Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-44/2021 07.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs oğlunun-xx.xx.1957-ci ildə Balakən rayonun Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmayan, Balakən rayonu Şərif kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin payızında Şəki rayonu ərazisində tanımadığı şəxsdən hər biri 10 manata olmaqla cəmi 50 manata əldə etdiyi 5 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını Balakən rayonu Şərif kəndində yerləşən yaşadığı evinə gətirib xalçanın altında gizlətmiş, əldə etdiyi həmin 5 ədəd toxumu 2021-ci ilin yanvar ayının əvvəllərində yaşadığı evin həyətində 5 ədəd sellofan torbalarda qəsdən, qanunsuz olaraq əkərək torbaları yaşadığı evin arxa hissəsindəki istixanaya qoymaqla həmin toxumlardan cücərmiş 04 ədəd narkotik tərkibli çətənə bitkisi şitillərini kökündən çıxardıb həmin istixanadakı 4 ədəd dibçəklərə əkib becərməklə narkotik tərkibli çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq etməyə davam edərək həmin şitillərdən hündürlükləri 90 sm.dən 123 sm.-dək, ümumi təmiz çəkisi 825,00 qram olan xeyli miqdarda, yəni 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib, aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmişdir. 20.03.2021-ci il tarixdə saat 15 radələrində Balakən RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Balakən rayonu Şərif kəndindəki həyətyanı torpaq sahəsindəki istixanadan həmin 4 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Şərif kəndində həyat yoldaşı X2 ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur. 10 ildir ki, bəzən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 2020-ci ilin payız aylarında həyat yoldaşı ilə birlikdə Şəki şəhərinə evə bazarlıq etmək üçün getmişlər. Bazarlıq edib geri qayıtdıqları zaman Şəki rayonu ərazisində adını xatırlamadığı kafedə nahar etmək üçün dayandıqları vaxt bir nəfər orta yaşlı tanımadığı şəxs ona yaxınlaşaraq söhbət etməyə başlamışdır. Söhbət əsnasında həmin şəxs onun Balakən rayonundan olduğunu bildikdə rayonu və Qabaqçöl kəndini yaxşı tanıdığını, Balakən rayonunda narkotik bitkisi əkininin çox olduğunu demişdir. Tanımadığı həmin şəxs onu kənara çəkib özündə narkotik bitkisinin toxumlarının olduğunu bildirib həmin bitki toxumlarını almağı ona təklif etmişdir. Bitki toxumlarının bir ədədini 20 manata satdığını bildirdikdə ondan bir qədər ucuz qiymətə həmin toxumları satmağını xahiş etmişdir. Həmin şəxslə razılaşaraq hər biri 10 manata olmaqla cəmi 50 manata 5 ədəd narkotik bitkisi toxumunu almışdır. Evə çatdıqdan sonra həmin toxumları evdə olan xalçanın altında gizlətmişdir. Bu barədə həyat yoldaşının xəbəri olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində saxladığı 5 ədəd narkotik bitkisinin toxumlarını evin həyətində özü üçün 5 ədəd sellofan torbalarda əkib həmin sellofan torbaları evinin arxa hissəsində düzəltdiyi istixanada yerləşdirmişdir. Həmin əkdiyi narkotik bitkisi toxumlarından 4 ədədi cücərmiş, bir ədədi isə cücərməmişdir. Həmin cücərmiş şitilləri sonradan 4 ədəd dəmir dibçəklərdə basdırıb bitən narkotik bitkilərini dibçəklər ilə birlikdə istixanaya qoymuş və vaxtaşırı sulayıb kənarlarını alaq otlarından təmizləməklə qulluq etmişdir. Həyat yoldaşı xəstə olduğundan heç vaxt istixanaya keçməmiş, ancaq ev işləri ilə məşğul olmuşdur. Bu səbəbdən də həyat yoldaşının onun istixanada narkotik bitkilərini yetişdirməyindən xəbəri olmamışdır. 20.03.2021-ci il tarixdə evdə olduğu zaman Balakən RPŞ-nin bir qrup əməkdaşı həyətyanı torpaq sahəsinin giriş qapısından onu çağıraraq həyətyanı sahəsinə və yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Baxış keçirilməsi haqqında olan qərarla onu tanış etmişlər,razı olduğunu bildirərək bu barədə yazılı ərizə vermişdir. Polis əməkdaşları mütəxəssis kimi dəvət olunmuş aqronomun iştirakı ilə həyətyanı torpaq sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı evinin arxa hissəsində olan istixanada yetişdirdiyi 4 ədəd dibçəklərdə 4 ədəd narkotik bitkilərini aşkar etmişlər. Aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Narkotik bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq ölçüldükdə hündürlükləri 90 sm.-dən 123 sm.-dək olmuşdur. Həmin 4 ədəd narkotik bitkiləri polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilmiş, baxış zamanı heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Baxış polis əməkdaşları tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Həyətyanı torpaq sahəsindəki istixanada 4 ədəd narkotik tərkibli çətənə bitkisini öz istifadəsi üçün əkib-becərmişdir. Əməlindən peşmandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. İnsult xəstəliyi keçirtmişdir, daim müalicəyə ehtiyacı vardır. Yaşını, xəstəliyini, ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20.03.2021-ci il tarixdə Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evində qanunsuz olaraq narkotik vasitə saxlaması, həmçinin evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi haqqında daxil olmuş məlumat barədə RPŞ rəisinə həmin tarixdə raportla məruzə etmişdir. 20.03.2021-ci il tarixdə Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evinə, evin həyətyanı torpaq sahəsinə və həyətyanı torpaq sahəsindəki yardımçı tikililərə baxış keçirilməsində iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ərizə təqdim edərək yaşadığı evə, evin həyətyanı torpaq sahəsinə və yardımçı tikililərə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxışda ondan başqa Təqsirləndirilən şəxs, RPŞ-nin təhqiqatçısı Zaur Xəlilov, mütəxəssis kimi dəvət olunmuş aqronom Şahid4, Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3, RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində olan dirrikdə 6 ədəd istixana aşkarlanmışdır. Həmin istixanalara baxış keçirilən zaman 5 ədəd istixanadan qanunsuz heç bir əşya və ya narkotik vasitə aşkarlanmamışdır. 6-cı istixanaya daxil olduqda istixananın girişində sol tərəfdə 4 ədəd dəmir dibçəklərdə 4 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkarlanmışdır. Aqronom Şahid4 həmin bitkilərə baxdıqda onlara aqrotexniki qaydada qulluq edildiyini və narkotik tərkibli çətənə bitklərinə oxşar bitkilər olduğunu bildirmişdir. Həmin bitkilər kökündən çıxarılaraq ölçüldükdə 90 sm-dən 123 smdək hündürlükdə olduqları aşkarlanmışdır. Aşkar edilmiş bitkilər bir ədəd sintetik kisəyə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı torpaq sahəsindəki yardımçı tikililərə də baxış keçirilmişdir. Baxış zamanı onun yaşadığı evindən və həyətyanı torpaq sahəsindəki yardımçı tikililərdən heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkarlanmamışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Balakən rayon X9 Mərkəzində baş məsləhətçi vəzifəsində işləyir. İxtisasca ali təhsilli alimaqranomdur. 20 mart 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək Balakən rayonu Şərif kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi və narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirib baxış keçirmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuş, mütəxəssis kimi dəvət olunmağı barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. Hüquq və vəzifələri, məsuliyyəti izah edildikdən sonra onun, Təqsirləndirilən şəxs, RPŞ-nin təhqiqatçısı Zaur Xəlilovun, Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3, RPŞ-nin İTB-nin sahə rəisi Şahid2, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirovun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə, evinə və evin həyətindəki yardımçı tikililərə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ərizə təqdim edərək yaşadığı evə, evin həyətyanı torpaq sahəsinə və həyətdəki yardımçı tikililərə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində olan dirrikdə 6 ədəd istixana aşkarlanmışdır. Həmin istixanalara baxış keçirilən zaman 5 ədəd istixanadan qanunsuz heç bir əşya və ya narkotik vasitə aşkarlanmamışdır. 6-cı istixanaya daxil olduqda istixananın girişində sol tərəfdə 4 ədəd dəmir dibçəklərdə 4 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkarlanmışdır. Bitkilərə baxış keçirdikdə onların diblərinin alaq otlarından təmizləndiyini, yumşaldıldığını, suvarıldığını, bitkilərə aqrotexniki qulluq göstərildiyini müəyyən etmişdir. Bu barədə rəy yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Narkotik tərkibli çətənə bitkilərinə oxşar həmin bitkilər kökündən çıxarılaraq sayılmışdır.Onların hündürlükləri ölçülmüşdür.Bitkilərin hündürlükləri ölçüldükdə onların hündürlükləri 90 sm-dən 123 smdək olmuşdur. Aşkar edərək kökündən çıxardıqları narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki şitilləri bir ədəd sintetik kisəyə qablaşdırılaraq möhürlənib polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür.Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı torpaq sahəsindəki yardımçı tikililərə də baxış keçirilmişdir. Baxış zamanı onun yaşadığı evindən və həyətyanı torpaq sahəsindəki yardımçı tikililərdən heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkarlanmamışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Balakən rayonu Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 20.03.2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının dəvəti ilə Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evinə, evin həyətyanı torpaq sahəsinə və həyətyanı torpaq sahəsindəki yardımçı tikililərə baxış keçirilməsində iştirak etmişdir . Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ərizə təqdim edərək yaşadığı evə, evin həyətyanı torpaq sahəsinə və yardımçı tikililərə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxışda ondan başqa Təqsirləndirilən şəxs, RPŞ-nin təhqiqatçısı Zaur Xəlilov, mütəxəssis kimi dəvət olunmuş aqronom Şahid4, RPŞ-nin İTB-nin sahə rəisi Şahid2, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində olan dirrikdə 6 ədəd istixana aşkarlanmışdır. Həmin istixanalara baxış keçirilən zaman 5 istixanadan qanunsuz heç bir əşya və ya narkotik vasitə aşkarlanmamışdır. 6-cı istixanaya daxil olduqda istixananın girişində sol tərəfdə 4 ədəd dəmir dibçəklərdə polis əməkdaşlarının deməsinə görə narkotik tərkibli çətənə bitkilərinə oxşar 4 ədəd bitkilər aşkarlanmışdır. Aqronom Şahid4 həmin bitkilərə baxdıqda onlara aqrotexniki qaydada qulluq edildiyini və narkotik tərkibli çətənə bitklərinə oxşar bitkilər olduğunu bildirmişdir. Həmin bitkilər kökündən çıxarılaraq ölçüldükdə 90 sm-dən 123 sm-dək hündürlükdə olduqları aşkarlanmışdır. Aşkar edilmiş bitkilər bir ədəd sintetik kisəyə qablaşdırılaraq möhürlənib polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı torpaq sahəsindəki yardımçı tikililərə də baxış keçirilmişdir. Baxış zamanı onun yaşadığı evindən və həyətyanı torpaq sahəsindəki yardımçı tikililərdən heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkarlanmamışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. İşin 13-17-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 20 mart 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, 20 mart 2021-ci il tarixdə Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evinə, evin həyətyanı torpaq sahəsinə və həyətyanı torpaq sahəsindəki yardımçı tikililərə saat 14:15-dən 15:30-dək olan müddət ərzində baxış keçirilmişdir. Baxış keçirilən yer Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ev və evin həyətyanı sahəsidir. Evin həyətyanı sahəsində mal tövləsi, talvar vardır. Evin arxa hissəsində isə 6 ədəd istixanalar vardır. Evin arxa hissəsində olan 5 ədəd istixanalarda hər hansı qeyri-qanuni bitki və yaxud da əşya aşkar olunmasa da 6-cı istixanada girişdən sol tərəfdə 4 ədəd dəmir dibçəklərdə 4 ədəd hündürlükləri 90 sm-dən 123 sm-dək narkotik tərkibli çətənə bitkisinə oxşar kollar aşkar edilərək bir ədəd sintetik kisədə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Baxışda iştirak edən Şahid4 aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşar olduğunu bildirmişdir. Bundan başqa həyətyanı sahədə yerləşən yardımçı tikililərə və 4 otaq, mətbəx və hamamdan ibarət olan yaşayış evinə baxış keçirilən zaman hər hansı qeyri-qanuni əşya, predmet aşkar olunmamışdır. Baxış “Sony HDRX” markalı videokamera vasitəsi ilə görüntülənmişdir. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülər bir ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən 20 mart 2021-ci il tarixli ixtisasca aqronom-mütəxəssis Şahid4 verdiyi rəydən görünür ki, 20.03.2021-ci il tarixdə Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada aşkar edilmiş, hündürdlükləri 90 sm-dən 123 sm-dək olan, 4 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş , dibləri alaq otlarından təmizlənmiş, suvarılmışdır. İşin 40-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş AR Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional Bölməsinin 20 mart 2021-ci il tarixli 17/213 nömrəli ekspert rəyində göstərilmişdir: -Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “ Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada aşkar edilmiş 04 ədəd .” sözləri yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 90 sm-dən 123 sm.-dək, ümumi təmiz çəkiləri -825,00 qram olan 04 (dörd) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşin 73-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 15 aprel 2021-ci il tarixli 381 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 27-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 20 mart 2021-ci ildə saat 16:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 60-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞnə göndərilmişdir. İşin 76-77-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Süleymanov X8 əvvəllər məhkum olunmamışdır. İşin 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Şərif kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Şərif kənd sakinidir. İşin 79-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2-ci qrup əlil arvadı, oğlu və qızı vardır. İşdə olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən RMX PHŞ tərəfindən verilmiş xəstənin stasionar tibbi kartasından görünür ki, Süleymanov X8 02.04.2018-ci ildən 10.04.2018-ci il tarixə kimi beyin işemik insultundan stasionar qaydada müalicə olunmuşdur. Məhkəmə iş üzrə şahidlər- Şahid2, Şahid1 və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası , məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, 64 yaşı olmasını, əvvəllər məhkum olunmamasını, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü, onun barəsində həmin cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Onun 20 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindəki istixanadan aşkarlanaraq götürülmüş hündürlüyü 90 sm.-dən 123 sm.-dək, ümumi təmiz çəkisi 825,00 qram olan 04 (dörd) ədəd - narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir.Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 20 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, ekspertizadan sonra Balakən rayon polis şöbəsində saxlanılan,Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindəki istixanadan aşkarlanaraq götürülmüş hündürlüyü 90 sm.-dən 123 sm.-dək, ümumi təmiz çəkisi 825,00 qram olan 04 (dörd) ədəd - narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-44/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-44/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver