Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-75/2021 09.12.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2004-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şabran rayonu Aygünlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “valideynin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 avqust 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid 19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 17 avqust 2021-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, Qanunun sözügedən tələblərini pozaraq 30 avqust 2021-ci il tarixdə saat 13 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı evi özbaşına tərk edərək küçəyə çıxıb, Şabran rayon MX-na gedib-qayıtmış, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu, Aygünlü kəndində ailəsi ilə birlikdə yaşayır, ailədə iki uşaq olmaqla, ailənin tək oğlan övladıdır. Ailələrinin maddi durumu onların təlabatlarını tam ödəyir. Bakı Dövlət Uiniversitetinin nəzdində olan İqtisadiyyat və Humanitar Kollecin 3 kus tələbəsidir, əyani şöbədə təhsil alır. 16 avqust 2021-ci il tarixdə özünü pis hiss etdiyi üçün Şabran rayon MX-na gedərək pandemiya ilə əlaqədar yoxlanışdan, yəni testdən keçmişdir. 17 avqust 2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna mesaj gələrək “Covid 19” yeni növ koronavirus xəstəliyinə yoluxması barədə məlumat verilərək yaşadığı evi tək etməməyi ona izah edilmişdir. 30 avqust 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Aygünlü kəndində yerləşən evindən çıxaraq tanımadığı taksi avtomobilinə əyləşib Şabran şəhər xəstəxanasına, yəni yenidən tesdən keçmək üçün gəlmişdir. Şabran şəhər xəstəxanasında həkimlər onun yaşayış yerini tərk etməməli olduğunu ona izah etdikdən sonra yaşadığı evə qayıtmaq üçün Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalına gəlmişdir. Avtovağzalda getmək üçün taksi gözləyərkən saat 13 radələrində Şabran RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq küçəyə çıxdığına görə ona iradlarını bildirib və videoçəkliş aparmaqla sənədləşdirmə işləri aparmışlar. Küçəyə çıxmağının səbəbi barədə onlara izahat vermişdir. “Covid 19” yeni növ koronavirus xəstəliyinin daha da geniş yayılması və insanları yolxudurmaq məqsədi, həmçinin niyyəti də olmamışdır. Artıq özünü yaxşı hiss etdiyinə görə şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmək istəmiş və küçəyə çıxmağının qanun pozuntusu olmasını ona izah edərək xüsusi geyimdə olan polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirib və yaşadığı ünvana müşayiət etmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 göstərdi ki, 30 avqust 2021-ci il tarixdə Şabran rayonu Aygünlü kəndində qeydiyyatda olmaqla yaşayan “Covid 19” yeni növ koronavirus testi “pozitiv” çıxmış Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Şabran şəhər avtovağzalına getməsi onlara məlum olmuşdur. Həmin gün saat 13 radələrində polis əməkdaşları Mahir Əkbərov və Şahid1lə birlikdə Təqsirləndirilən şəxs Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalında müəyyən edərək onu həmin ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs Şabran rayon MX-nın həkimləri tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməmək və təcrid olunaraq ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq sonuncu, bu tövsiyələrə əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb və küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə sonuncu, səhvini başa düşərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra RPŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokol tərtib edildikdən sonra protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Şabran rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı vəzifəsində işləyir. 30 avqust 2021ci il tarixdə Şabran rayonu Aygünlü kəndində qeydiyyatda olmaqla yaşayan «Covid 19» yeni növ koronavirus testi «pozitiv» çıxmış Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Şabran şəhər avtovağzalına getməsi onlara məlum olmuşdur. Həmin günü saat 13 radələrində polis əməkdaşları Mahir Əkbərov və Şahid2la birlikdə Təqsirləndirilən şəxs Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalında müəyyən edərək onu həmin ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs Şabran rayon MX-nın həkimləri tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməmək və təcrid olunaraq ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq, o, bu tövsiyələrə əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Videoçəkliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb və küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə o, səhvini başa düşərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra RPŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokol tərtib edildikdən sonra protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi “Tibbi ərazi bölmələrini idarəetmə birliyi Şabran rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış 11 sentyabr 2021-ci il tarixli 538 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs 16.08.2021-ci il tarixdə “COVİD 19” pandemiyası ilə əlaqədar analiz vermiş, 17.08.2021-ci il tarixdə verdiyi analizin nəticəsi “pozitiv” kimi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli 741 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Aygünlü kəndində ailə üzvləri – atası Qanuni nümayəndə, anası X1, bacısı X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci tərəfindən verilmiş 670 saylı tələbə biletindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsidir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması, onun özünün etiraf ifadəsi, şahidin ifadəsi, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması, ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə nəzərə almalıdır ki, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin tək oğlan övladı olmasını, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində orta ixtisas təhsili almasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təhsilini, ailəsinin maddi durumunu, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. İş üzrə Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyin nəzarəti altına vermə növündə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-75/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-75/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver