Məhkəmə qərarları › İş №1(021)-25/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-25/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-25/2021 29.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1971-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bərdə rayon məhkəməsinin 06.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 178.2.2ci maddəsi ilə 01 il şərti sınaq müddəti təyin edilməklə 01 il 10 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bərdə rayon məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 178.2.2-ci maddəsi ilə 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin 11.12.2020-cü il tarixli 7(021)84/2021 saylı qərarı ilə Bərdə rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasında şərti məhkum etmə ləğv edilmiş, üzərində 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda cəzasını çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 vıə 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə təqaüd düzəltmək barədə yalan vədlər verərək etibarlarından sui-istifadə edib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyətlə Zərərçəkmiş şəxs2 yaxın qohumu həkim olmasını bildirməklə Zərərçəkmiş şəxs2 özünə, arvadı Şahid2, oğlu Şahid3 təqaüd düzəltmək barədə yalan vədlər verərək aldatma yolu ilə etibarından sui-istifadə edib 2019-cu ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək olan müddət ərzində Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Simpatiya” mağazasında 6500 (altı min beş yüz) manat pulu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 6500 (altı min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, vahid niyyətlə X2 yaxın qohumunun həkim olmasını bildirməklə Zərərçəkmiş şəxs3 özünə, əri X6, qızı Şahid6, qızı Şahid5 və qohumu X1 təqaüd düzəltmək barədə yalan vədlər verərək aldatma yolu ilə etibarından sui-istifadə edib 2019-cu ilin sentyabr ayında Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Simpatiya” mağazasında 9400 (doqquz min dörd yüz) manat pulu ələ keçirib talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 9400 (doqquz min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2019-cu ilin noyabr ayında tanışı cinayət barədə məlumatı olmayan şəxs Zərərçəkmiş şəxs3 Müxtar qızı vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 yaxın qohumunun həkim olmasını bildirməklə 900 (doqquz yüz) manata sonuncunun özünə təqaüd düzəldəcəyi adı ilə yalan vədlər verib aldatma yolu ilə etibarından sui-istifadə edib Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Simpatiya” mağazasında Zərərçəkmiş şəxs1 900 (doqquz yüz) manat ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Bərdə rayon məhkəməsinin 06.02.2018-ci il və 28.01.2019cu il tarixli hökmləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmişdir. O, 2013-cü il tarixdə əri Altay ilə uşaqlarına baxmadığını görə boşanmışdır. Onun Altay ilə nigahdan 2 oğlan və 5 qız övladı olmuşdur. X7 onun ögey xalası oğludur. Rəfail Bərdə rayon “X16 Komissiyasının” sədri vəzifəsində çalışır. O, əvvəlki izahat və ifadəsində Şəmsəddindən aldığı 6500 manatın 6000 manatını, Fəridədən aldığı 9400 manatın 9000 manatını, Natiqdən aldığı 900 manat pulun 800 manatını və Adildən aldığı 400 manatı qohumu Rəfailə verdiyini göstərsədə həmin pulları o, Rəfailə verməmişdir. Həmin pulları o, əvvəlcədən dələduzluq edərək ələ keçirmişdir. Həmin pulları o, aldıqdan sonra onda olmuşdur. O, çox uşaqlı ana olduğundan və övladlarının ikisinin əməliyyata ehtiyyacı olduğundan dələduzluq etmiş və həmin pulları özü almışdır. O, 2019-cu ilin iyul ayının sonlarında “Simpatiya” adlı mağazada satıcı kimi işləməyə başlamışdır. “Simpatiya” mağazasında xadimə işləyən Şahid2 ilə yaxın münasibətləri olmuşdur. O, Reyhanın diabet xəstəsi olmasını, həmçinin Reyhanın ərinin Şəmsəddinin beyininə qan çatışmazlığı xəstəsi olmasından söhbət edərkən, Reyhana pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. O, 2019-cu ilin avqust ayının əvvələrindən 2019-cu ilin sentyabr ayınadək olan müddət ərzində o, pensiya düzəltməkdə köməklik etmək adı ilə Şəmsəddin, Reyhan və Əvəz üçün ümumilikdə 6500 manat pul almışdır. Pulları ona Şəmsəddin və Reyhan vermişdir. Həmin pulun 2500 manatı Şəmsəddinə, 2500 manatı Reyhana və 1500 manatı Əvəzə pensiya düzəlməsi üçün vermişdir. O, aldatdığı şəxslərin ona inanması üçün “Tibbi Sosial Ekspert Komissiyasının” yerləşdiyi Bərdə şəhər poliklinikasına getmişdir. Sonradan pensiya düzəlmədikdə ondan pulları tələb edən Reyhana 2020-ci ilin fevral ayında 400 manat pul vermişdir. Həmçinin həmin vaxt “Simpatiya” mağazasında mühasib işləyən Fəridə adlı qadınla onun dostluq münasibəti yaranmışdır. Fəridə ona etibar etmişdir. O, yalandan Fəridəyə “Tibbi Sosial Ekspert Komisiyasının” sədri Rafael Quliyevin onun xalası oğlu olmasını, Rəfailin pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. Daha sonra o, Fəridənin yanına gəldikdə, Fəridə ondan pensiya müqabilində hansı miqdarda pulun lazım olduğunu demiş, o, Fəridəyə adam başı 2000 manat lazım olduğunu demişdir. 2019-cu ilin sentyabr ayında Fəridə ona “Simpatiya” mağazasında özü, əri, 2 uşağı və bacısı qızına pensiya düzəltməyi üçün hissə-hissə, ümumilikdə isə 9400 manat pul və xəstəliklə bağlı sənədlər vermişdir. O, Fəridəyə pensiyaların 2019-cu ilin 15 oktyabr ayınadək olan müddət ərzində düzəldəcəyini demişdir. O, 9400 pulu Fəridədən götürdükdən sonra Bərdə şəhər poliklinikasının köhnə binasında yerləşən “Tibbi Sosial Ekpsert Komisiyyasına” tanımadığı taksi ilə getmişdir. O, poliklikanın qarşısında taksini saxlatmış və bundan sonra poklinikanın arxasına, keçmişdir. O, orada yalandan pəncərədən içəri sənədlər atmışdır. O, “Simpatiya” qayıtdıqda Fəridəyə pulları və sənədləri Rəfael həkimə verdiyini demişdir. 2019-cu ilin noyabr ayında Fəridə onun yanına gələrək adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 pensiya düzəldə biləcəyini soruşmuşdur. O, Fəridəyə Natiqə pensiya düzəlməsində köməklik edə biləcəyini demişdir. Həmin vaxt “Simpatiya” mağazasında Fəridə ona 900 manat pul və Natiqə məxsus xəstəlik tarixini gətirmişdir. O, həmin pullarıda götürmüşdür. Fəridə, Adil və Natiq elə bilirdiki pulları o, Rəfaelə vermişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, əvvəlki məhkumluğunda da Rəfailin adından istifadə etmiş, o, camaatın ona inanması üçün Rəfailin adından istifadə etmişdir. Əslində Rəfailin onun dələduzluq etməyindən xəbəri olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkdiyini bildirdi. Həmçinin o qeyd etmişdir ki, aldığı puların bir qismini X4 vermişdir ki, o da öz növbəsində alver edib pul qazanaraq ona da əlavə pul verəcəkdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstədi ki, o, Şahid1 ilə qudadır, Adil ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs3 o, 20 ilə yaxındır ki, tanıyır, Fəridə işləyən yerin yaxınlığında yaşamış, onun Fəridə ilə yaxın münasibəti olmamış, Fəridənin həyat yoldaşı Müslim ilə onun yoldaşlıq münasibəti olmuşdur. Onun Fəridə ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2019-cu ilin noyabr ayında Adil ona Dilbər adlı qadının sosial yardı düzəldilməsində köməklik edə biləcəyini bildirmişdir. O, Dilbərin Fəridə ilə birlikdə Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən “Simpatiya” mağazasında işlədiyini öyrənərək Fəridənin yanına getmişdir. O, Fəridədən Dilbərə inana biləcəyini soruşmuşdur. Fəridə Dilbərə inana biləcəyini bildirmiş, Fəridə Dilbərə 9400 manat verməsini və Fəridəyədə pul pensiya düzəldəcəyini demişdir. Bundan sonra o, Fəridəyə 900 manat pul vermişdir. Fəridə pulu Dilbərə ona pensiya düzəlməsində köməklik etməsi üçün verməli olmuşdur. O, Fəridəyə pulu və həmçinin xəstəlik tarixini verdikdən sonra Fəridə ona pulu və xəstəlik tarixini Dilbərə çatacağını demişdir. İlin axrına kimi Fəridə Dilbərin ona köməklik edəcəyini bildirmişdir. Lakin o, Fəridəyə və Dilbərə pensiya düzəltməsini bildirsədə, Dilbər sosial yardım düzəltməkdə köməklik etməmiş, bundan sonra isə o, 900 manat pulunu tələb etsədə, bu günədək Dilbər onun pulunu qaytarmamışdır. Dilbər məndən başqa, qudası Adilə pensiya düzəlməsində köməklik adı ilə 400 manat almış və Fəridən isə 9400 manat pulu pensiya düzəlməsində köməklik adı ilə almış, lakin Adil və Fəridənin bu günədək pulları geri qaytarmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Dilbərə 2019-cu ilin noyabr ayında Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən “Simpatiya” mağazaspında mənə pensiya düzəltməsində köməklik etməsində 900 manat pul vermişdir. Həmin Dilbərə çatmışdır və Dilbər onun pulunu dələduzluqla ələ keçirmiş, həmin puldan 400 manat ödəmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayından tanıyır. Dilbər onun arvadı Reyhan ilə birlikdə Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən Simpatiya mağazasında işləmişdir. Onun arvadı şəkərli diabet xətəliyindən əziyyət çəkmişdir. Dilbər Reyhana bununla təqaüd düzəldə biləcəyini demişdir. Reyhan bu məsələni ona demişdir. O, Dilbərin özüylə söhbət etmişdir. Dilbər ondan arvadı Reyhanı, onu və oğlu Əvəzi pensiya çıxartmağına köməklik etməsi üçün hərəsinə 500 manat pul istəmişdir. O, təxminən 2019-cu ilin avqust ayında Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən Simpatiya mağazasında Dilbərə arvadı Reyhana pensiya düzəlməsində köməklik etməsi üçün 500 manat pul vermişdir. Təxminən bir həftə sonra o, Dilbərə özünə pensiya düzəltməsi üçün yenidən 500 manat pul vermişdir. O, oğlu Əvəz üçündə pensiya düzəltmək qərarına gəlmişdir. Bir neçə gün sonra Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən Simpatiya mağazasında oğlu Əvəzə pensiya düzəlməsi üçün yenidən Dilbərə 500 manat pul vermişdir. Dilbər ona pulu Rəfailə verməsini demişdir. O, Dilbərdən xəbərsiz polklinikaya getmişdir. O, poklinikanın qarşısnda dayanan zaman Dilbərin mikroavtobusla gələrək polklinikaya getməsini görmüşdür. O, Dilbərin pulu Rəfailə verməsini görməmiş, lakin Dilbər polklinikaya getməsini gördükdə Dilbərə inamı artmışdır. O, pulu verdikdən sonra Əvəzə bu barədə demiş və Əvəz ona qarşı olmamışdır. Daha sonra 2019-cu ilin sentyabr ayına kimi Dilbər müxtəlif sənədləri ona, Reyhana və Əvəzə düzəltməsi üçün hər dəfə 400, 500 və 800 manat pul istəmişdir. O, həmin pulları Reyhan vasitəsi ilə Dilbərə “Simpatiya” mağazında çatdırmışdır. Ümumilikdə o, Dilbərə özü üçün 2500 manat, Rehan üçün 2500 manat və oğlu Əvəz üçün 1500 manat pul vermişdir. Dilbər dələduzluq edərək onun 6500 manat pulunu ələ keçirmişdir. O, pensiyaların düzəlməməsini gördükdən Dilbərini pullarını tələb etmişdir. Bu səbəbdən Dilbər 2020-ci ilin fevral ayında ona aldığı puldan 400 manatı geri qaytarmışdır. Dilbər onu aldatmış və pullarını bu günədək qaytarmamaqdadır. O, 6100 manat pulunu Dilbərdən tələb edirdir. Həmçinin Zərərçəkmiş şəxs2 Dilbərə 6500 manat pulu Dilbər ona, oğlu Əvəzə və arvadına pensiya düzəltməsində köməklik etməsi üçün vermişdir. İlkin izahatında oğlunun adı hallanmamasında ötrü göstərməmişdir. Hazırda Təqsirləndirilən şəxs pulunu tələb edir və ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 2018-ci ilin iyun ayından Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Simpatiya” mağazasında mühasib vəzifəsində çalışmağa başlamışdır. 2019-cu ilin iyul ayının sonlarında onun işlədiyi mağazada Dilbər adlı şəxs satıcı işləməyə başlamışdır. Həmin vaxtdan onun Dilbər ilə iş yoldaşı kimi münasibəti olmuşdur. 2019-cu ilin avqust ayının sonlarında Dilbər ona yaxınlaşaraq “Tibbi Sosial Ekspert Komisiyasının” sədri Rafael Quliyevin xalası oğlu olmağını və ona pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. O, Dilbərlə razılaşmışdır. Bundan sonra o, Dilbərə özünün, əri X12, uşaqları Şahid6 və X8, həmçinin bacısı qızı X3 pensiya çıxarda biləcəyini soruşmuşdur. Dilbər ona saydıqları şəxsləri Rafael həkim vasitəsilə çıxarda biləcəyini və bunun müqabilində adam başı 2000 manat lazım olduğunu demişdir. 2019-cu ilin sentyabr ayının əvvələrindən ortalarını qədər olan müddət ərzində o, Dilbərə özü, əri, 2 uşağı və bacısı qızını pensiya çıxartmaqda köməklik etməsi üçün ümumilikdə 9400 manat pul vermiş, uşaqlara lazım olan 4000 manat əvəzinə o, 3400 manat pul vermişdir. Dilbər isə 2019-cu ilin oktyabr ayının 15-dək pensiyanın düzəlməsini ona demişdir. Təxminən 2019-cu ilin sentyabr ayının 3-də o, 2000 manat pulu və xəstəlik tarixini Dilbərə pensiya düzəltməsi üçün verdikdən sonra Dilbər ona pulu Rafael həkimə aparmağını demişdir. Dilbər taksiyə əyləşərək “Tibbi Sosial Ekspert Komisiyası”na getmişdir. O, isə Dilbərdən xəbərsiz taksiyə əyləşərək Dilbərin arxasınca getmişdir. Bu zaman Dilbər taksini Bərdə şəhəri keçmiş Poliklinikasının qarşısında saxlatmışdır. Taksidən düşüb keçmiş Təcili tibbi yardımın qarşıyla binanın arxa tərəfinə keçmişdir. Həmin hissədə “Tibbi Sosial Ekspert Komisiya”nın pəncələri olmuşdur. Həmin pəncələrdən birinə Dilbər yaxınlaşaraq verdiyi 2000 manat pul və sənədləri pəncərədən içəri uzatmış və həmin pəncərədən üzünü görmədiyi şəxs pulu və sənədləri götürmüşdür. O, bundan sonra işə qayıtmışdır. Bir az sonra Dilbər işə qayıtdıqda o, Dilbərdən pulu və sənədləri kimə verməsini soruşmuşdur. Dilbər ona pulu və sənədləri “Tibbi Sosial Ekspert Komisiyasının” olan binanın pəncərəsindən Rafael adlı şəxsə verdiyini bildirmişdir. Bundan sonra o, Dilbərə tam inanmış və dediyi kimi yerdə qalan məbləği Dilbərə vermişdir. Oktyabr ayı gəldikdə o, Dilbərdən işlərini düzəltməsini tələb etmişdir. Dilbər vaxtı bir azda uzatmış, lakin pensiya düzəltməmişdir. Bu zaman Dilbər ona “Tibbi Sosial Ekspert Komisiyasında” işləyən Rüzbəy adlı şəxsin və Rafaelin pulu qaytaracağını ona demişdir. Lakin bu günədək Dilbər ona söz verdiyi kimi pensiya düzəltməmiş və ondan ümumilikdə aldığı 9400 manatı qaytarmamışdır. O, dəfələrlə pulunu Dilbərdən tələb etsədə Dilbər pulu bu günədək qaytarmamaqdadır. Həmçinin Zərərçəkmiş şəxs3 ifadəsində 2019-cu ilin noyabr ayında o, Bərdə şəhərində yerləşən “Kapital Banka” çıxarış alması üçün getmişdir. Həmin vaxt Leyla ilə rastlaşmışdır. Leyla ondan Zərərçəkmiş şəxs1 onun işlədiyi yerə gəldikdə, onun Natiqə Dilbərə göstərməyini xahiş etmişdir. Natiq o, işləyən yerə gəldikdə Natiqi Dilbər ilə görüşdürmüşdür. Natiq ona Dilbərə verməyi üçün 900 manat pul və xəstəlik tarixini vermişdir. O, həmin gün pulları və xəstəlik tarixini Dilbərə vermişdir. Onun həmin puldan və ya hər hansı bir digər marağı olmamışdır. O, qorxduğundan izahatında Natiqin pulları özünün verməsini göstərmişdir. O, Dilbər adlı şəxsə 2019-cu ilin sentyabr ayının əvvələrindən ortalarını qədər olan müddət ərzində özü, əri, 2 uşağı və bacısı qızını pensiya çıxartmaqda köməklik etməsi üçün ümumilikdə 9400 manat pul vermişdir. Həmin pullar ona məxsusdur və hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs pulunu tələb edir və ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 ilə o, 1990-cı ildən tanımış, o, Fəridə ilə birlikdə “Əmanət” bankında birlikdə işləmişdir. 2019-cu ilin noyabr ayında Dilbər adlı şəxsi o, Fəridənin vasitəsi ilə tanımışdır. Fəridə ona bir yerdə işlədiyi Dilbər adlı qadının sosial yardı düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. O, Fəridəyə Dilbərin onada sosial yardı düzəldə biləcəyi baradə soruşmuşdur. Fəridə ona Dilbərin köməklik edə biləcəyini demişdir. Fəridə ona “Tibb Sosial Ekspert Komisiyası”nın sədri Rafailin Dilbərin xalası oğlu olmağını demişdir. O, bundan sonra Fəridə ilə birlikdə Dilbər adlı şəxslə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Simpatiya” mağazasında görüşmüşdür. Mağazada Dilbər ona pensiya düzəltməkdə köməklik edəcəyini demiş və bunun müqabilində 1000 manat rüsüm pulunun lazım olduğunu bildirmişdir. O, Dilbərə 400 manat pul verə biləcəyini bildirdikdə, Dilbər 400 manatı ondan götürərək, gələcəkdə pensiya aldıqda yerdə qalan 600 manatı verəcəyini demişdir. O, Dilbərlə razılaşaraq, Dilbərə 400 manatı Fəridənin yanında vermişdir. Dilbər ona 2019-cu ilin dekabr ayında sosial yardımın düzələcəyini desədə bu günədək ona sosial yardı düzəlməmişdir. Dilbər adlı şəxs onu aldadaraq 400 manat pulunu ələ keçirmişdir. Onunla birlikdə Dilbər Natiqdən pensiya düzəltməsi adı ilə 900 manat pul almış və Fəridədən pensiya düzəltməsi adı ilə 9400 manat pul alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa isə Dilbər Zərərçəkmiş şəxs2 6500 manatı pensiya düzəltməsi adı pul alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Şahid1 ifadəsində göstərdi ki, o, Dilbər adlı şəxsə 400 manat pulu ona pensiya düzəltməsi üçün vermişdir. Dilbər ona pensiya düzəltməmiş və o, Dilbərdən pulunu qaytarmasını xahiş etdikdə Dilbər ona pulu qaytaracağını demiş, lakin pulunuda bu günədək qaytarmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs o, 2019-cu ilin avqust ayından tanıyır. Belə ki, o, Reyhan ilə birlikdə Bərdə rayonun yerləşən Simpatiya mağazasında işləmişdir. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Dilbər ona bununla bağlı təqaüd düzəldə biləcəyini demişdir. Belə ki, Dilbərin xalası oğlu Rəfailin TSEK-də işlədiyini və pensiya düzəltmək işinə baxdığını ona demişdir. O, bu məsələ ilə bağlı əri Şəmsəddinə söhbət etmişdir. Bundan sonra Şəmsəddin özü Dilbər ilə onun pensiya çığmağını danışmışdır. Dilbər Şəmsəddindən arvadı Reyhanı və özünü təqaüdə çıxartmağına köməklik etməsi üçün hərəsinə 500 manat pul istəmişdir. Şəmsəddin təxminən 2019-cu ilin avqust ayındə Bərdə rayonu Simpatiya mağazasında Dilbərə onu, oğlu Əvəzi və yoldaşına təqaüd düzəltməsi üçün 1000 manat pul vermişdir. Daha sonra 2019-cu ilin sentyabr ayına kimi Dilbər müxtəlif sənədləri onu düzəltməsi üçün 400, 500, 800 manatla ümumilikdə 6500 manat pulu Şəmsəddindən almışdır. Şəmsəddin həmin pulları Bərdə rayonun yerləşən Simpatiya mağazasında Dilbərə vermişdir. Bildirirəm ki, Dilbər onu və Şəmsəddini aldatmış, pullarını bu günədək qaytarmamaqdadır. Həmçinin Şahid2 ifadəsində göstərdi ki, o, Dilbərə 6500 manat pulu ona, oğlu Əvəzə və ərinə təqaüd düzəltməsində köməklik etməsi üçün vermişdir. Onlar ümumiyyətlə Rəfaili görməmişdir. İlkin izahatında oğlumun adı hallanmamasında ötrü onu görsətməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə istintaqı zamanı iş üzrə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində göstərdi ki, onun atası Müslüm Əliyev hal-hazırda Rusiya Federasiyasında olduğundan o, anası Fəridənin himayədəsindədir. Anası Fəridə 2018-ci il iyun aylarında Simpatiya mağazasında mühasib qismində çalımışdır. Həmin mağazada 2019-cu ilin iyul aylarında Dilbər adlı qadın çalışmağa başlamışdır. Həmin Dilbər adlı qadın onun anasına pensiya düzəltməyi təklif etmişdir. Bundan sonra anası Dilbər adlı qadına onu, bacısı Nərzini, atası Müslümü və qohumu Gülmiranı pensiya çıxartmasından ötrü Dilbərə 9400 manat pul vermişdir. Dilbərə anası Fəridə həmin pulları hissə-hissə 2019-cu ilin sentyabr ayının əvvəllərində ortalarına kimi olan müddət ərzində Simpatiya mağazasında vermişdir. Dilbər pulları aldıqdan sonra 2019-cu ilin oktyabr ayında pensiyaları düzəltməyi söz versədə, oktyabr ayında pensiyalarını düzəltməmişdir. Bundan sonra anası Fəridə pulları Dilbərdən tələb etmiş, lakin Dilbər vaxt qazanmaq üçün müxtəlif bəxanələr gətirmişdir. Bundan sonra 2020-ci ilin əvvəllərində Dilbər Bərdə şəhərindən qaçmış və anası məcbur qalıb polisə baş verən dələduzluqla bağlı məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid6 ifadəsində Şahid5 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə tərəfindən şahid qismində çağrılmış və məhkəmə istintaqı zamanı dindirilmiş X5 öz ifadəsində göstərdi ki, o, “Tibbi Sosial Ekspert Komisiyasının” sədridir. Təqsirləndirilən şəxs Əkbər qızı onun ögey xalası qızıdır. Lakin Dilbər Seyidova ilə əlaqəsi olmamışdır. Dilbər Seyidova onunla görüşməmiş, kiməsə pensiya təyin etmək üçün pul və yaxud başqa nəsə təklif etməmişdir. Umumiyyətlə onun pensiya təyin etmək səlahiyyəti yoxdur. Məhkəmə tərəfindən şahid qismində çağrılmış və məhkəmə istintaqı zamanı dindirilmiş X9 bildirdi ki, təqsirləndirlən şəxslə yaxın münasibətləri olmuş, lakin onun dələduzulq etməsindən xəbəri olmamış, ondan hər hansı pul almamışdır. Cinayət işinin 141-142-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 dekabr 2020-ci il tarixli qərardan görünür ki, 12 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 199-210-cu vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 1(021)12/2018 saylı 06.02.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 10 ay 10 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 01 il 10 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət işinin 66-71-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 1(021)12/2019 saylı 28.01.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ona təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə, ona qəti cəza 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 11.12.2020-cü il tarixli 7(021)84/2021 saylı qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin 1(021)12/2019 saylı 28.01.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasında şərti məhkum etmə ləğv edilmişdir. Təqsirləndirilən şəxs 07 dekabr 2020-ci il tarixli protokolla tutulduğu 6 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının icra olunması qərara alınmışdır. Cinayət işinin 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 06.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 178.2.2-ci maddəsi ilə 01 il şərti sınaq müddəti təyin edilməklə 01 il 10 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bərdə rayon məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 178.2.2-ci maddəsi ilə 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 66-ci vərəqəsində olan Bərdə Şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs spirtli içki içən kimi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, gənc olmasını, himayəsində 5 azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş, ona qəti olaraq təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Bərdə rayon Məhkəməsinin 11.12.2020-cü il tarixli qərarı ilə Bərdə rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasında şərti məhkum etmə ləğv edilmiş, üzərində 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının icra olunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Bərdə rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə 03 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunması və 11.12.2020-ci ildə Bərdə rayon Məhkəməsinin qərarı ilə Bərdə rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasında şərti məhkum etmənin ləğv edilməsi Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən residivlik yaratmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş, ona qəti olaraq təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Bərdə rayon Məhkəməsinin 11.12.2020-cü il tarixli qərarı ilə Bərdə rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasında şərti məhkum etmə ləğv edilmiş, üzərində 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının icra olunması, cəzasının əvvəli 11 dekabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət , Bərdə rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli hökmündən sonra baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nə əsasən Bərdə Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli qərarı üzərində saxlanılmış 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (il) il 08 (səkkiz) ay 06(altı) günü Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu tarixdən, yəni 29 mart 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bərdə Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli qərarı ilə üzərində saxlanımış 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (il) il 08 (səkkiz) ay 06 (altı) günü Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığ vaxtdan, yəni 29 mart 2021-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar