Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-3/2021 08.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclasının katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Dövlət ittihamçısı X4 İdarənin Rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatdadır, Qubadlı rayonundan məcburi köçkündür, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərcəyi, bina 13, mənzil 13də məskunlaşmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 13 nömrəli binanın qarşısında olan söhbətgahda Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı ona söyüşlər söyməsi səbəbindən Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə vuraraq sol saidin yuxarı 1/3-nin sıyrığı, sağ baldırın yuxarı 1/3-nin iç və arxa səthinin dizaltı nahiyəni əhatə edən geniş sahəli qançırı-hematoması hərəkət məhdudluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib,həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2q törətdiyi əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 128-ci maddəsi ilə düzqün tövsif olunmuşdur. Məhkəmə cinayət prosessual qanunvericiliyinin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Belə ki, işin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən şəxs X9 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edərək ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi bina 13, mənzil 13-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs həyat yoldaşı Səfinin qardaşı Kərimin həyat yoldaşı olub, rəsmi ayrılıblar, lakin hazırda yenidən barışıb birlikdə onlarla eyni binada yaşayırlar. 05 avqust 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı 13 nömrəli binanın ikinci blokunun qarşısında qaynanası Gülüstan, həyat yoldaşı Səfi və qonşu blokda yaşayan Xəyalə Allahquliyeva ilə söhbət edirmişdir.Həmin vaxt qonşu binada yaşayan İsmayıl yanlarından keçən zaman avtomaşının saxlayıb Səfiyə nəsə deyib getmişdir. İsmayıl getdikdən sonra qaynanası nə olduğunu soruşmuş, Səfi Kərimin oğlu ismayılın qızına söyüşlər söydüyünü demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onlardan təxminən 10 metr kənarda olan söhbətgahda oturub qonşularla söhbət edirmişdir. Zərərçəkmiş şəxs ilə danışmadıqları üçün qaynanası qonşu Xəyaləyə demişdir ki, uşağının qonşu uşağa söyüş söyməsini, erməni deməsini Zərərçəkmiş şəxs gedib desin. X1 Zərərçəkmiş şəxs yanına gedib nəsə deyib yenidən onların yanına qayıtmışdır. Qonşu Xəyalə yanlarına gələn zaman Zərərçəkmiş şəxs uca səslə danışaraq oğlunun yaxşı edib söydüyünü, söyməsini özü dediyini, kimin sözü varsa gəlib onun özünə deməsini bildirmişdir. Həmçinin qonşu Xəyaləyə demişdir ki, səndə söz aparıb gətirənsən. Həmin vaxt qaynanası ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Onların sözlə mübahisə etdiklərini görüb Səfi Zərərçəkmiş şəxs it kimi hürmə demişdir. Xəyalə Nəbyeva isə Səfiyə it sənin arvadın Rəvanədir demişdir.Zərərçəkmiş şəxs sakitləşməyib bir neçə dəfə ona nalayiq sözlər demişdir. Xəyalənin ona dediklərinə əsəbləşib onun yanına getmiş, paltarından tutub adını çəkməməsin demişdir. Həmin vaxt Xəyalə ayağı ilə onun qarın nahiyyəsidən vurmuş, aldığı zərbədən arxaya gedən zaman Xəyalənin əynində olan köynəyindən tutduğu üçün Xəyalənin əynində olan köynəyi cırılmışdır. Xəyalə əl atıb başında olan hicabını çıxarmışdır. Yanlarında olan qonşular onları aralamışlar, Xəyalə həmin yerdən getmişdir. Xəyalə bir neçə dəqiqə sonra yenidən həyətə düşüb ona söyüşlər söyüb getmişdir. 05.08.2021-ci il tarixdə aralarında münaqişə olan zaman Xəyalənin dizindən, bədəninin müxtəlif yerlərindən ayağı və əli ilə vurmamışdır. Aralarında olan münaqişə, dava təxminən 5-10 dəqiqə davam etmiş, səs-küy olmamış, ətrafdan heç kim gəlməmişdir. Sonda təsirləndirilən şəxs X9 zərərçəkmiş şəxslə barışmadıqlarını və barışmaq fikrinin olmamsını bildirərək məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olub, hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 13, mənzil 8-də yaşayır. 2011-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan X11 ilə evlənmiş, birgə nigahlarından onların iki uşaqları var. Evləndikdən sonra Kərim, Kərimin anası və qardaşı ilə aralarında tez-tez münaqişələr olduğu üçün birlikdə yaşaya bilməyib boşanmışlar. Kərimlə boşandıqdan sonra bir neçə il ayrı yaşasalar da, sonradan uşaqları olduğu üçün Kərimlə barışıb bir evdə yaşamağa başlamışlar. Kərimlə barışıb yenidən birlikdə yaşamağa başlayandan Kərimin anası Şahid2, qardaşı X12 və Səfinin həyat yoldaşı Təqsirləndirilən şəxs onunla heç bir səbəb olmadan tez- tez münaqişlər edirdilər. 05.08.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı binanın qarşısında olan söhbətgahda qonşuları Şahid3 və Şahid4 ilə oturub söhbət edirdilər. Qaynanası Gülüstan, qyannı Səfi və Səfinin həyat yoldaşı Rəvanə də onlardan təxminən 10 metr kənarda oturub söhbət etmişlər. Söhbət edən zaman qonşu binada yaşayan Xəyalə Allahquliyeva yanlarına gəlib ona demişdir ki, onu Səfi yanlarına göndərmiş ki, oğlu Özil guya kiminsə uşağına erməni dediyi üçün uşağına tərbiyə versin demişdir. O, Xəyaləyə demişdir ki, atası evə gələndə deyər. X5 yanına getmiş və ona nəsə demiş, Səfi isə ona söyüşlər söymüşdür. Səfi onu söydüyü üçün Səfiyə dediklərin sənin arvadındır demişdir. Həmin vaxt Rəvanə, Rəvanənin arxasınca isə Səfi və Gülüstan onun yanına gəlmişlər. Rəvanə yanına gələn zaman ilk əvvəl ayağı ilə sağ diz hissəsindən vurmuş, sonra isə saçlarını tutub özünə tərəf çəkərək əli və ayağı ilə qılçalarından, qollarından, kürəyindən vurmuş, əynində olan köynəyini cırmışdır. Rəvanə onu döyən zaman yanlarında olan qonşular onu kənarlaşdırmışlar. Köynəyi cırıldığı üçün Züleyxa yaylığını ona vermiş və öz evinə getmişdir. Evdən sonra isə polis şöbəsinə gedib baş vermiş hadisə barəsində şikayət etmişdir. Rəvanə ilə aralarında olan münaqişə 5-10 dəqiqə davam etsədə, səs-küy olmamış, ətrafdan heç kim isə oraya gəlmişdir. Rəvanə ilə aralarında münaqişə olan zaman Səfi ona söyüşlər söymüş, lakin onu vurmamışdır. Münaqişə zamanı o, Rəvənə Səfiyevanı vurmamışdır. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadıqlarını, barışmaq fikrinin olmamasını və məhkəmədən təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 13, mənzil 13-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs qardaşı Kərimin həyat yoldaşıdır, lakin rəsmi olaraq ayrılsalar da, lakin hazırda yenidən birlikdə yaşayırlar. 05 avqust 2021-ci il tarixdə saat 22 radələrındə yaşadığı 13 nömrəli binanın ikinci blokunun qarşısında həyat yoldaşı Rəvanə, anası Gülüstan və qonşu blokda yaşayan Xəyalə Allahquliyeva ilə söhbət edən zaman qonşu binada yaşayan İsmayıl yanlarından avtomaşla keçən zaman dayanıb onu yanına çağıraraq qardaşı Kərimin azyaşlı oğlunun onun qızına söyüş söyüb, erməni dediyini, həmin səbəbdən də qızının ağladığını bildirmişdir. O, İsmayıla uşaq olduqlarını, qardaşı Kərimə oğlunun söyüş söyməsini deyəcəyini bildirmişdir. İsmayıl heç nə deməyib avtomaşını sürüb getmişdir. İsmayıl getdikdən sonra anası nə olduğunu soruşmuş, Kərimin oğlunun onun qızına söyüş söydüyün demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onlardan təxminən 10 metr kənarda olan söhbətgahda oturub qonşularla söhbət edirmişdir. Zərərçəkmiş şəxs ilə aralarında münaqişə olduğunundan, danışmadıqlarından anası qonşu Xəyaləyə demişdir ki, uşağının qonşu uşağa söyüş söyməsini, erməni deməsini Zərərçəkmiş şəxs gedib desin. Xəyalə Allaquliyeva zərərçəkmişin yanına gedib nəsə deyib yenidən onların yanına qayıtmışdır. Xəyalə Allahquliyeva yanlarına gələn zaman Zərərçəkmiş şəxs uca səslə danışaraq oğlunun yaxşı edib söydüyünü, kimin sözü varsa gəlib özünə deməsini, Xəyaləyə Allahquliyevaya isə səndə söz aparıb gətirənsən demişdir. X15 Nəbiyevaya cavab verən zaman aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs it kimi hürmə demişdir. Zərərçəkmiş şəxs isə bir neçə dəfə həyat yoldaşı Rəvanəyə söyüşlər söymüşdür. Zərərçəkmiş şəxs söyüşlərini davam etdirdiyi üçün həyat yoldaşı Rəvanə iti yerişlərlə Xəyalənin oturduğu yerə getmişdir. Rəvanə Xəyalənin yanına gedən zaman kənardan görmüşdür ki, Xəyalə Rəvanənin başında olan hicabını açmış, bir-birlərindən tutub dalaşırlar. Onların yanına gedən zaman orda olan qonşular artıq onları aralamışdırlar. Xəyalə ona da söyüşlər söyüb getmişdir. Həmin dava zaman hava qaranlıq olduğundan və ətraflarında onları aralaşdıran qonşular olduğu üçün Xəyalə ilə Rəvanənin bir-birlərini vurduqlarını görə bilməmişdir. Xəyalə ilə Rəvanə arasında olan münaqişə 5-10 dəqiqə davam etmişdir.Səs-küy olmadığı üçün ətrafdan heç kim gəlməmişdir. Münaqişə zamanı o, Zərərçəkmiş şəxs vurmamış, öldürəcəyi ilə hədələməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi ev 13, mənzil 7-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs hazırki, Zərərçəkmiş şəxs isə keçmiş gəlinidir. Zərərçəkmiş şəxs qız 2018-ci ildə oğlu X6 boşanmışdır. Lakin buna baxmayaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, ev 13-də yaşayırlar. O və gəlini Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı deyildir, ümumiyətlə onlar bir-birlərini danışdırmırlar. 05.08.2021-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadıqları binanın blokunda gəlini Təqsirləndirilən şəxs ilə oturmuşdurlar. Onlardan təxminən 10 metr kənarda Zərərçəkmiş şəxs oturmuşdur. O, Xəyalənin azyaşlı uşağının küçədə söyüş söyməsinə etiraz olaraq digər qonşusu Xəyalə adlı şəxs vasitəsi ilə keçmiş gəlini Zərərçəkmiş şəxs nəvəsini tərbiyələndirməsi barədə söz göndərmişdir. Buna etiraz olaraq Zərərçəkmiş şəxs oturdu yerdən ona və gəlini Təqsirləndirilən şəxs söyüş söyməyə başlamışdır. Gəlini Təqsirləndirilən şəxs keçmiş gəlini Zərərçəkmiş şəxs yaxınlaşıb onu susdurmaq istəyən zaman aralarında münaqişə baş vermiş və onlar tutaşmışlar. Onları orada olan şəxslər aralamışlar. İş üzrə digər şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi ilə kifayətlənmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” işi üzrə 28.09.2006-cı il tarixli,həmçinin ,”Saidinin-Fransaya qarşı” işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən,milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də,məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə,Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərxləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi bina 13, mənzil 11-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Səfiyeva X7 şəhərciyində onunla eyni binada yaşayırlar, onların heç biri ilə düşmənçiliyi, ədavəti və qohumluq əlaqəsi yoxdur. 05 avqust 2021-ci il tarixdə saat 22 radələrində qonşuları Zərərçəkmiş şəxs və Şahid4 ilə yaşadığı binanın qarşısında olan söhbətgahda oturub söhbət etmişlər. Həmin vaxt onlardan təxminən 10 metr qarşı tərəfdə binanın qarşısında Gülüstan, Rəvənə və Səfi ilə dayanıb söhbət edən qonşu blokda yaşayan Xəyalə Allahquliyeva onlara yaxınlaşmışdır. Xəyalə Allahquliyeva onlarla salamlaşıb Zərərçəkmiş şəxs demişdir ki, onu yanlarına Səfi göndəribdir ki, Xəyaləyə desin ki, oğlu qonşu uşağa söyüşlər söyüb, erməni deyib, həmin səbəbdən də uşağına tərbiyə versin. Xəyalə Zərərçəkmiş şəxs Allahquliyevaya oğlu uşaqdır, atası evə gələn zaman oğlunun söyüş söyməsini deyər, kiminsə ona sözü varsa gəlib özünə desin demişdir. Xəyalə Allahquliyeva onlarla danışdıqdan sonra yenidən Rəvanə, Gülüstan və Səfinin yanına gedib onlara nəsə demişdir. Xəyalə Allahquliyeva ilə danışdıqdan sonra Səfi dayandığı yerdən Zərərçəkmiş şəxs orda nə hürürsən demiş, Xəyalə isə Səfiyə öz arvadın hürür demişdir. Həmin vaxt Rəvanə iti addımlarla yanlarına gəlib Xəyalənin paltarının yaxa hissəsindən tutub ilk əvvəl ayağı ilə onunun sağ dizindən vurmuş, paltarını cıraraq Xəyalənin bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Orda olan qonşu Qətibə ilə Rəvanəni sakitləşdirib kənarlaşdırmışlar. Rəvanə Xəyaləni döyən zaman əynində olan köynəyini cırdığı üçün yaylığını Xəyaləyə vermişdir ki, Xəyalə evinə getsin. Xəyalə evinə getdikdən sonra o da getmişdir. Aralarında münaqişə olan zaman Xəyalə ayağı ilə Rəvanənin qarın nahiyyəsinə vurmamışdır. Həmin münaqişə təxminən 5-7 dəqiqə davam etmiş, səs-küy olmamış, ətrafdan heç kim gəlməmişdir. İbtidai istintaq zamanı Şahid4 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi bina 13, mənzil 7-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Nəbiyeva X10 şəhərciyində onunla eyni binada yaşayırlar, onların heç biri ilə düşmənçiliyi, ədavəti və qohumluq əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs və Şahid3 ilə 05 avqust 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı binanın qarşısında olan söhbətgahda oturub söhbət etmişlər. Həmin vaxt onlardan təxminən 10 metr qarşı tərəfdə binanın qarşısında Xəyalə Allahquliyeva, Gülüstan, Rəvənə və Səfi dayanıb söhbət edirmişlər. Söhbət edən zaman X8 və yanında olan şəxslərin yanından onlara yaxınlaşıb salamlaşaraq Zərərçəkmiş şəxs demişdir ki, onu yanlarna Səfi göndərmişdir ki, Xəyalənin oğlunun qonşu uşağa söyüşlər söyüb erməni dediyini və həmin səbəbdən də uşağına tərbiyə verməsini demişdir.Xəyalə Zərərçəkmiş şəxs Allahquliyevaya demişdir ki, oğlu uşaqdır, atası evə gələn zaman oğlunun söyüş söyməsini deyər, kiminsə ona sözü varsa gəlib özünə desin. Xəyalə Allahquliyeva sözünü dedikdən sonra yenidən Rəvanə, Gülüstan və Səfinin yanına gedib onlara nəsə danışmışdır. Xəyalə Allahquliyeva ilə danışdıqdan sonra Səfi dayandığı yerdən Zərərçəkmiş şəxs orda nə hürürsən demişdir. Xəyalə isə Səfiyə öz arvadın hürür demişdir. Həmin vaxt Rəvanə iti addımlarla yanlarına gəlmiş, Rəvanənin Xəyalə ilə dalaşmaq üçün gəldiyini görüb həmin yerdən durub getmişdir. Gedən zaman görmüşdür ki, Rəvanə Xəyalə ilə dalaşmağa başlamış və əl zərbələri ilə Xəyaləni vurmuşdur. Lakin həmin vaxt qaranlıq olduğundan və həmin yerdən kənarlaşdığı üçün həmin zərbələrin Xəyaləyə dəyib dəymədiyini görməmişdir. Sonradan Xəyalə ona demişdir ki, Rəvanə ona xəsarətlər yetirmiş, əynində olan paltarını cırmışdır. Xəyalənin ayağı ilə Rəvanənin qarın nahiyyəsinə vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə, dava təxminən 5-7 dəqiqə davam etmiş, səs-küy olmamış, ətrafdan heç kim gəlməmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 06.08.2021-ci il tarixli 1796 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, yəni sol saidin yuxarı 1/3-nin sıyrığı, sağ baldırın yuxarı 1/3-nin iç və arxa səthinin dizaltı nahiyəni əhatə edən geniş sahəli qançırıhematoması hərəkət məhdudluğu ilə- bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qeyd olunan müddətdə və şəraitdə yəni, 05.08.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan maddi sübut hesab edilməsi barədə 11.10.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qısa qol qadın köynəyi maddi sübut hesab edilərək maddi sübutların saxlanmasından ötrü Zəngilan Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsi nəzərdə tutulur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 13 nömrəli binanın qarşısında olan söhbətgahda Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı ona söyüşlər söyməsi səbəbindən Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə vuraraq sol saidin yuxarı 1/3-nin sıyrığı, sağ baldırın yuxarı 1/3-nin iç və arxa səthinin dizaltı nahiyəni əhatə edən geniş sahəli qançırı-hematoması hərəkət məhdudluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə cəzanın növünü və həddini müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan 07.09.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallarının olmadığını qeyd etməklə, CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını, Qubadlı rayonundan məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il 395-VİQR №-li qərarı tətbiq edilməlidir. Belə ki, «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» amnistiyanın tətbiqi qaydalarıınn 23.5-ci bəndinə əsasən məhkəmələr bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-u və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla yanaşı, cinayət əməli onun tərəfindən ilk dəfə olaraq törədilmiş, Qubadlı rayonundan məcburi köçkündür, himayəsində iki azyaşlı uşağı var və amnistiya tətbiq edilən şəxslərin dairəsi altına düşdüyündən təyin edilmiş cəzadan azad edilməlidir. Eyni zamanda, məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131.1.2-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan məişətdə gündəlik tələbat əşyalarını mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Zəngilan rayon Polis Şöbəsinin maddi sübutları saxlanılma yerində saxlanılan bir ədəd köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini və «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il 395-VİQR №-li qərarını rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzsına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il 395-VİQR №-li qərarı tətbiq edilsin və o təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Zəngilan rayon Polis Şöbəsinin maddi sübutları saxlanılma yerində saxlanılan bir ədəd köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya protesti və apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-3/2021
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-3/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver