Məhkəmə qərarları › İş №1(021)-46/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-46/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-46/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Nüşabə küçəsi ev 5də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə saat 1600 radələrində Bərdə rayonu Güloğlular kəndi ərazisində kafe kimi fəaliyyət göstərən iaşə obyektində xidmətin aşağı səviyyədə olması səbəbindən adı çəkilən iaşə obyektini işlədən Şahid1, Şahid2 və kafedə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisədən sonra həmin obyektdən çıxıb gedərkən obyektin önündəki qəssabxananın yaxınlığında qarşısına çıxan Zərərçəkmiş şəxs yaranmış mübahisənin nəticəsi olaraq qəsdən baş və diz nahiyələrindən vurmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ diz oynağı nahiyəsinin sıyrıqları və alın nahiyəsinin əzilmiş-sıyrılmış yaraları xəsarətlərini yetirmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən Bərdə rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləmiş və 2020-ci ilin noyabr ayının əvvəllərində tutduğu vəzifədən azad edilmişdir. 02 noyabr 2020-ci ildə saat 2000-da əvvəlcədən təyin edilmiş növbə cədvəli üzrə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Heydər Əliyev parkı”nda xidmətdə olmuşdur. Növbəti gün, yəni 03 noyabr 2020-ci ildə saat 0800-da xidmətini başa vurub növbəni aidiyyəti üzrə başqa əməkdaşa təhvil vermişdir. 03 noyabr 2020-ci ildə saat 0800da işdən evə gəlmiş, evdə heç kim olmadığından istirahət etmək məqsədilə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Prins” adlı otelə getmişdir. Təxminən saat 1400 radələrində taksi fəaliyyəti ilə məşğul olan dostu Şahid5 zəng etmiş, bir qədər sonra Ramin özünə məxsus olan VAZ-2107 markalı 90 KL-038 dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC-nin Bərdə rayon filialının yaxınlığına gəlmişdir. Avtomobilə əyləşdikdən sonra Raminə birlikdə gedib yemək yeməyi təklif etmişdir. Buna görə də Raminə avtomobili Bərdə rayonu Şorəlli kəndində yerləşən “Faiqin kafesi” deyilən yerə sürməsini bildirmişdir. Ramin avtomobili onun dediyi yerə sürərək kafenin qarşısında saxlamışdır. Ramin ilə birlikdə kafeyə daxil olub qapalı kabinetlərdən birində əyləşmişdir. Əvvəlcə, özü üçün pivə, Ramin üçün isə çay sifariş vermişdir. Pivəni içdikdən sonra isə yemək üçün kabab sifariş vermək qərarına gəlmişdir. Kafedə çalışan adının sonradan Zaur olmasını bildiyi kababçıya səslənərək kabab bişirməsini xahiş etmişdir. Zaur adlı kababçı isə ona heç bir səbəb olmadan aqressiv cavab vermişdir. Zaura 20 şiş kabab sifariş verdikdə Zaur yalnız 10 şiş kabab bişirə biləcəyini demişdir. Zaur ilə aralarında mübahisə yaranmış, aralarında mübahisə davam edərkən, əvvəlcə Şahid2, ardınca isə atası Şahid4 yaxınlaşıb ona əsəbiləşməməsini bildirmişlər. İçkili olduğundan söyüş söymüş, bu səbəbdən kafeni işlədən şəxslər onu kafenin kabinetlərindən birinə daxil etməklə sakitləşdirməyə çalışmışlar. Həmin şəxslərin əllərindən çıxaraq kabinetdən çölə qaçmışdır. Faiq, Natiq, adının sonradan Elşən olmasını bildiyi qardaşları, həmçinin kafedə müştəri qismində əyləşmiş tanımadığı digər şəxslər də kafedən çölə çıxıb onun üzərinə gəlməyə davam etmişlər. Kafedən bir qədər kənarlaşmış, ancaq kafedən çıxan çoxsaylı şəxslərdən biri, sonradan adının Zərərçəkmiş şəxs olmasını bildiyi şəxs kafenin qarşısındakı qəssabxananın yaxınlığında onun qarşısına çıxmışdır. Özünü müdafiə etmək məqsədilə həmin şəxsin baş və diz nahiyələrindən xəsarət yetirmiş, bundan sonra isə oradan uzaqlaşmış və Bərdə rayon Polis şöbəsinə gedib baş verənlər barəsində raport yazmışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxsla barışdığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə rayonu Şorəlli kəndində yerləşən “Faiqin kafesi” deyilən obyektdə hərdən fəhləlik edir. Təqsirləndirilən şəxs hadisədən təxminən bir həftə əvvəl tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 03 noyabr 2020-ci ildə təxminən saat 1600 radələrində kafedəki masalardan birində oturub nahar edərkən bir qədər aralıda yerləşən kabinetdən səs-küy gəldiyini eşitmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs kabinetdən çölə çıxıb kafedə kababçı işləyən Zaura yaxınlaşmış və kababçıya 20 şiş kabab sifariş etmək istədiyini bildirmişdir. Ancaq Zaur yalnız 10 şiş kabab bişirə biləcəyini demişdir. Bu zaman Zaur ilə Mehti arasında mübahisə yaranmışdır. Mübahisə davam edən vaxt Natiq Mehtiyə yaxınlaşıb əsəbiləşməməsini, sakitləşməsini, Zaurun kafedə sadəcə kababçı işlədiyini bildirmişdir. Mehti isə Natiqə doğru gələrək Zaurun heç bir səbəb olmadan aqressiv cavab verdiyini demişdir. Həmin vaxt Mehti və Natiq arasında yaranmış mübahisə daha da qızışmışdır. Mübahisə zamanı Mehti Natiqin və oradakı digər şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə onları təhqir etmişdir. Oturduğu masadan qalxıb Mehtiyə yaxınlaşmış və Mehtidən nə üçün söyüş söyməsinin səbəbini soruşmuşdur. Mehti onu təpiklə vurmaq istəmiş, Natiq onların arasına girib Mehtinin onu vurmasının qarşısını almağa çalışmışdır. Kafedə yediyi yeməyin pulunu ödəyib kafenin qarşısına çıxmışdır. Bir neçə dəqiqə sonra həmin yerə polis əməkdaşları gəlib Mehtini çölə çağırmışlar. Yola çıxıb getmək istəyərkən Mehti ona tərəf qaçaraq kafenin qarşısındakı qəssabxananın yaxınlığında baş nahiyəsindən zərbə endirmişdir. Zərbənin təsirindən yerə yıxılmış və başı asfalta çırpılmışdır. Daha sonra Mehti diz nahiyəsindən təpiklə vurmaqla ona xəsarətlər yetirmişdir. Bu zaman polis əməkdaşları Mehtini ondan uzaqlaşdırmışlar. Polis əməkdaşları Mehtini uzaqlaşdırdıqdan sonra Natiq onu Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada tibbi yardım göstərildikdən sonra xəsarəti ilə bağlı Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, atası Şahid4 məxsus, camaat arasında “Faiqin kafesi” kimi tanınan iaşə obyektini işlədərək ailəsini dolandırır. Həmin obyekt kafe kimi fəaliyyət göstərməklə müştərilərə həm yemək, həm isti içkilər, həm də spirtli içkilər ilə bağlı xidmət edir. Qardaşı Şahid2 da kafenin işlədilməsində ona köməklik göstərir. Bərdə rayon Polis şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs əvvəllər tanımış, normal münasibəti olmuşdur. 03 noyabr 2020-ci ildə təxminən saat 1400 radələrində kafedə olarkən Təqsirləndirilən şəxs və onunla birlikdə gələn tanımadığı şəxs içəri daxil olub qapalı kabinetlərdən birində əyləşmişdir. Təqsirləndirilən şəxs və sonradan adının Şahid5 olmasını bildiyi həmin şəxs əyləşdikdən sonra pivə və çay sifariş vermişlər. Bir qədər sonra Mehti yaxınlaşıb nəyə görə hörmətsizlik edildiyini, verdiyi çay sifarişinin hansı səbəbdən gətirilmədiyini soruşmuş və bununla bağlı iradını bildirmişdir. Təxminən saat 1600 radələrində isə Mehti kafedə kababçı işləyən Zaurun işlədiyi yerə gedərək kabab bişirməsini istədiyini demişdir. Zaur Mehtidən neçə şiş sifariş vermək istədiyini soruşduqda, Mehti Zaura 20 şiş kabab istədiyini bildirmişdir. Zaur isə yalnız 10 şiş kabab bişirə biləcəyini demişdir. Zaur ilə Mehti arasında mübahisə yaranmış, buna görə də qardaşı Natiq yaxınlaşıb Mehtiyə əsəbiləşməməsini, sakitləşməsini, Zaurun kafedə sadəcə kababçı işlədiyini, özünün kafeni işlədən şəxs olduğunu və nə sözü varsa, məhz özünə deməsini bildirmişdir. Mehti isə Zaurun heç bir səbəb olmadan aqressiv cavab verdiyini söyləmişdir. Daha sonra atası Məhəmməd onlara yaxınlaşmış və Mehtiyə əsəbiləşməməsini və sakitləşməsini bildirmişdir. Mehti isə ona “Sən bilmirsən mən kiməm. Bu günün sabahı da var” cümlələrini deyib ünvanına nalayiq ifadələr işlədərək onu söymüşdür. Bu zaman atası Məhəmməd, qardaşı Natiq və kababçı Zaur dava-dalaş yaranmaması üçün Mehtini ondan kənarlaşdırmaq istəmişlər. Sonradan mübahisə zamanı kafedə olan şəxslər Mehtini kənarlaşdırmış, Mehti kafedən çölə çıxarkən kafenin çöl tərəfində dayanan Ramil adlı müştərinin baş və diz nahiyələrindən vurmaqla, sonuncunu yerə yıxıb bədəninə təpiklə vuraraq çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, yaşadığı kənd ərazisində fəaliyyət göstərən, atası Şahid4 məxsus olan, camaat arasında “Faiqin kafesi” kimi tanınan iaşə obyektini işlətməklə ailəsini dolandırır. Həmin obyekt kafe kimi fəaliyyət göstərməklə müştərilərə həm yemək, həm isti içkilər, həm də spirtli içkilər ilə bağlı xidmət edir. Qardaşı Faiq də kafenin işlədilməsində ona köməklik göstərir. Bərdə rayon Polis şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 03 noyabr 2020-ci ildə təxminən saat 1400 radələrində kafedə olarkən Təqsirləndirilən şəxs və onunla birlikdə gələn tanımadığı şəxs içəri daxil olub kabinetlərdən birində əyləşmişdir. Mehti və sonradan adının Ramin olmasını bildiyi həmin şəxs əyləşdikdən sonra pivə və çay sifariş vermişlər. Mehtiyə çayın olmadığını demiş, Mehti çayın yerinə “Coca Cola” içkisi sifariş vermişdir. Bir qədər sonra Mehti yaxınlaşıb nəyə görə hörmətsizlik edildiyini, verdiyi çay sifarişinin hansı səbəbdən gətirilmədiyini soruşmuş və bununla bağlı iradını bildirmişdir. Təxminən saat 1600 radələrində Mehti kafedə kababçı işləyən Zaura yaxınlaşıb kabab istədiyini demişdir. Zaur Mehtidən neçə şiş sifariş vermək istədiyini soruşduqda, Mehti Zaura 20 şiş kabab bişirməsini söyləmiş, Zaur isə yalnız 10 şiş kabab bişirə biləcəyini demişdir. Kababçı Zaur ilə Mehti arasında mübahisə yaranmış, buna görə də oturduğu masadan qalxmadan Mehtiyə əsəbiləşməməsini, sakitləşməsini, Zaurun kafedə sadəcə kababçı işlədiyini, özünün kafeni işlədən şəxs olduğunu və nə sözü varsa, məhz ona deməsini bildirmişdir. Mehti isə ona doğru gələrək Zaurun heç bir səbəb olmadan aqressiv cavab verdiyini demişdir. Daha sonra atası Məhəmməd Mehtinin dayandığı yerə yaxınlaşmış və Mehtiyə dava-dalaş yaratmadan keçib yerində oturmasını söyləmişdir. Mehti isə ona “Sən bilmirsən mən kiməm. Bu günün sabahı da var” cümlələrini deyib ünvanına nalayiq ifadələr işlədərək söyüş söymüşdür. Atası Məhəmməd və kababçı Zaur dava-dalaş yaranmaması üçün Mehtini ondan kənarlaşdırmaq istəmiş, bununla belə Mehti yenidən onu təhqir etmişdir. Kafedə olan digər şəxslər yenidən Mehtini ondan bir qədər kənarlaşdırmışlar. Kababçı Zaur isə onu tutub kənara çəkməklə dava-dalaşın böyüməsinin qarşısını almışdır. Sonradan bildiyinə görə, Mehti kafedən çölə çıxan zaman kafenin çöl tərəfində dayanan Ramil adlı müştərinin başından vurmaqla yerə yıxmış və təpik zərbəsi vurmaqla çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, ehtiyatda olan zabitdir. 28 sentyabr 2020-ci ildən elan edilmiş qismən səfərbərlik ilə əlaqədar olaraq hərbi xidmətə çağırılmışdır. Həmin vaxtdan Goranboy rayonu Ağcakənd qəsəbəsində hərbi xidmətdə olmuşdur. Şahid1 və Şahid2 onun qardaşlarıdır. Faiq və Natiq Bərdə rayonu Şorəlli kəndi ərazisində yerləşən, atası Məhəmmədə məxsus və camaat arasında “Faiqin kafesi” kimi tanınan iaşə obyektini işlətmişlər. 03 noyabr 2020-ci il tarixdə xidmət etdiyi hərbi hissədən icazə almaqla səhhətində yaranan problemi həll etmək məqsədilə bir neçə saatlıq yaşadığı kəndə gəlmişdir. Həmin gün saat 1400 radələrində əvvəllər tanımadığı, Təqsirləndirilən şəxs adlı şəxs adını bilmədiyi bir nəfər şəxs ilə birlikdə kafeyə gəlib qapalı kabinetlərdən birində əyləşmişdir. Kafedə onun özündən, qardaşlarından və atasından başqa cəmi iki-üç nəfər şəxs olmuşdur. Həmin şəxslərdən biri kafedə kababçı işləyən Şahid6, digəri isə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs olmuşdur. Təxminən saat 1600 radələrində Təqsirləndirilən şəxs kabinetdən çölə çıxıb kafedə kababçı işləyən Zaura yaxınlaşmış və 20 şiş kabab sifariş etmək istədiyini bildirmişdir. Ancaq Zaur yalnız 10 şiş kabab bişirə biləcəyini demişdir. Bu zaman Zaur ilə Mehti arasında mübahisə yaranmışdır. Mübahisə davam edən vaxt qardaşı Natiq Mehtiyə yaxınlaşıb əsəbiləşməməsini, Zaurun kafedə sadəcə kababçı işlədiyini bildirmişdir. Mehti isə Natiqə doğru gələrək Zaurun heç bir səbəb olmadan aqressiv cavab verdiyini demişdir. Həmin vaxt Mehti və Natiq arasında yaranmış mübahisə daha da qızışmışdır. Mübahisə zamanı Mehti Natiqin və oradakı digər şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə söyüş söymüşdür. Oturduğu masadan qalxıb onlara yaxınlaşmış və Mehtini tutub kənara çəkməklə sakitləşməsini bildirmişdir. Mehtini sakitləşməsi üçün kafedəki qapalı kabinetlərdən birinə doğru çəkməyə çalışarkən Mehti qardaşı Natiqi vurmağa çalışmış, o isə sadəcə onları kənarlaşdırmışdır. Mehti kafedən çölə çıxaraq kafenin qarşısındakı qəssabxananın yaxınlığında qarşısına çıxan Zərərçəkmiş şəxs baş nahiyəsindən zərbə endirmişdir. Zərbənin təsirindən Ramil yerə yıxılmış və başı asfalta çırpılmışdır. Daha sonra Mehti Ramilin diz nahiyəsindən təpiklə vurmaqla xəsarətlər yetirmişdir. Bir qədər sonra polis əməkdaşları gəlib Mehtini həmin yerdən uzaqlaşdırmışlar. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 04 noyabr 2020-ci il tarixli 950 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sağ diz oynağı nahiyəsinin sıyrıqları, alın nahiyəsinin əzilmiş-sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni 03.11.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlərq. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 28 noyabr 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 5503 saylı 27 noyabr 2020-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nüşabə küçəsi ev 5-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nüşabə küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Şəhərdə keçirilən tədbirlərdə iştirak etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar