Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-13/2021 22.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Müdafiəçi ştirakları ilə, xx.xx.1960-cı ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Füzuli küçəsi, ev 29-da yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş 08 sentyabr 2021-ci il tarixdə vəfat etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyətilə qəsdən dələduzluq yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə Bakı şəhəri, Novxanı qəsəbəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs sonuncunun oğlu Akifə təqaüd düzəltmək barədə yalan vədlər verib aldatma yolu ilə etibarından sui-istifadə edib 09 sentyabr 2019-cu il tarixdə Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən «Təzə bazar»ın yaxınlığında 3000 (üç min) manat pulunu, cinayətkar əməlinin davamı kimi 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhərindən taksi vasitəsilə göndərilmiş 2400 (iki min dörd yüz) manat pulu Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən avtoğzalda götürərək, ümumilikdə 5400 (beş min dörd yüz) manat pulu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, cinayət işinin 54-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 55-ci vərəqəsində olan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün şəxsin tutulması haqqında 02 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsi üçün tutulması qərara alınmışdır. Cinayət işinin 63-cü vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 16.10.2020-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.10.2020-ci il tarixdə tutularaq Bərdə RPŞİ-in MSY-yə təhvil verilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 16 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-96-cı vərərəqələrində olan Bərdə rayon Məhkəməsinin 1(021)6/2014 saylı 08.01.2015-ci il tarixli Hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 50-51-ci vərərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 08.01.2015-ci ildə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Cinayət işinin 92-ci vərərəqəsində olan Amnistiya aktının tətbiq edilməsi barədə 14.07.2016-cı il tarixli Qərardan görünür ki, “28 may-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 08.01.2015-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1500 manat cərimə cəzasından azad edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödəməmişdir, hazırda təsirləndirilən şəxsdən şikayətçidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı işdə olan təkzibolunmaz dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 yanvar 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs vəfat etmişdir. İş materiallarında olan Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Ölüm haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs 30.12.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən Ağdam rayon Qiyaslı kənd İcra Nümayəndəliyinə Təqsirləndirilən şəxs yaxın qohumlarının hüquqi varis qismində tanınmaq istəklərinin olub-olmaması və şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə məsələsinə münasibət bildirmələri barədə sorğu verilmiş, lakin bildirilmişdir ki, Təqsirləndirilən şəxs ailə üzvləri Bərdə rayon Qaradəmirçi kəndində məskunlaşıblar. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11-289 saylı, 22.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri X1, X2, X3, X4, X6 hazırda məlum olmayan ərazidə yaşayırlar. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs 30 dekabr 2020-ci il tarixdə öldüyündən onun Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.5-ci maddəsində nəzərdə tutulur ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 300.1 və 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Bu Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 299, 300, 301, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-13/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-13/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver