Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-45/2021 07.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, 22.05.2018-ci il tarixli, 0823/ş nömrəli əmrlə Mingəçevir şəhər DYMD-nin 68 nömrəli YMH-nin dispetçeri vəzifəsində xidmətə qəbul edilmiş, 14.12.2020-ci il tarixli, 1068/ş nömrəli əmrlə xidmət keçməsinə xitam verilmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri Maşad küçəsində qeydiyyatda olan və yaşayan, 18 fevral 2021-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 may 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26.11.2020-ci il tarixdə COVİD-19 infeksiyasından test vermiş və testin nəticəsi 07.12.2020-ci il tarixdə müsbət çıxmış, bundan sonra yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə, COVİD-19 infeksiyasına yoluxduqdan sonra yaşayış yerini tərk etməməli olduğu halda, təcrid olunma qaydalarına əməl etməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 161 nömrəli qərarının 4.5.5 və 4-1.2-ci bəndlərinin tələblərini pozaraq 10.12.2020-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evini qəsdən tərk edib Mingəçevir şəhərinə getmiş, təkrarən o, ünvan 1 ünvanında yerləşən evini qəsdən tərk edib 11.12.2020-ci il tarixdə saat təxminən 11 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən Ağdaş rayon Mərkəzi Xəstəxanasına getməklə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 12:10 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, 2020-ci ilin noyabr ayının sonlarında hərarəti olduğu üçün COVİD-19 xəstəliyindən analiz vermək qərarına gəlmişdir. 26.11.2020-ci il tarixdə o, Ağdaş rayon mərkəzi xəstəxanasına getmişdir. Orada test vermiş, lakin onun testinin cavabı çıxmamışdır. O, 09.12.2020-ci il tarixdə testinin nəticəsini bilmək üçün Ağdaş rayon mərkəzi xəstəxanasına müraciət etmiş, orada bir nəfər şəxs testin nəticəsinin müsbət çıxdığını bildirmişdir. Onun nömrəsini axtarırlarmış ki, ona zəng etsinlər. O, öz nömrəsini analiz verən zaman qeydiyyatçıya vermişdir. Lakin ona xəstə olmağı barəsində mesaj gəlməmişdir. Həmin xəstəxanada ona xəstə olduğunu deyən bir şəxs həkimlərin onunla əlaqə saxlayacaqlarını, iynə dərmanlarını verəcəklərini bildirmişdirlər. Lakin o, həmin şəxsin kim olmasını bilməməmiş, tanımamışdır. O, xəstəxanadan çıxıb evə gedən zaman hazırda xatırlamadığı bir nömrədən zəng gəlmiş, həmin şəxs Bəhramdır danışan? demiş, o, isə yox Bəhram deyil demişdir. Həmin şəxs ona “ola bilməz, indicə gəlib xəstəxanadan testinizin nəticəsi barədə maraqlanmısınız” demiş., o isə demişdir ki, adım Bayramdır. Telefonda olan şəxs ona demişdir ki, sizə həkimlər zəng edəcəkdir, gəlib müalicənizi edəcəklər. O, evə getmiş, 3 gün gözləmiş, lakin ona zəng edən olmamışdır. 11.12.2020-ci il tarixdə o, həmin zəng edən həkimə zəng etmiş, , heç kəs gəlmədiyini, ona dərmanları vermədiyini bildirmişdir. Həmin həkim ona köhnə xəstəxanaya ASM-ə yaxınlaşmağını, şəxsiyyət vəsiqəsini göstərməyini, oradan dərman verəcəklərini söyləmişdir. O, 11.12.2020-ci il tarixdə saat təxminən 12 radələrində Ağdaş rayonunda yerləşən köhnə xəstəxanaya getmiş, xəstəxanaya yaxınlaşan zaman ona zəng gəlmişdir. Bildirdilər ki, polis əməkdaşıdırlar. Ondan harada olduğunu soruşmuşlar. O isə cavab vermişdir ki, xəstəxanaya iynə dərman götürməyə gəlib. Polis əməkdaşları evdən çıxmamalı olduğunu söyləmiş, evdən çıxdığı təqdirdə cinayət məsuliyyəti danışdığını bildirmişdir. O isə bu barədə məlumatının olmadığını söyləmişdir. Bundan sonra o, evə gəlmiş, Polis əməkdaşları onu küçədə gözləyirmişlər. Onu videoçəkilişlə dindirmişlər. O, testinin nəticəsinin müsbət olduğunu, xəstəxanadan ona get dərmanları götür dedikləri üçün xəstəxanaya getdiyini göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamda özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olmaqla məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin TTTY-nin müdiri vəzifəsində işləyir. COVİD-19 xəstəliyi ilə əlaqədar testləri götürmək və analizə göndərmək ona həvalə edilmişdir. Ağdaş şəhəri Maşad kəndində yaşayan Təqsirləndirilən şəxs 26.11.2020-ci il tarixdə COVİD-19 xəstəliyi ilə əlaqədar test vermişdir. Həmin testin nəticəsi 07.12.2020-ci il tarixdə müsbət çıxmışdır. O, bu barədə Təqsirləndirilən şəxs özümün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan zəng edərək testin nəticəsinin müsbət çıxması barədə məlumat vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs test nəticəsinin müsbət çıxması barədə arayış üçün RMX-na müraciət etmişdir. RMX-na Təqsirləndirilən şəxs test nəticəsinin müsbət çıxması barədə kompyuterdən çıxarış Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs test nəticələri çıxana qədər 2-3 dəfə Ağdaş RMX-na müraciət etmişdir. Lakin dekabr ayında Covid-19 testlərinin cavabları yoluxma sayının yüksək olması ilə bağlı olaraq gec çıxırdı. Ona görə də o, Təqsirləndirilən şəxs Covid-19 testinin cavabı çıxdığı təqdirdə onun mobil nömrəsinə sms gələcəyini söyləmişdir. 07.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən Ağdaş RMX-na müraciət etmiş, o, Təqsirləndirilən şəxs RMX-in yeni inzibati binasına müraciət etməsini, cavabını oradan maraqlanmasını söyləmişdir. RMX-na Təqsirləndirilən şəxs test nəticəsinin müsbət çıxması barədə kompyuterdən çıxarış Təqsirləndirilən şəxs verilmişdir. O, 07.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edib Covid-19 testinin nəticəsi barədə məlumat verərkən ona Ağdaş RMX-na gəlib iltizam imzalamalı olduğunu söyləmiş, lakin Təqsirləndirilən şəxs işlərinin olduğunu hazırda Qəbələ rayonuna getdiyini demiş, ona evdən çıxamamalı olduğunu, iltizamı imzalamalı olduğunu söyləmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, evlidir, 1983-cü ildən Ağdaş GEM-də epidimioloq-həkim vəzifəsində işləyir. Koronovirus xəstəliyinə tutulmuş, test nəticəsi müsbət çıxmış şəxslərin ailə üzvləri barədə məlumatlar tərəfimdən öyrənilərək COVİD-19 Milli Məlumat bazasına əlavə edilir. Təqsirləndirilən şəxs test nəticələri müsbət çıxdıqdan sonra Ağdaş GEM-in istifadəsinə verilmiş ***-***-**-** mobil nömrə ilə onunla əlaqə saxlayıb ailə üzvləri barədə məlumatları əldə etmiş və onu Covid-19 Milli Məlumat Bazasına əlavə etmişdir. ***-***-**-** mobil nömrəsi Ağdaş GEM-in istifadəsində olan, koronovirus xəstələrinə məlumat verilməsi üçün nəzərdə tutulmuş mobil nömrədir. O, Təqsirləndirilən şəxs Ağdaş ASM-nə yaxınlaş dərmanlarını götür deməmişdir. Ümumiyyətlə ona müraciət edən xəstələrə Ağdaş ASM-in müdirinin nömrəsini verərək ona müraciət etməsini söyləyir. Təqsirləndirilən şəxs da Ağdaş ASM-nə mobil telefonla müraciət etməsini billdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahmurad oğlu ifadəsində bildirmişdir ki, 11.12.2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2lə birlikdə reyd keçirmişdir. Onlar Ağdaş şəhəri Məşəd küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs koronavirus xəstəsi kimi qeydiyyatda olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanda olan zaman aşkar etməmişdir. O, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan Bayramın istifadəsində olan ***-***-**-** nörməli mobil nömrəyə zəng edərək özümü təqdim etmiş, Bayramdan harada olmasını soruşmuş, Bayram isə ona dərman almaq üçün Ağdaş şəhərində yerləşən köhnə xəstəxanaya getdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bildirdim ki, evi tərk etməməlidir. Həmçinin də Bayrama evə gəlməsini bildirmişdir. Bayram da təxminən 5 dəqiqə sonra evə gəlmiş, o, Təqsirləndirilən şəxs telefonla videogörüntüyə çəkmiş, Bayramdan xəstəliyi ilə əlaqədar evdən çölə çıxmamalı olduğu barədə məlumatının olub-olmamasını soruşdur. Təqsirləndirilən şəxs da ona evdən çıxmamalı olmağım barədə məlumatının olduğunu, lakin dərman almaq üçün adam olmadığını, ona görə də özü xəstəxanadan dərmanları almaq üçün getdiyini bildirmişdir. Daha sonra isə Bayram evinə daxil olmuş, Şahid2lə birlikdə protokol tərtib etmiş, həmçinin də bu barədə raportla şöbə rəhbərliyinə məruzə etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfərləri Şahid2 Şahid1 Şahmurad oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş RMX-nin PHŞ-nin 01.02.2021-ci il tarixli 134 nömrəli məktubunda göstərilmişdir ki, Ağdaş rayonu Məşəd küçəsində yaşayan Təqsirləndirilən şəxs 07.12.2020-ci il tarixdə Ağdaş rayon mərkəzi xəstəxanası Publik Hüquqi şəxsdə COVİD- 19 infeksiyasına görə analiz alınmış, nəticə pozitiv olduğu üçün ev şəraitində ambulator müalicəyə götürülmüşdür. Ağdaş RMX-nin PHŞ-nin həkimi Şahid3 test nəticəsinin cavabını şəxsən vətəndaşın özünə təqdim edildiyini bildirmişdir. Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 fevral 2021-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azercell MMC-dən Təqsirləndirilən şəxs telefon məlumatları əldə edilmişdir. Telefon məlumatlarına baxış keçirən zaman Ağdaş RMX-nin PHŞ-nin həkimi Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli telefon vasitəsilə 07.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqəsi saxlaması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə anten dairələrindən görünür ki, o, 10.12.2020-ci il tarixdə Mingəçevir şəhərində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli 828 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsi 29/11 №il evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X3-atası: X2-anasıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən FHN-in Mingəçevir şəhər Dövlət yanğından Mühafizə Dəstəsindən daxil olmuş 04.03.2021-ci il tarixli, 37/34- 127 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22.05.2018-ci il tarixli, 0823/ş nömrəli əmrlə 22.05.2018-ci il tarixdən Mingəçevir DYMD-in 68 nömrəli YMH-nin dispetçeri vəzifəsinə xidmətə qəbul olmuş, 14.12.2020-ci il tarixli, 1068/ş nömrəli əmrlə 14.12.2020-ci il tarixdən öz xahişi ilə xidmət keçməsinə xitam verilmiş, işlədiyi dövr ərzində xüsusi rütbəli hesab edilmişdir.Təqsirləndirilən şəxs 08.12.2020-ci il tarixdə Mingəçevir şəhər DYMD-in kadrlar şöbəsinə Ağdaş rayon Mərkəzi Laboratoriyasının 08.12.2020-ci il tarixli koronovirus infeksiyasına yoluxması testinin nəticəsi hesabatının nüsxəsini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX PHŞ-in 25 dekabr 2020-ci il tarixli 1452 saylı məktubundan görünür ki, Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən və iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun cinayət nəticəsində törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 139-1.1-ci mаddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-45/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-45/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver