Məhkəmə qərarları › İş №1(034)-1/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №1(034)-1/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 1(034)-1/2023 23.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Dövlət ittihamçısı-X7 İdarənin Rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi4 iştirakı ilə, xx.xx.1954-cü ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 5, mənzil 41-də məskunlaşmış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi ev 32-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə, xx.xx.1982-ci ildə Goranboy rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Z.Mehdiyev küçəsi, ev 27-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham olunmalarına dair cinayət işi xx.xx.2022-ci il tarixdə Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı- ayrı zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2021-ci ilin aprel ayında, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində Zərərçəkmiş şəxs1 Teymur qızını kəsilmiş pensiyasının bərpa edəcəyinə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə 1000 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs1 Teymur qızına 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2021-ci ilin iyun ayında, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində Zərərçəkmiş şəxs2 arvadı Şahid3 kəsilmiş pensiyasının bərpa edəcəyinə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə 1000 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2021-ci ilin iyul ayında, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində Zərərçəkmiş şəxs3 kəsilmiş pensiyasının bərpa edəcəyinə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə 1000 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs3 1000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində Zərərçəkmiş şəxs4 ona pensiya düzəldəcəyinə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə 2650 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs4 2650 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində Zərərçəkmiş şəxs5 kəsilmiş pensiyasının bərpa edəcəyinə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə 1400 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs5 1400 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqsadan əlbir olan bir qrup şəxs halında birləşib 2021-ci ilin oktyabr ayında Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində X1 pensiyasının bərpa edəcəyinə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə 1500 manat pul vəsaitini ələ keçirərək X3 1500 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində Zərərçəkmiş şəxs7 özünə və atası Tahirə pensiya düzəldəcəyinə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə 4000 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs7 4000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdə X4 mobil telefonla danışan zaman atası Oleqin kəsilmiş pensiyasının bərpa edəcəyinə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə 1900 manat pul vəsaitini ələ keçirərək X5 1900 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etm şdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 ilə mobil telefonla danışan zaman onun kəsilmiş pensiyasının bərpa edəcəyinə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə 2000 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs9 2000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı- ayrı zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, o, 2021-ci ilin aprel ayında tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun Zərərçəkmiş şəxs1 Teymur qızına onun kəsilmiş pensiyasını bərpa edəcəyi məsələsini həll edəcəyinə dair yalandan vəd verərək, etibarından sui-istifadə edib, aldadaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyi ərazisincə sonuncunun bu məqsədlə Təqsirləndirilən şəxs1 verdiyi 1000 manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 2021-ci ilin iyun ayında tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun Zərərçəkmiş şəxs2 onun arvadı Şahid3 kəsilmiş pensiyasını bərpa edəcəyi məsələsini həll edəcəyinə dair yalandan vəd verərək, etibarından sui-istifadə edib, aldadaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyi ərazisində Zərərçəkmiş şəxs2 bu məqsədlə Təqsirləndirilən şəxs1 verdiyi 1000 manat pulu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 2021-ci ilin iyul ayında tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun Zərərçəkmiş şəxs3 onun kəsilmiş pensiyasını bərpa edəcəyi məsələsini həll edəcəyinə dair yalandan vəd verərək, etibarından sui-istifadə edib, aldadaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyi ərazisində sonuncunun bu məqsədlə Təqsirləndirilən şəxs1 verdiyi 1000 manat pulu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci ilin tarixdə tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun Zərərçəkmiş şəxs4 ona pensiya düzəldəcəyinə dair yalandan vəd verərək, etibarından sui- istifadə edib, aldadaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyi ərazisində sonuncunun bu məqsədlə Təqsirləndirilən şəxs1 verdiyi 2650 manat pulu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bunuldada Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı-ayrı zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun Zərərçəkmiş şəxs5 onun kəsilmiş pensiyasını bərpa edəcəyi məsələsini həll edəcəyinə dair yalandan vəd verərək, etibarından sui-istifadə edib, aldadaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyi ərazisində sonuncunun bu məqsədlə Təqsirləndirilən şəxs1 verdiyi 1400 manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 2021-ci ilin oktyabr ayında tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun Zərərçəkmiş şəxs6 kəsilmiş pensiyasını bərpa edəcəyi məsələsini həll edəcəyinə dair yalandan vəd verərək, etibarından sui-istifadə edib, aldadaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyi ərazisində sonuncunun bu məqsədlə Təqsirləndirilən şəxs1 verdiyi 1500 manat pulu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci ilin tarixdə tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun Zərərçəkmiş şəxs7 və atasına pensiya düzəldəcəyinə dair yalandan vəd verərək, etibarından sui- istifadə edib, aldadaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyi ərazisində Zərərçəkmiş şəxs7 bu məqsədlə Təqsirləndirilən şəxs1 verdiyi 4000 manat pulu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci ilin tarixdə tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun X5 atasının kəsilmiş pensiyasını bərpa edəcəyi məsələsini həll edəcəyinə dair yalandan vəd verərək, etibarından sui-istifadə edib, aldadaraq X6 Kamil Rəhim oğlunun kart hesabına göndərdiyi 1900 manat pulu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci ilin tarixdə tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun Zərərçəkmiş şəxs9 kəsilmiş pensiyasını bərpa edəcəyi məsələsini həll edəcəyinə dair yalandan vəd verərək, etibarından sui-istifadə edib, aldadaraq sonuncunun Təqsirləndirilən şəxs1 kart hesabına göndərdiyi 2000 manat pulu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bununlada Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Zəngilan Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(034)-1/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Zəngilan Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(034)-1/2023 nömrəli hökmündən Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət adiyyəti üzrə cinayət işinin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-559/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair Zəngilan Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 1(034)-1/2023 nömrəli hökmü və həmin məhkəmənin hazırki iş üzrə 03 noyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş, hökmdən Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmiş, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri birinci instansiya məhkəməsində hazırlıq iclasının qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(105)-559/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, ittiham aktında qeyd olunan cinayət əməlləri Abşeron rayonu ərazisində baş vermiş, birinci instansiya məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarında qeyd edilən normaların tələbləri yerinə yetirilməmiş, cinayət işini aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərməli olduğu halda, məhkəmə baxışının Zəngilan Rayon Məhkəməsinə aid olması ilə bağlı qərar qəbul edilmiş, bununla da ərazi üzrə məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Məhkəmənin hazırlıq iclasında X7 İdarənin Rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı bildirmişdir ki, cinayət işi üzrə Zəngilan Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş hökm Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edilərək cinayət işi Zəngilan Rayon Məhkəməsinə geri qaytarılmışdır. Hökmün ləğv olunma səbəbi isə aidiyyət məsələsinin pozulması ilə bağlı olmuşdur. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddədəri ilə təqsirləndirilmələrinə dair cinayət işini aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən digər cinayət prosesi iştirakçıları da cinayət işinin adiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 299.1.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1. Təqsirləndirilən şəxs2 və X10 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlləri Abşeron rayonu ərazisində törədildiyindən cinayət işinin materialları baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74, 299, 300, 301 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələr və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(034)-1/2023 nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar