Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-4/2023 25.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, mülki cavabdeh X2, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs X3 qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, özgənin əmlakını aldatma yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə rəsmi əmək müqaviləsi olmadan operator işlədiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrə ilə qeydiyyatdan keçmiş fiziki şəxs Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, Yevlax şəhəri Nəsimi 1 ünvanında yerləşən “3 QARDAŞ 5+” marketdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində marketdə olan bəzi ərzaq, içki və digər yeyinti məhsullarının satılmadığı halda həmin məhsulları satılmış kimi nəzarət kassa aparatlarına vurub ümumilikdə 14,391.38 manat məbləğində satış əməliyyatları apararaq aparatlardan satılmış kimi göstərilən mallara görə 18 faiz ƏDV-nin nağdsız qaydada qaytarılmasını mümkün etməklə hüquq verən üzərində “Fiskal İD” kodu olan satış çeklərini saxtalaşdırmış, həmin saxtalaşdırdığı hüquq verən çeklərin saxta olduğunu bilə-bilə həmin satış çeklərindən istifadə etməklə 18 faiz ƏDV-nin nağdsız qaydada qaytarılması mümkün olan 10-15 faiz məbləğini saxta çeklərin üzərində olan “Fiskal İD” kodu vasitəsi ilə “www.edvgerial.az” portalından özünün adına olan AZE 17138492 nömrəli şəxsiyyət vəsiqəsinin xxxxxxx fin kodu ilə qeydiyyatdan keçirdiyi özünə məxsus şəxsi kabinetinində olan hesabına yükləyib, daha sonra həmin şəxsi kabinetində olan hesabına köçürülmüş 169.37 manat ƏDV məbləğini, ümumilikdə 27,714.42 manat məbləğində satış əməliyyatları apararaq aparatlardan çıxarılmış saxta satış çekləri əsasında 18 faiz ƏDV-nin nağdsız qaydada qaytarılması mümkün olan 10-15 faiz məbləğini çekin üzərində olan “Fiskal İD” kodu vasitəsi ilə “www.edvgerial.az” portalından keçmiş qayını Şahid5 adına olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin 6FQ6XZ6 fin kodu ilə sonuncunun xəbəri olmadan öz adına qeydiyyatdan keçirdiyi özünə məxsus şəxsi kabinetinində olan hesabına yükləyib, daha sonra həmin şəxsi kabinetində olan hesabına köçürülmüş 306.40 manat ƏDV məbləğini və ümumilikdə 710,663.12 manat məbləğində satış əməliyyatları apararaq aparatlardan çıxarılmış saxta satış çekləri əsasında 18 faiz ƏDV-nin nağdsız qaydada qaytarılması mümkün olan 10-15 faiz məbləğini saxta çeklərin üzərində olan “Fiskal İD” kodu vasitəsi ilə “www.edvgerial.az” portalından Şahid4 adına olan AZE 18518467 nömrəli şəxsiyyət vəsiqəsinin surətinin 2C07X8N fin kodu ilə sonuncunun xəbəri olmadan öz adına qeydiyyatdan keçirdiyi özünə məxsus şəxsi kabinetinində olan hesabına yükləyib, daha sonra həmin şəxsi kabinetində olan hesabına köçürülmüş 6,628.10 manat ƏDV məbləğini oradan ayrı-ayrı müvəkkil bank hesablarına (şəxsi və sair plastik kart hesablarına) köçürməklə cəmi 7,103.87 manat pulu vahid niyyətlə qəsdən ələ keçirib “3 QARDAŞ 5+” marketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs həmin marketdə faktiki olaraq satılmamış mallara görə cəmi 14,902.84 manat əlavə vergi hesablanmasına səbəb olmaqla Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq hüquq verən rəsmi sənədi qəsdən istifadə etmək məqsədi ilə saxtalaşdıraraq həmin saxta sənəddən qəsdən bilə-bilə istifadə etməklə qəsdən dələduzluq etmişdir. Yevlax Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, müddətin keçməsi ilə bağlı xitam verilmişdir. Məhkəmə iclası zamanı Xadicə Əhmədova özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2 maddələri ilə tam, 178.2.4 maddəsi ilə qismən təqsirli bilərək və mülki iddianı qismən qəbul edərək söyləmişdir ki, 12 fevral 2020-ci il tarixdən 30 iyul 2020-ci il tarixədək Yevlax şəhərində yerləşən “3 Qardaş 5+” marketdə operator vəzifəsində işləmişdir. Vəzifəsi mağazaya daxil olan malların qəbulunun qeydiyyatı, qiymətlər, günlük hesabatlar və mağazada ətriyyat bölməsinin aylıq hesabatını verməkdən ibarət olmuşdur. Mağazanın sahibi Şahid1 olmaqla qardaşı Zərərçəkmiş şəxslə birlikdə işlətmiş, Vüsalın oğlu Azad, Vüqarın oğlu Azər də onlara köməklik etmişlər. İşə qəbul olunarkən əmək müqaviləsi bağlanmamışdır. İşə qəbul olunan gündən 07 iyun 2020-ci il tarixədək kassa aparatı ilə işləmək ona tapşırmışdır. Belə ki, günün sonunda kassa aparatından gün ərzində satılmış məhsulların dəyəri 4,000-5,000 manat olan satış çeki çıxarmış, həmin çeki mağazanın ikinci mərtəbəsində yerləşən Vüsalla Vüqarın əyləşdiyi ofisdəki masanın üzərinə qoymuşdur. Kassada satışa dair çek verən “ZT” aparatı sistemdən ayrılmış vəziyyətdə olduğuna görə satışın məlumatları sistemə oturmamış, işlədiyi kassa aparatı da həmçinin sistemə qoşulmamışdır. 2020-ci ilin iyun ayının ortalarında mağazanın sahibi Zərərçəkmiş şəxs oğlu Azər ona bildirmişdir ki, satılan malların çekinin altında QR kod olur, onu telefonla skan etdikdən sonra alınan mala görə ödənilmiş ümumi məbləğin 18 faiz verginin 15 faizi müştərinin kart hesabına ödənilir və təklif etmişdir ki, bu prosesi öyrənsin. Bundan təxminən 2-3 gün sonra, Şahid1 oğlu Azad və Azər ona təklif etmişlər ki, gün ərzində 5,000 manat çekdən başqa əlavə 1,500-2,000 manat çek də vursun, bundan qorxmasın, onsuz da əlavə məbləğin mağazaya heç bir ziyanı yoxdur. 2020-ci ilin iyul ayının ortalarından etibarən gündəlik olaraq Vüqarın oğlu Azərin vurduğu 5,000-6,000 manat arası məbləğdə satış vurduqdan sonra özü də 1,000, 1,500 manat artıq satış məbləği vurub çeki çıxarıb Vüsalgilin ofisindəki masanın üzərinə qoymuşdur. 30 iyul 2020-ci il tarixdə Vüqar onu çağırıb bildirmişdir ki, mağazada gün ərzində satış normasından artıq məbləğin kassa aparatına vurulduğuna görə 28,000 manat vergi borcu yaranmışdır, kassa aparatında əməliyyat işi görərkən mağazanın video müşahidə cihazının qeydə aldığı video görüntülərə düşdmüşdür və ondan 28,000 manat pulun ödənilməsini tələb etmişdir. Vüqara etiraz edərək həmin pulu ödəməli olmadığını bildirmişdir. Bundan sonra Vüqarın oğlu Azər əlində “ZT” markalı kassa aparatı ilə yanına gəlib müşətirinin aldığı məhsula görə özünə çatmalı olan məbləğin 18 faiz dəyər vergisinin 15 faizini öz hesablarına yüklədiklərini demişdir. Şəxsiyyət vəsiqəsinin xxxxxxx Fin kodu ilə özü qeydiyyatdan keçmiş, 14,391.38 manat satış əməliyyatı aparmış, ƏDV-nin geri qaytarılması nəticəsində hesabına 169.37 manat pul köçürülmüşdür. Həmin məbləğin bir qismi müştərilərin götürmədiyi çeklər əsasında, bir qismi isə Şahid1 ona verdiyi çeklər əsasında hesabına köçürülən məbləğ olmuşdur. Həmin məbləğin bir qismi ilə öz mobil telefonuna danışıq konturları vurmuş, bir qismi ilə yaxın qohumlarının telefonlarına danışıq konturları vurmuş, qalan pulları qayını Elçinin "xxxx" kartına köçürərərək nəğdləşdirib öz məsrəflərinə xərcləmişdir. Keçmiş qayını Şahid5 şəxsiyyət vəsiqəsinin 6FQ6XZ6 nömrəli Fin kodu ilə özü qeydiyyatdan keçmiş, 27,714.42 manat satış əməliyyatı aparmış, ƏDV-nin geri qaytarılması nəticəsində hesabına 306.40 manat pul köçürülmüş, bundan başqa Elçin özü də onun həmin mağazada işlədiyi dövr ərzində həmin mağazadan alış-veriş etmiş, onun aldığı malların ƏDV-si də öz hesabına köçürülmüş, Elçinin hesabına köçürdüyü ƏDV-nin geri qaytarılan hissəsini Elçinin "xxxx" kartına köçürərək nəğdləşdirib öz şəxsi ehtiyaclarına xərcləmişdir. Şahid4 Qəzəfər qızının şəxsiyyət vəsiqəsinin surəti əsasında 2C07X8N nömrəli Fin kodu ilə Azad və Azərin təklifi əsasında özü qeydiyyatdan keçmiş, 710663,12 manat satış əməliyyatı aparmış, ƏDV-nin geri qaytarılması nəticəsində hesabına 6,628.10 manat pul köçürülmüş, bu barədə Sevincin heç bir məlumatı olmamış, mağazada olan çeklərin bir qismini onun özü Sevincin adına olan sistem vasitəsilə qeydiyyatdan keçirmiş, ƏDV-nin geri qaytarılan hissəsi onun hesabına köçürülmuş, bundan sonra həmin məbləği keçmiş qayını Elçinin "xxxx" kartına köçürmüşdür. Şahid4 şəxsiyyət vəsiqəsinin surəti ilə qeydiyyatdan keçdiyi hesaba köçürülən 6,628.10 manat ƏDV məbləğinin bir hissəsini özünün istifadəsində olan ***-***-**-** mobil nömrə və ***-***- **-** mobil nömrəyə danışıq konturları yükləmiş, bundan başqa hazırda xatırlamadığı tanışlarına məxsus nömrələrə pay olaraq danışıq konturları göndərmiş, həmçinin müəyyən məbləğdə pul vəsaitini keçmiş qayını Şahid5 məxsus 416974****6769 nömrəli plastik karta köçürmüş, həmin məbləğlərin hamısını özü şəxsi ehtiyaclarına xərcləmişdir. Elçinə həmin puldan verməmiş, digər kart hesablarına da pul köçürmələri etmiş, həmin pulları da öz şəxsi ehtiyaclarına xərcləmiş, digər kartların sahiblərinə də həmin puldan verməmişdir. Ümumilikdə qeyd etidyi məbləğdən özü üçün 2,500 manat pul götürmüşdür. Qalan məbləği isə Azər və Azada vermişdir. Əməlindən peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, ünvan 2 ünvanında “3 Qardaş 5 + ” adlanan gündəlik tələbat mallarının satışı mağazasında fəaliyyət göstərir, vergi ödəyicisidir. 2019-cu ilin dekabr ayında Respublika ərazisində “ƏDV Geri Al” xidməti yaradılmış, belə ki, həmin xidmətə görə mağazada satılan məhsulların 18 faiz əlavə dəyər vergisinin 15 faiz olan hissəsi nəğdsiz ödəniş olanda (plastik kart vasitəsilə ödəniş olanda), 10 faiz olan hissəsi nəğd ödəniş olanda müştəriyə qaytarılmış, onlara məxsus mağazada 2020-ci ilin aprel ayından başlayaraq ƏDV qaytarmaq üçün nəzərdə tutulan yeni nəsil “OM metik” markalı kassa nəzarət aparatları quraşdırılmışdır. 2020-ci ilin mart ayının əvvəllərindən Məmmədova (Əhmədova) Xədicə İnqilab qızını mağazaya operartor kimi işə götürmüşdür. Həmin zaman ölkə ərazisində olan pandemiya dövründə işə götürülmə və işdən çıxarılma halları məhdudlaşdırıldığına görə Xədicə ilə əmək müqaviləsi bağlamamışdır. Xədicə bundan suiistifadə edərək kassa nəzarət aparatı vasitəsilə mağazanın satış dövriyəsini formal olaraq şişirmiş, belə ki, o, mağazada olan qiyməti baha olan malları, yəni bahalı spirtli içkiləri kassa aparatına satışı olmadan çoxlu sayda vuraraq çekləri çıxarmış, həmin çeklərin üzərində olan barkod vasitəsilə özünə lazım olan ayrı-ayrı şəxslərin hesablarına əsassız olaraq ƏDV-dən qaytarılan məbləğləri köçürmüşdür. Xədicənin bu hərəkətləri barədə uzun müddət sonra bilmiş, belə ki, 2020-ci ilin aprel, may, iyun, iyul və avqust ayları ərzində vergi hesabatı aparan zaman mağazada satış əməliyyatları əsassız artdığı üçün vergi borcunun yarandığını görmüş, bu səbəbdən araşdırma aparmış, həmin araşdırmanın nəticəsində Xədicənin 752,768.92 manat əsassız olaraq mağazada kassadan istifadə etməklə satış əməliyyatı etməsi, nəticədə 7,103,87 manat ƏDV-dən qaytarılan məbləği mənimsəməsi məlum olmuşdur. Bu əsassız satış əməliyyatlarına görə onun 28,800 manat vergi borcu yaranmışdır. Həmin borc ilə əlaqədar vergi orqanlarına müraciət etmiş, borcun bir qismi silinmiş, lakin Xədicənin hüquqa zidd hərəkətləri nəticəsində satılmayan mallara görə əlavə olaraq 14,902.84 manat vergi ödəmişdir. Xədicə ona məxsus mağazada işlədiyi müddətdə kassa aparatında işləməmiş, o, mağazanın ikinci mərtəbəsində yerləşən ofisdə operator işləmiş, yəni mağazaya gələn malları kompyuterə işləmişdir. Ona vurulmuş maddi ziyan Xədicə tərəfindən ödənilməmişdir. Mülki iddianın təmin edilməsini və ona qanunvericiliklə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid3 bildirmişdir ki, “3 Qardaş 5 + ” adlanan gündəlik tələbat mallarının satışı mağazasında atası Şahid1 və əmisi Zərərçəkmiş şəxs köməklik edir. “ƏDV Geri Al” xidmətinə görə mağazada satılan məhsulların 18 faiz əlavə dəyər vergisi dövlətə ödənilmiş, ödənilən verginin nəğdsiz ödəniş olanda (plastik kart vasitəsilə ödəniş olanda) 15 faiz olan hissəsi, nəğd ödəniş olanda 10 faiz olan hissəsi müştəriyə qaytarılmalıdır. Həmin mağazada 2020-ci ilin aprel ayından başlayaraq ƏDV qaytarmaq üçün nəzərdə tutulan yeni nəsil “OM metik” markalı kassa nəzarət aparatları quraşdırılmışdır. Həmin dövr ərzində aparatlar yeni quraşdırıldığına görə mağazada olan məhsulların çox hissəsi sistemə yerləşdirilməmiş, bu səbəbdən vergidən yayınma hallarının qarşısını almaq üçün əmisi Vüqar və oğlu Azər gündəlik satılan sistemdə adları olmayan malların qeydiyyatını aparmış, günün sonunda isə satılmış malların dəyərinə uyğun məbləğdə, təxminən gündəlik ortalama 4,000-5,000 manat civarında malları “OM metik” markalı kassa nəzarət aparatında qeydiyyatdan keçirmiş, bunun nəticəsində mağazada gündəlik satılmış sistemdə adları olmayan malların ƏDV-ni dövlətə ödənilmiş, dövlətə ödənilmiş vergi əsasında ƏDV Geri Al alt Sistemində olan hesaba uyğun 15 % ƏDV geri qaytarılmış, geri qaytarılan məbləğ əmisi Vüqarın hesabına yüklənilmişdir. xx.xx.2020-ci il tarixdə gecə saatlarında mağazadan evə gedərkən əmisi oğlu Azərdən gün sonu üçün kassanı bağlayıb-bağlamadığını soruşmuş, Azər də bağlamadığını demiş, dərhal kassaya yaxınlaşıb ZT hesabatını bağlamış və 4,074 manat birdəfəlik çek vurulduğunu görmüşdür. Azərdən bunu edib-etmədiyini soruşmuş, Azərə bu barədə məlumatının olmadığını bildirmişdir. Çeki kassanın qarşısına qoyub evə getmişlər. Əmisi Vüqar kassa aparatında problem olduğu üçün Azəri mağazaya çağırmış, Azər kassa nəzarət aparatını yoxlayarkən müxtəlif yüksək məbləğlərdə çeklərin vurulduğunun şahidi olmuş, bununla bağlı əmisi Vüqara xəbər vermişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kassa nəzarət aparatından vurulan çekəri Xədicə vuraraq ofisə qoymuşdur. Azər iyun ayının ortalarından etibarən çekləri Vergilər Nazirliyində fiskal İD üzrə vurmaq istəsə də sistem artıq həmin çeklərin sistemdə istifadə olunduğunu göstərmişdir. Azər Xədicəni çağıraraq çeklərin sistemə işlənə bilməməsinin səbəbi soruşduqda qayını Elçinin bəzən çekləri sistemə vurmağın mümkün olmadığını söylədiyini bildirmişdir. Azər ZT aparatını götürüb çekləri təkrar yoxlamış, lakin bir şey əldə edə bilməmişdir. Bunun səbəbini yenə Xədicədən soruşmuş, Xədicə də bəzi şirkətlərin ƏDV ödəmədiyi üçün belə halların yarandığını bildirmişdir. Azər kassa nəzarət aparatından çekləri vurarkən Xədicə ona yaxınlaşıb həmin çeklərə görə geri alınması nəzərdə tutulan 15% ƏDV-nin yarısının ona verilməsini tələb etmiş, Azər də ona heç bir məbləğdə pul verməyəcəyini demiş, həmin pulları marketin xərcləri üçün istifadə edəcəyini bildirmişdir. Bundan sonra əmisi Vüqar Xədicəyə kassa nəzarət aparatına toxunmamağı tapşırmış, buna baxmayaraq Xədicə kassa aparatını bir neçə dəfə götürmüşdür. 30 iyul 2020-ci il tarixdə o özü, əmisi Vüqar, əmisi oğlu Azər, Sadiq adlı şəxs və Xədicə ofisdə olan zaman Vüqar Xədicədən nə üçün kassa aparatını götürdüyünü soruşmuş, Xədicə aparatı yoxlamaq üçün götürdüyünü bildirmişdir. Xədicədən nə üçün aparatı hər gün götürdüyünü soruşmuş, Xədicə ZT hesabatının gündəlik olaraq çıxarmadıqlarını bildirmişdir. Hər gün ZT hesabatını çıxardıqlarına görə kamera görüntülərinə baxmış Xədicə tərəfindən gündəlik olaraq müxtəlif saatlarda əmisi Vüqarın və onların mağazada olmadıqları vaxtlarda kassa aparatından satılmayan mallar üzrə satış çeki vurulub 15% ƏDV-nin geri almasını müəyyən etmişlər. Xədicə əmisi Vüqara məxsus mağazada işlədiyi müddətdə kassa aparatında işləməmiş, o, mağazanın ikinci mərtəbəsində yerləşən ofisdə operator işləmişdir. Xədicə özbaşına olaraq əmisindən gizlin mağazada baha qiymətə olan spirtli içkiləri satılmadığı halda çoxlu sayda kassa aparatına vuraraq çeklərini çıxarmış, bunula mağazanın satış dövriyyəsini süni olaraq şişirmişdir. Xədicənin bu hərəkətləri nətyicəsində mağazanın vergi borcu yaranmışdır. Bununla başğlı Xədicəyə heç bir təklif etməmiş, ondan hər hansı məbləğdə pul almamışdır. Şahid2 məhkəmə iclası zamanı Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid4 bildirmişdir ki, 2019-cu ilin oktyabr ayının axırlarından 2020-ci ilin iyun ayınadək Yevlax şəhərində yerləşən “3 qardaş 5+” marketdə satıcı kimi işləmişdir. Mağazada işi malların yığıldığı rəflərə nəzarət etmək, müştərilərə qulluq göstərmək olmuşdur. Xədicə Məmmədovanı 2020-ci ilin fevral ayının sonlarından sonra tanımış, həmin vaxt Xədicə “3 qardaş 5+” marketə işə qəbul olunmuş, Xədicə ilk aylarda kassada köməkçi kimi işləmiş, sonradan ofisdə operator işləməyə başlamışdır. “ƏDV geri al sistemi” barədə məlumatı olmamış, mobil telefonuna bu tətbiq yüklənməmişdir. “ƏDV geri al sistemi”ndən istifadə etməmiş, həmin sistemdən necə istifadə olunması, ƏDV-dən qaytarılan pulların hesaba necə köçürülməsi barədə heç bir məlumatı olmamışdır. Şəxsiyyət vəsiqəsi üzrə heç vaxt “ƏDV geri al sistemi”ndən qeydiyyatdan keçməmişdir. Onun şəxsiyyət vəsiqəsindən istifadə edilərək adından qeydiyyat aparılmışdır. Hesaba köçürülən 6,628.10 manat pul barədə heç bir məlumatı olmamışdır. Şahid5 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə ki, Şahid5 istintaq zamanı bidirmişdir ki, 2008-ci ildən kompyuter ustası kimi Yevlax şəhərində müxtəlif yerlərdə işləmiş, qardaşının arvadı Xədicə Məmmədova (Əhmədova) 2020-ci ilin fevral ayından Yevlax şəhərində yerləşən “3 qardaş 5+” marketdə operator vəzifəsində işləmişdir. 2020-ci ilin may ayının ortalarında, dəqiq tarix yadında qalmayıb, Xədicə onun iş yerinə gəlmiş, həmin vaxt “Techno Store” mağazasında kompyuter ustası işləmiş, Xədicə ona işlədiyi mağazada “ƏDV geri al” sistemindən onun hesabına pul yatırdığını, həmin pulları çaxarmaq üçün ona kart lazım olduğunu demiş, Xədicədən onun hüsabına pulların hansı yolla yükləndiyini soruşmuş, Xədicə işlədiyi mağazada Vüsal müəllim və oğlu Azadın satış çekləri vurduqlarını, həmin çeklərin bir qismini ona verdiklərini, çekləri öz hesabına vurduğunu, məbləği nəğdləşdirmək üçün kart lazım olduğunu demişdir. Xədicədən bu işləri qanuni görüb-görmədiyini soruşmuş, Xədicə bunun qanuni olduğunu, heç bir problemin olmadığını demişdir. Xədicənin sözlərinə inanaraq özünə məxsus “Kapital Banka” aid olan plastik kartının kodunu ona vermiş, təxminən bir-iki gün sonra Xədicə onun yanına gələrək karta pul yüklənildiyini deyərək həmin pulun çıxarılıb ona verməsini xahiş etmiş, Xədicə ilə birlikdə “Kapital Banka” məxsus bankomatın olduğu yerə gedərək bankomatdan dəqiq məbləğ yadında qalmayıb 300-400 manat arası pul çıxarıb Xədicəyə vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda ikiüç dəfə Xədicə ona məxsus plastik kartdan 300-400 manat arası pul çıxarmış, həmin məbləğlər də dəqiq yadında qalmamışdır. Xədicə ona məxsus kartlardan çıxardığı pullardan ona verməmiş, Xədicə ona məxsus plastik kartdan ümumilikdə təxminən 1,000 manata yaxın pul çıxarmış, həmin pulların hamısını özü ona məlum olmayan yerlərə xərcləmişdir. Xədicənin etdiyi qanunsuz əməldən əvvəllər xəbəri olmamış, Xədicə bu barədə 30 iyul 2020-ci il tarixdə özü danışmış, bunan sonra həmin günü Vüqar və Vüsalla görüşüb bununla bağlı söhbət etmiş, Vüsal və Vüqar ona Xədicənin bu hərəkətləri barədə məlumatlarının olmadığını, Xədicənin həmin çekləri özbaşına yüklədiyini demişlər. Şəxsiyyət vəsiqəsinin 6FQ6XZ6 Fin kodu ilə Xədicə “ƏDV geri al” sistemindən qeydiyyatdan keçmiş, 27,714.42 manat satış əməliyyatı aparmaqla ƏDV-nin geri qaytarılması nəticəsində hesabına 306.40 manat pul köçürülmüş, həmin pulların hamısını Xədicə özü almış, ona pul verməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 29 dekabr 2020-ci il tarixli 9/5051 saylı rəyində qeyd olunur ki, “rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan satış əməliyyatlarına dair cədvəl məlumatlarına əsasən “3 Qardaş 5+” marketdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər bir şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu üzrə ümumilikdə 568,277.05 manat məbləğində satış əməliyyatları aparılması və həmin əməliyyatlara görə 4,882.82 manat məbləğində ƏDV-nin geri qaytarılması müəyyən edilir. (cild 1, səh. 231-236) Məhkəmə-mühasibatlıq ekspertizasının 17 may 2021-ci il tarixli 9/2396 saylı rəyində qeyd olunur ki, iş materiallarında olan satış əməliyyatlarına dair cədvəl məlumatlarına əsasən “3 QARDAŞ 5+” marketdən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2C07X8N FİN kodlu şəxsiyyət vəsiqəsi üzrə ümumilikdə 710,663.12 manat məbləğində satış əməliyyatları aparılması və həmin əməliyyatlara görə 6,628.10 manat məbləğində ƏDV-nin geri qaytarılması müəyyən edilir. (1 cild səh. 259-261) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 sentyabr 2020-ci il tarixli, **********771600 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, Dövlət Vergi Xidmətində ********** nömrə ilə qeydiyyatdan keçmiş fiziki şəxs Şahid1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Yevlax şəhəri Nəsimi 1 ünvanında yerləşən “3 QARDAŞ 5+” (obyektin kodu: **********-222003) marketdə qeyd olunan dövr üzrə 2 (iki) kassa fəaliyyət göstərmiş, ********** və ********** nömrəli nəzarət mexanizmi qurğuları vasitəsilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1975 satış əməliyyatı həyata keçirilmiş, hər bir şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu üzrə aparılmış satış əməliyyatları və həmin əməliyyatlar nəticəsində geri qaytarılmış ƏDV-nin məbləğinə dair məlumatlar məktubun əlavəsində təqdim olunmuşdur. (cild 1 səhv 148-199) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xx.xx.2021-ci il tarixli **********719100 nömrəli məktubla təqdim edilmiş CD diskdə yazılmış məlumatlara baxış keçirilmişdir. "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli 157000/2-2116 nömrəli məktubla daxil olmuş ƏDV portalından çıxarışlara baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 sahibkarı olduğu ünvan 3 ünvanında yerləşən “3 QARDAŞ 5+” marketdə olan məhsullar nəzarət kassa aparatlarına vurularaq ümumilikdə 495.860,11 manat məbləğində satış əməliyyatları aparılıb Zərərçəkmiş şəxs məxsus AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin xxxxxxx fin kodu ilə qeydiyyatdan keçirilmiş hesaba 4122,63 manat ƏDV məbləği köçürülmüş, həmin məbləğin bir qismi ilə mobil nömrələrə danışıq konturları yüklənmiş, qalan məbləğlər "xxxx" ASC-yə məxsus plastik kartlara köçürülmüşdür. Ümumilikdə 710.663,12 manat məbləğində satış əməliyyatları aparılıb Şahid4 adına olan AZE 18518467 nömrəli şəxsiyyət vəsiqəsinin surətinin 2C07X8N fin kodu ilə qeydiyyatdan keçirilmiş hesaba 6628,10 manat ƏDV məbləği köçürülmüş, həmin məbləğin bir qismi ilə Məmmədova (Əhmədova) Xədicə İnqilab qızının istifadəsində olmuş ***-***-**-** və ***-***- **-** mobil nömrələrə, həmçinin digər mobil nömrələrə danışıq konturları yükləmiş, qalan məbləğlərin bir qismi Şahid5 məxsus 416974****6769 nömrəli "xxxx" ASC-yə məxsus plastik karta köçürülmüş, qalan məbləğ isə digər "xxxx" ASC-yə məxsus plastik kartlara köçürülmüşdür. Ümumilikdə 27714,42 manat məbləğində satış əməliyyatları aparılıb Şahid5 adına olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin 6FQ6XZ6 fin kodu ilə qeydiyyatdan keçirilmiş hesaba 306,40 manat ƏDV məbləği köçürülmüş, həmin məbləğin bir qismi ilə Məmmədova (Əhmədova) Xədicə İnqilab qızının istifadəsində olmuş ***-***-**- ** mobil nömrəyə, həmçinin digər mobil nömrələrə danışıq konturları yükləmiş, qalan məbləğ isə Şahid5 məxsus 416974****6769 nömrəli "xxxx" ASC-yə məxsus plastik karta köçürülmüşdür. Ümumilikdə 14391,38 manat məbləğində satış əməliyyatları aparılıb Məmmədova (Əhmədova) Xədicə İnqilab qızına məxsus AZE 17138492 nömrəli şəxsiyyət vəsiqəsinin xxxxxxx fin kodu ilə qeydiyyatdan keçirilmiş hesaba 169,37 manat ƏDV məbləği köçürülmüş, həmin məbləğin bir qismi ilə Xədicə Məmmədovanın (Əhmədova) istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrə danışıq konturları yükləmiş, qalan məbləğ isə "xxxx" ASC-yə məxsus plastik kartlara köçürülmüşdür. (cild 2, iş vər. 159-168) Beləliklə, Xədicə Məmmədovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Lakin, təsdiq olunur ki, həmin əməl Xədicə Məmmədova tərəfindən 01 mart 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək olan müddətdə törədilmişdir. Təqsirləndirilən şəxsin istintaqdan yayınması müəyyən edilməmişdir. Cinayət Məcəlləsi: Maddə 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Maddə 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddə 75.3. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət Prosessual Məcəllə: Maddə 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs Xədicə Məmmədovanın ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayət törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyindən və o, özünü təqsirli bilib ərizə təqdim etməklə bu əsasla cinayət təqibinə xitam verilməsinə razılıq verdiyindən məhkəmə hesab edir ki, müddətin keçməsi ilə ona münasibətdə həmin maddələr üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344 və 381- 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət işi üzrə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, müddətin keçməsi ilə bağlı xitam verilsin. X4 həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev Düzdür: Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-4/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-4/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver