Məhkəmə qərarları › İş №1(025)-41/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-41/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-41/2021 06.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X6 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X3, zərərçəkmiş şəxs Qəbələ rayon X16 nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1965-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.02.2020-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 19.06.2000-ci il tarixdə ******* nömrə ilə qeydiyyata alınmış Qəbələ rayonu, X16 sədri vəzifəsində işləyərkən həmin bələdiyyənin Nizamnaməsinə əsasən bələdiyyənin icra orqanı olan icra aparatına rəhbərlik edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən, habelə “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə vəonların mühafizəsinə nəzarəti həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yaşamaqla sosial problemlərinin həllinə ehtiyacı olan 17 ailənin ilin soyuq aylarında istiliklə təmin olunmalarından ötrü odun tədarükündə köməklik göstərilməsi ilə bağlı özünə müraciət etməsi ilə əlaqədar Qəbələ rayonu, X16 mülkiyyətinəaid olan "Yeddi çinar" adlanan ərazidə yerləşən həyətyanı və bağ sahəsi hesab olunmayan, meşə fonduna daxil olmayan ağacların mövcud olduğu yaşıllıq hissəsindən odun tədarükü həyata keçirilməsi üçün qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair ərizə iləAzərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəsdən müraciət edilmədən və yaşıllığın götürülməsi vərəqəsini almadan, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 avqust 2018-ci il traixli 529/ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin İnkişafı Departamentinin X38 Təsərrüfatı Mərkəzi haqqında” Əsasnamənin 3.1.5-ci bəndinə əsasən əhalinin və qeyri-əhalinin oduncaqla təmin edilməsi X38 Təsərrüfatı Mərkəzi tərəfindən mövcud şərait nəzərə alınmaqla həyata keçirilməli olduğu halda həmin quruma bununla əlaqədar qəsdən müraciət etməyib zəruri olan tələblərə riayət etmədən həmin yaşıllıq sahəsində olan ağacların bir hissəsinin kəsilərək məhv edilməsi üçün şərait yaratmaqdan ötrü 2020-ci ilin oktyabr ayının ortalarından 2020-ci ilin noyabr ayının əvvəllərinədək Qəbələ rayonu, X16 mülkiyyətinəaid olan "Yeddi çinar" adlanan ərazidə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yaşayan qeyd edilən şəxslərin cinayətdən xəbərsiz ailə üzvlərinə, o cümlədən, Şahid10, Şahid4, Şahid6, Şahid8, Şahid11, Şahid17, X4, X27, X18, X13, Şahid15, Şahid7, Şahid16, Şahid13, Şahid12 Malikağa qızı, X14 və X15 vermiş olduğu tapşırıqla əlaqədar torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 127.310 manat məbləğində qiymətləndirilmiş 247 ədəd qızılağac cinsli, o cümlədən 7 ədəd 12 sm, 35 ədəd 16 sm, 28 ədəd 20 sm, 47 ədəd 24 sm, 18 ədəd 28 sm, 37 ədəd 32 sm, 37 ədəd 36 sm, 11 ədəd 40 sm, 16 ədəd 44 sm, 02 ədəd 48 sm, 04 ədəd 52 sm, 01 ədəd 56 sm, 02 ədəd 60 sm, 01 ədəd 72 sm, 01 ədəd 90 sm diametrliklərində, 101 ədəd yalanqoz cinsli, o cümlədən, 02 ədəd 12 sm, 07 ədəd 16 sm, 13 ədəd 20 sm, 28 ədəd 24 sm, 19 ədəd 28 sm, 23 ədəd 32 sm, 08 ədəd 36 sm, 01 ədəd 44 sm diametrliklərində, 09 ədəd ağcaqayın cinsli, o cümlədən, 02 ədəd 16 sm, 01 ədəd 20 sm, 01 ədəd 24 sm, 01 ədəd 28 sm, 03 ədəd 32 sm, 01 ədəd 36 sm diametrliklərində, 75 ədəd vələs cinsli, o cümlədən, 08 ədəd 12 sm, 19 ədəd 16 sm, 12 ədəd 20 sm, 10 ədəd 24 sm, 07 ədəd 28 sm, 04 ədəd 32 sm, 05 ədəd 36 sm, 04 ədəd 40 sm, 01 ədəd 44 sm, 01 ədəd 48 sm, 02 ədəd 52 sm, 01 ədəd 56 sm, 01 ədəd 64 sm diametrliklərində, 03 ədəd palıd cinsli, o cümlədən 02 ədəd 16 sm, 01 ədəd 28 sm diametrliklərində, 06 ədəd göyrüc cinsli, o cümlədən 01 ədəd 16 sm, 01 ədəd 24 sm, 01 ədəd 28 sm, 01 ədəd 32 sm, 01 ədəd 36 sm, 01 ədəd 52 sm diametrliklərində, ümumilikdə 441 ədəd yaş kök üstə, bioloji inkişafda olan ağacları qanunsuz olaraq verdiyi tapşırıq əsasında yuxarıda adları qeyd edilən şəxslər vasitəsilə kəsib götürməklə öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla ümumilikdə vahid niyyətlə 127.310 manat məbləğində meşə fonduna daxil olmayan ağacları kəsmiş, həmin hərəkətləri ilə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi iləyaşıllıqların istifadəsi, qorunması, bərpası və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdən ibarət yaşıllıqların mühafizəsinə zidd həmin əməlləri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və həmin bələdiyyənin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin fevral ayından Qəbələ rayonu, X16 sədri vəzifəsində işləyir. Bələdiyyənin Nizamnaməsinə əsasən bələdiyyənin sədri kimi vəzifəsi bələdiyyənin icra orqanı olan icra aparatına rəhbərlik edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilməsi, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi və digər səlahiyyətlərdən ibarətdir. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulan torpaqlar bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları sayılır. Bələdiyyə torpaqlarının mühafizəsinin məqsədi onlardan səmərəli istifadə edilməsini, torpaqların kənd təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsini, onların zərərli antropogen təsirlərindən qorunmasını, torpaqların münbitliyinin bərpasını və artırılmasını təmin etməkdir. Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bələdiyyə mülkiyyəti bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Yerli özünüidarəni Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ərazilərdə yaradılan bələdiyyələr həyata keçirirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. X16 mülkiyyətində təxminən 200 hektar torpaq sahəsi vardır ki, ona kənd camaatına əkib-becərmək üçün verilmiş pay torpaqları, həm də örüş torpaqları daxildir. “Yeddi çinar” adlanan ərazinin də bir hissəsi bələdiyyə torpağına aiddir. Qəbələ rayonu, Çuxur Qəbələ kənd sakini Şahid19 tanıyır, həmkəndlisidir, onunla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları “Yeddi çinar” adlanan ərazidə monitorinq aparmaq üçün gələndə onun məlumatı olmuşdur ki, Şahid19 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ərizəsi ünvanlamış və “Yeddi çinar” adlanan ərazidə ağacların kəsilməsi məzmununda şikayət etmişdir. Belə ki, 10 yanvar 2021-ci il tarixdə Regional ETSİ-nin əməkdaşları ərazidə monitorinq aparmışlar. Onun Gəncə şəhərində yaşayan qohumu rəhmətə getdiyindən hüzr mərasimində iştirak etmək üçün həmin gün o, Gəncə şəhərində olmuşdur. Bu səbəbdən monitorinqdə iştirak edə bilməmişdir. Lakin X16 mühasibi İspəndiyar Cəlilovu göndərmişdir ki, həmin monitorinqdə iştirak etsin. Səhəri gün, yəni 11 yanvar 2021-ci il tarixdə o özü Regional ETSN-nə gedib orada aktın tərtib edilməsində iştirak etmiş və imza etmişdir. Həmin vaxt ona bildirilmişdir ki, bələdiyyə mülkiyyətinə aid olan “Yeddi çinar” adlanan ərazidə 441 ədəd müxtəlif cinsli və diametrli ağaclar kəsilib və təbiətə 127.310 manat maddi ziyan dəymişdir. Baş Prokurorluqda aparılan araşdırma ilə əlaqədar 05 fevral 2021-ci il tarixdə həmin əraziyə baxış keçirilməsində o da iştirak etmiş və 441 ədəd ağacın kəsildiyini təsdiq etmişdir. 27 sentyabr 2020-ci il tarixdə başlamış İİ Vətən müharibəsində Qəbələ rayonu, Çuxur Qəbələ kəndindən 16 nəfər iştirak etmişdir. Bir nəfər şəhid, bir nəfər qazi olmuşdur. Müharibə gedən vaxtı rayon icra hakimiyyətindən kənd icra nümayəndəliklərinə, eləcə də Çuxur Qəbələ kəndinin icra nümayəndəsi Şahid3 şifahi göstəriş verilmişdir ki, müharibə iştirakçılarının ailələrinə qış fəslində istifadə etmələri üçün oduncaqla bağlı yardım edilsin. İcra nümayəndəsi Şahid3 bu barədə onunla 2020-ci ilin oktyabr ayının 9-da söhbət etmişdir. Daha sonra həmin günün səhərisi o, rayon icra başçısının müavini Abil Ağasəfovla görüşən zaman sonuncu ona da bildirmişdir ki, müharibə iştirakçılarının ailələrinə qış fəsli yaxınlaşdığından, hava soyuq olduğundan oduncaqla bağlı köməklik edilsin. Həmin vaxt müharibə iştirakçılarının ailələri maddi imkanları olmadığından, qış vaxtı isinmək üçün icra nüməyəndəsi Şahid3 və ona odun gətirmələri üçün müraciət etmişdirlər. O da artıq icra hakimiyyətindən bu barədə göstəriş verildiyinə görə, 16 nəfər müharibədə iştirak edən şəxslərin ailələrinə bildirmişdir ki, bələdiyyəyə məxsus “Yeddi çinar” adlanan kolluq örüş sahəsindən zəif, qurumuş, ağaclardan gətirib istifadə edə bilərlər. O, həmin ərazini yaxşı tanıyır və ona həmin ərazidən odun daşınmasını heç kim deməmişdir. Səmimi olaraq bildirmişdir ki, həmin ərazidə zəif, qurumuş, yıxılmış ağaclar qeyd olunan ailələrə yetəcək qədər olmamışdır ancaq o, həmin ailələrə köməklik etmək üçün onlara icazə vermişdir ki, həmin ərazidən odun daşısınlar. Ancaq çox sayda ağacın kəsiləcəyini fikirləşməmişdir. Bundan başqa, kənd sakini Şahid21 şikayətçi Şahid19 qardaşıdır. Xətainin “Yeddi çinar” adlanan ərazinin yanında pay torpağı vardır və uzun müddət həmin yerin mühafizəsini həyata keçirmişdir, təxminən 7-8 il əvvəl meşə gözətçisi olmuşdur. İcra nümayəndəsi Şahid3 Xətai adlı şəxsə tapşırmışdır ki, camaata nəzarət etsin, ancaq kol-kos qırıntı aparsın, sağlam ağacların kəsilməsinə imkan verməsin. Lakin sonradan eşitdiyinə görə Xətai həmin müharibə iştirakçılarının ailələrinə bildirmişdir ki, ona müxtəlif məbləğlərdə pul versinlər, o da həmin adamların ağacları kəsməsinə şərait yaratsın. Ancaq o, bunun şahidi olmamış, nə dərəcədə düzgün olub-olmadığını bilmir. Hətta özü də əvvəllər həmin ərazidən ağacları kəsərək kənar adamlara satmışdır və bununla bağlı cərimə də edilmişdir. O, müharibə dövründə əlavə tapşırıq və göstərişlərin icrası ilə əlaqədar, eləcə də X25nə geniş ərazi aid olduğundan Nəsimi şikayət edənə qədər həmin əraziyə gedib baxmağa imkanı olmamışdır. Nəsimi həmin vaxt Bakı şəhərində olmuşdur. O, kəndə qayıdandan sonra özü həmin ərazidə ağac kəsilməsinin şahidi olmuş və şikayət etmişdir. Nəsimi əvvəllər bir neçə dəfə həmin ərazidə qanunsuz ağac kəsdiyinə görə barəsində inzibati protokol tərtib edilib və cərimələnmişdir. Bundan başqa, o həmin ərazidə olan pay torpağını uzun müddətlik icarəyə götürmək istəmişdir. Belə olan halda, Nəsimi icra nümayəndəsinə demişdir ki, bələdiyyə sədri, yəni o, cəriməsini ödəsin və həmin yeri ona icarəyə versin, o da şikayət etməsin. O da Nəsimiyə belə bir şeyin mümkün olmadığını bildirmişdir. Bundan sonra Nəsimi şikayət etmişdir. Müharibə iştirakçılarının ailələrini adlı siyahısını Ekologiya idarəsinə özü vermişdir. Həmin şəxslər bələdiyyə mülkiyyətində olan ərazidə ağacları kəsmiş və odunları aparmışdır. Hadisə 2020-ci ilin oktyabr ayının ortalarından başlayaraq 20-25 gün ərzində, yəni 2020-ci ilin noyabr ayının əvvəllərinədək müddətdə Qəbələ rayonu X16 mülkiyyətində olan “Yeddi Çinar” adlanan ərazidə baş vermişdir. Həmin vaxtlar ölkədə müharibə şəraiti olduğundan və işləri çox olduğundan hadisə ilə maraqlanmamışdır. Kim ona müraciət etmişdirsə onu bələdiyyənin mülkiyyətində olan Yeddi Çinar adlanan əraziyə göndərmişdir. O, həmin zamanlarda kənd sakinlərinə köməklik etmişdir. Ərazi Qəbələ rayonu X16 mülkiyyətinə aiddir. Təyinatı isə örüş sahəsidir. “Yeddi çinar” adlanan ərazidə qanunsuz kəsilmiş ağaclar təbii halda bitmişdir. Yaşı barədə məlumatı yoxdur. Həmin ərazi bələdiyyə mülkiyyətinə aid olduğundan bələdiyyə həyata keçirməlidir. Meşə fonduna daxil deyil. Müharibə iştirakçılarına odun verilməsi barədə ona göstəriş verildikdən sonra bu barədə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etməmişdir. Bu barədə icra hakimiyyəti tərəfindən şifahi tapşırıq verildiyindən və həmin ailələrə köməklik etmək istədiyindən müraciət etməmişdir. Onların çox hissəsinə də demişdir ki, çalışsınlar yalnız qırıntı və quru ağaclar aparsınlar. Həmin ağaclar adlı siyahıda olan 16 nəfər müharibə iştirakçılarının ailələri və 1 nəfər kimsəsiz, yaşlı və tək yaşayan, maddi vəziyyəti ağır olan X19 tərəfindən kəsilib aparılmışdır. Həmin ərazidə qeyd olunan ailələrə çatacaq qədər quru odun olmamışdır. Lakin onlara köməklik etmək üçün o, həmin ailələrin odun gətirmələrinə icazə vermişdir və onlara şərait yaratmışdır. O, 441 ədəd ağac kəsiləcəyini fikirləşməmişdir. Bələdiyyə sədri kimi rayon icra hakimiyyəti birbaşa tabeliyi yoxdur. Əvvəllər bu xarakterli göstərişlərin verilməsi yadına gəlmir. Ancaq qeyd etdiyi kimi rayonda rəhbər şəxslər olduğundan rayon icra hakimiyyətinin başçısı, eləcə də müavini tərəfindən deyilən tapşırıqların icrasına həssaslıqla yanaşılır. “Yeddi çinar” adlanan ərazidən ağacların qanunsuz kəsilməsi ilə bağlı adlı siyahıda olan kəndlilər və ya digər şəxslərdən pul və ya digər maddi nemət almamışdır, eləcə də bu barədə nəsə vəd edilməmişdir. 441 ədəd ağacın qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş 127.310 manat məbləğində ziyan ödənilməmişdir. Həmin ərazidə ağaclarının məhv olunması üçün hər hansı bir qurumdan icazə alınmamışdır və rəy tərtib olunmamışdır.Qəbələ rayonu, X16 mülkiyyətinəaid olan "Yeddi çinar" adlanan ərazidə 12- 90 sm diametrində 247 ədədqızılağac, 12-44 sm diametrində 101 ədəd yalanqoz, 16-36 sm diametrində 09 ədəd ağcaqayın, 12-64 sm diametrində 75 ədəd vələs, 16-28 smdiametrində 03 ədəd palıd və 16-52 sm diametrində 06 ədəd göyrücağaclarının, cəmi 441 ədəd yaş kök üstə, bioloji inkişafda olan ağaclarqanunsuz kəsilmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda göstərdi ki, törətdiyi əməldən peşmandır, həmin əməli mənfəət əldə etmək niyyəti ilə törətməmişdir, məqsədi qış aylarında ağır şəraitdə yaşayan şəhid, qazi və müharibə iştirakçılarının ailələrinə kömək etmək olmuşdur. Həmin ailələrin qeyd edilən ərazidən odun aparmasına görə heç kimdən pul və sair maddi nemət tələb etməmişdir. Hazırda ağacların kəsildiyi “Yeddi Çinar” adlı ərazi bələdiyyə tərəfindən nəzarətə götürülməklə ətrafları bağlanaraq mühafizə olunmaqdadır və kəsilmiş ağacların yerində yeni ağaclar bitməkdədir. Törətdiyi əməl nəticəsində maddi ziyan vurduğu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ rayonu X25ni təmsil edən nümayəndələri ilə barışıq əldə etmişdir. Həmin xüsusatların məhkəmə tərəfindən nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi qismində əvvəlki məhkəmə iclaslarında dindirilmiş Şahid1 ifadəsində göstərmişdi ki, Qəbələ rayon Çuxur Qəbələ kənd sakini Şahid19 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlandırdığı şikayət Nazirlikdən Ş-3861 nömrəli 29.12.2020-ci il tarixli müşayət məktubu ilə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə daxil olmuşdur. Ərizə şikayətçinin iştirakı ilə birgə yerində araşdırılmışdır. Araşdırma Qəbələ rayonu Çuxur Qəbələ kəndinin yaxınlığındakı “Yeddi Çinar” adlanan ərazidə aparılmışdır. Araşdırmada iştirak etmək üçün X16 sədri Əsgər Abdurəhmanov ilə telefon əlaqəsi saxlanılaraq əraziyə dəvət olunsa da, qarşı tərəf qeyd olunan ərazidən kənarda olduğunu və bu səbəbdən də araşdırmada iştirak edə bilməyəcəyini bildirmişdir. “Yeddi çinar” adlanan ərazi X25nə aiddir və təxminən 6-7 hektar ərazini əhatə edir. Monitorinq zamanı ərazi boyu, əsasən də orta hissəsində ümumilikdə 441 ədəd müxtəlif cinsli və diametrli, yaş kök üstə, bioloji inkişafda olan ağacların qanunsuz kəsildiyi müəyyən edilmişdir. Belə ki, 247 ədəd qızılağac cinsli ( 7 ədəd 12 sm, 35 ədəd 16 sm, 28 ədəd 20 sm, 47 ədəd 24 sm, 18 ədəd 28 sm, 37 ədəd 32 sm, 37 ədəd 36 sm, 11 ədəd 40 sm, 16 ədəd 44 sm, 02 ədəd 48 sm, 04 ədəd 52 sm, 01 ədəd 56 sm, 02 ədəd 60 sm, 01 ədəd 72 sm, 01 ədəd 90 sm diametrliklərində), 101 ədəd yalanqoz cinsli (02 ədəd 12 sm, 07 ədəd 16 sm, 13 ədəd 20 sm, 28 ədəd 24 sm, 19 ədəd 28 sm, 23 ədəd 32 sm, 08 ədəd 36 sm, 01 ədəd 44 sm diametrliklərində), 09 ədəd ağcaqayın cinsli (02 ədəd 16 sm, 01 ədəd 20 sm, 01 ədəd 24 sm, 01 ədəd 28 sm, 03 ədəd 32 sm, 01 ədəd 36 sm diametrliklərində), 75 ədəd vələs cinsli (08 ədəd 12 sm, 19 ədəd 16 sm, 12 ədəd 20 sm, 10 ədəd 24 sm, 07 ədəd 28 sm, 04 ədəd 32 sm, 05 ədəd 36 sm, 04 ədəd 40 sm, 01 ədəd 44 sm, 01 ədəd 48 sm, 02 ədəd 52 sm, 01 ədəd 56 sm, 01 ədəd 64 sm diametrliklərində), 03 ədəd palıd cinsli (02 ədəd 16 sm, 01 ədəd 28 sm diametrliklərində), 06 ədəd göyrüc cinsli (01 ədəd 16 sm, 01 ədəd 24 sm, 01 ədəd 28 sm, 01 ədəd 32 sm, 01 ədəd 36 sm, 01 ədəd 52 sm diametrliklərində) ağaclar qanunsuz olaraq kəsilmişdir. Həmin ağacların bioloji xüsusiyyətlərinə nəzər saldıqda onların monitorinq apardıqları vaxtdan, yəni 10 yanvar tarixindən təxminən 1-2 ay əvvəl, oktyabr-noyabr aylarında kəsilməyə uyğun gəlinir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmış və ümumilikdə 127,310 manat olduğu müəyyən edilmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs monitorinq zamanı iştirak etməsə də, onunla əlaqə saxlanılaraq qanunsuz kəsilmiş ağaclar barədə soruşduqda Qəbələ rayonu Çuxur Qəbələ kəndindən olan Vətən müharibəsində iştirak etmiş şəxslərin ailələrini qışda quru odunla təmin etmək üçün qeyd olunan ərazidə quru və yıxılmış odunların həmin ailələr tərəfindən aparılmasına icazə verilmişdir. 06 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X8 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını göstərməklə təqsirləndirilən şəxsə həbsə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, ağacların müharibə iştirakçılarının ailə üzvüləri tərəfindən kəsilməsi və həmin ailələrə hər hansı mənfəət əldə etmək niyyəti olmadan verildiyi onlara məlumdur və həmin halları nəzərə alırlar. İş üzrə zərərçəkmiş şəxs Qəbələ rayon X16 nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdi ki, o, X16 mühasibi vəzifəsində işləyir. Çuxur Qəbələ kəndində 252 ailə olmaqla 1070 nəfər şəxs yaşayır. Kəndin 385 hektar əkin təyinatlı torpaq sahəsi vardır. 27 sentyabr 2020-ci il tarixdə başlamış İİ Vətən müharibəsi zamanı kənddən 10 nəfər qismən səfərbərlik üzrə çağırılmış, təxminən 18 nəfər isə əsgər, maxe və gizir qismində hərbi xidmətdə olmaqla, döyüşlərdə iştirak etmişdir. Bir nəfər şəhid, bir nəfər qazi olmuşdur. Səfərbərlik üzrə çağırılmış 10 nəfərin hamısı artıq qayıtmışdır. Müharibə dövründə kənd icra nümayəndəsinin və bələdiyyənin üzvləri müharibədə iştirak etmiş şəxslərin ailələri ilə mütəmadi maraqlanıb, onların qayğısına qalmışdır. Rayon icra hakimiyyəti tərəfindən də həmin ailələrə mütəmadi yardım və dəstəklər olmuşdur. Bununla yanaşı, həm maddi imkanları zəif olduğundan, həm də qış fəsli olduğundan rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən həmin müharibədə iştirak etmiş şəxslərin ailələri tərəfindən müraciət olduğu halda, quru və təhlükə mənbəyi olan odunlardan onlara yardımlar edilməsi barədə şifahi tövsiyə xarakterli tapşırıq verilmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs da rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən həmin müharibədə iştirak etmiş şəxslərin ailələri tərəfindən müraciət olduğu halda, quru və təhlükə mənbəyi olan odunlardan onlara yardımlar edilməsi barədə də şifahi tövsiyə xarakterli tapşırıq verilmişdir. Həmin ərəfələrdə qeyd etdiyi kateqoriya aid ailələr hissə-hissə müraciətlər etmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs belə qərara gəlmişdir ki, bələdiyyə mülkiyyətində olan, “Yeddi çinar” adlanan örüş sahəsində olan quru və qırıntı halda olan ağacların həmin ailələr tərəfindən oduncaq məqsədilə aparılmasına şərait yaradılsın. Müharibə dövründə, eləcə də müharibədən sonra bələdiyyə sədrinin və bələdiyyə üzvlərinin kənd əhalisinin digər işlərinə başı qarışdığından həmin əraziyə getməmişlər və yaş ağac kəsildiyindən məlumatları olmamışdır. Şahid19 müharibə dövründə Bakı şəhərində olmuşdur. Sonradan kəndə qayıtdıqdan sonra “Yeddi çinar” adlanan ərazidə ağacların kütləvi kəsilməsi barədə şikayət etmişdir. Həmçinin onun barəsində əvvəllər ağac kəsdiyinə görə rayon polis şöbəsində də araşdırma aparılmış, yekunda rədd edilmişdir və inzibati məsuliyyətə cəlb edilmişdir. Bələdiyyə sədri tərəfindən təqdim edilmiş siyahıda olan ailələrin hər birinin həyətinə baxış keçirmiş, həmin ağacların əksəriyyətinin həmin adamlar tərəfindən daşındığını görmüşdür. Hadisə 2020-ci ilin oktyabr ayının ortalarından başlayaraq 20-25 gün ərzində yəni 2020-ci ilin noyabr ayının əvvəllərinədək müddətdə Qəbələ rayonu X16 mülkiyyətində olan “Yeddi Çinar” adlanan ərazidə baş vermişdir. Ərazi Qəbələ rayonu X16 mülkiyyətinə aiddir. Təyinatı isə örüş sahəsidir. Həmin ağaclar təbii halda bitmişdir. Həmin ərazi bələdiyyə mülkiyyətinə aid olduğundan mühafizəsini bələdiyyə həyata keçirir. Müharibə iştirakçılarının ailələrinə odun verilməsi barədə göstəriş verildikdən sonra bu barədə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilməmişdir. “Yeddi çinar” adlanan ərazidə ağaclar 16 nəfər müharibə iştirakçılarının ailələri və 1 nəfər kimsəsiz, yaşlı və tək yaşayan, maddi vəziyyəti ağır olan X19 tərəfindən kəsilib aparılmışdır. Əvvəllər belə hal olmamışdır. Sadəcə müharibə ilə əlaqədar, müharibə iştirakçılarının ailələrinə icra hakimiyyəti tərəfindən köməklik məqsədilə tövsiyə xarakterli bu cür tapşırıq verilmişdir. Hal-hazırda kəsilmiş ağacların yerində yeniləri bitməkdədir. Həmçinin bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən və digər bələdiyyə üzvləri tərəfindən həmin ərazi daimi nəzarətdə saxlanılır. Yaxın vaxtlarda həmin ərazinin kənarlarını bərkitməklə yeni ağacların əkilməsi də planlaşdırılır.Təqsirləndirilən şəxsə cəza təyin edərkən ağacların müharibə iştirakçılarına verilməsinin nəzərə almağı və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. 06 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Qəbələ rayon X16 nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını göstərməklə təqsirləndirilən şəxsə həbsə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə kənddəki meşə sahəsindən qanunsuz ağacların kəsilməsi barədə müraciət etmişdir. Müraciətində bildirmişdir ki, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən “Yeddi çinar”adlanan ərazidə qanunsuz olaraq yaş ağaclar kəsilmişdir. Həmin ərazi əvvəllər meşə idarəsinə məxsus ərazi olmuş, sonradan həmin ərazi X25nə örüş yeri kimi verilmişdir. O, 18.12.2020-ci il tarixdə pay torpaq sahəsinə gedən zaman yolun bərbad vəziyyətdə olduğunu görmüşdür. Pay torpaq sahəsinin kənarında meşə zolağı vardır. Həmin meşə zolağındakı ağaclar müharibə iştirakçılarının ailələri tərəfindən kəsilərək aparılmışdır. O, bubarədə qonuşusu Şahid15 soruşmuş, ona kəndin bələdiyyəsivə icra nümayəndəsinin vətən müharibəsində iştirak edən şəxslərin istilik probleminin həll edilməsi məqsədilə həyətinə yaş ağac kəsib odun aparılmasını icazə verdiyini, buna görə də oradan özü üçün yaş ağac kəsib gətirdiyini bildirmişdir. Hadisə vaxtı o, orada olmamış, həmin müddətdə Bakı şəhərində olmuşdur. Həmin ərazi bələdiyyənin örüş sahəsidir. Qızılağac, Palıd, Vələs və bilmədiyi digər ağac növləri kəsilmişdir. Həmin ərazidən yük avtomobilləri ilə odun aparıldığı üçün torpaq yol bərbad vəziyyətdə qalmışdır. O da buna görə öz pay torpaq sahəsinə nəqliyyat vasitəsi ilə getməkdə çətinlik çəkmişdir. Qardaşı Xətai və o, həmin ərazidən heç bir ağac kəsməmişdir və satmamışdır. Xətai heç kəsdən heç bir məbləğdə pul istəməmiş və almamışdır. Xətainin həmin əraziyə yaxın ərazidə pay torpağı vardır. Xətaiyə hər hansı göstəriş verildiyini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, 2009cu ildən 2013-cü ilin oktyabr ayınadək Meşə İdarəsində gözətçi kimi işləmişdir. Qardaşı Şahid19 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə kənddəki meşə sahəsindən qanunsuz ağacların kəsilməsi barədə müraciət etmişdir. Kənddə yerləşən “Yeddi çinar” adlanan ərazidəki meşə zolağından qanunsuz olaraq yaş ağaclar kəsilmişdir. Həmin ərazi əvvəllər meşə idarəsinə məxsus ərazi olmuş, sonradan həmin ərazi X25nə örüş yeri kimi verilmişdir. Qardaşı Nəsimi də 18.12.2020-ci il tarixdə pay torpaq sahəsinə gedən zaman yolun bərbad vəziyyətdə olduğunu görmüşdür. Pay torpaq sahəsinin kənarında meşə zolağı vardır. Həmin meşə zolağındakı yaş ağaclar müharibə iştirakçılarının ailələri tərəfindən kəsilərək aparılmışdır. Həmin ağacların kəsilməsinə vətən müharibəsində iştirak edən şəxslərin ailələrinin istilik probleminin həll edilməsi məqsədilə icazə verilmişdir. Həmin yerin yaxınlığında onunda pay torpağı vardır və yol pis vəziyyətə düşmüşdür. Hadisə vaxtı o orada olmamış, öz pay torpağında işləmişdir. Həmin müddətdə heç bir ağac kəsməmiş və kəsilmədə iştirak etməmişdir. Həmin ərazi bələdiyyənin örüş sahəsidir. Həmin ərazidən yük avtomobilləri ilə odun aparıldığı üçün torpaq yol bərbad vəziyyətdə qalmışdır. O, həmin ərazidən heç bir ağac kəsməmiş və satmamışdır. O, heç kəsdən heç bir məbləğdə pul istəməmiş və almamışdır. Ona icra nümayəndəsi Nasir tərəfindən hər hansı göstəriş verilməmişdir. Müəyyən məbləğdə pul müqabilində kənd sakinlərinin odun daşımasına şərait yaratmamış, kənar şəxslərə həmin ərazidən kəsilmiş ağacları satmamışdır. Əvvəllər həmin ərazidə qanunsuz ağac kəsdiyinə görə barəsində inzibati protokol tərtib edilib və cərimələnmişdir. Sonradan oradan ağac kəsməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən Qəbələ RİHB-nın Çuxur Qəbələ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Nümayəndə kimi kənd ərazisində əhalinin müraciətləri üzrə səlahiyyətləri daxilində olan məsələləri həll etmək, rəhbərliyə bu barədə məlumat vermək və s. ibarətdir. Kənddə 252 ailə olmaqla 1070 nəfər şəxs yaşayır. Kəndin 385 hektar əkin təyinatlı torpaq sahəsi vardır. 27 sentyabr 2020-ci il tarixdə başlamış İİ Vətən müharibəsi zamanı kənddən 10 nəfər qismən səfərbərlik üzrə çağırılmış, təxminən 18 nəfər isə əsgər, maxe və gizir qismində hərbi xidmətdə olmaqla, döyüşlərdə iştirak etmişdir. Bir nəfər şəhid, bir nəfər qazi olmuşdur. Səfərbərlik üzrə çağırılmış 10 nəfərin hamısı artıq qayıtmışdır. Müharibə dövründə kənd icra nümayəndəsi kimi müharibədə iştirak etmiş şəxslərin ailələri ilə mütəmadi maraqlanıb, onların qayğısına qalmışdır. Rayon icra hakimiyyəti tərəfindən də həmin ailələrə mütəmadi yardım və dəstəklər olmuş, həmin yardımların da ailələrə birbaşa çatdırılması ona həvalə edilmişdir. Bununla yanaşı, həm maddi imkanları zəif olduğundan, həm də qış fəsli olduğundan rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən həmin müharibədə iştirak etmiş şəxslərin ailələri tərəfindən müraciət olduğu halda, quru və təhlükə mənbəyi olan odunlardan onlara yardımlar edilməsi barədə şifahi tövsiyə xarakterli tapşırıq verilmişdir. Bundan sonra o, rəhbərliyin müvafiq tapşırığını bələdiyyə sədri Təqsirləndirilən şəxs da çatdırmışdır. Həmçinin bələdiyyə sədri Təqsirləndirilən şəxs da rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən həmin müharibədə iştirak etmiş şəxslərin ailələri tərəfindən müraciət olduğu halda, quru və təhlükə mənbəyi olan odunlardan onlara yardımlar edilməsi barədə də şifahi tövsiyə xarakterli tapşırıq verilmişdir. Həmin ərəfələrdə qeyd etdiyi kateqoriya aid ailələr hissə-hissə müraciətlər etmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs onunla söhbət zamanı belə qərara gəlmişdir ki, bələdiyyə mülkiyyətində olan, “Yeddi çinar” adlanan örüş sahəsində olan quru və qırıntı halda olan ağacların həmin ailələr tərəfindən oduncaq məqsədilə aparılmasına şərait yaradılsın. O, həmin ərazidən odun aparmasını bələdiyyə sədri Təqsirləndirilən şəxs deməmiş və belə bir göstəriş verməmişdir. Həmçinin həmin ərazinin yaxınlığında kənd sakini Xətainin də pay torpağı olduğundan və sonuncu həmin yerə yaxşı bələd olduğundan qeyd etdiyi kənd sakinlərinin qırıntı aparmalarına nəzarət etməsini ondan da xahiş etmişdir. Müharibə dövründə, eləcə də müharibədən sonra kənd əhalisinin digər işlərinə başı qarışdığından həmin əraziyə getməmiş və yaş ağac kəsildiyindən məlumatı olmamışdır. Ancaq 2-3 dəfə Xətai mobil telefonla ona zəng vuraraq bildirmişdir ki, Məhyəddin Şirinov, Elməddin Şirinov, Şahid13 və Nəbiyev Habil və s. müharibə iştirakçılarının ailələri həmin əraziyə gəlib odun aparmaq istəyir. O da ona demişdir ki, quru odun və qırıntılardan aparılmasına şərait yaradılsın, ancaq sağlam ağaclara toxunulmasın. Bundan başqa, ona müraciət edən olmamış, eləcə də o heç kimə bələdiyyə mülkiyyətində olan, “Yeddi çinar” adlanan örüş sahəsindən odun gətirməsini deməmiş, yalnız Təqsirləndirilən şəxs müraciət etmələrini bildirmişdir. O, Şahid19 kənd sakini kimi tanımışdır, həmkənlisidir, onunla ədavəti və ya düşmənçiliyi yoxdur. O, Xətainin qardaşıdır. Sonuncu müharibə dövründə Bakı şəhərində olmuşdur. Sonradan kəndə qayıtdıqdan sonra “Yeddi çinar” adlanan ərazidə ağacların kütləvi kəsilməsi barədə şikayət etmişdir. Həmçinin onun barəsində əvvəllər ağac kəsdiyinə görə rayon polis şöbəsində də araşdırma aparılmış, yekunda rədd edilmişdir və inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan sonra o, özü də həmin əraziyə gedib qanunsuz qırıntıların şahidi olmuşdur. Bələdiyyə sədri tərəfindən təqdim edilmiş siyahıda olan ailələrin hər birinin həyətinə baxış keçirmiş, həmin ağacların əksəriyyətinin həmin adamlar tərəfindən daşındığını görmüşdür. Onları tənbeh edərək nə üçün bunu etdiklərini soruşduqda, ehtiyacları olduqları üçün gətirdiklərini bildirmişdilər. Daha sonra məlumatı olmuşdur ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Yeddi çinar” adlanan ərazidə monitorinq aparılaraq müvafiq sənədlər prokurorluğa göndərilmişdir. Həmin monitorinqdə iştirak etməmiş, çünki bu barədə məlumat verməmişlər. Ancaq prokurorluqda gedən araşdırma ilə əlaqədar əraziyə baxış keçirilməsində iştirak etmiş və 441 ədəd ağacın qanunsuz kəsilməsi bir daha təsdiq edilmişdir. O, həmçinin həmin odunları daşıyan kənd camaatından maraqlanan zaman ona bildirmişlər ki, Şahid21 müəyyən məbləğdə pul müqabilində kiminsə odun daşımağına şərait yaratmış, hətta özü də kənar şəxslərə həmin ərazidən kəsilmiş ağacları satmışdır. Lakin bunu dəqiq bilmir, ola bilsin ki doğru məlumat deyil və uydurmadır. Nəsimi əvvəllər bir neçə dəfə həmin ərazidə qanunsuz ağac kəsdiyinə görə barəsində inzibati protokol tərtib edilib və cərimələnmişdir. Bundan başqa, o həmin ərazidə olan pay torpağını uzun müddətlik icarəyə götürmək istəmişdir. Belə olan halda, Nəsimi ona demişdir ki, cəriməni ödəsin, bələdiyyə sədri də icarə müqaviləsi bağlasın, o, şikayətini geri götürsün. O da ona belə bir şeyin mümkün olmadığını, həmçinin yaş ağacların kəsilməsi barədə də göstərişinin olmadığını bildirmişdir. Hadisə 2020-ci ilin oktyabr ayının ortalarından başlayaraq 20-25 gün ərzində yəni 2020-ci ilin noyabr ayının əvvəllərinədək müddətdə Qəbələ rayonu X16 mülkiyyətində olan “Yeddi Çinar” adlanan ərazidə baş vermişdir. Ərazi Qəbələ rayonu X16 mülkiyyətinə aiddir. Təyinatı isə örüş sahəsidir. Həmin ağaclar təbii halda bitmişdir. Yaşı barədə məlumatı yoxdur. Həmin ərazi bələdiyyə mülkiyyətinə aid olduğundan mühafizəsini bələdiyyə həyata keçirir. Müharibə iştirakçılarının ailələrinə odun verilməsi barədə göstəriş verildikdən sonra bu barədə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilməmişdir. O heç kimə bələdiyyə mülkiyyətində olan, “Yeddi çinar” adlanan örüş sahəsindən odun gətirməsini deməmiş, yalnız bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etmələrini bildirmişdir. “Yeddi çinar” adlanan ərazidə ağaclar 16 nəfər müharibə iştirakçılarının ailələri və 1 nəfər kimsəsiz, yaşlı və tək yaşayan, maddi vəziyyəti ağır olan X19 tərəfindən kəsilib aparılmışdır. Sağlam, bioloji inkişafda olan ağacların kəsilməsi barədə heç kimə heç bir göstəriş verməmişdir. Xətai adi kəndlidir. Həmin əraziyə yaxın ərazidə onun pay torpağı vardır. Sadəcə oraları yaxşı tanığına görə şifahi şəkildə kəndlilərin quru odun aparmağına nəzarət etməyi də ona demişdir. Çünki Xətai hər gün öz torpaq sahəsində işləmişdir və həmin ərazidə olmuşdur. O həmin tapşırığı Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan ailələrə Yeddi Çinar adlanan ərazidən odun gətirilməsi üçün tapşırıq verildikdən sonra demişdir. Əvvəllər belə hal olmamışdır. Sadəcə müharibə ilə əlaqədar, müharibə iştirakçılarının ailələrinə icra hakimiyyəti tərəfindən köməklik məqsədilə tövsiyə xarakterli bu cür tapşırıq verilmişdir. Heç kimdən heç bir məbləğdə pul alınmamış, nə də istənilməmişdir. Həmin torpaq sahəsinin meşə fonduna aidiyyatı yoxdur. Bələdiyyə sədri Təqsirləndirilən şəxsla məsləhətləşmiş və onun sözünə və göstərişinə əsasən həmin torpaqdan istifadə edilmişdir. O bələdiyyə sədri Əsgərlə söhbət zamanı sonuncu həmin ərazini məsləhət görmüşdür. Bələdiyyə torpağının ümumi xəritəsi olur ki, o da bələdiyyə sədrində olur. O, heç bir göstəriş verməmişdir. 441 ədəd ağacın qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş 127.310 manat məbləğində ziyan ödənilməmişdir. Həmin ərazidə ağaclarının məhv olunması üçün hər hansı bir qurumdan icazə alınmamışdır və rəy tərtib olunmamışdır. Həmin ağacların kəsilməsi üçün hər hansı orqana icazə üçün müraciət edilməmişdir. Qəbələ rayonu, X16 mülkiyyətinəaid olan "Yeddi çinar" adlanan ərazidə 12-90 sm diametrində 247 ədədqızılağac, 12-44 sm diametrində 101 ədəd yalanqoz, 16-36 sm diametrində 09 ədəd ağcaqayın, 12-64 sm diametrində 75 ədəd vələs, 16-28 smdiametrində 03 ədəd palıd və 16-52 sm diametrində 06 ədəd göyrücağaclarının, cəmi 441 ədəd yaş kök üstə, bioloji inkişafda olan ağaclarqanunsuz kəsilmişdir. Lakin həmin ağaclar hamısı müharibə iştirakçılarının ailələri tərəfindən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 1986-cı ildə ailə həyatı qurmuş və həmin evlilikdən 5 övladı vardır. 1996-cı il təvəllüdlü oğlu X32 21 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən orduya çağırılmış, Vətən müharibəsində iştirak etmiş, 07 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində döyüşlərdə şəhid olmuşdur. Yaşadığı ev qazla təmin olunmadığı üçün evinin isidilməsində odundan istifadə edir. Həmçinin 07 oktyabr 2020-ci il tarixdə oğlu Tale şəhid olduqdan sonra oğlunun dəfnindən sonrakı yas mərasimlərində yandırmaq üçün oduna ehtiyac olduğundan odun təminatını ödəmək üçün odun gətirmək məqsədilə digər oğlanları Şirinov Elməddin və Şirinov Məhyəddin kənd icra nümayəndəsi Şahid3 müraciət etmiş, o isə onlara bələdiyyəyə müraciət etməyi bildirmişdir. Onlarda buna görə bələdiyyə sədri Əsgər Abdurrahmanova müraciət etmişdir. Əsgər oğlanlarına kənddəki “Yeddi Çinar” adlanan ərazidən ağacların odunlarını aparmağı bildirmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında və noyabr ayının əvvəllərində övladları həmin ərazidən yaş halda və yıxılmış ağaclardan kəsərək traktor vasitəsilə odun aparmışdılar. O, şəhid oğlu Talenin yaşadığı evdə yaşayır, digər oğlanları isə özlərinə məxsus evdə yaşayırlar. Onlar qeyd etdiyi müddət ərzində həm özlərinə, həmdə yaşadığı evə, yəni şəhid Tale Şirinovun ailəsinə “Yeddi Çinar” adlanan ərazidən ağacları kəsib daşımışdırlar. Onlara bu icazəni kənd icra nümayəndəsi Şahid3 və bələdiyyə sədri Əsgər Abdurrahmanov vermişdir. Sonradan kənd sakini Şahid19 həmin ərazidə ağacların kəsildiyini görmüş və şikayət etmişdir. Həmin ərazidən quru odun gətirmək üçün bələdiyyəyə və ya icra nümayəndəsinə nəsə vəd etməmiş, onlar heç nə istəməmişdir, onların niyyəti şəhid və müharibə iştirakçılarının ailələrinə köməklik etmək olmuşdur. Onlarla birlikdə bir neçə müharibə iştirakçılarının ailələri həmin ərazidən yaş odun aparmışdırlar. Həmin ərazidən odun aparmaları üçün onlardan kimsə və ya Xətai adlı şəxs hər hansı məbləğdə pul və ya maddi nemət tələb etməmiş və almamışdır. Hadisə 2020-ci ilin oktyabr ayının sonları, noyabr ayının əvvəllərində Qəbələ rayonu X16 mülkiyyətində olan “Yeddi Çinar” adlalan ərazidə baş vermişdir. “Yeddi çinar” adlanan ərazidə quru ağaclar və qırıntılar müharibə iştirakçılarının ailələrinə çatacaq miqdarda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1989-cu ildə ailə həyatı qurmuş və həmin evlilikdən 3 oğlu vardır. 1990-cı il təvəllüdlü oğlu X23 Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunların Bakı şəhəri, Xətai rayonunda yerləşən hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçudur. X45 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə aparılmış və döyüşlərdə iştirak etmiş, Şuşa şəhərinin alınmasında xüsusi canfəşanlıq göstərmişdir. Hal-hazırda xidmətini davam etdirir. X45 müharibədə iştirak edən zaman maddi vəziyyəti ağır olmuş və ailə xərclərinin ödənilməsində çətinlik yaranmışdır. Buna görə də o və müharibədə iştirak edən şəxslərin ailə üzvlərindən bir neçə nəfər qış aylarında istiliklə təmin olunmaları üçün odun tədarükü ilə bağlı kənd bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. O, icra nümayəndəsi Şahid3 bu barədə heç nə deməmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs köməklik göstərəcəyini demiş və ona kənd bələdiyyəsinə aid olan “Yeddi Çinar” adlanan ərazidə yıxılmış, qurumuş, yandırmağa yararlı olan ağacların quru budaqlarının aparılmasını bildirmişdir. O da belə olub 2020-ci ilin oktyabr ayının sonlarında, noyabr ayının əvvəllərində təxminən altı gün ərzində həmin ərazidə həm quru, həmdə müxtəlif cinsli yaş ağacları kəsərək traktorla həmin ərazidən odun kimi istifadə etmək məqsədilə aparmışdır. Həmin ərazidən bir neçə yaş ağac kəsmiş, çünki orada quru ağac demək olar olmamışdır. Həmin ərazidən həmçinin 2020-ci ilin fevral ayında Nəsimin qardaşı Xətai və həmkəndlisi Şükür Məmmədov 2020-ci il noyabr ayının sonlarında yaş ağac kəsmişlər. Bununla bağlı Qəbələ RPŞ-də araşdırılma aparılmışdır və həmin şəxslər cərimə olunmuşdur. Sonradan Şahid19 həmin ərazidə ağacların kəsildiyini görmüş və şikayət etmişdir. Həmin ərazidən quru odun gətirmək üçün bələdiyyəyə və ya icra nümayəndəsinə nəsə vəd etməmiş, onlar heç nə istəməmişdir, onların niyyəti şəhid və müharibə iştirakçılarının ailələrinə köməklik etmək olmuşdur. Onlarla birlikdə bir neçə müharibə iştirakçılarının ailələri həmin ərazidən yaş odun aparmışdırlar. Həmin ərazidən odun aparmaları üçün onlardan kimsə və ya Xətai adlı şəxs hər hansı məbləğdə pul və ya maddi nemət tələb etməmişdir və almamışdır. Hadisə 2020-ci ilin oktyabr ayının sonları, noyabr ayının əvvəllərində Qəbələ rayonu X16 mülkiyyətində olan “Yeddi Çinar” adlanan ərazidə baş vermişdir. Qızılağac, Palıd, Vələs və bilmədiyi digər ağac növlərikəsilmişdir. “Yeddi çinar” adlanan ərazidə quru ağaclar və qırıntılar müharibə iştirakçılarının ailələrinə çatacaq miqdarda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 1991ci il təvəllüdlü oğlu X28 29 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən orduya çağırılmış, Vətən müharibəsində iştirak etmiş, Tərtər-Ağdərə istiqamətində döyüşmüşdür. X48 müharibə veteranıdır. Qeyd etmişdir ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən verilmiş siyahıda ərinin adı texniki səhv olaraq Nəzirov Habil kimi göstərilmişdir. X46 müharibədə iştirak edən zaman maddi vəziyyəti ağır olmuş və ailə xərclərinin ödənilməsində çətinlik yaranmışdır. Buna görə də o və müharibədə iştirak edən şəxslərin ailə üzvlərindən bir neçə nəfər qış aylarında istiliklə təmin olunmaları üçün odun tədarükü ilə bağlı kənd bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs onlara köməklik göstərəcəyini demiş və əri Salama kənd bələdiyyəsinə aid olan “Yeddi Çinar” adlanan ərazidə yandırmağa yararlı olan ağacların kəsilərək aparılmasını bildirmişdir. Əri Salam da belə olub 2020-ci ilin oktyabr ayının sonlarında, noyabr ayının əvvəllərində təxminən bir neçə gün ərzində həmin ərazidə həm quru, həmdə müxtəlif cinsli yaş ağacları kəsərək traktorla həmin ərazidən odun kimi istifadə etmək məqsədilə evə gətirmişdir. Həmin ərazidən bir neçə yaş ağac kəsilmişdir, çünki orada quru ağac demək olar olmamışdır. Həmin ərazidən həmçinin 2020-ci ilin fevral ayında Nəsiminin qardaşı Xətai və həmkəndlisi Şükür Məmmədov 2020-ci il noyabr ayının sonlarında yaş ağac kəsmişlər. Bununla bağlı Qəbələ RPŞ-də araşdırılma aparılmışdır və həmin şəxslər cərimə olunmuşdur. Sonradan Şahid19 həmin ərazidə ağacların kəsildiyini görmüş və şikayət etmişdir. O, həmin ərazidən quru odun gətirmək üçün bələdiyyəyə və ya icra nümayəndəsinə heç nə vəd etməmiş, heç nə istənilməmişdir, onların niyyəti şəhid və müharibə iştirakçılarının ailələrinə köməklik etmək olmuşdur. Həmin ərazidən odun aparmağı üçün ondan kimsə və ya Xətai adlı şəxs hər hansı məbləğdə pul və ya maddi nemət tələb etməmişdir və almamışdır. Hadisə 2020-ci ilin oktyabr ayının sonları, noyabr ayının əvvəllərində Qəbələ rayonu X16 mülkiyyətində olan “Yeddi Çinar” adlalan ərazidə baş vermişdir. Həmin ərazi bələdiyyə mülkiyyətinə aid olduğundan bələdiyyə həyata keçirməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1997-ci ildə ailə həyatı qurmuş və həmin evlilikdən 2 oğlu vardır. 2000-ci il təvəllüdlü oğlu X33 2020-ci ilin aprel ayında Səfərbərlik xidməti tərəfindən hərbi xidmətə çağırılmış, 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə aparılmış və Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmiş və xüsusi canfəşanlıq göstərmişdir. Hal-hazırda xidmətini davam etdirir. Oğlu Ziya müharibədə iştirak edən zaman maddi vəziyyəti ağır olmuş və ailə xərclərinin ödənilməsində çətinlik yaranmışdır. Buna görə də o və müharibədə iştirak edən şəxslərin ailə üzvlərindən bir neçə nəfər qış aylarında istiliklə təmin olunmaları üçün odun tədarükü ilə bağlı kənd Bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs köməklik göstərəcəyini demiş və ona kənd bələdiyyəsinə aid olan “Yeddi Çinar” adlanan ərazidə olan ağaclardan kəsib aparmağı bildirmişdir. O, 2020-ci ilin oktyabr ayının sonlarında həmin ərazidə müxtəlif cinsli yaş ağacları kəsərək traktorla həmin ərazidən odun kimi istifadə etmək məqsədilə evinə aparmışdır. Həmin ərazidən bir neçə yaş ağac kəsmiş, çünki orada quru ağac demək olar olmamışdır. Həmin ərazidən Nəsimin qardaşı Xətai və həmkəndlisi Şükür Məmmədov yaş ağac kəsmişlər. Bununla bağlı Qəbələ RPŞ-də araşdırılma aparılmışdır və həmin şəxslər cərimə olunmuşdur. Sonradan Şahid19 həmin ərazidə ağacların kəsildiyini görmüş və şikayət etmişdir. Həmin ərazidən odun gətirmək üçün bələdiyyəyə və ya icra nümayəndəsinə heç nə vəd etməmiş, onlar heç nə istəməmişdir, onların niyyəti şəhid və müharibə iştirakçılarının ailələrinə köməklik etmək olmuşdur. Onunla birlikdə bir neçə şəhid və müharibə iştirakçılarının ailələri həmin ərazidən odun aparmışlar. Həmin ərazidən odun aparmağı üçün kimsə və ya Xətai adlı şəxs hər hansı məbləğdə pul və ya maddi nemət tələb etməmiş və almamışdır. Hadisə 2020-ci ilin oktyabr ayının sonlarında Qəbələ rayonu X16 mülkiyyətində olan “Yeddi Çinar” adlanan ərazidə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, 1998ci ildə ailə həyatı qurmuş və həmin evlilikdən 2 övladı vardır. 2001-ci il təvəllüdlü oğlu X29 05 iyul 2019-cu il tarixdə Səfərbərlik Xidməti tərəfindən hərbi xidmətə çağırılmış, Vətən müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Maddi imkanı aşağı olduğu üçün kommunal xərcləri ödəməkdə çətinlik çəkmişdir. 2020-ci ilin oktyabr ayında evinin istilik probleminin həll olunması üçün kənd icra nümayəndəsi Şahid3 müraciət etmişdir. O da öz növbəsində bələdiyyə sədrinə müraciət etməyi bildirmişdir. O, bələdiyyə sədri Əsgər Abdurrahmanova müraciət etmişdir. Sonuncu ona bələdiyyə torpağında “Yeddi Çinar” adlı ərazidə yerləşən təbbi halda bitmiş ağaclardan kəsib aparmağı bildirmişdir. O da 2020-ci ilin noyabr ayının əvvəlində həmin ərazidən traktorla odun kəsərək aparmışdır. Həmin ərazidən bir neçə yaş ağac kəsilmiş, çünki orada quru ağac demək olar olmamışdır. Sonradan Şahid19 həmin ərazidə ağacların kəsildiyini görmüş və şikayət etmişdir. Həmin ərazidən odun gətirmək üçün bələdiyyəyə və ya icra nümayəndəsinə heç nə vəd etməmiş, onlar heç nə istəməmişdir, onların niyyəti şəhid və müharibə iştirakçılarının ailələrinə köməklik etmək olmuşdur. Onunla birlikdə bir neçə şəhid və müharibə iştirakçılarının ailələri həmin ərazidən odun aparmışdılar. Həmin ərazidən odun aparmağı üçün kimsə və ya Xətai adlı şəxs hər hansı məbləğdə pul və ya maddi nemət tələb etməmiş və almamışdır. Hadisə 2020-ci ilin oktyabr ayının sonlarında Qəbələ rayonu X16 mülkiyyətində olan “Yeddi Çinar” adlalan ərazidə baş vermişdir. Qızılağac, Palıd, Vələs və bilmədiyi digər ağac növləri kəsilmişdir. Həmin ərazidən yaş halda olan ağaclar kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə olunmasının təhlili sektorunda məsləhətçi vəzifəsində işləyir. Qəbələ rayon Çuxur Qəbələ kənd sakini Şahid19 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlandırdığı şikayət Nazirlikdən Ş-3861 nömrəli 29.12.2020-ci il tarixli müşayət məktubu ilə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə daxil olmuşdur. Ərizə şikayətçinin iştirakı ilə birgə yerində araşdırılmışdır. Araşdırma Qəbələ rayonu Çuxur Qəbələ kəndinin yaxınlığındakı “Yeddi Çinar” adlanan ərazidə aparılmışdır. Araşdırmada iştirak etmək üçün X16 sədri Əsgər Abdurəhmanov ilə telefon əlaqəsi saxlanılaraq əraziyə dəvət olunsa da, qarşı tərəf qeyd olunan ərazidən kənarda olduğunu və bu səbəbdən də araşdırmada iştirak edə bilməyəcəyini bildirmişdir. “Yeddi çinar” adlanan ərazi X25nə aiddir və təxminən 6-7 hektar ərazini əhatə edir. Monitorinq zamanı ərazi boyu, əsasən də orta hissəsində ümumilikdə 441 ədəd müxtəlif cinsli və diametrli, yaş kök üstə, bioloji inkişafda olan ağacların qanunsuz kəsildiyi müəyyən edilmişdir. Belə ki, 247 ədəd qızılağac cinsli (7 ədəd 12 sm, 35 ədəd 16 sm, 28 ədəd 20 sm, 47 ədəd 24 sm, 18 ədəd 28 sm, 37 ədəd 32 sm, 37 ədəd 36 sm, 11 ədəd 40 sm, 16 ədəd 44 sm, 02 ədəd 48 sm, 04 ədəd 52 sm, 01 ədəd 56 sm, 02 ədəd 60 sm, 01 ədəd 72 sm, 01 ədəd 90 sm diametrliklərində), 101 ədəd yalanqoz cinsli (02 ədəd 12 sm, 07 ədəd 16 sm, 13 ədəd 20 sm, 28 ədəd 24 sm, 19 ədəd 28 sm, 23 ədəd 32 sm, 08 ədəd 36 sm, 01 ədəd 44 sm diametrliklərində), 09 ədəd ağcaqayın cinsli ( 02 ədəd 16 sm, 01 ədəd 20 sm, 01 ədəd 24 sm, 01 ədəd 28 sm, 03 ədəd 32 sm, 01 ədəd 36 sm diametrliklərində), 75 ədəd vələs cinsli (08 ədəd 12 sm, 19 ədəd 16 sm, 12 ədəd 20 sm, 10 ədəd 24 sm, 07 ədəd 28 sm, 04 ədəd 32 sm, 05 ədəd 36 sm, 04 ədəd 40 sm, 01 ədəd 44 sm, 01 ədəd 48 sm, 02 ədəd 52 sm, 01 ədəd 56 sm, 01 ədəd 64 sm diametrliklərində), 03 ədəd palıd cinsli (02 ədəd 16 sm, 01 ədəd 28 sm diametrliklərində), 06 ədəd göyrüc cinsli (01 ədəd 16 sm, 01 ədəd 24 sm, 01 ədəd 28 sm, 01 ədəd 32 sm, 01 ədəd 36 sm, 01 ədəd 52 sm diametrliklərində) ağaclar qanunsuz olaraq kəsilmişdir. Həmin ağacların bioloji xüsusiyyətlərinə nəzər saldıqda onların monitorinq apardıqları vaxtdan, yəni 10 yanvar tarixindən təxminən 1-2 ay əvvəl, oktyabr-noyabr aylarında kəsilməyə uyğun gəlinir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmış və ümumilikdə 127,310 manat olduğu müəyyən edilmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs monitorinq zamanı iştirak etməsə də, onunla əlaqə saxlanılaraq qanunsuz kəsilmiş ağaclar barədə soruşduqda Qəbələ rayonu Çuxur Qəbələ kəndindən olan Vətən müharibəsində iştirak etmiş şəxslərin ailələrini qışda quru odunla təmin etmək üçün qeyd olunan ərazidə quru və yıxılmış odunların həmin ailələr tərəfindən aparılmasına icazə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid9, Şahid8, Şahid10, Şahid11, Şahid12 Malikağa qızı, Şahid14, Şahid13, Şahid15, Şahid16 Rəhman oğlu, Şahid18 da digər şahidlərlə analoji ifadələr verərək onların ifadələrində göstərdiklərini təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 21.01.2021-ci il tarixli 4/111-01-17 saylı məktubuna əlavə edilmiş arayışdan görünür ki, Qəbələ rayonu,Çuxur Qəbələ kənd sakini Şahid19 tərəfındən EkologiyavəTəbii Sərvətlər Nazirliyinə "Yeddi Çinar adlanan ərazidə ağacların qırılaraq məhv edilməsi" ilə bağlı daxil olmuş 2020-ci il 29 dekabr tarixli Ş-3861 nömrəli şikayət ərizəsində qeyd olunanlar şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Əraziyə keçirilən baxış zamanı Qəbələ rayonu, X16 mülkiyyətində olan torpaq sahəsində 101 ədəd yalanqoz, 247 ədəd qızılağac, 75 ədəd vələs, 6 ədəd göyrüş ağacının qanunsuz kəsilərək məhve dilməsi faktı aşkar olunmuşdur. Araşdırma müddətində X16 sədri Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaradılaraq araşdırmaya dəvət olunsa da, o, kənarda olduğunu bildirmiş və araşdırmada iştirak etməmişdir. Lakin sonradan 2021-ci il 08 və 09 yanvar tarixlərində yazılı izahatlar təqdim edərək məhv edilmiş ağacların yerləşdiyi torpaq sahəsinin X16 mülkiyyətində, kollu-örüş sahəsinə aid olduğunu və ərazidə quru, aşmış ağacların doğranaraq kəndin şəhid və müharibə iştirakçılarının ailələrinə verildiyini bildirmişdir. Faktla bağlı 2021-ci il 11 yanvar tarixli 63642 nömrəli akt tərtib edilmiş və ağacların məhv edilməsi nəticəsində təbiətə 127310,0 m anat məbləğində ziyan dəydiyi müəyyən olunmuş və araşdırmanın nəticəsi barədə şikayətçiyə cavab məktubu göndərilmişdir. Eyni zamanda həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparılmış araşdırma zamanı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş Qəbələ rayonu, X16 mülkiyyətində olan "Yeddi Çinar adlanan əraziyə 11 yanvar 2021-ci il tarixli baxış aktından görünür ki, Qəbələ rayonu, X16 mülkiyyətində olan "Yeddi Çinar” adlanan ərazidən 441 ədəd müxtəlif cinsli ağac qanunsuz kəsilərək məhv edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti başçısı Aparatının 09 iyul 2021-ci il tarixli 2/490 saylı məktubundan görünür ki, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndəliklərinə və bələdiyyələrə, həmçinin Çuxur Qəbələ kənd İƏD üzrə nümayəndəliyinə və bələdiyyə sədrinə 44 günlük Vətən müharibəsi zamanı şəhid və qazi ailələrini, müharibə iştirakçılarının ailə üzvlərini daim diqqətdə saxlayaraq qayğı göstərilməsi, onların kommunal (odun yanacağı, elektrik, su və s) və digər problemlərinin həll edilməsi tövsiyə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X38 Təsərrüfatı Mərkəzinin 12 iyul 2021-ci il tarixli 465 saylı məktubundan görünür ki, Qəbələ rayon, Çuxur Qəbələ kəndində “Yeddi Çinar” adlanan ərazidə yerləşən 441 ədəd müxtəlif cinsli ağacların kəsildiyi ərazi Qəbələ RMTM-nin meşə fonduna aid deyil. Əhalinin və qeyri əhalinin oduncaqla təmin edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 avqust 2018-ci il tarixli 529/ü saylı əmri ilə təsdiq edilmiş Əsasnamənin 3.1.5-ci bəndinə əsasən həyata keçirilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 avqust 2018-ci il traixli 529/ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin İnkişafı Departamentinin X38 Təsərrüfatı Mərkəzi haqqında” Əsasnamənin 1.3-cü bəndindən görünür ki, X38 Təsərrüfatı Mərkəzi meşə fondu torpaqlarından istifadəyə nəzarəti həyata keçirən dövlət qurumudur. Əsasnamənin 3.1.5ci bəndinə əsasən aralıq istifadə üçün xidməti və sanitar qırmalar aparır, bundan əldə edilən oduncağı (işlik, odun, şax və çırpı), həmçinin ikinci dərəcəli meşə ehtiyatlarını və meşədən əlavə istifadə zamanı əldə edilmiş məhsulları tədarük edir və müəyyən olunmuş qaydada satışını həyata keçirir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 iyul 2021-ci il tarixli 81 saylı məktubundan görünür ki, Qəbələ rayonu X25 mülkiyyətində olan “Yeddi Çinar” adlanan ərazidəki ağacların kəsilməsi ilə bağlı Çuxur Qəbələ kənd sakini Şahid19 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmiş, həmin müraciət 29.12.2020-ci il tarixli Ş-391 nömrəsi ilə araşdırılması üçün İdarəyə ünvanlanmış və vətəndaşın müraciəti əsasında əraziyə baxış keçirilərək aşkar edilmiş qanun pozuntusu faktı ilə bağlı sənədləşmə işləri aparılmışdır. Kəsilmiş ağaclarla bağlı əvvəlcədən hər hansı bir müraciət olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qəbələ rayon X16 12.07.2021-ci il tarixli 14 saylı arayışından görünür ki, 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş şəhid və qazi ailələrinə verilmiş istilik üçün oduncaq X16 “Yeddi çinar” adlanan ərazisindəndir. Həmin sahə bələdiyyəyə aid örüş sahəsidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X24 Reyestrinə daxil edilməsi haqqında Şəhadətnamədən görünür ki, Qəbələ rayon X25 Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 19.06.2000-ci il tarixdə ******* nömrə ilə qeydiyyata alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon X16 10 iyun 2015-ci il tarixli iclasının 06 nömrəli qərarı ilə təsdiq edilmiş Qəbələ rayon X16 Nizamnaməsindən görünür ki, bələdiyyə sədri bələdiyyənin icra orqanı olan icra aparatına rəhbərlik edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon X16 24.02.2020-ci il tarixli 08 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24.02.2020-ci il tarixdən Qəbələ rayon X16 sədri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 30.04.2021-ci il tarixli 9/1827 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11.01.2021-ci il tarixli 63642 №-li akt və ona əlavə edilmiş cədvəldən istifadə edilməklə tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 441 ədəd müxtəlif adda, müxtəlif diametrli ağacların qanunsuz götürülməsinə görə AR-in Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 127.310,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan 26iyul 2021-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarlardan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ rayon X1 şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.07.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının X36 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli, 242 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X20, oğlanları 1990-ci il təvəllüdlü X7 və 1992-ci il təvəllüdlü X10, qızı 1995-ci il təvəllüdlü X2 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları vahid niyyətlə qanunsuz olaraq kəsməklə məhv etmişdir və onun Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə cəza təyin edilməlidir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 259.2.3, 259.2.4 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il qərarına əsasən əlavə cəza müstəqil olaraq tətbiq oluna bilməz, o, əsas cəzaya birləşdirilir və onun fərdiləşdirilməsi vasitəsi kimi çıxış edir. Buna görə də bu cəza əsas cəzadan mahiyyətcə fərqlənir. Əlavə cəza əsas cəzadan ağır ola bilməz. Məhz bu səbəbdən də qanunverici CM-in 46.3-cü maddəsində cəza növlərindən ən yüngülü olan cərimə cəzasına ondan daha ağır olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə olaraq təyin edilməsini nəzərdə tutmamışdır. CMin 58.1-ci maddəsinin mənasına görə isə CM-in 46.3-cü maddəsinin müddəaları cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 42 və 46.3-cü maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi cərimə cəzasına təyin edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını məqsədəuyğun hesab edir və qərara gəlir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 259.2.3, 259.2.4 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri ilə 8000 (səkkiz min) manat miqdarda cərimə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9000 (doqquz min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X9, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar