Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-33/2021 19.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Zaqatala rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 13 avqust 1983-cü il tarixdə Zaqatala şəhərində anadan olmuş, ailəli, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmuş, Zaqatala şəhəri, Car küçəsi ev 11-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,240 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,203 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamış və 22 yanvar 2021-ci il tarixdə Zaqatala rayonu ərazisində həmin narkotik vasitəni və psixotrop maddəni üzərində qanunsuz olaraq daşımış, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilərək 22 yanvar 2021-ci il tarixdə, saat 03:30 radələrində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ arxa cibində ağ və gümüşü rəngli kağızlara bükülmüş 01 ədəd sellefon bükümdə 0,240 qram çəkidə psixotrop maddə metamfetamin və şalvarın sağ yan kiçik cibində 01 ədəd kağız bükümdə 0,203 qram çəkidə narkotik maddə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid4 təxminən 2 ilə yaxındır ki tanımışdır. 21.01.2021-ci il tarixdə saat 15 radələrində Orucla görüşən vaxt dərman almaq üçün Şəki şəhərinə getməyi bildirmiş, Oruc da ona avtomobilinə benzin vursa gedə biləcəyini demişdir. Buna görə də, Orucun idarə etdiyi maşınla Şəki şəhərinə getməyə qərar vermişlər. Həmin vaxt Elçin Nastakalov da onunla bir yerdə olmuş və onlar bir yerdə getmək qərarına gəlmişlər. Orucun idarə etdiyi VAZ-21214 markalı avtomobillə Şəki şəhərinə getmişlər. Həmin vaxt Şəki şəhərində dərman tapa bilmədikləri üçün Yevlax rayonuna getmişlər. Yevlax rayonuna çatdıqdan sonra o maşından düşüb getmiş, əvvəllər də Yevlax şəhərində qaraçılar məhəlləsi adlanan ərazidən narkotik vasitə olan heroin aldığı üçün həmin yerə getmişdir. Yevlax şəhəri, “Qaraçılar məhəlləsi” adlanan yerdə küçədə gedən vaxt daşın yanından psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin və qurudulmuş marixuana tapmışdır. Həmin narkotik vasitələri cibinə qoyub yenidən Orucun idarə etdiyi maşının yanına gəlmişdir. O, Orucun yanına gəldikdən sonra psixotrop maddə olan metamfetaminin bir hissəsini Oruca vermiş, Oruc həmin psixotrop maddəni avtomobilin salonunda iki oturacağın arasında olan saxlanc yerinə qoymuşdur. Bundan sonra yolda gələn vaxt psixotrop maddədən işıq lapmasının şüşəsində tüstüsünü qəbul etmişlər. Orucun idarə etdiyi VAZ-21214 markalı avtomobillə Zaqatala rayon Yuxarı Tala kənd ərazisinə çataraq “Qaraca OİL” yanacaq doldurma məntəqəsinə benzin doldurmağa girmişlər. Həmin vaxt o ayaq yoluna getmiş, ayaq yolundan avtomobilə doğru gəldikdə avtomobilə doğru polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları onlara yaxınlaşaraq şübhəli olduqları üçün Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. O, Elçin Nastakalov və Oruc polis əməkdaşları ilə Zaqatala rayon Polis Şöbəsinə getmiş, polis şöbəsinin inzibati binasında təyin edilən vəkilinin iştrakı ilə üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz əşya, maddə olubolmaması soruşulmuş və olduğu təqdirdə könüllü təqdim etməyi bildirilmişdir. O, polis əməkdaşlarına əynindəki şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd içərisində psixotrop maddə olan metamfetamin olan ağ rəngli kağız bükümü və şalvarının sağ yan balaca cibindən isə şəffaf rəngli sellofan bükümün içərisində olan kağız bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin kütlələr ekspertizaya göndərilməsi üçün ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Hazırda törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, psixotrop maddə olan metafetamini təxminən 1 ildir ki, istifadə edir. Təqsirləndirilən şəxs həmyerlisi kimi 10 ildən çoxdur ki, tanımış və bir ildir ki münasibəti olmuşdur. Elçin Nastakalovu isə əvvəllər tanımamış, X12 vasitəsi ilə tanımışdır. 22.01.2021-ci il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxsla görüşmüş, Rəşad ona narkotik vasitə almaq üçün Şəki şəhərinə getməyi bildirmiş, o da razılıq verərək idarə etdiyi VAZ-21214 markalı avtomobillə Şəki şəhərinə getmişdir. Həmin vaxt onlarla birlikdə Elçin də Şəki şəhərinə getmişdir. Lakin həmin vaxt Şəki şəhərində Rəşad dərman tapa bilməmiş, bundan sonra Yevlax rayonuna getmişlər. Yevlax rayonuna çatdıqdan sonra o maşını saxlamış və Rəşad maşından düşüb getmiş və bir qədər sonra qayıtmışdır. Yolda gələn vaxt Rəşad ona psixotrop maddə olan metafetamin aldığını bildirmişdir. O da narkotik vasitə olan metafetamini hərdən qəbul edirdi, ona görə də, yolda gələn vaxt Rəşadın aldığı psixotrop maddədən yolda istifadə etmişlər. O, həmin vaxt həmişə istifadə etdiyi işıq lapmasının şüşəsində metafetaminin tüstüsünü qəbul etmişdir. Daha sonra isə Rəşad aldığı psixotrop maddədən onun payına düşən hissəsini ayırıb vermiş, o da həmin psixotrop maddəni lazım olduqda istifadə etmək üçün avtomobilinin salonunda iki oturacağın arasında olan saxlanc yerinə qoymuşdur. Onun idarə etdiyi VAZ-21214 markalı avtomobillə Zaqatala rayon Yuxarı Tala kənd ərazisinə çatdıqda “Qaraca OİL” yanacaq doldurma məntəqəsinə benzin doldurmağa girmişlər. Yanacaqdoldurma məntəqəsində avtomobilinə benzin doldurub ayaq yoluna gedən Rəşadı gözləyən zaman avtomobilə tərəf polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları onlara yaxınlaşaraq şübhəli olduqları üçün Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. O, Elçin Nastakalov və Rəşad polis əməkdaşları ilə Zaqatala rayon Polis Şöbəsinə getmişlər. Polis şöbəsinin inzibati binasında təyin edilən vəkilin iştrakı ilə onun da üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya, maddə olub-olmaması soruşulmuş və olduğu təqdirdə könüllü təqdim etməyi bildirdikdə polis əməkdaşlarına üzərində olan əşyalarını təqdim etmişdir. Təqdim etdiyi əşyalardan metafetamini qəbul etmək üçün işıq lampasından hazırladığı lampanı təqdim etmişdir. Həmin lampanın içərisində istifadə etdiyi maddənin qalıqları olduğu üçün polis əməkdaşları həmin lampanı ağ rəngli zərfdə qablaşdırmış və möhürləyərək götürmüşlər. Bundan sonra avtomobilinə baxış keçirtmək istədiklərini demiş, lakin o avtomobilinə baxış keçirilməsinə icazə verməmiş, daha sonra məhkəmənin qərarı ilə onun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. İdarə etdiyi avtomobilə baxış keçirilən vaxt avtomobildə iki oturacağın arasında olan saxlanc yerində saxladığı psixotrop maddə olan metafetamin aşkar olunaraq götürülmüşdür. Həmçinin həmin vaxt idarə etdiyi avtomobildən bir bükümdə narkotik maddə olan tiryək və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2008-ci ildən DİO-da, 2020-ci ilin aprel ayından isə Zaqatala rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, Zaqatala şəhər sakinləri Şahid4, Təqsirləndirilən şəxs və X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları üçün CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şəhriyar Məmmədov, CAB-nin əməliyyat müvəkkili, pols baş leytenantı Tural Soltanov, CAB-nin kiçik inspektoru Rauf Nurullayev ilə birlikdə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən «Karaca Oil» yanacaq doldurma məntəqəsində yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Şahid4, Təqsirləndirilən şəxs və X8 rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Şəhriyar Məmmədovun idarə etdiyi avtomobillə, Şahid4 və Elçin Nastakalov isə Şahid4 idarə etdiyi VAZ-21214 markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayon polis şöbəsinə gəlmişlər. Şahid4 avtomobilin qabaq sağ oturacağında, Elçin Nastakalov isə arxa sağ tərəfdə oturmuş, Şahid4 məxsus avtomobili Rauf Nurullayev idarə etmiş, arxa oturacaqda isə o oturmuşdur. Zaqatala rayon polis şöbəsinə gəldikdən sonra əvvəlcə avtomobili şöbənin duracağına yerləşdirmişlər. Şahid4 məxsus avtomobili duracaqda saxladıqdan sonra avtomobilin qapılarını bağlayaraq açarı isə Şahid4 vermişdir. Zaqatala rayon polis şöbəsində Şahid4, Təqsirləndirilən şəxs və Elçin Nastakalovun narkotiklərin daşımasında şübhəli olduğu üçün gətirməyi barədə raport yazmışdır. Bundan sonra Zaqatala rayon polis şöbəsində təhqiqatçı polis mayoru Kamil Qurbanov tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı Kamil Qurbanov ona üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli və 1 ədəd ağ rəngli kağız büküm, şalvarın sağ yan balaca cibindən isə şəffaf rəngli sellofan bükümün içərisində olan kağız büküm və əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli kağız bükümdə olan kütlənin narkotik tərkibli marixuana olduğunu, 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan gümüşü rəngli bükümdəki kütlənin psixatrop maddə olan metafetamin və şəffaf sellofan bükümün içərisində olan kağız bükümdə isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və bir büküm qurudulmuş marixuana 0,5 qram, bir büküm psixotrop maddə olan metafetamin 0,6 qram və bir bükümdə narkotik vasitə olan heroin 0,3 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ekspertizaya göndərilməsi üçün hər biri ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və Şahid1 verdiyi ifadəyə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2016-cı ildən DİO-da, 2019-cu ildən isə Zaqatala rayon polis şöbəsinin KTQ-nun kiçik inspektoru vəzifəsində xidmət edir. 22 yanvar 2021-ci il tarixdə, saat təxminən 02 radələrində Növbətçi Hissədən zəng vuraraq rayon polis şöbəsinə çağırmışlar. Zaqatala rayon polis şöbəsinə gəldikdən sonra Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək həmin şəxsi axtarış zamanı iştirak edərək videoçəkiliş aparması tapşırılmışdır. 22 yanvar 2021-ci il tarixdə saat 03:10 dəqiqədə təhqiqatçı Kamil Qurbanovun xidməti otağına getdikdə otaqda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan bir nəfər əvvəllər tanımadığı Təqsirləndirilən şəxs və vəkil X7 olduğunu görmüşdür. Həmçinin şəxsi axtarış zamanı NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şəhriyar Məmmədov da iştirak etmişdir. O, xidməti istifadəsində olan «Panasonic» markalı videokamera ilə çəkiliş aparmaq üçün hazır olmuş, bundan sonra təhqiqatçı Kamil Qurbanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı Kamil Qurbanov ona üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli və 1 ədəd ağ rəngli kağız büküm, şalvarın sağ yan balaca cibindən isə şəffaf rəngli sellofan bükümün içərisində olan kağız büküm və əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli kağız bükümdə olan kütlənin narkotik tərkibli marixuana olduğunu, 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan gümüşü rəngli bükümdəki kütlənin psixatrop maddə olan metafetamin və şəffaf sellofan bükümün içərisində olan kağız bükümdə isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və bir büküm qurudulmuş marixuana 0,5 qram, bir büküm psixotrop maddə olan metafetamin 0,6 qram və bir bükümdə narkotik vasitə olan heroin 0,3 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ekspertizaya göndərilməsi üçün hər biri ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan 22 yanvar 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli bükümdə 0,5 qram marixuana, 1 ədəd ağ rəngli kağız bükümdə 0,6 qram çəkidə psixotrop maddə olan metafetamin, şalvarın sağ yan balaca cibindən isə şəffaf rəngli sellofan bükümün içərisində olan kağız bükümdə 0,3 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli 17/60 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd qara rəngli kağız bükümdə kütlə …..» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «… Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş… gümüşü rəngli bükümdə olan kütlə…..» sözləri yazılmış zərfin içərisindəki, ağ rəngli və gümüşü rəngli kağızlara bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,240 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «… Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız kütlə…» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,203 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «…Şahid4 üzərindən aşkar edilərək götürülmüş işıq lampasının…..» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd elektrik lampasının şüşə hissəsində, təmiz çəkisi 0,039 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, ağ rəngli və gümüşü rəngli kağızlara bükülmüş 01 (bir) ədəd sellofan bükümdə olan metamfetamin ilə 01 (bir) ədəd elektrik lampasının şüşə hissəsində olan metamfetamin tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 25 fevral 2021-ci il tarixli 178 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan 22 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 03:10-da Azərbaycan Resppublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 23.01.2021-ci il tarixli 4(033)-7/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 22 yanvar 2021-ci il tarixdən hesablanmaqla 22 aprel 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X10 22 aprel 2021-ci il tarixli “şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin gün Zaqatala rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Rəsulov X11 rayon məhkəməsinin 14.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi Balakən rayon məhkəməsinin icraatındadır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-50/2019 nömrəli 14 noyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmiş, Təqsirləndirilən şəxs 30 may 2019-cu il tarixdən 09 iyul 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1 (bir) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 2 (iki) ay 18 (on səkkiz) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 35/4 nömrəli, 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, məhkum Rəsulov X11 Rayon Məhkəməsinin 1(033)-50/2019 nömrəli 14 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və o, cəzasını 30 iyun 2021-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 06 iyul 2021-ci il tarixli AZ-İİ 431948 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 iyul 2021-ci il tarixdə 164 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 956 nömrəli, 07 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Rəsulov X11 şəhəri, Car küçəsi ev 11-də yaşayır. İş materiallarına əlavə edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 318 nömrəli, 13 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Zaqatala şəhəri, Car küçəsi ev 11-də yaşayan 13 avqust 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Bələdiyyəyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, protokollar, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,240 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,203 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamış və 22 yanvar 2021-ci il tarixdə Zaqatala rayonu ərazisində həmin narkotik vasitəni və psixotrop maddəni üzərində qanunsuz olaraq daşımış, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilərək 22 yanvar 2021-ci il tarixdə, saat 03:30 radələrində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ arxa cibində ağ və gümüşü rəngli kağızlara bükülmüş 01 ədəd sellefon bükümdə 0,240 qram çəkidə psixotrop maddə metamfetamin və şalvarın sağ yan kiçik cibində 01 ədəd kağız bükümdə 0,203 qram çəkidə narkotik maddə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, əvvəllər də azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitələrin və psixiatrop maddələrin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində tanınmış, Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə 0,15 qram çəkidə qurudulmuş marixuana, bir ədəd zərfdə 0,153 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd zərfdə 0,209 qram çəkidə psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 107,91 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 03 (üç) ay həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində 22 aprel 2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə 0,15 qram çəkidə qurudulmuş marixuana, bir ədəd zərfdə 0,153 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd zərfdə 0,209 qram çəkidə psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 107,91 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-33/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-33/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver