Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-9/2021 26.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyatda olan, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs arasında xx xxxxxxx 2020-ci il tarixdə, saat 12;00 radələrində yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutub yerə yıxaraq sillə ilə bir neçə dəfə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonra təpiklə bir neçə dəfə sinə, kürək və bədəninin müxtəlif nahiyələrinə vuraraq boynun ön sol nahiyəsinin qançırları, sağ bazu oynağının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmasına baxmayaraq ünvan 2 ünvanında yerləşən binanın birinci mərtəbəsində kirayədə yaşadığını, onun həmkəndlisi yəni Ağdaş rayonu, Ağzıbir kənd sakini Zərərçəkmiş şəxs da onun yaşadığı binanın ikinci mərtəbəsində ailəsi ilə birlikdə yaşadığını, əvəllər Zərərçəkmiş şəxs ilə dostluq etdiklərini, xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadığı binanın həyətində oturacaqda oturduğunu, həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı evin pəncərəsindən onu yaşadıqları evin həyətində görən kimi evin pəncərəsini örtdüyünü, həmin vaxt Zərərçəkmiş şəxs qonşuların yanında onun haqqında danışaraq onun “pis qadın” olmasını söyləməsini xatırladığını, bu səbəbdən də Səbinə İsmaylova ilə pəncərədən danışaraq ondan qonşuların yanında onun haqqında danışmasının səbəbini soruşduğunu, daha sonra Zərərçəkmiş şəxs yaşadığı evdən həyətə düşərək onun yanına gəldiyini, onun da yenidən Zərərçəkmiş şəxs onun haqqında qonşuların yanında danışaraq onu “pis qadın” olmasında günahlandırmasının səbəbini soruşduğunu,həmin vaxt Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətdiyini, buna görə də, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq əli ilə onu vurmaq istədiyini, buna görə də, Zərərçəkmiş şəxs əsəbləşərək saçından tutaraq yerə yıxaraq sillə ilə bir neçə dəfə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vurduğunu, daha sonra təpiklə bir neçə dəfə sinə, kürək və bədəninin müxtəlif nahiyələrinə vurduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmasına baxmayaraq ünvan 2 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə kirayədə yaşadığını, həmkəndlisi, Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs da ünvan 4 ünvanında yerləşən yəni onun yaşadığı binada kirayədə yaşadığını, Təqsirləndirilən şəxs onun yaşadığı binanın ikinci mərtəbəsində onun isə birinci mərtəbədə yaşadığını, Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavətləri və düşmənçilikləri olmadığını, xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadığı evdə olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olmasını gördüyünü və həmin vaxt Təqsirləndirilən şəxs onu səsləyərək onu həyətə çağırdığını, buna görə də, yaşadığı evin həyətinə getdiyini, yaşadığı evin həyətində Təqsirləndirilən şəxs yaxınlaşdığını, Təqsirləndirilən şəxs onu çağırmasının səbəbini soruşduğunu, Təqsirləndirilən şəxs onu qonşuların yanında onun haqqında pis sözlər danışmaqda günahlandırdığını, həmin vaxt Təqsirləndirilən şəxs heç kimin yanında onun haqqında pis sözlər danışmadığını söylədiyini, lakin Təqsirləndirilən şəxs ona inanmadığını, yenədə onu haqqında pis sözlər danışmaqda günahlandırdığını, daha sonra Təqsirləndirilən şəxs onu ərindən boşandıracağını bildirdiyini, buna görə də, Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq saçından tutaraq yerə yıxdığını, daha sonra Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdiyini, daha sonra Təqsirləndirilən şəxs təpiklə bir neçə dəfə onun sinə, qarın və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdiyini bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, xx xxxxxxx 2020-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs və onun yaşadıqları evdə olduqlarını, yaşadıqları evin həyətə açılan pəncərəsinin açıq olduğunu, həmin vaxt pəncərədən Təqsirləndirilən şəxs həyətdə olmasını gördüklərini, həmin vaxt Təqsirləndirilən şəxs həyətdən həyat yoldaşı Zərərçəkmiş şəxs səsləyərək ondan onun haqqında qonşuların yanında nə danışmasını soruşduğunu, həyat yoldaşı Zərərçəkmiş şəxs da evin pəncərəsindən Təqsirləndirilən şəxs onun haqqında heç kimin yanında heç bir söz danışmamasını söyləyərək həyətə düşdüyünü, yaşadıqları evin həyətində Təqsirləndirilən şəxs həyat yoldaşı Səbinə İsmaylılovaya onun haqqında qonşuların yanında danışmasını və onu pis qadın olmaqda günahlandırmasını söylədiyini, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun haqqında heç kimin yanında heç bir söz danışmamasını söylədiyini, Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs onu ərindan boşandıracağını deməsinə görə onların aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutaraq onu yerə yıxıb, yumruqla bir neçə dəfə onun sifət baş və bədəninin müxtəlif nahiyələrinə vurduğunu, daha sonra Təqsirləndirilən şəxs təpiklə bir neçə dəfə həyat yoldaşı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdiyini, onun həmin vaxt yaşadığı evdə olduğunu, səs-küyə həyətə düşdüyünü, həyat yoldaşı Zərərçəkmiş şəxs boyun, baş və sağ bazu nahiyəsində xəsarət gördüyünü bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 570 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- boynun ön sol nahiyəsinin qançırları, sağ bazu oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şazid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-9/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-9/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver