Məhkəmə qərarları › İş №1(021)-5/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-5/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-5/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlunun, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, evli, orta təhsilli, Yasamal rayon Məhkəməsinin 27.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum edilmiş, Suraxanı rayon Məhkəməsinin 22.04.2016-cı il tarixli qərarı ilə 03 ay 20 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, Bərdə rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin 7(021)59/2020 saylı 01.12.2020-ci il tarixli qərarı ilə Bərdə rayon Məhkəməsinin 1(021)41/2019 saylı 13 mart 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01(bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 12-də qeydiyyatda olan,barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmamış, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq yaşayış sahəsinə, habelə başqa saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli yolla talayaraq təkrarən oğurluq və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgə əmlakını açıq talayaraq təkrarən soyğunçuluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını əvəzsiz olaraq talamaq məqsədilə 15 yanvar 2020-ci il tarixdə saat təxminən 01 radələrində Bərdə rayonu Xanağalı kəndində Zərərçəkmiş şəxs2 məxsus evin həyətində yerləşən yardımçı tikiliyə nəfəslikdən qanunsuz daxil olaraq oradan 60 manat dəyərində 1 ədəd 4 litrlik latun materialdan hazırlanmış samovarı, 110 manat dəyərində 1 ədəd 9 litrlik latun materialdan hazırlanmış samovarı, 100 manat dəyərində 1 ədəd markası və firması müəyyən olmayan otbiçən maşını, 15 manat dəyərində 1 ədəd hidraforu, 20 manat dəyərində 1 ədəd 10 litr tutumlu alüminium materialdan hazırlanmış qazanı və 80 manat dəyərində 1 ədəd 10 litr tutumlu alüminium materialdan hazırlanmış qazanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 385 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını əvəzsiz olaraq vahid qəsdlə talamaq məqsədilə 05 fevral 2020-ci il tarixdə saat təxminən 20 radələrində Bərdə rayonu Yenidaşkənd kəndində Zərərçəkmiş şəxs3 məxsus evə hasardan aşmaqla qanunsuz daxil olub orada olan 1 ədəd sazı, 1 ədəd elektrik samovarını, 1 ədəd qazan dəstini, 1 ədəd aliminium teşti və 1 ədəd aliminium qazanı evin giriş qapısının yaxınlığına yerləşdirib həmin vaxt əvvəlcə 130 manat dəyərində 1 ədəd musiqi aləti olan sazı və 80 manat dəyərində 1 ədəd elektrik samovarını gizli yolla talamış, cinayət əməlinin davamı olaraq 08 fevral 2020-ci il tarixdə vahid niyyətlə əhatə olunan qəsdlə yenidən həmin evə qanunsuz daxil olaraq əvvəldən evin giriş qapısının yaxınlığında yerləşdirdiyi 180 manat dəyərində 1 ədəd qazan dəstini, 40 manat dəyərində 1 ədəd alüminium materialdan teşti və 50 manat dəyərində 1 ədəd 30 litr su tutumlu alüminium materialdan qazanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 480 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını əvəzsiz olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 10 fevral 2020-ci il tarixdə saat təxminən 15 radələrində Bərdə rayonu Xəsilli kəndində Zərərçəkmiş şəxs1 məxsus evə hasardan aşmaqla qanunsuz daxil olmuş, oradan 120 manat dəyərində 1 ədəd 2x3 metr ölçülü qırmızı ornamentli naxışlarla bəzədilmiş xalçanı, 90 manat dəyərində 1 ədəd təxminən 7 litr tutumlu odun samovarını, 15 manat dəyərində 1 ədəd gümüşü rəngli dəmir çaydanı və 100 manat dəyərində “Alonsa AL-338MG MAX2000W” yazıları olan ətçəkən maşını talayıb evdən çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs1 qohumu Şahid1 onları görüb hüquqazidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirib sonuncunun gözü qarşısında həmin əşyaları açıq yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 325 manat maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgə əmlakını açıq talayaraq soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını əvəzsiz olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 10 fevral 2020-ci il tarixdə saat təxminən 15 radələrində Bərdə rayonu Xəsilli kəndində Zərərçəkmiş şəxs1 məxsus evə hasardan aşmaqla qanunsuz daxil olmuş, oradan 120 manat dəyərində 1 ədəd 2x3 metr ölçülü qırmızı ornamentli naxışlarla bəzədilmiş xalçanı, 90 manat dəyərində 1 ədəd təxminən 7 litr tutumlu odun samovarını, 15 manat dəyərində 1 ədəd gümüşü rəngli dəmir çaydanı və 100 manat dəyərində “Alonsa AL-338MG MAX2000W” yazıları olan ətçəkən maşını talayıb evdən çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs1 qohumu Şahid1 onları görüb hüquqazidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirib sonuncunun gözü qarşısında həmin əşyaları açıq yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 325 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, evlidir, 2 azyaşlı övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə Bərdə rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun ayağına elektron qolbaq bağlamışlar. Mahiyyəti üzrə bildirdi ki, o, maddi çətinliklər yaşadığına görə vaxtaşırı olaraq Bərdə rayonun kəndlərini gəzib metal əşyalar alıb-satmaqla məşğul olur. 14 yanvar 2020-ci il tarixdə saat təxminən 12 radələrində o, yaşadığı evdən çıxıb Bərdə rayonu Xanağalı kəndinə gəlmiş, kənd ərazisində gəzib metal əşya satan olub-olmaması ilə maraqlanmış, o, kəndin içərisində tanımadığı bir evin qarşısından keçən zaman evin giriş darvazasının üzərində qıfıl olduğunu görmüş, o, qıfılı görən zaman həmin evdə heç kimin olmadığını bilmiş və həmin evdən oğurluq etmək qərarına gəlmiş, evin giriş darvazasının sol tərəfində evin həyətində yerləşən yardımçı tikilinin nəfəsliyinin olduğunu görmüş, o, həmin nəfəslik içəri daxil olmağı yəqin etmiş, lakin, gündüz saatlarında həmin evə daxil olarsa, onu kiminsə görəcəyini bildiyindən gecə saatlarında yenidən qayıtmağa qərar vermiş, kənd ərazisində bir qədər də gəzdikdən sonra çıxıb getmiş, həmin gündən növbəti günə keçən gecə, yəni 15 yanvar 2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, tanımadığı taksiyə əyləşib onu Bərdə rayonu Xanağalı kəndinə aparmasını demiş, taksi ilə kəndə gəldikdən sonra oğurluq edəcəyi evə çatmağa az qalmış taksi sürücüsünə avtomobili burada saxlamasını, qohumu evindən əşyalar götürüb gətirəcəyini, onu yenidən geri Bərdə şəhərinə qaytarmasını demiş, sürücü onunla razılaşmış, o, həmin evdən təxminən 400-500 metr məsafədə taksidən düşüb piyada evin qarşısına gəlmiş, yardımçı tikilinin nəfəsliyini itələyib açmış və oradan içəri daxil olmuş, yardımçı tikilinin içərisindən 2 ədəd samovar, 1 ədəd otbiçən maşın, 1 ədəd hidrofon, 1 ədəd təxminən 10 litr həcmli və 1 ədəd təxminən 40 litr həcmli aliminum qazanları götürüb hamısını bir torbaya yığmış və gəldiyi yerdən də çölə çıxmış, oğurladığı əşyaları taksiyə qoyub yaşadığı evə gəlmiş və əşyaları evdə gizlətmiş, növbəti gün, həmin əşyaları Bərdə şəhəri ərazisində işlənmiş əşyaların satıldığı “Qaraçı” Bazarı deyilən bazarda tanımadığı şəxslərə müxtəlif qiymətlərə satdığını bildirmişdir. Bundan başqa bildirdi ki, 05 fevral 2020-ci il tarixdə yenidən metal yığmaq qərarına gəlmiş, bu məqsədlə yaşadığı evdən çıxıb Bərdə rayonu Yenidaşkənd kəndi ərazisinə getmiş, həmin gün saat təxminən 18 radələrindən başlayaraq kənd ərazisində gəzməyə başlamış, kəndin içərisində küçə ilə hərəkət edən zaman saat təxminən 20 radələrində hava qaralan zaman tanımadığı bir evin giriş darvazasında qıfıl olduğunu və evdə işıq yanmadığını görmüş, o, evdə heç kimin olmadığını başa düşmüş və küçədə heç kimin onu görmədiyinə əmin olduqdan sonra darvazanın sağ tərəfindəki hasarın üzərindən aşmaqla evin həyətinə daxil olmuş, hasarın üzərindən evin həyətində bulağın üzərinə endikdən sonra oradan həyətə düşmüş, ev 2 mərtəbəli olmuşdur. Evin 2-ci mərtəbəsinə qalxan pilləkənin yuxarısında yerləşən pəncərənin şüşəsinin yarı hissəsinin olmadığını görmüş, həmin pəncərənin şüşəsini çıxardıqdan sonra evin içərisinə daxil olmuş, evin mətbəxinə daxil olduqdan sonra içəridəki digər əşyalar olan otağa keçmiş, oradan 1 ədəd saz, 1 qazan dəsti, 1 ədəd elektrik samovarı, 1 ədəd aliminium qazan və 1 ədəd aliminium teşt götürmüş, əşyalar çox olduğuna görə o, əvvəlcə saz və samovarı götürmüş, digər qeyd etdiyi əşyaları isə növbəti gəlişində götürən zaman asan olsun deyə evin qapısının yaxınlığına gətirib qoymuş, saz və samovarı götürüb evdən çıxmış və yaşadığı evə gəlmişdir. Bundan bir neçə gün sonra, yəni 08 fevral 2020-ci il tarixdə saat təxminən 20 radələrində yenidən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən həmin evə qayıtmış, əvvəl daxil olduğu üsulla evə daxil olduqdan sonra əvvəldən qapının yanına qoyduğu qazan dəsti, 1 ədəd teşt və 1 ədəd qazanı evdən götürüb çıxmış, növbəti gün, həmin əşyaları da Bərdə şəhəri ərazisində işlənmiş əşyaların satıldığı “Qaraçı” Bazarı deyilən bazarda tanımadığı şəxslərə 110 manata satdığını bildirmişdir. Bundan başqa bildidi ki, o, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımış, belə ki, Təqsirləndirilən şəxs2la o, qohumdur, Vidadi onun anasının bibisi nəvəsidir. O, Vidadi ilə bir küçədə yaşayır, onun Vidadi ilə münasibətləri yaxın olmuş, aralarında əvvəllər düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin fevral ayının əvvəllərində Vidadi qara rəngli QAZ-31 markalı ** CV *** dövlət nömrə nişanlı avtomobil almış, Vidadi həmin avtomobil ilə metal alveri ilə məşğul olmuşdur. 10.02.2020-ci il tarixdə saat təxminən 13 radələrində o, yaşadığı evdə olmuşdur. Həmin vaxt o, istifadəsində olan 050 *** ** ** saylı mobil nömrədən Vidadinin yadında qalmayan mobil nömrəsinə zəng edib ona kəndləri gəzib metal əşyaları alıbqayıtmaqlarını, qazanacaqları pulu da yarı-yarı bölməyi təklif etmiş, Vidadi onunla razılaşmış, o, Vidadi ilə yaşadıqları küçədə görüşmüş, Vidadiyə məxsus QAZ-31 markalı avtomobilə əyləşib yola çıxmışlar. O, Vidadiyə ayağında qolbaq olduğuna görə uzaqda yerləşən kəndlərə sürməməyini, qolbağa görə problem yaranacağını bildirmiş, ona görə də, ona Bərdə rayonu Xəsilli kəndi istiqamətində sürməyini bildirmiş, onlar həmin gün təxminən saat 14 radələrində Xəsilli kəndinə çatmışlar. Çatdıqdan sonra kəndin ərazisində bir qədər fırlanmışlar. Kənddə dəqiq yadında qalmayan bir küçəyə girmişlər, o, həmin küçədə gəzərkən bir evin çöl darvazasında qıfıl olduğunu, evin qarşısındakı otların uzandığını görmüş, həmin vaxt o, evdə heç kimin olmadığını başa düşmüş və oradan oğurluq etməyi qərara almış, Vidadi həmin evdən təxminən 150 metr sonrakı evin qarşısında avtomobili saxlamış, hər ikisi avtomobildən enmişlər. Vidadi avtomobili qarşısında saxladığı evin həyətinə daxil olmuş, oradan dəmir almaq istəmiş, evin sahibini çağırıb söhbət edən zaman o, oradan uzaqlaşıb qapısında qıfıl gördüyü evə tərəf gəlmiş, o, evin qarşısına çatdıqdan sonra darvazanın sağından hasarın üzərindən aşıb həyətə daxil olmuş, həyətdə sol tərəfdə yardımçı tikili, sağ tərəfdə isə ev yerləşmişdir. O, həyətə daxil olduqdan sonra əvvəlcə yardımçı tikiliyə tərəf getmiş, həmin qapı plastik materialdan qapı olduğuna görə o, rahatlıqla qapını möhkəm itələyib açmış, oradan bir ədəd samovarı götürmüş, samovarı götürüb həyət darvazasının yanına qoymüş, daha sonra geri həyətə qayıtmış və sağ tərəfdən yerləşən evin pəncərələrdən birini möhkəm itələyib açmış, o, açdığı pəncərədən evə daxil olmuş, daxil olduğu otaqda dəyərli əşya olmadığına görə o, növbəti otağa keçmiş, oradan 1 ədəd xalça və 1 ədəd böyük zənbilin içərisində 1 ədəd ətçəkən maşın və 1 ədəd dəmir çayniki götürüb gəldiyi yerlə evdən çölə çıxmış, həmin əşyaları da gətirib həyət darvazasının yanına qoymuş, darvazanın yanında hasarın üzərinə çıxan zaman Vidadinin küçədə onu axtardığını görmüş, o, səsləyib Vidadini çağırmış və ona avtomobili işə salıb gəlib darvazanın qarşısında çöl tərəfdə saxlamasını demiş, Vidadi avtomobili işə salıb gəlmiş, o, həyətə qayıdıb samovarı da torbanın içərəsinə qoyub darvazadan çölə atmış, daha sonra isə xalçanı hasarın üzərindən çölə atmış, daha sonra o, özü də hasarın üzərindən çölə çıxmış və əşyaları Vidadinin avtomobilinə yerləşdirmiş, o, avtomobilə əyləşən zaman arxadan onları kimsə səsləyib “dayan” demiş, o, Vidadiyə avtomobili saxlamayıb sürməsini demiş, onlar avtomobili idarə edib Xəsilli kəndindən çıxmışlar, o, yol boyu ona oğurladıqları əşyaları dərhal satıb pul əldə etməklərini təklif etsə də, Vidadi ona bir qədər səbirli olmağını, 3-4 gün gözlədikdən sonra əgər problem çıxmazsa satıb pulu yarı böləcəklərini demiş, Vidadi avtomobili idarə edib yaşadıqları küçəyə gəlmişlər, burada o, yaşadığı evin qarşısında düşmüş, Vidadi isə əşyaları götürüb öz evlərinə getmiş, o, növbəti gün Vidadinin polis əməkdaşları tərəfindən tutulduğunu eşitmiş, ona görə də, qaçıb gizlənmiş, daha sonra 20.02.2020-ci il tarixdə o, Bakı şəhərinə getmiş, orada 22.02.2020-ci il tarixdə Sabunçu rayonu ərazisində gəzən zaman polis əməkdaşları onu saxlamışlar. Onu narkoloji testdən keçən zaman narkotik vasitə qəbul etdiyi müəyyən edilmiş və onun barəsində 30 gün müddətinə inzibati həbs seçilmiş, o, inzibati həbsdə qaldıqdan sonra 23.03.2020-ci il tarixdə sərbəst buraxıldığını bildirmişdir Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində onun həmin evin qapısında qıfıl olduğunu gördüyünə görə evdə heç kim olmadığını fikirləşib həmin evi seçdiyini, həmin evin içərisindən həyətindəki yardımçı tikilinin içərisindən 2 ədəd samovar, 1 ədəd otbiçən maşın, 1 ədəd hidrofon, 1 ədəd təxminən 10 litr həcmli və 1 ədəd təxminən 40 litr həcmli aliminum qazanları oğurladığını, həmin taksi sürücüsünü tanımadığını, həmin şəxsə Xanağalı kəndində qohumlarının evindən əşyaları götürüb şəhərə qayıdacağını dediyini, həmin şəxs onun oğurluq etdiyini bilmədiyini, sadəcə ona yol pulu verdiyini və avtomobili evdən xeyli kənarda saxlayıb düşdüyünü, onun həmin evin qapısında qıfıl olduğunu gördüyünə görə evdə heç kim olmadığını fikirləşib həmin evi seçdiyini bildirmişdir. Onun sonradan Bərdə RPŞ-də həmin evin sahibinin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildiyini, həmin evdən 1 ədəd saz, 1 qazan dəsti, 1 ədəd elektrik samovarı, 1 ədəd aliminium qazan və 1 ədəd aliminium teşt oğurladığını, əvvəlcə evdən çıxan zaman Vidadiyə Xəsilli kəndinə metal almağa getdiyini dediyini, kənddə olan zaman bir evin çöl darvazasında qıfıl olduğunu görüb oğurluq etmək qərarına gəldiyini, bu barədə Vidadiyə bildirdiyini, Vidadinin də onunla razılaşdığını, həmin evin həyətinə darvazanın sağındakı hasarın üzərindən aşmaqla daxil olduğunu, həyətdə yerləşən yardımçı tikiliyə oranın plastik qapısını itələyib açmaqla, evə isə plastik pəncərəni itələyib açmaqla daxil olduğunu, onun həmin evin sahibini tanımadığını, evin çöl darvazasında qıfıl olduğunu görüb həmin evdə heç kimin yaşamadığını başa düşdüyünü, ona görə də, həmin evdən oğurluq etməyə qərar verdiklərini, həmin evdən 1 ədəd ətçəkən maşın, 1 ədəd samovar, 1 ədəd dəmir çaydan və 1 ədəd xalça oğurladılarını, tutduğu əməldən peşman olduğunu bildirmişdir. Hazırda əməlindən peşman olduğunu bildirdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Bərdə şəhəri Mehdi Hüseynzadə küçəsi ev 15 ünvanında yaşayır, evlidir, 1 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, dəmir alıb-satmaqla ailəsini dolandırır. 2020-ci ilin fevral ayının əvvəllərində QAZ-31 markalı ** CV *** dövlət nömrə nişanlı avtomobili almış, o, həmin avtomobil vasitəsilə Bərdə rayonu ərazisində gəzib evlərdən ucuz qiymətə metal əşyaları alıb baha qiymətə satmaqla məşğul olur. Təqsirləndirilən şəxs1 ilə uzaq qohumluq münasibətləri var, həmçinin, Təqsirləndirilən şəxs1lə onlar eyni küçədə qonşu yaşamışlar. Mahiyyəti üzrə bildidi ki, 10.02.2020-ci il tarixdə saat təxminən 13 radələrində o, yaşadığı evdə olmuşdur. Həmin vaxt Seymur ona tanımadığı bir nömrə ilə zəng edərək tanıdığı bir ünvanda ucuz qiymətə bir neçə metal əşya olduğunu, ona məxsus avtomobillə birlikdə gedib həmin yerdən alıbqayıtmaqlarını, qazanacaqları pulu da yarı-yarı bölməyi təklif etmiş, onunla razılaşmış, Seymur ona dəmiryolu keçidinin yanında yerləşən “İlqar” marketin qarşısında onu gözləyəcəyini demiş, o, özünə məxsus olan QAZ-31 markalı ** CV *** dövlət nömrə nişanlı avtomobili idarə edərək yaşadığı evdən çıxıb Seymur dediyi yerə gəlmiş, Seymur avtomobilə əyləşmiş, Seymur gedəcəkləri ünvanın Bərdə rayonu Xəsilli kəndində yerləşdiyini demiş, o, avtomobili həmin istiqamətdə idarə etmiş, onlar həmin gün təxminən saat 14 radələrində Xəsilli kəndinə çatmışlar. Çatdıqdan sonra Seymurun göstərdiyi yadında qalmayan bir evin qarşısına saxlamış, hər ikisidə avtomobildən düşüb evdən maraqlanan zaman onlara Seymura dəmir satacaq şəxsin evdə olmadığını, daha sonra gəlmələrini demişlər. O, xərc çəkib gəldiklərinə görə qərara almışdır ki, Xəsilli kəndini gəzərək dəmir satan birini tapıb 15-20 manat yol xərclərini çıxarsın, bu məqsədlə kəndin içərisində avtomobillə gəzməyə başlamışlar. Kəndin içərisini gəzərkən Seymur bir evin çöl darvazasında qıfıl olduğunu görmüş, Seymur ona həmin evdə heç kimin olmadığını, birlikdə oradan oğurluq etmələrini təklif etmiş, o, Seymura əvvəlcə etiraz etmiş, lakin, sonradan bilmişdir ki, “Seymur onsuzda oradan oğurluq edəcək”. O, həmin evdən təxminən 150 metr sonrakı evin qarşısında saxlamış, hər ikisidə avtomobildən enmişlər. O, avtomobili qarşısında saxladığı evin həyətinə daxil olub oradan dəmir almaq istəmiş, evin sahibini çağırıb onunla söhbət edən zaman Seymurun çıxıb getdiyini görmüş, o, başa düşmüşdür ki, Seymur oğurluq etmək üçün həmin evə getmişdir. O, oradan 18 manat dəyərində dəmir əşyaları almış, dəmiri aldıqdan sonra Seymuru götürmək üçün avtomobili idarə edib Seymurun daxil olduğu evin qarşısında saxlamış, Seymur avtomobilin səsini eşidən kimi hasarın üzərindən əvvəlcə boz rəngli böyük torbanı, daha sonra isə bir ədəd xalçanı çölə atmış, bundan sonra özü də hasarın üzərindən tullanıb avtomobilə tərəf gəlmiş, Seymur sağ arxa qapını açıb oğurladığı xalçanı və böyük torbanı avtomobilə qoymuş, özü keçib qabaq oturacaqda əyləşdikdən sonra təcili avtomobili idarə etməyini demiş, o, avtomobili idarə edib Xəsilli kəndindən çıxmış, Seymur yol boyu ona oğurladıqları əşyaları dərhal satıb pul əldə etməklərini təklif etsə də, ona bir qədər səbirli olmasını, 3-4 gün gözlədikdən sonra əgər problem çıxmazsa satıb pulu yarı böləcəklərini demiş, o, avtomobili idarə edib yaşadıqları küçəyə gəlmiş, burada Seymuru yaşadığı evin qarşısında düşürdükdən sonra malları da götürüb öz evinə gəlmiş, evdə torbanı açıb içərisində baxdıqda, orada 1 ədəd ətçəkən maşının, 1 ədəd samovarın və 1 ədəd dəmir çaynikin olduğunu görmüş, o, həmin əşyaları və xalçanı yaşadıqları evin içərisində istifadə etmədiyi otağına qoymuş və bu barədə ailə üzvlərinə heç nə deməmiş, növbəti gün polis əməkdaşları onun oğurluq törətməkdə şübhəli olduğunu deyib onu Bərdə RPŞ-yə dəvət etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin, ifadəsində evdən çıxan zaman Seymurun Xəsilli kəndinə metal almağa getdiyini fikirləşdiyini, kənddə olan zaman Seymur bir evin çöl darvazasında qıfıl olduğunu görüb oğurluq etmək qərarına gəldiyini, bu barədə ona bildirdiyini, onunla razılaşdığını, özüdə həmin evə daxil olmadıığını, həmin evə Seymur daxil olduğunu və Seymurun evə daxil olmasını görməsə də, evdən çıxan zaman bilmişdir ki, onun hasarın üzərindən aşaraq evə daxil olduğunu, həmin evin sahibini tanımadığını, Seymur evin çöl darvazasında qıfıl olduğunu gördüyünü həmin evdə heç kimin yaşamadığını başa düşdüyünü, ona görə də, həmin evdən oğurluq etməyə qərar verdiklərini, onun həmin evdən 1 ədəd ətçəkən maşın, 1 ədəd samovar, 1 ədəd dəmir çaydan və 1 ədəd xalça oğurladığını, başqa heç bir yerdən oğurluq etmədiyini, tutduğu əməldən peşman olduğunu bildirmişdir. Hazırda əməlindən peşman olduğunu, zərərin ödənilməsini və zərrəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin ifadələri ilə yanmaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bərdə rayonu Xəsilli kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Onların atası Cəlildən qalma evləri vardır. Ev onun adına rəsmiləşdirilmişdir. Əvvəllər həmin evdə digər qardaşı Fərrux yaşamış, lakin, sonradan Fərrux Rusiyaya köçdüyündən həmin evdə heç kim yaşamamış, o, özü də arabir evə gəlib baş çəkməklə hər şeyin yerində olub-olmadığını yoxlamışdır. Şahid1 Calal oğlu onun əmimisi oğludur. Mahiyyəti üzrə bildirmişdir ki, 10.02.2020-ci il tarixdə saat 15 radələrində əmisi oğlu Nadir onun mobil telefonuna zəng edərək ona məxsus evdən oğurluq olduğunu bildirmiş, o, dərhal yaşadığı evdən çıxıb həmin evə gəlmiş, burada Nadir onun evin qarşısında qara rəngli QAZ-31 markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, bir nəfərin avtomobilin sükanında əyləşdiyini, digər şəxsin hasarın üzərindən aşıb evdən oğurluq edib əlində 1 ədəd zənbil və 1 ədəd xalçanı avtomobilə qoyduğunu, Nadirin onları uzaqdan görüb saxlamasını istəsə də, həmin şəxslərin dayanmayıb qaçıb uzaqlaşdığını bildirmişdir. Həmçinin, Nadir DİN-in 102 xidmətinə zəng edərək məlumat verdiyini bildirmiş, o, evin içərisinə baxan zaman həmin şəxslərin evin pəncərəsini itələyib evə daxil olduqlarını, oradan 1 ədəd xalça, 1 ədəd samovar, 1 ədəd dəmir çaynik və 1 ədəd ətçəkən maşını oğurladıqlarını müəyyən etmiş, bundan sonra o, Bərdə RPŞ-yə ərizə ilə müraciət etmiş, daha sonra Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ona məxsus evdən oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması və evindən oğurlanmış əşyalar müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində onun evindən 1 ədəd xalça, 1 ədəd samovar, 1 ədəd dəmir çaynik və 1 ədəd ətçəkən maşının oğurlandığını, oğurlanan ət çəkən maşının “Alonsa” markalı olduğunu, onu təxminən 1 il əvvəl 200 manata aldığını, dəmir çaynik və samovarın qiymətini bilmədiyini, xalçanın isə qırmızı naxışlı olduğunu və qiymətinin təxminən 150 manat olduğunu, qeyd etdiklərindən başqa evdən dəyərli əşyanın oğurlanmadığını bildirdi. Hazırda təqsirləndirilən şəxs V.Abdinov ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirdi və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bərdə rayonu Xanağalı kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üvləri ilə birlikdə yaşayır, ailəlidir, 3 övladı var, ailəsini fərdi əməklə məşğul olmaqla dolandırır. 09 fevral 2020-ci il tarixdə Bərdə RPŞ-yə ərizə ilə müraciət etmiş, 15 yanvar 2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bərdə rayonu Alpout kəndinə getmiş, həmin vaxt saat 14-15 radələrində arvadı X1 ona zəng edərək yaşadığı ünvanda yerləşən əl damında olan 2 ədəd samovarın yoxa çıxdığını, tapa bilmədiyini bildirmiş, o, Vüsaləyə “ yəqin qonşulardan kimsə götürüb” deyib zəngi sonlandırmış, həmin gün axşam işlərini gördükdən sonra evə qayıdıb yaşadığı ünvanda əl damını axtarmağa başlamış, əl damına baxarkən 2 ədəd 4 litrlik və 9 litrlik çəkidə latun materialından hazırlanmış samovarların, 1 ədəd modelini və markasını bilmədiyi işlənməmiş otbiçən maşının, 1 ədəd işlənməmiş gidrofon, 2 ədəd 10 litrlik və 40 litrlik aliminum qazanların oğurlandığını aşkarlamış, o, dərhal kəndin polis sahə rəisi Elxan Həsənova məlumat vermişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində ona məxsus Bərdə rayonu Xanağalı kəndində yerləşən evin həyətindəki əl damından 15 yanvar 2020-ci il tarixdə səhər saatlarında naməlum şəxs və ya şəxslər 2 ədəd 2 ədəd 4 litrlik və 9 litrlik çəkidə latun materialından hazırlanmış samovarların, 1 ədəd modelini və markasını bilmədiyi işlənməmiş otbiçən maşının, 1 ədəd işlənməmiş gidrofon, 2 ədəd 10 litrlik və 40 litrlik aliminum qazanların oğurlandığını, əl damının qapısının taxta materialdan hazırlandığını, açar mexanizminin olmadığını, əl damını onun qapının üzərində olan çəkmə ilə bağladığını, sonuncu dəfə hadisədən bir gün əvvəl 14 yanvar 2020-ci il tarixdə gecə əl damına girərək əşyaları yoxladığını, oğurlanmış əşyalardan 2 ədəd samovarların 4 litrlik və 9 litrlik tutumda olduğunu, latun materialdan hazırlandığını, həmin samovarların anası Sənubərə cehiz verildiyini, qiymətinin təxminən 300 manat olduğunu, otbiçən maşını 2013-cü ildə qardaşı Nurəddinin Rusiya Federasiyasından 240 manata aldığını, markası və modelini bilmədiyini, 1 ədəd hidrofonu Bərdə şəhərində yerləşən tikinti materialları satılan mağazadan 25 manata aldığını, 2 ədəd alüminium qazanları 1980-ci il tarixdə 100 manata aldıqlarını, hazırki qiymətlərindən xəbəri olmadıqlarını bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstədi ki, Zərərçəkmiş şəxs3 onun qızıdır, Aynurə təxminən 25 ildir ki, X4 ilə ailə həyatı qurmuş, onların birgə nigahdan 2 övladları var, Aynurənin Bərdə rayonu Yenidaşkənd kəndində 2 mərtəbəli evi var, Aynurə 2 il əvvəl Rusiyaya əri Niqabın yanına gedən zaman evi ona tapşırmış, evin açarlarını ona verib Rusiyada bilmədiyi ünvanda yaşamağa başlamış, 09 fevral 2020-ci il tarixdə təxminən səhər saat 10:30 radələrində ona qızı Aynurənin evinə pəncərədən naməlum şəxslərin daxil olub oradan 7 dəst qazan dəsti, 1 dəst sabulca dəsti, 1 dəst qab servisi, 1 dəst çaynı sevis, 1 dəst rumka dəsti, 1 ədəd ətçəkən maşın, 1 ədəd çörəl bişirmək üçün aliminium teşt, 1 ədəd saz, 1 dəst çəngəlbıçaq dəstinin oğurlanması məlum olmuş, təxminən qızına bu barədə söhbət edəndə həmin əşyaların oğurlanması nəticəsində ziyan dəydiyini bilmiş, qızının Rusiyadan nə vaxt gələcəyini bilmir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Calal oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Xəsilli kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs1 onun əmisi oğludur. Onların əmisi Cəlildən qalma evləri vardır, həmin ev Cavanşirin adına rəsmiləşdirilmiş, əvvəllər həmin evdə digər əmisioğlu Fərrux yaşamış, lakin, sonradan Fərrux Rusiyaya köçdüyündən həmin evdə heç kim yaşamamış, həmin ev onun yaşadığı evin yaxınlığında yerləşir. Cavanşir özü arabir həmin evə gəlib baş çəkməklə hər şeyin yerində olub-olmadığını yoxlamışdır. Həmçinin, o, özü də evə nəzarət edirmiş. Mahiyyəti üzrə bildirmişdir ki, 10.02.2020-ci il tarixdə saat 15 radələrində o, küçədən Cavanşirin evinin darvazasının qarşısında qara rəngli QAZ-31 markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş, o, həmin avtomobilə tərəf gəlmək istəyən zaman bir nəfər şəxsin Cavanşirin evinin hasarının üzərindən aşıb yola çıxdığını və əlindəki torba ilə xalçanı avtomobilə gətirdiyini görmüş, avtomobilin sükanında əyləşən şəxs avtomobildən yerə düşmüş və hər ikisi birlikdə əşyaları avtomobilə qoymuşlar. O, səslənib onlara dayanmasını deyən zaman təcili avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Bu zaman o, dərhal DİN-in 102 xidmətinə zəng etmiş, daha sonra isə Cavanşirə zəng edib olanlar barədə danışmış və evə gəlməsini bildirmiş, bundan sonra Cavanşir evə gəlmiş, onlar evə baxan zaman həmin şəxsin evin pəncərəsini itələyib açmaqla evə daxil olduğunu, oradan 1 ədəd samovar, 1 ədəd dəmir çaynik, 1 ədəd ətçəkən maşın və 1 ədəd xalça oğurladığını müəyyən etmişlər, daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirdiqlərini bildirmişdir. Şahid1 həmçinin, ifadəsində onun Cavanşirin evinin qarşısında qara rəngli QAZ-31 markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, 1 nəfər şəxsin isə hasarın üzərində aşaraq Cavanşirin evindən çölə çıxdığını və əlində 1 ədəd torba ilə 1 ədəd xalça olduğunu gördüyünü, sükanda əyləşən şəxs digərinə kömək edib əşyaları avtomobilə yerləşdiyini, lakin, həmin şəxsləri kim olduğunu və evə necə daxil olduqlarını görmədiyini, həmin şəxsləri tanımadıqlarını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 148-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 24 mart 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əmlini törətdiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 174-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 186-ci vərəqəsində olan 26 mart 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin cildinin 1-ci cildinin 35-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 1-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 26 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 206-cı vərəqəsində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 20 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 98-99-cu vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 13 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama dəyişiklik edilərək, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 1(021)100\2020 saylı 16.09.2020-ci il tarixli qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, qərarın icrasının Bərdə rayon Polis Şöbəsinə həvalə edilməsi, təqsirləndirilən şəxs tapılanadək və bu barədə məhkəməyə məlumat verilənədək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 23.03.2021-ci tarixli “axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23.03.2021-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 33-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 25.05.3020-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 2-ci cildinin 34-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 455 saylı 25.05.2020-iil tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs1n Bərdə şəhər Poliklinikasının narkoloji kabinetində 21.02.2016-cı il tarixdən dispanser qeydiyyatındadır. Cinayət işinin 2-ci cildinin 63-cü vərəqəsində olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 mənfi xarakteriza olunmuşdur. Cinayət işinin 2-ci cildinin 36-40-cı vərəqəsində olan Bərdə rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli 1(021)41/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 7(021)59/2020 saylı 01.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayon Məhkəməsinin 1(021)41/2019 saylı 13 mart 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01(bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 1-ci cildinin 190-191-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Əliyev X2 rayon Məhkəməsinin 27.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum edilmiş, Suraxanı rayon Məhkəməsinin 22.04.2016-cı il tarixli qərarı ilə 03 ay 20 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, Bərdə rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. Cinayət işinin 1-ci cildinin 78-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 11 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Mətləb oğlu Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əmlini törətdiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin cildinin 1-ci cildinin 97-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Mətləb oğlu Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 109-cu vərəqəsində olan 13 fevral 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Mətləb oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin cildinin 2-ci cildinin 86-ci vərəqəsində olan təqsirləndirilən şəxsə yenidən ittimam elan etmə haqqında 12 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Mətləb oğluna elan edilmiş ittihama dəyişiklik edilərərk, Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 65-ci vərəqəsində olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Mətləb oğlu müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 1-ci cildinin 192-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Mətləb oğlunun məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cildinin 201-203-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30.03.2020-ci il tarixli 9/603 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə Zərərçəkmiş şəxs1 məxsus əşyaların ümumi dəyəri təxminən 325 manat müəyyən edilmiş, o cümlədən, 1 ədəd 2x3 metr ölçülü qırmızı ornamentli naxışlarla bəzədilmiş xalça – 120 manat, 1 ədəd təxminən 7 litr tutumlu odun samovarı – 90 manat, 1 ədəd gümüşü rəngli dəmir çaydan – 15 manat və 1 ədəd üzərində “ALONSA AL-338MG MAX2000V” yazıları olan ətçəkən maşın – 100 manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 26-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01.05.2020-ci il tarixli 9/657 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin yanvar-aprel aylarına olan orta bazar qiyməti ilə Zərərçəkmiş şəxs2 məxsus əşyaların ümumi dəyəri təxminən 385 manat müəyyən edilmiş, o cümlədən, 1 ədəd 4 litrlik latun materialdan hazırlanmış samovar – 60 manat, 1 ədəd 9 litrlik latun materialdan hazırlanmış samovar – 110 manat, markası və firması müəyyən olunmayan otbiçən maşın – 100 manat, 1 ədəd hidrafor – 15 manat, 1 ədəd 10 litr tutumlu alüminium materialdan hazırlanmış qazan – 20 manat, 1 ədəd 40 litr tutumlu alüminiom materialdan hazırlanmış qazan – 80 manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 122-ci vərəqəsində olan Qəbzdən görünür ki, Qəhrəmanov Cavanşir Cəlil oğlu Bərdə RPŞ–nin saxlanc yerində saxlanılan 1 ədəd samovar, 1 ədədə dəmir çaynik, 1 ədəd xalça və 1 ədəd ətçəkən maşını təhvil almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Qəhrəmanov Cavanşir Cəlil oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, onlardan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 24 mart 2020-ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 26 mart 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmiş, Bərdə rayon Məhkəməsinin 1(021)100/2020 saylı 16.09.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək, barəsində axtarış elan edilmiş, 23.03.2021-ci i tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokol tərtib olunaraq tutulmuş və Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 cəzasınnın əvvəli 23 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı iki gün müddət nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi əməldən peşman olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.2.3 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri ödəməsini, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 11 fevral 2020-ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2020-ci il tarixdə Azərbaycan təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Maddi sübut hesab olunan 1 ədəd samovar, 1 ədədə dəmir çaynik, 1 ədəd xalça və 1 ədəd ətçəkən maşının zərərçəkmiş şəxs Qəhrəmanov Cavanşir Cəlil oğluna verilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 24 mart 2020-ci il tarixindən 26 mart 2020-ci il tarixinədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 23 mart 2021- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.3 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 oğlunun 11 fevral 2020-ci il tarixindən 13 fevral 2020 -ci il tarixinədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı onun üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Bərdə rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs2 oğluna bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Maddi sübut hesab olunan 1 ədəd samovar, 1 ədədə dəmir çaynik, 1 ədəd xalça və 1 ədəd ətçəkən maşının zərərçəkmiş şəxs Qəhrəmanov Cavanşir Cəlil oğluna verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar