Məhkəmə qərarları › İş №1(031)-14/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-14/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-14/2022 28.12.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Zərərçəkmiş şəxsn müvəkkil etdiyi Nümayəndə, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1954-cü il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olmamış, cinayət törədilən vaxt 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri – həkim-ekspert nevropatoloq vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xx.xx.2013-cü il tarixli 09/11-80 saylı əmrlə təyin edilməklə xx.xx.2013-cü il tarixdən həmin Nazirliyin 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri-həkim-ekspert nevropatoloqu vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş, həmin dövrdə qüvvədə olan, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədri tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, komissiyanın işinin təşkil edilməsi, həyat fəaliyyətinin məhdudlaşması dərəcəsinin və xarakterinin müəyyən edilməsi, müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsi və xarakterinin müəyyən edilməsi, həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsinin, onun müddətinin, səbəbinin və əlilliyin baş vermə vaxtının təyin edilməsi, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi, xidmət göstərilən regionun Tibbi-Sosial Ekspert Komissiyasına rəhbərlik edilməsi, əsasnaməyə uyğun olaraq Komissiyanın işinin təşkil edilməsi, Tibbi-sosial ekspert komissiyasının üzvlərinin, eləcə də tabelikdə olan işçilərin işinə nəzarət edilməsi və digər təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını həyata keçirən rəhbər vəzifəli şəxs kimi tibbi-sosial ekspertizanın aparılmasının keyfiyyətinə və tibbi-sosial ekspertiza xidmətinin təşkili vəziyyətinə görə şəxsən məsuliyyət daşıdığı halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib, 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi ünvan 3 ünvanında Şabran rayon Mərkəzi xəstəxanasının İnzibati binasında, Şabran rayon sakini olan ayrıayrı şəxslərin adına tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, həmin şəxslərin əlilliyi müddətli müəyyən edildiyi halda, barələrində müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş Komissiyada tibb bacısı vəzifəsində işləmiş Şahid2 və Komissiyanın tibb qeydiyyatçısı vəzifəsində işləmş Əhədova (Məmmədova) Jalə Loğman qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək sonuncular tərəfindən tərtib edilmiş “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərə daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, müxtəlif məbləğdə, o cümlədən, Şabran rayon sakini Şahid5 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 205948 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid5 xx.xx.2015ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 10.530,28 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid6 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 205944 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid6 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 9.488,87 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini X17 adına 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında müayinə edilməsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli 30 saylı müayinə aktı və 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci il tarixədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 205968 saylı “TSEKdə müayinə aktından çıxarış”-da əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədi öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Paşaəli Koşəliyeviçə xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 8.453,14 manat məbləğdə, eyni niyyətlə,Şabran rayon sakini Şahid20 adına 2014cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 096992 saylı“Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid20 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 9.357,13 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid9 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 327894 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid9 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 8.651,22 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid4 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 327863 saylı “TSEK-də müayinə aktından çıxarış”-da əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədi öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid4 xx.xx.2015ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 9.820,16 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid10 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 və Şahid1 (Məmmədova) tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328086 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid10 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 7.640,01 manat məbləğdə, eyni niyyətlə, Şahid11 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-cü ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328088 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid11 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 9.984,74 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid12 adına 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında müayinə edilməsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli 356 saylı müayinə aktı və 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci il tarixədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid1 (Məmmədova) tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328194 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid12 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 10.707,7 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid13 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid1 (Məmmədova) tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328318 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid13 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 10.343,14 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid19 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid1 (Məmmədova) tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328363 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid19 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 9.145,21 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid14 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid1 (Məmmədova) tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328367 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid14 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 9.042,65 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid15 Binyəmi qızının adına 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında müayinə edilməsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli 521 saylı müayinə aktı və 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci il tarixədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328450 saylı “TSEK-də müayinə aktından çıxarış”-da əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədi öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid15 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 5.416,44 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid16 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328577 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid16 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 8.620,99 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid17 adına 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında müayinə edilməsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli 220 saylı müayinə aktı və 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci il tarixədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 077202 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Narıngül Salmanovaya xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 10.018,28 manat məbləğdə, eyni niyyətlə, Şabran rayon sakini Şahid18 adına 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”na əsasən, onun əlillik müddəti xx.xx.2015-ci ilədək, yəni bir il müddətə müəyyən edildiyi halda, Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328693 saylı “Təkrar müayinədən keçən əlillər üçün arayış” və çıxarışda əlillik müddəti “müddətsiz” qeyd edildikdən sonra, sənədləri öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, həmin çıxarış əsasında cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Dövlət Sosial X38 rayon şöbəsinin əməkdaşları tərəfindən daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılması nəticəsində, cinayətdən xəbərsiz Şahid18 xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq 11.240,93 manat məbləğdə, ümumilikdə 16 nəfərin "xxxx" ASC-də adlarına açılmış olan plastik pensiya kart hesablarına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus 148.460,89 manat (bir yüz qırx səkkiz min dörd yüz altmış manat səksən doqquz qəpik) məbləğində pul vəsaitinin köçürülməsi və həmin şəxslər tərəfindən bank hesablarından çıxarılıb onların şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Fondun ayrılmış pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, pensiya təyinatının və ödənişinin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, barələrində müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş Şahid2 və Şahid1 (Məmmədova) ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 2013-cü ilin aprel ayından 2016-cı ilin sentyar ayınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri vəzifəsində işləmişdir. 2013-2014-cü illərdə həmin Ekspert Komissiyası Şabran rayonu Mərkəzi Xəstəxanasının ərazisində yerləşən yardımçı binada fəaliyyət göstərmişdir. 14 saylı Tibbi Sosial Ekspert Komissiyası Siyəzən və Şabran rayonunun əhalisinə xidmət etmiş, Komissiyanın 3 üzvü olmuşdur. 2013-2016-cı illərdə özü komissiyanın sədri, terapevt Töhvə Nuriyeva və cərrah Ülviyyə Məmmədova isə komissiyanın üzvləri olmuşlar. Onlar müntəzəm olaraq Komissiyanın fəaliyyətində iştirak etmişlər. Bundan əlavə qeydiyyatçı vəzifəsində X29, tibb bacısı vəzifəsində Şahid2 işləmişlər. Prosedur qaydasına əsasən vətəndaşın əlillik dərəcəsinin müəyən edilməsi Həkim Məsləhət Komissiyasının (HMK) göndərişi əsasında TSEK tərəfindən həyata keçirilir. Belə ki, vətəndaş komissiyanın üzvlərinin müayinəsindən keçdikdən sonra nəticələri müayinə aktında qeyd olunmuşdur. Bundan sonra TSEK-in sədri kimi onun və üzvlər tərəfindən vətəndaşa əlillik dərəcəsinin təyin edilib-edilməməsi və müddəti barədə qərar qəbul edilmiş və həmin aktda bu barədə qeyd olunmuşdur. Həmin akt komissiyanın sədri kimi onun və komissiyanın üzvləri tərəfindən imzalanmış və onun tərəfindən möhrlə təsdiq edilmişdir. Bundan sonra vətəndaşların müayinə edilərək onların adına tərtib edilmiş müayinə aktı əsasında Şahid2 adlı tibb bacısı tərəfindən “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokolu kitabı”-nda qeydiyyat aparılmışdır. Sonradan həmin kitabda qeyd olunanlar komissiya sədri kimi onun və digər iki üzvü tərəfindən yoxlanılaraq imzalarla, habelə onun tərəfindən əlavə olaraq möhrlə təsdiq edilmişdir. Daha sonra Şahid2 və ya qeydiyyatçı Jalə Məmmədova tərəfindən aktdan çıxarışlar tərtib edilmiş, sonradan həmin çıxarışlar özü tərəfindən imza və möhrə təsdiq edilmişdir. Həmin çıxarış üç hissədən ibarət olmuş, bir nüsxəsi komissyida vətəndaşın şəxsi işində saxlanılır, ikinci nüsxəsi vətəndaşa verilir, üçüncü nüsxəsi ilə DSMF-nın Şabran şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs Ağaməmməd Hüseynov ifdəsində daha sonra göstərmişdir ki, 2014-cü ildə vətəndaşların müayinə edildikdən sonra adlarına tərtib edilmiş müayinə aktları və “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokolu kitabı”na əsasən Şahid5, Şahid6, X22, Şahid20, Şahid9, Şahid4, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid19, X15, Şahid15, Şahid16, X16, Şahid18 01 (bir) il müddətinə 2-ci dərəcəli əlilliyin təyin edilməsi barədə rəy verildiyi halda, “TSEKdə müayinə aktından çıxarış” və arayışlarda həqiqətən də həmin şəxslərin adlarına “müddətsiz” qeyd edilmişdir. Həmin çıxarış və arayılarda “TSEK-in sədri” qrafasında olan imza ona məxsusdur və möhür də onun tərəfindən icra edilmişdir. 2014-cü ildə 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri işləyərkən iş həcmi çox olduğuna görə diqqətsizlik və səhlənkarlıq ucbatından yuxarıda qeyd edilən pozuntulara yol verilmişdir. Belə ki, həqiqətən də belə hallar olmuşdur ki, “Təkrar müayinədən keçən əlillər üçün arayış” və “TSEK-də müayinə aktından çıxarış” tərtib edildikdən sonra əlillik müddətində düzəliş edilərək lazım olmuş, özü də bu barədə həmin sənədi tərtib etmiş Şahid2 və ya Jalə Əhmədovaya (Məmmədova) tapşırıq vermiş, onlar da düzəliş etmişlər. Adətən həmin düzəliş onun tərəfindən imza və komissiyanın möhürü ilə təsdiq edilmişdir. Özünün məlumatı olmadan hər hansı sənədə düzəliş edilməmişdir. Etdiyi əmələ görə peşmandır, istintaq zamanı vurulmuş ziyandan 15000 manat pul vəsaiti ödəmişdir.Vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi üçün əlindən gələni edəcəkdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə və mülki idddiaçı qismində dindirilmiş Nümayəndə göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 fevral 2020-ci il tarixli **********7 nömrəli əmrinə əsasən onun (audit qrupunun rəhbəri) və digər işçilərin iştirakı ilə Şabran rayon şöbəsinin 01 oktyabr 2017-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək dövrünün dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin auditi aparılmışdır. Audit 27 fevral 2020-ci il tarixdə başlanmış, 12 mart 2020-ci il tarixdə başa çatmışdır. Yoxlama zamanı “Əlillik” altsistemində əlilliyi 1 il müddətinə qeyd edilmiş 25 nəfər vətəndaşın TSEK-in əlillik arayışlarında əlillik müddətinin müddətsiz qeyd edildiyi müəyyən edilmişdir. Odur ki, mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 148.460.89 maat (bir yüz qırx səkkiz min dörd yüz altımış manat səksən doqquz qəpik) məbləğində maddi zərərin zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə və mülki idddiaçı Nümayəndə sonradan dəqiqləşdirmə barədə məhkəməyə ərizə təqdim edərək mülki iddianın artırılaraq 233.745,65 manat pulun Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Əhədova (Məmmədova) Jalə Loğman qızı göstərdi ki, 2010-cu ildən 2016-cı ilin sonlarınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasında qeydiyyatçı vəzifəsində işləmiş, əvəllər, Komissiyanın sədri İmran Məmmədov olduğu dövrdə onun vəzifəsi komissiyadan keçən xəstələri baş idarədə nömrələnmiş və tikilmiş vəziyyətdə olan jurnalda qeydiyyatdan keçirmək, müayinə aktları əsasında çıxarışlarını doldurmaq və digər bu kimi işlərdən ibarət olmuşdur. 2013-cü ildə komissyianın sədri Təqsirləndirilən şəxs təyin edildikdən sonra bütün bu işlərlə əsasən tibb bacısı Şahid2 məşğul olmuşdur. 2016-cı ildən isə elektron baza yaradıldıqdan sonra özü həmin məlumatları kompüter məlumat bazasına yazmışdır. Belə ki, 2016-cı ildə kompüter məlumat bazası yaranmış və əvvəlki illərdə keçirilmiş müayinələr barədə məlumatların müayinə akltları əsasında bazada “Əlillik” altsisteminə qısa müddət ərzində işlənməsi tapşırılmışdır. Həmin altsistemə tərəfindən xəstələr barədə məlumatlar, o cümlədən keçirilmiş müayinələr, əlillik dərəcəsi, əlillik müddəti kimi məlumatlar qeyd edilmişdir. Kompüter bazasına məlumatlar müayinə aktları əsasında yazılmışdır. Ona təqdim edilən 14 saylı Tibbi Sosial Ekspert Komissiyasına 2013- 2014-cü illərə aid “təkrar əlilliyin təyini üzrə müayinə iclasıarənın protokolu kitabı”- Şahid2 tərəfindən yazılmışdır. Həmin kitab vətəndaşların müayinə edildikdən sonra onların adına tərtib edilmiş müayinə aktı əsasında tərtib edilmişdir. Sonradan həmin kitabda qeyd olunanlar komissiya sədri və digər iki üzvü tərəfindən yoxlanılaraq imzalarla, habelə komissiya sədri tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmişdir. 2014-cü il üzrə “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokolu kitabı” və müayinə aktlarına əsasən əlillik müddəti bir il qeyd edilmiş X15, Şahid12, Şahid13, Şahid10n, Şahid19 adlarına əlillik müddəti -“müddətsiz” qeyd olunan çıxarış və arayışlar onun tərəfindən yazılmışdır. Belə ki, Urbəddin Kərimovun adına olan arayış və çıxarışda “müddətsiz” sözü TSEK-in sədri Ağaməmməd həkimin tapşırığı ilə sonradan düzəliş etmişdir. Ağaməmməd həkim də həmin düzəlişi möhürlə təsdiq etmişdir. Belə ki, həmin arayşlar yalnız arxa hissəsində möhürlənir, düzəliş edildiyi halda isə əlavə olaraq möhürlə həmin düzəliş də təsdiq edilir. Həmin arayışda sonradan niyə görə əlillik müddətinin “müddətsiz” kimi düzəliş olmasının səbəbini bilmir. Həmçinin Şahid12 Şahid19, Şahid13, Şahid10 adlarına verilmiş cıxarış və arayışlarda “müddətsiz” qeyd etməsinin səbəbini dəqiq xatırlamır. Həmin düzəliş Ağaməmməd həkimin tapşırığı ilə sonradan edilmişdir. Belə ki, bəzi vaxtlarda Ağaməhəmməd həkimin tapşırığı ilə vətəndaşların adına tərtib edilmiş çıxarış və arayışlarda düzəlişlər edilmişdir. Adətən həmin düzəlişlər Ağaməhəmməd həkimin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin düzəlişlərin səbəbini özü bilmir. Ağaməhəmməd həkim komissiyanın sədri olduğuna görə, özü hesab etmişdirdi ki, bu qanuni düzəlişdir. Hər bir halda Təqsirləndirilən şəxs göstərişi olmadan hər hansı düzəliş edilə bilməzdi. Bundan əlavə, Çingiz Novruz oğlunun adına 328024 nömrəli TSEK-də müayinə aktından çıxarışın kserosurətində olan əlyazma mətninin kimin tərəfindən icra edildiyini dəqiq bilmir. Lakin onu qeyd edə bilər ki, həmin aktın yuxarı sağ küncündə, çıxarışda olan düzəliş, TSEKin sədri tərəfindən möhürlə təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2011-ci ildən 2016-cı ilin sonlarınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasında işləmişdir. Ekspert Komissiyası 2014-cü ildə Şabran rayonu Mərkəzi Xəstəxanasının ərazisində yerləşən yardımçı binada fəaliyyət göstərmişdir. Vəzifəsi komissiyadan keçən xəstələri nömrələnmiş və tikilmiş vəziyyətdə olan jurnalda qeydiyyatdan keçirmək, müayinə aktlarını açmaq və həmin aktlar əsasında çıxarışlarını doldurmaq və digər bu kimi işlərdən ibarət olmuşdur. İstintaq zamanı ona təqdim edilmiş 14 saylı Tibbi Sosial Ekspert Komissiyasına 2013-2014-cü illərə aid “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokolu kitabı” onun tərəfindən yazılmışdır. Həmin kitab vətəndaşların müayinə edildikdən sonra onların adına tərtib edilmiş müayinə aktı əsasında tərtib edilmişdir. Sonradan həmin kitabda qeyd olunanlar komissiya sədri və digər iki üzvü tərəfindən yoxlanılaraq imzalarla, habelə komissiya sədri tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmişdir. 2016-cı ilin əvvəlində isə elektron baza yaradıldıqdan sonra digər işçilər, əsasən də qeydiyyatçı işləyən Jalə Məmmədova həmin məlumatları kompüter məlumat bazasına yazmışlar. Özü həmin məlumatları kompüter bazasına işləməmişdir. 2016-cı ildə kompüter məlumat bazası yaranandan sonra əvvəlki illərdə keçirilmiş müayinələr barədə məlumatların müayinə akltları əsasında bazada “Əlillik” altsisteminə qısa müddət ərzində işlənməsi tapşırılmışdır. Həmin altsistemə digər işçilər tərəfindən xəstələr barədə məlumatrlar, o cümlətən keçirilmiş müayinələr, əlillik dərəcəsi, əlillik müddəti kimi məlumatlar qeyd edilmişdir. Kompüter bazasına məlumatlar müayinə aktları əsasında yazılırmışdır. 2014-cü il üzrə “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokolu kitabı” və müayinə aktlarına əsasən əlillik müddəti bir il qeyd edilmiş X22, Şahid18, Şahid16, Şahid15, Şahid5, Şahid9, Şahid4 Xudabəddin oğlu, X16, Şahid20, Şahid6, X1 adlarına əlillik müddəti -“müddətsiz” qeyd olunan çıxarış və arayışlar onun tərəfindən yazılmışdır. Həmin arayışları özü müayinə aktı əsasında yazdıqdan sonra, yəni “müddətsiz” qeyd etdikdən sonra sədr imzası və möhürlə təsdiq etmişdir. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, bəzi hallarda vətəndaşların şikayət və etirazlarından sonra onlar barədə əlillik müddəti ilə bağlı qəbul edilmiş qərar dayişmədən, arayışlarda müddətin “müddətsiz” kimi düzəliş edilmişdir. Belə ki, bəzi vaxtlarda olurdu ki, Ağaməhəmməd həkimin tapşırığı ilə vətəndaşların adına tərtib edilmiş çıxarış və arayışlarda həmin düzəlişlər edilmişdir. Adətən həmin düzəlişlər Ağaməhəmməd həkimin imzası və möhrlə təsdiq olunmuşdir. Həmin düzəlişlərin səbəbini özü bilmir. Ağaməhəmməd həkim komissiyanın sədri olduğuna görə, özü hesab edirdi ki, bu qanuni düzəlişdir. Hər bir halda Təqsirləndirilən şəxs göstərişi olmadan hər hansı düzəliş edilə bilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 08 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının üzvü təyin edilmiş, 2016-cı ilin sentyabr ayınadək komissiyanın tərkibində ekspertterapevt vəzifəsində işləmişdir. 14 saylı TSEK-də işlədiyi dövrdə onun ekspert-terapevt kimi vəzifəsi əlillik dərəcəsi almaq, həmçinin təkrar və ömürülük əlillik dərəcələri almaq üçün müraciət edən terapevtik (ürək, ciyər, böyrək, bağırsaq xəstəlikləri) xəstələri müayinə etməkdən və həmin şəxslərə əlillik dərəcəsi verilib-verilməməsi ilə əlaqədar rəy verməkdən ibarət olmuşdur. Rəyi özü yazılı formada vermişdir. Bəzi vətəndaşların adlarına tərtib edilmiş müayinə aktlarından əlilliyin müddəti bir il müdətinə təyin edildiyi halda, çıxarışda “müddətsiz” qeyd edilməsi ilə əlaqədar bildirmişdir ki, komissiyanın üzvləri xəstələri müayənə etdikdən sonra müayinə aktında öz rəylərini yazılı şəkildə bildirərək həmin aktı imzaları ilə təsdiq etmişlər. Sonradan həmin müayinə aktı əsasında tibb bacısı və ya qeydiyyatçı tərəfindən aktdan çıxarış yazılmış, sonradan həmin çıxarış müdir tərəfindən imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin çıxarış üç hissədən ibarət olmuş, bir nüsxəsi komissyida vətəndaşın şəxsi işində saxlanılmış, ikinci nüsxəsi vətəndaşa verilmiş, üçüncü nüsxəsi ilə DSMF-nın Şabran şöbəsinə göndərilmişdir. Bundan sonra həmin çıxarış əsasında DSMF-nın Şabran şöbəsi tərəfindən əlilliklə bağlı pul verilməsi təmin edilmişdir. İstintaq zamanı ona təqdim edilmiş çıxarışların kimin tərəfindən tərtib edilməsini bilmir, lakin imza komissiyanın sədri Təqsirləndirilən şəxs imzasına bənzəyir. Həmçinin, vətəndaşların müayinə edildikdən sonra onların adına tərtib edilmiş müayinə aktı əsasında “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokolu kitabı” Şahid2 tərəfindən yazılmışdır. Sonradan həmin kitabda qeyd olunanlar komissiya sədri və digər iki üzvü tərəfindən yoxlanılaraq imzalarla, habelə komissiya sədri tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmişdir. Şahid Töhvə Nuriyeva ifadəsində həmçinin bildirdi ki, ona təqdim edilmiş müayinə aktları və “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokolu kitabı”-nın çıxarışına əsasən X22, Şahid12, Şahid15, Şahid9, X16, Urbəddin Kərimov, Şahid18, Çingiz Musayev, Şahid16, Şahid13, Şahid5, Şahid10, Şahid11 2014-cü ildə əlillik müddəti 1 il müddətinə uzadılmışdır. Müayinə aktları və jurnalda soyadının qarşısında imza özünə məxsusdur. Lakin, həmin vətəndaşların adlarına tərtib edilmiş çıxarış və arayışlarda həmin şəxslərin əlillik müddətinin “Müddətsiz” qeyd olunmasının səbəbini bilmir. Belə ki, həmin çıxarış və arayışlar sonradan həmin müayinə aktı əsasında tibb bacısı və ya qeydiyyatçı tərəfindən yazılmış, daha sonra müdir tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Arayış və çıxarışların tərtib edilməsində komissiya üzvləri, o cümlədən özü iştirak etməmişdir. Bu səbəbdən də aktlarda əlillik müddəti “1 il” qeyd olunduğu halda arayış və çıxarışlarda “müddətsiz” qeyd edilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 bildirdi ki, 2004-cü ildən etibarən səhhəti ilə əlaqədar ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Həmin vaxtdan da müvafiq pensiya təyin edilmişdir. 2004-cü ildən 10 il ərzində hər il Şabran rayonunda müvafiq komissiyadan keçir və əllillik dərəcəsi hər il 1 il müddətinə uzadılmışdır. 2014-cü ilin yanvar ayında isə sonuncu dəfə komissiyada müayinədən keçmiş və ona arayış müddətsiz verilmişdir. Həmin tarixdən sonra müayinədən keçmir. “Əlillik” altsistemində əlilliyi 1 il müddətinə qeyd edilməsinin səbəbini bilmir. Əlillik dərəcəsinin və buna görə pensiyanın təyin edilməsi üçün ondan heç kim pul və ya başqa maddi nemət tələb etməmiş, özü də heçkimə pul verməmişdir. Ona təyin edilmiş pensiyanı özü "xxxx" ASC-nin Şabran filialından aldığı bank kartı vasitəsilə bankomatdan nağdlaşdırmaqla almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid16 da eyni məzmunlu ifadə verərək bildirdi ki, o, ikinci qrup əlilliyə görə pensiya almışdır. Bu yoxlamalar əsasında 2020-ci ildə onun pensiyası dayandırılmışdır. Bir il sonra həkim komissiyasından keçmiş və ona müddətsiz əlillik dərəcəsi verilmişdir. Hazırda da pensiya alır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid15 Binyəmi qızı da eyni məzmunlu ifadə verərək əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci ildə müayinədən keçərək ona 3-cü dərəcəli əlillik (müddətsiz) verilmiş, hazırda da həmin pensiyanı alır. Məhkəmə iclasında şahid qisimdə dindirilən Şahid14, Şahid18, Şahid13, Şahid9, Şahid4, Şahid17, Şahid10, Şahid19 da Şahin Ağyevlə eyni məzmunlu ifadələr verərək 2014-cü ilin müxtəlif aylarında Sabran rayonunda 14 saylı TSEK-də müayinədən keçdiklərini və onlara verilən arayışda əlillik müddətinin “müddətsiz” qeyd olunduğunu, həmin tarixdən sonra müayinədən keçmədiklərini, “Əlillik” altsistemində əlilliyi 1 il müddətinə qeyd edilməsinin səbəbini bilmədiklərini, Əlillik dərəcəsinin və buna görə pensiyanın təyin edilməsi üçün onlardan heç kim pul və ya başqa maddi nemət tələb etmədiyini, özləri də heç kimə pul vermədiklərini, onlara təyin edilmiş pensiyanı özləri "xxxx" ASC-nin Şabran filialından aldıqları bank kartı vasitəsilə bankomatdan nağdlaşdırmaqla özləri və ya ailə üzvləri vasitəsilə aldıqlarını bildirdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 bildirdi ki, arvadı Şahid20 səhhəti ilə əlaqədar sonuncuya 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Həmin vaxtdan da ona müvafiq pensiya təyin edilmişdir. Əvəllər Lətifə hər il Şabran rayonunda müvafiq komissiyadan keçmiş və əllillik dərəcəsi hər dəfə 01 il müddətinə uzadılmışdır. 2014-cü ilin yanvar ayında isə o, sonuncu dəfə komissiyada müayinədən keçmiş və ona təqdim edilən arayışın müddətsiz olduğu qeyd edilmişdir. Həmin tarixdən sonra müayinədən keçmir. “Əlillik” altsistemində əlilliyinin 1 il müddətinə qeyd edilməsinin səbəbini bilmir. Arvadı Şahid20 əlillik dərəcəsinin və buna görə pensiyanın təyin edilməsi üçün onlardan heç kim pul və ya başqa maddi nemət tələb etməmiş, özləri də heçkimə pul verməmişlər. Arvadı Şahid20 adına təyin edilmiş pensiyanı arvadının "xxxx" ASC-nin Şabran filialından aldığı bank kartı vasitəsilə bankomatdan nağdlaşdırmaqla özü almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 bildirdi ki, atası X23 səhhəti ilə əlaqədar bir neçə il bundan əvvəl 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Həmin vaxtdan da ona müvafiq pensiya təyin edilmişdir. 2013-cü ilədək atası hər il Şabran rayonunda müvafiq komissiyadan keçirmiş və əllillik dərəcəsi hər il 1 il müddətinə uzadılmışdır. 2014-cü ilin yanvar ayında isə o sonuncu dəfə komissiyada müayinədən keçmiş və ona təqdim edilən arayış müddətsiz verilmişdir. Həmin tarixdən sonra o müayinədən keçməmişdir. “Əlillik” altsistemində atasının əlilliyi 1 il müddətinə qeyd edilməsinin səbəbini bilmir. X42 əlillik dərəcəsinin və buna görə pensiyanın təyin edilməsi üçün heç kim pul və ya başqa maddi nemət tələb etməmiş, o da heçkimə pul verməmişdir. Atasına təyin edilmiş pensiyanı atasının özü "xxxx" ASC-nın Şabran filialından aldığı bank kartı vasitəsilə bankomatdan nağdlaşdırmaqla almışdır. Atası 13 iyun 2019-cu il tarixdə vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********7 saylı əmrinə əsasən Nazirlik yanında Dövlət Dövlət Sosial X38 rayon şöbəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin auditi aparılmış, auditin nəticəsinə dair xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin Akt və əlaqə edilmiş cədvəllərdə yoxlamanı aparmış Famil Ağayevin ifadəsində göstərdiyi pozuntuların aşkar edildiyi, o cümlədən “Əlillik” altsistemində əlilliyi 1 il müddətinə qeyd edilmiş 25 nəfər vətəndaşın adlarına cədvəldə qeyd olunan 2015-ci ilin müxtəlif tarixlərdən etibarən yoxlamanın başlandığı tarixədək cəmi 233.745,65 manat əlilliyə görə pensiyanın artıq vəsaitin ödənildiyi qeyd edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/1265 saylı rəyində göstərilmişdir ki, vətəndaşlara təyin edilmiş Əlillik müddətindən artıq əmək pensiyalarının ödənilməsi səbəbindən artıq ödənilmiş vəsaitin məbləği 233.745,65 manat məbləğində müəyyən edilmişdir. Lakin iş materiallarından görünür ki, 25 nəfər vətəndaşların əlilliyinin müəyyən edilməsi barədə TSEK tərəfindən təqdim edilmiş arayışlarda əlillik müddəti “müddətsiz” qeyd edilmişdir. Ona görə də, həmin arayışların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmasından asılı olaraq hüquqi qiymət verilməlidir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəməxəttşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 4/531 saylı, xx.xx.2021-ci il tarixli 4/1177 saylı və xx.xx.2021-ci il tarixli 4/1662/1702 saylı rəyləri ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, X3 adına 14 saylı TSEK tərəfindən verilmiş 328367nömrəli arayışda, X21 adına 14 saylı TSEK tərəfindən verilmiş 205968 nömrəli arayışda, Şahid12 adına 14 saylı TSEK tərəfindən verilmiş 328194 nömrəli arayışda, Şahid18 adına 14 saylı TSEK tərəfindən verilmiş 328693 nömrəli arayışda, Şahid16 adına 14 saylı TSEK tərəfindən verilmiş 328577 nömrəli arayışda, Şahid13 adına 14 saylı TSEK tərəfindən verilmiş 328318 nömrəli arayışda, Şahid5 adına 14 saylı TSEK tərəfindən verilmiş 205948 nömrəli arayışda, Şahid9 adına 14 saylı TSEK tərəfindən verilmiş 327894 nömrəli arayışda, Şahid4 adına 14 saylı TSEK tərəfindən verilmiş 327863 nömrəli arayışda, Şahid17 adına 14 saylı TSEK tərəfindən verilmiş 077202 nömrəli arayışda, Şahid10 adına 14 saylı TSEK tərəfindən verilmiş 328086 nömrəli arayışda ,Şahid20 adına 14 saylı TSEK tərəfindən verilmiş 096992 nömrəli arayışda, Şahid6 adına 14 saylı TSEK tərəfindən verilmiş 205944 nömrəli arayışda, Şahid19 adına 14 saylı TSEK tərəfindən verilmiş 328363 nömrəli arayışda, Şahid11 adına 14 saylı TSEK tərəfindən verilmiş 328088 nömrəli arayışda “TSEK sədri” qrafasındakı imzalar, Şahid19 adına olan 14 saylı TSEK tərəfindən verilmiş 328363 nömrəli təkrar müayinədən keçən əlillər üçün arayışın kserosurətində “TSEK sədri” qrafasında əks olunan imza, Şahid15 Binyəmi qızının adına 14 saylı TSEK tərəfindən verilmiş 328450 nömrəli TSEK-də müayinə aktından çıxarışın kserosurətinin 2-ci vərəqəsində “TSEK sədri” qrafasında əks olunan imza, Şahid4 adına 14 saylı TSEK tərəfindən verilmiş 327863 nömrəli TSEK-də müayinə aktından çıxarışın kserosurətində “TSEK sədri” qrafasında əks olunan imza – X11 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, 14 saylı TSEK-də 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”nda Şahid14, X24, Şahid12, Şahid18, Şahid16, Şahid15 Binyəmi qızı, Şahid13, Şahid5, Şahid9, Şahid4, X16, Şahid10, Şahid20, Şahid6, Şahid19, Şahid11 01 il müddətinə 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 14 saylı TSEK-də X17 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 30 nömrəli müayinə aktına əsasən sonuncuya 2-ci qrup əlillik dərəcəsi xx.xx.2015-ci il tarixədək, yəni bir il müddətinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 14 saylı TSEK-də Şahid12 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 356 nömrəli müayinə aktına əsasən sonuncuya 2-ci qrup əlillik dərəcəsi xx.xx.2015-ci il tarixədək, yəni bir il müddətinə təyin edilmişdir. 14 saylı TSEK-də Şahid15 Binyəmi qızının adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 521 nömrəli müayinə aktına əsasən sonuncuya 2-ci qrup əlillik dərəcəsi xx.xx.2015-ci il tarixədək, yəni bir il müddətinə təyin edilmişdir. 14 saylı TSEK-də X4 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 220 nömrəli müayinə aktına əsasən sonuncuya 2-ci qrup əlillik dərəcəsi xx.xx.2015-ci il tarixədək, yəni bir il müddətinə təyin edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubu və əlavə edilmiş CD əsasında müəyyən edilmişdir ki, Şabran rayon sakinləri – "xxxx" ASC-nin Şabran filialında hesabı olan Şahid6, Şahid5, Şahid4, Şahid19, Şahid9, X24, Şahid14, Şahid10, Şahid11, Şahid20, Şahid12, Şahid18, Şahid16, Şahid13, X16, Şahid15 Binyəmi qızının adlarına həmin bank hesablarına 2015-2020-ci illər ərzində mütəmadi olaraq hər ay müxtəlif məbləğlərdə mədaxil edilmiş pul vəsaitləri ATM vasitəsi ilə aybaay məxaric edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2013-cü tarixli əmrlə Təqsirləndirilən şəxs Mikayıl oğlu 14 nömrəli Tibbi-Sosial Ekspert komissiyasının sədri – həkim-ekspert nevropatoloqu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş həmin dövrdə qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X8 Heyətinin sədri tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, komissiyanın işinin təşkil edilməsi, həyat fəaliyyətinin məhdudlaşması dərəcəsinin və xarakterinin müəyyən edilməsi, müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsi və xarakterinin müəyyən edilməsi, həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsinin, onun müddətinin, səbəbinin və əlilliyin baş vermə vaxtının təyin edilməsi, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi, xidmət göstərilən regionun Tibbi-Sosial Ekspert Komissiyasına rəhbərlik edilməsi, əsasnaməyə uyğun olaraq Komissiyanın işinin təşkil edilməsi, Tibbi-sosial ekspert komissiyasının üzvlərinin, eləcə də tabelikdə olan işçilərin işinə nəzarət edilməsi rəhbər vəzifəli şəxs kimi tibbi-sosial ekspertizanın aparılmasının keyfiyyətinə və tibbi-sosial ekspertiza xidmətinin təşkili Tibbi-Sosial Ekspert Komissiyasının sədrinin təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində 2014-cü ildə 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri işləyərkən iş həcmi çox olduğuna görə diqqətsizlik və səhlənkarlıq ucbatından qeyd edilən pozuntulara yol verilməsinin bildirməsi öz təsdiqini tapmadığından, həmin ifadələrə tənqidi yanaşılır və özünümüdafiə xarakterli ifadə verməsi kimi qiymətləndirilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, yoxlama zamanı aşkar edilmiş pozuntular nəticəsində dövlət büdcəsinə vurulmuş ziyanın ödənilməsi üçün istintaq zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 15 min manat pul vəsaitini ödəmək istədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli BPM**********15 nömrəli mədaxil qəbzi və həmin tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 15 min manat vəsait Azərbaycan Respublikası Baş prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri, Suraxını RİH Başçısının Əmircan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli 3184 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Əmircan qəsəbəsi Şəmsi Əsədullayev küçəsi (keçmiş 1 may küçəsi) ev 10 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri, Suraxını RİH Başçısının Əmircan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli 1/103 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Əmircan qəsəbəsi Şəmsi Əsədullayev küçəsi (keçmiş 1 may küçəsi) ev 10 ünvanda yaşadığı müddətdə onun haqqında Əmircan qəsəbə inzbati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübütların qiymətləndirilməsi haqqında” 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şahid2, Əhədova (Məmmədova) Jalə Loğman qızı, X36, X37 və X25 barələrində cinayət təqbinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Mərkəzi Klinika tərəfindən verilmiş daxil olma tarixi xx.xx.2022-ci il, çıxma tarixi xx.xx.2022-ci il olan epikrizdən görünür ki, Təqsirləndirilən şəxs “ÜİX:Qeyri-stabil stenokardiya” diaqnozu qoyulmuşdur, xəstəyə xx.xx.2022-ci il tarixdə ümumi anesteziya altında SQD tətbiqilə Koronar şuntlama x 3 (LİMA –LAD, Ao-CxOM SG) Ao-RCA (VSG)) əməliyyatı icra edilmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs “arterial hipertoniya İİ mərhələ. Şəkərli diabet İİ tip. Böyrək kistası. Prostat hiperplaziyası. Keçirilmiş COVİD 19” xəstəliklərinin olması da müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin deyil, CM-nin 308.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasına görə vəzifə səlahiyyətlərindən sui istifadə hərəkətləri şəxsə mühüm zərər vurulması ilə nəticələndikdə cinayət məsuliyyətinə səbəb olur, 308.2-ci maddənin dispozisiyasına görə isə həmin hərəkətlər ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaranır. Həmin maddələrin dispozisiyasında tərkibin zəruri əlaməti kimi mühüm zərər və ağır nəticə anlayışından istifadə edilmişdir ki, bu qiymətləndirici xarakter daşıyır. Belə ki, “mühüm zərər” və ya “ağır nəticə” anlayışlarının hansı ölçüdə maddi, fiziki və ya mənəvi ziyan vurmaya səbəb ola bilməsi qanunda birbaşa təsbit edilməmişdir. Bu səbəbdən cinayət qanununda əks olunmuş oxşar müddəaların, maddi ziyanın ölçüsünə görə məsuliyyətin həlli üçün mülkiyyət əleyhinə cinayətlərə dair müddəaların əlaqəli təhlili zəruridir. Çünki maddi ziyan vurma ilə müşayiət edildiyi halda CM-in 308-ci maddəsinə uyğun əməlin qiymətləndirilməsi zamanı mülkiyyət əleyhinə cinayətlərə dair müddəalar əsas götürülməlidir. Bu isə həmin müddəaların bu qəbildən olan cinayətlər üzrə ümumi müddəa müəyyən edən norma olması ilə əlaqədardır. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi, xüsusiləşmiş normalar isə ümumi müddəa müəyyən edən normalara (prinsip normalar) zidd ola bilməz və onun həddindən kənara çıxmamalıdır. Bu baxımdan maddi ziyanda ifadə edilən «ağır nəticə» anlayışına uyğun anlayış kimi mülkiyyət əleyhinə cinayətlərdə «xüsusilə külli miqdarda ziyan» anlayışı uyğun gəlir. Belə ki, CM-in qüvvədə olan redaksiyasının 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində talam cinayətləri üzrə 4 növ cinayət-hüquqi ziyan ölçüsü (“adi miqdar”, “xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar”) nəzərdə tutulmuşdur. Qeyd edilən ölçülərdən daha ağır hüquqi nəticəni nəzərdə tutan miqdar “xüsusilə külli miqdar” anlayışıdır ki, həmin miqdar 500.000 manatdan yuxarı məbləği nəzərdə tutur. CM-in 308.1 və 308.2-ci maddələrini CM-in qüvvədə olan redaksiyasının 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndi ilə müqayisə etdikdə, CM-in 308.2-ci maddəsində nəzərdə tutulan “ağır nəticə” anlayışı “xüsusilə külli miqdar” anlayışına uyğun gəlir, “adi miqdar”, “xeyli miqdar” və “külli miqdar” isə CM-in 308.1-ci maddəsinin nəzərdə tutduğu “mühüm zərər” anlayışı ilə uyğunluq təşkil edir. Çünki həm “ağır nəticə” anlayışı, həm də “xüsusilə külli miqdar” anlayışı nəzərdə tutulan cinayətin ən ağır hüquqi nəticəsi kimi cinayət-hüquqi ölçü vahidi olaraq CM-də təsbit edilmişdir. bu baxımdan CM-in 308-ci maddəsində nəzərdə tutulan vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti maddi ziyan vurma ilə nəticələndikdə, maddi ziyanın ölçüsü talama cinayətinə görə ən ağır cinayəthüquqi ölçüyə (xüsusilə külli miqdar ölçüsünə) uyğun qiymətləndirilməli və beləliklə, əməl CM-in 308.2-ci maddəsi ilə tövsif edilməlidir. Bu ona işarə edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti 500.000 manatdan yuxarı ziyan vurma ilə nəticələndikdə, əməl CM-in 308.2-ci maddəsi ilə, həmin məbləğdən aşağı məbləğdə ziyanla nəticələndikdə isə əməl 308.1-ci maddəsi ilə tövsif edilməlidir. Əks yanaşma, Konstitusiyasının 149-cu maddəsinin Vİİ və 71-ci maddəsinin Vİİİ hissələrində, “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsinin (qanunsuz cəzalandırılmamaq) 1-ci hissəsində, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 87.3-cü maddəsində və Məcəllənin 10.4-cü maddəsində öz əksini tapmış şəxsin hüquq məsuliyyətini pisləşdirən və ya hüquq vəziyyətini başqa cür ağırlaşdıran qanununun geriyə qüvvəsinin şamil edilməməsi prinsipi ilə ziddiyyət yaratmış olardı. Çünki İHAM Korbely Macarıstana qarşı iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına (məsələn, analogiya üzrə) cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən həmin Məcəllənin 308.1-ci maadəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Şabran rayon məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, həmin maddəyə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 67 yaşında olmasını, ürəyində cərrahiyə əməliyyatı olunmasını və “arterial hipertoniya İİ mərhələ. Şəkərli diabet İİ tip. Böyrək kistası. Prostat hiperplaziyası. Keçirilmiş COVİD 19” xəstəliklərindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları və eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanda yerləşən yaşayış evini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya idarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə mülki iddia verərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 148.460.89 maat (bir yüz qırx səkkiz min dörd yüz altımış manat səksən doqquz qəpik) məbləğində maddi zərərin zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan mülki iddiaçı məhkəməyə mülki iddiaya dəqiqləşdirmə barədə ərizə verərək ərizədə 25 nəfər vətəndaşın TSEKin əlillik arayışlarında əlillik müddətinin müddətsiz qeyd edildiyi, nəticədə həmin şəxslərə 233.745,65 manat artıq pul vəsaiti ödənildiyini, bu faktın ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində də müəyyən edildiyinə istinad edilərək, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə vurulmuş 233.745,65 manat maddi zərərin tutularaq fondun hesabına ödənilməsi xahiş olunmuşdur. Lakin cinayət işinin materiallarından, o cümlədən, iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2021-ci il tarixli qərarından, eləcə də məhkəmə araşdırmasından müəyyən olunur ki, həmin 25 nəfər vətəndaşdan 9 nəfər vətəndaşın – X19, X12, X9, X5, X13, X20, X26, X6 və X2 adına əlillik dərəcələrinin verilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən zəruri sənədlər təqdim edilmədiyindən və işin faktiki halları ilə uyğun gəlmədiyindən öz təsdiqini tapmamışdır. Hətta həmin şəxslərin adları da ittiham aktında şahidlərin siyahısına salınmamışdır. Ona görə də, onların adına hesablanmış 85.284,76 manat pul vəsaitinin mülki iddia kimi təqsirləndirilən şəxs tərəfindən ödənilməsi əsassızdır. Mülki iddianın 16 nəfər vətəndaşın adına hesablanmış (hansı ki, onların adları ittiham aktında şahidlərin siyahısına salınmış və şahid qismində dindirilmişlər) 148.460.89 manat (bir yüz qırx səkkiz min dörd yüz altımış manat səksən doqquz qəpik) hissəsində qəbul edilməsini və həmin puldan da təqsirləndirilən şəxs tərəfindən 15 000 manat pul ödəməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, 133.460.89 (yüz otuz üç min dörd yüz altımış manat səksən doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınmış – 14 saylı TSEK-də 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”, 14 saylı TSEK-də X17 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 30 nömrəli müayinə aktı, Şahid12 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 356 nömrəli müayinə aktı, Şahid15 Binyəmi qızının adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 521 nömrəli müayinə aktı, X4 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 220 nömrəli müayinə aktı, Şahid14 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328367 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, X17 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 205968 nömrəli TSEK-də müayinə aktından çıxarış, Şahid12 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328194 nömrəli TSEK-də təkrar müayinədən keçən əlillər üçün arayış, Şahid16 adına tərtib edilmiş 15.09.214-cü il tarixli 328577 nömrəli TSEK-də müayinə aktından arayış, Şahid15 Binyəmi qızının adına tərtib edilmiş 21.070.2017-cü il tarixli 328450 nömrəli TSEK-də müayinə aktından çıxarış, Şahid13 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328318 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid5 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 205948 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, X10 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 327894 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid4 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 327863 nömrəli TSEK-də müayinə aktından çıxarış, X4 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 077202 nömrəli TSEK-də təkrar müayinədən keçən əlillər üçün arayış, Şahid10 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328086 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid20 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 096992 nömrəli TSEK-də müayinə aktından çıxarış, Şahid6 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 208944 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid19 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328363 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid11 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328088 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid18 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328693 nömrəli TSEK-də təkrar müayinədən keçən əlillər üçün arayış, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubu və əlavə edilmiş CD-in cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyana görə Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına ödənilmiş 15.000 manat pul vəsaiti zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin hesabına köçürülməlidir. Məhkəmə məsrəfi hesab olunan 446,0 manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X14, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə müəyyən vəzifə tutma hüququndan mərhum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən yaşayış evini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin olunsun. 133.460.89 (yüz otuz üç min dörd yüz altımış manat səksən doqquz qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilsin. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyana görə Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına ödənilmiş 15.000 manat pul vəsaiti zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin hesabına köçürülsün. Mülki iddianın qalan hissəsi təmin edilməsin. İş üzrə maddi sübut qismində tanınmış – 14 saylı TSEK-də 2014-cü il üzrə tərtib edilmiş “təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”, 14 saylı TSEK-də X17 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 30 nömrəli müayinə aktı, Şahid12 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 356 nömrəli müayinə aktı, Şahid15 Binyəmi qızının adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 521 nömrəli müayinə aktı, X4 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 220 nömrəli müayinə aktı, Şahid14 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328367 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, X17 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 205968 nömrəli TSEK-də müayinə aktından çıxarış, Şahid12 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328194 nömrəli TSEK-də təkrar müayinədən keçən əlillər üçün arayış, Şahid16 adına tərtib edilmiş 15.09.214-cü il tarixli 328577 nömrəli TSEK-də müayinə aktından arayış, Şahid15 Binyəmi qızının adına tərtib edilmiş 21.070.2017-cü il tarixli 328450 nömrəli TSEK-də müayinə aktından çıxarış, Şahid13 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328318 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid5 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 205948 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, X10 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 327894 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid4 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 327863 nömrəli TSEK-də müayinə aktından çıxarış, X4 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 077202 nömrəli TSEK-də təkrar müayinədən keçən əlillər üçün arayış, Şahid10 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328086 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid20 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 096992 nömrəli TSEK-də müayinə aktından çıxarış, Şahid6 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 208944 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid19 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328363 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid11 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328088 nömrəli TSEK-də müayinə aktından çıxarış və arayış, Şahid18 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 328693 nömrəli TSEK-də təkrar müayinədən keçən əlillər üçün arayış, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubu və əlavə edilmiş CD-in cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi hesab olunan 446,0 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X14, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar