Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 1(034)-2/2020 16.10.2020 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclasının katibi Salahova Şahnaz Səməd qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət X2 Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili-X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki az yaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşyaş massivi, bina 39, mənzil 49-da müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədibiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində əvvəllər qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs barəsində tanıdığı Şahid6 ona dediklərinə əsəbləşərək sərxoş vəziyyətdə yaşadığı evə gedib deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçagını götürmüş, Zərərçəkmiş şəxs məskunlaşıb qaldığı ünvan 1 ünvanına gəlmiş, həmin vaxtı aralarında qısqanclıq zəminində mübahisələri olmuş və mübahisə zamanı bıçağı Zərərçəkmiş şəxs nümayiş etdirərək hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə elan olunan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivi, bina 39, mənzil 49-da qardaşı Taryel və onun ailəsi ilə birlikdə yaşayır. 2018-ci ildə Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonra isə evlənmək qərarına gəlmiş və zərərçəkmiş şəxsin öz razılığı ilə birlikdə onun bibisinin evinə getmişlər. Valideynləri bundan xəbər tutduqdan sonra onların toyları olmuş, amma nikahlarını rəsmiləşdirməmişlər.Toydan sonra onlar yaşamaq üçün Quba rayonuna getmiş, daha sonra isə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyinə gəlmişlər. Səkinənin anası və nənəsi onların ailə işlərinə qarışdıqları üçün aralarında tez-tez mübahisələr, münaqişələr baş verdiyindən onlar dəfələrlə ayrılmalı olmuş, lakin sonradan isə barışmalı olmuşlar. Onlar arasında baş verən münaqişələrlə bağlı hətta Zəngilan rayon Polis şöbəsində dəfələrlə araşdırma aparılmışdır. Sonuncu dəfə 2019-cu ilin dekabr ayında Səkinə ilə barışmış və belə razılığa gəlmişlər ki, 2020-ci ilin fevral ayında kirayə ev tutaraq birlikdə yaşasınlar. Lakin barışsalar da, təxminən bir həftədən sonra yenidən aralarında mübahisə olmuş və onlar ayrılmağa məcbur olmuşlar. Elə o vaxtdan da xx.xx.2020-ci il tarixədək bir-birlərini görməsələr də, aralarında bir neçə dəfə telefon yazışmaları olmuşdur. Aralarında mübahisələr olduğuna görə Səkinəni “instaqram” səhifəsində bloka atmışdır. Səkinə ona instaqram səhifəsində onun dostlarına yazaraq onu rüsvay edəcəyini demiş və ona yaza bilmədiyi üçün onu dostları arasında nüfuzdan salmaq məqsədi ilə instaqramda dostluğunda olan Ədil adlı dostuna yazmış, Ədil isə öz növbəsində Səkinəni instaqram səhifəsində bloka salmışdır. xx.xx.2020-ci il tarixdə evdə günorta yeməyi zamanı spirtli içki olan araq qəbul etmiş, günortadan sonra Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən adını bilmədiyi kafeyə gedib əlavə iki bakal pivə də içmişdir. Pivə içdikdən sonra yaşadığı evə gedən zaman yolda Abşeron rayonu, Masazır qəsəbəsində, məcburi köçkünlər şəhərciyində yaşayan İbrahimlə qarşılaşmışdır. 2019-cu ilin payız aylarında İbrahim guya onu başqa qızla gəzdiyini görməsi barədə məlumat yaymış və həmin məlumata görə də Səkinə telefonda ona söyüşlər yazmışdır. İbrahimlə söhbət edən zaman İbrahim qızla gördüyü oğlanı ona oxşatmasını, lakin onu konkret olaraq qızla görməsini deməmişdir. İbrahimlə aralarında olan söhbət zamanı İbrahim ona «kişi olsan öz ailənə, uşağına sahib olarasan, sən bilirsən ki, yoldaşın hamilədir» demişdir. O, İbrahimdən Səkinənin hamilə olmasını hardan bilməsini soruşmuş, İbrahim cavabında isə hətta Səkinənin ona yazdığı sonuncu məktubdan da xəbəri olmasını demişdir. İbrahimdən həmin məktublardan haradan xəbərinin olduğunu soruşmuş, İbrahim ilk əvvəl cavab verə bilməmiş, lakin sonra evdə anası danışan zaman eşitdiyini demişdir. İbrahim ilə danışdıqdan sonra dəfələrlə Səkinəyə İbrahimin ona dediklərini aydınlaşdırmaq, aralarında olan münaqişlərə son qoymaq üçün zənglər etmiş, lakin Səkinə zənglərinə cavab vermədiyi üçün evə gedərək mətbəxdən bıçaq götürmüş və Səkinənin yaşadığı evə getmişdir. Evdə azyaşlı oğlu Raul və Səkinənin nənəsi Azadə olmuşlar. Azadə Səkinənin marketə getdiyini demiş və o, evdən çıxıb yaxınlıqda olan marketləri gəzmiş, lakin Səkinəni heç bir marketdə tapa bilməmişdir. Səkinəni tapa bilmədiyi üçün evin qarşısına gələrək onu gözləməyə başlamışdır. Səkinənin evə gəldiyini gördükdə isə ondan əvvəl evə girmiş, Səkinə evə girib onu görən zaman nənəsinə nə üçün onun evə girməsinə icazə verdiyini soruşmuş və ona söyüşlər söyüb evdən getməsini tələb etmişdir. O, Səkinədən haradan gəlməsini soruşmuş, Səkinə cavabında isə qonşudan gəldiyini demişdir. Səkinəyə xəstə uşağı evdə qoyub getdiyi üçün ona öz iradı bildirmiş, Səkinə isə ona söyüşlər söyməyə başlamışdır. Səkinədən telefonda yazdıqları məktublardan İbrahimin haradan xəbərinin olduğunu soruşmuş, Səkinə ona «nə edirəm yaxşı edirəm» cavabını vermişdir. Bir qədər mübahisə etdikdən sonra getmək istəyən zaman Raul öskürdüyü üçün geri qayıdıb Raulu qucağına almaq istəmiş və Raulu qucağına alan zaman özü ilə gətirdiyi bıçağı stolun üzərinə qoymuşdur ki, Səkinə də bıçağı görsün. Bıçağı stolun üzərinə qoyan zaman Azadə bıçağı götürüb mətbəxə keçmiş və ona da bu lazım idi demişdir. Azadə bıçağı aparıb mətbəxə qoymuş, bıçaqla nəsə edib ona böhtan atacaqlarını düşündüyü üçün mətbəxə gedib bıçağı götürüb şalvarının arxa tərəfindən bel hissəsinə qoymuşdur. Ayaqqabısını geyinib getmək istəyən zaman Səkinəyə uşağa baxa bilmirsə ona verməsini demiş və Səkinə uşağı vermək istəmədiyi üçün aralarında mübahisə olmuşdur.Bu zaman Azadə Səkinəyə gedib polis çağırmasını demişdir. Səkinə çölə çıxmış və yenidən qayıdıb şikayət etmək istəmədiyini bildirmişdir. Azadə Səkinəyə qışqıraraq get polis çağır demişdir. Sonra Azadə qapını bağlayıb ona söyüşlər söymüşdür.Həmin vaxtı çıxıb getmək imkanı olsa da getməmiş, polisin gəlməsini gözləmişdir. Polis əməkdaşları gəlmiş və ondan üzərində bıçaq olub-olmadığını soruşmuşlar. Üzərində bıçaq olduğunu demiş və polis əməkdaşları üzərində olan bıçağı ondan götürmüşlər. Sonra polis şöbəsinə getmişdir. Səkinə ilə aralarında baş verən mübahisə olan zamanı onun başından yumruqla vurmamış, Səkinəni öldürəcəyi, başını kəsəcəyi ilə hədələməmiş, əlində bıçaqla onun üzərinə getməmişdir. Təqsirləndirilən şəxs daha sonra məhkəmə iclasında verdiyi ifadəsini dəyişərək ona ittiham olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə özünü təqsirli bilərək, törətdiyi cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etməsi haqqda ərizəsini Məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 2, mənzil 31-də nənəsi Şahid1 və azyaşlı oğlu X8 ilə birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır və Seyruzla tanış olduqdan təxminən bir ay sonra evlənmək qərarına gəlmişlər. Ailəsinə məlumat vermədən Seyruzla birlikdə evlənmək məqsədilə Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Seyruzun bibisi evinə getmişlər. Ailələrinin razılığı olduğu üçün 2018-ci ilin avqust ayında toyları olmuş, amma rəsmi nikahları olmamışdır. Toyları olduqdan sonra Seyruzun valideynlərinin yanında Quba rayonunda yaşamışlar, lakin Seyruzun valideynləri ilə aralarında münaqişləri olduğu üçün Abşeron rayonuna gəlmiş, daha sonra isə Seyruz da onun yanına gəlmişdir. Quba rayonundan gəldikdən sonra Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər şəhərciyində anasının yanında yaşamışlar. Daha sonra kirayə ev tutaraq həmin evdə yaşamağa başlamışlar. Bir müddət yaşadıqdan sonra Seyruz içkili vəziyyətdə evə gələrək heç bir səbəb olmadan evdə olan əşyaları qırıb dağıtdığı üçün anası onu öz evinə aparmalı olmuşdur. Seyruzdan qorxduğu üçün Seyruzla yaşamaq istəməmiş, təxminən bir ay ayrı yaşamışlar, lakin hamilə olduğunu öyrəndikdən sonra yenidən Seyruzla barışmışlar. Anasının evində yaşayan zaman aralarında münaqişlər olduğu üçün həmin evdən çıxıb Seyruzun qardaşının kirayə qaldığı evə getmişlər. Sonradan anası öz evini iki hissəyə bölərək evin bir hissəsini yaşaması üçün ona vermişdir. Seyruzla qısqanclıq zəminində aralarında münaqişə olmuş, münaqişə zamanı Seyruz onu döydüyü üçün Zəngilan rayon Polis şöbəsinə müraciət etmiş, araşdırma aparıldıqdan sonra Zəngilan Rayon Məhkəməsi tərəfindən Seyruz 300 manat cərimə edilmişdir. Sonuncu dəfə 2019-cu ilin dekabr ayının 9-da Seyruzla barışmış, lakin Seyruz yenidən spirtli içkilər içib evdə münaqişlər yatardığı üçün ayrılmalı olmuşlar. xx.xx.2020-ci il tarixdə işə getmiş, işdən çıxıb gələn zaman Seyruz bir neçə dəfə mobil telefonuna zəng etmiş, lakin Seyruzla danışmaq istəmədiyi üçün onun zənglərinə cavab verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində iş vaxtı bitdiyi üçün işdən çıxıb evə gəlmiş, yaşadığı evə daxil olduqda Seyruzun orda olmasını görmüşdür. Evə daxil olduqda Seyruz harada olduğunu və zəng edən zaman telefona nə üçün cavab vermədiyini soruşmuş və onun başından bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxtı Seyruzun içkili olmasını hiss etmişdir. Seyruzla aralarında mübahisə olan zaman Seyruz bıçaqla onun başını kəsəcəyi, öldürəcəyi ilə hədələmiş və oğlu Raulu ona verməsini demişdir. Raulu Seyruza verməyəcəyini demiş, Seyruz cibindən qara saplı mətbəx bıçağı çıxarıb ona tərəf gəlmiş, bu zaman nənəsi Azadə aralarına keçmiş və Seyruzun bıçaq olan qolundan tutmuş və ona get polis çağır demişdir. Raulu da götürüb evdən getmiş və “Qarabağ” adlanan marketin yanında polis əməkdaşı Zamini görüb ona yaxınlaşıb, baş vermiş hadisə ilə bağlı onlara danışmış, bundan sonra Zamin başqa polis əməkdaşları ilə birlikdə onların yaşadıqları evə gəlmişlər. Seyruzla aralarında olan münaqişə zamanı ətrafdan heç kim gəlməmişdir. Seyruzla aralarında olan münaqişələr zamanı Seyruzun onu öldürəcəyini, başını kəsəcəyi ilə hədələməsi real olmuşdur. Seyruz əvvəllər də sərxoş olduğu üçün bir neçə dəfə onu döymüşdür. Aralarında münaqişə olan zaman Seyruz bıçağı şalvarının arxa bel tərəfindən çıxarıb onun üzərinə gəlmiş, Seyruzun onu öldürmək üçün gəldiyini düşünmüş, lakin həmin vaxt Seyruzun başqa hərəkəti olmamışdır. Zərərçəkmiş şəxs daha sonra ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışmasını, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını, təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi bina 2, mənzil 31-də nəvəsi Zərərçəkmiş şəxs və onun 8 aylıq oğlu Raulla birlikdə yaşayır. Təqsirləndirilən şəxs Səkinə ilə 2018-ci il tarixdə tanış olub və həmin ildə dəailəqurmuşlar, lakinonların rəsmi nikahlarıolmamışdır. Seyruzla Səkinənin ailələrində tez-tez münaqişələri olduğu üçün hazırda onlar ayrılmışlar. xx.xx.2020-ci il tarixdə Səkinə Raulu evdə onun yanında qoyub yeni işə düzəlmək istədiyi üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mağazaya getmişdir. Saat təxminən 21 radələrində evdə olan zaman qapını kiminsə açaraq içəri girib pərdənin arxasında dayandığını görmüş, ilk əvvəl həmin şəxsin nəvəsi Fərid olduğunu düşünmüş, lakin yaxınlaşdıqdaisəhəmin şəxsin Seyruz olduğunu görmüşdür. Seyruz evə daxil olub Səkinəyə nalayliq ifadə işlədib harada olduğunu soruşmuş, Seyruzun hərəkətlərindən və ondan spirtli içki iyi gəlməsindən onun sərxoş olduğunu hiss etmişdir. Seyruza Səkinənin mağazaya getdiyini demişdir. Seyruz Raulu ona verməsini istəmiş, lakin Raulu Seyruza verməmişdir. Seyruz Səkinəni axtarmaq üçün evdən getmiş, təxminən 10 dəqiqədən sonra yenidən geri qayıtmışdır. Seyruzdan sonra Səkinə də evə gəlmiş, Səkinə evə daxil olan kimiSeyruz nə üçün onun zənglərinə cavab vermədiyini soruşmuş, Səkinə isə onunla danışmaq istəmədiyini demişdir. Bu zaman aralarında mübahisə olmuş, Seyruz bir neçə dəfə yumruqla Səkinənin başından vurmuş, onunbaşını kəsəcəyi, onu öldürəcəyi ilə hədələmişdir. Aralarında mübahisə olan zaman X12 özü ilə aparacağını demiş, Səkinə Raulu ona verməyəcəyini bildirən zaman Seyruz cibindən bıçaq çıxarıb Səkinənin üzərinə getmişdir. Seyruzun bıçaqla Səkinəni vuracağını görüb onların arasına keçib Seyruzun əlindən tutub saxlamış və əlindəki bıçağı stolun üzərinə qoymağa məcbur etmişdir. Seyruz bıçağı Səkinəyə göstərib həmin bıçaqla onu öldürəcəyini demişdir. Səkinəyə polis çağırmağı demiş, Səkinədə Raulu götürərək evdən getmişdir. O, bıçağı götürüb mətbəxə qoymuş və Seyruza getməsini demiş, Seyruz su içmək bəhanəsi ilə mətbəxə keçib bıçağı yenidən götürmüşdür. Evə polis əməkdaşları gəlmiş, Seyruzdan bıçağı almışlar və Seyruz polislərlə birlikdə şöbəyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində götərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:15 radələrində bir saylı postda xidmətdə olan zaman məcburi köçkünlər şəhərciyində yaşayan vətanıdığı X5 qucağında azyaşlı uşağı ilə ona yaxınlaşmış, əvvəllər qeyri rəsmi birlikdə yaşadığı Seyruzun üzərində bıçaqlaonun yaşadığı evə gələrək onu öldürəcəyi ilə hədələdiyini, onu öldürməsindən qorxaraq evdən qaçaraq polis şöbəsinə getmək istədiyini və Seyruzun üzərində bıçaq onun evində olmasını bildirmişdir. Seyruzun hər-hansı cinayət etməsinin qarşısını almaqdan ötrü dərhal PPXT-nin manqa komandiri Şahid3 və həmin gün əməliyyat qrupunun üzvü polis sahə rəisi Əliyar Namazova bu barədə məlumat vermişdir. Məlumat verdikdən sonra sahə rəisi Əliyar Namazov, PPXT-nin tağım komandiri Şahid4 və manqa komandiri Şahid3la birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişlər.Evə daxil olan zaman Səkinənin nənəsi Azadə və Seyruzun evdə olduqlarını görmüşlər. Azadə Seyruzun üzərində bıçaq olmasını bildirmişdir. Şahid4 Seyruzdan üzərində bıçaq olub-olmadığını soruşmuş və əllərini yuxarı qaldırmasını demişdir. Seyruz əllərini yuxarı qaldırmış və belinin arxa tərəfində şalvarının bel hissəsində bıçaq olmasını bildirmişdir. Seyruzun şalvarının arxa tərəfinə baxan zaman sapı qara rəngli mətbəx bıçağı olmasını görmüş və onun hər-hansı cinayət törətməsinin qarşısını almaq məqsədi ilə bıçağı onun üzərindən götürmüşdür. Tərəflər arasında münaqişə olduğu üçün Seyruzu polis şöbəsinə dəvət etmişlər. Seyruz onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra raport yazaraq olmuş hadisə barədə rəhbərliyə məruzə etmiş və həmin bıçağı da raportla birlikdə polis şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 ifadələrində Şahid2 ilə analoji ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslə bir-birlərini tanıyırlar. “İnstaqram” yazışma proqramında “adil_misyo” adı ilə qeydiyyatdan keçmiş və həmin profildən özü istifadə edir. Profildə Seyruzda onun dostluğundadır. Bəzi vaxtlar Seyruzla həmin proqramda yazışırlar. Seyruz ondan həyat yoldaşı Səkinənin “İnstaqram” profilindən ona yazıb-yazmadığını soruşmuş, o isə Səkinənin ona yazmadığını bildirmişdir. Seyruzun bunu soruşmasına səbəb Səkinənin Seyruza yazmaması olmuşdur. Səkinə ona «Seyruza denən uşağının şəklini instaqramda olan profilindən silsin» yazmışdır. İlk əvvəl yazanın kim olduğunu bilməmiş, lakin sonradan başa düşmüşdür ki, yazan Seyruzun həyat yoldaşı Səkinədir. Seyruza Səkinənin ona yazdığını demiş və həmin profili bloka atmışdır. Səkinə ikinci dəfə ona başqa profildən yazaraq uşağının xəstə olduğunu, Seyruzun uşağına baxmadığını bildirmişdir. Səkinəyə bu məsələnin onların ailə problemləri olmasını deyərək Səkinənin profilini yenidən bloka atmış və sonradan onlar arasında baş verən münaqişədən xəbəri olmamışdır. İş üzrə digər şahidlər Şahid5, Şahid6 və Şahid8 dəfələrlə məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilsələr də, məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə şahidlərin ibtidai istintaq zamanı veridikləri ifadələrini elan edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, təqsirləndirlən şəxs onun qardaşıdır. 2018-ci ilin yay aylarında Seyruzla Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər şəhərciyində yaşayan Zərərçəkmiş şəxs ilə ailə qurmuş və onlar ailə qurduqdan sonra Quba rayonunda yaşamışlar. Seyruz ilə Səkinənin toyları olsa da rəsmi nikahları olmamışdır. Səkinə ilə valideynlərinin arasında tez-tez münaqişələr olduğu üçün onlar Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhəriciyinə gəlmiş və Səkinənin anasının evində yaşamağa başlamışlıar. Orada yaşadıqları müddət ərzində də aralarında münaqişələr olduğu üçün onları özünün kirayə yaşadığı evə gətirmişdir. Seyruzla Səkinənin arasında olan münaqişələri davam etdiyi üçün ayrılmışlar. Seyruz və Səkinənin Raul adlı bir azyaşlı uşaqları var.Seyruz yeni işə düzəlmək üçün xx.xx.2020-ci il tarixdə Abşeron rayonuna onun kirayə yaşadığı evə gəlmişdir. Quba rayonunda olan zaman xx.xx.2020-ci il tarixdə Seyruz ona telefonla məktub yazaraq Səkinənin evinə getməsini, aralarında münaqişə olmasını və onu polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. Seyruza əsəbləşərək ona səhv etməsini demişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonuna yaşadığı evə gəlmiş və Seyruzdan nə üçün Səkinənin evinə getdiyini soruşmuşdur. Seyruz Səkinənin onun telefonuna məktublar yazaraq müxtəlif söyüşlər söydüyünü, sonuncu dəfə isə İbrahim adlı şəxslə görüşüb söhbət edən zaman İbrahimin ona Səkinə ilə onun arasında olan hər şeyi, hətda onun Səkinəyə sonuncu yazdığı məktubu da bildiyini dediyi üçün Səkinəyə zəng etmiş, Səkinə telefonlarına cavab vermədiyi üçün əsəbləşərək Səkinənin yaşadığı evə getmişdir. Seyruz ona Səkinənin evinə gedən zaman özü ilə bıçaq apardığını, bıçağı aparmaqda məqsədi isə Səkinəni qorxutmaq olduğunu bildirmişdir. Seyruzun dediyinə görə həmin bıçağı yaşadığı evdən mətbəxdən götürmüşdür. Yaşadığı evə gələn zaman həqiqətən də mətbəxdə istifadə etdiyi qara saplı bıçağın olmadığını görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər şəhərciyində yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Səkinənin nənəsi Azadə onunla qonşu olmuşdur. Qonşu olduqları üçün Səkinə və ailə üzvləri bəzi vaxtlarda onun evinə gəlib ailə üzvləri ilə söhbət edirdilər. Təqsirləndirilən şəxs Səkinənin həyat yoldaşı kimi tanıyır, onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış massivində internet kulubdan çıxıb evə gedən zaman Seyruz onu görmüş və çağırıb söhbət etmək istədiyini demişdir. Seyruzla söhbət edən zaman Seyruz mobil telefonunda olan məktubları ona göstərib Səkinənin telefonda ona söyüşlər yazdığını, aralarında münaqişlər olduğunu bildirmişdir. Seyruza Səkinə ilə aralarında olan münaqişədən xəbərinin olduğunu demişdir. Seyruz onların arasında olan münaqişədən haradan xəbərinin olduğunu soruşduqda Səkinə onların evinə gəlib ailə üzvləri ilə söhbət edən zaman evdə olduğu üçün eşitdiyini demişdir. Söhbət etdikdən sonra Seyruzla sağollaşıb yaşadığı evə getmişdir. Seyruzla söhbət zaman ona uşağının xəstə olduğunu, imkanları olsa müalicəsi üçün köməklik edəcəyini, Səkinə hamilə olduğu üçün aralarında olan münaqişlərə son qoymalarını demişdir. Səkinə ilə Seyruzun arasında xx.xx.2020-ci il tarixdə münaqişə olan zaman orda olmamış, lakin bir həftə sonra Seyruzun Səkinənin evinə gedərək münaqişə yaratdığını eşitmişdir. Səkinə ilə Seyruzun arasında əvvəllərdə dəfələrlə münaqişlər olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, evini iki hissəyə bölərək bir hissəsini yaşaması üçün Səkinəyə vermiş, digər hissəsində isə özü yaşayır, evlərə girş isə müxtəlif yerlərdəndir. Qızı Təqsirləndirilən şəxs ilə 2018-ci ildə tanış olub və həmin ildə toyları olmuş, lakin rəsmi nikahları olmamışdır. Səkinə ilə Seyruzun arasında tez-tez münaqişlər olduğu üçün hazırda ayrılmışlar. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində evdə olan zaman Zamin və başqa bir neçə polis əməkdaşı onun evinə gələrək, polisə müraciət edildiyini bildirmişlər. O, polis əməkdaşlarına müraciət etmədiyini demiş və həmin vaxt polislərdən biri qızının müraciət etdiyini deyərək Səkinənin evinə giriş olan qapıya tərəf getmişlər. Polislər getdikdən sonra Səkinənin evinə getmiş və həmin vaxt polis əməkdaşlarının Seyruzun üzərindən bıçaq götürdüklərini görmüşdür. Səkinənin yanına gedən zaman Səkinə ona Seyruzun sərxoş vəziyyətdə yaşadığı evə gələrək onu bıçaqla öldürəcəyi, başını kəsəcəyi ilə hədələdiyini demişdir. Seyruzla Səkinənin arasında əvvəllərdə münaqişə olmuş və Seyruz dəfələrlə Səkinəni döymüşdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin134-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş, onun təqsiri, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq protokolları və cinayət işinin materiallarında olan digər sübutlarla da təsdiq edilir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən keçirilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 1532 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsülu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzrəində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş bıçaqla hər hansı şəxsə xəsarət yetirmək, öldürmək mümkündürmü? sualı ekspert ballistin zəruri biliyinə aid olmadığından cavablandırılmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 32 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bəldəni üzərində hər-hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli 2/142 nömrəli protokolan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İşdə olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(034)-5/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat miqdarında inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin cinayət işi üzrə məhkumluğun yoxlanılmasına dair arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzasını ağırlaşdıran halın olmamasını, ona elan olunmuş ittiham ilə özünü təqsirli bilməsini, törətdiyi cinayəti səmimi etiraf etməsini, zərərçəkmiş şəxsələ barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, yaşyaış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsi qənaitinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 134cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə görə cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Zəngilan rayon Polis şöbəsində saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertizalar ilə bağlı məhkəmə məsrəfləri 64 manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən 64 manat məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə məhkəmənin qərarı ilə, dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili-X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir.Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına X3 vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və əmlak müsadirəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq,məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. İş üzrə maddi sübut olan və Zəngilan rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-2/2020
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №1(034)-2/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver