Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-25/2025 04.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, X6 qızının katibliyi, dövlət ittihаmçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1962-ci ildə Zaqatala şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun sabiq baş məsləhətçisi, hazırda heç bir yerdə işləməyən, barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 16:40-da baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 11 noyabr 2021-ci il tarixli 408 nömrəli əmək müqaviləsi əsasında Xidmətin Şəki ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilərək həmin vəzifədə işlədiyi müddətdə Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən 278 m2 torpaq sahəsinin özəlləşdirilməsi üçün 2022-ci ilin təxminən sentyabr-oktyabr aylarında, istintaqa məlum olmayan dəqiq tarixdə və saatda ünvan 2 ünvanında yerləşən Zaqatala rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasındakı 4-cü mərtəbədə yerləşən xidməti otağında ona müraciət etmiş, Zaqatala rayonunun Aşağı Tala kənd sakini Şahid2 25000-30000 manat məbləğində pul müqabilində həmin torpaq sahəsini özəlləşdirə biləcəyini demişdir. Şahid2 həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün lazım olan pul vəsaitini maddi imkanı çatmadığına görə öz adına özəlləşdirə bilməyəcəyini düşünüb qeyd olunan torpaq sahəsini əvvəlcədən satmaq qərarına gəlmiş, bu niyyətlə Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Şahid1 Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsi olan Təqsirləndirilən şəxs həmin torpaq sahəsini onun adına özəlləşdirəcəyi barədə söz verdiyini bildirib 50000 manat məbləğində pula satması ilə bağlı şifahi qaydada razılaşdıqdan sonra sonuncu həmin torpaq sahəsinin Şahid2 adına həqiqən də özəlləşdirilməsinin mümkün olub-olmamasından əmin olmaq üçün səlahiyyətli vəzifəli şəxs kimi Təqsirləndirilən şəxsla şəxsən görüşmək istədiyini bildirmiş, bu məqsədlə aralarında sonuncunun xidməti otağında Şahid2 iştirakı ilə baş tutmuş görüş zamanı o, Şahid1 öz işlədiyi xidmət üzrə qulluq mövqeyindən istifadə etməklə özünün həqiqi təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin vəzifəli şəxslərinin həmin məsələ ilə bağlı qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirmiş, qeyd edilən məsələ ilə bağlı vəzifəli şəxsin qərarına ediləcək qanunsuz təsir məqsədilə vətəndaşın rəsmi müraciəti olmadığı halda iki dəfə müxtəlif tarixlərdə ƏMDX-nin Şəki ərazi şöbəsinin müdirinə şifahi qaydada müraciət etməklə həmin şöbənin müdirləri tərəfindən qeyd olunan torpaq sahəsinin əvvəlcə icarəyə verilməsi məqsədi ilə baş planının hazırlanması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” PHŞ-nin 18 saylı Zaqatala ərazi idarəsinə məktub ünvanlanmasına nail olmuş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2022ci ilin dekabr ayının ortalarında, istintaqa məlum olmayan dəqiq tarixdə və saatda Zaqatala RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasındakı 4-cü mərtəbədə yerləşən xidməti otağında qeyd edilən məsələ ilə bağlı özü üçün, birbaşa yolla, şəxsən Şahid1 əvvəlcə 3000 (üç min) manat, 2022-ci ilin dekabr ayının sonunda, istintaqa məlum olmayan dəqiq tarixdə və saatda xidməti otağında 8000 (səkkiz min) manat, 09 aprel 2023-cü il tarixdə yaşadığı Zaqatala şəhəri, Gənclik küçəsində 4000 (dörd min) manat, 26 avqust 2023-cü il tarixdə xidməti otağında Şahid2 vasitəçiliyi ilə özü üçün 3000 (üç min) manat, 04 sentyabr 2023-cü il tarixdə isə cinayətkar niyyətini davam etdirərək özü üçün, birbaşa yolla, şəxsən Şahid1 7000 (yeddi min) manat, ümumilikdə isə 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf etməklə öz həqiqi təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün, birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almışdır (nüfuz alveri etmişdir). Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 13 mart 2006-cı il tarixdən 17 sentyabr 2024-cü il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. 2017-ci ilin aprel ayından 11 noyabr 2021-ci il tarixədək Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinin baş məsləhətçisi, xx.xx.2021-ci il tarixdən isə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 17 sentyabr 2024-cü il tarixdə öz ərizəsi əsasında həmin vəzifədən azad edilmişdir. Hal-hazırda heç bir yerdə işləmir. Baş məsləhətçinin vəzifə funksiyalarına əsasən müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının idarə edilməsi və onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, dövlət əmlakı barəsində sərəncam verilməsi, dövlət əmlakının və onun barəsində bağlanılan əqdlərin qeydiyyatının aparılması sahəsində Xidmətin funksiyalarının icrası məqsədi ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına, dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən daşınmaz dövlət əmlakının icrayə verilməsi barədə təkliflər verilməsi, icarə müqavilələrinin şərtlərinə riayət olunmasına, icarəyə verilmiş əmlakdan səmərəli və təyinatına uyğun istifadə edilməsinə nəzarət edilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən dövlət əmlkaının inventarlaşdırılması və qiymətləndirilməsinin təşkilində iştirak etmək, müvafiq sənədlərin və məlumatların Xidmətə təqdim edilməsini təmin etmək, müvafiq ərazi daxilində yerləşən özəlləşdiriləcək dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması, sağlamlaşdırılması və özəlləşdirilmədən sonra dəstəklənməsi istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək, sektora daxil olan məktub və müraciətlərə baxmaq və cavabları hazırlamaq, Əmək intizamına və Xidmətin müvafiq əmləri ilə təsdiq edilmiş müəssisədaxili intizam qaydalarına riayət etmək, xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyi bə sektor müdirinin tapşırıqlarını yerinə yetirmək aiddir. Rəsmi müraciət daxil olduqda tərəfindən əraziyə baxış keçirilir, həmin əmlakla bağlı tam araşdırma aparılır. Qanunvericiliklə müəyyən edilmiş qaydada əmlakın özəlləşdirilməsi mümkündürsə, yəni obyektin balans sahibinin razılığı əsasında həmin əmlakın baş planı daşınmaz əmlakın reyestri xidmətinə sifariş verilir. Bundan sonra obyektin icarəyə verilməsi və ya özəlləşdirilməsi üçün sənədlər paketi hazırlanır və ekspertiza olunması üçün ƏMDX-nin Şəki ərazi şöbəsinə təqdim edilir. Sənədlər paketinə vətəndaşın ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, baxış aktı, sənədlərin adlı siyahısı, qeyd vərəqi, balans sahibinin razılıq məktubu, baş plan, obyektin şəkilləri və ortofotosu aiddir. Şahid1 barəsində etdiyi şikayətdən məlumatı vardır. Həmin şikayətin mahiyyəti üzrə bildirmək istəyir ki, Şahid2 azyaşlı oğlu təxminən 2018-ci ildə "xxxx" MMC-yə məxsus sahədə göldə boğularaq vəfat etmişdir. Oğlu öldüyünə görə bütün dövlət orqanları, o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti övladını itirmiş bir məcburi köçkün ana kimi sonuncuya daim diqqət və qayğı göstərmişlər. Şahid2 dəfələrlə ona Zaqatala şəhəri ərazisində torpaq ayrılması ilə bağlı müraciətlər ünvanlamış, təsadüfi deyil ki, bir neçə il bundan əvvəl ƏMDX-nin Şəki ərazi şöbəsinin sabiq müdiri Mübariz Paşayev ona zəng edib Şahid2 həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı köməklik edilməsinə dair xahiş etmişdir. Həmin xahiş əsasında o, Yuxarı Tala bələdiyyəsinə zəng edib Şahid2 həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik edilməsini xahiş etmişdir. Lakin Şahid2 Zaqatala şəhəri ərazisində torpaq istədiyini bildirdiyi üçün sonuncuya narahat olmamasını, torpaq sahəsi ayrılmasına köməklik edəcəyini bildirmişdir. Şahid2 bir neçə dəfə bu məqsədlə onun yanına gəlib-getmişdir. 2022-ci ilin təxminən sentyabr-oktyabr aylarında Şahid2 ona yaxınlaşaraq Azərbaycan prospektində 2-3 sot ölçüdə torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini satmaq məqsədilə onun adına özəlləşdirilməsini xahiş etmişdir. O, əldə olan kadastr məlumat bazasından həmin əraziyə baxdığı zaman həqiqətən həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu müəyyən etmişdir. Belə ki, işlədiyi Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi bölməsində sadəcə bir kadastr məlumat bazası var, həmin məlumat bazasında yalnız dövlət mülkiyyətində olan torpaq sahələri barədə müvafiq məlumatlar vardır. O da kadastr məlumat bazasına baxdığı zaman Şahid2 qeyd etdiyi torpaq sahəsinin həqiqətən də dövlət mülkiyyətində olmasını müəyyən etmişdir. Daşınmaz əmlakın dövlət reyestr xidmətində isə onlarda olan kadastr məlumatlarından əlavə digər məlumat bazaları da var, həmin məlumat bazalarına əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin üzərində hər hansı yaşayış və ya qeyri-yaşayış binasının olub-olmadığını görmək mümkündür. Ona görə də o, işlədiyi ərazi bölməsində olan kadastr məlumat bazasında yalnız Şahid2 qeyd etdiyi torpağın dövlət mülkiyyətində olub-olmamasına baxa bilmiş, onun üzərində hər hansı şəxsə məxsus yaşayış və ya qeyriyaşayış binasının olub-olmadığını bilməmişdir. Şahid2 ona yuxarıda qeyd etdiyi təkliflə, yəni torpaq sahəsinin özəlləşdirilməsi təklifi ilə müraciət etdiyi zaman səhhətində olan problemlərlə əlaqədar pula ehtiyacı olduğu üçün Şahid2 Əmlak Məsələləri Dövlət Xidməti rəisi tərəfindən müsbət qərar qəbul edilməsində, yəni qeyd etdiyi torpaq sahəsini özəlləşdirməsində köməklik edə biləcəyini, torpaq sahəsini özəlləşdirə biləcəyini, bunun üçün sənədləri hazırlayıb Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsbət qərar qəbul etdirə biləcəyini demiş və bunun üçün təxminən 25-30 min manat məbləğində pul tələb olunduğunu bildirmişdir. Həmin məbləği təxmini demişdir. Bu xərcə həm dövlət rüsumları, həm də özünə çatacaq məbləğ aiddir. O götürəcəyi məbləğdən torpağın icarəyə verilməsi, daha sonra özəlləşdirilməsi ilə bağlı dövlət rüsumlarını ödəməyi, yerdə qalan məbləği isə şəxsi ehtiyaclarına xərcləməyi planlaşdırmışdır. Bunun üçün xüsusi hesablama aparmamışdır. Sadəcə təxmini qiymət aralığı demişdir. Onun həmin məbləğdən Əmlak Məsələri Dövlət Xidmətinin vəzifəli şəxslərinə pul vermək kimi niyyəti olmamışdır. O, öz nüfuzuna arxayın olmuş, nüfuzundan və işlədiyi yerdəki mövqeyindən istifadə edərək qeyd olunan torpaq sahəsinin Şahid2 adına özəlləşdirilməsi ilə bağlı müsbət qərar qəbul edilməsinə nail olacağına inanmışdır. Eyni zamanda Şahid2 oğlunun ölümü ilə bağlı Xidmətin bir neçə vəzifəli şəxslərini tanıması, bir neçə dəfə onların qəbulunda olması onu daha da arxayın etmişdir. Şahid2 25-30 min manat istəməsi ilə bağlı sözlərinə sonuncu razılıq verərək pulun problem olmadığını demişdir. Pula ehtiyacı olduğu üçün Şahid2 uzun müddət işlədiyini, Əmlak Məsələləri Dövlət Xidmətində xüsusi nüfuza malik olduğunu, təklifinin həmişə nəzərə alındığını, hər hansı şəxsin xeyrinə qərar qəbul edilməsini təşkil edə biləcəyini, bunun üçün Əmlak Məsələləri Dövlət Xidmətinin qərarına xüsusi nüfuza malik olduğu üçün təsir etmək imkanının olduğunu, eləcə də onun xeyrinə qərar qəbul edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin qərarına müsbət yöndə təsir etmək imkanlarında olduğunu bildirmişdir. Şahid2 da onunla razılaşaraq lazım olan məbləğdə pul verə biləcəyini demişdir. Bir müddətdən sonra Şahid2 ona özəlləşdirilməsini təşkil edəcəyi yeri satmaq istədiyini, bu məqsədlə də artıq müştəri tapdığını bildirib onu Şahid1 ilə tanış etdmişdir. Belə ki, o Şahid2 torpağın onun adına rəsmiləşdirilməsini təşkil edəcəyini bildirdiyi üçün Şahid2 da torpağın onun adına özəlləşdiriləcəyinə artıq əmin olmuş, ona görə də Şahid1 gələcəkdə öz adına rəsmiləşəcəyi torpağı satmaq istəmişdir. Şahid2 Şahid1 guya həmin torpaq sahəsinin konpensasiya kimi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona veriləcəyini demişdir. Ona görə də Şahid2 ondan Şahid1 torpağın ona kompensasiya kimi verildiyini deməsini istəmişdir. O da Şahid2 sözünə görə bunun heç bir əhəmiyyəti olmadığını düşünüb Şahid1 həmin torpağın kompensasiya kimi Leylaya veriləcəyini bildirmişdir. Şahid2 həmin torpağın oğlunun ölümü ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən kompensasiya kimi verildiyini zənn etmiş, bu məqsədlə Şahid2 qeyd etdiyi torpaq sahəsinin onun adına özəlləşdirilməsi üçün müəyyən işləri təşkil etməyə başlamışdır. İlk öncə daşınmaz əmlakın dövlət reyestr xidmətinə qeyd olunan torpaq sahəsi ilə bağlı baş planının hazırlanması üçün sifariş vermişdir. Reyestr xidmətinin əməkdaşları ilə birlikdə həmin əraziyə gedərək ora ilkin baxış keçirmiş, bu zaman ərazidə köhnədən qalma sökülmüş vəziyyətdə bir bina olduğunu görmüşdür. Həmin binanın kiməsə məxsus olub-olmadığını maraqlandığı zaman Bayram adlı şəxsə məxsus olduğunu bilmişdir. Qeyd olunan bina demək olar ki, sökülmüş vəziyyətdə təxminən ölçüsü isə 60 m2 olmuşdur. O həmin binaya dair Bayram adlı şəxslə razılığa gəlməyi, hətta ona müəyyən məbləğdə pul verməklə razı sala biləcəyini düşünmüş, ona görə də torpağın özəlləşdirilməsi ilə bağlı ilkin sənədləri xidməti kompüterində tərtib etməyə başlamışdır. Belə ki, bütün sənədləşmə işlərini paket formasında kompüterdə tərtib etdikdən, özəlləşdirmə ilə bağlı heç bir problemin olmadığı tərəfindən müəyyən olunduqdan sonra rəsmi sənədləşmə işlərinə başlamağı planlaşdırmışdır. Bu qaydada götür-qoy etdikdən sonra Şahid2 və Şahid1 onun Zaqatala RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasındakı 4-cü mərtəbədə yerləşən xidməti otağında olarkən onun yanına gəlmiş, ona Şahid2 qeyd etdiyi torpaq sahəsində Bayram adlı şəxsin tikilisinin olduğunu, bundan başqa, həmin tikilinin yanındakı boş torpaq sahəsinin isə Sərvərə məxsus olduğunu bildirmiş, həmin vaxt onlara kadastr məlumatlarına əsasən bildirmişdir ki, Sərvərin boş torpaq sahəsi ilə bağlı heç bir sənədi ola bilməz, çünki torpaq dövlət mülkiyyətindədir. Bayramın tikilisinə münasibətdə isə bildirmişdir ki, ən pis variantda Bayramı 3000 manat pul verməklə razı salacaq, sadəcə bu barədə heç yerdə səs salmasınlar, heç kimə torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı məlumat verməsinlər, çünki Bayramın və digərlərinin bu barədə əvvəlcədən məlumatlı olmaqlarını istəməmiş, belə olan halda Bayramla razılıq məsələsinin çətinləşə biləcəyindən ehtiyat etmişdir. Onlar da arxayın olaraq öz razılıqlarını bildirmiş və sənədləşmə işlərini sürətləndirməsini xahiş etmişlər. Belə ki, Şahid2 və Şahid1 öz aralarında torpağın alqı-satqısı ilə bağlı artıq razılaşmış, Şahid2 50000 manat pula adına özəlləşəcəyi torpağı Şahid1 şifahi olaraq satmış, ona görə də torpağın sənədləşdirilməsi ilə bağlı bütün xərclər, eləcə də tələb etdiyi məbləğlər Əziz tərəfindən qarşılanması, torpağın Şahid2 adına özəlləşdirilməsi və sonda isə Şahid2 ilə Şahid1 arasında alqı-satqı müqaviləsi bağlanılaraq məsələnin yekunlaşdırılması planlaşdırılmışdır. O, torpağı Şahid2 adına özəlləşdirə biləcəyinə əmin olmuş, həmçinin Şahid2 və Şahid1 də onun tərəfindən torpağın özəlləşdirilməsini təşkil edəcəyinə əmin olmuşlar. Çünki o, Əmlak Məsələləri Dövlət Xidmətində işləmiş, torpağın özəlləşdirilməsi ilə bağlı müəyyən sənədlərin hazırlanması onun tərəfindən həyata keçirilmişdir. Şahid1 və Şahid2 da onun xidmət rəisinin qərarına həqiqətən təsir etmək imkanında olduğunu bilib buna inanmışlar. Şahid1 və Şahid2 onun dövlət qulluqçusu kimi işlədiyi yerdə xüsusi nüfuza malik olduğunu başa düşdükləri üçün onlar dediyi pulu verməyə razılaşmışlar. Bu məqsədlə o, pula ehtiyacı olduğu zamanlarda Şahid2 zəng vuraraq pul istəmiş, torpağın özəlləşdirilməsi ilə bağlı sonuncudan 25-30 min aralığında pul alacağını əvvəlcədən Şahid2 demiş, Şahid2 da buna razılıq vermiş, həmin məbləğdə pulu verməyə maddi imkanı olmadığına görə Şahid1 ilə 50000 manata əvvəlcədən razılaşmış, həmin puldan ona çatası pullar çıxılmaqla yerdə qalan 20-25 min manat pul da Şahid1 ilə alqı-satqı zamanı Şahid2 qalacaqdı. O, pula ehtiyacı olduğu üçün təxminən Şahid1 və Şahid2 ilə ilk görüşü zamanı ilk olaraq Bayramı razı salmaq adı ilə 3000 manat pul istəmiş, lakin hələlik Bayramla bu mövzuda söhbət etmək fikri olmamış, pulu öz ehtiyacı üçün xərcləməyi fikirləşmişdir. Ona görə də 2022-ci ilin dekabr ayının ortalarında o, Şahid1 və Şahid2 Bayramı razı salmaq və sonuncunun notariusda razılıq ərizəsini almaq üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Şahid1 və Şahid2 da onunla razılaşmışlar. Həmin görüş zamanı Şahid1 ondan torpaq haqqında ətraflı soruşmuş və həmin torpağı Şahid2 adına özəlləşdirə biləcəyinə Şahid1 əmin etmişdir. Həmin görüşdən sonra dəqiq tarixini xatırlamır, təxminən növbəti gün Şahid1 təklikdə xidməti otağına, yəni Zaqatala RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasındakı 4-cü mərtəbədə yerləşən xidməti otağına gələrək 3000 manat pulu ona təqdim etmişdir. O, torpağın yekunda Şahid1 alacağını bildiyi üçün sonuncudan 3000 manatı qəbul edərək yola salmışdır. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra növbəti dəfə 2022-ci ilin dekabr ayının sonunda xidməti otağında Şahid2 ilə təklikdə görüşmüş, sonuncuya 8000-9000 civarında pula ehtiyacı olduğunu bildirmişdir. Növbəti günlərdə isə Şahid2 Şahid1 də götürərək onun yanına gəlmiş, o, özəlləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinin ilk öncə icarəyə götürülməsi məsələsinin həll olunacağını, bundan sonra bir ay müddətində torpağın icarədə qalacağını, daha sonra isə birbaşa özəlləşdirmənin həyata keçiriləcəyini izah etmişdir. Növbəti gün Şahid1 xidməti otağında ona 12000 manat pul vermişdir. Bu zaman Şahid2 orada olmamış, Şahid1 ona pulu verib getdikdən sonra Şahid2 ona zəng edərək həmin puldan 4000 manatının özünə lazım olduğunu bildirmişdir. Həqiqətən də o, Şahid2 8000-9000 manat pul istəsə də, Şahid2 Şahid1 12000 manat pul demiş, ona görə də Şahid1 ona həmin məbləğdə pulu vermişdir. Şahid2 ona Şahid1 12000 manat pul istədiyini, həmin pulun 4000 manatını özünə götürəcəyini, hər bir halda bütün məbləğin Şahid1 ilə razılaşdıqları 50000 manatdan çıxılacağını bildirmiş və həmin 4000 manatı ondan alaraq öz şəxsi ehtiyaclarına xərcləyəcəyini söyləmişdir. Həmçinin, Şahid2 ondan sənədləşmə işlərinin aparılması prosesində xərcinin az çıxmasını xahiş etmişdir. Növbəti dəfə 09 aprel 2023-cü il tarixdə yaşadığı Zaqatala şəhəri, Gənclik küçəsində Şahid1 ilə görüşərək sonuncudan 4000 manat məbləğində pul götürmüşdür. Növbəti dəfə 26 avqust 2023-cü il tarixdə o, Şahid1 Şahid2 vasitəsilə göndərdiyi 3000 manat məbləğində pulu öz xddməti otağında sonuncudan qəbul etmişdir. Həmin puldan başqa, digər pulları Şahid1 şəxsən götürmüşdür. Axırıncı dəfə Şahid1 ona Zaqatala RİHBnin Şəhər İƏD üzrə nümayəndəliyinin 4-cü mərtəbəsində yerləşən xidməti otağında 04 sentyabr 2023-cü il tarixdə 7000 manat pul vermiş, həmin pulu 2000 ABŞ dolları və 3600 manat məbləğində vermişdir. Bundan başqa, Şahid1 hər hansı bir məbləğdə pul götürməmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, Şahid2 hər dəfə torpağın onun adına rəsmiləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin qərarına təsir etmək üçün pul aldığını demiş, Leyla gələcəkdə onun adına rəsmiləşəcəyini düşündüyü torpaq sahəsini Şahid1 satdığı üçün pulu da sonuncudan almış, razılaşdıqları qiymətdən çıxmışlar. Bəzi hallarda pulu Şahid2 ilə Şahid1 birlikdə gətirmiş, bəzi hallarda da Şahid1 özü tək gətirmişdir. O, Şahid1 hər dəfə pulu Şahid2 verməsini bildirmiş, lakin Şahid1 bunun heç bir fərqi olmadığını, onsuz da ümumi razılaşdıqları qiymətdən çıxılacağını demişdir. Bu məqsədlə yuxarıda göstərdiyi müxtəlif tarixlərdə Şahid1 cəmi 25000 manat pul almışdır. Hər dəfə Şahid1 və Şahid2 yanına gələrək torpaqla bağlı soruşduqda isə onlara bir müddət gözləmələrini bildirmişdir. Bu ərəfələrdə isə bir neçə dəfə kompüterdə olan xüsusi proqramlar vasitəsilə müxtəlif sənədlər düzəltmiş və onları “Whatsapp” proqramı vasitəsilə Şahid2 ataraq torpağın özəlləşdirilməsi istiqamətində işlər gördüyünü bildirmişdir. Bu qaydada o, Şahid2 adına torpaq sahəsinin özəlləşdirilməsi proseslərini idarə etmiş, bütün məlumatları müqayisə etmiş və sənədin hazırlanmasını istəmişdir. Lakin həmin ərəfələrdə Bayram torpağın özəlləşdirilməsi ilə bağlı məsələdən xəbər tutub tez həmin torpağı başqa şəxsə satmışdır. Bundan sonra isə onun bütün planları yarımçıq qalmışdır. Ona görə də Bayrama məxsus olan qeyri-yaşayış obyektinin kənarlarını Şahid2 özəlləşdirilməsi üçün işlər görməyə başlamışdır. Həmin torpağın qarşıdan sol tərəfi Şahid1 məxsus olmuş, ona görə də Şahid1 həmin torpaq sahəsinə bitişik olan ərazini sonuncunun adına olan torpaq sahəsi ilə birlikdə baş planını hazırlatmışdır. Bu zaman da qeyd olunan torpaq sahəsində iki ədəd başqa şəxslərə məxsus qeyri-yaşayış obyektləri aşkar olunmuşdur. Artıq bütün işlər çıxılmaz vəziyyətə düşmüşdür. Çünki özəlləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsində başqalarının adlarına olan obyektlər müəyyən edilmiş, sadəcə həmin obyektlərin qarşısındakı torpaq sahələri dövlətin mülkiyyətində olmuş, onların qarşısını da başqa şəxsin adına özəlləşdirmək qeyri-mümkün olmuşdur. Çünki həmin obyektlərin qarşısı kəsilir. Belə bir vəziyyətdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsbət qərar qəbul olunmayacağını bilmişdir. Qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisinin Şahid3 və anası olduğunu bildikdən sonra məsələni digər formada həll etmək istədiyi üçün Şahid1 pullar götürməyə davam etmişdir. Bu ərəfələrdə Şahid1 və Şahid2 da Bayramın öz mülkiyyətini satdığını öyrənmiş və xidməti otağına gələrək götürdüyü pulu qaytarmağı tələb etmişlər. O da Şahid1 və Şahid2 bu işi həll edə biləcəyini deyib vaxt qazanmaq istəmişdir. Lakin artıq torpağı özəlləşdirə bilməyəcəyini anlamışdır. X4 Məmmədov da ona zəng edərək özlərinə məxsus qeyri-yaşayış obyektinin hansı əsasla başqa şəxsin adına sənədləşdirmək istədiyini soruşmuş, o isə Şahid4 heç bir söz deməmişdir. Yəni onlara açıqlama verməmişdir. Bir neçə ay Şahid2 və Şahid1 ondan pulu tələb etsələr də, pulu öz səhhətinə və şəxsi ehtiyaclarına xərclədiyi üçün Şahid1 ona verdiyi 25000 manat pulu qaytara bilməmişdir. Nəticədə sonuncu onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid1 tərəfindən araşdırmaya təqdim edilmiş video görüntüdə olan şəxs özüdür. Qeyd olunan görüntüdə Əziz Məhərəmli ifadəsində qeyd etdiyi məqsəd və niyyətlə ona 4000 manat məbləğində pul verir. Təqdim edilmiş səs yazılarında qeyd olunan danışıqlar ona məxsusdur. Hər dəfə Şahid1 və Şahid2 onun yanına gələrək torpaqla bağlı soruşduqda onlara bir müddət gözləmələrini bildirmişdir. Şahid1 və Şahid2 onu çox tələsdirmişdir. Lakin bu işlər, yəni torpağın özəlləşdirilməsi prosesləri tam incəliklə araşdırılmalıdır, buna isə xeyli vaxt tələb olunur. Bunun üçün müvafiq dövlət orqanları ilə qarşılıqlı işlənilir, sorğular verilir, sifarişlər hazırlanır, baş plan tərtib edilir və sair. Şahid1 və Şahid2 onu tələsdirdikləri üçün həmin ərəfələrdə isə bir neçə dəfə Zaqatala şəhəri ərazisində yerləşən obyektlərdə kompüterdə olan xüsusi proqramlar vasitəsilə müxtəlif sənədlər düzəldir və onları “Whatsapp” proqramı vasitəsilə Şahid2 göndərərək torpağın özəlləşdirilməsi istiqamətində işlər gördüyünü bildirmiş və tələsməmələrini demişdir. 31 avqust 2023-cü il tarixli 8/887 nömrəli məktubu nə vaxt, harada və necə hazırlamağını xatırlamır. O heç vaxt xidməti komputerində məktub hazırlamamışdır. Həmin məktub dövlət torpağını özəlləşdirilməsi və icarəyə verilməsi üçün tələb olunan sənədlər siyahısında yoxdur. Həmin sənəd əsasında Şahid2 torpaq verilməsi ilə bağlı hər hansı bir hüquq verilmir. İşini yekunlaşdırmağa Şahid1 və Şahid2 onu tələsdirməsin deyə həmin məktubu hazırlaması mümkündür. Məhz bu səbəbdən bu barədə istintaqa dəqiq bir söz deyə bilmir. Şahid2 istintaqa təqdim etdiyi sənədlər dövlət əmlakının icarayə verilməsi və icarəyə verilmiş əmlakın alqı-satqısı barədə tərtib edilmiş sənədlərdir. Sənədlər Zaqatala şəhəri Azərbaycan prospekti 21C ünvanında yerləşən qeyri-yaşayış binası və binanın yerləşdiyi torpaq sahəsi ilə bağlıdır. Həmçinin digər sənəd Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən birmərtəbəli tikili ilə bağlıdır. Həmin sənədlər onun tərəfindən hazırlanmamış və Şahid2 təqdim edilməmişdir. Qeyd olunan sənədin əsli olmadığı üçün sənəd barəsində heç bir fikir bildirə bilmir. Şahid2 həmin sənədləri necə, hansı qaydada, kimdən və nə vaxt əldə etməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zaqatala şəhəri, Azərbaycan prospektində torpaq sahəsi vardır. Onun sahəsi ilə qonşuluqda da başqa bir torpaq sahəsi yerləşir. Onda olan məlumata görə həmin torpaq sahəsi Şahid2 kompensasiya kimi verilmişdir. Belə ki, Şahid2 2022-ci ilin noyabr ayında ona yaxınlaşaraq Zaqatala şəhəri, Azərbaycan prospektində “çay fabriki” adlanan yerin qarşısında olan torpaq sahəsinin ona oğlunun ölümü ilə bağlı kompensasiya şəklində verildiyini, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu, həmin torpağın onun adına sənədləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə şifahi olaraq tapşırıq verildiyini, Təqsirləndirilən şəxs Xidmətin Şəki Ərazi Şöbəsinin əməkdaşı olduğunu bildirmişdir. Onunla söhbət edən zaman Şahid2 həmin torpaq sahəsini satmaq niyyətində olduğunu demiş, qeyd olunan torpaq sahəsinin sağ və sol tərəfindəki torpaq sahələri onun xüsusi mülkiyyətində olduğu üçün həmin torpaq sahəsini də alıb ərazini birləşdirmək qərarına gəlmiş, Şahid2 torpaq sahəsini almaq istədiyini söyləmiş, sonuncu ilə söhbət edib torpaq sahəsini 50000 manata satılmasını razılaşdırmışdır. Şahid2 ona torpaq sahəsinin sənədləşmə işlərinin görülməli olduğunu, bunun isə müəyyən xərc tələb etdiyini bildirmiş, sonuncu ona torpağın sənədləşməsinə tələb olunan xərcləri çəkməsini, razılaşdıqları məbləğdən həmin pulu çıxıb yerdə qalan məbləği verməsini təklif etmiş, o da Şahid2 bu təklifi ilə razılaşaraq torpaq sahəsinin başqa şəxsin adında olubolmamasını həmin ərazidə yaşayan şəhər sakinlərindən maraqlanmışdır. Şəhər sakinləri ona qeyd olunan torpaq sahəsinin Bayram adlı şəxsə məxsus olduğunu bildirmiş, bu zaman Şahid2 onun yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin Zaqatala rayonu üzrə nümayəndəsi Təqsirləndirilən şəxs zəng vurmuş, Şahid2 ilə aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin həqiqətən Şahid2 məxsus olmasını söyləmişdir. Lakin o, Şahid2 qeyd etdiyi şəxslə şəxsən özünün görüşmək istədiyini bildirmiş, belə ki, həmin torpaq shaəinin Şahid2 adına sənədləşdirilməsindən əmin olmaq istəmiş, çünki həmin torpaq sahəsinin sonuncuya məxsus olmadığını bilmişdir. Şahid2 ilə aralarında razılaşma 20 noyabr 2022-ci il tarixdə baş vermiş, növbəti gün, yəni 21 noyabr 2022-ci il tarixdə isə dövlət qulluqçusu kimi Təqsirləndirilən şəxsla Zaqatala RİHB-nin Şəhər İƏD üzrə nümayəndəliyinin inzibati binasının 4-cü mərtəbəsində yerləşən xidməti otağında Şahid2 ilə birlikdə görüşmüş, torpaq sahəsi ilə bağlı söhbət etmişdir. Belə ki, aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs həqiqətən ona Şahid2 kompensasiya şəklində Azərbaycan prospektində yerləşən ona məxsus torpaq sahəsinin qonşuluğundakı 278 kv m2 torpaq sahəsinin verildiyini bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs həmin torpaq sahələrinin Bayram və Teymur adlı şəxslərə məxsus olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ona Teymurun heç bir sənədinin olmadığını, həmin torpaq sahəsinin Kadastr xəritəsində boş sahə kimi göründüyünü, onun sənədinin heç bir əsasının olmadığını, Bayramın isə həmin torpaq sahəsində qeyri-yaşayış binasının olduğunu, binanın uçduğunu, yalnız divarlarının qaldığını, Bayramın da sənədinin qanunsuz olduğunu, sonuncu ilə razılaşacağını, Bayramın həmin yerdən çıxacağını söyləmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla dəfələrlə onun Şəhər İƏD üzrə nümayəndəliyində yerləşən xidməti otağında görüşmüş, bir neçə dəfə onunla görüşən zaman Şahid2 da yanında olmuşdur. Aralarında razılıq əldə olunduqdan, yəni Təqsirləndirilən şəxsla ilk görüşündən sonra növbəti görüşlərdə təxminən 20-30 noyabr 2022-ci il tarix aralığında ona Zaqatala RİHB-nin Şəhər İƏD üzrə nümayəndəliyinin 4-cü mərtəbəsində yerləşən xidməti otağında 3000 manat pul vermişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin pulu ondan Bayrama vermək adı ilə götürmüş, notariusda Bayramın razılıq ərizəsini alacağını qeyd etmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayının sonunda Təqsirləndirilən şəxs xidməti otağında Şahid2 yanında 12000 manat pul vermişdir. Belə ki, Təqsirləndirilən şəxs və Şahid2 ona deməsinə görə özəlləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinin ilk öncə icarəyə götürülməsi məsələsinin həll olunması məqsədilə 12000 manat pulu Şahid2 yanında şəxsən Təqsirləndirilən şəxs xidməti otağında sonuncunun masasının üzərinə qoymuşdur. Bundan başqa, 26 yanvar 2023-cü il tarixdə Şahid2 kartına 1000 manat pul göndərmişdir. Şahid2 ona zəng edərək pula ehtiyacının olduğunu, atasının müalicəsi ilə bağlı pul lazım olduğunu söylədiyi üçün həmin məbləğdə pulu ona vermişdir. Çünk aralarında olan razılığa görə o, həmin məbləği 50000 manatdan çıxmışdır. Növbəti pulu isə, yəni 4000 manat məbləğində pulu Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə sonuncunun yaşadığı Zaqatala şəhəri, Gənclik küçəsində vermişdir. Bununla da o, ümumilikdə 20000 manat pul verdiyini ona bildirmişdir. Qeyd edilənlərdən əlavə Şahid2 onun özü üçün 19 may 2023-cü il tarixdə 1000 manat, 21 may 2023-cü il tarixdə 500 manat, 07 iyul 2023-cü il tarixdə 500 manat pul vermişdir. Həmin məbləğdə pulları sonuncuya kart vasitəsilə və ya üzbəüz təklikdə Şahid2 öz şəxsi ehtiyacları üçün vermişdir. Həmin pullar Təqsirləndirilən şəxs çatmamışdır. Qeyd edilən məbləğlərdə pulları 50000 manatdan çıxmışdır. Çünki aralarında olan razılıq belə olmuşdur ki, o nə qədər pul xərcləsə, razılığa gəldikləri 50000 manatdan çıxılacaqdır. Bundan əlavə, 26 avqust 2023-cü il tarixdə Şahid2 və Təqsirləndirilən şəxs ona sənədin artıq Zaqatala rayon icra hakimiyyətində hazırlandığını, bunun üçün sadəcə icra hakiminin imzasının qaldığını, 3000 manat pul lazım olduğunu, bundan sonra bütün sənədlərin hazır olacağını bildirmişlər. O da həmin tarixdə Təqsirləndirilən şəxs çatması üçün Şahid2 şəxsən Zaqatala şəhəri ərazisində “Meydan” adlanan ərazidə “Optika” adlı aptekin qabağında tanışı Nurlan vasitəsi ilə 3000 manat pul vermişdir. Şahid2 ona deməsinə görə Müvsüm Kərimov həmin pulu Zaqatala Rayon İcra Hakimiyyətində Məhərrəm adlı şəxsə verəcəyini söyləmiş, pulu Nurlandan Şahid2 özü götürmüşdür. Təqsirləndirilən şəxs şəxsən ondan pul istəməmiş, pul lazım olduğu təqdirdə Şahid2 ilə ona xəbər göndərmiş, o da məsələnin dəqiqləşdirilməsi üçün şəxsən Təqsirləndirilən şəxsla görüşüb istədiyi məbləğdə pulu özünə vermişdir. Axırıncı dəfə Təqsirləndirilən şəxs sonuncunun Zaqatala RİHB-nin Şəhər İƏD üzrə nümayəndəliyinin 4cü mərtəbəsində yerləşən xidməti otağında 04 sentyabr 2023-cü il tarixdə 7000 manat pul vermiş, həmin pulu 2000 ABŞ dolları və 3600 manat məbləğində vermişdir. Həmin vaxt yanlarında heç kim olmamış, aralarında torpağın özəlləşdirilməsi ilə bağlı söhbət olmuş, Təqsirləndirilən şəxs ona artıq icra hakimiyyətindən əmlak xidmətinə məktub ünvanlandığını, yaxın günlərdə artıq sənədin hazır olacağını bildirmiş, ona Zaqatala RİH başçısı tərəfindən Xidmətə göndərilmiş 31 avqust 2023-cü il tarixli 8/887 nömrəli məktubun surətini göstərmişdir. Bundan başqa o, nə Təqsirləndirilən şəxs, nə də Şahid2 hər hansı məbləğdə pul verməmişdir. Şahid2 öz şəxsi ehtiyacları üçün verdiyi 3000 manat məbləğində pul torpağın özəlləşdirilməsi məsələsi həll olunmadığı üçün sonuncu tərəfindən ona geri qaytarılmışdır. Bundan başqa, Şahid2 3000 manatdan əlavə 4000 manat da geri qaytarıb, yəni ümumilikdə ona olan borcunun 7000 manat olduğunu bildirməklə həmin məbləğdə pulu ona qaytarmışdır. O, Təqsirləndirilən şəxs verdiyi pullardan Şahid2 onun xəbəri olmadan 4000 manat əlavə pul götürmüş, buna görə Şahid2 ona ümumilikdə 7000 manat pul qaytarmışdır. Şahid1 ifadəsinə davam edərək göstərmişdir ki, daha sonra Bayram həmin yeri başqa şəxə satdığı üçün qəzəblənmiş və Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Sonuncunun Əmlak Məsələri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinin əməkdaşı olması torpaq sahəsinin Şahid2 adına özəlləşdiriləcəyi ilə bağlı onda əminlik yaratmışdır. Həmin ödənişin Şahid2 ilə razılaşdığı 50000 manatdan çıxılacağına görə Təqsirləndirilən şəxs heç bir sənəd istəməmiş, sonuncu ondan pul götürən zaman heç bir sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs pul vəsaitlərini həmin torpaq sahəsini Şahid2 adına sənədləşdirilməsi məqsədilə tələb olunan dövlət rüsumlarını qarşılamaq üçün vermişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini ilk öncə icarəyə verilməsi, daha sonra hərraca çıxarılaraq alqısatqı edilməsi üçün müəyyən məbləğlər tələb edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona məsələnin həlli ilə bağlı kiməsə müəyyən məbləğdə pul verəcəyini deməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, bir neçə il əvvəl azyaşlı oğlu "xxxx" MMC-nə məxsus sahədə göldə boğularaq vəfat etmişdir. Həmin faktla bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılaraq cinayət işi başlanılmışdır. Həmin vaxt təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şamil adlı şəxs vəfat etdiyi üçün işin icraatına xitam verilmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq özünü Əmlak komitəsinin Zaqatala rayonu üzrə baş məsləhətçisi kimi təqdim etmiş və bildirmişdir ki, “Şahid2 zəhmət olmasa, şəhər icra nümayəndəliyinin binasına yaxınlaşın. Mənim xidməti otağım burada yerləşir. Mənə Əmlak Komitəsindən tapşırıq verilib ki, sizə köməklik məqsədi ilə torpaq ayrılmasını təmin edim”. O da Təqsirləndirilən şəxs dəvəti ilə onun 4-cü mərtəbədə yerləşən xidməti otağına getmiş, söhbət əsnasında Təqsirləndirilən şəxs telefon danışıqları zamanı dediklərini bir daha təsdiq edərək bildirmişdir ki, Əmlak Komitəsindən bu işə onu məsul şəxs kimi təyin etmişlər. O, Təqsirləndirilən şəxs ona ev və tikinti aparılması üçün torpaq ayrılmasına köməklik etməsini xahiş etmişdir. Sonuncu hazırda əlində 3-4 torpaq sahəsi olduğunu, heç bir problemin olmadığını, həmin torpaq sahələrini onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla tanışlığı belə yaranmışdır. Həmin vaxta qədər onunla heç bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs ona Zaqatala şəhəri, F.Əmirov küçəsi, Azərbaycan prospekti, Aşağı Tala kəndi, Yuxarı Tala kəndində Küləkli adlanan ərazidə, Muxax yolu yaxınlığında yerləşən torpaq sahələrini təklif etmiş, lakin həmin torpaq sahələrinin sənədləşdirilməsi üçün rüsumların ödənilməsini bildirmişdir. O da Təqsirləndirilən şəxsla razılaşmışdır. Təqsirləndirilən şəxsla danışıqlar zamanı hər dəfə o, işlərin qaydasında getdiyini, heç bir problem olmadığını, bu işlərin vaxt aldığını demişdir. Digər torpaq sahələrinin sənədləşdirilməsi üçün rüsumların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan prospektində yerləşən torpaq sahəsini satmaq qərarına gəlmiş, sonradan problem yaşamaması üçün Təqsirləndirilən şəxsla dəqiq xatırlamadığı vaxtda bir daha əlaqə saxlayaraq həmin ərazidə yerləşən torpaq sahəsinin sənədləşməsində problem olub-olmadığını maraqlanmış, sonuncu təkrarən ona narahat olmamasını, heç bir problemin olmayacağını demişdir. O da həmin torpaq sahəsini satmaq üçün torpağın qonşuluğunda yerləşən mülkiyyətçilərlə maraqlanmağa başlamış və torpaq sahəsinə bitişik Şahid1 torpaq sahəsinin olmasını müəyyən etmişdir. Sonuncunu rayon sakini kimi tanımış, normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya narazılıq olmamışdır. Şahid1 ilə əlaqə saxlayaraq Azərbaycan prospektində ona kompensasiya kimi torpaq sahəsi veriləcəyini, torpaq sahəsinin sənədləşmə işlərinin görülməsi üçün müəyyən xərc tələb olunduğunu, lakin pulu olmadığına görə həmin torpaq sahəsini 50000 manata satmaq istədiyini bildirmiş və sonuncuya torpağın sənədləşməsinə tələb olunan xərcləri çəkməsini, razılaşdıqları məbləğdən həmin pulu çıxıb yerdə qalan məbləği verməsini təklif etmiş, Şahid1 də onun bu təklifi ilə razılaşmışdır. Sonuncu ona Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin Zaqatala rayonu üzrə nümayəndəsi Təqsirləndirilən şəxs tanımadığını bildirərək birlikdə həmin şəxslə görüşməyi təklif etmişdir. Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yanına getmiş, Təqsirləndirilən şəxs qəbulunda olan zaman sonuncu həqiqətən ona torpaq sahəsini ayrıldığını bildirmişdir. Şahid1 həmin vaxt Təqsirləndirilən şəxs həmin torpaq sahələrinin Bayram və Teymur adlı şəxslərə məxsus olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ona Teymurun heç bir sənədinin olmadığını, həmin torpaq sahəsinin Kadastr xəritəsində boş sahə kimi göründüyünü, sonuncunun sənədinin heç bir əsasının olmadığını, Bayramın isə həmin torpaq sahəsində qeyri-yaşayış binasının olduğunu, binanın uçduğunu, yalnız divarlarının qaldığını, sonuncunun da sənədinin qanunsuz olduğunu, Bayramla razılaşacağını, sonuncunun həmin yerdən çıxacağını söyləmişdir. Nəticədə Şahid1 2022-ci ilin noyabr ayının sonundan etibarən Təqsirləndirilən şəxs sənədləşmə işləri üçün pul verməyə başlamışdır. Şahid1 hər dəfə Təqsirləndirilən şəxs pul verdikdə votsap mobil tətbiqində ona məlumat vermişdir. Şahid1 mesajlarında Təqsirləndirilən şəxs pul verdikdə “sənə verdim” yazmışdır. Çünki ümumi razılaşmaya görə xərcləri özü çəkmiş və həmin məbləğ 50000 manatdan çıxılmışdır. Bununla da sənədləşmə işlərinə çəkilən xərclərdən məlumatı olmuşdur. Şahid1 pulu Təqsirləndirilən şəxs özü vermiş, sadəcə bir dəfə Şahid1 Nurlan adlı şəxs vasitəsilə 3000 manat ona pul göndərmiş, o da sonuncudan həmin pulu Zaqatala şəhəri Meydan adlanan ərazidə götürüb həmin gün Təqsirləndirilən şəxs sonuncunun xidməti otağında təqdim etmişdir. Sonuncu dəfə Şahid1 7000 manat pulu 04 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs xidməti otağında vermişdir. Həmin vaxt o, orada olmasa da, Şahid1 bu barədə “Whatsapp” mobil tətbiqində ona mesaj yazaraq məlumat vermişdir. Təqsirləndirilən şəxs 7000 manat pul götürən zaman Şahid1 Zaqatala RİH başçısı tərəfindən Xidmətə göndərilmiş 31 avqust 2023-cü il tarixli 8/887 nömrəli məktubun surətini göstərmişdir. Həmin hadisədən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs qeyd olunan sənədin surətinin şəklini çəkərək “Whatsapp” mobil tətbiqində ona göndərmişdir. Lakin dəqiq tarix barədə məlumatı yoxdur. O isə “Whatsapp” mobil tətbiqində həmin məktubu screenshot edib Şahid1 göndərmişdir. Təqsirləndirilən şəxs sənədləri yubatdığını görüb dəfələrlə onun qəbulunda olmuşdur. Bu qəbulların birində həyat yoldaşı da iştirak etmişdir. Hər dəfəsində Təqsirləndirilən şəxs işlərin qaydasında olmasını bildirmişdir. Hətta Təqsirləndirilən şəxs öz fikrini dəstəkləmək üçün Zaqatala RİHB-nin adından Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış məktubun şəklini ona göndərmişdir. O da həmin şəkili “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Şahid1 yollamışdır. Lakin Təqsirləndirilən şəxs Şahid1 pul almasına baxmayaraq sənədləri hazırlayıb təqdim etmədiyinə görə Şahid1 ondan şikayət etmişdir. Şahid1 öz şəxsi ehtiyacları üçün ayrı-ayrı vaxtlarda şəxsən 3000 manat pul almışdır. Bundan başqa, aralarında olan razılaşmaya əsasən Şahid1 torpağın özəlləşdirilməsi ilə bağlı əvvəlcədən nə qədər pul ödəsə, ümumi razılaşdıqları 50000 manatdan çıxılacağı üçün Şahid1 Təqsirləndirilən şəxs verdiyi məbləğdən ayrı-ayrı vaxtlarda sonuncudan 4000 manat məbləğində də pul götürmüş, lakin həmin pul barədə Şahid1 öncədən heç bir söz deməmişdir. Sonradan Təqsirləndirilən şəxs onları aldatmasını bildiyi üçün Şahid1 ilə söhbət etmiş, sonuncuya 7000 manat borclu olduğunu bildirib pulu özünə geri qaytarmışdır. Şahid2 ifadəsinə davam edərək göstərmişdir ki, daha sonra Bayram həmin yeri başqa şəxə satdığı üçün qəzəblənmiş və Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Belə ki, Təqsirləndirilən şəxs əvvəlcədən Bayrama vermək üçün Şahid1 3000 manat pul götürmüşdür. İstintaqa təqdim edilmiş səs yazılarında adı keçən Nazim adlı şəxs Azərbaycan Respublikası Prezident Adminstrasiyasında işləyir. O dəfələrlə Prezident Adminstrasiyasına müraciətlər ünvanlamış, bu məsələ ilə bağlı bir dəfə Kərəm Həsənovun qəbulunda olmuşdur. Müsbət nəticə əldə olunmadığı üçün dəfələrlə *1111 qaynar xətt mərkəzinə zəng edib Nazim adlı şəxsə Təqsirləndirilən şəxs şikayət etmişdir. Nazim adlı şəxs bir neçə dəfə ona səbirli olmağını, Təqsirləndirilən şəxs sənədi hazır edəcəyini və vaxt tələb olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təkcə onu deyil, Nazim adlı həmin şəxsi də aldadaraq ona yalan məlumat vermişdir. Danışıqlarda adının qeyd olunduğu Əziz adlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətində şöbə müdiridir. O, Əziz adlı həmin şəxslə bir dəfə telefonla danışmış, sonuncuya Təqsirləndirilən şəxs dediyi sözü demişdir. Yəni sənədinin hazır olduğunu, lakin sənədi götürə bilmədiyini bildirmiş, Əziz ona təyinatla Xankəndiyə göndərildiyini, məlumat verə bilməyəcəyini, qaynar xəttə zəng edib məlumat almağını söyləmişdir. Nə Nazim, nə də ki Əziz ona sənədin mövcud olmasını bildirməmişlər. Danışqlarda adını qeyd olunduğu Telman Bayramın atası, yəni birinci qeyri-yaşayış obyektin sahibi, İsmayıl Bayramdan notarial qaydada alqı-satqı edib qeyri-yaşayış obyektini alan şəxsdir. Ağdamlı Elşad isə onun yaxınıdır. Bayramın həmin obyekti İsmayıla satmasını Əziz ona söyləmiş, onun xahişi ilə Ağdamlı Elşad maraqlanıb Əzizin ona dediklərini təsdiq etmişdir. Sərvər isə digər torpaq sahəsinin sahibidir. 278 kv m2 sahədən 60 kv m2 Bayrama, 2,18 kv m2 isə Sərvərə məxsusdur. Danışqlarda həmin şəxslərin adı bununla bağlı qeyd olunur. Təqsirləndirilən şəxs Azərbaycan prospektində yerləşən torpaq sahəsini adına özəlləşdirmə ilə bağlı heç bir tədbir görməmiş, heç bir addım atmamış, sadəcə saxta sənədlər tətib etmək, səlahiyyətli şəxslərin adından istifadə etməklə Şahid1 pulunu ələ keçirib vaxt qazanmışdır. Təqsirləndirilən şəxs Şahid1 ilk dəfə 3000 manat pulu götürən zaman ona verdiyi vədə əməl etməmiş, yəni Bayrama həmin pulu verməmiş və onun notarial qaydada torpaq sahəsindəki obyekti ilə bağlı yazılı formada razılığını almamışdır. Təsadüfi deyil ki, Bayram adlı şəxs və onun oğlu X5 Kərimovu tanımadıqlarını bildirmişlər. Şahid2 istintaqa sənədlər təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs əməlləri bununla da bitmir. Təqsirləndirilən şəxs onu inandırmaq üçün saxta müqavilələr və torpaq sahəsinə dair sənədlər hazır edib təqdim etmişdir. Sonradan məlum olmuşdur ki, həmin sənədlərin hamısı saxtadır. Həmin sənədləri ona Təqsirləndirilən şəxs xidməti otağında əlbəəl vermişdir. Hətta bir neçə sənədi mobil telefonuna “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərmişdir. Sənədlərin əsli özündə yoxdur. Mobil telefonu format olunduğu üçün uzun müddət əvvəl telefonunu satmışdır. Hazırda istifadəsində başqa mobil telefon vardır. Təqsirləndirilən şəxs həmin sənədləri ona hansı tarixdə təqdim etməsini dəqiq xatırlamır. Qeyd olunan daşınmaz əmlaklar ona kimsə tərəfindən verilməmişdir. Sadəcə Təqsirləndirilən şəxs həmin daşınmaz əmlakları bir neçə dəfə ona göstərmişdir. Lakin tarixləri dəqiq xatırlamır. Təqsirləndirilən şəxs qeyd etdiyi daşınmaz əmlaklardan başqa ona heç bir daşınmaz əmlak göstərməmişdir. Qeyd etdiyi hər iki daşınmaz əmlak ayrı-ayrı şəxslərə məxsusdur. Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən dövlət torpağının üzərində Şahid3 aid qeyri-yaşayış tikilisi olmuş, daha sonra başqa şəxsə alqı-satqı edilməklə satılmışdır. Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən torpaq sahəsi isə Qəmər adlı şəxsin xüsusi mülkiyyətindədir. Təqsirləndirilən şəxs Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən dövlət torpağının üzərində Şahid3 məxsus qeyriyaşayış obyektinin və Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən torpağın Qəmər adlı şəxsin xüsusi mülkiyyətində olduğunu bildiyi halda həmin yerləri ona göstərmişdir. Hətta ona Zaqatala şəhəri, Faiq əmirov küçəsində yerləşən qeyd etdiyi torpaq sahəsi ilə bağlı 56000 manatlıq hesab fakturasının şəklini çəkib göndərmişdir. Sadəcə həmin sənədin əsli özündə yoxdur. Mobil telefonu format olunmuş və telefonu başqa şəxsə satılmışdır. Təqsirləndirilən şəxs məqsədi onu aldatmaq olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 91b ünvanında yerləşən Zaqatala Rayon İcra Hakimiyyətinin balansındakı torpaq sahəsində ona məxsus 46 m2 qeyri-yaşayış obyekti vardır. Həmin qeyri-yaşayış obyekti 1987-ci ildən 2015-ci ilədək çorək sexi kimi fəaliyyət göstərmiş, 2015-ci ildə həmin sexi sökərək təmir etmək istəsə də, maddi durumu ilə əlaqədar həmin qeyri-yaşayış obyektini təmir edə bilməmişdir. Hal-hazırda həmin qeyri-yaşayış obyektinin damı sökülmüşdür və yalnız divarları qalmışdır. Ona məxsus qeyri-yaşayış obyekti istifadəyə yararsızdır. Həmin torpaq sahəsində çörək sexini 1987-ci ildə mərhum atası X3 tikmiş, həmin müddətdən sonra ailəsinin istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 ümumiyyətlə tanımır və həmin şəxslərlə heç vaxt üzbəüz gəlməmiş və aralarında hər hansı bir söhbət olmamışdır. Şahid2 isə Zaqatala şəhərində məskunlaşmış məcburi köçkün kimi tanımışdır. Təxminən bir il bundan əvvəl oğlu Şahid4 ailəsinə məxsus Azərbaycan prospektində yerləşən qeyri-yaşayış obyektinə baxış keçirən zaman tanımadığı bir qadın oğluna “sən kimsən bu əraziyə baxırsan, buranın sahibi var, Layla adlı xanım, bu torpaq sahəsini özəlləşdirmişdir” deyərək oğlu Emini ərazidən uzaqlaşdırmaq istəmiş, sonuncu torpaq sahəsinin üzərində olan istifadəyə yararsız qeyriyaşayış obyektinin ailəsinə məxsus olduğunu bildirərək ərazini tərk etmişdir. Daha sonra bu barədə ona məlumat vermiş, arvadı Şahid2 mobil nömrəsini taparaq özünə zəng etmiş, qeyd olunan ərazidə yerləşən qeyri-yaşayış obyektinin onlara məxsus olduğunu və obyektin sənədinin olduğunu söyləmişdir. Şahid2 telefon danışığı zamanı özünü itirərək heç bir söz deməmiş və qısa müddət sonra əlaqə saxlayacağını bildirərək telefon danışığını yekunlaşdırmışdır. Bundan sonra Şahid2 onlara zəng etməmiş və məsələ ilə bağlı yaşadıqları ünvana gəlməmişdir. Onlara məxsus qeyri-yaşayış sahəsində yerləşən torpaq sahəsinin kiminsə adına özəlləşdirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır, bu məsələ ilə bağlı sonuncu ona müraciət etməmişdir. Zaqatala şəhəri, Azərbaycan prospekti 91b ünvanında yerləşən Zaqatala Rayon İcra Hakimiyyətinin balansındakı torpaq sahəsində ona məxsus 46 m2 qeyriyaşayış obyektinin yaxınlığında Şahid2 məxsus hər hansı bir torpaq sahəsi yoxdur. Əvvəllər də belə bir torpaq sahəsi olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin yay aylarında Zaqatala şəhəri ərazisində “Bayraq meydanı” adlanan ərazidə öncədən şəhər sakini kimi tanıdığı Şahid1 ilə rastlaşmış, bir-birilərindən hal-əhval tutduqdan sonra sonuncu Zaqatala şəhəri, Azərbaycan prospekti 91b ünvanında yerləşən qeyri-yaşayış obyektinin onun ailəsinə məxsus olub-olmamasını soruşmuşdur. Şahid4 isə ona həmin obyektin onlara məxsus olduğunu, obyekti mərhum babasının tikdiyini, həmin obyekti maddi durumları ilə əlaqədar satmaq fikirlərinin olduğunu söyləmişdir. Həmçinin, Şahid1 bir müddət əvvəl həmin obyektin sonuncunun adına sənədləşdirilməsi ilə bağlı yaxın ətrafından məlumat aldığını, lakin əllərində sənəd olduğu üçün bu məlumata inanmadığını bildirmişdir. Həmin vaxt Şahid1 çox pis vəziyyətə düşdüyünü anlamış və nə baş verdiyini soruşmuşdur. Sonuncu isə ona “Təqsirləndirilən şəxs tanıyırsanmı?” sualını ünvanlamışdır. O, həmin şəxsi tanımadığı üçün Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Şahid1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin obyekti onun adına sənədləşdirmək adı ilə 30- 35 min manat pul almışdır. O, Şahid1 dərhal avtomobilində olan obyektin sənədlərini göstərmişdir. Şahid1 həmin vaxt daha da pis vəziyyətə düşmüş, sonuncu Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsini anlamışdır. Şahid1 Təqsirləndirilən şəxsla söhbət edib pulunu geri almasını, verməyəcəyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət etməsini məsləhət görmüşdür. Şahid1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs guya Şahid3 3000 manat pul verəcəyini, sonuncunun həmin obyekti təhvil verəcəyini, onlara başqa yerdən torpaq ayıracağını söyləmişdir. Şahid1 Təqsirləndirilən şəxs mobil nömrəsini götürüb sonuncuya zəng etmiş, telefon danışığı zamanı Təqsirləndirilən şəxs onlara məxsus obyekti hansı əsasla Şahid1 satmaq istəməsini soruşub bu məsələyə aydınlıq gətirməsini tələb etmişdir. Təqsirləndirilən şəxs hal-hazırda səhhətində ciddi problemlər olduğunu bildirib növbəti gün görüşməyi təklif etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, növbəti gün onunla əlaqə saxlayıb görüşəcəkdir. O və Şahid1 telefon danışığından Təqsirləndirilən şəxs Şahid1 yalan danışdığını anlamışlar. Bundan sonra Şahid1 ilə sağollaşıb oradan uzaqlaşmışdır. Növbəti gün Təqsirləndirilən şəxs ona zəng etməmişdir. Həmçinin həmin telefon danışığından sonra Təqsirləndirilən şəxs onunla görüşməmişdir. Belə olan halda 3-4 gün sonra o, yenidən Təqsirləndirilən şəxs zəng etmişdir. Lakin Təqsirləndirilən şəxs onun zənginə cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng etməmiş və aralarında görüş baş tutmamışdır. Şahid1 ilə bundan başqa hər hansı bir görüşü və ya telefon danışığı olmamışdır. Şahid2 mərhum Qulu İbişovun qızı kimi tanımışdır. Şahid2 atası bazarda qəssab olmuşdur. Lakin Şahid2 ilə bu barədə heç bir söhbəti olmamışdır. Dəqiq xatırlamadığı tarixdə obyektlərinin yanında olan zaman tanımadığı bir nəfər qadın ona obyektə hansı səbəblə baxdığını soruşmuş və həmin obyektin yiyəsinin olduğunu bildirmişdir. O, həmin şəxsə obyektin özlərinə məxsus olduğunu söyləyib evə gəlmişdir. Ailə üzvləri bundan xəbər tutduqdan sonra anası məsələni araşdırmış və həmin şəxsin Şahid2 nəzərdə tutmasını müəyyən etdiyindən Şahid2 zəng etmiş, sonuncu telefon danışığı zamanı anasına heç bir söz deməmiş, sadəcə onlarla təkrar əlaqə saxlayacağını bildirmişdir. Lakin Şahid2 anasına zəng etməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin sabiq baş məsləhətçisi Təqsirləndirilən şəxs vətəndaş Şahid2 sonuncuya kompensasiya ödənişi kimi verilmiş Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən torpaq sahəsinin özəlləşdirilərək Şahid1 verilməsi üçün sonuncunun 32000 manat pulunu almasına baxmayaraq verdiyi vədə əməl etməməsi illə bağlı ətraflı məlumatı yoxdur. Məsələdən Şahid1 ilə görüşən zaman xəbər tutmuşdur. Lakin həmin görüşdən bir müddət əvvəl bu barədə ona qısa məlumat verilmiş, lakin o, inanmadığı üçün əhəmiyyət verməmişdir. Şahid2 kompensasiya ödənişi kimi verilmiş Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən torpaq sahəsinin özəlləşdirilərək Şahid1 satılması ilə bağlı Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 arasında gedən danışıqlardan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. Bu məsələ ilə bağlı həmin şəxs ona və ya atasına müraciət etməmişdir. Zaqatala şəhəri, Azərbaycan prospekti 91b ünvanında yerləşən Zaqatala Rayon İcra Hakimiyyətinin balansındakı torpaq sahəsində atasına məxsus 46 m2 qeyriyaşayış obyektinin yaxınlığında Şahid2 məxsus hər hansı bir torpaq sahəsi yoxdur. Əvvəllər də belə bir torpaq sahəsi olmamışdır. Həmin obtekti maddi durumları ilə əlaqədar təxminən 2024-cü ilin yay aylarında satmışlar. Atası Şahid3 ona etibarnamə vermişdir. Obyekt notarial qaydada Zaqatala şəhər sakini İsmayıl adlı şəxsə satılmışdır. Alqı-satqıda özü iştirak etmişdir. Qarşılığında İsmayıl adlı şəxs onlara torpaq vermişdir. Həmin obyektə DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsində atası və nənəsinin adına çıxarış götürülmüş, atasının verdiyi etibarnamə əsasında notarial qaydada satılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 Hədis oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 17 dekabr 2023-cü il tarixdə Zaqatala şəhəri, Azərbaycan prospekti 91b ünvanında yerləşən və 0,006 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 46 kv/m olan qeyri-yaşayış binasını Şahid4 ilə alqı-satqı edərək həmin əmlakı almışdır. Həmin qeyri-yaşayış obyekti Şahid4 nənəsi X1 və atası Şahid3 məxsus olmuşdur. Həmin əmlakın onların xüsusi mülkiyyətində olmasına dair xx.xx.2012-ci il tarixli çıxarışları olmuşdur. Həmin şəxslər tərəfindən alqı-satqı edilməsi üçün Şahid4 etibarnamə verilmiş və aralarında notarial qaydada alqı-satqı olmuşdur. Həmin qeyri-yaşayış obyektinin əvəzində Şahid4 özünə məxsus torpaq sahəsi vermişdir. O, həmin qeyri-yaşayış obyektini aldıqdan bir müddət sonra Şahid2 ona zəng edərək həmin obyekti necə almağını və sənədinin olub-olmamasını soruşmuşdur. O isə Şahid2 həmin qeyri-yaşayış obyektini qanuni şəkildə aldığını, alqı-satqını Şahid3 oğlu Şahid4la etdiyini, həmin obyektin Şahid4 atası Şahid3 və nənəsi Mesed Qaziyevaya məxsus olduğunu söyləmişdir. Daha sonra həmin qeyri-yaşayış obyektinin sənədlərinin şəklini çəkib Şahid2 göndərmişdir. Şahid2 bundan sonra ondan üzrxahlıq etmiş və telefon danışıqları bitmişdir. Bundan başqa Şahid2 ilə nə üzbəüz görüşləri, nə də ki, telefon danışıqları olmamışdır. O, Şahid2 Zaqatala şəhər sakini kimi tanımışdır. Şahid2 bazarda qəssab işləyən mərhum Qulu İbişovun qızıdır. Şahid1 də Zaqatala şəhər sakini kimi tanımışdır. Lakin bu məsələ ilə bağlı onunla aralarında heç bir danışıq olmamışdır. Şahid2 ilə aralarında olan telefon danışığı zamanı ona Əmlak Xidmətinin Şəki Ərazi Şöbəsinin işçisi Təqsirləndirilən şəxs həmin obyekti onun adına sənədləşdirməyə söz verdiyini və bu səbəblə Şahid1 pul götürdüyünü söylədiyi üçün Təqsirləndirilən şəxs zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. O, Təqsirləndirilən şəxs öncədən Əmlak Xidmətinin işçisi kimi tanımışdır. Aralarında heç bir yaxın münasibət olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 2023-cü ilin iyul ayından Əmlak Məsələləri Dövlət Xidməti Şəki Ərazi Şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun müdiri vəzifəsinin icrası ona həvalə edilmiş, 01 aprel 2024-cü il tarixdən isə həmin vəzifəyə təyin edilmişdir. Eyni zamanda hazırda Xidmətin Şəki Ərazi Şöbəsinin müdiri vəzifəsini icra edir. Ümumiyyətlə Təqsirləndirilən şəxs Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi kimi vəzifələrinə müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının idarə edilməsi və onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, dövlət əmlakı barəsində sərəncam verilməsi, dövlət əmlakının və onun barəsində bağlanılan əqdlərin qeydiyyatının aparılması sahəsində Xidmətin funksiyalarının icrası məqsədi ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına, dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən daşınmaz dövlət əmlakının icarəyə verilməsi barədə təkliflər verilməsi, icarə müqavilələrinin şərtlərinə riayət olunmasına, icarəyə verilmiş əmlakdan səmərəli və təyinatına uyğun istifadə edilməsinə nəzarət edilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının inventarlaşdırılması və qiymətləndirilməsinin təşkilində iştirak etmək, müvafiq sənədlərin və məlumatların Xidmətə təqdim edilməsini təmin etmək, müvafiq ərazi daxilində yerləşən özəlləşdiriləcək dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması, sağlamlaşdırılması və özəlləşdirilmədən sonra dəstəklənməsi istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək, sektora daxil olan məktub və müraciətlərə baxmaq və cavabları hazırlamaq, Əmək intizamına və Xidmətin müvafiq əmləri ilə təsdiq edilmiş müəssisədaxili intizam qaydalarına riayət etmək, xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyi və sektor müdirinin tapşırıqlarını yerinə yetirmək aiddir. Hər hansı şəxsin adına torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs sadəcə ilkin sənədləri, yəni həmin əmlakın hüquq müəyyən edici sənədlərini hazırlayır, torpağa ilkin baxış keçirib onun şəkillərini çəkir, torplanmış materialı isə təsdiq olunması üçün Şəki ərazi şöbəsinə təqdim edir. Vətəndaş müraciəti yazılı və ya şifahi qaydada ola bilər. Rəsmi müraciət daxil olduqda Təqsirləndirilən şəxs tərəfindən əraziyə baxış keçirilir, həmin əmlakla bağlı tam araşdırma aparılır. Qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi mümkündürsə, yəni obyektin balans sahibinin razılığı əsasında həmin əmlakın baş planı daşınmaz əmlakın reyestri xidmətinə sifariş verilir. Bundan sonra obyektin icarəyə verilməsi və ya özəlləşdirilməsi üçün sənədlər paketi hazırlanır və ekspertiza olunması üçün ƏMDX-nin Şəki ərazi şöbəsinə təqdim edilir. Sənədlər paketinə vətəndaşın ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, baxış aktı, sənədlərin adlı siyahısı, qeyd vərəqi, balans sahibinin razılıq məktubu, baş plan, obyektin şəkilləri və ortofotosu aiddir. Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən torpaq sahəsinin icarəyə verilməsi məqsədilə baş planının hazırlanması üçün sabiq müdir İqbal İlyasov tərəfindən 2022-ci ilin dekabr ayında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” PHŞ-nin 18 saylı Zaqatala ərazi dairəsinə məktub ünvanlanmışdır. Məktubun nəticəsi barədə Şəki ərazi bölməsində heç bir məlumat yoxdur. Qeyd olunan torpaq sahəsi hazırda cinayət işi üzrə mübahisələndirilən torpaq sahəsidir. Bundan başqa, o Şəki ərazi bölməsinin müdiri vəzifəsində işlədiyi müddətdə də, yəni 2024-cü ilin may ayında Zaqatala şəhəri, Azərbaycan prospekti ünvanında Şahid1 mülkiyyətində olan qeyri-yaşayış binasının torpaq sahəsinə bitişik, istifadəsindəki torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə baş planının hazırlanması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” PHŞ-nin 18 saylı Zaqatala ərazi dairəsinə məktub ünvanlamışdır. Qeyd olunan məktub əsasında reyestr xidməti tərəfindən sorğu edilmiş baş plan hazırlanmışdır. Həmin baş planı reystr xidmətindən sorğu əsasında əldə etmək mümkündür. Həmin baş plana əsasən torpaq sahəsinin icarəyə verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Çünki Şahid1 mülkiyyətində olan qeyri-yaşayış binasının torpaq sahəsinə bitişik ərazidə iki nəfər şəxsin xüsusi mülkiyyəti aşkarlanmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs Şahid2 və ya Şahid1 aldatması, onların pulunu ələ keçirməsi barədə onun əvvəllər heç bir məlumatı olmamışdır. Həmin torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ona şifahi qaydada Şahid1 tərəfindən müraciət olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs şifahi məlumatı əsasında həmin məktub onun tərəfindən hazırlanmışdır. Vətəndaş müvafiq rayonda xidmət aparan Ərazi şöbəsinin əməkdaşlarına şifahi müraciət edir, bunun əsasında da həmin torpaq sahəsinin icarəyə verilməsinin məqsədə uyğunluğunu müəyyən etmək üçün ilk öncə torpağın baş planının hazırlanması işləri aparılır. Baş plan hazırlandıqdan sonra həmin torpaq sahəsinin ölçüsü, eləcə də orada xüsusi mülkiyyətin olub-olmaması, işıq, qaz və digər kommunikasiya xətlərinin yerləşdiyi ərazidən keçib-keçməməsi, yəni torpağın icarəyə verilməsinin məqsədə uyğunluğu müəyyən edilir. Bu proseslərdən sonra isə vətəndaşdan rəsmi qaydada ərizə alınır və sənədləşmə işlərinə başlanılır. Yəni baş plan olmadığı zaman onlar vətəndaşın müraciətinin qanuni və ya qanunsuz olduğunu dəqiq bilmirlər. Bunu dəqiqləşdirdikdən sonra rəsmi sənədləşmə işləri başlanılır. Eləcə də sözügedən vəziyyətdə Şahid1 Zaqatala rayonunda fəaliyyət göstərən baş məsləhətçi Təqsirləndirilən şəxs şifahi qaydada müraciət etmiş, nəticədə tərəfindən baş planın hazırlanması üçün sorğu ünvanlanmışdır. 2023-cü ilin sentyabr ayında Şahid2 ona zəng edərək Zaqatala şəhəri, Azərbaycan prospektində olan dövlət əmlakının onun adına özəlləşdirilməsinə aid olan sənədlərin Xidmətin Şəki Ərazi Şöbəsinə daxil olub-olmamasını soruşmuşdur. O isə həmin vaxt sistem üzərindən axtarış vermiş və müəyyən etmişdir ki, Şahid2 barəsində hər hansı bir sənədləşmə prosesi aparılmamışdır. Dərhal bu barədə Şahid2 məlumat vermişdir. Şahid2 həmin məsələ ilə bağlı Şəki Ərazi Şöbəsində rəhbəri olduğu sektorun baş məsləhətçisi Təqsirləndirilən şəxs ona söz verdiyini, sənədlərin düzəlmək üzrə olduğunu söyləmişdir. O isə Təqsirləndirilən şəxs ona bu barədə bir söz demədiyini, eyni zamanda Təqsirləndirilən şəxs dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ilkin sənədləşmə işlərini aparmaqdan başqa heç bir səlahiyyətinin, eləcə də dövlət əmlakının özəlləşdirməklə bağlı sənədləşməni birbaşa Xidmətə göndərmək səalhiyyətinin olmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla telefonla danışmış, Şahid2 ona zəng edərək adına Şəki Ərazi Şöbəsinə sənəd daxil olub-olmamasını maraqlandığını bildirmişdir. Təqsirləndirilən şəxs ona narahat olmamağı, bu məsələni özünün həll edəcəyini bildirmiş, ona görə də o, bu məsələyə qarışmamışdır. Daha sonra Şahid2 bir neçə dəfə ona zəng edərək yenidən onun adına Xidmətdən sənəd daxil olub-olmamasını soruşmuş, o isə Şahid2 Şəki Ərazi Şöbəsində onun adına heç bir sənədin olmadığını, Xidmətin özünə müraciət etməsini söyləmişdir. Tutduğu vəzifəyə əsasən hər hansı şəxsin adına torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs sadəcə ilkin sənədləri, yəni həmin əmlakın hüquq müəyyən edici sənədlərini hazırlayır, torpağa ilkin baxış keçirib onun şəkillərini çəkir, toplanmış materialı isə təsdiq olunması üçün Şəki ərazi şöbəsinə təqdim edir. Yəni Təqsirləndirilən şəxs tutduğu vəzifəyə uyğun olaraq müraciətlərə ilkin baxmaq səlahiyyəti olmuşdur. Bundan sonra isə toplanmış materiallar Şəki ərazi bölməsinin rəhbərliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilir. Toplanmış sənədlər xidmətin aidiyyəti şöbərində ekspertiza olunduqdan sonra Xidmət rəhbəri tərəfindən yekun qərar qəbul edilir. Yəni ya müsbət qərar qəbul olunaraq topağın icarəyə və ya özəlləşdirilməyə verilməsi təmin olunur, ya da müraciətdən imtina edilir, yəni təmin edilmir. Təqsirləndirilən şəxs uzun müddət əmlak xidməti üzrə işlədiyi üçün o, toplanmış hansı sənədlərə əsasən müsbət qərar qəbul olunacağını əvvəlcədən bilmişdir. Çünki əmlak xidməti üzrə xüsusi təcrübəsi, xüsusi biliyi və potensialı olmuşdur. İş qabiliyyəti yüksək səviyyədə olmuşdur. Vətəndaş müraciəti ilə bağlı topladığı ilkin paketin aqibətini əvvəlcədən görə bilmişdir. Təqsirləndirilən şəxs iş təcrübəsi, biliyi və potensialı kifayət qədər yüksək olduğu üçün onun topladığı ilkin sənədlər adətən xidmət tərəfindən nəzərə alınmış və müsbət qərar qəbul olunmuşdur. Onlarda olan kadastr məlumat bazasında həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilkin vətəndaş müraciəti zamanı həmin torpaq sahəsinin üzərində xüsusi mülkiyyətin olmasını görməməsi mümkündür. Sadəcə reyestr xidmətinə ünvanlanmış sorğu əsasında baş plan hazırlandıqdan sonra həmin torpaq sahəsində xüsusi mülkiyyətin olmasını müəyyən edə bilərdi. 31 avqust 2023-cü il tarixli 8/887 nömrəli məktub Şahid2 qeyd olunan ərazidə torpağın sonuncuya icarəyə verilməsi üçün heç bir hüquq vermir. Çünki həmin ərazidə Şahid2 məxsus qeyri-yaşayış binası yoxdur və torpaq onun istifadəsində deyildir. Həmin torpağın üzərində Şahid2 məxsus qeyri-yaşayış binası mövcud olacağı və torpaq sahəsinin uzun müddət Şahid2 istifadəsində olacağı təqdirdə qeyd olunan məktubun Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə yazılması zəruridir və Şahid2 həmin torpaq sahəsindən istifadə etməklə bağlı icarə hüququ verə bilərdi. Məktubda qeyd olunan Zaqatala şəhəri Azərbaycan prospekti ünvanında yerləşən torpaq sahəsində Şahid2 məxsus qeyri-yaşayış binası olmadığı üçün həmin məktubun Əmlak Məsələri Dövlət Xidmətinə ünvanlanmasının heç bir hüquqi əhəmiyyəti yoxdur və Şahid2 qeyd olunan torpaq sahəsi üzərində heç bir hüquq vermir. Həmin məktub mövcud qanunvericiliyə əsasən dövlət torpağını özəlləşdirilməsi və icarəyə verilməsi üçün tələb olunan sənədlər siyahısında yoxdur. Yəni həmin məktub torpağın özəlləşdirilməsi və ya icarəyə verilməsi zamanı Şahid2 münasibətdə əhəmiyyətsiz bir məktubdur, əgər Şahid2 torpaq sahəsi özəlləşdirilməsi və ya icarəyə verilməsi ilə bağlı sənədlər paketi Əmlak Məsələləri Dövlət Xidmətinə göndəriləcəyi təqdirdə, qeyd olunan məzmunda heç bir məktub sənədlər paketinə əlavə edilməyəcəkdi. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “Torpaq icarəsi haqqında” Qanunlarda tələb olunan sənədlər siyahısında qeyd olunan məzmunda məktub nəzərdə tutulmamış, yəni icra hakimiyyəti tərəfindən həmin məzmunda məktubun yazılması lüzumsuzdur. İş materiallarında olan CD diskə baxış keçirilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında və 20 yanvar 2025-ci il tarixli əlavə baxış keçirilməsi haqqında protokollardan görünür ki, təqdim edilmiş CD diskdə 4 ədəd audio fayl, 2 ədəd video fayl aşkar edilmişdir. “WhatsApp Audio 2024-08-08 at 15.40.28” başlıqlı səs yazısı 4 dəqiqə 5 saniyədir. Şahid1 bildirmişdir ki, həmin səs yazısı özü ilə Təqsirləndirilən şəxs arasında olan danışığı əks etdirir. Həmin vaxt Təqsirləndirilən şəxs 4000 manat pul vermişdir. “WhatsApp Video 2024-08-08 at 15.36.51” və “WhatsApp Video 2024-08-08 at 15.37.29” başlıqlı video görüntülərdə Təqsirləndirilən şəxs Şahid1 qarşısında küçədə aşkar halda pul sayması müşahidə edilir. Baxışda iştirak edən Şahid1 “WhatsApp Audio 2024-08-08 at 15.40.28” başlıqlı səs yazısının həmin video görüntülərə aid olmasını bildirmişdir. Video görüntü isə tanışı Nurlan tərəfindən qeydə alınmışdır. “WhatsApp Audio 2024-08-08 at 15.44.37” başlıqlı səs yazısı 17 dəqiqə 14 saniyədir. Həmin səs yazısı Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 arasında olan danışığı əks etdirir. Həmin daşıqlardan görünür ki, Leyla adına özəlləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsini əvvəlcə icarəyə götürməyə nail olmaq üçün Bakı şəhərinə getməyi planlaşdırır, bunun üçün Əzizdən “5-7” məbləğində pul istəyir, daha sonra Təqsirləndirilən şəxs da Şahid2 dəstəkləyərək Leylanın razılaşmağa gedəcəyini, torpağın 1 sotu üçün 3 min manat istədiklərini, Leylanın Bakı şəhərinə gedərək bu məbləği aşağı sala biləcəyini qeyd edir. Leyla da sotu 3 minə olan torpağı 1500-2000 manat aşağı sala biləcəyini bildirir. “WhatsApp Audio 2024-08-08 at 15.44.03” başlıqlı audio yazı 14 dəqiqə 02 saniyədən ibarətdir. Həmin səs yazısı Şahid1 və Təqsirləndirilən şəxs arasında torpaq sahəsinə dair çıxarışın əldə edilməsi üçün görülmüş və görüləcək işlər barədə baş tutmuş danışıqları əks etdirir. Həmin daşıqlardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs ilk öncə torpağın özəlləşdirilməsi ilə bağlı ümumi söhbətlər edir, torpağın sənədinin beşinci günə kimi Şəkiə şəhərinə gələcəyi və torpağın özəlləşdirilməsi ilə bağlı məsələnin sənəd əldə olunduqdan sonra həll olunacağı ilə bağlı müzakirələr aparırlar. Söhbət zamanı Şahid1 Təqsirləndirilən şəxs 7000 manat pul (2000 ABŞ dolları və 3600 manat) verir. Həmin səs yazısında cinayət işinin materiallarına əlavə edilmiş 31 avqust 2023-cü il tarixli 8/887 nömrəli məktub barədə də müzakirələr aparılır. Səs yazısında Təqsirləndirilən şəxs həmin məktubun 4 gün qabaq qeydiyyata alındığını, həmin sənədin əslinin xidmətə göndərildiyini, surətinin isə ona təqdim edildiyini, həmin sənədin surətinin şəklini çəkərək göndərdiyini bildirir. Göründüyü kimi onların arasındakı həmin söhbət 31 avqustdan 4 gün sonra, yəni 04 sentyabr tarixində baş tutmuş, yəni Şahid1 tərəfindən 7000 manat pul Təqsirləndirilən şəxs 4 sentyabr 2023-cü il tarixdə verilmiş, 31 avqust 2023-cü il tarixli 8/887 nömrəli məktubun surətinin şəkli isə Təqsirləndirilən şəxs tərəfindən göndərilmişdir. “WhatsApp Audio 2024-08-08 at 15.42.37” başlıqlı audio yazı 16 dəqiqə 45 saniyədən ibarət olmaqla Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və sonuncunun həyat yoldaşı olduğu bilinən Ramin adlı şəxsin arasında mübahisə predmeti olan torpaq sahəsinin sənədləşmə işlərinin alınmaması, Bayram adlı şəxsin öz obyektini alqı-satqı edib İsmayıl adlı şəxsə satması, lakin Təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən Bayramın razılığının alınmaması ilə əlaqədar aparılmış söhbətlər əks olunmuşdur. İş materiallarında olan CD diskə baxış keçirilməsi haqqında 21 noyabr 2024-cü il tarixli əşyaya (CD diskə) baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 araşdırmaya təqdim etdiyi CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, CD diskdə səs yazıları və fotoşəkillər mövcuddur. “WhatsApp Audio 2024-11-05 at 14.36.14” başlıqlı səs yazısı 2 dəqiqə 55 saniyədən ibarətdir. Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olan danışığı əks etdirir. Danışıqların məzmunundan göründüyü kimi Şahid1 Şahid2 1000 manat da pul verdiyini Təqsirləndirilən şəxs bildirir, ümumi verdiyi pulun məbləği 21000 manat olmuşdur. “WhatsApp Audio 2024-11-05 at 14.36.14~1” başlıqlı səs yazısı 7 saniyədən ibarətdir. Şahid1 bildirdi ki, həmin yazı Şahid2 “Votsap” mobil tətbiqi vasitəsilə göndərdiyi səs mesajıdır. Səs mesajı “Leyla bizim aramızda 34 min qaldıda mən sənə verəsi, 16 min vermiş oldum da sənə” məzmunundadır. “WhatsApp Audio 2024-11-05 at 14.36.15 (1)” başlıqlı səs yazısı 45 saniyədən ibarətdir. Şahid1 bildirdi ki, həmin yazı Şahid2 tərəfindən “WhatsApp” mobil tətbiqi vasitəsilə ona göndərilmiş səs mesajıdır. Səs mesajı “Axşamın xeyir sağol, Əziz sən necəsən? Şəkiyə çatmışdı, saat uje 6 idi. Nəsə gecikmişdi biraz Şəkidə idi. Dedi gəlib çatsam – gəlib onsuz nə edəcək qeydiyyata salmalıdır onu, olmağına. Dedi Şəkiyə çatmışam, narahat olma balamın ölmüşünə, nəvəmin ölmüşünə 28 sotun da məndədi, Əzizin sənədi də məndədi, Tala tərəfdə 5 hektar yerim var o da məndədi, Küləkli ilə üzbəüz də məndədi, bir də Muxax yolunun üstündə 6 sot var o da məndədir. Daha 50 dənə şey dedi. İndi zəng elədim adboy elədi nəsə, yol gəlir nədi Şəkidən. Saat 6 idi hələ çıxmamışdı Şəkidən. Elə bil Bakıdan gələndə ora sənədlər gətirir də ayırırlar Zaqatala, Qax, Balakən, Şəki” məzmunludur. “WhatsApp Audio 2024-11-05 at 14.36.15 (2)” başlıqlı səs yazısı 31 saniyədən ibarətdir. Şahid1 bildirdi ki, həmin yazı Şahid2 tərəfindən “WhatsApp” mobil tətbiqi vasitəsilə ona göndərilmiş səs mesajıdır. Səs mesajı “Axşamın xeyir Əziz sağol sən necəsən? Bu gün qaldı deyəndə gəlmədi o. Qaxdan qayıdıblar, gəlib Qaxdan qayıdıblar. İndi müdirdi də bunun üstündə. Sabah şey dedi ki, Mövsümgilində imzalanası sənədləri vardı yanındakı oğlan dedi. Sabahları özüm gedəcəm də mən. 9-damı çıxarlar, 10-damı çıxarlar yəqin obedə kimi gətirib gələr də mənə sənədi. Yəni sənəd hazırdı, 100-də yox, 100-də milyon. Yəni çünki başqa adamdan Mövsümün ağzından yox yəni orda sənədi gətirən adamdan soruşdurmuşam. Narahat olma.” məzmunundadır. “WhatsApp Audio 2024-11-05 at 14.36.15 (3)” başlıqlı səs yazısı 6 saniyədən ibarətdir. Şahid1 bildirdi ki, həmin yazı Şahid2 tərəfindən “WhatsApp” mobil tətbiqi vasitəsilə ona göndərilmiş səs mesajıdır. Səs mesajı “Peçatı soruşdum dedi ki, bunlarda peçat olmur da yəni imzası olur. Soruşmuşam onu da” məzmunludur. “WhatsApp Audio 2024-11-05 at 14.36.15” başlıqlı səs yazısı 16 saniyədən ibarətdir. Şahid1 bildirdi ki, həmin yazı Şahid2 “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərdiyi səs mesajıdır. Səs mesajı “Leyla, şey elədim Mövsüm müəllimlə görüşdüm. Özüm də söhbət elədim. Pulu da verdim daha elə indi daha sonra özünüz baxarsınız. Sənə elə bil ki, 20 min verdim də uje. Qaldı aramızda 30 min. Xeyirli olsun.” məzmunundadır. Bundan başqa aparılan baxış zamanı CD diskdə əlavə olaraq 7 ədəd fotoşəkil olması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid1 bildirdi ki, həmin fotoşəkillər Şahid2 ilə özünün arasında olan danışıqları əks etdirir. Şahid2 istifadə etdiyi mobil nömrəsi “X8” kimi yaddaşa yazılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixində Şahid2 “Leyla 7min manatda verdim Mohsun mellime sene borcum qaldı 18 min manat”, xx.xx.2023-cü il tarixində “Leyla min manatda verdim, sene borcum qaldı 29 min manat”, dəqiq tarixi qeyd edilməyən vaxtda “500 manatda verdim oldu 21500, qaldi 28500”, dəqiq tarixi qeyd edilməyən vaxtda “3min manatda verdim sene, sene borcum qaldı 25 min manat”, dəqiq tarixi qeyd edilməyən vaxtda Şahid2 Şahid1 göndərdiyi **********809464 nömrəli kart hesabına 500 manat pul köçürüldükdən sonra “Leyla 500manatda verdim sene, sene borcum qaldi 28000 manat” məzmunlu mesajlar yazılmışdır. Qeyd edilənlərdən əlavə Şahid1 bildirmişdir ki, “Mövsüm Nar” adlı ilə qeyd edilmiş şəxslə aparılmış yazışmalar Təqsirləndirilən şəxsla Şahid2 arasında aparılmışdır. Zaqatala RİH başçısının adından Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə ünvanlanması göstərilmiş məktubun şəkli Təqsirləndirilən şəxs tərəfindən Şahid2 göndərilmişdir. Həmin fotoşəkildən görünür ki, məktubda möhürün olmaması ilə əlaqədar Mövsüm Nar adı ilə qeyd edilmiş şəxsə sual ünvanlanmışdır. Növbəti fotoşəkildə isə Şahid1 tərəfindən Şahid2 “Senedi atda baxim gorum ne arayişdi” məzmunlu mesaj yazılmış, cavab olaraq sonuncu tərəfindən Zaqatala RİH başçısının adından Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə ünvanlanması göstərilmiş məktubun şəkli Şahid1 göndərilmişdir. İş materiallarında olan CD diskə baxış keçirilməsi haqqında 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 araşdırmaya təqdim etdiyi CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş CD diskdə 1 ədəd audio fayl vardır. “AUD-20250123-WA0001” başlıqlı səs yazısı 18 dəqiqə 43 saniyədir. Həmin səs yazısı Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 arasında olan danışığı əks etdirir. Danışıqlarının məzmunundan görünür ki, Şahid1 Şahid2 adına özəlləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı əmin olmaq üçün özü şəxsən Təqsirləndirilən şəxs yanına gələrək danışıqlar aparır. Şahid1 Şahid2 ilə arasında olan razılaşmanı, lazım olacaq xərclərin tərəfindən çəkiləcəyini Təqsirləndirilən şəxs izah edir. Sonuncu da sənədləşmə işlərinin ilkin mərhələdə olduğunu, reyestr xidmətinə sifariş verildiyini, torpaq sahəsinin hansı qaydada özəlləşdirilməsi, bunun üçün aparılacaq prosedur qaydalarını Şahid1 izah edir. Şahid2 özlləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsində iki nəfər şəxsin adının olduğunu, biri ilə razılaşdıqlarını, üç min manat həmin adama pul veriləcəyini bildirir. Təqsirləndirilən şəxs onların əlində heç bir əsas olmadığını, torpağın dövlət mülkiyyətində olduğunu qeyd edir. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 22 yanvar 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 tərəfindən istintaqa təqdim edilən “iPhone 14 Pro Max” markalı mobil telefona özünün iştirakı ilə baxış keçirilmişdir. Mobil telefonun “Zənglər tarixçəsi”, “Mesajlar”, “Galereya” qovluqlarına, o cümlədən “İnstagram” və “TikTok” mobil tətbiqlərinə baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Baxışda iştirak edən Şahid1 Şahid2 ilə “Whatsapp” mobil tətbiqində apardığı danışıqlar və yazışmaların mobil telefonda saxlanıldığını bildirmişdir. Mobil telefonun “Whatsapp” mobil tətbiqində ***-***-**-** mobil nömrəsi ilə “X7” adı ilə telefonun yaddaşına verilmiş profil hesabı ilə aparılmış yazışmalara baxış keçirilmişdir. Baxış zamanı 26 dekabr 2022-ci il tarixdə “X7” profili ilə Şahid1 arasında aşağıdakı məzmunda yazışma müəyyən edildi: X7”: Sabahın xeyr, Pulu ödədim 9 didi 8500 Hell etdim, Her şey yazşıdı narahat olma Şahid1: Her vaxtın xeyir Leyla necesen?, Xeyirli, xeyirli, nə vaxta düzələcəy deyirem, deyirler? “X7”: 2-ci partiyaya saldırdım.. imza Nazir icarəyə verir deyə mən bele fikirləşirəm kupçalı zadli Fevralın axırına qurtarar, Allah qoysa, birinci 28 saldırmişiq ayın Axıri söz veriblər Nazir imzalayacaq. 26 yanvar 2023-cü il tarixdə Şahid1 tərəfindən “X7” profilinə “Leyla bizim aramızda 34 min qaldıda mən sənə verəsi, 16 min vermiş oldum da sənə” məzmunlu səsli mesaj göndərilmişdir. 09 aprel 2023-cü il tarixdə Şahid1 tərəfindən “X7” profilinə “Leyla şey elədim Mövsüm müəllimlə görüşdüm özüm də söhbət elədim pulu da verdim day, sonra özünüz baxarsız da, sənə elə bil ki 20000 verdim də Leyla, qaldı aramızda 30000 xeyirli olsun” məzmunlu səsli mesaj göndərilmişdir. 19 may 2023-cü il tarixdə Şahid1 tərəfindən “X7” profilinə “Leyla 1000 min manat da verdim, sene borcum qaldı 29 min manat” məzmunlu yazılı mesaj göndərilmişdir. 21 may 2023-cü il tarixdə Şahid1 tərəfindən “X7” profilinə “500 manatda verdim oldu 21500m, qaldi 28500m” məzunmulu yazılı mesaj göndərilmişdir. 07 iyul 2023-cü il tarixdə Şahid1 tərəfindən “X7” profilinə “Leyla 500 manatda verdim sene, sene borcum qaldi 28000 manat” məzunlu yazılı mesaj göndərilmişdir. 26 avqust 2023-cü il tarixdə Şahid1 tərəfindən “X7” profilinə “3 min manatda verdim sene, sene borcum qaldi 25 min manat” məzmunlu yazılı mesaj göndərilmişdir. 05 sentyabr 2023-cü il tarixdə Şahid1 tərəfindən “X7” profilinə “Leyla 7 min manatda verdim Mohsun müellime sene borcum qaldı 18 min manat” məzmunlu yazılı mesaj göndərilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən daxil olmuş 30 yanvar 2025-ci il tarixli, 3-21-3-47/2-448/2025 nömrəli məktubdan görünür ki, Zaqatala şəhəri, Azərbaycan prospekti, 91a ünvanında yerləşən Şahid1 mülkiyyətində olan qeyriyaşayış binasının torpaq sahəsinə bitişik istifadəsindəki torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə baş planının hazırlanması üçün ƏMDX-nin Şəki ərazi şöbəsi tərəfindən daxil olmuş müraciət məktubları və onun əsasında hazırlanmış baş planlar istintaqa təqdim edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli QK- 284 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsindən Şəki ərazi şöbəsinin Dövlət Əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmiş və həmin tarixdə onunla 408 nömrəli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli K- 366 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin Dövlət Əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi vəzifəsindən öz arzusu ilə azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 24 fevral 2025-ci il tarixli, 3-21-3/2- 2821/2025 nömrəli məktubdan görünür ki, müvafiq qanunvericilik aktlarına uyğun qaydada hazırlanmış sənədlər toplusu Xidmətin ərazi şöbələrinə daxil olduğu gündən 3 (üç) iş günü müddətində baxılaraq Xidmətin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə təqdim olunur. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən qəbul edilmiş sənədlər toplusu müəyyən olunmuş qaydada dərkənara uyğun olaraq Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinə təhvil verilir ki, müvafiq olaraq həmin şöbə tərəfindən də dövlət əmlakının özəlləşdirilməsi həyata keçirilir. İş materiallarında olan Zaqatala Şəhər Bələdiyyəsinin 10 dekabr 2024-cü il tarixli, 616 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs B-hüceyrə tipli xroniki limfositar leykemiya, B hüceyrəli tipli xroniki limfositar leykemiya, yenitörəmələr zamanı müşahidə olunan anemiya (C00-D48), anemiya, qasıq nahiyəsi və aşağı ətraf limfa düyünlərinin bədxassəli, bilateral qasıq limfa düyünlərinin zədələnməsi diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda şərh edilən ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 11 noyabr 2021-ci il tarixli 408 nömrəli əmək müqaviləsi əsasında Xidmətin Şəki ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilərək həmin vəzifədə işlədiyi müddətdə Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən 278 m2 torpaq sahəsinin özəlləşdirilməsi üçün 2022-ci ilin təxminən sentyabr-oktyabr aylarında, istintaqa məlum olmayan dəqiq tarixdə və saatda ünvan 2 ünvanında yerləşən Zaqatala rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasındakı 4-cü mərtəbədə yerləşən xidməti otağında ona müraciət etmiş Zaqatala rayonunun Aşağı Tala kənd sakini Şahid2 25000-30000 manat məbləğində pul müqabilində həmin torpaq sahəsini özəlləşdirə biləcəyini demişdir. Şahid2 həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün lazım olan pul vəsaitini maddi imkanı çatmadığına görə öz adına özəlləşdirə bilməyəcəyini düşünüb qeyd olunan torpaq sahəsini əvvəlcədən satmaq qərarına gəlmiş, bu niyyətlə Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Şahid1 Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsi olan Təqsirləndirilən şəxs həmin torpaq sahəsini onun adına özəlləşdirəcəyi barədə söz verdiyini bildirib, 50000 manat məbləğində pula satması ilə bağlı şifahi qaydada razılaşdıqdan sonra sonuncu həmin torpaq sahəsinin Şahid2 adına həqiqətən də özəlləşdirilməsinin mümkün olub-olmamasından əmin olmaq üçün səlahiyyətli vəzifəli şəxs kimi Təqsirləndirilən şəxsla şəxsən görüşmək istədiyini bildirmiş, bu məqsədlə aralarında sonuncunun xidməti otağında Şahid2 iştirakı ilə baş tutmuş görüş zamanı o, Şahid1 öz işlədiyi xidmət üzrə qulluq mövqeyindən istifadə etməklə özünün həqiqi təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin vəzifəli şəxslərinin həmin məsələ ilə bağlı qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirmiş, qeyd edilən məsələ ilə bağlı vəzifəli şəxsin qərarına ediləcək qanunsuz təsir məqsədilə vətəndaşın rəsmi müraciəti olmadığı halda iki dəfə müxtəlif tarixlərdə ƏMDX-nin Şəki ərazi şöbəsinin müdirinə şifahi qaydada müraciət etməklə həmin şöbənin müdirləri tərəfindən qeyd olunan torpaq sahəsinin əvvəlcə icarəyə verilməsi məqsədi ilə baş planının hazırlanması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” PHŞ-nin 18 saylı Zaqatala ərazi idarəsinə məktub ünvanlanmasına nail olmuş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2022ci ilin dekabr ayının ortalarında, istintaqa məlum olmayan dəqiq tarixdə və saatda Zaqatala RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasındakı 4-cü mərtəbədə yerləşən xidməti otağında qeyd edilən məsələ ilə bağlı özü üçün, birbaşa yolla, şəxsən Şahid1 əvvəlcə 3000 (üç min) manat, 2022-ci ilin dekabr ayının sonunda, istintaqa məlum olmayan dəqiq tarixdə və saatda xidməti otağında 8000 (səkkiz min) manat, 09 aprel 2023-cü il tarixdə yaşadığı Zaqatala şəhəri, Gənclik küçəsində 4000 (dörd min) manat, 26 avqust 2023-cü il tarixdə xidməti otağında Şahid2 vasitəçiliyi ilə özü üçün 3000 (üç min) manat, 04 sentyabr 2023-cü il tarixdə isə cinayətkar niyyətini davam etdirərək özü üçün, birbaşa yolla, şəxsən Şahid1 7000 (yeddi min) manat, ümumilikdə isə 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf etməklə öz həqiqi təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün, birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almışdır (nüfuz alveri etmişdir). Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biridigərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını məhkəmə cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Həmin Sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və İİ qrup əlil olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcinin, maddi sübutun, maddi zərərin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət iş üzrə sübut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7000 (yeddi min) manat miqdarında cərimə cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Cinayət iş üzrə sübut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərclərinin, maddi sübutun, maddi zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №1(033)-25/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-25/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver