Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-33/2021 07.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ölkə ərazisində geniş yayılmış koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 22 noyabr 2020-ci il tarixdə yaxma üsulu ilə koronavirus testi verməsinə və 23 noyabr 2020-ci il tarixdə testin nəticəsi pozitiv çıxmaqla koronavirus (COVİD-19) infeksiyasına yoluxması faktının təsdiq olunması, bununla əlaqədar onun yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyasına yoluxmasını bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əleyhinə olan xüsusi karantin rejimini qəsdən pozaraq, 02.12.2020-ci il tarixdə saat 17 radələrində işlədiyi Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində yerləşən “Star Petrol” yanacaqdoldurma məntəqəsinin daxilindəki təkər təmiri sexinə gələrək iş fəaliyyəti ilə məşğul olmaqla koronavirus (COVİD-19) xəstəliyinindigər şəxlərə yayılmasına real təhlükə yaratmış, Qəbələ rayon polis şöbəsinin X5 sabiq polis sahə rəisi Şahin Osmanov və İTB-nin sahə polis nəfəri Şahid2 tərəfindən koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində karantində olan vətəndaşları yoxlayarkən tərəflərindən aşkarlanmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Qəbələ rayon Nohurqışlaq kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. Hal-hazırda Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində yerləşən “Star Petrol” yanacaq doldurma məntəqəsinin daxilində yerləşən avtomobillərə aid təkər təmiri sexində təkər təmiri ustası işləyir. 2020-ci ilin əvvəllərindən başlayaraq dünyanın əksər dövlətlərində, eləcə də Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus (covid-19) infeksiyasının qarşısını almaq məqsədi ilə ölkədə karantin rejimi tədbiq olunduğu və karantin qaydalarını pozan şəxslər barəsində isə məsuliyyət nəzərdə tutulduğu ona məlumdur. 21.11.2020-ci il tarixdə işlədiyi təkər təmiri sexində işdə olarkən nahardan sonra səhhətində narahatçılıq hiss edərək işləyə bilmədiyi üçün iş yerini bağlayıb yaşadığı evə gələrək səhəti ilə əlaqədar qonşuluğunda yaşayan kəndin tibb məntəqə müdirəsi vəzifəsində işləyən Xatirə Bəşirovanı ünvanına çağırıb özü üçün sistem köçürtdürərək normal hiss edib ertəsi gün 22.11.2020-ci il tarixdə işə getmiş, işdə olarkən təkrar özünü narahat hiss edərək işləyə bilmədiyi üçün yaşadığı evə geri qayıtmışdır. Həmin günü axşam saat 20 radələrində özü, eləcədə arvadı Şahid1 hər ikisi səhəti ilə bağlı özlərini narahat hiss etdiklərindən qonşuluqda yaşayan tibb işçisi Xatirə Bəşirovaya zəng edərək onlara gəlməsini xahiş etmişdir. Xatirə Bəşirova onlara gələrək arvadı Şahid1 və onu müayinə etdikdən sonra təcili tibbi yardıma zəng etməyini məsləhət bilmiş, o, dərhal Təcili tibbi yardıma zəng edərək evdə xəstənin olduğunu və yaşadığı ünvana gələmələrini xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra təcili tibbi yardım avtomobili ilə iki nəfər tanımadığı tibb işçisi yaşadığı ünvana gələrək onu və arvadı Şahid1 müayinə edib covid-19 testi olmadan heç bir köməklik göstərə bilməyəcəklərini bildirdirmişlər. Tibb işçiləri ondan və arvadı Şahid1 covid-19 testi götürərək yüngül tərkibli dərmanlar tövsiyyə etməklə testin nəticəsi barədə məlumat veriləcəyini, səhhətlərində hər hansı ağırlaşma olarsa Qəbələ RMX-na zəng etməyi məsləhət görərək çıxıb getmişlər. 23.11.2020-ci il tarixdə axşam saatlarında arvadı Şahid1 ona az öncə onun 050 593 42 48 saylı mobil telefon nömrəsinə 050 654 32 38 saylı mobil telefon nömrəsindən özünü ona Qəbələ rayonu X2 işçisi kimi təqdim edən Şahid4 zəng vuraraq onlardan Covid-19 virusuna götürülmüş analizin cavabının çıxaraq hər ikisinin koronavirus xəstəsi olduqlarını, 14 gün ərzində yaşadıqları evdə sağalana kimi müalicə olunaraq yaşayış evini tərk etməməyi, əks halda məsuliyyət daşıyacaqları barədə xəbərdar edərək məlumat verdiyini bildirmişdir. Bununla bağlı mobil telefonuna xəbərdarlıq mesajı gəlmiş, lakin mobil telefonu nasaz olaraq onu təmir etdirdiyi üçün həmin xəbərdarlıq barəsində olan mesaj mətinləri silinmişdir. Bundan sonra onun ev şəraitdində müalicə almağa başlamış, müalicə həkimi Şahid3 olmuşdur. Şahid3 ona bir neçə dəfə mobil telefonla zəng vuraraq səhhəti ilə maraqlanaraq müalicəsi üçün lazimi göstərişlər vermişdir. 12 gün evdə müalicə olunaraq özünü narahat hiss etmədiyi üçün yaşadığı evi tərk etməklə işləmək məqsədi ilə 02.12.2020-ci il tarixdə işlədiyi təkər təmiri sexinə gəlmiş, sexi açaraq içəri daxil olub yarım saat işlə məşğul olarkən saat 17 radələrində kəndin sahə rəisi Şahin Osmanov və onun köməkçisi Şahid2 gələrək onun koronavirus xəstəsi olduğunu və sağalmadan ictimai yerə çıxdığını əsas gətirərək video çəkiliş aparmaqla barəsində tədbir görüləcəyini, onun isə evinə qayıtmağını bildirərək çıxıb getmişlər. Bundan sonra o, yaşadığı evə gələrək ev şəraitində qalaraq xəstəlik müdəti 07.12.2020-ci il tarixdə başa çatdığı üçün tam sağalaraq yaşadığı evi tərk etməyə başlamışdır.Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu bildirdi, həyat yoldaşının ağır xəstə olduğunu və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon polis şöbəsinin X5 sahənin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır və daimi pasport qeydiyyatındadır. 2020-ci ilin əvvəllərindən başlayaraq dünyanın əksər dövlətlərində, eləcə də Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus (covid-19) infeksiyasının qarşısını almaq məqsədi iləölkə ərazisində karantin rejimi tədbiq olunmuş, karantin qaydalarını pozan şəxslər barəsində isə məsuliyyət nəzərdə tutulmuşdur. Qəbələ rayon İcra Hakimiyyətindən rayon polis şöbəsinə daxil olmuş koronavirus (Covid-19) infeksiyasına yoluxmuş siyahısına əsasən ev şəraitində müalicə olunmuş şəxslər 02.12.2020ci il tarixdə saat 17 radələrində İTB-nin sabiq sahə rəisi polis baş leytenantı Şahin Osmanov və kəndin ƏİN-in mühasibi Cavid Mirzəmmədov ilə birlikdə yoxlanılarkən həmin vaxtı Qəbələ rayon Nohurqışlaq kənd sakini aktiv koronavirus xəstəsi olan Təqsirləndirilən şəxs üzərinə qoyulmuş məhdudiyyətləri pozaraq yaşayış yerini tərk etməklə Nohurqışlaq kəndi ərazisində yerləşən “Star Petrol” yanacaqdoldurma məntəqəsinin daxilində yerləşən işlədiyi təkər təmiri sexində işlədiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 23.11.2020-ci il tarixdə Covid-19 xəstəsi kimi qeydiyyata götürülmüş və onun sağalması 14 gün müddəti 07.12.2020-ci il tarixdə başa çatmalı imiş. Şahin Osmanov ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq onun aktiv koronavirus daşıyıcısı olduğu, onun özü və ailəsi karantinə alındığı 14 gün müddətində sağalana kimi yaşadığı evdən çıxmamağı, çünkü ətrafdakıları yoluxdurma təhlükəsi olduğunu izah etməklə tərəflərindən mobil telefonla video görüntüsü çəkilmişdir. Daha sonra protokol tərtib edilərək sahə rəisi Şahin Osmanov tərəfindən bu barədə raportla şöbə rəisinə məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır. 20 ildən artıq müddətdir ki, Qəbələ rayonu X3 epidemoloq köməkçisi işləyir. 2020-ci ilin əvvəllərindən başlayaraq dünyanın əksər dövlətlərində, eləcə də Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus (covid-19) infeksiyasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində karantin rejimi tədbiq olunub, karantin qaydalarını pozan şəxslər barəsində isə məsuliyyət nəzərdə tutulmuşdur. Qəbələ rayonu ərazisində Covid-19 testi götürülmüş və testin nəticəsi pozitiv çıxan hər bir vətəndaş barəsində Qəbələ rayonu X6 məlumat daxil olduqda tərəfindən həmin vətəndaşa zəng vurularaq ona 14 gün ərzində, yəni sağalana kimi yaşadığı evi tərk etməməsi, əks halda yaşayış evini tərk edib bayıra çıxmaqla ətrafa olan digər şəxsləri yoluxdurmaq təhlükəsi olduğu üçün məsuliyyət daşıyacağı barədə məlumat vermişdir.Belə xəstələrdən biri dəQəbələ rayon Nohurqışlaq kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs məlum hadisədən sonra tanımış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 23.11.2020-ci il tarixdə Tibbi Ərazi X8 X19dən X6 Təqsirləndirilən şəxs 22.11.2020-ci il tarixdə Covid-19 xəstəliyinə görə götürülmüş analizin cavabının pozitiv çıxması barədə məlumat gəlmişdir. 23.11.2020-ci il tarixdə saat 16 radələrindən sonra istifadəsində olan 050 654 32 38 saylı mobil telefon ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050 593 42 48 saylı monbil telefon nömrəsinə zəng vurmuşdur. Mobil telefona Təqsirləndirilən şəxsnın arvadı Şahid1 cavab verdiyindən Şahid1 əri Ədalətdən Covid-19 xəstəlliyinə görə götürülmüş analizin nəticəsinin pozitiv çıxdığını, 14 gün ərzində, yəni sağalana kimi yaşadığı evi tərk etməməsi, əks halda yaşayış evini tərk edib bayıra çıxmaqla ətrafa olan digər şəxsləri yoluxdurmaq təhlükəsi olduğu üçün məsuliyyət daşıyacağı barədə məlumat verərərk bu barədə əri Ədalətə deməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır və daimi pasport qeydiyyatındadır. 1977-ci il tarixdən Qəbələ rayon Vəndam qəsəbə “Ailə sağlamlıq mərkəzində” həkim terapevt işləyir. 2020-ci ilin əvvəllərindən başlayaraq dünyanın əksər dövlətlərində, eləcə də Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus (covid-19) infeksiyasının qarşısını almaq məqsədi ilə ölkədə karantin rejimi tədbiq olunub, karantin qaydalarını pozan şəxslər barəsində isə məsuliyyət nəzərdə tutulmuşdur. Qəbələ rayonu Mərkəzi xəstəxananının rəhbərliyi tərəfindən Covid-19xəstələrindən tez-tez onlayın şəkildə mobil telefonla zəng vurularaq onlardan xəbər bilmək, müalicə üçün lazimi məsləhətlər vermək, əgər xəstələrin səhəti daha ağır olduğu üçün X14 xəstəxanasına yerləşdirməsi üçün göstəriş verilmişdir. Belə xəstələrdən biri Qəbələ rayon Nohurqışlaq kənd sakini 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur ki, Təqsirləndirilən şəxs Covid-19 xəstəsi kimi 23.11.2020-ci il tarixdə yaxma şəklində analiz götürülmüş və testin nəticəsi onda pozitiv çıxmış, bu barədə Mərkəz tərəfindən ona məlumat verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ərazi ona təhkim olunduğundan Ədalətin istifadəsində olan 050 593 42 48 saylı mobil telefona istifadəsində olan 050 370 27 32 saylı mobil telefonla bir neçə dəfə zəng vuraraq onun səhəti ilə maraqlanmaqla müalicə olunması üçün şifahi şəkildə tövsiyələr vermişdir. Həmçinin ona 23.11.2020-ci il tarixdən Covid-19 xəstəsi kimi qeydiyyata götürüldüyü, 14 gün ərzində, yəni sağalana kimi 07.12.2020-ci il tarixdən sonra yaşayış yerini tərk edə biləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İşdə olan Qəbələ RPŞ-nin İTB-in sabiq polis sahə rəisi Şahin Osmanov tərəfindən 02 dekabr 2020-ci il tarixdə çəkilmiş 1.18 saniyə davam edən video görüntüyə baxış keçirilərkən müəyyən olundu ki, video çəkilişi aparan şəxs özünü təqdim edərək Qəbələ rayon polis şöbəsinin İB-nin polis sahə rəisi polis baş leytenantı Şahin Osmanov olduğunu, Qəbələ rayon ərazisində Koronovirus xəstəliyinə yoluxaraq test vermiş, nəticəsi pozitiv çıxaraq yaşayış yerini tərk etmiş şəxslərin ona təqdim edilmiş siyahıya əasən yoxlandığını bildirir, bundan sonra önündə dayanmış əynində qara rəngli ayaqqabı, göy rəngli cins şalvar, ağ rəngli uzunqol köynək, qolu qısa şabalıdı rəngli gödəkcə, ağzında yaşıl rəngli maska, başında qara rəngli papaq və hər iki əlində yaşıl-qara rəngli iş üçün nəzərdə tutulmuş əlcək olan şəxsə müraciət edərək Təqsirləndirilən şəxs, siz bilirisinizmi aktiv koronavirus xəstəsisiniz, sizdən götürülmüş testin nəticəsi pozitiv çıxıb, ailəvi olaraq karantinə götürülüb və sizə məlumat verilibmi siz yaşadığınız evi tərk etməməklə bayıra çıxmamalısınız? deyə sual verir. Təqsirləndirilən şəxs isə bu barədə adını bilmədiyi həkimə zəng vuraraq telefon əlaqəsi saxladığını və ondan götürülmüş testin nəticəsinin pozitiv çıxdığını deyərək cavab verir. İşdə olan Azercell MMC tərəfindən CD diskə köçürülərək təqdim edilmiş telefon danışıqlarına baxış keçirilərkən müəyyən olundu ki, 23.11.2020-ci il tarixdə saat 050 654 32 38 saylı mobil telefon nömrəsindən 050 593 42 48 saylı mobil nömrəsinə gün ərzində iki dəfə saat 16:04:50-də zəng gələrək 150 saniyə və 16:14:40-də isə 73 saniyə danışıqlar qeydə alınmışdır. Buradan belə nəticəyə gəlinmişdir ki, 23.11.2020-ci il tarixdə Qəbələ rayonu X1 epidemoloq köməkçisi Şahid4 Təqsirləndirilən şəxs mobil telefonuna zəng vuraraq aralarında telefon danışığı olmaqla Təqsirləndirilən şəxs Covid-19 xəstəsi kimi qeydiyyata götürüldüyü barədə məlumat verdiyi açıq aydın görünür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş fotoşəkildən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 02.12.2020-ci il tarixdə təkər təmiri sexindədir və təkər təmir edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X8” X19 Qəbələ rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 09.12.2020-ci il tarixli tibbi sənəd surətlərindən, Təqsirləndirilən şəxs “COVİD 19” analizinin cavabı pozitiv olduğu üçün 23.11.2020-ci il tarixdən ambulator şəraitdə müalicə olunduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsinin 18.02.20201-ci il tarixli 020-1889-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu və 22.11.2020-ci il 11:55:58 tarixdən 06.12.2020-ci il 11:55:58 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə X17 Agentliyinin Təbib Ərazi X7 (TƏBİB) informasiya sistemi tərəfindən 23.11.2020-ci il 15:59:21 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürüldüyü bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X8” X19 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 16.12.2020-ci il tarixli 3/914 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “narkoloji və ya ruhi əsəb” kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda olmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.12.2020-ci il tarixli, 586 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.12.2020-ci il tarixli, 587 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası 1953-cü il təvəllüdlü X12, arvadı 1982-ci il təvəllüdlü Şahid1 qəızı, uşaqları 2002-ci il təvəllüdlü X9, 2009-cu il təvəllüdlü X10 və 2012-ci il təvəllüdlü X11 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs işlətdiyi təkər təmiri sexində İTBnin sahə rəisi Şahin Osmanov tərəfindən aşkarlanaraq video görüntüsü çəkilərək həmin görüntünün köçürüldüyü CD disk və “Azercell MMC” tərəfindən təqdim edilmiş mobil telefon danışıqlarının qeydə alındığı CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs işlətdiyi təkər təmiri sexində İTBnin sahə rəisi Şahin Osmanov tərəfindən aşkarlanaraq video görüntüsü çəkilərək həmin görüntünün köçürüldüyü CD disk və “Azercell MMC” tərəfindən təqdim edilmiş mobil telefon danışıqlarının qeydə alındığı CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-33/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-33/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver