Məhkəmə qərarları › İş №1(021)-101/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-101/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-101/2021 01.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Nəsimi küçəsi ev 3, mənzil 2-də qeydiyyatda olmaqla, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə ümumi təmiz çəkisi 0,244 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib qanunsuz olaraq üzərində saxlamış, 29 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində X7 şəhəri, C.Məmmədquluzadə küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ arxa cibindən satış məqsədi olmadan saxladığı 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş “gümüşü” rəngli kağız bükümdə və 1 ədəd qara rəngli polietilən kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram və 0,073 qram, ümumi təmiz çəkisi 0,244 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrin aludəçisidir. Tutulmamışdan təxminən 2-3 gün əvvəl Bərdə şəhəri “Sarayın dairəsi” adlanan yerin yaxınlığında olan vaxt yerdə “Arqo” markalı siqaret qutusunun olduğunu görmüş, siqaret qutusunu yerdən götürüb içərisinə baxdıqda içərisində 2 ədəd şəffaf sellofan bükülü olduğunu, bükülülərin birinin içərisində gümüşü rəngli siqaret bükümündə narkotik vasitə olan nəşə olduğunu, digər bükümdə isə gümüşü və qara rəngli bükümlərdə narkotik vasitə hesab edilən şüşə olduğunu görmüşdür. Gələcəkdə istifadə məqsədi ilə həmin bükümləri siqaret qutusundan çıxardıb əynində olan şalvarın arxa cibinə qoymuş və üzərində saxlamışdır. 29 yanvar 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evə gedərkən iki nəfər polis əməkdaşı nə səbəbə tibbi maskadan istifadə etmədiyini soruşmuş, yerdən tapdığı narkotik vasitələr onun üzərində olduğundan həyacanlanmış və qaçmaq isdəyərkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları nə səbəbə qaçdığını soruşmuş, üzərində narkotik vasitə olduğunu dedikdən sonra polis əməkdaşlarının dəvəti ilə Bərdə rayon Polis şöbəsinə gəlmişdir. Müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəgli şalvarın arxa sağ cibində saxladığı 2 ədəd şəffaf selofanın içərisində olan 2 ədəd gümüşü büküm və 1 ədəd qara bükümü könüllü olaraq təqdim etmişdir. Sellofanlar açılmış və sellofanda gümüşü rəngli siqaret kağızına bükülmüş nəşə, habelə şəffaf sellofanda gümüşü rəngli siqaret kağızına və qara rəngli sellofana bükülmüş şüşə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. İçərisində narkotik vasitə hesab edilən nəşə olan büküm içərisindəki kütlə ilə birlikdə 0.81 qram, içərisində narkotik vasitə hesab edilən şüşə olan gümüşü rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə 0.29 qram, içərisində narkotik vasitə hesab edilən şüşə olan qara rəngli seloffan büküm içərisində olan kütlə ilə birlikdə 0.18 qram olmuşdur. Aşkar edilmiş narkotik vasitələr polis əməkdaşı tərəfindən 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, daha sonra həmin zərfin üzərini imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 02.04.2020-ci il tarixdən Bərdə rayon Polis şöbəsinin X3 Qrupunda əməliyyat müvəkkili vəzifəsində xidmət edir. X4 əvvəllər Bərdə şəhər sakini kimi narkotik vasitələrin aludəçisi kimi tanımış, lakin Vüqar ilə heç bir münaqişəsi və nifaqı olmamışdır. 29 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamasında şübhəli olduğundan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri elan edilmişdir. X5 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin olub-olmamasını, vardırsa könüllü təqdim etməsini bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən 2 ədəd “şəffaf” sellofan bükülüləri çıxarıb təqdim edərək, həmin kağızların içərisində narkotiK vasitə olan marixuanna və metamfetamin olduğunu bildirmişdir. Həmin kağızların içərisinə baxış keçirilmiş, baxış keçirilərkən içərisində narkotik vasitə hesab edilən nəşə olan büküm içərisindəki kütlə ilə birlikdə 0.81 qram, içərisində narkotik vasitə hesab edilən şüşə olan gümüşü rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə 0.29 qram, içərisində narkotik vasitə hesab edilən şüşə olan qara rəngli seloffan büküm içərisində olan kütlə ilə birlikdə 0.18 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr zərfin içərisinə qoyularaq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq götürülmüşdsür. X5 tərəfindən tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri 2-3 gün əvvəl Bərdə şəhəri “Sarayın dairəsi” adlanan yerin yaxınlığında olan vaxt yerdə “Arqo” markalı siqaret qutusunu tapdığını, həmin siqaret qutusunu yerdən götürüb içərisinə baxdıqda içərisində 2 ədəd şəffaf sellofan bükülü olduğunu, bükülülərin birinin içərisində gümüşü rəngli siqaret bükümündə narkotik vasitə olan nəşə, digər bükümdə isə gümüşü və qara rəngli bükümlərdə narkotik vasitə hesab edilən şüşə aşkarladığını, həmin narkotik vasitələri istifadə etdiyi üçün həmin vasitəni üzərində saxladığını və bu barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid4 Hafiz oğlu Şahid1 ifadəsinə uyğun ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16/97 saylı 30 yanvar 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə.” sözləri və imzalar olan zərfdəki: -1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş “gümüşü” rəngli kağız bükümdə və 1 ədəd qara rəngli polietlen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram, 0,073 qram, ümumi təmiz çəkisi 0,244 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,389 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Metemfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildi. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21 aprel 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən 0,389 qram marixauana çıxması hissəsində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş və Təqsirləndirilən şəxs həmin xüsusat üzrə əməlində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsinin tərkibi əlamətləri olduğundan həmin maddə ilə barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün material ayrılaraq Bərdə rayon Polis şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 418 saylı 20 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə ümumi təmiz çəkisi 0,244 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib qanunsuz olaraq üzərində saxlamış, 29 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində X7 şəhəri, C.Məmmədquluzadə küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ arxa cibindən satış məqsədi olmadan saxladığı 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş “gümüşü” rəngli kağız bükümdə və 1 ədəd qara rəngli polietilən kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram və 0,073 qram, ümumi təmiz çəkisi 0,244 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 01.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2066 saylı 24 fevral 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 2-də yaşayır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə yuxarı həddə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 29 yanvar 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 31 yanvar 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci ildən 31 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 30 yanvar 2021-ci il tarixli 16/97 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 64 manat 80 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,204 qram çəkidə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci ildən 31 yanvar 2021-ci ilədək tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,204 qram çəkidə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar