Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-80/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi X3 Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, iştirakı ilə xx xxxxxx 1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdə saat 1500 radələrində keçmiş arvadı X5 yaşadığı Bərdə rayonu Güloğlular kəndində yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncu ilə dalaşaraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl və təpiklə zərbələri endirməklə qəsdən vurub sonuncuya sol qulaq pərdəsinin perforasiyası, alt dodağın sağ yarısının sıyrığı xəsarətlərini yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildə Bərdə şəhər sakini Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. 2018-ci ildə isə münasibətlərini rəsmiləşdirməklə nikaha daxil olmuşlar. Birlikdə yaşadıqları ilk vaxtlarda münasibətləri yaxşı olmasına baxmayaraq, sonradan Əfsanə ilə münasibətləri pisləşməyə başlamışdır. 2019-cu ilin iyul ayında rəsmi qaydada Əfsanədən boşanmışdır. Buna baxmayaraq Əfsanə ilə münasibətləri davam etdirmək istəmiş, sonuncu onu istəmədiyi üçün evdən qovmuşdur. Bu səbəbdən də tez-tez Əfsanə ilə dalaşmağa, Əfsanənin yaşadığı ünvana gedərək mübahisə etməyə başlamışdır. 24 dekabr 2020-ci ildə Əfsanənin azyaşlı oğlu ilə birlikdə yaşadığı, Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən evə getmiş və Əfsanəyə barışmaq üçün birlikdə yaşadıqları evə getməyi təklif edərək anası Könülün vasitəsilə barışacaqlarını, bir daha heç bir söz-söhbət olmayacağını söyləmişdir. Əfsanə onunla razılaşdıqdan sonra onlar Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən evə getmişlər. Evdə olarkən Əfsanə ilə arasında qısqanclıq zəminində münaqişə yaranmış və həmin vaxt Əfsanəni bir dəfə sillə ilə vuraraq evi tərk etmişdir. 25 dekabr 2020-ci il tarixdə əməlindən peşman olub üzr istəmək məqsədilə yenidən Əfsanənin yaşadığı kəndə yollanmışdır. Evə daxil olub üzr istəsə də, Əfsanə aqressiv şəkildə daha ona inanmadığını deməklə çıxıb getməsini tələb etmişdir. Bu səbəbdən əsəbiləşərək sillə ilə Əfsanənin sol qulaq nahiyəsinə vurub alt dodağını qanatmış və çıxıb getmişdir. 02 yanvar 2021-ci ilin tarixdə üzr istəmək məqsədilə yenidən Bərdə rayonu Güloğlular kəndində yerləşən evə gedib Əfsanə ilə söhbət etməyə çalışmışdır. Ancaq Əfsanə onu evdən qovmaqla yenidən əsəbiləşdirmişdir. Əfsanənin üzünə bir dəfə sillə vurmuşdur. Həmin vaxt Əfsanə heç bir xəsarət almamışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurduğu ziyanı ödədiyini qeyd edərək barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə qurmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, bir müddət sonra Rövşənin narkotik maddələrin aludəçisi olduğunu öyrənmişdir. 2019-cu ilin iyul ayında rəsmi qaydada Rövşəndən boşanmışdır. Boşanmalarına baxmayaraq Rövşən onu narahat etməkdə davam etmişdir. 24 dekabr 2020-ci il tarixdə Rövşən onu evlərinə aparacağını, anası Könülün vasitəsilə barışacağını, bir daha aralarında heç bir söz-söhbət olmayacağını demişdir. Özü də Rövşənin bu sözlərinə inanaraq Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən evlərinə getmişdir. Evdə olarkən Rövşənin anası Könül ondan barışmasını xahiş etmişdir. Həmin vaxt Könül ondan Rövşənə 100 manat pul verməsini, Rövşənin borcu olduğunu, əgər Rövşən verdiyi pulu geri qaytarmasa, özünün həmin pulu verəcəyini bildirmişdir. Rövşən yüksək səslə anası Könülün yanında onun ünvanına nalayiq ifadələr işlətməklə pul verməsini istəmiş və hətta anasının yanında sifətinin sol tərəfindən sillə ilə vurmuşdur. Rövşəndən qorxduğu üçün pulu vermiş, lakin Rövşənin düzəlməyəcəyini bilərək həmin gün Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən evə qayıtmışdır. 25 dekabr 2020-ci il tarixdə Rövşən onun icazəsi olmadan yaşadığı evə gəlib yenidən 20 manat pul tələb etmişdir. Qorxduğu üçün Rövşənə 20 manat pul verib ondan əl çəkməsini, bir daha onu narahat etməməsini bildirmişdir. Lakin Rövşən aqressiv şəkildə üzərinə gələrək sillə ilə sol qulaq nahiyəsinə möhkəm zərbə endirmişdir. Zərbənin təsirindən bir anlıq huşunu itirmişdir. Daha sonra Rövşən yumruqla onun alt dodaq nahiyəsinə vurmuş və sonuncunu itələyib özündən uzaqlaşdırmaq istəmişdir. Ancaq Rövşən yenidən üzərinə gələrək təpiklə baldır nahiyəsinə vuraraq evdən çıxıb getmişdir. Daha sonra Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edib Rövşənin onu döyməsi barədə məlumat vermişdir. 02 yanvar 2021-ci il tarixdə saat 2000 radələrində Rövşən yenidən onun yaşadığı evə gəlib söhbət etməyə çalışmış, sonuncunu evdən qovduğuna görə əsəbiləşib yenidən bir dəfə sillə ilə üzündən vurmuşdur. Zərərçəkmiş şəxs X6 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 26 dekabr 2020-ci il tarixli 1113 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol qulaq pərdəsinin perforasiyası, sağ baldırın aşağı 1/3-nin ön səthinin qançırı, alt dodağın sağ yarısının sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətinə görə sağ baldırın aşağı 1/3-nin qançırı müayinədən 1-2 gün əvvələ, 24 dekabr 2020-ci il tarixə, digər xəsarətlər isə 25 dekabr 2020-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 19 fevral 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkum olmayan şəxsdir. İş materiallarında olan Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 125 saylı 12 mart 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 7/6-da yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 7/6-da yaşadığı müddətdə qonşular arasında onun dərin hörməti olmuşdur. Onun ictimayyət arasında dərin hörmət qazandığı söylənilir. Onun haqqında Mənzil Təmir İstismar Sahəsinə Məhkəmə və Polis orqanları tərəfindən heç bir cinayət və cəza işi daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-80/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-80/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver