Məhkəmə qərarları › İş №1(021)-82/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-82/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-82/2021 03.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi (vəkili) X7 Zərərçəkmiş şəxsin nümayəndəsi X5 İştirakı ilə xx xxxxxxxx 2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax Rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 04 gün müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərarına əsasən Yevlax Rayon Məhkəməsinin 24 oktyabr 2019cu il tarixli, 1(039)-159/2019 saylı hökmü ilə ona təyin olunmuş 1 il 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 06 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 5 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəza müddətinin əvvəli 26 fevral 2020-ci il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi mənzil 82-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 13 dekabr 2020-ci il tarixdə saat 18 radələrində "xxxx" MMC X2 məxsus Bərdə rayonu, Əyricə kəndində yerləşən dirəklərdə dövlət və ictimai əhəmiyyətli rabitə xətlərindən keçən TPPx100 markalı kabelinin 300 (üç yüz) metr hissəsini əvvəlcədən üzərində götürdüyü bıçaq və kəlpətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC X2 1800,00 (bir min səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, əvvəl oğurluq etdiyindən 2019-cu ilin oktyabr ayında Yevlax Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə 01 il 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azadlığın məhdudlaşdırılması cəzasının tələblərini pozduğundan məhkəməsinin qərarı ilə ona 5 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. 29 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 13 dekabr 2020-ci il tarixdə saat 18 radələrində "xxxx" MMC X2 məxsus Bərdə rayonu, Əyricə kəndində yerləşən dirəklərdən kabellər kəsməmişdir. İstintaq zamanı ona təsirlər olmuş, hədə-qorxu ilə ifadəsi alınmışdır. Cinayət hadisəsi onun tərəfindən törədilmədiyindən ona köməklik göstərilməsini məhkəmədən xahiş tmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs Məhiyədin oğlu ifadə verərək göstərmişdir ki, 2012-ci ildən "xxxx" MMC X1 hüquqşünas qismində işləyir. 14 dekabr 2020-ci il tarixdə saat 08 radələrində "xxxx" MMC X3 Bərdə rayonu Əyricə kəndində yerləşən rabitə dirəklərindən keçən TPPx100 markalı kabelin kəsilməsi və nəticədə Kərimbəyli və Nəcəfqulubəyli kəndlərinin rabitəsinin dayanması barədə məlumat verilmişdir. Sahə rəisi Şahid1 və montyor X8 iştirakı ilə kəsilmiş kabelin yerinə baxış keçirilrək akt tərtib edilmişdir. Bu zaman Bərdə rayonu Əyrinə kəndində yerləşən rabitə dirəklərindən 300 metr TPPx100 markalı kabelin kəsilərək oğurlanması müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC X3 təxminən 2079 manat manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmədiyindən sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2009-cu ildən "xxxx" MMC X1 sahə rəisi vəzifəsində işləyir. 14 dekabr 2020-ci il tarixdə saat 08 radələrində "xxxx" MMC X3 Bərdə rayonu Əyricə kəndində yerləşən rabitə dirəklərindən keçən TPPx100 markalı kabelin kəsilməsi və nəticədə Kərimbəyli və Nəcəfqulubəyli kəndlərinin rabitəsinin dayanması barədə məlumat verilmişdir. Bundan sonra hüquqşünas Zərərçəkmiş şəxs və montyor X8 ilə birlikdə kəsilmiş kabelin yerinə baxış keçirərək akt tərtib etmişlər. Bu zaman Bərdə rayonu Əyricə kəndində yerləşən rabitə dirəklərindən 300 metr TPPx100 markalı kabelin kəsilərək oğurlanması müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC X3 təxminən 2079 manat manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə onun yaşadığı Bərdə rayonu Nəcəfqulubəyli kəndinin internet təminatı kəsilmişdir. Bununla əlaqədar olaraq müxtəlif dövlət orqanlarına məlumat vermişdir. Lakin internetin olmamasını görüb bununla bağlı Bərdə rayon mərkəzi poçta getmişdir. Poçtda ona kəndə gedən kabelinin bir qisminin kəsilərək oğurlanmasını bildirmişlər. Əyricə kəndinə gedərkən kabelə göz gəzdirmiş, kəndə gedən rabitə xəttinin kəsilməsini görmüşdür. Bundan sonra polisə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, daha sonradan polisin apardığı araşdırma zamanı kəndə gedən rabitə xətlərinin Təqsirləndirilən şəxs tərəfindən kəsilərək oğurlanmasını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Rahib əvvəllər oğurluq etdiyindən məhkum olunmuşdur. Rahibə oğurluq etməməsini və düzgün yola çəkilməyini tələb etsədə Rahib cinayət yolundan çəkilməmişdir. Rahib öz cinayətkər fəaliyətini dayandırmamışdır. 2020-ci ilin dekabr aylarında Rahib onun yanında qalmışdır. 13 dekabr 2020-ci il tarixdə Rahib onun yanından ayrılaraq Yevlax şəhərinə nənəsinin yanına getmişdir. Bundan sonra təxminən bir həftə sonra Rahib evi qayıtmış və Rahibin arxasınca polis əməkdaşları gəlmişlər. Bundan sonra ona Rahibin Yevlağa gedərkən Əyricə kəndində yerləşən rabitə dirəklərindən TPPx100 markalı kabeli kəsərək oğurlaması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda dindirilməsi zamanı mühavizəçi kimi iştirak etmiş, dindirilmənin təhlükəsizliyini təmin etmişdir. Təqsirləndirilən şəxs dindirilərkən ona qarşı heç bir təziq, təsir və hədə-qurxu olmamış, onun tərəfindən belə bir hal aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqını özü aparmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs heç bir təziq olmamış, özü sərbəst ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/07 saylı 04 fevral 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 300 metr uzunluğunda TPP x 100 tipli naqilin orta istismar müddəti və orta istismar intensivliyi parametrliyinə uyğun olaraq 2020ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1800,00 (300 metr x 6 manat) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/460 saylı 18 fevral 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş:- təqdim edilmiş bir ədəd, istifadədə olmamış, üzərində “PRYSMİAN” yazısı olan, uzunluğu təxminən 15 sm, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran izolyasiyalı, ümumi diametri 21,5 mm olan çox damarlı, ayrı-ayrı izolyasiyalı (d-0,6 mm), tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır; -təqdim edilmiş bir ədəd, 3 hissəyə bölünmüş, istifadədə olmuş, birlikdə uzunluğu təxminən 35 sm, üzərindəki qara rəngli izolyasiya qatı termiki təsir nəticəsində ərimiş, alt hissəsindən aliminium ekran izolyasiya olan çox damarlı, ayrı-ayrı izolyasiyalı (d-0,6 mm), tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır. Təqdim olunan hər iki kabelin metal hissəsinin tərkibinə görə eynilik təşkil edir. Kabellər üzərində markalama göstəricisi olmadığı üçün istehsal yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/227 saylı 02 mart 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilən kabel kəsiklərinin üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Kabel kəsiklərinin üzərində olan zədələr termiki təsir nəticəsində yaranmağa xarakterik zədələrdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də sonuncunun tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 13 dekabr 2020-ci il tarixdə saat 18 radələrində "xxxx" MMC X2 məxsus Bərdə rayonu, Əyricə kəndində yerləşən dirəklərdə dövlət və ictimai əhəmiyyətli rabitə xətlərindən keçən TPPx100 markalı kabelinin 300 metr hissəsini əvvəlcədən üzərində götürdüyü bıçaq və kəlpətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC X2 1800 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında elan edilmiş ekspert rəyləri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadəsi ilə öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 13 dekabr 2020-ci il tarixdə saat 18 radələrində "xxxx" MMC X2 məxsus Bərdə rayonu, Əyricə kəndində yerləşən dirəklərdə dövlət və ictimai əhəmiyyətli rabitə xətlərindən keçən TPPx100 markalı kabelinin 300 (üç yüz) metr hissəsini əvvəlcədən üzərində götürdüyü bıçaq və kəlpətinlə kəsib gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC X2 1800,00 (bir min səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal məhkəmə iclasında müəyyən edilməmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 1(039)-159/2019 saylı 24.10.2019-cu il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 26 iyul 2019-cu il tarixdən 24 oktyabr 2019-cu il tarixədək 2 ay 28 gün həbsdə olması nəzərə alınaraq CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 5 ay 26 gün çıxılaraq üzərində qəti olaraq 1 il 4 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə saat 2200-dan saat 0700 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, faktiki yaşadığı Bərdə rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 7(021)-07/2020 saylı 26 fevral 2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, təqdimat təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 1(039)-159/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 6 günü, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 5 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsə alınmışdır. Təqsirləndirilən şəxs 29 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 yanvar 2021-ci il tarixli protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan-24 yanvar 2021ci il, saat 1655-dən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 24 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 04 fevral 2021-ci il tarixli 9/07 nömrəli, 18 fevral 2021-ci il tarixli 6/460 saylı və 02 mart 2021-ci il tarixli 3/227 saylı bildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 165 (bir yüz altmış beş) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 165 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsinin sübutların saxlama otağında saxlanılan yandırılmış TPPx100 markalı kabelin qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 165 (bir yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsinin sübutların saxlama otağında saxlanılan yandırılmış TPPx100 markalı kabelin qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar