Məhkəmə qərarları › İş №1(033)-71/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-71/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-71/2021 07.12.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1967-ci ildə Zaqatala rayonu Kürdəmir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Bəhmətli kəndində yaşayan və barəsində 15.07.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə təxminən saat 01 radələrində idarə etdiyi Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində 40 km/saat sürətlə hərəkət edərkən Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 109-cu kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi avtomobilin qarşı hissəsi ilə yolun ortasında dayanmış Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyində əzilmə və qansızmalar, kəllə boşluğuna qanaxma, beyin qişaları üzərinə və arasına qanyığımı, ənsə nahiyəsində əzilmiş yara, kürək və bel nahiyələrində sıyrılmış yaraların əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirmiş və onun 07 avqust 2021-ci il tarixdə təxminən saat 21:30 radələrində Zaqatala RMX-da ölməsinə səbəb olmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil oğlu X5 adına olsa da faktiki özünə məxsusdur. X14 hazırda Rusiya Federasiyasında yaşayır, onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. 04.08.2021-ci il tarixdə təxminən 00:30 radələrində şəxsi işləri ilə əlaqədar qardaşı Şahid1 Seyfulla oğlu ilə birlikdə idarə etdiyi Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Zaqatala rayonunun Kürdəmir kəndindən çıxıb Zaqatala şəhərinə gedirmişlər. Həmin vaxt qardaşı Şahid1 qabaq sağ oturacaqda əyləşmiş, o, isə Vaz-21214 markalı avtomobili Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində təxminən 40 km/saat sürətlə hərəkət etdirmişdir. Təxminən saat 01 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 109-cu km-də təxminən 5-6 metrlikdən sonradan adını bildiyi Zərərçəkmiş şəxs yolun ortasında əyilmiş vəziyyətdən ayağa qalxdığını görmüşdür. O, hadisənin qarşısını almaq üçün avtomobilin tormoz əyləcindən istifadə etmiş, lakin məsafə yaxın olduğundan idarə etdiyi avtomobilin qarşı hissəsi ilə Zərərçəkmiş şəxs vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşmüş və Zərərçəkmiş şəxs xəsarət aldığını görüb idarə etdiyi avtomobilə qoyaraq təcili tibbi yardıma zəng etmiş, yarı yolda hadisə yerinə gələn təcili tibbi yardım avtomobilini saxlatmış və Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə qoyub Zaqatala RMX-na yola salmışdır. Özü isə hadisə yerinə qayıdıb hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək hadisə barədə tərtib edilmiş protokol və sxem ilə tanış olduqdan sonra imza etmişdir. Sonradan Zərərçəkmiş şəxs 07.08.2021-ci il tarixdə təxminən saat 21:30 radələrində xəstəxanada ölməsi ona məlum olmuşdur. Etdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin dəfn xərclərinin ödənilməsində onun hüquqi varislərinə köməklik etmişdir. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşı olmuşdur, atası və anası rəhmətə getdiyindən qardaşı Zərərçəkmiş şəxs Zaqatala rayonunun Əliabad qəsəbəsində onun yanında yaşayırdı. 04.08.2021-ci il tarixdə təxminən saat 01:30 radələrində qardaşı Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsinə düşərək Zaqatala rayon Mərkəzi xəstəxanasına daxil olması barədə ona məlumat verilmişdir. Bundan sonra o, Zaqatala RMX-na getmiş və xəstəxanada ona məlum olmuşdur ki, 04.08.2021-ci il tarixdə təxminən saat 01 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 109-cu km-də, piyada qardaşı Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada-qardaşı Zərərçəkmiş şəxs xəsarət alaraq Zaqatala RMX-na daxil olmuşdur. Qardaşı Zərərçəkmiş şəxs 07.08.2021-ci il tarixdə təxminən saat 21:30 radələrində xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxsla barışaraq onu bağışlamışdır, ona ağır cəza verilməsini istəmir, təqsirləndirilən şəxs onlara vurulan ziyanı tam ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 04.08.2021-ci il tarixdə təxminən 00:30 radələrində şəxsi işləri ilə əlaqədar qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Zaqatala rayonunun Kürdəmir kəndindən çıxıb Zaqatala şəhərinə gedirdilər. Həmin vaxt o, qabaq sağ oturacaqda əyləşmiş, qardaşı Təqsirləndirilən şəxs isə Vaz-21214 markalı avtomobili Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində təxminən 40 km/saat sürətlə hərəkət etdirmişdir. Təxminən saat 01 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 109-cu km-də sonradan adını bildiyi Zərərçəkmiş şəxs yolun ortasında əyilmiş vəziyyətdən ayağa qalxdığını görmüşdür. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq üçün avtomobilin tormoz əyləcindən istifadə etmiş, lakin məsafə yaxın olduğundan Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsi ilə Zərərçəkmiş şəxs vurmuş və Zərərçəkmiş şəxs asfalta yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili saxlayıb avtomobildən düşmüş və Zərərçəkmiş şəxs xəsarət aldığını görüb Vaz-21214 markalı avtomobilə qoyaraq təcili tibbi yardıma zəng etmiş, yarı yolda isə hadisə yerinə gələn təcili tibbi yardım avtomobilini saxlatmış və Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə qoyub Zaqatala RMX-na yola salmış, sonra özü hadisə yerinə qayıtmışdır. Sonradan Zərərçəkmiş şəxs 07.08.2021-ci il tarixdə təxminən saat 21:30 radələrində xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 04.08.2021-ci il tarixdə idarə etdiyi avtomobilə yanacaq vurmaq üçün yanacaq doldurma məntəqəsinə gedərkən Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 109-cu km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüş və o, hadisə yerinə gələn polis əməkdaşına yaxınlaşıb hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, 04.08.2021-ci il tarixdə təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 109-cu km-də piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs xəsarət alaraq Zaqatala RMX-na daxil olmuşdur. Sonra isə o, hadisə yerində olan digər hal şahidi və polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər o da imza etmişdir. Sonradan Zərərçəkmiş şəxs 07.08.2021-ci il tarixdə təxminən saat 21:30 radələrində xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xususatları öz ifadəsində təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX-ti inspektoru vəzifəsində işləyir, polis serjantıdır. 04.08.2021ci il tarixdə xidmətdə olduğu zaman ona Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 109-cu km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. O, həmin məlumata əsasən qeyd olunan əraziyə getmiş, həmin vaxt orada ona məlum olmuşdur ki, 04.08.2021-ci il tarixdə təxminən saat 01 radələrində vət. Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 109-cu km-də, piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs xəsarət alaraq Zaqatala RMX-na daxil olmuşdur. Bundan sonra hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak edərək tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Sonradan Zərərçəkmiş şəxs 07.08.2021ci il tarixdə təxminən saat 21:30 radələrində xəstəxanada ölməsi ona məlum olmuşdur. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu və əlavə edilmiş sxemə əsasən müəyyən edilmişdir ki, baxış qaranlıq havada keçirilmiş, hadisə yeri yaşayış məntəqəsi daxili deyil. Yolun hərəkət hissəsi düz. Yol örtüyü asfalt. Yol örtüyü quru. Yol örtüyünün eni 7 metrdir. Hərəkət zolaqlarının sayı iki, hərəkət hissəsinin eni 3,5 x 3,5 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa düz nişanlanmış xətt vardır. Hərəkət hissəyə birləşir: sağdan eni 2 metr olan yol çiyini, soldan eni 2,5 m olan yol çiyini, Sonra sağdan ağaclar əkilib. Hərəkətin nizamlanma üsulu nizamlanmayıb. Yol nişanları zonası deyil. Yol işıqlandırılmır. Yolun ortasındakı xətdən sağda oturmuş piyada Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkət edən Vaz 21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuşdur. Piyadanın vurulduğu yer müəyyən olunmuş, piyadanın vurulduğu yerdən yolun sağına 2,6, yolun sol yan kənarına 4,4 metrdir. Həmin yerdən qarşıya yolun üzərində olan körpünün dəmir məhəccərinin yan sağ küncünə 2,5 metr, geriyə yolun solunda Göl üstü ailə restorana gedən yolun sağ küncünə 10 metrdir. Piyada hadisədən əvvəl yolun ortasında oturmuş vəziyyətdə olmuşdur. Velosipeddən qalma izlər yoxdur. Hadisədən sonra avtomobil üzü Zaqatala şəhəri istiqamətində dayanmışdır. Şinlərin izləri aşkar olunmamış, tormozlama izləri aşkar olunmamış, nəqliyyat vasitəsinin sınmış və itirilmiş hissələrinin mövcudluğu aşkar olunmamış, nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri aşkar olunmamış, digər izlər aşkar olunmamış, qan əl barmaq izləri aşkar olunmamış, meyitin nəqliyyat vasitəsinin salonunda yerləşməsi aşkar edilməmişdir. İştirakçıların o cümlədən sürücülərin baxış protokolunun tərtibi, sxemi, habelə nəqliyyat vasitələrinin nasazlığı haqda ərizə və qeydləri daxil olmamışdır. Baxış zamanı CASİO markalı fotoaparat (video) dan istifadə olunmuşdur. İş materiallarına əlavə edilmiş 04 avqust 2021-ci il tarixli 224 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş 04 avqust 2021-cu il tarixli 225 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi aktı ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş AB 795329 seriya nömrəli sürücülük vəsiqəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla sürücülük vəsiqəsi 20.12.2022-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş AD 114244 seriya nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsindən görünür ki, ** KL *** dövlət nömrə qeydiyyat nişanlı, “VAZ 21214 minik” markalı avtomobil X7 məxsusdur. İş materiallarına əlavə edilmiş ƏN-İV 249444 seriya nömrəli nəqliyyat vasitələrini istifadə etmək haqqında etibarnamə ilə müəyyən edilmişdir ki, X9 ona məxsus ** KL *** dövlət nömrə qeydiyyat nişanlı, “VAZ 21214 minik” markalı avtomobili Təqsirləndirilən şəxs idarə etmək hüququ vermişdir. Etibarnamə 20.12.2022-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 24.08.2021-ci il tarixdə verilmiş 016-98219-1221 nömrəli məktubdan görünür ki, xx.xx.1967-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin informasiya uçot bazasına görə sürücülük hüququndan məhrum edilməsi və və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxs 20.12.2012-ci il tarixdə AB seriyalı 795329 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 Zaqatala rayon şöbəsinin 06 avqust 2021-ci il tarixli 8 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:- başın ənsə nahiyəsində əzilmiş yara, ağır koma ilə müşahidə olunan baş beynin travmatik ödemi, hər iki yarımkürədə hemorragik sahələr, beyin toxumasının kontuziya əlamətləri, hər iki ağciyərin travmatik əziyi və kontuziyası və sol saidində sıyrıq - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, eləcədə xəstəxanaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 04.08.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində törənmişlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 Zaqatala rayon şöbəsinin 06 sentyabr 2021-ci il tarixli 16 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı meyitində aşkar edilmiş xəsarətlər: qapalı kəllə beyin travması, baş-beyində əzilmə və qansızmalar, kəllə boşluğuna qanaxma, beyin qişaları üzərinə və arasına qanyığımı, ənsə nahiyəsində əzilmiş yara, kürək və bel nahiyələrində sıyrılmış yaralar. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişdir, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünün səbəbi almış olduğu qapalı kəllə-beyin travması nəticəsində baş beyin toxumasına, sağ mədəciyə və yumşaq beyin qişası altına qansızmalar, beyin ödemi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü 07.08.2021-ci il tarixdə saat 21:30 Zaqatala RMX-nın reanimasiya şöbəsində baş vermişdir. Onun ölümü qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, o cümlədən xəstəxanaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 04.08.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə birbaşa əlaqəlidir. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Bəhmətli kənd İnzibati ərazi dairəsi tərəfindən 11.08.2021-ci il tarixdə verilmiş 562 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özü, yoldaşı X2, 1997-ci il təvəllüdlü oğlu X3 və 2006-cı il təvəllüdlü oğlu X6 ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Bəhmətli kənd İnzibati ərazi dairəsi tərəfindən 11.08.2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur və barəsində şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycann Respublikası DİN-nin BƏSİİ-nin 19.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə əlaqədar DİN-nin BƏSİİ-nin əməliyyat sorğu kartotekasında hər hansı məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 8/2377 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2021-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçmək haqqında qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Dəfn xərclərinə köməklik göstərmişdir. Buna görə Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu, iş materiallarına əlavə edilmiş digər istintaq hərəkətlərinin protokolları və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə təxminən saat 01 radələrində idarə etdiyi Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində 40 km/saat sürətlə hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 109-cu kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi avtomobilin qarşı hissəsi ilə yolun ortasında dayanmış Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyində əzilmə və qansızmalar, kəllə boşluğuna qanaxma, beyin qişaları üzərinə və arasına qanyığımı, ənsə nahiyəsində əzilmiş yara, kürək və bel nahiyələrində sıyrılmış yaraların əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirmiş və onun 07 avqust 2021-ci il tarixdə təxminən saat 21:30 radələrində Zaqatala RMX-da ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs yolun ortasında əyilmiş vəziyyətdən ayağa qalxdığını gördüyünü, hadisənin qarşısını almaq üçün avtomobilin əyləcindən istifadə etdiyini, lakin məsafənin yaxın olduğundan idarə etdiyi avtomobilin qarşı hissəsi ilə Zərərçəkmiş şəxs vurduğundan yol nəqliyyat hadisəsi baş verdiyini göstərmişdir. Məhkəmə onun ifadəsinə hüquqi qiymət verərək, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bu xüsusatla bağlı göstərdikləri iş materiallarında olan ekspertiza rəyləri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət nəticəsində dəymiş ziyanı tam ödəməklə onunla barşıq əldə etməsini və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, əksinə yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallar, şəxsiyyəti, ailəsinin həyat şəraiti, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əməllərə görə səmimi peşman olması bunu deməyə əsas verir. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, onun əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə onun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alır və ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsini, cəzasının əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, həmçinin, təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlarla yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilməsini, həmçinin, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz ) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Vaz-21214 markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar