Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-91/2021 18.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs X12 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bərdə rayonu Zümürxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə 29 yanvar 2021-ci il tarixdə saat 0800 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən “mal bazarı” adlanan yerdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs heç bir səbəb olmadan yumruqla sağ gözündən bir dəfə, təpiklə bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, sağ göz yuvasının dərialtı hematoması, sağ göz almasına geniş ölçülü qansızma, sağ almacıq nahiyəsinin sıyrığı, sağ orbita medial, lateral və aşağı divarından keçən yerdəyişmiş sınıq xətləri, sağ haymor ön və yan divar yerdəyişməli sınıqları və almacıq qövsü əsasından keçən yerdəyişməsiz sınığı ilə nəticələnən dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbıb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Şahid3 həmkəndlisidir, sonuncu ilə malqara alveri ilə məşğul olur. Daşqın 21 yanvar 2021-ci il tarixdə onun şərik olduğu pulun 1950 manatını verib Beyləqan rayonunda yerləşən mal-qara bazarından bir baş yanı balalı inək almışdır. Həmin gün axşam Daşqının yaşadığı evin həyətinə gedib inəyə baxanda heyvanın məməsinin birindən süd gəlmədiyini görmüş və Daşqından bunun səbəbini soruşmuş, sonuncu inəyi aldığı Əlvan adlı şəxsin inəyi balası ilə avtomobildə gətirən zaman inəyin balasının açılıb məməni əmdiyini deməsini bildirmişdir. İnəyin süd gəlməyən məməsinə baxarkən məmənin kor olduğunu, yəni süd gəlmədiyini bilmişdir. Daşqın Əlvanın mobil telefon nömrəsinə zəng edərək inəyin arxa məməsinin kor olduğunu və həmin məmədən ümumiyyətlə süd gəlmədiyini demiş, Əlvan isə Daşqına elə bir inək satmadığını, inəyi qaytarmayacağını, inəyin məməsini Daşqının zədələdiyini söyləmişdir. Daşqın isə Əlvanın bu sözlərinə cavab olaraq lazım olsa inəyi indi gətirə biləcəyini, bir günün içərisində inəyin məməsinə heç bir şey etmədiklərini, həkim çağıra biləcəyini demişdir. Bu zaman Əlvan mobil telefonda Daşqına təkidlə inəyi həmin vəziyyətdə satmadığını, buna görə də qaytarmayacağını bildirmişdir. Həmin həftə ərzində Daşqın bir neçə dəfə Əlvan ilə mobil telefon vasitəsilə əlaqə saxlamış, ancaq Əlvan inəyi qaytarmaqdan imtina etmişdir. 28 yanvar 2021-ci il tarixdə saat 0300 radələrində Daşqın ilə birlikdə həmin inəyi Beyləqan rayonunda yerləşən mal-qara bazarına aparmışdır. Onlar bazarda olarkən Əlvana inəyi qaytarmasını demiş, Əlvan isə qaytarmayacağını bildirmişdir. Həmin vaxt Əlvanın qardaşı Əfqan söhbətə müdaxilə edib inəyin qaytarılmayacağını qeyd etmişdir. Daşqın isə Əfqana ondan inək almadığını, buna görə də söhbətə qarışmamasını bildirmişdir. Əfqan Əlvanın qardaşı olduğunu deyib Daşqına “Qardaşımın problemi mənim də problemimdir” cavabını, ona isə “Toy toğlusu kimi niyə ortaya düşmüsən?” sualını vermişdir. Bu səbəbdən Əfqana “Toy toğlusu sənsən, mənim şərikim sənin qardaşın Əlvandan inək alıb, sən niyə qarışırsan bəs?” sualını vermişdir. Əfqan ilə arasında mübahisə yaranmışdır. İnəyi Əfqangilin yük avtomobilinin arxa tərəfinə bağlayaraq Daşqın ilə birlikdə bazardan çıxmışdır. Daşqın ilə birlikdə yolda olarkən adını bilmədiyi şəxs Daşqının mobil telefonuna zəng edərək Əlvan və Əfqanın inəyi götürdüklərini və pulu qaytaracaqları barədə məlumat vermişdir. X11 ilə mobil telefonda danışarkən 29 yanvar 2021-ci il tarixdə bazara gələndə pulu verəcəyini bildirmişdir. Həmin tarixdə saat 0300 radələrində Daşqın ilə birlikdə Bərdə rayonu Alpoud kəndində yerləşən mal-qara bazarına getmişdir. Bazarda mal-qara alveri etmiş, saat 0800 radələrində Əlvan ilə əlaqə saxlayıb pulu verib-verməyəcəyini soruşmuşlar. Əlvan isə bir saat sonra gəlib inəyin pulunu apara biləcəklərini söyləmişdir. Təxminən bir saat sonra onlar Əlvangilin yanına gedib pulu istəmişlər. Əlvanı kənara dartıb pulu istədikdə Əfqan onun üzərinə doğru gəlmişdir. Buna görə də Əfqanın sifətinə yumruqla bir dəfə zərbə endirmiş və Əfqan yerə yıxılmışdır. Daha sonra yerdə olan Əfqanın təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuş və Daşqın ilə birlikdə həmin yerdən uzaqlaşmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Şahid1 qardaşıdır. Qardaşı ilə birlikdə mal-qara alveri ilə məşğul olaraq ailəsini dolandırır. 21 yanvar 2021-ci il tarixdə Əlvan Beyləqan rayonunda yerləşən mal-qara bazarında sonradan adının Daşqın olmasını bildiyi Bərdə rayon sakininə biri 1220 manata, digəri isə 1940 manata olmaqla iki baş inək satmışdır. İnəkləri satdıqdan təxminən bir həftə sonra, yəni 28 yanvar 2021-ci il tarixdə Daşqın və yanında olan bir nəfər şəxs Əlvanın 1940 manata satdığı inəyi Beyləqan rayonu ərazisində yerləşən malqara bazarına gətirmişlər. Həmin vaxt Daşqın Əlvana yanaşaraq aldığı inəklərdən birinin məməsinin zədələndiyini, ona problemli inək satıldığını söyləmişdir. Əlvan Daşqına iki baş inək satdığını, həmin inəklərin hər ikisini qaytarmasını və pullarını verməyi təklif etmişdir. Əlvan Daşqından inəyi hansı qiymətə satdığını xəbər alanda Daşqın “Xeyir tutmuşam” cavabını vermişdir. Daha sonra Əlvan Daşqına inəyi 1850 manata qaytaracağını bildirmişdir. Söhbət zamanı Elçin onların yanına gəlmiş və inəyi konkret olaraq satdıqları qiymətə qaytarmalı olduqlarını demişdir. Özü və Əlvan Elçinin dedikləri ilə razılaşmadıqları üçün aralarında mübahisə yaranmışdır. Elçin inəyi orada qoyub gedəcəklərini demiş, Daşqın da inəyi şalbana bağlayaraq çıxıb getmişdir. Sonradan Daşqın və Əlvan söhbətləşib inəyin 1850 manata qaytarılacağı ilə bağlı razılığa gəlmişlər. Əlvan inəyə baxacağını, ertəsi gün Bərdə rayonunda yerləşən mal-qara bazarında pulu verəcəyini bildirmişdir. 29 yanvar 2021-ci il tarixdə saat 0800 radələrində özünə məxsus “QAZ” markalı 19 BD-253 dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı Əlvan və tanışı İlqar ilə birlikdə bazara yollanmışlar. Bazara çatmağa az qalmış Daşqın ona zəng edib harada olmasını soruşmuş və pulu götürmək istədiyini demişdir. Sonuncuya bazara yenicə çatdıqlarını söyləmişdir. Bir qədər sonra yenidən mobil telefonuna zəng gəlmiş, zəng edən şəxsin Daşqın olmasını bilmişdir. Daşqın ondan harada olduqlarını soruşmuş, o da bazardakı tualetin yanına çatdıqlarını söyləmişdir. Bir-iki dəqiqə sonra qəflətən Elçin yumruqla Əlvanın sifətinin sağ tərəfindən vurmuşdur. Elçini Əlvanı çəkmək istəyəndə qışqıraraq “Biz belə danışmışdıq?” sualını vermişdir. Bu zaman Elçin onun üzərinə gələrək yumruqla üzünün sol tərəfindən vurmuşdur. Özünü itirib yerə yıxıldıqdan sonra Elçin təpiklə sifətindən və qarnından zərbələr endirmişdir. Daha sonra Elçin onu bıçaqla vurmaq istəmiş, lakin özü kənara çəkilmişdir. Polis əməkdaşları və İlqar onu Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxsla barışdığını, ondan şikayət və tələbinin olmadığını qeyd edərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Qardaşı ilə birlikdə mal-qara alveri ilə məşğul olaraq ailəsini dolandırır. 21 yanvar 2021-ci il tarixdə Əlvan Beyləqan rayonunda yerləşən mal-qara bazarında Daşqına biri 1220 manata, digəri isə 1940 manata olmaqla iki baş inək satmışdır. 28 yanvar 2021-ci il tarixdə Daşqın yanında bir nəfər tanımadığı şəxslə birlikdə onun 1940 manata satdığı inəyi Beyləqan rayonunda yerləşən mal-qara bazarına gətirmişdir. Daşqın ona yaxınlaşaraq aldığı inəklərdən birinin məməsinin zədələndiyini, ona problemli inək satıldığını söyləmişdir. Daşqına iki baş inək satdığını, həmin inəklərin hər ikisini qaytarmasını və pullarını verməyi təklif etmişdir. Daşqından inəyi hansı qiymətə satdığını xəbər alanda Daşqın ona “Xeyir tutmuşam” cavabını vermişdir. Daha sonra Daşqına inəyi 1850 manata qaytaracağını bildirmişdir. Söhbət zamanı Elçin gəlmiş və inəyi konkret olaraq satdıqları qiymətə qaytarmalı olduqlarını demişdir. Özü və Əfqan Elçinin dedikləri ilə razılaşmadıqları üçün aralarında mübahisə yaranmışdır. Buna görə də Elçin inəyi elə orada qoyub gedəcəklərini demiş, Daşqın da inəyi şalbana bağlayaraq çıxıb getmişdir. Sonradan Daşqın ilə söhbətləşib inəyin 1850 manata qaytarılacağı ilə bağlı razılığa gəlmişdir. 29 yanvar 2021-ci il tarixdə saat 0800 radələrində Əfqana məxsus olan “QAZ” markalı 19 BD-253 dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı Əfqan və tanışı İlqar ilə birlikdə bazara yollanmışlar. Bazara çatmağa az qalmış Daşqın Əfqana zəng edib harada olmasını soruşmuş və pulu götürmək istədiyini demiş, sonuncu da bazara yeni çatdıqlarını söyləmişdir. Bir qədər sonra yenidən Daşqın Əfqanın mobil telefonuna zəng gəlmiş, Daşqın Əfqandan harada olduqlarını soruşmuş, Əfqan da bazardakı tualetin yanına çatdıqlarını söyləmişdir. Bir-iki dəqiqə sonra qəflətən Elçin yumruqla onun sifətinin sağ tərəfindən vurmuşdur. Elçin Əfqanın üzərinə gedərək yumruqla üzünün sol tərəfindən vurmuş və Əfqan yerə yıxılmışdır. Əfqan yerə yıxıldıqdan sonra Elçin təpiklə Əfqanın sifətindən zərbələr endirmişdir. DİN-nin “102” zəng mərkəzi xidmətinə zəng edərək qardaşı Əfqanın döyülməsi barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları bazara gələrək Əfqanı Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. 21 yanvar 2021-ci il tarixdə Elçinin şərik olduğu pulun 1950 manatına Beyləqan rayonunda yerləşən mal-qara bazarından bir baş balası olan, 1270 manatına isə başqa bir baş balası olan inək almışdır. Daha sonra 1270 manata aldığı inəyi həmin bazarda aldığı pulun 30 manat artığına yəni, 1300 manata tanımadığı şəxsə satmış, digər inəyi isə yaşadığı Bərdə rayonu Zümürxan kəndinə aparmışdır. Həmin gün inəyə baxanda məmələrinin ikisində südün az olduğunu görmüşdür. Əlvandan bunun səbəbini soruşduqda sonuncu ona inəyi buzovun əmdiyi üçün məmələrində südün olmadığını demişdir. Həmin gündən sonra Əlvan ilə bir neçə dəfə danışmasına baxmayaraq Əlvan inəyin məmələrinin onlar tərəfindən problemli edilməsini söyləmişdir. 28 yanvar 2021-ci il tarixdə saat 0300 radələrində Elçin ilə birlikdə həmin inəyi Beyləqan rayonunda yerləşən bazara aparmışdır. Bazarda olarkən Əlvana inəyi qaytarmaq istədiyini demiş, ancaq Əlvan inəyi qaytarmayacağını, inəkdə olan problemin onun tərəfindən edildiyini bildirmişdir. Əlvanın qardaşı Əfqan söhbətə müdaxilə edərək inəyin qaytarılmayacağını demişdir. Daha sonra Əfqan Elçinə “Toy toğlusu kimi niyə ortaya düşmüsən?” sualını vermişdir. Bu səbəbdən Elçin Əfqana “Toy toğlusu sənsən, mənim şərikim sənin qardaşın Əlvandan inək alıb, sən niyə qarışırsan bəs?” sualını ünvanlamışdır. Elçin və Əfqan arasında mübahisə yaranmış, Elçin inəyin qaytarılacağını bildirmiş, Əfqangil onun inəyin qaytarılması ilə bağlı təklifi ilə razılaşmadıqları üçün inəyi Əfqangilin yük avtomobilinin arxa tərəfinə bağlayaraq Elçin ilə birlikdə bazardan çıxmışdır. Sonradan Əlvan və Əfqan inəyi 1940 manata deyil, 1850 manata ona qaytaracaqlarını, pulu Bərdə rayonunda yerləşən bazarda verəcəklərini qeyd etmişlər. Bir yoldaş kimi onları başa düşmüş, Əlvanın dediyi qiymətlə razılaşmışdır. 29 yanvar 2021-ci il tarixdə saat 0600 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal-qara bazarına getmişdir. Həmin vaxt Elçin ilə birlikdə mal-qara alveri etmiş, bazarda olarkən Əfqan ilə əlaqə saxlayaraq pulu gətirib-gətirməyəcəyini soruşmuşdur. Əfqan ona bir az gözləməsini və pulu gətirəcəyini bildirmişdir. Saat 0900 radələrində Elçinlə Əlvanın yanına gedib pulu veribverməyəcəyini soruşmuş, Əlvan isə gedib sonra gəlmələrini demişdir. Əlvan ilə sözlə mübahisə edərkən Əfqan kənardan gəlib ona “Bizdən nə istəyirsən?” sualını vermiş, bu zaman Elçin Əlvanın sifətinə bir dəfə yumruqla vurmuşdur. Əfqan yerə yıxıldıqdan sonra Elçin bir neçə dəfə Əfqana təpiklə zərbə endirmişdir. Daha sonra ora toplaşan şəxslər Elçini aralaşdırmış, özü da Elçini götürüb bazardan çıxmışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 Bərdə rayon şöbəsinin verdiyi 06 fevral 2021-ci il tarixli 105 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması, sağ göz yuvasının dərialtı hematoması, sağ göz almasına geniş ölçülü qansızma, sağ almacıq nahiyəsinin sıyrığı, sağ orbita medial, lateral və aşağı divarından keçən yerdəyişməsiz sınıq xətləri, sağ haymor öz və yan divar yerdəyişməli sınıqları və almacıq qövsü əsasından keçən yerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən 29.01.2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbıb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə 29 yanvar 2021-ci il tarixdə saat 0800 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən “mal bazarı” adlanan yerdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs heç bir səbəb olmadan yumruqla sağ gözündən bir dəfə, təpiklə bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, sağ göz yuvasının dərialtı hematoması, sağ göz almasına geniş ölçülü qansızma, sağ almacıq nahiyəsinin sıyrığı, sağ orbita medial, lateral və aşağı divarından keçən yerdəyişmiş sınıq xətləri, sağ haymor ön və yan divar yerdəyişməli sınıqları və almacıq qövsü əsasından keçən yerdəyişməsiz sınığı ilə nəticələnən dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbıb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 18 fevral 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Zümürxan kəndində yaşayır. Zümürxan kəndində yaşadığı müddətdə özünü yaxşı aparmaqla yoldaşları arasında dərin hörmət qazanmaqla kənd arasında böyük nüfuza malikdir. O, kənd ictimai işlərində fəal iştirak etməklə ona kənd icra nümayəndəsi və Zümürxan bələdiyyəsi tərəfindən verilən tapşırıqları vaxtından əvvəl yerinə yetirməklə özünü yaxşı cəhətdən göstərmişdir. İş materiallarında olan AA ******* seriyalı, AA ******* seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən və Bərdə rayon Zümürxan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 01 may 2015-ci il tarixli AZ-İİİ 512172 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından 26.10.2011-ci ildə X5, 01.09.2013-cü ildə X3 və 18.02.2015-ci ildə X7 adlı övladları doğulmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 19.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onların yaşayış yerindən müsbət xarakterizə olunmalarını, himayələrində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2000-dan növbəti gün saat 0800-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-91/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-91/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver