Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-75/2020 28.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1963-cü ildə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cu ilin avqust ayında Balakən rayonu Meşəşambul kəndinin yaxınlığından axan Mazım çayın kənarında bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edib daşıyaraq, yaşadığı Balakən rayonu Meşəşambul kəndində yerləşən evinə gətirərək orada saxlamış, həmin toxumları 2020-ci ilin avqust ayında yaşadığı evin həyətyanı ərazisində yerləşən dirrik sahəsində qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 5 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib suvararaq, onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı ərazisində yerləşən dirrik sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı 22 santimetrdən 26 santimetrədək hündürlükdə olan xeyli miqdarda, yəni 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 2 (iki) ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri və həmin narkotik tərkibli çətənə bitkisinin hissələri ilə bir-birinə uyğunluq təşkil edən 2 (iki) ədəd bitki kökləri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ilin avqust ayında yaşadığı Balakən rayonu Meşəşambul kəndində yerləşən evinin yaxınlığından axan Mazım çayına çimməyə getmişdir. Həmin vaxt çayın yaxınlığında yabanı halda bitən 1 ədəd çətənə bitkisinin olduğunu görmüşdür. O, əvvəllər narkotik istifadə etdiyi üçün bu toxumları yığaraq, gələcəkdə özünə istifadə etmək məqsədilə narkotik vasitə əldə etmək üçün həmin toxumları əkməyi fikirləşmişdir. Buna görə də həmin bitkinin üzərindəki toxumları yığıb, yaşadığı evə gətirmiş və kağızın içərisinə qoyub evinin arxasındakı bağda ağacın dibində saxlamışdır. Həmin yabanı halda bitən çətənə bitkisini isə məhv etmişdir. Saxladığı həmin 5 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2020-ci ilin avqust ayının ortalarında yaşadığı evin həyətyanı sahəsinin dirrik sahəsində torpağa əkmiş, əkdiyi narkotik tərkibli çətənə bitkiləri cücərmiş, onlara qulluq etmişdir. Əkdiyi narkotik tərkibli çətənə bitkilərini narkotik vasitə istifadə etdiyindən gələcəkdə şəxsi istifadə etmək üçün narkotik əldə etmək məqsədilə əkmişdir. O, əvvəllər narkotik vasitədən istifadə etmişdir, lakin son 4-5 ildir ki, istifadə etmir. 2019-cu ildə çay kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini görəndə qərara gəlmişdir ki, yenidən marixuanadan istifadə etsin. Buna görə də həmin bitkinin üzərində olan toxumlardan yığaraq, istifadə etmək məqsədilə narkotik bitkisini əkmək fikrinə düşmüşdür. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onu yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməyində şübhəli olduğundan, yaşadığı Balakən rayonu Meşəşambul kəndində yerləşən evinə və evin həyətyanı sahəsinə baxış keçirmək barədə qərarla tanış edərək, yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O da buna etiraz etməmiş və həyətyanı sahədə narkotik tərkibli bitkilər əkdiyini, həmin yeri də göstərəcəyini demişdir. Daha sonra polis əməkdaşları mütəxəssis kimi təqdim edilən Şahid3 və onun iştirakı ilə yaşadığı evə baxış keçirməyə başlamışlar. Polis əməkdaşlarının və mütəxəssis- aqronomun iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahənin dirrik hissəsində 5 ədəd torpağa əkdiyi narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Onu da qeyd etmişdir ki, o, yaşadığı kəndə polis əməkdaşları gəldiyinə görə qorxaraq, bitkilərdən 3 ədədini kökündən çıxarıb əkmiş olduğu yerin kənarına atmış, 2 ədəd bitki də gövdəsindən qırılıb, kök hissəsi torpaqda qalmışdır. O, polis əməkdaşlarına həmin bitkiləri təqdim edən zaman dirrik sahəsində əkmiş olduğu 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər kökündən çıxarılmış vəziyyətdə torpağın üstündə olmuş, 2 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki isə gövdə hissəsindən qırılmış, kökləri isə torpaqda qalmışdır. Həmin bitkilərə baxışda iştirak edən mütəxəssisaqronom baxaraq, əkmiş olduğu narkotik tərkibli 5 ədəd çətənə bitkisinə qulluq edildiyini bildirmişdir. Həmçinin mütəxəssis-aqronom 2 ədəd kök hissələri qırılmış narkotik tərkibli çətənə bitkilərinin hissələrinə oxşar bitki hissələri ilə torpaqda qalmış 2 ədəd köklərini birbiri ilə uyğunlaşdırdıqda, gövdələrin kök hissələrinə uyğun gəldiyini bildirmişdir. Həmin bitkilərin hündürlükləri ölçüldükdə, hündürlüklərinin 25 santimetrdən 29 santimetrədək olması müəyyən edilmişdir. Daha sonra əkdiyi 5 ədəd narkotik tərkibli çətənə bitkiləri 1 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb, üzəri möhürlənmiş və imzalarla təsdiq etmişlər. Həmçinin polis əməkdaşları həmin bitkiləri əkmiş olduğu dirrik sahəsindən torpaq nümunələri də götürmüşlər. Həmin torpaq nümunələri ayrı-ayrı sellofanlarda, həmin sellofanlar da bir ədəd sintetik kisədə qablaşdırılmışdır. Həmçinin əkmiş olduğu həmin bitkilərin yaxşı inkişaf etməsi üçün onlara gübrə də vermişdir. Həmin gübrə olan sellofan torba bitkiləri əkdiyi yerin yanında olmuşdur. Həmin sellofan torbada olan gübrə də polis əməkdaşları tərəfindən 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq, götürülmüşdür. Üzərini də iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində olduqda ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə üstündə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxlanılan əşya və sairə predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmişdir. Ucadan oxunduqdan sonra protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020ci il tarixli, 17/529 nömrəli ekspert rəyi ilə tanış olan zaman ona məlum olmuşdur ki, yaşadığı evdən aşkar edilib götürülmüş 5 ədəd uzunluqları 22 sm-dən 26 sm-dək, ümumi təmiz çəkiləri 2,11 qram olan 03 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkiləridir. Həmçinin ümumi təmiz çəkisi 44,39 qram olan 02 ədəd kökləri qoparılmış vəziyyətdə olan bitki hissələri narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Bundan başqa 02 ədəd üzərlərində qısa gövdələri olan bitki kökləri ilə 02 ədəd çətənə bitkisinin hissələri tərkiblərinə görə eynidirlər və həmin bitki kökləri ilə həmin bitki hissələri bir-birlərinə uyğun gəlirlər. Yaşadığı evin həyətyanı sahəsində narkotik tərkib tərkibli çətənə bitkilərini əkməsindən heç kimin məlumatı olmamışdır. Həmçinin əvvəllər narkotik vasitənin satışı, əkilməsi və ya qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. O, narkotik vasitə istifadə etdiyi üçün əkmiş olduğu narkotik tərkibli bitkiləri də özü istifadə etmək üçün narkotik əldə etmək məqsədilə əkmişdir. Ona polis şöbəsində nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Cinayət əməli törətməsini etiraf edir və bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halları nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində xidmət aparır. xx xxxxxxxx 2020-ci il tarixdə Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər yetişdirməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra mütəxəssis-aqronom Şahid3 polis şöbəsinə dəvət edilmiş və məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Oraya çatıb, Təqsirləndirilən şəxs giriş qapısından səsləmişlər. Təqsirləndirilən şəxs giriş qapısına gəlmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi ilə bağlı məlumat olduğunu, buna görə də yaşadığı evə baxış keçirilməsi üçün təxirəsalınmaz qərar əsasında gəldiklərini bildirmişlər. Təqsirləndirilən şəxs da həmin vaxt etdiyi əməli səmimi etiraf edərək, narkotik tərkibli bitkilər əkdiyini və əkmiş olduğu həmin bitkiləri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən dirrik hissəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri göstərmişdir. Həmin yerə baxış zamanı 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmçinin həmin bitkilərin 3 ədədinin köklərindən çıxarılmış vəziyyətdə torpağın üstündə, 2 ədədinin isə kök hissəsindən qırıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri yaşadığı kənd ərazisinə polis əməkdaşlarının gəldiyini görüb, qorxaraq köklərindən çıxartdığını bildirmişdir. Bundan sonra baxışda iştirak edən mütəxəssis- aqronom həmin bitkilərə baxaraq, diblərinin alaq otlarından təmizləndiyini, yarpaqlarının inkişafını və suvarıldığını əsas gətirərək, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini söyləmişdir. Həmçinin mütəxəssis-aqronom 2 ədəd kök hissələri qırılmış narkotik tərkibli çətənə bitkilərinin hissələrinə oxşar bitki hissələri ilə torpaqda qalmış 2 ədəd kökləri bir-birilə uyğunlaşdırdıqda, gövdələrin kök hissələrinə uyğun gəldiyini bildirmişdir. Daha sonra 5 ədəd narkotik tərklibli çətənə bitkilərinə oxşar bitkilər ölçüldükdə, ən kiçik bitkinin hündürlüyünün 25 sm, ən böyük bitkinin hündürlüyünün isə 29 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzəri də DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışdır. Həmçinin aşkar edilmiş 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi yerlərdən 5 ədəd sellofan torbalarda torpaq nümunələri də götürülmüşdür. Həmin torpaq nümunələri olan sellofan torbalar 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Sintetik kisənin üzəri də DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürləmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışdır. Həmçinin narkotik tərkibli bitkilərə oxşar bitkilər əkilmiş yerin yaxınlığında sellofan torbada olan və Təqsirləndirilən şəxs deməsinə görə əkilmiş narkotik tərkibli bitkilərə oxşar bitkilərə vermək üçün saxlamış olduğu gübrə də 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzəri DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətaynı sahəsinə baxış davam etdirilmişdir. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş və polis şöbəsində seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdliyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qeyd olşunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Balakən rayonu Dövlət X11 bitkiçilik sektorunda baş məsləhətçi vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmişdir. O, polis şöbəsinə gələndən sonra polis əməkdaşları ona Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər yetişdirməsini və buna görə də həmin əraziyə baxış keçirəcəklərini bildirmiş, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməsini xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Oraya çatıb, polis əməkdaşları Təqsirləndirilən şəxs giriş qapısından səsləmişlər. Təqsirləndirilən şəxs giriş qapısına gəlmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi ilə bağlı məlumat olduğunu, buna görə də yaşadığı evə baxış keçirilməsi üçün təxirəsalınmaz qərar əsasında gəldiklərini bildirmişlər. Təqsirləndirilən şəxs da həmin vaxt yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və əkmiş olduğu həmin bitkiləri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən dirrik hissəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri göstərmişdir. Həmin yerə baxış zamanı 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmçinin həmin bitkilərin 3 ədədinin köklərindən çıxarılmış vəziyyətdə torpağın üzərində olduğu, digər 2 ədədinin isə kök hissəsindən qırılıb gövdəsinin torpağın üzərində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri yaşadığı kənd ərazisinə polis əməkdaşlarının gəldiyini görüb, qorxaraq köklərindən çıxartdığını bildirmişdir. Bundan sonra o, həmin bitkilərə baxaraq, onların inkişafına, yarpaqlarına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmziləndiyini və həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Həmçinin 2 ədəd kök hissələri qırılmış narkotik tərkibli çətənə bitkilərinin hissələrinə oxşar bitki hissələri ilə torpaqda qalmış 2 ədəd köklərini bir-biri ilə uyğunlaşdırdıqda, gövdələrin kök hissələrinə uyğun gəldiyini bildirmişdir. Daha sonra 5 ədəd narkotik tərklibli çətənə bitkilərinə oxşar bitkilər ölçüldükdə, ən kiçik bitkinin hündürlüyünün 25 sm, ən böyük bitkinin hündürlüyünün isə 29 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb, möhürlənmişdir. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışdır. Həmçinin aşkar edilmiş 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi yerlərdən 5 ədəd sellofan torbalarda torpaq nümunələri də götürülmüşdür. Həmin torpaq nümunələri olan sellofan torbalar 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Sintetik kisənin üzərini də digər iştirakçılarla birlikdə imzalamışdır. Həmçinin narkotik tərkibli bitkilərə oxşar bitkilər əkilmiş yerin yaxınlığında sellofan torbada olan və Təqsirləndirilən şəxs deməsinə görə əkilmiş narkotik tərkibli bitkilərə oxşar bitkilərə vermək üçün saxlamış olduğu gübrə də 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzəri də möhürlənib digər iştirakçılarla birlikdə üzərini imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmişdir. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İşin 13-18-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə həmin gün saat 20:37-dən 21:40-dək olan müddətdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş və orada onun öz razılığı və iştirakı ilə, polis əməkdaşlarının və aqronomun iştirakı ilə evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxışdan öncə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisini əkdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs da əkdiyini və göstərə biləcəyini bildirmişdir. Bundan sonra baxış keçirilmiş və baxış zamanı həyətyanı sahəsinin dirrik hissəsində 5 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərdən 3 (üç) ədədi torpaqdan kökündən çıxarılmış vəziyyətdə olmuşdur. 2 (iki) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər isə kökləri torpaqda qalmaqla gövdə hissəsindən qırılmış vəziyyətdə olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri 15-20 gündür ki, əkdiyini bildirmişdir. Daha sonra aqronom Şahid3 5 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə qulluq olunduğunu, alaq otlarından təmizləndiyini bildirmişdir. Həmçinin mütəxəssis Şahid3 2 ədəd kökləri torpaqda qalmaqla gövdə hissələri qırılmış narkotik tərkibli çətənə bitkisinin hissələrinə oxşar hissələri 2 ədəd köklə tutuşduraraq, gövdə hissələrinin torpaqda qalmış kök hissələri ilə uyğunluq təşkil etdiyini bildirmidşdir. Kökündən çıxarılmış 3 (üç) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin hündürlüyü ölçülmüş və hündürlükləri 22 sm-dən 26 sm-dək olduğu müəyyən edilmişdi. Daha sonra 5 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq, möhürlənmişdir. Bundan sonra hər bir narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin əkildiyi yerdən torpaq nümunəsi götürülmüş və ayrı-ayrı sellofanlara qoyularaq, 1 ədəd sintetik kisədə qablaşdırılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs əkdiyi 5 ədəd narkotik tərkibli bitki çətənə bitkisinə oxşar bitkilərin yanında sellofan torbada ağ rəngdə olan selitra adlanan maddə də aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin selitradan 5 ədəd əkdiyi narkotik tərkibli çətənə bitkisinə qulluq etdiyini bildirmişdir. Bundan sonra 1 ədəd sellofan torbada olan selitra adlanan gübrə qablaşdırılaraq, götürülmüşdür. Daha sonra evin həyətyanı sahəsinə və evə baxış keçirilmiş, əlavə olaraq qeyri-qanuni əşya, predmet, narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər və ya vasitə aşkar edilməmişdir. Baxış videokamera vasitəsilə qeydə alınmış və videogörüntülər disk formasında protokola əlavə olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ixtisasca aqronom-mütəxəssis Şahid3 verdiyi rəydən görünür ki, xx.xx.2020-ci il tarixdə Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs Nəsrəddin oğlunun həyətyanı sahəsində 5 ədəd çətənə bitkisinə oxşar bitkilərə baxış keçirmişdir. Baxış zamanı 5 ədəd bitkinin 3 ədəd torpaq səviyyəsindən bir neçə sm yuxarıdan kökündən çıxarılmış, 2 ədədi torpaq səviyyəsindən kök boynundan qoparılmış vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin bitkilərinin köklərinin şaxəliyi, gövdələrinin qalınlığı, yarpaq iriliyi, bitkilərin inkişafı onların kultivasiya edilməsi, vaxtında suvarılmasının, alaq otlarından təmizlədiyinin əlaməti olduğu müəyyən edilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 44-45-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış xx xxxxxxxx 2020-ci il tarixli, 17/529 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir: Təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilmiş 5 ədəd..." sözləri və imzalar yazılmış zərfin içərisindəki uzunluqları 22 sm-dən 26 sm-dək, ümumi təmiz çəkiləri- 2,11 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Həmin zərfin içərisindəki ümumi təmiz çəkiləri- 44,39 qram olan 02 (iki) ədəd kökləri qoparılmış vəziyyətdə olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olummuş 02 (iki) ədəd üzərlərində qısa gövdələri olan bitki kökləri ilə 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər və həmin bitki kökləri ilə həmin bitki hissələri bir-birlərinə uyğun gəlirlər. Aqronom-mütəxəssis Şahid3 xx xxxxxxxx 2020-ci il tarixli rəyinə əsasən çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim olunmuş çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri ilə 01 (bir) ədəd sintetik kisənin içərisindəki 05 (beş) ədəd sellofan torbalarda olan torpaq nümunələri qrup və cinsi əlamətlərə görə eynidirlər. İşin 104-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 829 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 27-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki,xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 71-72-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bazarov X4 RPŞ-nin MSY-dən azad olunaraq, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 85-86-cı vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 5(019)-70/2020 saylı qərarından görünür ki, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Balakən rayonu Meşəşambul kəndində yaşadığı binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi barədə Balakən Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X8 xx xxxxxxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşin 90-91-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2020-ci il tarixli, 13 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 106-112-ci vərəqələrində və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 2(iki) ədəd narkotik tətrkibli çətənə bitkisinin hissələri, 02 ədəd bitki kökləri, 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış 5 ədəd sellofan torbalarda torpaq nümunələri və bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış 1 ədəd selofan torbada olan gübrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmiş, həmçinin xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə keçirilən baxışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski sübut kim tanınararq, iş materiallanına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, xx xxxxxxxx 2020-ci il tarixli baxış protokolunu, həmin baxışın əks olunduğu 1 ədəd CD diskini, xx xxxxxxxx 2020-ci il tarixli aqronom-mütəxəssisin rəyini, məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 17/529 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarını, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 829 nömrəli rəyini, xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı, maddi sübutları, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. X13 Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X3rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaya görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək və tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20.40-da tutulmuş, xx xxxxxxxx 2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin MSY-dən azadlığa buraxılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün müddətin bir günü Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 829 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğunun, narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxsərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 2(iki) ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri, 02 ədəd bitki kökləri, 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış 5 ədəd sellofan torbalarda torpaq nümunələri və 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış 1 ədəd sellofan torbada olan gübrə məhv edilməli və xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə keçirilən baxışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.2-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və ya şəxslərə verilir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 31 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hesabat qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən Müdafiəçi1 qeyd edilən cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 20 iş saatı vaxt sərf etməsi ağlabatan və ədalətlidir. Həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Balakən Rayon Məhkəməsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülməli, həmçinin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 nəfinə, X12 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X5 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin; Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilsin. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 2 (iki) ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri, 02 ədəd bitki kökləri, 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış 5 ədəd sellofan torbalarda torpaq nümunələri və 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış 1 ədəd sellofan torbada olan gübrə məhv edilsin; xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə keçirilən baxışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 nəfinə, X12 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X5 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-75/2020
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-75/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver