Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-60/2021 06.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1999-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Nəsimi küçəsi 14 saylı evdə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2021-ci ilin fevral ayının ortalarında Ağdaş şəhəri H.Əliyev adına parkdan oturacağın yanından yerdən tapdığı çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda içərisində bir ədəd sellofan bükümdə 1,829 qram və iki ədəd kağız bükümlərdə 0,016 qram və 0,010 qram ümumi təmiz çəkisi 1,855 qram olan heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və həmin narkotik vasitə 24 fevral 2021-ci il tarixdə saat 13:03 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində subay olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, təxminən saxlanıldığından 3-4 gün əvvəl H.Əliyev adına parkda oturacaqlardan birinin yanında bir ədəd kibrit qutusu gördüyünü və həmin kibrit qutusunu götürüb içərisinə baxarkən həmin qutunun içərisində bir ədəd sellofan büküm və 3 ədəd kağız büküm oluğunu gördüyünü, həmin bükümləri açarkən içərisindəki sellofan bükümdə və iki ədəd kağız bükümlərdə heroin olduğunu, bir ədəd kağız bükümdə isə bitki toxumları olduğunu gördüyünü və həmin kibrit qutusundakı narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxladığını, 24.02.2021-ci il tarixdə təxminən saat 12:25 radələrində Ağdaş şəhərində yerləşən Heydər Əliyev parkında gəzən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis işçilərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ döş cibindən həmin 1 ədəd kibrit qutusu və əynində olan qara rəngli gödəkçənin sol döş cibindən “Rotmans” markalı siqaret qutusu aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kibrit qutusuna baxış keçirən zaman kibrit qutusunun içərisindən 1 ədəd sellofan büküm və 3 ədəd kağız bükümlər aşkar edildiyini, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm açılan zaman içərisindən qara rəngli, toz halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1,95 qram olduğunu, daha sonra digər 3 ədəd kağız bükümlər açılan zaman 2 ədəd kağız bükümlərin içərisindən toz və kristal halında olan narkotik vastə aşkar olunduğunu, hər biri ayrı-ayrılqda elektron tərəzidə çəkilən zaman hər birinin çəkisinin 0,04 qram və 0,08 qram olduğunu, digər 1 ədəd kağız bükümün içərisinə baxan zaman kağız bükümün içərisindən bitki toxumu aşkar olunduğunu, həmin aşkar olunmuş bitki toxumları elektron tərəzidə çəkilən zaman çəkisi 0,06 qram olduğunu, üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol döş cibindən aşkar olunmuş “Rotmans” markalı siqaret qutusunun içərisindən kağız parçası aşkar olunduğunu, həmin vaxt ona kağız parçasının nə olmasını soruşduqda həmin kağız parçasını narkotik vastələrini qəbul etmək üçün istifadə etdiyini bildirdiyini, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm, 3 ədəd kağız bükümlər və narkotik maddələri qəbul etdiyi kağız parçasının zərflərə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını, RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir təzyiq və ya zor tətbiq olunmadığını, ona ifadəsinin alınmasında hər hansı bir təzyiq və zorakılıq hərəkətləri edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 24.02.2021-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyada olan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞyə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 12:25 radələrində CAB-nin əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs H.Əliyev parkında gəzdiyini gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Orxanın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Orxanın əynində olan qara rəngli gödəkçənin sağ döş cibindən 1 ədəd kibrit qutusu və əynində olan qara rəngli gödəkçənin sol döş cibindən “Rotmans” markalı siqaret qutusu aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kibrit qutusuna baxış keçirən zaman kibrit qutusunun içərisindən 1 ədəd sellofan büküm və 3 ədəd kağız bükümlər aşkar edildiyini, Orxanın həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm açılan zaman içərisindən qara rəngli, toz halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 1 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1,95 qram olduğunu, daha sonra digər 3 ədəd kağız bükümlər açılan zaman 2 ədəd kağız bükümlərin içərisindən toz və kristal halında olan narkotik vastə aşkar olunduğunu, hər biri ayrı-ayrılqda elektron tərəzidə çəkilən zaman hər birinin çəkisinin 0,04 qram və 0,08 qram olduğunu, digər 1 ədəd kağız bükümün içərisinə baxan zaman kağız bükümün içərisindən bitki toxumu aşkar olunduğunu, həmin aşkar olunmuş bitki toxumları elektron tərəzidə çəkilən zaman çəkisi 0,06 qram olduğunu, Orxanın üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol döş cibindən aşkar olunmuş “Rotmans” markalı siqaret qutusunun içərisindən kağız parçası aşkar olunduğunu, həmin vaxt Orxan kağız parçasını narkotik vastələrini qəbul etmək üçün istifadə etdiyini bildirdiyini, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm, 3 ədəd kağız bükümlər və narkotik maddələri qəbul etdiyi kağız parçası zərflərə qablaşdırıldığını və zərfin üzəri Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü ilə möhürləndiyini, şəxsi axtarış zamanı Orxanın üzərindən başqa heç nə aşkar edilmədiyini, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokollara imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddələri təxminən 3-4 gün öncə kibrit qutusu ilə birgə Ağdaş şəhərində yerləşən Heydər Əliyev parkında gəzərkən oturacaqların birinin yanından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman həmin vaxt orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis işçilərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ döş cibindən 1 ədəd kibrit qutusu və əynində olan qara rəngli gödəkçənin sol döş cibindən “Rotmans” markalı siqaret qutusu aşkar olunmuş, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kibrit qutusuna baxış keçirən zaman kibrit qutusunun içərisindən 1 ədəd sellofan büküm və 3 ədəd kağız bükümlər aşkar edilmiş, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm açılan zaman içərisindən qara rəngli, toz halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkilmiş, çəkisi 1,95 qram olmuş, daha sonra digər 3 ədəd kağız bükümlər açılan zaman 2 ədəd kağız bükümlərin içərisindən toz və kristal halında olan narkotik vastə aşkar olunmuş, hər biri ayrı-ayrılqda elektron tərəzidə çəkilən zaman hər birinin çəkisi 0,04 qram və 0,08 qram olmuş, digər 1 ədəd kağız bükümün içərisinə baxan zaman kağız bükümün içərisindən bitki toxumu aşkar olunmuş, həmin aşkar olunmuş bitki toxumları elektron tərəzidə çəkilən zaman çəkisi 0,06 qram olmuş, üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol döş cibindən aşkar olunmuş “Rotmans” markalı siqaret qutusunun içərisindən kağız parçası aşkar olunmuş, həmin vaxt ona kağız parçasının nə olmasını soruşduqda həmin kağız parçasını narkotik vastələrini qəbul etmək üçün istifadə etdiyini bildirmiş, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm, 3 ədəd kağız bükümlər və narkotik maddələri qəbul etdiyi kağız parçası zərflərə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, özü və digər iştirakçılar həmin zərfə imza etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 24.02.2021-ci il tarixli, 17/155 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə təmiz çəkiləri 0,016 qram və 0,010 qram və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,829 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş 01 (bir) ədəd sellofan bükümdə olan heroin 02 (iki) ədəd kağız bükümlərdə olan heroinlərdən tərkiblərinə görə fərqlidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız parçasında olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,08 qram olan 04 (dörd) ədəd bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 12.03.2021-ci il tarixli 247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 mart 2021-ci il tarixli 921 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, İ.Nəsimi küçəsində 14 saylı evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X3; X1; X4; X5. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:50də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 06 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 1,800 qram çəkidə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 103 manat 65 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 103,65 (yüz üç manat altmış beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,800 qram narkotik maddə olan heroin məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-60/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-60/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver