Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-3/2021 26.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs X4 hüquqi varisi və zərərçəkmiş şəxs X6 qanuni nümayəndəsi X7, Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Qobustan rayonu “Qobustan- Kəndnəqliyyat” X19 Cəmiyyətinin nümayəndəsi Nümayəndə və zərərçəkmiş X9 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxsxx xxxxxxxx 2000-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağ sahəsi 321 saylı bağ evində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 13:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 104,5-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda “Kia Rio” markalı ** CP *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 90-100 km/saat sürətlə idarə edib Şamaxı istiqamətində sağ cərgə ilə hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, diqqətini avtomobilin idarə etməsinindən yayındırdığından avtomobilinin qabaq sağ hissəsi qarşısında eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Şahid idarə etdiyi “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Kia Rio” markalı minik avtomobilinin sərnişinlərindən X2 əsası sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi, alın nahiyəsində yara kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölməsinə, X9 açıq kəllə beyin travması, kəllə əsasının sınığı, alt çənənin və sol bud sümüyünün sınığı, ağır şok kimi həyat üçün-təhlükəli olan sağlamlığa ağır zərər vuran, X6 açıq kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilməsi, sağ alın payda hemorragik kontuzya, alın sümüyünün kəllə əsasına keçən basılmış qəlpəli sınığı, sağ alın nahiyəsinin əzilmiş-cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs döş qəfəsinin əzilməsi, sağ diz qapağının qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə, habelə “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin əzilərək sahibi “X13” X19 Cəmiyyətinə 1175 manat məbləğində maddi ziyan yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci ildə saat 13:40 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan “Kia Rio” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Qobustan rayonuna gedərkən Bakı-Şamaxı-Yevlax yolunun 104-cü kilometrliyini keçdikdən sonra avtomobili sağ zolaqda 90-100 km/saat sürətlə hərəkət etdirmiş, arxa oturacaqda əyləşən azyaşlı xalası qızı Leyla su istəmiş, ürəyi bulandığı üçün ağlamışdır. O, arxa sağ pəncərəni əlinin altında olan düymə ilə aşağı salaraq geriyə baxmışdır. Çevrilib yola baxanda qarşısında gedən yük maşınının arxasına girdiyini görüb dərhal sükanı sola almışdır. Lakin avtomobilinin qabaq sağ tərəfi yük maşınının arxa sol tərəfi ilə toqquşmuşdur. Maşın ondan asılı olmayaraq sola gedib betona dəymiş və sürüşərək sağda dayanmışdır. Avtomobildə qabaq sağ oturacaqda dayısı Nəsiminin qızı Aytac, arxada qardaşı İlqar, anası Sevda, Leyla və dayısı oğlu Fateh əyləşmişdir. Hadisə nəticəsində o xəsarət almış, X8 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş və avtomobili saz vəziyyətdə olmuşdur. Əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs X4 hüquqi varisi və zərərçəkmiş şəxs X6 qanuni nümayəndəsi X10 ifadəsində göstərdi ki, 2011-ci il təvəllüdlü Məmmədov Fateh onun oğlu, 2000-ci il təvəllüdlü Məmmədova Aytac isə qızıdır. xx xxxxxx 2020-ci il saat 13:40 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 104,5-ci kilometrində bacısı oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan “Kamaz 5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə toqquşmuş, nəticədə Qüdrət özü, həmin avtomobildə olan sərnişinlər 2015-ci il təvəllüdlü bacısı qızı X14, oğlu X11, 1978-ci il təvəllüdlü bacısı Zərərçəkmiş şəxs xəsarət almış, qızı X8 hadisə yerində ölmüşdür. Hadisə olan günü qızı Aytacın meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verimliş və meyiti Qobustan rayon Çuxanlı kənd qəbiristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə gündüz vaxtı oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı avtomobillə Bakı şəhərindən Qobustan rayonuna gedərkən arxada sol oturacaqda əyləşmişdir. Bakı- Şamaxı yolunun Qobustan rayonu ərazisində Qobustan rayonu ərazisində bacısı qızı 5 yaşlı Leyla su istəmiş, Qüdrət ona tərəf çevrilərək «ana uşağa su ver»-demiş, həmin anda əyləşdiyi avtomobil qabaqda eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Həmin vaxtı avtomobildə qabaq sağ oturacaqda qardaşı qızı Aytac, arxada onun solunda 11 yaşlı oğlu İlqar, solunda qardaşı Nəsiminin oğlu Fateh Məmmədov, bacısı X5 oturmuşdur, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İlqardan başqa hamı xəsarət almışdır. Hadisədən az əvvəl Qüdrət avtomobili orta sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə zərər çəkmiş şəxs 2015-ci il təvəllüdlü X9 qanuni nümayəndəsi qismində tanınmış atası X12 ifadə verərək göstərdi ki, 2015-ci il təvəllüdlü Hacılı Leyla onun qızıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 13:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 104,5-ci kilometrində baldızı oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan “Kamaz 5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Qüdrət özü, həmin avtomobildə olan sərnişinlərdən onun qızı Leyla Hacılı, qaynı oğlu X11,badızı Zərərçəkmiş şəxs xəsarət almış, qaynı qızı X8 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxs qismində tanınmış «X13» X19 Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il saat 13:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 104,5-ci kilometrində “Kia Rio” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə Şamaxı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan X13-ASC-nin balansında olan Şahid idarə etdiyi “Kamaz 5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə toqquşmuş, nəticədə xəsarət alanlar və ölən olmuşdur. Hadisə zamanı «X13» ASC-nin balansında olan “Kamaz 5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 1175 manat maddi ziyan dəymişdir. Lakin bununla bağlı sürücüdən hər hansı bir şikayət, tələb və mülki iddiası yoxdur. Şahid məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:40 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “Kamaz 5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən Şamaxı rayonuna gedərkən Bakı-Şamaxı-Yevlax yolunun 164-cü kilometrliyini keçdikdən sonra avtomobili öz yolunda 20 km/saat sürətlə hərəkət etdirərkən birdən avtomobilin arxasından zərbə olmuş, zərbədən avtomobili bir qədər irəliyə atılmışdır. Sola baxdıqda görmüşdür ki, qara rəngli “Kia Rio” markalı avtomobil solda olan beton zolağa dəyib sürüşərək sağda fırlanıb dayanmışdır. O, avtomobildən düşüb həmin qara rəngli Kia Rio markalı avtomobilə yaxınlaşmış, avtomobilin ön hissəsi əzilmiş və sıxılmış vəziyyətdə olmuşdur. Arxada oturan azyaşlı uşaqları və qadını çölə çıxartmaqda kömək etmiş, sürücünün yanında oturan qız ağır xəsarət almışdır. Həmin qızı avtomobildən çıxarıb yerə uzatmışlar. Sürücünü də yerə düşürtmüşlər. Bundan sonra təcili tibbi yardıma, polisə və Fövqəladə Hallar Nazirliyinə zəng edərək bu barədə məlumat vermişlər. Ağır xəsarət almış qız bir neçə dəqiqədən sonra ölmüşdür. Hadisə zamanı xəsarət almamış, hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyinin xx xxxxxxxx 2020-ci il tarixli 09 nömrəli rəyində göstərilir ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər kəllə əsası sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi, alın nahiyəsində yara bədənin küt travması nəticəsində törənmişdir, xx xxxxxx 2020-ci il tarixdə avtomobillərin toqquşması nəticəsind sərnişində əmələ gələ bilərdi. Həmin xəsarətlərdə həyat üçün təhlükəli olan sağlamlığa ağırzərər vurmanın əlamətləri vardır. Ölümünə səbəb kəllə əsası sümüklərinin sınması nəticəsind baş beyin toxumasının əzilməsi olmuşdur, ölümün baş verməsi meyitin məhkəmə-tibii müayinəsində 2-3 saat əvvələ uyğundur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyinin xx xxxxxx 2020-ci il tarixli 126 nömrəli rəyində göstərilir ki, X9 bədəni üzərində aşkar edilmiş xəsarətlər açıq kəllə beyin travması, kəllə əsasının sınığı, alt çənənin və sol bud sümüyünün sınığı, ağır şok küt əşya təsirindən törənmişdir, xx xxxxxx 2020-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində sərnişində əmələ gələ bilərdi, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyinin xx xxxxxxxx 2020-ci il tarixli 127 nömrəli rəyində göstərilir ki, X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ alın payda hemorragik kontuzya, alın sümüyünün kəllə əsasına keçən basılmış qəlpəli sınığı, sağ alın nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşya təsirindən törənmişdir, xx xxxxxx 2020-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində sərnişində əmələ gələ bilərdi, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükə olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyinin xx xxxxxx 2020-ci il tarixli 128 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər doş qəfəsinin əzilməsi, sağ diz qapağının qançırı küt əşya təsirindən törənmişdir, xx.xx.2020-ci tarixdə avtomobillərin toqquşması nəticəsində sərnişində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 8/156 nömrəli rəyində göstərilir ki, “Kia Rio” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndini tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəni qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «maksimum sürəti məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda, yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksimum sürəti məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanl ilə 90 km/ saata qədər məhdudlaşdırılmış yolda, yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdir. İş materiallarına əlavə olunmuş Tibbi Ərazi Bölmələrunin İdarəetmə Birliyinin verdiyi 20 avqust 2020-ci il tarixli 155 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İşdə olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt rayon Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi tərəfindən xx.xx.2020 il tarixdə “BC” kateqoriyalı AE 058507 saylı sürücülük vəsiqəsi verilmiş və xx.xx.2030-cü ilə qədər etibarlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 daxil olmuş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş, Xəzər rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 86 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-xuna bağ sahəsi 321 saylı evdə qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş, Xəzər rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi olmadığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Maddi sübut kimi tanınmış “Kamaz 5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılması üçün sahibi Şahid Hilal oğluna, “Kia Rio” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. “Kamaz 5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılması üçün sahibi Şahid Hilal oğluna, “Kia Rio” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-3/2021
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-3/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver