Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-33/2021 01.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs X3 iştirakı ilə xx xxxxxx 1992-ci ildə Ağdam rayonu Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Şıxlar kəndində qeydiyyatda olan və Bərdə rayonu 866 saylı qəsəbə, bina 1, mənzil 21-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu 866 saylı qəsəbə bina 1, mənzil 21-də yaşayan Zərərçəkmiş şəxs Füzuli qızının yaşadığı evdə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə kobud danışaraq sonuncuya nalayiq sözlər deməsi səbəbindən Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs baş və alın nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, beyin silkələnməsi, alının sağ yarısının qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Füzuli qızı arvadıdır. 12.01.2021-ci ildə təxminən saat 20 radələrində işdən evə gəldikdən sonra Lalənin onunla kobud danışaraq ona nalayiq sözlər deməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşdiyindən əli ilə Lalənin baş nahiyəsindən vurmuşdur. Səhvini başa düşür, əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Füzuli qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. 12 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Fərrux işdən evə gəldikdən sonra sonuncunun telefonda başqa qadınla danışdığını hiss etmiş və bu barədə Fərruxa bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, Fərrux yumruqla bir neçə dəfə alnından və başından vuraraq onu döymüşdür. DİN-nin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs Füzuli qızı məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 13 yanvar 2021-ci il tarixli 39 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, beyin silkələnməsi, alının sağ yarısının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddətinə görə qərarda göstərilən 12.01.2021ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 14 yanvar 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağdam rayon icra hakimiyyəti başçısının Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 38 saylı 14 yanvar 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Qərvənd kənd İƏD üzrə nümayəndəliyinin Şıxlar kənd sakinidir. Təqsirləndirilən şəxs əhali arasında özünü həmişə şərəfli aparmış, əhalinin dərin hörmətini qazanmışdır. Həmişə özündən böyüklərin və kiçiklərin yolunu saxlamış və onlara qarşı həmişə mehriban və qayğıkeş olmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-33/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-33/2021
01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver