Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(028)-3/2025 30.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 147.1 və 148-1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçiyə məxsus olan "xxxx" MMC ilə X2 arasında xidmət müqaviləsi bağlanmışdır, həmin müqavilədən sonra bilinməyən səbəblərdən Məhəmməd Abdullayev münasibətləri korlamış, ona “səni rüsvay edəcəm” bildirmişdir. Bundan sonra sosial şəbəkələrdə xüsusilə “tik-tok” sosial şəbəkəsində saxta profil açaraq hərgün barəsində qeyri-əxlaqi, şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldacaq fikirlər səsləndirir. Bundan başqa canlı yayım açaraq kütləni üzərinə yönəldir, canlı yayımlarda, statuslarda X4 ilə birgə şəkillərini afişa kimi qoyaraq barələrində təhqiredici fikirlər yazır, canlı yayım açaraq onları təhqir edir və ağır korrupsiya cinayətlərində ittiham edir. Bununla bağlı şəxsin özü ilə dəfələrlə söhbət etməyə çalışsalar da, onları təhqir edir, etikadan kənar fikirlər səsləndirir. Ərizəyə əlavə etdiyi CD diskində barəsində söylədiyi söyüşlər, təhqirlər geniş şəkildə göstərilmişdir. Şikayətçi olduğu şəxsin, yəni Məhəmməd Abdullayevin CM-nin 147.1 və 148-1-ci maddələrilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair qərar qəbul edilməsi xahiş edilir. Şikayətçinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında şikayətin və ona əlavə olunan sənəd və sübutların geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin: 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir; 34.2-ci maddəsinə əsasən bu məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmədə müvafiq olaraq dövlət ittihamçısının və ya xüsusi ittihamçının şəxsə qarşı cinayət təqibindən könüllü imtina etməsi eyni əməlin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir (yeni açılmış hallardan başqa). 38.4-ci maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 88.5-ci maddəsinə əsasən xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir. 103.1-ci maddəsinə əsasən xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir. 103.2-ci maddəsinə əsasən xüsusi ittihamçının nümayəndəsinin cinayət təqibi üzrə icraatda iştirakı bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsin nümayəndəsi üçün müəyyən olunmuş müddəalara və bu maddədə göstərilmiş xüsusiyyətlərə uyğun həyata keçirilir. 103.3-ci maddəsinə əsasən məhkəmə cinayət təqibi üzrə icraatda iştirak edən xüsusi ittihamçının xahişi ilə vəkili onun nümayəndəsi qismində təyin etməlidir. 122.6. Şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 vəkili və nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayətin, ona əlavə olunan sənəd və sübutların geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi Nümayəndə şikayətin icraata qəbul edilmə məsələsi müzakrə edilmədən həmin şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, verilmiş ərizəyə əsasən xüsusi ittiham qaydasında şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 38.4, 122-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət geri qaytarılsın. Qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. X10
Məhkəmə qərarları › İş №1(028)-3/2025
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №1(028)-3/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver