Məhkəmə qərarları › İş №1(021)-48/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-48/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-48/2021 22.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Bərdə rayonu, Uğurbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmiş Səfərov Şamxal Niyaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Səfərov Şamxal Niyaz oğlu, 30 yanvar 2021-ci il tarixdə saat 04:50 radələrində Bərdə rayonu, Kələntərli kəndində yaşayan Zərərçəkmiş şəxs ünvan 1 ünvanda əvvələr tanıdığı Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla kobud danışaraq sonuncuya nalayiq sözlər deməsi səbəbindən Təqsirləndirilən şəxs yumuruqla Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən vuraraq sonuncuya sağ gözyuvasıaltı nahiyənin qançırı, sağ qaş nahiyəsinin əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yügül zərər vurmaya aid xəsarətlər yetirmişdi. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Səfərov Şamxal Niyaz oğlu məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 30 yanvar 2021-ci il tarixdə saat təxminən 04:50 radələrinə Bərdə rayon Güloğlular kənd ərazisində yerləşən təzə bazar adlanan yerdə olarkən Zərərçəkmiş şəxs Zahid oğlu bazara getmiş və heçbir səbəb olmadan onunla kobud danışmış və bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Nihad onu nalayiq sözlərlə söyüb təhqir etmişdir, bu zaman o Nihadın onu nalayiq ifadələrlə təhqir etməsi səbəbi ilə hirslənərək yumuruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs döymüşdür. Sonra isə Nihadın yanından uzaqlaşıb getmişdir. Həmin vaxt orada heç kim olmamış və onun Zərərçəkmiş şəxs döyməsi heç kim görməmişdir. O, Zərərçəkmiş şəxs ilə aralarında mübahisənin 3-4 dəqiqə davam etdiyini bildirdi. Etdiyi əməldən peşimandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 30 yanvar 2021-ci il tarixdə saat 04 radələrində özünə məxsus “Qazel” markalı AZ **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobiliylə Bərdə rayon Güloğlular kənd ərazisində yerləşən təzə bazara gəlmişdir. O, bazarda olarkən əvəllər tanıdığı və onunla birgə bazarda alver edən Bərdə rayon Uğurbəyli kənd sakini Şamxal adlı şəxs ona yaxınlaşmış və ondan yaxınlıqda olan avtomobilin kimə məxsus olduğunu soruşmuş, o isə avtomobilin kimə məxsus olmasını bilmədiyini Şamxala bildirmişdir. Sonra isə Şamxal heç bir səbəb olmadan onu nalayiq sözlərlə təhqir etmiş, həmin vaxt o Şamxala yaxınlaşaraq onu təhqir etməsinin səbəbini soruşmuş və bu zaman Şamxal qəflətən yumuruqla sağ qaş və sağ göz nahiyəsinə vuraraq onu döymüşdür. Təqsirləndirilən şəxs onu vurduqdan sonra özünə məxsus avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmışdır. O, isə Bərdə rayon Polis Şöbəsinə gedərək Şamxalın onu döyməsi barədə məlumat vermişdir. O, hadisənin təxminən 3-4 dəqiqə ərzində baş verdiyini, kənar şəxslərin toplaşmadığını və həmin vaxt orada olmadığını bildirmişdir. Hal-hazırda Səfərov Şamxal Niyaz oğlu ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 8-10-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 30 yanvar 2021-ci il tarixli 90 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sağ gözyuvasıaltı nahiyənin qançırı, sağ qaş nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə, yəni 30 yanvar 2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 45-ci vərəqəsində olan Bərdə rayon Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyindən alınmış Səfərov Şamxal Niyaz oğlunun barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 47-ci vərəqəsində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Səfərov Şamxal Niyaz oğlunun məhkumluğu olmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs oğlu barışmışlar, onun Səfərov Şamxal Niyaz oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Beləliklə, Səfərov Şamxal Niyaz oğlunun sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs Səfərov Şamxal Niyaz oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və vurulmuş ziyanı ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HÖKM VƏ YA QƏRARİN MƏZMUNU a) Məhkum olunub: b) Bəraət alıb: tarix, CM-nin maddəsi və hökmün əsasları c) İş xitam olunub: Səfərov Şamxal Niyaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. tarix, CM-nin maddəsi və qərarın əsasları İşin məhkəmədə qeydiyyat nömrəsi 1(021)-26/2020 Hökm (qərar) qanuni qüvvəyə minib: “19 fevral 2020-ci ildə Bərdə rayon Məhkəməsi (məhkəmənin adı) Hakim: Q.M.Əbilov___________________________ (soyadı, imzası) M.Y. “____” ____________201_-ci il Orqanın qeydiyyat jurnalında “____” _____________201_ -ci ildə qeydiyyat aparıldı.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar