Məhkəmə qərarları › İş №1(021)-83/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-83/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-83/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs Elxan oğlunun iştirakları ilə, xx.xx.1991 ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri R.İsmayılov küçəsi ev N- 8, mənzil 8 də daimi qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Elxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Elxan oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Elxan oğlu istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1 siyahısına əsasən 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 6, 503 qram bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamış, 06.02.2021- ci il tarixdə saat 22 radələrində dostu Şahid5 idarə etdiyi və sonuncuya məxsus VAZ- 2106 markalı 10- LF- 106 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmaqla, Bərdə rayonunun Lənbəran kəndinə gedərkən, BDYPİ-nin YPXA-nın 13 cü taqımının Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən 60- cı km də yerləşən postunda avtomobilin sürücüsü Bahadur Eyvaziov sərxoş olduğundan və təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün avtomobil BDYPİnin YPXA- nın 13 - cü taqımının əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt vət. Təqsirləndirilən şəxs üzərində 1 ədəd sellofan torbacıqda olmaqla daşıdığı təmiz çəkisi 6, 503 qram bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı avtomobilin ötürmə qutusunun üzərinə qoymuş və bu hal polis əməkdaşlarını şübhələndirdiyindən, Təqsirləndirilən şəxs avtomobilin ötürmə qutusu üzərinə 1 ədəd sellofan torbacıqda qoymuş olduğu təmiz çəkisi 6, 503 qram bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu səmimi etiraf edib bildirdiyindən, həmin avtomobildə Elsevər Kərimov və qeyriləri olmaqla Bərdə rayon polis şöbəsinə gətirilib sonuncu ünvanda avtomobildə axtarış aparılarkən, Təqsirləndirilən şəxs bildirib göstərdiyi yerdən, yəni VAZ- 2106 markalı 10- LF- 106 dövlət qeydiyyat nişanlı avtomobilin ötürmə qutusunun üzərindən 1 ədəd sellofan torbacıqda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq dağıdığı təmiz çəkisi 6, 503 qram bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis şöbəsinin əməkdaşları tərəfindən həmin əsasda aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs Elxan oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhəri R. İsmayılov küççəsi ev , mənzil 8 də ailə üzvüləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olub ailəsini dolandırır.Ailədə iki övladı var.Əvvəlllər heç vaxt cinayət etmədiyindən məhkum olunmamışdır. Narkotikdən ilk dəfə təxminən 2 il əvvəl olar ki, bir-neçə dəfə istifadə etmişdir.Belə ki, narkotikdən marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmiş olduğumdan, həmin narkotiki tanımışdır. 06 fevral 2021- ci il tarixdə təxminən saat 15 radələri olardı ki, o, Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən dəmir yolunun yanından keçərkən yolun kənarında bir ədəd sellofan torbacıq onun diqqətini cəlb etmişdir.O, dərhal həmin torbacığı açıb baxarkən görmüşdür ki, içərisində yaşıl kütlə var və həm də quru olub, kəskin iyisi gəlir.İyisindən və rəngindən dərhal bilmişdir ki, el dilində nəşə deyilən, yəni marixuanadır.Ona görə ki, əvvəllər o, bundan istifadə etmişdir.Elə buna görə də dərhal tanımışdır ki, vaxtı ilə istifadə etdiyi narkotikdəndir, yəni marixuanadır.O, elə həmin yaşıl kütlə olan marixuananı tapdığı sellofan torbacıqda olmaqla cibinə qoymuşdur ki, nə vaxtsa imkan olanda ürəyi istəyəndə istifadə edər.Elə olmuşdur ki, 06 fevral 2021- ci il tarixdə təxminən saat 21- 40 radələri olardı ki, dostu Eyvazov Bahadur Əziz oğluna məxsus və sonuncunun idarə etdiyi VAZ- 2106 markalı 10- LF- 106 dövlət qeydiyyat nişanlı avtomobillə digər dostları Şahid3 Ağoğlan oğlu və Cənnətəliyev Pərviz Hüsaməddin oğlu da olmaqla birlikdə onun Bərdə rayonunun Lənbəran kəndində yaşayan dayısı evinə birlikdə gedib gəlməyi qərara almışdır.Demişlər ki, yoldaşılı gedib- gəlsinlər vaxt keçisin. Onun dayısı ilə şəxsi işi olduğundan elə həmin dostlarıına da demişdir ki, elə onunla yoldaşlı gedib gəlsinlər. Onlar da razı olmuşlar.Onlar elə Eyvazov Bahadur Əziz oğlunun idarə etdiyi VAZ- 2106 markalı 10- LF- 106 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib, Bərdə rayonu Alpout kəndi ərazisinə çatarkən, artıq saat 22 radələri olmuşdur. Onu da qeyd edir ki, o, həmin vaxt yoldaşlarına üzərində narkotik olmasını deməmişdi. Ona görə ki, onlar narkotikə pis baxırlar və istifadə etmirlər. Elə buna görə də bunu onlardan gizli saxlamışdır.Həmin yerdə yerləşən DYP- nin postunda polis əməkdaşı onların maşınını saxlatmışdır. O, dərhal cibində sellofan torbacıqda olan marixuananı heç maşında olan yoldaşları görmədən maşının ötürmə qutusunun yanına qoymuşdur ki, polis üstünü axtarsa tapa bilməsin.Həm də üzərində olan bıçağı da həmin ötürmə qutusunun üzərinə qoymuşdur.Həmin vaxt DYPnin əməkdaşı onun hərəkətlərimdən şübhələndiyindən ondan üzərində narkotik olubolmamasını soruşmuşdur.Həmin vaxt o, artıq başa düşmüşdür ki, polis maşına da baxacaq və narkotiki aşkar edəcəkdir.Ona görə də səmimi etiraf edib bildirmişdir ki, maşında ötürmə qutusunda sellofan torbacıqda olan narkotik ona məxsusdur və həm də bıçağın da həmin yerdə olduğunu onun da özünə məxsus olduğunu demişdir.Bundan sonra polis əməkdaş da onların maşınına əyləşmiş və onlara nəzarət edərək həm də bildirmişdir ki, onlar heç bir hərəkət etməsinlər. Daha sonra polis əməkdaşı avtomobili idarə edib onları Bərdə rayon polis şöbəsinə gətirmişlər.Polis şöbəsində ilk əvvəl üzərində axtarış aparılmış və onun üzərində hər hansı bir qeyri- qanuni saxladığı əşya, narkotik olmağından üzərindən heç nə çıxmamışdır. Polislərə bildirmişdir ki, Bahadurun idarə etdiyi VAZ- 2106 markalı 10 - LF- 106 dövlət qeydiyyat nişanlı avtomobildə ötrücü qutusunun üstündə olan bıçaq və sellofan torbacıqda olan narkotik ona məxsusdur və həmin yerdən qeyd olunan narkotiki və bıçağı polislər onun iştirakı ilə götürmüşlər.Onu da qeyd edir ki, həmin bıçağı hardasa 2 ay olar ki, dostu Şahid5 ona vermişdir və o da üzərində gəzdirib saxlamışdır.Elə polislər onları postda saxlayanda o, üzərindən həmin narkotiki və bıçağı çıxarıb avtomobilin ötürmə qutusunun üzərinə qoymuşdur. O, onu da qeyd edir ki, onun üzərində narkotik və bıçaq olmasından dostlarının heç birinin xəbəri olmamışdır.Həmin narkotiki və bıçağın maşında olmasını və qoyduğu yeri polislərə deyəndən sonra dostlarının da bunlardan xəbərləri olmadığını bildirmişdir.O, həmin narkotiki üzərində saxlamışdır ki, lazım gələndə, ürəyi istəyəndə istifadə etsin.O, həmin narkotik vasitəni üzərində saxlamağından heç kimin məlumatı olmamışdır. 06.02.2021-ci il tarixdə polis şöbəsində onun üzərində və VAZ- 2106 markalı 10- LF 106 nömrəli avtomobildə videoçəkilişdən istifadə etməklə və müdafiəçimin iştirakı ilə axtarış aparılmışdır.Hətta polislər onların maşınını postda saxlayandan sonra və o, maşında narkotik olduğunu polisə deyəndən sonra polis işçiləri maşınla birlikdə Bərdə rayon polis şöbəsinə üzərində və avtomobildə axtarış keçiriləcəyini və həmin narkotiki aşkar edib götürəcəklərini bildirdikdə o, heç bir etiraz etməmişdir.Onlarla birlikdə polis şöbəsinə gəlmişdir.Ona polislər demişlər ki, polis şöbəsində üzərində axtarış keçirilənə qədər əllərini ciblərinə və maşında hər hansı bir yerə doğru uzatmasın, yəni hərəkət etməsin.O da etiraz etməmiş bildirmişdir ki, polisin qanuni tələbi ilə polis şöbəsinə gedəcəkdir. Elə onlarla da polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı Vüsal müəllim tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona Müdafiəçi oğlu təqdim edilmiş və müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs kimi malik olduğu hüquq və vəzifələri ona izah olunmuşdur.Bundan sonra onun nəzərinə çatdırılmışdır ki, onun üzərində şəxsi axtarış videoçəkilişlə aparılacaqdır. O də etiraz etməmiş, demişdir ki, aparılsın.Həmin vaxt polislər bildirmişlər ki, üzərində hər hansı bir qeyri- qanuni saxladığı əşya, narkotik vasitə varsa çıxarıb könüllü sürətdə təqdim etsin.O da əynində olan paltarının cibində olan pulunu siqareti və dəsmalı üzərindən çıxarıb polis şöbəsində stolun üzərinə qoymuşdur.Bundan sonra polis işçisi onun üzərinii axtarsa da üzərində başqa heç nə olmadığından aşkar olunmamışdır.Bundan sonra təhqiqatçı Vüsal müəllimin və qeyrilərinin iştirakı ilə polis şöbəsinin həyətində saxlanılan VAZ- 2106 markalı 10- LF- 106 nömrəli avtomobilin ötürmə qutusunun yanında olan narkotiki və bıçağı onlara təqdim edib vermişdir.Həmin narkotik elektron tərəzidə çəkilmiş çəkisi 6, 5 qram gəlmişdir.Sonra həmin kütlələr təhqiqatçı tərəfindən zərfə qoyulmuşdur.Zərfin ağzıbağlanıb möhürlənmişdir..Zərfin üzərinə o, müdafiəçi və polis işçiləri imza etmişlər. Təhqiqatçı Vüsal müəllim bıçağı da qablaşdırıb həmin bıçağın da və narkotikin də ekspertizaya göndəriləcəyini və bununla həmin kütlənin hansı növ maddə olmasını və dəqiq çəkisinin müəyyən ediləcəyini və rəy alınacağını bildirmişdir.Eyni zamanda bıçağın da soyuq- silah olub-olmamasını da müəyyən etməkdən ötrü ekspertə göndəriləcəyini onların iştirakçıların nəzərinə çatdırmışdır.Ondan polislər həmin narkotiki nə məqsədlə üzərində saxladığını soruşmuşlar. O da demişdir ki, saxlayır ki, gələcəkdə istifadə etsin, başqa məqsədlə saxlamamış, yəni kiməsə satmaq və ya pay vermək fikirim olmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Elxan oğlunun təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onun özünə məxsus VAZ- 2106 markalı 10- LF- 106 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də var.06.02.2021ci il tarixdə təxminən saat 21 radələri olardı ki. o, avtomobilini Məhərrəmə məxsus olan və Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən sexə aparıb, avtomobilini təmir etdirməyə başlamışdır. Bu vaxt ona dostu Elsevər zəng edib bildirmişdir ki, o, Elsevəri öz avtomobili ilə Bərdə rayonunun Lənbəran kəndində yaşayan dayısıgilə aparsın. Elsevər dayısına pul verəcəyini bildirmişdir.O,Elsevərlə razılaşmışdır.Elə həmin vaxt Pərviz də onun yanında olmuşdur. Elsevər onlara demişdir ki, yoldaşlı Lənbəran kəndinə gedib gəlsinlər.Onlar da razılaşmışlar. Avtomobili o,idarə etmişdir. Avtomobildə qabaq sağ oturacaqda Elsevər, arxa sağ oturacaqda Pərviz , Məhərrəm isə arxa sol oturacaqda oturmuşdur. Onlar hərəkət edib gəlib Bərdə rayonunun Alpout kənd yoluna çatmışlar ki, onların maşınını DYP- nin işçisi Ehtiram saxlatmışdır. Ehtiram həmin vaxt onun içkili olduğuna görə onu həkim müaynəsindən keçirmişdir.Onun barəsində protokol yazmışdır.Həmn vaxt o, maşından yerə düşəndən sonra maşında qabaq sağ oturacaqda oturmuş Elsevərin hərəkətləri polisləri şübhələndirmişdir. Polislər Elsevərdən üzərində narkotik olub-olmamasını soruşarkən o, etiraf etmişdir ki, üzərində narkotik olub və həmin narkotiki avtomobilin ötürmə qutusunun üzərinə qoyduğunu demişdir. Bundan sonra polislər bildirmişlər ki, Elsevərin üzərinə və maşına baxış keçirmək üçün Bərdə rayon polis şöbəsinə getməlidir.Maşını polis işçisi idarə etmişdir. Həmin polislə onun maşınında Elsevər, Pərviz və Məhərrəm də olmaqla onları Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun maşınına Elsevərin iştirakı ilə baxış keçirilmişdir. Düzdür o, baxışda iştirak etməsə də sonradan eşitmişdir ki, Elsevər polislər maşını saxladarkən üzərində olan narkotiki və bıçağı onun maşınının ötürmə qutusunun üzərinə qoymuş və polis şöbəsində maşına baxış keçirilərkən, həmin yerdən narkotiki və bıçağı götürüb polisə vermişdir.O, əvvəlcədən bilsəydi ki, Elsevərdə narkotik var onu heç maşına minməyə qoymazdı. O, bunu onda bilmişdir ki, Elsevər onları polis saxlayarkən özü də polis ondan soruşanda ki, narkotikdən istifadə edirmi. O da istifadə etdiyini və qorxduğundan narkotiki ötürmə qutusunun üzərinə qoymuş olduğunu bildirmişdir.Onu da qeyd edir ki, 3 ay olar ki, o, Elsevərə bir bıçağı elə pulsuz hədiyə olaraq vermişdir. Həmin bıçağı da Elsevər maşının ötürmə qutusu üzərinə qoyduğundan oradan polis tərəfindən Elsevərin göstərib və götürüb təqdim etməsi əsasında polis tərəfindən götürülmüşdür.O, Elsevərin narkotiki haradan əldə edib üstündə nə məqsədlə üzərində saxlama səbəbini bilmir. O, onun əvvəllər narkotikdən marixuanadan istifadə etməsini bilməmişdir.Onu da qeyd edir ki, Elsevərin üstündə saxladığı narkotikin ona heç bir aidiyyəti yoxdur.O, Elsevərin narkotiki cibindən çıxarıb maşının ötürmə qutusu üzərinə qoyarkən, yəqin polislərin onun maşınını saxladarkən o, ilk öncə maşınından yerə düşdüyündən, yəqin həmin vaxt Elsevər üstündə olan narkotiki maşının ötürmə qutusu üzərinə qoyduğundan elə buna görə görməmişdir. Həm də həmin vaxt qaranlıq olduğundan o, bunları görə bilməzdi. Polislər ondan, Məhərrəmdən, Pərvizdən üzərlərində narkotik olub- olmamasını soruşmuşlar. Onlar da üzərlərində heç bir narkotik olmadığını bildirmişlər.Polislər onlara inanmışlar ki, onlarda narkotik yoxdur.Özləri könüllü ciblərini çıxarıb göstərmişlər ki, həqiqqətən onlarda narkotik yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, O, Azərbaycan Respublikası DİN- nin BDYPİ- nin YPXA- nın 13- cü taqımınında inspektor vəzifəsində işləyir və polis serjantıdır. 06 fevral 2021- ci il tarixdə o və həmkarı BDYPİ- nin YPXA- nın inspektoru polis baş serjantı Şahid1 ilə Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun 60- cı km də Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən həmin yol hissəsində xidmətdə olarkən, saat hardasa 22 radələri olardı ki, onlar həmin yolla hərəkətdə olan Vaz- 2106 markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobilin idarə etməsində sağa və sola meyilləndirməyi onda və həmkarı Şahid1 şübhə yaratmışdır ki, sürücü içkilidir, ona görə maşını belə idarə edir.Onlar sürücüyə diqqət yetirərkən onun təhlükəsizlik kəmərindən istifadə etmədiyini də görüb müşahidə etdiklərindən işarə verib avtomobili saxlatmışlar. Həmin vaxt sürücü Şahid5 içkili olduğunu görüb həkim müayinəsindən keçirib, bundan sonra onun barəsində Şahid1 protokol tərtib etmişdir.Bundan sonra o, avtomobildə olmuş şəxslərin kimliyi və onların şəxsiyyəti ilə maraqlanarkən avtomobiliun qabaq sağ oturacağında oturmuş Təqsirləndirilən şəxs özünü şübhəli aparıb özü səmimi etiraf etmişdir ki, onun üzərində narkotik marixuana var və o , həmin marixuananı avtomobilin sürət qutusunun üzərinə qoymuşdur.Bununla belə o, üzərində olan bıçağı da həmin yerə qoyduğunu bildirmişdir.Artıq bütün bunlardan sonra avtomobildə narkotik və bıçaq olduğunu bildikdən sonra həmkarı Şahid1la belə qərara gəlmişlər ki, avtomobili və içərisində olmuş şəxslərlə birlikdə Bərdə rayon polis şöbəsinə aparıb avtomobildə və Təqsirləndirilən şəxs üzərində axtarış aparıb maşında və ya üzərində olan narkotiki aşkar edib götürülməsinə nail olsunlar.Ona görə də avtomobildə həmin şəxslər də olmaqla onlar avtomobili idarə edib Bərdə RPŞ- nə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra onlar Bərdə RPŞ- nin rəisinə raporla müraciət edib bildirmişlər ki, həmin avtomobildə və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ehtimal olunduğundan onun üzərinə və avtomobildə axtarış aparılsın.Bundan sonra Təqsirləndirilən şəxs üzərində onun və qeyri polis əməkdaşlarının və Müdafiəçi bilavasitə iştirakı ilə şəxsi axtarış aparılsa da onun üzərindən heç bir qeyrqanuni saxladığı hər hansı bir əşya və narkotik aşkar olunmamışdır.Həmin vaxt Elsevər Kərimov bildirmişdir ki, onun üzərində narkotik marixuana olmuş və o, həmin marixuananı onlar avtomobili saxlayrkən qorxduğundan maşının ötürmə qutusunun üzərinə qoymuş olduğunu və həm də həmin vaxt üzərində olan 1 ədəd bıçağı da həmin yerə qoymuş olduğunu bildirib və bilavasitə həmin yerdən götürüb onun üzərində və avtomobildə axtarış aparan polis şöbəsinin təhqiqatçısı polis kapitanı X9 oğluna təqdim etmişdir.Bundan sonra həmin avtomobildə polis işçiləri tərəfindən axtarış aparılsa da heç bir narkotik və qeyri - qanuni saxlanan hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra həmin avtomobildə polis işçiləri tərəfindən axtarış aparılsa da heç bir narkotik və qeyri-qanuni saxlanan hər hansı bir əşya aşkar olunmamışdır. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində və Vaz- 2106 markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış videoçəkilişlə aparılmışdır.Həmin narkotik çəkilmiş və çəkisinin 6, 5 qram olmuş olduğu müəyyən olunmuşdur. Həmin narkotik kağız paketdə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir.Eyni zamanda bıçaq da qablaşdırılıb soyuq silah olubolmamasını müəyyən etməkdən ötrü ekspertə göndəriləcəyi təhqiqatçı tərəfindən iştirakçıların nəzərinə çatdırılmışdır.Həmin qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs, Müdafiəçi və qeyriləri imza etmişlər. Ən nəhyət həmin axtarış başa çatandan sonra təhqiqatçı Vüsal Bayramov protokol tərtib etmiş və həmin protokol ucadan onlara iştirakçılara oxunmuşdur.Protokolda qeyd olunanların doğruluğunu onlar iştirakçılar imzaları ilə təsdiq etmişlər.Onu da nəzərə çatdırır ki, həmkarı Şahid1la həmin avtomobili və avtomobildə olan şəxsləri Bərdə RPŞ- nə gətirib raport yazıb Bərdə rayon polis şöbəsinin işçilərinə təqdim etdikdən sonra o, polis şöbəsində qalıb axtarışda iştirak etsə də həmkarı Şahid1 xidməti ərazi boş qalmasın deyə dərhal həmin yerə qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsində NMQ- nun əməliyyat müvəkkili vəzifəsində işləyir polis leytenantıdır. Azərbaycan Respublikası DİN- nin BDYPİ- nin YPXA- nın 13- cü taqımının inspektoru vəzifəsində işləyən polis serjantı Şahid2 və Şahid1 tanıyır. 06 fevral 2021- ci il tarixdə hardasa saat 22-45 radələri olardı ki, BDYPİ- nin YPXA- nın inspektoru polis baş serjantları Şahid1 və Şahid2 xidmət apardıqları Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun 60- cı km də Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən həmin yol hissəsində xidmətdə olarkən saat hardasa 22 radələrində Vaz- 2106 markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 avtomobilini saxlayıb onun içkili olduğuna görə sürücüyə diqqət yetirərkən onun təhlükəsizlik kəmərindən istifadə etmədiyini də görüb müşahidə etdiklərindən sürücü Şahid5 həkim müayinəsindən keçirib, daha sonra onun barəsində Şahid1 protokol tərtib etmişdir.Bundan sonra onlar avtomobildə olmuş şəxslərin kimliyi və onların şəxsiyyəti ilə maraqlanarkən avtomobilin qabaq sağ oturacağında oturmuş Təqsirləndirilən şəxs özünü şübhəli aparıb özü səmimi etiraf edib bildirmişdir ki, onun üzərində narkotik marixuana var və o , həmin marixuananı avtomobilin ötürmə qutusunun üzərinə qoymuşdur.Bununla belə o, üzərində olan bıçağı da həmin yerə qoyduğunu polis işçiləri Şahid2 və Şahid1 bildirdiyindən, Şahid2 və Şahid1 bütün bunlardan sonra avtomobildə narkotik və bıçaq olduğundan belə qərara gəlmişlər ki, avtomobili və içərisində olmuş şəxslərlə birlikdə Bərdə rayon polis şöbəsinə gətirib avtomobildə və Təqsirləndirilən şəxs üzərində axtarış aparıb maşında və ya onun üzərində narkotik varsa aşkar edib götürülməsinə nail olsunlar.Ona görə də onlar avtomobildə həmin şəxslər də olmaqla avtomobili idarə edib Bərdə RPŞ- nə gətirmişlər.Polis şöbəsinə gəldikdən sonra Ehtiram və Şahid1 Bərdə RPŞ- nin rəisinə raporla müraciət edib bildirmişlər ki, həmin avtomobildə və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ehtimal olunduğundan onun üzərinə və avtomobildə axtarış aparılsın.Ona görə də o da həmin axtarışda iştirak etməli olmuşdur.Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində onun və qeyri polis əməkdaşlarının və Müdafiəçi bilavasitə iştirakı ilə şəxsi axtarış aparılsa da onun üzərindən heç bir qeyr- qanuni saxladığı hər hansı bir əşya və narkotik aşkar olunmamışdır.Həmin vaxt Elsevər Kərimov bildirmişdir ki, onun üzərində narkotik marixuana olmuş və o, həmin marixuananı onları Şahid2 və qeyrisi saxlayarkən qorxduğundan maşının ötürmə qutusunun üzərinə qoymuş olduğunu və həm də həmin vaxt üzərində olan 1 ədəd bıçağı da həmin yerə qoymuş olduğunu bildirib və bilavasitə həmin yerdən götürüb onun üzərində və avtomobildə axtarış aparan polis şöbəsinin təhqiqatçısı polis kapitanı X9 oğluna təqdim etmişdir.Bundan sonra həmin avtomobildə onlar polis işçiləri tərəfindən axtarış aparılsa da heç bir narkotik və qeyri - qanuni saxlanan hər hansı bir əşya aşkar olunmamışdır. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində və Vaz- 2106 markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış videoçəkilişlə aparılmışdır. Kərimov Elsevər Elxan oğlunun təqdim etdiyi həmin narkotik elektron tərəzidə çəkilmiş və çəkisi 6,5 qram olmuş olduğu müəyyən olunmuşdur.Həmin kütlə kağız torbada qablaşdırılb möhürlənmiş və üzərinə də iştirakçılar tərəfindən imzalar edilmişdir.Təhqiqatçı tərəfindən bildirilmişdir ki, həmin kütlə dəqiq çəkisinin və hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü məhkəmə -bioloji ekspertizasına göndərilib rəy alınacaqdır.Eyni zamanda həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq da qablaşdırılaraq soyuq silah olub-olmamasını müəyyən etməkdən ötrü ekspertizaya göndəriləcəyi iştirakçıların nəzərinə çatdırılmışdır. Ən nəhyət həmin axtarış başa çatandan sonra təhqiqatçı Vüsal Bayramov protokol tərtib etmiş və həmin protokol ucadan onlara iştirakçılara oxunmuşdur.Protokolda qeyd olunanların doğruluğunu onlar iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsində növbətçi hissəsində sürücü işləyir, polis serjantıdır. Azərbaycan Respublikası DİN- nin BDYPİ- nin YPXA- nın 13- cü taqımının inspektor vəzifəsində işləyən polis serjantı Şahid2 və Şahid1 tanıyır. 06 fevral 2021- ci il tarixdə hardasa saat 22-45 radələri olardı ki, BDYPİ- nin YPXA- nın inspektoru polis baş serjantları Şahid1 və Şahid2 xidmət apardıqları Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun 60- cı km də Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən həmin yol hissəsində xidmətdə olarkən saat hardasa 22 radələrində Vaz- 2106 markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 avtomobilini saxlayıb onun içkili olduğuna görə sürücüyə diqqət yetirərkən, onun təhlükəsizlik kəmərindən istifadə etmədiyini də görüb müşahidə etdiklərindən, sürücü Şahid5 həkim müayinəsindən keçirib, daha sonra onun barəsində Şahid1 protokol tərtib etmişdir.Bundan sonra onlar avtomobildə olmuş şəxslərin kimliyi və onların şəxsiyyəti ilə maraqlanarkən avtomobilin qabaq sağ oturacağında oturmuş Təqsirləndirilən şəxs özünü şübhəli aparıb özü səmimi etiraf edib bildirmişdir ki, onun üzərində narkotik marixuana olmuş və o, həmin marixuananı avtomobilin ötürmə qutusunun üzərinə qoymuşdur.Bununla belə o, üzərində olan bıçağı da həmin yerə qoyduğunu polis işçiləri Şahid2 və Şahid1 bildirdiyindən, Şahid2 və Şahid1 bütün bunlardan sonra avtomobildə narkotik və bıçaq olduğundan belə qərara gəlmişlər ki, avtomobili və içərisində olmuş şəxsləri birlikdə Bərdə rayon polis şöbəsinə gətirib avtomobildə və Təqsirləndirilən şəxs üzərində axtarış aparıb maşında və ya onun üzərində narkotik varsa aşkar edib götürülməsinə nail olsunlar.Ona görə də onlar avtomobildə həmin şəxslər də olmaqla avtomobili idarə edib Bərdə RPŞ- nə gətirmişlər.O da həmin gün əməliyyat qrupunda növbətçi sürücü olduğumdan bütün bunları müşahidə edib həmin axtarışda da iştirak etmişdir.Belə ki, Ehtiram Abbasov və Şahid1 polis şöbəsinə gəldikdən sonra Bərdə RPŞ- nin rəisinə raporla müraciət edib bildirmişlər ki, həmin avtomobildə və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ehtimal olunduğundan onun üzərinə və avtomobildə axtarış aparılsın.Ona görə də o da həmin axtarışda iştirak etməli olmuşdur.Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində onun və qeyri polis əməkdaşlarının və Müdafiəçi bilavasitə iştirakı ilə şəxsi axtarış aparılsa da onun üzərindən heç bir qeyr- qanuni saxladığı hər hansı bir əşya və narkotik aşkar olunmamışdır.Həmin vaxt Elsevər Kərimov bildirmişdir ki, onun üzərində narkotik marixuana olmuş və o, həmin marixuananı onları Şahid2 və qeyrisi saxlayarkən qorxduğundan maşının ötürmə qutusunun üzərinə qoymuş olduğunu və həm də həmin vaxt üzərində olan 1 ədəd bıçağı da həmin yerə qoymuş olduğunu bildirib və bilavasitə həmin yerdən götürüb onun üzərində və avtomobildə axtarış aparan polis şöbəsinin təhqiqatçısı polis kapitanı X9 oğluna təqdim etmişdir.Bundan sonra həmin avtomobildə onlar polis işçiləri tərəfindən axtarış aparılsa da heç bir narkotik və qeyri - qanuni saxlanan hər hansı bir əşya aşkar olunmamışdır. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində və Vaz- 2106 markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış videoçəkilişlə aparılmışdır. Kərimov Elsevər Elxan oğlunun təqdim etdiyi həmin narkotik elektron tərəzidə çəkilmiş və çəkisi 6,5 qram olmuş olduğu müəyyən olunmuşdur.Həmin kütlə elə sellofan torbacıqda olmaqla kağız torbaya qoyulub qablaşdırılb möhürlənmiş və üzərinə də iştirakçılar tərəfindən imzalar edilməklə polis şöbəsinin arayışlar üçün 94 saylı möhürü vurulmuşdur.Təhqiqatçı Vüsal müəllim tərəfindən bildirilmişdir ki, həmin kütlə dəqiq çəkisinin və hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü məhkəməbioloji ekspertizasına göndərilib rəy alınacaqdır.Eyni zamanda həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq da qablaşdırılaraq soyuq silah olub- olmamasını müəyyən etməkdən ötrü ekspertizaya göndəriləcəyi iştirakçıların nəzərinə çatdırılmışdır. Ən nəhyət həmin axtarış başa çatandan sonra təhqiqatçı Vüsal Bayramov protokol tərtib etmiş və həmin protokol ucadan onlara iştirakçılara oxunmuşdur.Protokolda qeyd olunanların doğru olduğunu görüb protokola o və iştirakçılar imza etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş şahid X2 ifadəsində göstərmişdir ki, onun dostu Şahid5 özünə məxsus VAZ- 2106 markalı 10- LF- 106 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün Bahadurun sürücülük vəsiqəsi də var.06.02.2021- ci il tarixdə təxminən saat 21 radələri olardı ki. o və Bahadur Bahadurun həmin avtomobili ilə Məhərrəmə məxsus olan və Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən avtomobil təmiri sexinə gedib avtomobilii təmir etdirməyə başlamışlar. Bu vaxt Bahadura tanışı Elsevər zəng edib bildirmişdir ki, onu Bahadur öz avtomobil ilə Bərdə rayonunun Lənbəran kəndinə dayısıgilə aparsın. Elsevər dayısına pul verəcəyini bildirmişdir. Bahadur Elsevərlə razılaşmışdır.Elə həmin vaxt Elsevər onların yanına gəlmişdir ki, yoldaşlı Lənbəran kəndinə gedib gəlsinlər. Onlar da razılaşmışlar.Maşını Bahadur idarə etmişdir. Qabaq sağ oturacaqda Elsevər, arxa sağ oturacaqda o,Məhərrəm isə arxa sol oturacaqda oturmuşdur.Onlar hərəkət edib gəlib Bərdə rayonunun Alpout kənd yoluna çatmışlar ki, onların maşınını DYP- nin işçisi Ehtiram saxlatmışdır. Ehtiram həmin vaxt Bahadurun içkili olduğuma görə onu həkim müaynəsindən keçirmişdir.Onun barəsində protokol yazmışdır.Həmn vaxt Bahadur maşından yerə düşəndən sonra maşında qabaq sağ oturacaqda Elsevər oturmuşdur. O və Məhərrəm də maşından yerə düşməmişlər, öz yerlərində oturub qalmışlar. Polislər nədənsə Elsevərdən şübhələnmişlər.Polislər Elsevərdən üzərində narkotik olub-olmamasını soruşarkən o, etiraf etmişdir ki, üzərində narkotik olub və həmin narkotiki avtomobilin ötürmə qutusunun üzərinə qoymuş olduğunu bildirmişdir.Ancaq onun bunu necə qoymasını nə o, nə Məhərrəm və nə də ki, Bahadur görməmişlər. Bundan sonra polislər demişlər ki, Elsevərin üzərinə və maşına baxış keçirmək üçün Bərdə rayon polis şöbəsinə getməlidir. Maşını polis işçisi idarə etmişdir. Həmin polislə birgə Bahadurun maşınıda Bahadur, Elsevər, o və Məhərrəm olmaqla onları Bərdə rayon polis şöbəsinə gətirmişlər.Polis şöbəsində Bahadurun maşınına Elsevərin iştirakı ilə baxış keçirilmişdir. Düzdür o, baxışda iştirak etməsə də sonradan eşitmişdir ki, Elsevər polislər maşını saxladarkən üzərində olan narkotiki və bıçağı Bahadurun maşınımı ötürmə qutusunun üzərinə qoyub və polis şöbəsində maşına baxış keçirilərkən, həmin yerdən narkotiki və bıçağı götürüb polisə vermişdir.Onlar əvvəlcədən bilsəydilər ki, Elsevərdə narkotik var onu heç maşına minməyə qoymazdılar və onunla bir maşında hərəkət etməzdilər. O, bunu onda bilmişdir ki, Elsevər onları polis saxlayarkən özü də polis ondan soruşanda ki, narkotikdən istifadə edirmi.Elsevər də istifadə etdiyini və qorxduğundan narkotiki ötürmə qutusunun üzərinə qoymuş olduğunu bildirmişdir.O , onu da qeyd edir ki, Elsevərə bıçağı elə pulsuz hədiyə olaraq Bahadur vermişdir. Həmin bıçağı da Elsevər maşının ötürmə qutusu üzərinə qoyduğundan oradan polis tərəfindən Elsevərin göstərib və götürüb təqdim etməsi əsasında polis tərəfindən götürülmüşdür.O, Elsevərin narkotiki haradan əldə edib üstündə nə məqsədlə saxlama səbəbini bilmir. O, Elsevəri əvvəllər narkotikdən marixuanadan istifadə etməsini bilməmişdir.Onu da qeyd edir ki, Elsevərin üstündə saxladığı narkotikin ona və Bahadura, Məhərrəmə heç bir aidiyyəti yoxdur.O, Elsevərin narkotiki cibindən çıxarıb maşının ötürmə qutusu üzərinə qoyarkən, görməmiş, ona görə ki, qaranlıq olmuşdur. Elə buna görə də o, bütün bunları görməmişdir.O, narkotikdən heç vaxt istifadə etməmiş və əvvəlcədə bilsəydi ki, Elsevər ondan istifadə edir heç onunla birlikdə getməzdi.Polislər ondan, Məhərrəmdən, Bahadurdan üzərinə narkotik olubolmamasını soruşmuşlar. Onlar da üzərlərində heç bir narkotik olmadığını bildirmişlər və həm də polislər onların səmimiyətinə inanmışlar ki, onlarda narkotik yoxdur.Özləri könüllü ciblərini çıxarıb göstərmişlər ki, həqiqqətən onlarda narkotik yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, onun tanışı Şahid5 özünə məxsus VAZ- 2106 markalı 10- LF- 106 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün onun sürücülük vəsiqəsi də var.06.02.2021- ci il tarixdə təxminən saat 21 radələri olardı ki. Pərviz və Bahadur Bahadurun həmin avtomobili ilə ona məxsus olan və Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən avtomobil təmiri sexinə gəlib avtomobili təmir etdirməyə başlamışlar. Həmin vaxt Bahadura tanışı Elsevər ona zəng edib bildirmişdir ki, onu Bahadur öz avtomobil ilə Bərdə rayonunun Lənbəran kəndinə dayısıgilə aparsın.Elsevər dayısına pul verəcəyini bildirmişdir. Bahadur Elsevərlə razılaşmışdır.Elə həmin vaxt Elsevər onların yanına gəlmişdir ki, yoldaşlı Lənbəran kəndinə gedib gəlsinlər.O da yolüstü onu da evlərinə düşürməyi xahiş etmişdir. Ancaq həmin tanışları onun da onlarla yoldaşlı gedib gəlmələrini bildirdiklərindən o da onlarla razılaşmışdır. Maşını Bahadur idarə etmişdir. Maşında qbaq sağ oturacaqda Elsevər, arxa sağ oturacaqda Pərviz, o özü isə isə arxa sol oturacaqda oturmuşdur. Onlar hərəkət edib gəlib Bərdə rayonunun Alpout kənd yoluna çatmışlar ki, onların maşınını DYP- nin işçisi Ehtiram və bir nəfər adını bilmədiyi polis işçisi saxlatmışdır.Ehtiram həmin vaxt Bahadurun içkili olduğuna görə onu həkim müaynəsindən keçirmişdir.Onun barəsində protokol yazılmışdır. Həmn vaxt Bahadur maşından yerə düşəndən sonra maşında qabaq sağ oturacaqda Esevər oturmuş və o, yerə düşməmişdir.O və Pərviz isə maşından yerə düşməmişlər, öz yerlərində oturub qalmışlar.Polislər nədənsə Elsevərdən şübhələnmişlər Polislər Elsevərdən üzərində narkotik olub- olmamasını soruşarkən o, etiraf etmişdir ki, üzərində narkotik olub və həmin narkotiki avtomobilin ötürmə qutusunun üzərinə qoymuşdur.Ancaq o bunu necə qoymuş bunu nə Pərviz və nə də ki, o və Bahadur görməmişlər. Bundan sonra polislər demişlər ki, Elsevərin üzərinə və maşına baxış keçirmək üçün Bərdə rayon polis şöbəsinə getməlidirlər. Maşını polis işçisi idarə etmişdir. Həmin polislə birgə Bahadurun maşınıda Bahadur, Elsevər, Pərviz və o, olmaqla onları Bərdə rayon polis şöbəsinə gətirmişlər.Polis şöbəsində Bahadurun maşınına Elsevərin iştirakı ilə baxış keçirilmişdir. Düzdür o, baxışda iştirak etməsə də sonradan eşitmişdir ki, Elsevər polislər maşını saxladarkən üzərində olan narkotiki və bıçağı Bahadurun maşınının ötürmə qutusunun üzərinə qoyub və polis şöbəsində maşına baxış keçirilərkən, həmin yerdən narkotiki və bıçağı götürüb polisə vermişdir.Onlar əvvəlcədən bilsəydilər ki, Elsevərdə narkotik var onu heç maşına minməyə qoymazdılar və onunla bir maşında hərəkət etməzdilər.O, bunu onda bilmişdir ki, Elsevər onları polis saxlayarkən özü də polis ondan soruşanda ki, narkotikdən istifadə edirmi? Elsevər də istifadə etdiyini və qorxduğundan narkotiki ötürmə qutusunun üzərinə qoymuş olduğunu bildirmişdir.O, onu da qeyd edir ki, Elsevərə bıçağı elə pulsuz hədiyə olaraq Bahadur vermişdir. Həmin bıçağı da Elsevər maşının ötürmə qutusu üzərinə qoyduğundan oradan polis tərəfindən Elsevərin göstərib və götürüb təqdim etməsi əsasında polis tərəfindən götürülmüşdür.O,Elsevərin narkotiki haradan əldə edib üstündə nə məqsədlə saxlama səbəbini bilmir. O, Elsevərin əvvəllər narkotikdən marixuanadan istifadə etməsini bilməmişdir.Onu da qeyd edir ki, Elsevərin üstündə saxladığı narkotikin ona Bahadura, Pərvizə heç bir aidiyyəti yoxdur.O, Elsevərin narkotiki cibindən çıxarıb maşının ötürmə qutusu üzərinə qoyarkən, görməmişdir. Ona görə ki, qaranlıq olmuşdur. Elə buna görə də o, bunu görməmişdir. O, narkotikdən heç vaxt istifadə etməmiş və bilsəydi ki, Elsevər ondan istifadə edir heç onunla birlikdə hərəkət etməzdi.Polislər ondan, Pərvizdən, Bahadurdan üzərilərində narkotik olub- olmamasını soruşmuşlar. Onlar da üzərlərində heç bir narkotik olmadığını bildirmişlər və həm də polislər onlara inanmışlar ki, onlarda narkotik yoxdur.Özləri könüllü ciblərini çıxarıb göstərmişlər ki, həqiqqətən onlarda narkotik yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN- nin BDYPİ- nin YPXA- nın 13- cü taqımında inspektor vəzifəsində işləyir, polis baş serjantıdır. 06 fevral 2021- ci il tarixdə o və həmkarı BDYPİnin YPXA- nın inspektoru polis baş serjantı Şahid2 ilə Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun 60- cı km də Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən həmin yol hissəsində xidmətdə olarkən saat hardasa 22 radələri olardı ki, onlar həmin yolla hərəkətdə olan Vaz- 2106 markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobilin idarə etməsində sağa və sola meyilləndirməyi onda və həmkarı Şahid2 şübhə yaratmışdır ki, sürücü içkilidir, ona görə maşını belə idarə edir. Həm də onlar ilkin sürücüyə diqqət yetirərkən onun təhlükəsizlik kəmərindən istifadə etmədiyini də görüb müşahidə etdiklərindən işarə verib avtomobili saxlatmışlar.Həmin vaxt sürücü Şahid5 içkili olduğunu görüb, həkim müayinəsindən keçirib,bundan sonra onun barəsində o, protokol tərtib etmişdir.Bundan sonra onlar avtomobildə olmuş şəxslərin kimliyi və onların şəxsiyyəti ilə maraqlanarkən avtomobilin qabaq sağ oturacağında oturmuş Təqsirləndirilən şəxs özünü şübhəli aparıb özü səmimi etiraf etimşdir ki, onun üzərində narkotik marixuana olmuş və o, həmin marixuananı avtomobilin ötürmə qutusunun üzərinə qoymuşdur.Bununla belə o, üzərində olan bıçağı da həmin yerə qoyduğunu bildirmişdir.Artıq bütün bunlardan sonra avtomobildə narkotik və bıçaq olduğunu bildikdən sonra həmkarı Ehtiram Abbasovla belə qərara gəlmişlər ki, avtomobili və içərisində olmuş şəxslərlə birlikdə Bərdə rayon polis şöbəsinə aparıb avtomobildə və Təqsirləndirilən şəxs üzərində axtarış aparıb maşında və ya üzərində olan narkotiki aşkar edib götürülməsinə nail olmuş olsunlar.Ona görə də onlar avtomobildə həmin şəxslər də olmaqla avtomobili idarə edib Bərdə RPŞ- nə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra onlar Bərdə RPŞnin rəisinə raporla müraciət edib bildirmişlər ki, həmin avtomobildə və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ehtimal olunduğundan onun üzərinə və avtomobildə axtarış aparılsın.Bundan sonra Təqsirləndirilən şəxs üzərində onun və qeyri polis əməkdaşlarının və Müdafiəçi bilavasitə iştirakı ilə şəxsi axtarış aparılsa da onun üzərindən heç bir qeyrqanuni saxladığı hər hansı bir əşya və narkotik aşkar olunmamışdır.Həmin vaxt Elsevər Kərimov bildirmişdir ki, onun üzərində narkotik marixuana olmuş və o, həmin marixuananı onlar avtomobili saxlayrkən qorxduğundan maşının ötürmə qutusunun üzərinə qoymuş olduğunu və həm də həmin vaxt üzərində olan 1 ədəd bıçağı da həmin yerə qoymuş olduğunu bildirmişdir.O və həmkarı Şahid2la Təqsirləndirilən şəxs və həmin avtomobildə olmuş digər şəxsləri elə həmin avtomobillə birlikdə polis şöbəsinə gətirrib təhvil verəndən sonra Şahid2 polis şöbəsində qalmış,o, isə xidməti ərazinin boş qalmaması üçün dərhal həmin yerə qayıtmişdır.Ona görə də Təqsirləndirilən şəxs üzərində və həmin avtomobildə keçirilən axtarışda iştirak etməmişdir.Ancaq axtarışda iştirak etmiş həmkarı Şahid2 axtarış başa çatdıqdan sonra xidmət apardıqlrı həmin yerə gəlib çıxandan sonra, ondan maşından və Elsevərin üzərindən və maşından nə aşkar olunmasını soruşarkən Şahid2 maşından Elsevərə məxsus narkotik -marixuana və bir ədəd də bıçağın Elsevərin maşından götürüb polislərə təqdim etməsi əsasında götürülmüş olduğunu ona bildirdiyindən o, məlumatlanmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 06 fevral 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Elxan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 06 fevral 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 55-56-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Elxan oğlu 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 64-66-ci vərəqələrində olan 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Elxan oğlu 08 fevral 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin MSY-ən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 44-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsindən alınmış 07 fevral 2021-ci il tarixli 16\ 117 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində 06.02.2021- ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş, 6, 5 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri yazılmış kağız paketdəki 1 ( bir) ədəd sellofan torbacıqda təmiz çəkisi , 6, 503 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 6.503 qr, tədqiqata sərf edildi-0.05 qr, qalıq-6.453 qr. Cinayət 85-86-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsindən alınmış 22 fevral 2021-ci il tarixli 16\ 116 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 102-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 16.03.2021-ci il tarixli 256 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin 104-117-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 17.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 6, 503 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat prosesində tədqiqata 0, 05 qram sərf olunduğundan qalıq olaraq 6, 453 qram marixuna qaldığından həmin qalıq marixuana və bir ədəd də turist bıçağı maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Cinayət işinin 76-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Elxan oğlunun məhkumluğu olmamışdır. Cinayət işinin 79-cu vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Elxan oğlu müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 82-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 211 saylı 11.02.2021-iil tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Elxan oğlunun Bərdə şəhər Poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 83-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 207 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Elxan oğlunun Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Elxan oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Elxan oğlunun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Elxan oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Elxan oğluna cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, gənc olmasını, himayəsində 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Elxan oğlunu azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Elxan oğlu 06 fevral 2021-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 08 fevral 2021-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs Elxan oğluna cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Elxan oğlunun həbsdə saxlandığı iki gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Elxan oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Elxan oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Elxan oğlunun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 63.90 AZN (altmış üç manat doxsan qəpik) (32.40 manat +31.50 manat) Təqsirləndirilən şəxs Elxan oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 6, 453 qram marixuna və bir ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Elxan Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Elxan oğlunun 06 fevral 2021-ci il tarixindən 08 fevral 2021-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs Elxan oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Elxan oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Elxan oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 6, 453 qram marixuna və bir ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Elxan oğlu ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 63.90 AZN (altmış üç manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs Elxan oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar