Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-46/2022 30.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təhqiqat orqanı tərəfindən ittiham olunur ondan ötrü ki, 22 may 2022-ci il tarixdə saat 10 radələrində Qusar şəhəri S.Səfixanov küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yanında sərxoş halda onunla birlikdə “birja” adlanan yerdə günəmuzd fəhlə işləyən Zərərçəkmiş şəxs heç bir səbəb olmadan nalayiq ifadələrlə təhqir etmiş, sonra onu əl içi zərbəsi ilə üzündən iki dəfə vurmuşdur. Bundan iki gün sonra, 24 may 2022-ci il tarixdə səhər saat 08 radələrində Təqsirləndirilən şəxs sərxoş halda küçədə “Elit” ticarət mərkəzinin yanında Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadələrlə təhqir etmiş, sonra onu ayaq zərbəsi ilə qarın hissəsindən vuraraq fiziki ağrı yetirmiş, daha sonra isə sonuncunu bir daha uca səslə nalayiq ifadələrlə təhqir etmiş, həmin hərəkətləri yaxınlıqda olan vətəndaşlar X7, Şahid2, Şahid4, Şahid3 və digər vətəndaşların yanında törətməklə ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Qusar şəhər bazarının yaxınlığında yerləşən “Elit” ticarət mərkəzinin yanında günəmuzd fəhlə işləyir, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da onunla birlikdə orada işləyir. Zərərçəkmiş şəxs onu mütəmadi olaraq söyür, ünvanına “xiyar”, “badımcan” kimi sözlər deyir. 22 may 2022-ci il tarixdə səhər saatlarında o, spirtli içki qəbul edərək sərxoş olmuş, işə getdikdə Əmir yenə onu nalayiq sözlərlə təhqir etmiş, o, isə əsəbləşib onu sillə ilə vurmuşdur. Bundan sonra 24 may 2022-ci il tarixdə “Elit” ticarət mərkəzinin yanında Əmir, orada olan başqa şəxslərin yanında yenə onu təhqir etmiş və o, təpiklə Əmirin qarnına vurmuşdur. Buna görə Əmir polisə şikayət etmiş, o, təhqiqata cəlb olunmuşdur. Həmin hərəkətləri edərkən sərxoş olmuş, hazırda törətdiyi əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmış, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, həmin halların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, onlar birlikdə Qusar şəhər bazarının yaxınlığında yerləşən “Elit” ticarət mərkəzinin yanında fəhlə işləyirlər. Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək sərxoş olur, onu söyür, təhqir edir. 22 may 2022-ci il tarixdə səhər saatlarında Elşad yenidən sərxoş vəziyyətdə onu söymüş, ona “üzdəniraq” demiş, sillə ilə başına vurmuşdur. Bundan sonra 24 may 2022-ci il tarixdə Elşad yenidən onu təhqir etmiş, təpiklə qarnına vurmuş və o, dözməyərək polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, ona dəymiş zərər ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar şəhər bazarının yaxınlığında yerləşən “Elit” ticarət mərkəzinin yanında fəhlə işləyir, Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslər də orada fəhlə işləyirlər. 24 may 2022-ci il tarixdə səhər saatlarında Elşadla Əmir əvvəlcə “Elit” ticarət mərkəzinin içərisində, sonra bayırda, küçədə bir-birilərini söyüb təhqir etmişlər, Elşad təpiklə Əmirin qarnına vurmuşdur. Hadisə vaxtı “Elit” ticarət mərkəzinin qarşısında başqa şəxslər də olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər X3, Şahid3 və Şahid4 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid2 göstərdiyi xüsusatları təsdiq eedərək 24 may 2022-ci il tarixdə Qusar şəhər bazarının yaxınlığında yerləşən “Elit” ticarət mərkəzinin yanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyüb təhqir etdiyini və təpiklə vurduğunu göstərmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 174 saylı 24 may 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1961-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində xəsarət aşkar edilməmilşdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafdiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 Qusar rayon qəbul şöbəsi tərəfindən verilmiş 03 iyun 2022-ci il tarixli **********1 saylı məktubdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin şöbədən pensiya, sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1013/05-22 saylı məktubdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan protokollaşdırma nömrəsi 42154 olan xx.xx.2022-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 09:08-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 1.932 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 13 iyul 2022-ci il tarixli 3(029)- 273/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən qəti olaraq 20 (iyirmi) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 03 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 150.1ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 9 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2022-ci il tarixli 1162 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən evdə yaşayır, ailə tərkibi atası X4 və anası X1 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs və onun ailəsi barəsində həmin nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, həmin halların nəzərə alınmasını xahiş edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 22 may 2022-ci il tarixdə saat 10 radələrində Qusar şəhər bazarının yaxınlığında yerləşən “Elit” ticarət mərkəzinin yanında Zərərçəkmiş şəxs söyüb təhqir etməsi, əl içi zərbələri ilə onun üzünə vurması, daha sonra 24 may 2022-ci il tarixdə saat 08 radələrində həmin yerdə başqa şəxslərin yanında yenidən Zərərçəkmiş şəxs söyüb təhqir etməsi və təpiklə qarın nahiyəsinə vurması, həmin hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi, Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1-18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 9 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Həmin vaxtdan iki ildən artıq müddət keçdikdən-yəni məhkumluğu ödənildikdən sonra isə hazırkı cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 221.1-ci maddəsi təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutulan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışmasını, dəymiş ziyanı aradan qaldırmasını və sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına, həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların-yəni cərimə və ya islah işləri cəzasının təyin olunmasını ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs mütəmadi olaraq spirtli içkilərin qəbul edilməsinə və qanunazidd hərəkətlərin törədilməsinə meyilli şəxsdir, hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmçinin inzibati xətalar törətdiyinə görə barəsində inzibati həbs növündə tənbeh tətbiq edilmiş, buna baxmayaraq özünün qanunazidd hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də, məhkəmə ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasından daha yüngül cəzaların təyin olunmasını onun islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından düzgün və əsaslı hesab etmir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-46/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-46/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver