Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-124/2021 20.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Ələkbər oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, nümayəndəsi X3, müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs Bərdə Rayon Məhkəməsinin bütün tərkibinə vermiş olduğu etiraza qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.2-ci maddəsi ilə ittiham edilərək məhkəməyə verilmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs məhkəməyə etiraz verərək, Bərdə Rayon Məhkəməsinin bütün tərkibinə etiraz etdiyini və işin başqa məhkəmədə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslərin valideynlərin rayonda nüfüzlu şəxslərdir. Bərdə rayon prokurorluğunda və Bərdə Rayon Məhkəməsində işə baxılmasına müdaxilə edirlər. Məhkəmə iclaslarında və ondan kənarda təqsirləndirilən şəxsin və onun yaxın qohumlarının təzyiqlərinə məruz qalır və ona psixi təsir edirlər. Məhkəməyə verilmiş vəsatətlərin hamısı rədd edilir. Çünki o kənar yerin, təqsirləndirilən şəxs isə Bərdə rayon sakinidir. Ona görə də Bərdə Rayon Məhkəməsinin tam tərkibinə etiraz edir. Dövlət ittihamçısı etirazın təmin edilməməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və X3 etirazın təmin edilməsini xahiş etdilər. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi etirazın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinləyib, təqdim edilmiş etirazı və cinayət işinin materiallarını araşdırıb hesab edir ki, etiraz baxılması Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra MPM) 107.1-ci maddəsinə əsasən, cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. Həmin Məcəllənin 107.3.3-cü maddəsinə əsasən, hakimə cinayət prosesinin istənilən iştirakçısı tərəfindən yalnız məhkəmə istintaqı başlananadək, məhkəmə istintaqı başlandıqdan sonra isə yalnız cinayət prosesinin etiraz edən hər hansı iştirakçısı müvafiq şəxsin prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum olduğunu sübut etdikdə etiraz edilə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə edilmiş etirazla bağlı məsələnin həlli Bərdə Rayon Məhkəməsinin sədrinin də səlahiyyətinə aid deyildir. Belə ki, məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, etiraz Bərdə Rayon Məhkəməsinin tam tərkibinə edilmişdir. Etirazdan həmçinin görünür ki, ümumilikdə etiraz etmiş şəxs işə Bərdə Rayon Məhkəməsində deyil başqa rayon məhkəməsində baxılmasını xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, etirazla bağlı məsələnin həll edilməsi üçün etiraz cinayət işi ilə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. CPM-in 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı - apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Həmin Məcəllənin 321.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. Həmin Məcəllənin 321.2.3-cü maddəsinə əsasən, müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan etirazlar barədə qərarlar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, CPM-in 109.3.3-cü maddəsinə əsasən məhkəmənin bütün tərkibinə edilmiş etirazın həlli apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan və işə baxan hakimin sədrliyi ilə işə baxılacağı təqdirdə gələcəkdə çıxarılacaq hər hansı qərarın obyektivliyinə şübhələrin olmaması məqsədi ilə zərərçəkmiş şəxs tərəfindən Bərdə Rayon Məhkəməsinin bütün tərkibinə edilmiş etiraz məsələsi müzakirə edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və CPM-in 107 və 109-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs Bərdə Rayon Məhkəməsinin bütün tərkibinə vermiş olduğu etiraz məsələsi müzakirə edilməsi üçün cinayət işi ilə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(021)-124/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-124/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver