha sonra Ağdaş rayon Hacılı kəndinə getdiklərini, orada polis əməkdaşlarının Hacılı kənd sakini Təqsirləndirilən şəxs onun narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, ondan başqa orada iki nəfər də hal şahidi dəvət edildiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun, iki nəfər hal şahidi kimi iştirak edən şəxsin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən suvardığı, dibini bellədiyi və peyin verdiyi, aqrotexniki qaydada qulluq etdiyi 1 metr hündürlüyündə, yerə əkilmiş 01 ədəd narktoik tərkibli bitki kolu və daha sonra həyətyanı sahəsinin yanından keçən su kanalının kənarından suvardığı, dibini bellədiyi və peyin verdiyi, aqrotexniki qaydada qulluq etdiyi, hündürlükləri 90 sm-dən 183 sm-ə qədər olan, yerə əkilmiş 9 ədəd narktoik tərkibli bitki kolları aşkar olunduğunu, daha sonra isə həmin bitkilərin kökündən çıxardılıb götürüldüyünü, həmçinin də həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini və rəydə də həmin bitkilər narkotik tərkibli çətənə kollarına bənzər bitkilər olması, onlara aqrotexniki qaydada qulluq edilməsi, bitkilərin dibləri yumşaldılması və bitkilərin dibinə peyin şirəsi verilərək suvarılması barədə bildirdiyini, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların torbaya qablaşdırıldığını, torbanın üzərinə hal şahidləri və Firudunun imza etdiklərini, torbanın üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola təklif və şikayət olmadığından imza etdiklərini, baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətindən və həyətyanı sahəsindən başqa heç nə aşkar edilmədiyini və götürülmədiyini, Təqsirləndirilən şəxs həyətindən cəmi 10 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs özünün deməsinə həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı evin həyətində yabanı şəkildə bitmiş narkotik tərkibli bitkilərdən yığıb saxladığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində xx.xx.2020-ci il tarixdə təxminən saat 12:00 radələrində Ağdaş rayonu Qobüstü kəndində olduğunu, bu zaman iki nəfər polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş rayonu Hacılı kənd sakini Təqsirləndirilən şəxs oğlunun yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan sonra İƏDÜN-nin müavini də hal şahidi kmi dəvət edildiyini, eyni zamanda həmin vaxtı orada aqranom Arif adlı şəxsin də olduğunu, həmçinin onlardan başqa polis əməkdaşlarının da Təqsirləndirilən şəxs həyətində olduqlarını, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun, digər hal şahidinin, aqronomun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Firidunun yaşadığı evin həyətyanı sahəsindən suvardığı, dibini bellədiyi və peyin verdiyi, aqrotexniki qaydada qulluq etdiyi 1 metr hündürlüyündə, yerə əkilmiş 01 ədəd narktoik tərkibli bitki kolu və daha sonra həyətyanı sahəsinin yanından keçən su kanalının kənarından suvardığı, dibini bellədiyi və peyin verdiyi, aqrotexniki qaydada qulluq etdiyi, hündürlükləri 90 sm-dən 183 sm-ə qədər olan, yerə əkilmiş 9 ədəd narktoik tərkibli bitki kolları aşkar olunduğunu, daha sonra həmin narkotik tərkibli bitki kolları kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, bundan sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların sellofan kisəyə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli kolları özünün iki ay əvvəl istifadə etmək üçün əkib becərdiyini dediyini, bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, protokol tərtib olarkən heç bir şikayət və əlavəsi olmadığını, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, Hacılı kəndinin də onun yaşadığı kəndin nümayəndəliyin tərkibinə daxil olduğunu, Təqsirləndirilən şəxs Hacılı kənd sakini kimi tanıdığını, onunla aralarında heç bir münasibətlərinin olmadığını, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən cəmi 10 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitki kollarının əkib becərməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş şahid Həmzə Bahaduroğlu Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, onların birgə nigahdan 1 oğlan övladlarının olduğunu, oğlu, özü və əri ilə birlikdə ayrı yaşadıqlarını, ailəni dolandıran yeganə şəxsin yoldaşı Firidun olduğunu, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində evdə olduğunu, həmin vaxt yoldan Firidunu kiminsə səsləməsini eşitdiyini, bu vaxt Firidunun yaşadıqları evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının Firiduna yaxınlaşaraq onlarda yaşadıqları evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, daha sonra yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirildiyini, lakin həmin baxışda iştirak etmədiyini, həyətin bağ hissəsindən 10 ədəd narkotik tərkibli bitki kolları aşkar olunduğunu sonradan gördüyünü, daha sonra polis əməkdaşları, iki nəfər hal şahidi kimi iştirak edən şəxslər və tanımadığı şəxslərin iştirakı ilə həmin narkotik tərkibli bitki kolları qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülüb aparıldığını, əri Firidunun narkotik vasitələri həyətdə əkməsi barədə heç bir məlumatının olmadığını, həmçinin onun narkotk vasitələrdən istifadə etməsi və satması barədə də heç bir məlumatının olmadığını, xəstə olduğu üçün üçün bağ sahəsində hər hansı bir işlə məşğul olmadığını, bu səbələ də Firidun bağ sahəsində narkotik vasitə əkməsindən heç bir məlumatının olmadığını bildirmişdir Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/466 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş sözləri yazılmış sintetik kisənin içərisindəki 10 (on) ədəd hündürlükləri 90 sm-dən 180 sm-dək, ümumi təmiz çəkisi 1850 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom mütəxəssis Şahid4 xx.xx.2020-ci il tarixli rəyinə əsasən 10 (on) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: çətənə bitkilərinin ümumi təmiz çəkisi 1850.00 qram, tədqiqata sərf edildi – 0.50 qram, qalıq 1849.50 qramdır. Aparılmış ekspertizanın dəyəri 35.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 896 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəl olan kannabinoidlərdən epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 853 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Hacəlı kəndində yaşayan Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1, 237.1 və 66.3-cü maddələri ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə əlaqədar həbsdən azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Yuxarı Nemətabad inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayonu, Yuxarı Nemətabad kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxx 2020-ci il tarixli 368 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Hacılı kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2 və xx.xx.2002-ci il təvəllüdlü X1r. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsyaşadığı Ağdaş rayon, Hacılı kəndindəki evinin həyətyanı sahəsində torpaqda əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 10 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 1850,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda qanunsuz olaraq 2020-ci ilin may ayının axırlarında əkib becərərək aqrotexniki qaydada qulluq edərək yetişdirib kultivasiya etməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasın, yaşayış yeri üzrə müsbət xarakterizə olunuması yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan bir ədəd sintetik kisədə olan təmiz çəkisi tədqiqata sərf edildikdən sonar qalıq qalan 1849.50 qram olan 10 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 28 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 28 saat hüquqi xidmətə görə 168 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ41NABZ******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayon Hacılı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan bir ədəd sintetik kisədə olan təmiz çəkisi tədqiqata sərf edildikdən sonar qalıq qalan 1849.50 qram olan 10 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 28 saat hüquqi xidmətə görə 168 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində A Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-4/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-4/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver