Məhkəmə qərarları › İş №1(039)-159/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-159/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-159/2021 23.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 16 iyul 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Bakı küçəsi, ev 40-da qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2021-ci ilin fevral ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda yaşadığı Yevlax şəhəri, Bakı küçəsi, 40 saylı evin həyətində torpaq üzərində əkib qanunsuz olaraq xeyli miqdarda 13 (on üç) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 14 iyul 2021-ci il tarixdə saat 19:00-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən aqronomun iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Təqsirləndirilən şəxs həyətində kultivasiya etdiyi xeyli miqdarda 13 ədəd hündürlükləri 110 sm-dən 220 sm-dək ümumi çəkisi 42 kq 350 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, düşəndə hərdən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2020-ci ilin sentiyabr ayının əvvəllərində «Kür» çayından balıq tutmağa gedərkən orada yabanı halda bitmiş çətənə bitkisi görmüşdür. Həmin ağacda olan toxumlarından 25 ədədin yığaraq gələcəkdə əkmək üçün evlərinə gətirmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində həmin toxumları yaşadığı evin həyətində əkdiyi bostanın içərisində əkib suvararaq qulluq etməyə başlamışdır. Bir neçə gün sonra toxumlar çıxmağa başlamışdır. Bitmiş şitillərin dibini boşaldaraq seyrəltmiş və həmin toxumlardan 13 ədədi bitmişdir. Bitmiş şitillərin dibinə suvarmaq üçün arx çəkmiş, peyin verməyə başlamışlar. Şitillər təxminən 1-2 metir hündürlüyə boy atmışdır. Həmin ağacların yarpaqlarından toplayıb qurudaraq istifadə etməyə başlamışdır. Yaşadığı evin həyətində narkotik vasitə əkdiyini heç kim bilməmişdir. 15 iyul 2021-ci il tarixdə saat 19 radələrində evdə olmamışdır. Yevlax rayon polis şöbəsinin əməkdaşları gəlib yaşadığı evin həyətinə həyət yoldaşı Sevincdən razılıq alaraq video çəkilişlə baxış keçirərkən, həyətdə əkib-becərdiyi 13 ədəd çətənə bitkisini aşkar edib qablaşdırıb möhürləyib götürmüşlər. O, birbaşa polis şöbəsinə gələrək həmin çətənə kollarını əkib-becərdiyini etiraf etmiş və həmin narkotik vasitəni əkib-becərməsindən həyat yoldaşının xəbəri olmadığını bildirmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını, himayəsində üç azyaşlı uşağnın olmasını, bir daha belə hallara yol verməyəcəyini və “Zəfər Günü” münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 14 iyul 2021-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri, Bakı küçəsi 40 saylı evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə ona məlumat daxil olmuşdur. Onun həyətində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi məlumatına əsasən şöbənin bir qrup əməkdaşları və Yevlax rayonu X5 rəisi X3 ilə birlikdə həmin ünvana getmişlər. Məhəmməd evdə olmasada onun həyat yoldaşının razılığına əsasən video çəkilişlə həyətlərinə baxış keçirilmişdir. Baxış zamanı həyətdə əkilmiş bostanın içərisində 13 ədəd narkotik tərkibli çətənə bitkilərin aşkar edilmişdir. Həmin bitkinin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənmiş peyin verilərək suvarılmışdır. Məhəmmədin həyat yoldaşı həyətdəki bostanı və həmin narkotik bitkilərin əri əkdiyini və Məhəmmədin orada narkotik vasitə əkməsindən xəbəri olmadığını bildirmişdir. Aşkar edilmiş həmin bitklərin kolları kökündən çıxarılmış, həmin bitki kolları torbaya qoyularaq qablaşdırılmış və fotoşəkillər çəkilmiş, bundan sonra protokol tərtib edilmiş və protokolu imza etmişlər. Məhkəmə iclasında ifadəsi şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, 14 iyul 2021-ci il tarixdə saat 19 radələrində Yevlax polis şöbəsinin əməkdaşları onu keçiriləcək tədbirdə aqronom-mütəxəssis qismində iştirak etmək üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Yevlax şəhəri, Bakı küçəsi 40 saylı evdə yaşayan sonradan adını və soyadını bildiyi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçiriləcək baxışda iştirak etmələrini demişlər. Həmin baxışda iştirak edəcəyinə razı olmuş və baxış keçirilməzdən əvvəl Azərbaycan Respublikası CPM-nin 96-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra birlikdə həmin ünvana getmişlər. Məhəmməd evdə olmasada onun həyat yoldaşına həyətlərinə baxış keçiriləcəyini demişlər. Məhəmmədin həyat yoldaşı razılıq verdikdən sonra video çəkilişlə həyətə baxış keçirilərkən məhlədə əkilmiş bostanın içərisindən 13 ədəd spesfik iyli, ətrafları alaq otlarından təmizlənmiş, dibləri bellənib yumşaldılmış, suvarılmış, peyinlənmiş narkotik xassəli çətənə (kannabis) bikiləri aşkar olunmuşdur. Bitkiləri nəzərdən keçirərkən həmin bitkilərin xüsusi aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərilib yetişdirilmiş və kultivasiya edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmasını müəyyən etmişdir. Baxış keçirilən müddətdə bitkilərə dair müvafiq rəy yazıb təhqiqatçıya təqdim etmişdir. Polis əməkdaşları həmin 13 ədəd çətənə bitkilərini torpaqdan kökündən çıxardıqdan sonra orada komlanmış vəziyyətdə olan çətənə bitkisinin hissələrini qablaşdırarq möhürləyərək götürmüşlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 15 iyul 2021-ci il tarixli 17/513 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 13 (on üç) ədəd bitki kolları” sözləri yazılmış 01 (bir) ədəd böyük sintetik kisənin içərisindəki 13 (on üç) ədəd, hündürükləri 110 sm-dən 220 sm-dək, ümumi çəkisi 42 kq 350 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Alim-aqranomun X4 tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 25 sentyabr 2021-ci il tarixli, 1060 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, 2010-cu il təvəllüdlü Məhəmmədəli, 2012-ci il təvəllüdlü Ömər və 2017-ci il təvəllüdlü Fatimə adlı üç azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli 896 nömrəli məktubdan görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən qismən səfərbərliklə cəlb edilərək 07.11.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək N saylı hərbi hissəyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlu şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 iyul 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Zəfər Günü” münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktı: 1.16 bu Qərar qüvvəyə mindiyi günədək öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. 9.1 Məhkəmələr, icraatında olan bu Qarar qüvvəyə mindiyi günədək baxılmamış cinayat işləri va məhkəməyədək sadələşdirilmiş icraat materialları uzre bu Qərarın 1.1- 1.16-ci bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibina xitam verir ve ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittham hökmü çixarır (bu Qararın 10-cu va 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Maddə 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs amnistiya tətbiq edilməli şəxslərin siyahısına aid omasını, özünü təqsirli bilməklə buna razılıq ərizəsi təqdim etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 13 (on üç) ədəd, ümumi çəkisi 42 kq 350 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, barəsində “Zəfər Günü” münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktı tətbiq edilməklə, iş üzrə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kobinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 13 (on üç) ədəd, ümumi çəkisi 42 kq 350 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 17 (on yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar