Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-64/2021 24.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1983-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkum olunmuş, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 10/1 saylı evin 25-ci mənzilində qeydiyyatda olan, Ağdaş şəhəri, H.Əliyev pospekti 1/9 ünvanında yaşayan, barəsində 18 mart 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 28.08.2019-cu il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12.02.2020-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 05 ay 29 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş və həmin hökmə əsasən məhkumluğu ödənilməmiş və götürülməmiş 2021-ci il mart ayının ortalarında Ağdaş şəhəri mərkəzi bazarın yaxınlığından şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kiçik sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,112 qram və 0,801 qram olmaqla ümumi təmiz çəkisi 1,913 qram olan maddələri, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək tapıb saxlayaraq üzərində daşımış, 16 mart 2021-ci il tarixdə, saat 14:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən Ağdaş RPŞ-nin növbətçi hissəsinə gətirilmiş və həmin tarixdə saat 14:48 radələrində üzərində şəxsi axtarış aparılan zaman həmin xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində xəstə olduğuna görə bədənində ağrılar olduğunu, buna görə də narkotik vasitələrin istifadəçisi olduğunu, 16 mart 2021-ci il tarixdə, təxminən saat 14:00 radələrində yaşadığı küçədə piyada yol ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kiçik sellofan torba aşkar edildiyini, üzərindən aşkar edilmiş həmin kiçik sellofan torba açılan zaman içərisindən 02 ədəd qara rəngli kristal halında maddə aşkar olunduğunu, həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddələrin elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, üzərinizdən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddələri tutulmamışdan 2-3 gün əvvəl Ağdaş şəhəri mərkəzi bazarın yaxınlığından, yoldan tapdığını, lakin hal-hazırda həmin narkotik maddələri konkret olaraq haradan tapmağını xatırlamadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 16 mart 2021-ci il tarixdə, səhər radələrində xidmətdə olduğunu, həmin zaman Ağdaş şəhəri, H.Əliyev prospekti 1/9 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən müvafiq sənədləşrmələr aparılaraq raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, həmin gün, saat 14:00 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, bu zaman Təqsirləndirilən şəxs özünü şübhəli aparmağa başladığını və onlardan uşaqlaşmaq istədiyini, bu zaman doğurdanda onun üzərində narkotik vasitə olduğunu və bu səbəblə Kənanın onlardan uzaqlaşmaq istədiyini başa düdüklərini, bundan sonra onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə Kənanın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Kənanın əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kiçik sellofan torba aşkar edildiyini, üzərindən aşkar edilmiş həmin kiçik sellofan torba açılan zaman içərisindən 02 ədəd qara rəngli kristal halında maddə aşkar olunduğunu, Kənanın həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddələrin elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni tuutlmamışdan 2-3 gün əvvəl Ağdaş şəhəri, mərkəzi bazarın yaxınlığından tapdığını və həmin narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumatının olmadığını göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16.03.2021-ci il tarixli 17/207 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki, bir ədəd kiçik sellofan paketdə, iki ədəd krsital şəklində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,112 qr, 0,801 qr, ümumi təmiz çəkisi 1,913 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Tədqiqata təqdim edilmiş iki ədəd krsital şəkilində olan tiryəklər tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 13.04.2021-ci il tarixli 367 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, tərkibində tiryək alkaloidləri saxlayan narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kiçik sellofan torba aşkar edilmiş, sellofan torba açıldıqda içərisindən 02 ədəd qara rəngli kristall halında maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan tiryək olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 66.2, 66.5-ci maddələri ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Salyan Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, barəsində Ağdaş Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 66.2, 66.5-ci maddələri ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 ay 29 gün hissəsinin Salyan Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsini Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv etməyi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 66.2, 66.5-ci maddələri ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 ay 29 gün hissəsini hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 16 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,713 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək məhv edilməldir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 66.2, 66.5-ci maddələri ilə təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş beş ay iyirmi doqquz gün hissəsinin Salyan Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 66.2, 66.5-ci maddələri ilə təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş beş ay iyirmi doqquz gün hissəsi hazırki hökmlə təyin edilmiş iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza, iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,713 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-64/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-64/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver