Məhkəmə qərarları › İş №1(026)-2/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-2/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-2/2021 26.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxsxx xxxxxxx 1984-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Zaqatala rayonu Azərbaycan prospekti ev 1-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 15 radələrində idarə etdiyi X17 115 CDİ markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində sağ zolaqda təxminən 90 km/saat sürətlə hərəkətdə olarkən, Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 85,5-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətnin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, idarəetməni itirərək avtomobili yolun sol ayırıcı zolağın beton daşına vurmuş, nəticədə ehtiyatsızlıqdan X17 115 CDİ minik avtomobilin sərnişinlərindən Şövkətli Əminə Qəmbər qızına sol alın-gicgah nahiyəsində geniş həcmli yara, kəllə əsası sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs1 sol qolun dirsək sümüyünün minimal yerdəyişən sınığı xəsarəti yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığına az ağır zərər vurulmasına, habelə 7 ədəd beton bardürün yararsız hala düşərək sahibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 105 manat, X17 115 CDİ minik markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 12.900 manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi X17 115 CDİ markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonundan Bakı şəhərinə yola düşmüş, salonda ondan başqa 5 nəfər sərnişin olmuşdur. Həmin günü saat 15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayon ərazisindən keçən hissəsindən keçərkən hava yağışlı, yol yaş idi. O, avtomobili yolun hərəkət hissəsində sağ zolaqla təxminən 90 km/saat sürətlə idarə edərkən birdən avtomobil sürüşmüş, yolda sağa-sola oynamış və yolun solunda olan orta zolağın kənarındakı betona dəymişdir. Zərbədən avtomobil irəliyə sola gedərək asfaltda əvvəlcə sol yanı üstə, sonra isə arxası üstə aşmışdır. Nəticədə o, avtomobildə olan Qax rayonunda avtomobilə əyləşən qadın xəsarət almışlar. Onun arxasında oturan Şövkətli Əminə Qəmbər qızı aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisə yerinə yol polisi əməkdaşları gəlmişdir. Hadisədən əvvəl idarə etdiyi avtomobil başqa avtomobillə toqquşmamış, hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə, yüksüz olmuş, spirtli içki qəbul etməmişdir. O, avtomobildə olan sərnişinləri tanımamışdır. Əməlindən peşman olmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 məhkəməyə teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq eydiyini göstərərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və bunun nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 85,5-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi X17 115 CDİ minik markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib yolun solundakı orta beton zolağına dəyərək aşmış, nəticədə sürücü Təqsirləndirilən şəxs və avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 xəsarət almış, digər sərnişin Şövkətli Əminə Qəmbər qızı hadisə yerində ölmüşdür. Hadisə günü qızı Əminənin meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və qızının meyitini Qax rayon qəbiristanlığında dəfn etmişlər. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020ci il tarixdə Qax şəhərində avtovağzaldan Bakı şəhərinə gəlmək üçün X17 markalı mikroavtobusa sərnişin kimi əyləşib salonda sürücünün yanında arxa sırada sağ oturacaqda, solda onun yanında isə pəncərə tərəfdə dayısı Abbasın nəvəsi Əminə oturmuşdur. Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayon ərazisindən keçən hissəsində güclü yağış yağmış, yer yaş olmuşdur. Birdən yolda maşın sağa-sola oynayaraq solda orta zolağın beton hissəsinə dəymiş və yolun orta hissəsində asfaltda aşmışdır. Hadisə nəticəsində o, xəsarət almışdır. Əminə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Yolnəqliyyat hadisəsi zamanı mikroavtobusda təxminən 5-6 nəfər sərnişin olmuş, həmin sərnişinləri tanımamışdır. Sərnişini olduğu avtomobil başqa avtomobillə toqquşmamış və avtomobilin sürətini bilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi, eləcə də iddiası yoxdur. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, X17 115 CDİ markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyatdadır, yəni onun şəxsi mülkiyyətidir. O, həmin avtomobili etibarnamə əsasında idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Zaqatala rayonunda olarkən günortadan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi ona məxsus X17 115 CDİ markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonundan çıxıb Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Qobustan rayonu ərazisində avtomobili maneəyə vurduğundan avtomobil aşmış, nəticədə avrtomobildə olan sərnişinlərdən biri ölmüş, digər sərnişinlər xəsarət almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus X17 115 CDİ markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək 12900 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına 105 manat maddi ziyan dəymişdir, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və mülki iddiaları yoxdur. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi qismində tanınmış Nümayəndə ibtidai istintaq zamanı ifadəsində göstərmişdir xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayon dsindən keçən 85,5-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi X17 115 CDİ minik markalı ** XP *** dövlət qeydiyyat nişanlı atomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun solundakı orta beton zolağına dəyərək aşmış, nəticədə sürücü Təqsirləndirilən şəxs və sərnişin X8 xəsarət almış, digər sərnişin Şövkətli Əminə Qəmbər qızı aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına 105 manat maddi ziyan dəymişdir, bununla bağlı sürücüyə qarşı şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Zaqatala rayonundan Mercedes Benz markalı avtomobilə sərnişin kimi minib salonda arxa sırada oturmuşdur. Əyləşdiyi avtomobil Qobustan rayonu ərazisindən keçib Bakı şəhəri istiqamətində hərəkətdə olarkən güclü yağış yağmış, birdən avtomobil sola istiqamətlənib Bakı və Şamaxı istiqamətlərini ayıran beton zolağa dəydikdən sonra sağda asfalt üzərində aşmışdır. Avtomobildə sürücüdən başqa 5-6 sərnişin olmuşdur. Onlardan qabaqda sürücü tərəfdə oturan qız aldığı xəsarətlərdən ölmüşdür. Hadisə zamanı o, xəsarət almamış, ölən qızı tanımamışdır. Sürücü avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmiş, əyləşdiyi avtomobil yolda başqa bir avtomobilə toxunmamışdır, yer yaş olduğundan əyləşdiyi avtomobil sürüşüb solda olan betona dəyərək aşmışdır. Cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Zaqatala şəhərindən X17 markalı avtomobillə Bakı şəhərinə gələrkən, salonda sağda arxa sırada sərnişin qismində oturmuşdur. Saat 15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayon ərazisindən keçərkən hava yağışlı olmuş, ani anda avtomobil sola istiqamətlənib Bakı və Şamaxı istiqamətlərini ayıran orta zolağın kənarına betona dəyərək irəliyə gedib aşmışdır. O, xəsarət almamışdır. Salonda solda oturan qız hadisə nəticəsində ölmüş, yanında oturan qadın xəsarət almışdır. Hadisədən az əvvəl sürücü avtomobili təxminən 90 km/saat sürətlə idarə etmişdir. Yolda qarşıda heç bir maneə olmamışdır. Yağışlı havada heç bir səbəb olmadan avtomobil sola istiqamətlənib beton zolağın kənarına dəyərək aşmış, yolda başqa heç bir avtomobilə toxunmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Zaqatala şəhərindən X17 markalı avtomobillə Bakı şəhərinə gələrkən, salonda öndə sağda sərnişin qismində oturmuşdur. Saat 15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayon ərazisindən keçərkən hava yağışlı olmuş, ani anda avtomobil sola istiqamətlənib Bakı və Şamaxı istiqamətlərini ayıran orta zolağın kənarına betona dəyərək irəliyə gedib aşmışdır. O, xəsarət almamışdır. Salonda solda oturan qız hadisə nəticəsində ölmüş, yanında oturan qadın xəsarət almışdır. Hadisədən az əvvəl sürücü avtomobili orta sürətlə idarə etmişdir. Yolda qarşıda heç bir maneə olmamışdır. Yağışlı havada heç bir səbəb olmadan avtomobil sola istiqamətlənib beton zolağın kənarına dəyərək aşmış, yolda başqa heç bir avtomobilə toxunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin verdiyi xx xxxxxx 2020ci il tarixli 437 saylı arayışında göstərilir ki, Şahid4 Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Sərəncamına və “ Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx xxxxxxxx 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Zaqatala rayonundan X17 markalı avtomobillə sərnişin qismində oturmuşdur. Qobustan rayon ərazisindən keçən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən hava yağışlı olduğundan ani anda avtomobil sola istiqamətlənib Bakı və Şamaxı istiqamətlərini ayıran orta zolağın kənarına betona dəyərək irəliyə gedib aşmışdır. Avtomobildə təxminən 5-6 nəfər sərnişin olmuşdur. Onlardan qarbağda sürücü tərəfdə əyləşən tanımadığı qız hadisə nəticəsində ölmüş, Hadisə zamanı xəsarət almamışdır. Hadisədən az əvvəl sürücü avtomobili orta sürətlə idarə etmişdir. Yolda qarşıda heç bir maneə olmamışdır. Yağışlı havada heç bir səbəb olmadan avtomobil sola istiqamətlənib beton zolağın kənarına dəyərək aşmış, yolda başqa heç bir avtomobilə toxunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyinin xx xxxxxxxx 2020-ci il tarixli 10 nömrəli rəyində göstərilir ki, Şövkətli Əminə Qəmbər qızının meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol alın-gicgah nahiyəsində geniş həcmli yara, kəllə əsası sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi. Həmin xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir. Yetirilmə müddəti xx xxxxxx 2020-ci il tarixə uyğundur. Həmin xəsarətlərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Həmin xəsarətlərin avtomaşının maneə ilə toqquşması nəticəsində, sərnişində əmələ gəlməsi mümkündür. Ölümünə səbəb kəllə əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə tibbi müayinəsindən 2-3 saat əvvələ uyğundur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyinin xx xxxxxxxx 2020-ci il tarixli 129 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət-sol qolun dirsək sümüyünün minimal yerdəyişən sınığı küt əşya təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs1 aldığı xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyinin xx xxxxxxxx 2020-ci il tarixli 130 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər-alının sağ yarısının bir ədəd qançırı küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü qismində alınmasına uyğun gəlir. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərlə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Baş Dödvlət X14 YPXA-nın 710 saylı postunda olan 35.4-cü km-də yerləşdirilmiş müşahidə nəzarət kamerasının görüntüsünə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan X17 115 CDİ markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlcə sağa, daha sonra sola istiqamətlənərək yolun solundakı ayırıcı beton zolağa dəyərək əvvəlcə sol yanı üstə, sonra isə arxası üstə aşaraq dayanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 8/143-nömrəli rəyində göstərilir ki, X17 115 CDİ markalı ** XP *** dövlə qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cı bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan mərkəzi xəstəxanası X15 xx xxxxxx 2020ci il tarixli 161 nömrəli spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İşdə olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Şəki rayon Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi tərəfindən xx.xx.2018 il tarixdə “BCD” kateqoriyalı AE 732025 saylı sürücülük vəsiqəsi verilmiş və xx.xx.2028-ci ilə qədər etibarlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 daxil olmuş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş, Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 1181 saylı arayışdan görünür ki, Nəbiyev X10 şəhəri, Azərbaycan prospekti 1 saylı evdə anası - 1955-ci il təvəllüdlü X3, arvadı- 1985-ci il təvəllüdlü X4, oğlu-2006-cı il təvəllüdlü X12 və oğlu- 2009-cu il təvəllüdlü X9 ilə birlikdə qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş, Zaqatala bələdiyyəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 38 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi olmadığını, himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Mersedes-Benz Vito 115 CDİ markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Mersedes-Benz Vito 115 CDİ markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar