Məhkəmə qərarları › İş №1(021)-52/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-52/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-52/2021 17.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1986-ci il tarixdə Göranboy şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Göranboy şəhəri, S.Civəzadə küçəsi 8 saylı evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə və, xx xxxxxxxx 1987-ci il tarixdə Tərtər rayonu İsmayılbəyli kəndində doğulmuş, evli, 2 uşaq atası, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətandaşı, məhkumluğu olmayan, Tərtər rayonu İsmayilbəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 22 may 2020-ci il tarixdə Goranboy rayonu İrəvanlı kəndi ərazisində yerləşən kafedə X14 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Ağdaş rayonu Malay kəndində yaşayan Zərərçəkmiş şəxs1 tanışı Qoşqar Rəhimovun Bakı şəhəri Suraxanı rayonu ərazisində çoban işlədiyini və 600 manat pul borcunun yaranmasını bildirib həmin pulun və əlavə olaraq da vasitəçilik etdiyinə görə 150 manat pulun ona ödəməsi nəticəsində X24 rayonu Malay kəndində yerləşən Almaz Hacıyevə məxsus fermada çoban işləyəcəyinə yalan vəd verib Zərərçəkmiş şəxs1 aldadaraq 760 manat məbləğində pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə mobil telefonla zəng edib Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində yaşayan Zərərçəkmiş şəxs2 özünü Vüsal kimi təqdim edərək fermasında işləmək üçün çoban axtarmasını bildiyini deyib həmin fermada dostunun çoban işləməsi üçün 750 manat borcunun ödənilməsi nəticəsində gələcəyini bildirib 750 manat pulu Goranboy şəhərində telefon mağazası işlədən Şahid5 ilə anası Şahid1 telefonu ilə əlaqə saxlayıb Şahid5 köçürmə yolu ilə 750 manat pul göndərəcəyini, həmin pulun köçürülməsindən sonra isə Şahid5 köçürlmüş 750 manatı pulun anası Şahid1 verməsini xahiş etmiş, Şahid5 də ona həmin pul köçürməsini həyata keçirəcəyini deyib bunun müqabilində köçürüləcək 750 manat puldan 20 manat pulu xidmət haqqı kimi özü götürəcəyini deyib razılaşdıqdan sonra 750 manat pulu tanışı olan Şahid2 aid olan “**********859789950” hesab nömrəsinə göndərməsi üçün həmin hesab nömrəsini ona vermiş, o da əslində Şahid5 aid olduğunu düşündüyü “**********859789950” hesab nömrəsini öyrəndikdən sonra “**********859789950” hesab nömrəsini Zərərçəkmiş şəxs2 verib 750 manat pulu göndərməsindən sonra dostunun Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində yerləşən fermada çoban işləyəcəyinə yalan vəd verib Zərərçəkmiş şəxs2 aldatmış, Zərərçəkmiş şəxs2 isə həmin 750 manat pulu Füzuli rayonu Zobucaq qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketin qarşısında yerləşdirilmiş “Milliön” aparatı vasitəsi ilə 04 iyun 2020-ci il tarixdə Vüsal kimi bildiyi əslində Şahid2 aid olan “**********859789950” hesab nömrəsinə göndərməsindən sonra Şahid5 onunla razılaşdığı kimi tanışı Şahid2 hesab nömrəsinə göndərilmiş 750 manat puldan 20 manatını xidmət haqqı imi özü üçün götürüb geriyə qalan 730 manat pulu onun anası Şahid1 vermiş, o da bundan sonra anası Şahid1 nəğd şəkildə 730 manat ümumilikdə isə Zərərçəkmiş şəxs2 750 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 09 oktyabr 2020-ci il tarixdə Yevlax rayonu ərazisində yerləşən “köhnə avtovağzal” adlanan yerdə Temur adlı şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Göyçay rayonu Alxasava kəndində yaşayan Zərərçəkmiş şəxs3 tanışı Temur adlı şəxsin başqa yerdə çoban işlədiyini və 700 manat pul borcunun yaranmasını bildirib həmin pulun və əlavə olaraq da vasitəçilik etdiyinə görə 100 manat pulun ona ödəməsi nəticəsində Temur adlı şəxsin Göyçay rayonu Alxasava kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fermada çoban işləyəcəyinə yalan vəd verib Zərərçəkmiş şəxs3 aldadaraq 800 manat məbləğində pulu almış, davamında isə həmin gün yəni 09 oktyabr 2020-ci il tarixdə Temur adlı tanışı ilə birlikdə Yevlax rayonu ərazisində olan zaman Temur adlı tanışının Göyçay şəhəri ərazisində əlavə olaraq Zərərçəkmiş şəxs3 100 manat pul almasına razılaşdıqddan sonra Göyçay şəhəri ərazisində Temur adlı şəxs Zərərçəkmiş şəxs3 əlavə 100 manat pul alıb qaçmış, ümumilikdə Zərərçəkmiş şəxs3 900 manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 25 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Goranboy rayonu Goran qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Fizuli rayonu Kərimbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs4 özünü Nizami, Təqsirləndirilən şəxs2 isə Fərid kimi təqdim edərək yalandan əvvəlcədən Təqsirləndirilən şəxs2 fermasında çoban işlədiyinə görə yaranmış 800 manat pul borcunun ödənilməsi müqabilində Fizuli rayonu Kərimbəyli kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fermada çoban işləyəcəyinə yalan vəd verib Zərərçəkmiş şəxs4 aldadaraq 800 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və Vüsal adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nın 6 saylı yataqxanasında yaşayan Zərərçəkmiş şəxs5 əvvəlcədən tanışı Vüsal adlı şəxsin başqa yerdə çoban işlədiyini və 540 manat pul borcunun yaranmasını bildirib həmin pulun ödənməsi nəticəsində Vüsal adlı şəxsin Zərərçəkmiş şəxs5 məxsus fermada çoban işləyəcəyinə yalan vəd verib 06 dekabr 2020-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində Zərərçəkmiş şəxs5 aldadaraq 540 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 25 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Goranboy rayonu Goran qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Füzuli rayonu Kərimbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs4 özünü Fərid, Asif Kərimovu isə Nizami kimi təqdim edərək yalandan əvvəlcədən Təqsirləndirilən şəxs1 ona məxsus fermada çoban işlədiyinə görə yaranmış 800 manat pul borcunun ödənilməsi müqabilində X27 rayonu Kərimbəyli kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fermada çoban işləyəcəyinə yalan vəd verib Zərərçəkmiş şəxs4 aldadaraq 800 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və Vüsal adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 dekabr 2020-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nın 6 saylı yataqxanasında yaşayan Zərərçəkmiş şəxs5 Vüsal adlı şəxsin ona məxsus fermada çoban işlədiyinə görə yaranmış 540 manat pul borcunun ödənilməsi müqabilində Vüsal adlı şəxsin Zərərçəkmiş şəxs5 məxsus fermada çoban işləyəcəyinə yalan vəd verib Zərərçəkmiş şəxs5 aldadaraq 540 manat pulunu ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, daimi olaraq heç bir yerdə işləmir.Təxminən 3 ildir ki, müxtəlif şəxslərə çoban tapmaqda vasitəçilik edir. İşinin icrası ilə əlaqədar olaraq bir çox çoban işləyən tanışları vardır. Lakin çoban tanışlarının içərsində bir nəfər X15 var ki, Qoşqarla daha yaxşı münasibəti vardır və o, təxminən bir ildir ki, Qoşqar Kərimovu tanıyır. Qoşqar Kərimov bir neçə yerdə çoban işləmişdir. Lakin son zamanlar Qoşqar heç bir yerdə işləmimişdir. O, özündə heç bir yerdə işləmədiyi üçün o və Qoşqar asan yolla qazanc əldə etmək qərara gəlmişlər. Bunun üçün isə əgər kimsə fermasına çoban lazım olması ilə bağlı onunla əlaqə saxlasa o, həmin ferma sahibi ilə danışan zaman yalandan Qoşqarın borcu olmasını deyib əvvəlcədən ferma sahibindən pul istəməsini, əlavə olaraqda özü üçün pul almasını, sonra isə Qoşqar yalandan ferma sahibinə gələcəyini deyərək həmin fermaya işləməyə getməməni qərara gəlmişlər. 21 may 2020-ci il tarixdə Ağdaş rayonudan olan Zərərçəkmiş şəxs1 mobil telefonuma zəng vuraraq Ağdaş rayonu Malay kəndində yerləşən fermada çoban lazım olduğunu demişdir. O, də həmin vaxt Qoşqarla əvvəlcədən razılaşmış olduğu üçün Elməddinə bir nəfər çoban tanışı olmasını və həmin şəxs Elməddinə məxsus fermada işləyə bilməsini demişdir. Elməddin adlı şəxs də onunla razılaşmışdır. Bu vaxt o, Elməddinə çoban işləmək istəyən tanışıyla əlaqə saxlayaraq məlumat verəcəyini demişdir. Bundan sonra Qoşqarın ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub Ağdaş rayonundan Elməddin adlı şəxs fermada işləməyə çoban axtarmasını demişdir. Həmin vaxt isə Qoşqar Ağdaş rayonundan olan Elməddin adlı şəxsi aldatmalarını təklif etmişdir. O, Qoşqarla razılaşmışdır. O və Qoşqar yalandan Elməddinə Qoşqarın əvvəl işlədiyi fermada 600 manat pul borcu qalmasını deməyə qərara gəlmişlər. Bundan başqa isə özü üçün 150 manat pul istəmişdir. Həmçinin Qoşqarla 600 manat pulu Qoşqar Elməddin adlı şəxsdən aldığı halda ona həmin puldan 200 manat verəcəyi ilə bağlı razılaşmışdır. Bundan sonra Elməddinlə yenidən telefonda danışmış və Elməddinə çoban işləmək istəyən tanışının başqa bir yerdə fermada işləməsini və hazırda tanışının 600 manat pul borcu qalmasını demişdir. Elməddinə həmin 600 manat pulu əvvəlcədən verdiyi halda Qoşqarın gəlib fermada işləyə biləcəyini demişdir. Həmin vaxt Elməddin çoban işləmək istəyən tanışıyla danışdırmasını demişdir. O, isə telefonda Elməddinlə danışan zaman Qoşqarı da xəttə qoşmuş və həmin vaxt Qoşqarla Elməddin danışmağa başlamışlar. O, Elməddin və Qoşqarın danışığını eşitmişdir. Qoşqar telefonda Elməddinə başqa bir fermada işləməsini və 600 manat pul borcu qaldığı üçün həmin pulu ödəmək lazım olmasını demişdir. Elməddin də Qoşqara həmin 600 manat pulu ödəyə bilməsini demişdir. O, və Qoşqar Elməddinə bir gün sonra Goranboy rayonuna gəlmələrini və Qoşqarı fermaya aparsın. Elməddin isə telefonda ona və qoşqara bir gün sonra gəlib pulu verməsini və Qoşqarı iki gün sonra fermaya aparmasını demişdir. Bundan sonra isə Elməddinlə o, danışan zaman çoban tapdığı üçün 150 manat pul istəmişdir. Elməddin isə ona 120 manat pul verəcəyini demişdir. Bir gün sonra isə 22 may 2020-ci il tarixdə günorta vaxtı Elməddin yanında bir nəfər tanımadığı şəxsin idarə etdiyi Qazel markalı avtomobillə Goranboy rayonu İrəvanlı kəndində yerləşən kafeyə gəlmişdir. Həmin vaxt isə Qoşqar onun yanında olmuşdur. Elməddin yanında olan zaman Qoşqar arvadına məxsus şəxsiyyət vəsiqəsini Elməddinə vermişdir. Həmçinin Qoşqar özünə məxsus olan əşyalarını Elməddinin gəldiyi Qazel markalı avtomobilə yükləmişdir. Bundan sonra isə Elməddin Qoşqar hələ ki, lazım deyil, iki gün sonra lazım olmasını demişdir. Elməddin Qoşqara iki gün sonra zəng eliyib yanına çağırmasını demişdir. Qoşqar da həmin vaxt Elməddinlə razılaşmışdır .Bunun ardınca isə Elməddin 600 manat pulu çıxararaq Qoşqara, 120 manat pulu isə ona vermişdir. Həmin vaxt Qoşqar Elməddinə yükü borclu olduğu fermada qaldığı üçün əlavə olaraq da 40 manat yol xərci verməsini istəmişdir. O, Qoşqarın bunu yalandan dediyini anlamışdır. Elməddin də 40 manat əlavə Qoşqara pul vermişdir. X10 ümumilikdə 640 manat, ona isə 120 manat pul vermişdir. Sonra Elməddin çıxıb getmişdir. Elməddin getdikdən sonra isə Qoşqar Elməddindən almış olduğu 640 manat puldan 200 manatını razılaşmamıza əsasən ona vermişdir. Bunun ardınca isə Qoşqar çıxıb getmiş və Qoşqar gedərkən isə Elməddinin telefon zənglərinə cavab verməmələrini razılaşmışdır. Çünkü razılaşmalarına əsasən Qoşqar onsuzda Ağdaş rayonuna fermaya çoban işləməyə getməməli olmuşdur. Buna görə də o, mobil telefonunu söndürmüşdür. Bundan başqa, 2020-ci ilin iyun ayının əvvəllərində Füzuli rayonundan olan Zərərçəkmiş şəxs2 fermasında işlətməyə çoban axtarmasını eşitmişdir., Qoşqarla əlaqə saxlayaraq Füzuli rayonundan Nurlan adında bir nəfər şəxs fermasında işləməsi üçün çoban axtarmasını demişdir. Qoşqara ona həmin şəxslə əlaqə saxlamasını və yalandan Nurlana bir nəfər tanışı fermasında çoban işləyə bilməsini, lakin bir nəfər tanışının işlədiyi fermaya pul borcu qaldığı üçün əvvəlcədən həmin pulu ödəmək lazım olmasını deməsini bildirmişdir. Həmin Nurlan adlı şəxs pulu verdikdə isə Qoşqar fermasına işləməyə getməməsini demişdir. Qoşqar da onun təklifiylə razılaşmışdır. Bunun ardınca isə o, Nurlan adlı şəxsin telefonuna zəng eliyib yalandan Qoşqarın 750 manat pul borcunun olmasını deyərək həmin pulu əvvəlcədən verməsini istəməsini, əlavə olaraq isə özü üçün 100 manat pul istəməsini qərara gəlmişdir. Buna görə də 04 iyun 2020-ci il tarixdə o, Füzuli rayonundan olan Zərərçəkmiş şəxs2 mobil telefonuna zəng vuraraq yalandan özünü Vüsal kimi təqdim edib Nurlana fermasında çoban işləmək üçün bir nəfər tanışı olmasını, lakin həmin çoban işləmək istəyən şəxsin başqa fermaya 750 manat pul borcu olmasını, əgər həmin 750 manat pulu ödəsə tanışı gələrək çoban işləyə bilməsini demişdir. Bununla yanaşı Nurlana çoban tapmağıyla bağlı ona əlavə olaraq 100 manat pul verməsini istəmişdir. Nurlan isə onun dedikləriylə razılaşmış, lakin ona 100 manat yox, 50 manat pul verəcəyini demişdir. O, Nurlan ilə razılaşmış və Qoşqarın mobil telefon nömrəsini istədiyi üçün Qoşqarın mobil telefon nömrəsini Nurlana vermişdir. Bir qədər sonra isə Füzuli rayonundan olan Nurlan onun mobil telefonuna zəng vuraraq Qoşqarla razılığa gəlməsini demişdir. Bundan sonra isə Qoşqar onunla əlaqə saxlayıb Füzuli rayonundan olan Nurlanla yalandan fermada işləmək barədə razılığa gəlmısini demişdir. Həmçinin Qoşqar ona Füzuli rayonundan olan Nurlan 750 manat pulu hesab kartına göndərməsini demişdir. Lakin Qoşqarın adına hesab kartı olmadığı üçün ondan kart hesabı olan bir nəfər adam tapmasını xahiş etmiş, Nurlan 750 manat pulu həmin hesaba göndərəcəyini demişdir. O, da Qoşqarla razılaşmış və Qoşqara bunun üçün Goranboy şəhərinə gəlməsini xahiş etmişdir. Qoşqar da onunla razılaşmışdır. O, də bundan sonra anası Aydagülün mobil telefonuna zəng vurub yalandan Bakı şəhərində işlədiyini və həmin işə görə ona pul göndəriləcəyini demişdir. X17 şəhərində telefon mağazası işlədən Temurun yanına getməsini və onun telefonla Temurla danışdırmasını xahiş etmişdir. Temurdan xahiş eləməsini və Füzuli rayonundan olan Nurlan 750 manat pulu Teymurun kart hesabına göndərilməsini düşünmüşdür. Bir az sonra anası mobil telefonuna zəng vurub Temurun yanında olduğunu deyib telefonu Temura vermişdir. O, Temurla telefonla danışan zaman Temura anama təcili pul lazım olmasını demişdir. Buna görə də Temura hesab kart nömrəsini ona deməsini o, da həmin hesaba 750 manat pul göndərəcəyini demişdir. Temur isə həmin pulu çıxararaq anasına verməsini demişdir. Temur isə ona verdiyi hesab nömrəsinə 750 manat pul göndərilsə həmin puldan 20 manat bir növü xidmət haqqı kimi özünə götürərək 730 manat pulu anasıa verəcəyini demişdir. O, da Temurla razılaşmışdır. Temur da ona hesab nömrəsini vermişdir. O, da həmin hesab nömrəsini zəng eliyərək Qoşqara Nurlan pulu həmin hesab nömrəsinə göndərməsini demişdir. Bundan sonra isə Qoşqar Nurlanla telefonla əlaqə saxlayaraq 750 manat pul vermiş olduğum hesaba köçürülməsini demişdir. O, da bundan sonra Temura zəng eliyərək hesab nömrəsinə 750 manat pulun köçürüldüyünü demişdir. Həmçinin pulun köçürülməsinə dair Qoşqar qəbzin şəklini “vatcap” sosial şəbəkə proqramı vasitəsi ilə ona göndərdiyi üçün o, həmin qəbzi yenidən “vatcap” sosial şəbəkə proqramı vasitəsi ilə Temura göndərmişdir. Bir az sonra anası mobil telefonuma zəng vuraraq Temurdan pulu götürməsini demişdir. O, Temurun mağazasının olduğu yerə tərəf gələərk anası yolda gedərkən anasına yaxınlaşıb pulu istəmişdir. Həmin vaxt isə anası Aydagül Temurdan götürmüş olduğu pulu ona vermişdir. O, da pulu özündə saxlamışdır. Bir qədər sonra isə Qoşqar yanına gəlmiş və o, Goranboy şəhərində Qoşqarla görüşərək 730 manat pulu Qoşqara vermişdir. Qoşar da həmin 730 manat puldan 200 manatını çıxarıb razılaşmamıza əsasən ona vermişdir. Bundan sonra isə Qoşqar çıxıb getmişdir. Qoşqar Füzuli rayonundan olan Nurlanın fermasına işləməyə getməyəcəyi üçün o, Nurlanın mobil telefonuna zəng vurub Nurlanlan 50 manat pul istəməmişdir. Bundan başqa, 2020-ci ilin oktyabr ayının əvvəllərində Göyçay rayon sakini Zərərçəkmiş şəxs3 mobil telefonuna zəng vuraraq Göyçay rayonu ərazisində yerləşən fermasında ona çoban işləmək üçün bir nəfər şəxsin lazım olduğunu demişdir. O, da həmin vaxt çoban işləyə biləcəyək bir nəfər şəxs tapa biləcəyini demişdir. Bundan sonra isə əvvəllər çoban işləmiş Temur adlı tanışıyla əlaqə saxlayıb Göyçay rayonundan Amil adlı şəxs fermasında çoban işləməsi üçün adam axtarmasını demişdir. Temur isə həmin vaxt ona Amil adlı şəxsin yanında çoban işləmək istəməməsini, lakin Temur Amil adlı şəxsi aldadaraq onun pulunu ələ keçirməsini demişdir. O, da Temur adlı şəxslə razılaşmışdır. Temur ona yalandan Amil adlı şəxsə başqa bir fermaya 700 manat pul borcu qalmasını, həmin pulu əvvəlcədən ödədiyi halda işləyə bilməsini deməsini təklif etmişdir. Həmçinin Temur əlavə olaraq da özü üçün Amildən 100 manat pul istəməsini demişdir. X38 adlı şəxsdən 700 manat pul aldığı halda həmin puldan ona pul vermiyəcəyini demişdir. O, da Temurla razılaşmışdır. Hər bir halda 100 manat xeyri olacağını düşünmüşdür. Bundan sonra Amil adlı şəxslə əlaqə saxlayaraq yalandan Ağcabədi rayonundan olan Temurun çoban işləyə biləcəyini, lakin 700 manat işlədiyi fermaya pul borcunun qaldığını demiş və həmin 700 manat pulu əvvəlcədən ödəsə və əlavə olaraqda ona 100 manat pul versə Temur fermasında çoban işləyəcəyini təklif etmişdir. Bundan sonra isə Amil ona Yevlax rayonu ərazisində görüşməyi təklif etmişdir. 09 oktyabr 2020-ci il tarixdə Yevlax rayonu ərazisində yerləşən avtovağzalın yanında Temur və arvadı Çinarə ilə birlikdə Amillə görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs3 Temura 800 manat pul vermişdir. O, isə həmin pulu Temurdan alıb özündə saxlamışdır. Bunun ardınca isə Temurla birlikdə taksilərin olduğu yerə getmişlər. Orada 100 manat pulu o, götürüb qalan 700 manat pulu Temura vermişdir. Temur isə həmin 700 manat pulu özündə saxlamış və ona Amillə birlikdə Göyçay rayonuna gedərək orada Amili aldadıb əlavə 100 manat pul alıb qaçacağını demişdir. O, da Temurun fikri ilə razılaşmışdır. Bundan sonra isə o və Temur oradan Zərərçəkmiş şəxs3 yanına gəlmiş və orada Temurla arvadı Zərərçəkmiş şəxs3la birlikdə Göyçay rayonuna getmişdir. Sonradan isə Temur Göyçay rayonu ərazisində olan zaman Zərərçəkmiş şəxs3 əlavə 100 manat pul alaraq qaçaraq getməsini bilmişdir. Bundan başqa, tanışı Tərtər rayonu İsmayılbəyli kənd sakini Təqsirləndirilən şəxs2 2020-ci ilin oktyabr ayının sonlarına yaxın dəqiq xatırlamadığım günlərin birində o, Bərdə şəhərində olan zaman yanına gəlib Füzuli rayonu Kərimbəyli kənd sakini Zərərçəkmiş şəxs4 fermasında işləməsi üçün çoban lazım olmasını demişdir. Fuad ona Zərərçəkmiş şəxs4 ilə çoban tapması barədə danışmağı təklif etmişdir. X33 Hacıyevə onu çoban kimi təqdim edəcəyini və birlikdə həmin şəxsi aldadıb pulunu ələ keçirəcəklərini demişdir. Fuadla son razılaşmalarına əsasən o, Zərərçəkmiş şəxs4lə görüş zamanı özümü Nizami kimi, Fuad isə Fərid kimi təqdim etməli olmuşdur. Eyni zamanda o, yalandan Zərərçəkmiş şəxs4 Fəridin yəni Fuadın yanında çoban işləməsini və 800 manat pul borcu qalmasını deməli olmuşdur. Nazim həmin 800 manat pulu verdikdən sonra o, həmin pulu Fuada verib Nazimlə yol getməli olmuşdur. Sonra isə yolda Nazimin yanından düşüb qaçmalı olmuşdur. Sonda isə alacağı 800 manat pulu 400 manat olmaqla iki yerə bölünməli, yəni həmin puldan 400 manat o, götürməli olmuşdur. Bundan sonra Nazimlə Fuad telefonda danışaraq Nazimi Goranboy rayonu Goran qəsəbəsi ərazisinə dəvət etmişdir. 25 oktyabr 2020-ci il tarixdə isə Fuad əlaqə saxlaması üçün Nazimə onun hazırda işləməyən ***-***-**-** mobil nömrəmi vermişdir. Nazim də 25 oktyabr 2020-ci il tarixdə bir neçə dəfə onunla əlaqə saxlamışdır. O, Nazimə Goranboy rayonu Goran qəsəbəsi ərazisində gözlədiyini demişdir. Həmin gün yəni 25 oktyabr 2020-ci il tarixdə saat təxminən 17 radələrində Goranboy rayonu Goran qəsəbəsi ərazisində Nazimlə görüşmüşdür. Həmin vaxt Nazim Ford markalı avtomobillə gəlmişdir. Həmçinin Nazimin yanında adını sonradan bildiyi Əli olmuşdur. O, Nazimə yalandan özümü Nizami kimi təqdim etmiş və Nazimə Fərid adlı şəxsin fermasında işləməsini və həmin şəxsə 800 manat pul borcu qalmasını demişdir. Əslində isə bu yalan olmuşdur. Sadəcə olaraq Nazimi aldatmaq üçün belə demiş olmuşdur. Həmçinin Nazimə fermasında işlədiyi Fərid adlı şəxsi çağırmasını və pulu Fəridə verdikdən sonra Nazimlə birlikdə Füzuli rayonu Kərimbəyli kəndinə getməsini demişdir. Bundan sonra o, Fuadın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq Zərərçəkmiş şəxs4 gəlməsini demişdir. Həmin vaxt isə Fuad razılaşmalarına əsasən ondan bir az aralıda dayanaraq gözləmişdir. Az sonra Fuad onların yanına gəlmişdir. Fuad isə özünü Nazimə Fərid kimi təqdim etmişdir. Söhbət zamanı Fuad Nazimə onun yanında çoban işlədiyi üçün 800 manat pul borcu qalmasını demişdir. Fuad həmin pulun verildikdən sonra Fuadın başqa bir yerdə işləməyinə narazı olmadığını demişdir. Bu vaxt isə Zərərçəkmiş şəxs4 800 manat pulu çıxarıb ona vermişdir. O, da həmin pulu Fuada vermişdir. Bundan sonra isə Fuad çıxıb getmişdir. O, isə Nazimin gəldiyi Ford markalı avtomobilə əyləşmiş və Nazimə yalandan Fərid adlı şəxsin yəni Fuadın fermasında işlədiyi üçün orada əşyalarım qalmasını demişdir. Nazimə həmin fermaya getməli olmalarını demişdir. Lakin o, bunu yalandan demişdir. O, avtomobili idarə edən Əliyə yalandan Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisini göstərərək avtomobili həmin istiqamətdə idarə etməsini demişdir. Bundan sonra Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisinə çatdıqda isə artıq hava qaralmış olmuşdur. O, qaçmağa fürsət axtarmışdır. Yalandan Fuadın telefonuna zəng eliyərək fermanın yerini tapa bilmədiyini demişdir. Həmçinin Fuada yalandan onu gözlədiyini demişdir. Az sonra isə qaçmağına fürsət yaranmış, o,Nazim və Əlinin yanından ayrılaraq qaçmışdır. Oradan qaçdıqdan sonra kəndin ərazisində gizlənmişdir. Səhəri gün isə Yevlax rayon polis şöbəsinin əməkdaşları onu taparaq Yevlax rayon polis şöbəsinə aparmışlar.Yevlax rayon polis şöbəsində izahat verdikdən sonra isə Goranboy rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra isə iki gün müddətində Goranboy rayon Polis Şöbəsinin MSY-də qaldıqdan sonra azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.Lakin mən sonradan Goranboy rayon polis şöbəsinə gəlməmişdir. Bundan başqa, Kəlbəcər rayon sakini Şaiq onunla əlaqə saxlayaraq fermasında işləməsi üçün çoban lazım olmasını demişdir. O, yenə də Fuad və Vüsalla aralarında çoban axtaran Şaiqlə əlaqə saxlayaaq yalandan fermasın lazım olan çobanın başqa bir yerdə işlədiyi üçün pul borcu qalmasını deməyi razılaşmışdır. Əgər həmin pul borcu ödənsə Vüsal çoban işləyə bilməsini deməli olmuşdur. Həmçinin Fuadı ferma sahibi Vüsalı isə çoban kimi təqdim etməyi razılaşmışlar. Bundan sonra o, Şaiqilə əlaqə saxlayaraq Vüsal adında bir nəfər çoban tapdığını demişdir. Həmçinin Şaiqə yalandan Vüsalın Fuadın yanında işlədiyi üçün ona 540 manat pul borcu qalmasını demişdir. Şaiqə həmin 540 manat pulu ödədikdən sonra Vüsalın yanında işləyəməsini demişdir. Şaiq də onunla razılaşdığı üçün 06 dekabr 2020-ci il tarixdə Bərdə rayonu Mirazalıbəyli kəndi ərazisində Fuadla Vüsal gedib Şaqilə görüşmüşdür. Razılaşmalarına əsasən o, oraya getməmişdir. Fuadla Vüsal orada Şaiq ilə görüşərək 540 manat pulu aldıqdan sonra onun yanına gələrək həmin puldan 100 manat ona vermişlər. X18 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 çoban axtarmasını Fuad Rəşad adlı şəxs demiş, onun yanında Fuad Rəşad ilə mobil telefon vasitəsilə danışmış, bu zaman X35 aldadacağı demiş və Nazimdən alınacaq puldan onada veriləcəyini demişdir. Taksi sürücüsünün adı Anar olmuşdur, Anarın “Mercedes 190” markalı avtomobil olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, daimi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 təxminən iki olar ki, tanıyır. Təqsirləndirilən şəxs1 ilə normal münasibətləri olmuşdur. Asif ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Asif fermasına çoban axtaran şəxslərlə çoban tapılmasında vasitəçilik edərək pul qazanmışdır. 25 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Tərtər rayonunda Asif onunla görüşən zaman Fizulu rayonu Kərimbəyli kənd sakini Zərərçəkmiş şəxs4 ilə telefonla danışıb və həmin şəxsə fermasında işləməsi üçün çoban lazım olmasını demişdir. Lakin Asif ona həmin Zərərçəkmiş şəxs4 aldatmağı təklif etmişdir. Asif ona bu işdə birgə olnağı təklif etmişdir. Yəni Asif yalandan Zərərçəkmiş şəxs4lə telefon danışan zaman başqa bir şəxsin fermasında çoban işləməsini və həmin ferma sahibinə 800 manat pul borcu qalmasını demişdir. X40 Hacıyevə əgər həmin 800 manat pulu ödənsə gedib Nazimin fermasında çoban kimi işləyəcəyini demişdir. Asif ona birlikdə Zərərçəkmiş şəxs4lə görüşə getməsini və orada yalandan Asif onun fermasında çoban işləməsini və ona 800 manat pul borcu olmasını demişdir. Zərərçəkmiş şəxs4 800 manat pulu verdikdə isə o, pulu götürmüş, Asif həmin Zərərçəkmiş şəxs4lə getməli və yolda Nazimi aldadaraq avtomobildən düşüb qaçmalı olmuşdur. Sonda isə həmin 800 manat puldan 400 manatını Asifə verməli olmuşdur. Geriyə qalan 400 manat pulu isə o, götürməli olmuşdur. Həmçinin Asif özünü Nizami kimi onun isə özünü Fərid kimi təqdim etməyini demişdir. O, da Asifin dedikləri ilə razılaşmış və bundan sonra həmin gün yəni 25 oktyabr 2020-ci il tarixdə günortadan sonra Asiflə birlikdə Goranboy rayonu Goran qəsəbəsinə gəlmişdir. Həmin vaxt o, idarə etdiyi avtomobilini Goran qəsəbəsində yerləşən körpünün yaxınlığında saxlamışdır. Bunun ardınca o, gözləməyə başlamışdır. razılaşmalarına əsasən Asif gedib söhbət etməli olmuş və onu çağırdığı zaman isə o, da onun yanına getməli olmuşdur. Bir qədər sonra təxminən saat 17 radələri olmuşdur. Asif mobil telefonuma zəng vuraraq onu Zərərçəkmiş şəxs4lə söhbət etdiyi yerə çağırmışdır. O, Goran qəsəbəsində yerləşən “Lukoil” adlanan yanacaq doldurma məntəqəsinin yanında Zərərçəkmiş şəxs4 və Nazimin yanında gəlmiş adını sonradan bildiyi Əli ilə salamlaşıb görüşmüşdür. Həmin vaxt o, özünü Zərərçəkmiş şəxs4 Fərid kimi təqdim etmiş, yalandan Asifin ona məxsus fermada çoban işləməsini və 800 manat pul borcunun yaranmasını demişdir. Eyni zamanda Zərərçəkmiş şəxs4 əgər həmin 800 manat pul ödənsə Asif yanında çoban işləyə bilməsini demişdir. Həmin vaxt isə Zərərçəkmiş şəxs4 cibindən 800 manat pulu çıxararaq Asifə vermişdir. Asif isə həmin pulu saydıqdan sonra ona vermişdir. O, da 800 mant pulu götürüb sağollaşaraq avtomobilin yanına gəlib oradan da Tərtər rayonuna getmişdir. Asif isə planlarına əsasən Zərərçəkmiş şəxs4lə getmişdir. Həmin gün gecə saatlarında Asif mobil telefonla əlaqə saxlayaraq ona Zərərçəkmiş şəxs4 aldadaraq qaçdığını demişdir. Həmçinin Asif səhəri gün Tərtər rayonuna gələcəyini demişdir. Lakin Asif səhəri gün Tərtər rayonuna gəlməmişdir. Asif təxminən 3 gün sonra Tərtər rayonuna gəlib onunla görüşmüşdür. Həmin vaxta qədər isə o, 800 manat puldan 200 manatını xərcləmişdir, özündə 600 manat pul qalmışdır. Bu barədə Asifə deyib həmin 600 manat puldan isə 250 manatını Asifə vermişdir. Geriyə qalan 350 manat pulu isə özü götürmüşdür. Bundan başqa 05 dekabr 2020-ci il tarixdə ona və Vüsala Kəlbəcər rayon sakini Şaiq adlı şəxslə danışaraq və həmin şəxsə çoban lazım olduğu yalandan Şaiqə çoban tapdığını və çobanın əvvəl işlədiyi fermaya 540 manat pul borcunun olmasını demiş, Şaiq adlı şəxs isə həmin 540 manat pulu çobanın onun yanında işləməsi müqabilində əvvəlcədən verməyə razılıq vermişdir. Asif çoban qismində Vüsal Şaiqlə görüşməyə getməyi, onun isə ferma sahibin tanışı olaraq Vüsalla birlikdə Şaiqlə görüşməyi üçün getməsini, Şaiq adlı şəxs 540 manat pulu ona verəcəyini demişdir. Vüsal isə Şaiq adlı şəxslə gedib sonradan Şaiqi aldadaraq qaçıb yanlarına gəlməsini demişdir. Sonda isə əldə edəcəkləri 540 manat pulu 150 manat olmaqla hər üçü arasında bölməli olmuş və artıq qalan 90 manatdan puldan 40 manatını ümumi xərclərinə çıxılmaları və 50 manat isə onun avtomobiliylə gedəcəkləri üçün benzin pulu olaraq ona verilməli olmuşdur. Vüsal və o, da Asifin dedikləri ilə razılaşmışdır.Bundan sonra Asif 06 dekabr 2020-ci il tarixdə səhər saatlarında bizə yəni mənə və Vüsala Bərdə rayonuna gedərək razılaşadığımız kimi Şaiqlə görüşməyi dedi.Odur ki, Vüsalla birlikdə 06 dekabr 2020ci il tarixdə səhər saatlarında taksi ilə Bərdə rayonu Mirzalıbəyli kəndinə getdik. Çünki bunu onlara Asif demişdir.Həmin kənddə Şaiqlə Vüsal görüşüb söhbət etmiş. Sonra isə Vüsal onu çağırmış və o yanlarına getmişdir. Orada o, özünü yalandan Vüsalın çoban işlədiyi fermanın müdirinin tanışı kimi təqdim etmişdir. Şaiq adlı şəxs 540 manat pulu çıxarıb Vüsala vermişdir. Vüsal isə həmin 540 manat pulu ona vermişdir. O, Vüsal və Şaiqlə sağollaşıb oradan çıxıb Tərtər rayonuna gəlmişdir. Vüsal isə Şaiqlə getmişdir. Lakin sonra Vüsal planlarına əsasən Şaiqi aldadıb qaçaraq yanlarına gəlmişdir. Bundan sonra 540 manat pulun 150 manatını Asif, 150 manatını Vüsal, 200 manatını isə o, götürmüşdür. Geriyə qalan 40 manatı isə ümumi xərclərinə çıxmışlar. Lakin hal-hazırda o, törətdiyi əməllər üzrə zərərçəkmiş şəxslərə vurduğu ziyanı ta şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs4 isə vurulmuş zərəri ödəmiş, lakin 50 manat borcu qalmışdır. Onu da məhkəmə iclas zalında ödəməyə hazırdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, o, Füzuli rayonu Şükürbəyli kəndi ərazisində qeydiyyatda olduğu Aşağı Seyidəhmədli kəndinin yatağında şəxsi təsərrüfat yaradıb heyvandarlıqla məşğul olur və xırda buynuzlu heyvanlar saxlatdırır. Həmin fermada çoban olmadığı üçün bir neçə nəfərə ona çoban tapmaları barədə müraciət etmişdir. 04 iyun 2020-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona ***-***-**-** nömrəsindən zəng gəldiyini görmüş, zəngə cavab vermiş və telefonu açdıqda özünü Vüsal kimi təqdim edən şəxs ona: “eşitmişəm ki, sənin fermanda işləyən çoban səninlə işləmək istəmir, mən fermaya dostumu göndərəcəm, həmin çobanı başqa fermaya aparsın, mən sənə başqa çoban göndərəcəyəm” - demişdir. Vüsal adlı şəxs başqa çoban göndərəcəyini dediyi üçün o, Vüsal adlı şəxslə razılaşmış, özünü Vüsal adlı şəxs kimi təqdim edən şəxs fermasına çoban gəlməsi müqabilində ondan 750 manat pul istəmişdir. Çobanın əvvəl işlədiyi yerə 750 manat borcu olmasını, həmin borcu bağlayıb yanına gəlməsini demişdir. O, Vüsalla razılaşmışdır. Özünü Vüsal kimi təqdim edən şəxsin ona (******************) hesab nömrəsini göndərmiş və pulu həmin hesab nömrəsinə köçürməyi xahiş etmişdir. O, isə 04 iyun 2020-ci il tarixdə Füzuli rayonu 4 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən “Mandarinə” marketin qarşısında olan “Milliön” aparatı vasitəsilə özünü Vüsal kimi təqdim edən şəxsin verdiyi həmin hesab nömrəsinə 750 manat pulu göndərmişdir. O, qəbzin şəklini çəkib Asifə göndərmiş və özüdə saxlamışıdr. Həmin gecə səhərə kimi onunla bir neçə dəfə telefonla danışmış və ona, gəlmələrini demişlər, həmin gecə yatmayaraq gözləmışdır. Axırıncı dəfə ona guya Ağdam rayonu Quzanlı qəsəbəsindədirlər çay içmələrini demişlər. O, da səhərə kimi gözləmiş, ancaq heç kim gəlməmişdir. Saat 4-dən sonra isə nə qədər zəng etsə də onun telefonlarına cavab verməmişlər. Asif ona gətirəcəyi çobanın adı Qoşqar, o, özü də Qoşqar kimi təqdim edən şəxslə telefonla danışmış, özünü Qoşqar kimi təqdim edən şəxs onun fermasında işləməyə gəlməsini demişdir. Qoşqar Kəlbəcərli olmasını, heyvandarlıqdan başı çıxmasını demişdir. Həmin gündən sonra həmin şəxsləri tapa bilməmişdir, nə telefonlarına cavab verməmişlər, nə də pulunu qaytarmamışlar. Sonra o, özünü ona Vüsal kimi təqdim edən şəxs Goranboy rayon sakini Təqsirləndirilən şəxs1 olmasını dəqiqləşdirmişdir. O, pulu dərhal zəng edərək Təqsirləndirilən şəxs1 zəng edərək pulun çatmasını bildirdikdə Təqsirləndirilən şəxs1 pulu Goranboy rayonunda əldə etdiyini bildirmişdir. Həmin tarixdən sonra sonra o, Təqsirləndirilən şəxs1la heç bir əlaqə yarada bilməmişdir. Onu aldadaraq 750 manat pulunu ələ keçirmələrini başa düşmüşdür. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 Amin oğlu ifadə verərək bildirdi ki, Göyçay rayonu Alxasava kəndində ona məxsus iri və xırda buynuzlu heyvanların saxlanıldığı ferması var. 2020-ci ilin oktyabr ayının əvvəllərində həmin fermada işləməsi üçün ona çoban lazım olmuş. Buna görə də çoban axtarmağa başlamışdır. Həmin vaxt adını xatırlamadığı bir nəfər çoban işləyən şəxs Goranboy rayon sakini Asif adlı şəxsin mobil telefon nömrəsini ona verib həmin Asif adlı şəxs çoban təşkili işi ilə məşğul olmasını demişdir. Ona görə də o, 2020-ci ilin oktyabr ayının əvvəllərində dəqiq xatırlamadığı günlərin birində Asiflə əlaqə saxlamışdır. Həmin vaxt Asifə Göyçay rayonu Alxasava kəndində yerləşən fermamda işləməsi üçün çoban lazım olmasını demişdir. Asif isə ona Temur adında bir nəfər çoban və hazırda Goranboy rayonu Xanqərvənd kəndində işləməsini demişdir. X39 adlı şəxsin hazırda işlədiyi ferma sahibinə 700 manat pul borcu qaldığı üçün həmin pulun əvvəlcədən verilməsi müqabilində ona məxsus fermada çoban işləyə bilməsini demişdir. O, da Asifə həmin Temur adlı şəxsin ona məxsus fermada çoban işləməsi müqabilində onun 700 manat pul borcunu əvvəlcədən verəcəyini demişdir. Həmin vaxt Asif onunla razılaşmış və ona həmin Temur adlı şəxsin fermasında işləməsini təmin etdiyi üçün Asifədə 100 manat pul verməsini demişdir. O, da Asifin təklifi ilə razılaşmışdır. Bundan sonra 07 oktyabr 2020-ci il tarixdə Asiflə əlaqə saxlamış və Asifə Temuru götürüb gəlməsini demişdir. Asif isə 09 oktyabr 2020-ci il tarixdə Temurla birlikdə Bərdə rayonuna gələcəklərini demişdir. O, isə Asifə Yevlax rayonuna gəlin orada görüşmələrini demişdir. Asif də onunla razılaşmışıdr. 09 oktyabr 2020-ci il tarixdə təxminən saat 10-11 radələrində Yevlax şəhərində yerləşən avtovağzalın yaxınlığında Asif və Temurla görüşmüşdür. Həmin vaxt Asif və Temur özlərini ona təqdim etmişlər. Bundan başqa isə Temurun yanında bir nəfər qadın və uşaq olmuşdur. Temur həmin qadının arvadı, uşağın isə övladı olduğunu demişdir. O, Asiflə razılaşdığı kimi Yevlax şəhərində yerləşən avtovağzalın yaxınlığında 700 manat pulu Temura vermişdir. Həmçinin həmin vaxt 100 manat pulu da Asifə vermişdir. Bundan sonra Asiflə Temur ondan aralanıb taksilərin dayandığı yerə gedib təxminən 10 dəqiqə sonra yanına gəlmişlər. Bundan sonra isə Asif çıxıb getmişdir. O, da Temur, arvadı və uşağını özüylə birlikdə Göyçay şəhərinə gətirmişdir. Göyçay şəhəri Nizami küçəsində olan zaman Temur ondan aldığı 700 manat pulu borcunun verilməsi üçün Asifə göndərmişdir. Temur pulu olmadığı üçün və arvadına bəzi məmulatlar lazım olduğundan ondan pul istəmişdir. O, da 100 manat pulu çıxarıb Temura arvadı lazım olan məmulatları alması üçün vermişdir. Bundan sonra Temur arvadı və uşağı ilə birlikdə yanından ayrılıb Göyçay şəhəri Nizami küçəsində yerləşən “Təzə bazar” adlanan yerə daxil olmuşlar. O, isə Temurgili gözlməyə başlamışdır. Aradan 30 dəqiqə keçməsinə baxmayaraq Temur, arvadı və uşağı gəlmədiyi üçün o, Temurun mobil telefonu ilə əlaqə saxlamışdır. Həmin vaxt Temur kartof aldığını və az sonra gələcəyini demişdir. O, isə onu gözlməyə başlamışdır. Lakin aradan bir xeyli vaxt keçməsinə baxmayaraq Temur gəlməmişdir. O, Temurun mobil telefon nömrəsinə zəng vurmuşdur. Lakin həmin telefon nömrəsinə zəng çatmamışdır. Belə olan halda Asif və Temur onu aldatmalarını anlamışdır. O, DİN-in “102” xidmətinə müraciət etmişdir. Bundan sonra Yevlax rayon polis şöbəsində araşdırma başlanmışdır. Sonda isə araşdırma davam etdirilməsi üçün Göyçay rayon polis şöbəsinə göndərilmişdir. Ən sonunda isə Asifin Goranboy rayonunda cinayət hadisəsi törətməsi müəyyən olunduğu üçün Göyçay rayon Polis Şöbəsində araşdırılan material aidiyyəti üzrə Goranboy rayon Polis Şöbəsinə göndərilmişdir. Temurun soyadını, atasının adını və ya yaşadığı ünvanı bilmir. Sadəcə olaraq Temurla danışan zaman Temur ***- ***-**-** mobil nömrəni istifadə etmişdir. Lakin sonradan həmin telefon nömrəsin Asifə məxsus olmasını bilmişdir. Beləliklə Asif və Temur onu aldadıb ümumilikdə 900 manat pulunu ələ keçirmişlər. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadə verərək bildirmişdir ki, Füzuli rayon Suvarma İdarəsində maşinist vəzifəsində işləməyi ilə yanaşı yaşadığı Kərimbəyli kəndində özünə məxsus iri və xırda buynuzlu heyvanlar saxladığı ferması var. Həmin fermada bir nəfər çoban işləmişdir. Lakin 27 oktyabr 2020-ci il tarixdən başlayan müharibə vəziyyəti ilə əlaqədar olaraq fermada çoban işləyən şəxs yaşadığı kəndi ermənistan silahlı birləşmələri tərəfindən ağır artilleriya qurğuları ili atəşə tutması nəticəsində çıxıb getmişdir. Bundan sonra o, fermada işləməsi üçün çoban axtarmağa başlamışdır. 25 oktyabr 2020-cı il tarixdə döyüşlərdə iştirak edən oğlu İntiqam Qüdrətov mobil telefonuma zəng vuraraq bir nəfər Goranboy rayonunda çoban olmasını, Goranboy rayonuna gedib həmin çobanla görüşüb söhbət etməyini demişdir. Həmçinin oğlu çobanın işlədiyi fermaya 800 manat pul borcu qalmasını bildirmişdir. Buna görə də oğlu gedərkən özü ilə birlikdə 600 manat pul aparmağını demişdir. O, da həmin vaxt evdən özünə aid olan puldan 800 manat götürmüşdür. Bundan sonra isə oğlunun ona çobanla əlaqə saxlamağı üçün verdiyi mobil telefon nörməsi ilə əlaqə saxlamışdır. Həmin şəxs ona adının Nizami olduğunu və Goranboy rayonu ərazisində onu gözlədiyini demişdir. Bundan sonra isə Goranboy rayonuna getmək üçün qohumu Əliylə birlikdə Əliyə məxsus Ford markalı avtomobillə Fizuli rayonu Kərimbəyli kəndindən çıxmışdır. Yolda gedərkən Əli oğlu Qüdrətin çoban kimi tapdığı şəxsin verdiyi mobil telefon nömrəsinə zəng vurub danışmağa başlamışdır. Həmin telefona cavab verən şəxs çoban kimi işləmək istəyən şəxsin qardaşı olduğunu demişdir. Həmin şəxs Əliyə tez gəlməyini demişdir. Bundan sonra isə yolda yenidən Əli həmin çoban kimi işləyəcək şəxsin mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs Əliyə onları Yevlax şəhəri ərazisində gözləyəcəyini demişdir. Onlar Yevlax şəhərinin mərkəzinə çatdıqda Əli həmin çobanla telefonla danışmışdır. Həmin çoban kimi özünü təqdim etmiş şəxs onlara Mingəçevirə gəlməyi demişdir. Buna görə də onlar yoluna davam etmişdir. Mingəçevir şəhərinə gedən yola çatdıqda Əli həmin çobanla yenidən əlaqə saxlamışdır. Həmin şəxs isə Əliyə telefonda avtomobili irəliyə doğru sürməsini demişdir. Beləliklə onlar Goranboy rayonu Goran qəsəbəsi ərazisində yerləşən dairəyə gəlib çıxmışdır. Goranboy rayon Goran qəsəbəsi ərazisində olan zaman Əli yenidən çoban işləmək istəyən şəxslə əlaqə saxlamışdır. Həmin şəxs isə Əliyə Goran qəsəbəsi ərazisində yerləşən körpüyə qalxaraq Bakı istiqamətində hərəkət etməklərini demişdir. Buna görə də Əli körpüyə qalxaraq fırlanıb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 400-500 metr məsafə qət etdikdən sonra yolun sağ kənarında “Lukoil” adlanan yanacaq doldurma məntəqəsinin yaxınlığında bir nəfər şəxs dayanmışdır. Həmin şəxs onlarla telefonda danışan olmuş və saat təxminən 17 radələri olmuşdur. Buna görə də Əli avtomobili yolun kənarına çəkib saxlamışdır. Həmin vaxt onlar avtomobildən yerə düşmüşlər. Onlar yerdə olan zaman yolun kənarında dayanmış şəxslə söhbət etməyə başlamışlar. Söhbət zamanı həmin şəxs adının Nizami olduğunu, qardaşı və qardaşı ilə birlikdə Füzuli rayonuna çoban işləməyə gedəcəyini demişdir. Onlar əvvəlcədən telefonda həmin şəxsin çoban işləməsi müqabilində aylıq olaraq 350 manat pul verməyi ilə bağlı razılaşmışlar. Özünü Nizami kimi tədqim edən şəxs hazırda olduğu Goranboy rayonu Goran qəsəbəsi ərazisindən 12 kilometr aralıda qardaşı və arvadının da olduğu fermaya 800 manat borcunun qaldığı üçün həmin pulu ödənəcəyi halda fermaya gedib oradan qardaşı və arvadını göturüb hər üçü ilə birlikdə Fizuli rayonuna gedəcəyini demişdir. O, da buna görə fermaya getməyi və orada fermanın sahibinə borclu olduğu 800 manat pulu verməsini demişdir. Lakin özünü Nizami kimi tədqim edən şəxs işləyərək borcu qaldığı fermanın sahibinin Goran qəsəbəsi ərazisində mağazası olduğu üçün həmin şəxs yanına gəlməsini demişdir. Bir qədər sonra yanlarına bir nəfər tanımadığı şəxs gəlmişdir. Həmin şəxsin sifətində tibbi maska olmuşdur. Həmin yanlarına gələn şəxs isə adının Fərid olduğunu və özünü Nizami kimi təqdim edən şəxsin fermasında çoban işlədiyini, lakın 800 manat pul borcunun qaldığını demişdir. Özünü Fərid kimi təqdim edən və ferma sahibi olduğunu iddia edən şəxs 800 manat pul istəmişdir. O, da həmin vaxt cibindən 800 manat pulu çıxarıb özünü ona Nizami kimi təqdım edən şəxsə vermiş və həmin pulu özü ferma sahibi olan özünü Fərid kimi təqdim edən şəxsə verməsini demişdir. Özunü Nizami kimi təqdim edən şəxs 800 manat pulu götürüb onların yanından özünü Fərid kımi təqdim edən şəxsə vermişdir. Həmin özünü Fərid kimi təqdim edən şəxs isə 800 manat pulu götürdükdən sonra çıxıb getmişdir. Bunun ardınca isə özünü Nizami kimi təqdim edən şəxs onlarla birlikdə Əliyə məxsus Ford markalı avtomobilə əyləşib işlədiyi fermaya getməklərini demişdir. Həmin Nizami kimi özünü təqdim edən şəxs yolu bizə göstərməyə başlamışdır. Əli də avtomobili həmin istiqamətdə hərəkət etdirmişdir. Onlar yol ilə gəlib sonda Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisinə çatmışdır. Həmin yerdə olan zaman artıq saat təxminən 18 radələri olmuş və özünü Nizami kimi təqdim edən şəxs fermanın olduğu yeri səhv saldığını demişdir. Buna görə də o, yola tərəf çıxıb orada olan şəxslərdən yaxınlıqda ferma olub-olmamasını soruşmasını demişdir. Onlar yol kənarına çıxan zaman isə avtomobili saxlayaraq yerə düşmüşdür. Həmin vaxt özünü Nizami kimi təqdim edən şəxsin mobil telefonuna zəng gəlmişdir. O, da telefona cavab verən zaman “müdir mən sizi gözləyirəm, gəlmirsiz” - demişdir. Bunun ardınca isə Əli özünü Nizami kimi təqdim edən şəxsə ver telefonu özü danışmasını demişdir. Əli həmin şəxslə danışmaq istəsə də telefona cavab verən şəxs Əlinin səhv düşdüyünü demişdir. Həmin vaxt isə onlar özünü Nizami kimi təqdim edən şəxsi Goranboy rayonuna gətirməyi istəmişlər. Həmin vaxt isə özünü Nizami kimi təqdim edən şəxs yanlarından qaçıb getmişdir. Onlar həmin şəxsin arxasınca qaçsalar da həmin şəxs qamışlığa girdiyi üçün tapa bilməmişlər. Həmin vaxt özünü Nizami kimi təqdim edən şəxs onu aldatmasını anlamışdır. DİN-in “102” xidmətinə zəng vurub məlumat vermişdir. Bir qədər sonra onlar olduğu yerə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. O, orada ərizə yazıb izahat verikdən sonra isə Əli ilə birlikdə Füzuli rayonuna getmişdir. Bir gün sonra isə yəni 26 oktyabr 2020-cı il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndinə gəlmişdir. Həmin kəndin ərazisində özünü onlara Nizami kimi təqdim edən şəxsi axtaran zaman yolun kənarında tapmışdır. Bu barədə Yevlax polisinə məlumat vermişdir. Bir az sonra Yevlax polisindən əməkdaşlar gəlmiş və onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmişlər. Yevlax rayon polis şöbəsində olan zaman isə ona aldadadıb pulunu ələ keçirən və özünü ona Nizami kimi təqdim edən şəxs Goranboy rayon sakini Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Bundan sonra o, çıxıb getmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, özünü Nizami kimi təqdim edən Təqsirləndirilən şəxs1 özünü Fərid kimi təqdim edən şəxslə birlikdə onu aldadıb pulunu ələ keçirdikdən sonra Asif onunla birlikdə Fizuli rayonuna getməli olmuşdur. X37 rayonu Qoyunbinəsi kəndi ərazisində ferma axtaran zaman anidən yanlarından qaçıb getmişdir. Asif qaçan zaman Asifin özünü Fərid kimi təqdim edən şəxslə birləşib onu aldatmasını anlamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə iclasında əlavə olaraq bildirdi ki, ona dəymiş ziyan təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş, qalıq 50 manat pulu da məhkəmə iclasında qəbul etmiş və təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənilməsini və təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbinin olmamasını bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 onun doğma oğludur. Oğlu Asiflə münasibətləri normal olmuşdur. Oğlu Asiflə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Oğlu Asif xeyli müddətdir onunla bir yerdə yaşamırdır. Asif bildiyinə görə Tərtər rayonunda qeyri-rəsmi olaraq bir nəfər qadınla yaşayır. 04 iyun 2020-ci il tarixdə yaşadığı evdə olan zaman oğlu Asif ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub hazırda Bakı şəhərində işləyir. Oğlu Asif işləməsinə görə pul göndərildiyini, lakin uzaqda olduğu üçün həmin pulu götürə bilməyəcəyini demişdir. Eyni zamanda Asif pulun Goranboy şəhərində telefon mağazası işlədən Temura göndəriləcəyini demişdir. Buna görə də ondan Goranboy şəhərində telefon mağazası işlədən Temurun yanına gedib pulu götürməsini xahiş etmişdir. O, da Temuru tanıdığı üçün həmin gün yəni 04 iyun 2020-ci il tarixdə təxminən saat 18:40 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən Temura məxsus telefon mağazasına getmişdir. Həmin vaxt Temura yaxınlaşıb Asifin danışmaq istədiyini demişdir. Temur da onun telefonunu götürüb Asiflə danışmağa başlamışdır. Asif və Temur telefonla danışdıqdan sonra Temur ona gözlməyini demişdir. O, da mağazada gözləməyə başlamışdır. Bir qədər sonra isə Temur onu yanına çağırıb 730 manat pulu ona vermişdir. O, da bundan sonra 730 manat pulu Temurdan götürüb yaşadığı evə gedən zaman yolda oğlu Asif ona yaxınlaşmışdır. Həmin vaxt Asif uzaqda olması barədə ona yalan danışmasını anlamışdır. Asif ona yaxınlaşan kimi Temurun ona vermiş olduğu 730 manat pulu istəmişdir. O, da həmin pulun hamısını yəni 730 manat pulu oğlu Asifə vermişdir. Bunun ardınca isə Asifin yanından ayrılıb yaşadığı evə getmişdir. Bundan sonra da bir daha Asifi görməmişdir və ya Asiflə əlaqə saxlamamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirdi ki, hazırda Azərsel mobil operatorunun danışıq konturlarının satıcısı vəzifəsində işləyir. İşimin icrası ilə bağlı Respublikanın müxtəlif ərazilərinə kontur satışlarını həyata keçirir. Şahid5 tanıyır. Temurun Goranboy şəhərində yerləşən telefon satışı və Azərsel, Baksel və Nar mobil operatorların konturlarının satışı ilə məşğul olduğu mağazası var. O, uzun müddətdir Goranboy şəhərində telefon mağazası işlədən Temura Azərsel mobil operatorun konturlarını satmışdır. Temur isə həmin konturları ondan götürdükdən sonra konturların pulunu nəğd və ya Bank Respublikada olan hesab nömrəmə sonradan göndərməklə ödəmişdir. 04 iyun 2020-ci il tarixdə Temur mobil telefonuma zəng vurub **********59789503 nömrəli hesabına 750 manat məbləğində pul göndərilməsini demişdir. Həmin vaxt Temurun ona satmış olduğu konturlara görə borcu olmuşdur. Temur da həmin pulun hesab nömrəmə göndərilməsində məqsədin pul borcundan çıxmağı olduğunu demişdir. O, da Temurla razılaşmışdır. Həmin gün axşam tərəfi onun **********59789503 nömrəli hesabıma 750 manat məbləğində pul gəlmişdir. Lakin o, həmin pulun kim tərəfindən və ya haradan göndərilməsini bilməmişdir. Hesab nömrəsinə 750 manat pul gəldikdən sonra Temurla əlaqə saxlayıb 750 manat pulun hesabına köçdüyünü demişdir. Bundan sonra isə hesabına gəlmiş 750 manat pulu kontur kartları almaq üçün mütəmadi olaraq işlədiyi “Axundov Net vork” şirkətinin “Paşa” bankda olan hesab nömrəsinə göndərmişdir. **********59789503 nömrəli hesabına 750 manat pulun Zərərçəkmiş şəxs2 tərəfindən göndərilməsini bilməmişdir. Çünkü Temur onunla danışan zaman pulun kim və ya haradan göndərilməsi barədə məlumat verməmişdir. Sadəcə olaraq sonradan izahat verməyi üçün Goranboy rayon polis şöbəsinə dəvət edildiyi vaxt ona həmin 750 manat pul Asif adlı şəxsin Zərərçəkmiş şəxs2 aldatmasına görə Zərərçəkmiş şəxs2 tərəfindən onun hesabına göndərilməsi məlum olmuşdur. Lakin o, Asif və ya həmin Nurlan adlı şəxsləri tanımır. Həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək bildirdi ki, 25 oktyabr 2020-ci il tarixdə Nazim ona məlumat verib Goranboy rayonuna çoban gətirmək məqsədi ilə getmək lazım olmasını demişdir. Nazim ondan Ford tranzit markalı avtomobili ilə birlikdə Goranboy rayonuna getməsini xahiş etmişdir. O, da Nazimin təkifini qəbul etmişdir. Bundan sonra isə Nazim ona məxsus Ford tranzit markalı avtomobilə əyləşmişdir. O, da avtomobili Goranboy rayonu istiqamətində idarə etməyə başlamışdır. Yolda gedərkən isə Nazimın döyüşlərdə iştirak edən oğlu İntiqam mobil telefonla bir nəfər şəxsin vasitəsi ilə Nazimə məxsus fermada işləməsi üçün Goranboy rayonundan çoban tapmasını bilmişdir. Həmin çoban isə işlədiyi fermaya 800 manat pul borcu qaldığını dediyi üçün Nazim onunla birlikdə həmin 800 manat pulu ödəyib çobanı götürüb gəlməsi üçün getmişdir. Yolda gedərkən o, Qüdrətin çoban kimi tapdığı şəxsin verdiyi mobil telefon nömrəsinə zəng vurub danışmağa başlamışdır. Həmin telefona cavab verən şəxs çoban kimi işləmək istəyən şəxsin qardaşı olduğunu demişdir. Həmin şəxs ona tez gəlməyimizi demişdir. Bundan sonra isə yolda yenidən o, həmin çoban kimi işləyəcək şəxsin mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs onları Yevlax şəhəri ərazisində gözləyəcəyini demişdir. Biz Yevlax şəhərinin mərkəzinə çatdıqda o, həmin çobanla telefonla danışmışdır. Həmin çoban kimi özünü təqdim etmiş şəxs onlara Mingəçevirə gəlməyi demişdir. Buna görə də biz yola davam etmişlər. Mingəçevir şəhərinə gedən yola çatdıqda o, həmin çobanla yenidən əlaqə saxlamışdır. Həmin şəxs isə ona telefonda avtomibili irəliyə doğru sürməyini demişdir. Onlar Goranboy rayonu Goran qəsəbəsi ərazisində yerləşən dairəyə gəlib çıxmışlar. Goranboy rayon Goran qəsəbəsi ərazisində olan zaman yenidən çoban işləmək istəyən şəxslə əlaqə saxlamışkar. Həmin şəxs isə Goran qəsəbəsi ərazisində yerləşən körpüyə qalxaraq Bakı istiqamətində hərəkət etmişdir. Buna görə də o, avtomobillə körpüyə qalxaraq fırlanıb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 400-500 metr məsafə qət etdikdən sonra yolun sağ kənarında “Nukoil” adlanan yanacaq doldurma məntəqəsinin yaxınlığında bir nəfər şəxs dayanmasını görmüşdür. Həmin şəxs onlarla telefonda danışan olmuş və saat təxminən 17 radələri olmuşdur. Buna görə də avtomobili yolun kənarına çəkib saxlamışdır. Həmin vaxt avtomobildən yerə düşmüşlər. O və Nazim yerdə olan zaman yolun kənarında dayanmış şəxslə söhbət etməyə başlamışlar. Söhbət zamanı həmin şəxs adının Nizami olduğunu, qardaşı və qardaşı ilə birlikdə Füzuli rayonuna çoban işləməyə gedəcəyini demişdir. Özünü Nizami kimi tədqim edən şəxs hazırda olduğu Goranboy rayonu Goran qəsəbəsi ərazisindən 12 kilometr aralıda qardaşı və arvadının da olduğu fermaya 800 manat borcunun qaldığı üçün həmin pulu ödədiyimiz halda fermaya gedib oradan qardaşı və arvadını götürüb hər üçü ilə birlikdə Fizuli rayonuna gedəcəyini Nazim də buna görə fermaya getməyi və orada fermanın sahibinə borclu olduğu 800 manat pulu verilməsini demişdir. Lakin özünü Nizami kimi tədqim edən şəxs işləyərək borcu qaldığı fermanın sahibinin Goran qəsəbəsi ərazisində mağazası olduğu üçün həmin şəxs onların yanına gəlməli olmuşdur. Bir qədər sonra yanlarına bir nəfər tanımadığı şəxs gəlmişdir. Həmin şəxsin sifətində tibbi maska olmuşdur. Həmin gələn şəxs isə adının Fərid olduğunu və özünü Nizami kimi təqdim edən şəxsin fermasında çoban işlədiyini, lakin 800 manat pul borcunun qaldığını demişdir. Özünü Fərid kimi təqdim edən və ferma sahibi olduğunu iddia edən şəxs 800 manat pul istəmişlər. Nazim də həmin vaxt cibindən 800 manat pulu çıxarıb özünü Nizami kimi təqdim edən şəxsə vermiş və həmin pulu özü ferma sahibi olan özünü Fərid kimi təqdim edən şəxsə verməsini demişdir. Özünü Nizami kimi təqdim edən şəxs 800 manat pulu götürüb yanlarında özünü Fərid kimi təqdim edən şəxsə vermişdir. Həmin özünü Fərid kimi təqdim edən şəxs isə 800 manat pulu götürdükdən sonra çıxıb getmişdir. Bunun ardınca isə özünü Nizami kimi təqdim edən şəxs onlarla birlikdə ona məxsus Ford markalı avtomobilə əyləşib işlədiyi fermaya getməyi demişdir. Həmin Nizami kimi özünü təqdim edən şəxs yolu onlara göstərməyə başlamışdır. O, da avtomobili həmin istiqamətdə hərəkət etdirmişdir. Onlar yol ilə gəlib sonda Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisinə çatmışlar. Həmin yerdə olan zaman artıq saat təxminən 18 radələri olmuş və özünü Nizami kimi təqdim edən şəxs fermanın olduğu yeri səhv saldığını demişdir. Buna görə də onlar yola tərəf çıxıb orada olan şəxslərdən yaxınlıqda ferma olub-olmamasını soruşmağı demişlər. Onlar yol kənarına çıxan zaman isə avtomobili saxlayıb yerə düşmüşlər. Həmin vaxt özünü Nizami kimi təqdim edən şəxsin mobil telefonuna zəng gəlmişdir. O, da telefona cavab verən zaman: “müdir mən sizi gözləyirəm, gəlmirsiz” - demişdir. Bunun ardınca isə o, özünü Nizami kimi təqdim edən şəxsə ver telefonu o, özü danışmasını demişdir. O, həmin şəxslə danışmaq istəsə də telefona cavab verən şəxs səhv düşdüyünü demişdir. Həmin vaxt isə onlar özünü Nizami kimi təqdim edən şəxsi Goranboy rayonuna gətirmək istımişlər. Həmin vaxt isə özünü Nizami kimi təqdim edən şəxs yanlarınndan qaçıb getmişdir. Onlar həmin şəxsin arxasınca qaçsalar da həmin şəxs qamışlığa girdiyi üçün tapa bilməmişlər. Həmin vaxt özünü Nizamı kimi təqdim edən şəxs Nazimi aldatmışdır. Nazim DİN-in “102” xidmətinə zəng vurub məlumat vermişdir. Bir qədər sonra onların olduğu yerə Yevlax RPŞ-nin əməkdaşları gəlmişlər. Nazim orada ərizə yazıb izahat verikdən sonra isə onunla birlikdə Fizuli rayonuna getmişdir. Bir gün sonra isə yəni 26 oktyabr 2020-ci il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndinə gəlmişlər. Həmin kəndin ərazisində özünü bizə Nizamı kimi təqdim edən şəxsi axtaran zaman həmin şəxsi yolun kənarında tapmışlar. Bu barədə Yevlax polisinə məlumat vermişlər. Bir az sonra Yevlax polisindən əməkdaşlar gəlmiş və onlar birlikdə Yevlax rayon polis şöbəsinə getmişlər. Yevlax rayon polis şöbəsində olan zaman isə ona Nazimi aldadıb pulunu ələ keçirən və özünü onlara Nizami kimi təqdim edən şəxs Goranboy rayon sakini Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadə verərək bildirdi ki, onun özünə məxsus “Mercedes E190” markalı avtomobili var. O, həmin avtomobil ilə fərdi qaydada taksi kimi fəaliyyət göstərir. 06.12.2020-ci 11 tarixdə saat təxminən 13 radələrində o, Bərdə şəhəri Bakı küçəsində yerləşən dairənin yaxınlığında avtomobilində oturmuş, bu zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşmış və ona Bərdə rayonu Mirzalibəyli kəndi yaxınlığında avtomobillərinin xarab olduğunu bildirmişlər, bundan sonra o, ona yaxınlaşan şəxsləri həmin yerə aparmış, həmin şəxslər ora getdikdə həmin yerdə “Chevrolet Niva” markalı avtomobilin olduğunu və ön kapot hissəsinin qalxmış olduğunu görmüş, həmin vaxt avtomobilin yanında bir nəfər tanımadığı şəxs olmuşdur. Bundan sonra onun yanında olan 2 nəfər tanımadığı şəxs avtomobildə düşərək həmin şəxsə yaxınlaşmışlar və təxminən 3-5 dəqiqə söhbət etdikdən sonra Niva markalı avtomobilin sahibi həmin şəxslərə pul vermiş və həmin şəxslər yenidən onun avtomobilinə qayıtmışlar və o, sərnişinləri Bərdə şəhəri Bakı küçəsində yerləşən “VAZ” avtomobil hissələrinin yanına apararaq orada həmin şəxsləri avtomobildən düşürmüşdür. O, həmin şəxsləri tanımır, əvvəllər həmin şəxsləri görməmişdir. Həmin iki nəfər tanımadığı şəxs Niva markalı avtomobilin yanında olan şəxsi döyməmişlər. Həmçinin həmin avtomobilin yanında heç bir mübahisə olmamışdır. Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Şahid5 vəfat etmişdir. İş materiallarında olan 09 oktyabr 2020-ci il tarixli Yevlax rayon X19 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən keçirilmiş hadisə yerinə baxış protokolu və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 900 manat nəğd pulunu Göyçay rayonu Təzə bazar adlanan ərazidə dələduzluq yolu ilə ələ keçirilmişdir. İş materiallarında olan 25 oktyabr 2020-ci il tarixli Yevlax rayon X19 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən keçirilmiş hadisə yerinə baxış protokolu və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 800 manat nəğd pulunu Goranboy rayonu Goran adlanan ərazidə dələduzluq yolu ilə ələ keçirilmişdir. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli zərərçəkmiş şəxsin ifadələrinin yerində yoxlanması protokoundan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs5 540 manat pulunu Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində X5 təşkilatçılığı ilə, qrup üzvləri Təqsirləndirilən şəxs2 və Vüsal adlı şəxslər tərəfindən ələ keçirilmişdir. İş materiallarında görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs1 ilə təqsirləndirirlən şəxs X11 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Quliyev X3 Asif Kərim oğlunun üzünə: “Mən səninlə və yanında olan Qoşqar adlı şəxslə görüşüb söhbət etdik. Söhbət zamanı mən Qoşqara Suraxanı rayonunda işlədiyi fermaya olan borcunu ödəməsi üçün 600 manat və yükünü gətirməsi üçün 40 manat pul verdim. Bundan başqa sən mənə çoban tapdığın üçün sənə 120 manat pul verdim. Sonradan Qoşqar adlı şəxs məni aldatdı. 24 may 2020-ci il tarixdə sən mənə zəng edib 120 manat pulu düzəldib verəcəyini dedin, lakin sonradan səninlə və Qoşqarla əlaqə saxlaya bilmədim. Sən və Qoşqar etibarımdan sui-istifadə edib məni aldadaraq 760 məbləğində pulumu ələ keçirmisiniz.”- demişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs4 ilə təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs2 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 üzünə: “mən Fuad sənə 800 manat pul verdim. Həmin vaxt sən özünü Fərid adı ilə və ferma sahibi kimi təqdim etdin. Sənin yanında həmin vaxt özünü Nizami kimi təqdim edən Asif olmuşdur. Sən və Asif dələduzluq edərək mənim pullarımı ələ keçirmisiniz. Məndən pulu Asifin mənim fermamda çoban qismində işləməsi adı ilə almısınız ki, ferma sahibinin borcu ödənsin”- demişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs4 ilə təqsirləndirirlən şəxs X11 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 X5 üzünə: “Sən Asif özünü mənə Nizami adı ilə və çoban kimi təqdim edərək Fuadla birlikdə mənim fermamda işləməyini deyərək məni aldadıb 800 manat pulumu dələduzluq edib ələ keçirmisən. Pulu məndən gua çobanın köhnə ferma sahibinə olan borcunu ödəmək üçün almısınız”- demişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs5 ilə təqsirləndirirlən şəxs X11 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 X5 üzünə: “Sən Asif səninlə əlbir olan Fuad və Vüsal adlı şəxs mənim fermamda çoban işləməsi adı ilə köhnə ferma sahibinə olan borcu bağlamaq üçün məni aldadaraq 540 manat pulumu ələ keçirmisiniz. Həmin vaxt mənimlə şəxsən Fuad və Vüsal görüşmüşdür”- demişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə təqsirləndirilən şəxs X11 ilə təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs2 üzləşdirilmişdir. Üzləşdirmə zamanı X1 Fuad Rövşən oğlunun üzünə: “Mən Fuad səninlə birlikdə Nazimə məxsus 800 manatı sonuncunu aldadıb ələ keçirmişəm. Həmin puldan mənə pul çatmamışdır. Həmçinin bundan sonra əvvəlcədən qurduğumuz plan üzrə sən və X25 500 manat pulunu və Zərərçəkmiş şəxs5 540 manat pulunu dələduzluq edib ələ keçirmisiniz”demişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 X5 üzünə: “ Nazimdən ələ keçirdiyimiz puldan mən sonra sənə 250 manat vermişəm. Bundan başqa Xəlil və Şaiqin pullarının ələ keçirilməsini sən planlaşdırdın və Xəlildən aldığımız puldan sənə 150 manat və Şaiqdən aldığımız puldan sənə 150 manat pul çatmışdır.” İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 20 avqust 2020-ci il tаriхli tələbnаmədən görünür ki, X5 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 02 fevral 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İş materillarında olan Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən daxil olan 01 fevral 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tərtər rayonu İsmayılbəyli kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrinin sansksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 isə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Çünki Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın və Təqsirləndirilən şəxs2 isə azadlıqan məhrum etmə cəzasının təyin edilməsi əsaslı sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X26rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 vurulmuş ziyanları ödəməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini etiraf etmələri, etdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirmələri, yaşayış yerləri üzrə müsbət xarakterizə olunmaları cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etmələri, onları ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirmələri tutduğu əmələ görə özü-özlərini məzəmmət etdiklərini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayət əməllərini səmimi etiraf edərək, peşmançılıq hissi keçirmələri törətdiyi cinayətlərə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəхs X5 cinayəti hərbi vəziyyət zamanı törətməsi Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 61.1.11-ci mаddəsində göstərilən məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs2 cinayəti hərbi vəziyyət zamanı törətməsi Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 61.1.11-ci mаddəsində göstərilən məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası və azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs2 isə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından göründüyü kimi 11 dekabr 2020-ci il tarixdə Goranboy rayon X20 bölməsinin müstəntiqi polis kapitanı X22 tərəfindən təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində Goranboy Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və Bərdə Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş az ağır cinayətlər olduğundan sonuncu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 11 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar