Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-75/2021 06.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zavod üsulu ilə 1985-ci il tarixdə istehsal edilmiş, 7,62x54mm kalibrli, “Мосин”, “СВД” konsturksiyalı tüfənglərdə, “ПКМ”, “ПК” əl pulemyotlarında istifadə edilən, istifadə (atəş) üçün yararlı olan, döyüş sursatı hesab edilən bir ədəd patronu qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib yaşadığı Yevlax şəhəri H.Əliyev prospekti 32 nömrəli binanın 3A nömrəli mənzilinin yataq otağında saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2021-ci il tarixdə saat 15:29 dəqiqədən saat 16:02 dəqiqəyədək olan müddət ərzində həmin mənzilə videoçəkilişlə keçirilmiş baxış zamanı yataq otağındakı üç gözlü şkafın üzərindən Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq əldə edib saxladığı döyüş sursatı hesab edilən bir ədəd patron aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, təyinatı üzrə istifadəyə yararlı olan, soyuq silah hesab edilən bir ədəd ov bıçağını qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2021-ci il tarixdə saat 15:29 dəqiqədən saat 16:02 dəqiqəyədək olan müddət ərzində həmin mənzilə videoçəkilişlə keçirilmiş baxış zamanı yataq otağındakı dörd gözlü plastmas şkafın üzərindən Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq əldə etdiyi soyuq silah hesab edilən bir ədəd ov bıçağı aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 4,015 qram miqdarında narkotik vasitə heroini tanışı X2 21 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri H.Əliyev prospekti 32 nömrəli binanın yaxınlığında 70 manata alıb əldə edərək yaşadığı Yevlax şəhəri H.Əliyev prospekti 32 nömrəli binanın 3A nömrəli mənzilin yataq otağında bir ədəd polietilen torbacıqdakı polietilen kəsiyi bükümündə saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2021-ci il tarixdə saat 15:29 dəqiqədən saat 16:02 dəqiqəyədək olan müddət ərzində həmin mənzilə video çəkilişlə keçirilmiş baxış zamanı yataq otağındakı üç gözlü şkafın üzərindən bir ədəd polietilen torbacıqdakı polietilen kəsiyi bükümündə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 4,015 qram miqdarında narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2020-ci ilin əvvəlində o, ilk dəfə olaraq narkotik vasitəheroin istifadə etmişdir. O, az miqdarda heroini gümüşü rəngli, yanmayan, falqa adlanan kağızın arasına qoyub yandırmaqla tüstüsünü ağzı ilə udub bədəninə qəbul etmişdir. Bundan sonra heroin istifadə etmək onun xoşuna gəlmişdir. O, bir neçə dəfə heroin istifadə etdikdən sonra heroin istifadə etməkdən asılı vəziyyətə düşmüşdür. O, hər gün üç dəfə hər dəfə 0,2 miqdarında olmaqla cəmi 0,6 qram miqdarında narkotik vasitə-heroin istifadə etmişdir. O, istifadə etdiyi heroini Yevlax şəhərində yaşamış və 2021-ci ilin yanvar ayının əvvəlində vəfat etmiş X2 almışdır. Sonuncu dəfə o, Cəfərdən 21 dekabr 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Yevlax şəhəri H.Əliyev prospekti 32 nömrəli binanın yaxınlığında heroin almışdır. Həmin vaxt Cəfər onun yaşadığı binanın yaxınlığına gəlmişdir. O, Cəfərlə görüşmüşdür. Cəfər ona xəstə olduğunu, bir bükümdə heroinin olduğunu, daha heroin istifadə edə bilmədiyini, satıb əldə etdiyi pulla özünə dərman almaq istədiyini demişdir. Cəfər cibindən bir ədəd sellofan büküm çıxarıb ona göstərmişdir. O, sellofan bükümdə heroin olduğunu görmüşdür. Cəfər heroinin miqdarının təxminən iki qram olduğunu və 70 manata ona satacağını demişdir. O, heroini istifadə etmək məqsədi ilə almağı qərara almışdır. O, Cəfərə 70 manat pul vermiş və bir ədəd sellofan bükümündə olmuş heroini almışdır. Lakin Cəfər onun yanında heroinin miqdarını tərəzi ilə çəkməmiş, o, da heroinin miqdarını tərəzi ilə çəkməmişdir. O, heroinin miqdarının həqiqətən də iki qram miqdarında olduğunu bilməmişdir O, heroinin miqdarının təxminən iki qram olduğunu hesab etmişdir. Bundan sonra Cəfər getmişdir. O, heroini yaşadığı mənzilə aparmış və yatdığı otaqdakı üç gözlü şkafın üstünə qoymuşdur. 2020-ci ilin dekabr ayının sonlarında o, aldığı heroinin 0,2 qram hissəsini götürüb istifadə etmişdir. O, heroinin qalan hissəsini yataq otağındakı şkafın üstündə saxlamışdır. 2021-ci ilin yanvar ayının əvvəlində o, Cəfərin xəstəlikdən vəfat etdiyini eşitmişdir. O, narkomaniyadan müalicə olunmaq qərarına gəlmişdir. O, müalicəyə gedənədək təxminən 15 gün ərzində heroinin hamısını istifadə edib qurtarmaq, bundan sonra heroin istifadə etməmək qərarına gəlmişdir. Bundan başqa o, 2020-ci ilin oktyabr ayında Yevlax şəhər Mərkəzi Xəstəxanasının həyətindən bir ədəd pulemyot patronu tapmışdır. Həmin patronun forması, rəngi onun xoşuna gəldiyi üçün patronu götürüb saxlamaq qərarına gəlmiş, patronu yaşadığı mənzilə aparmış və yataq otağında saxlamışdır. Həmin patron təzə, istifadə edilməmiş vəziyyətdə olmuşdur. Bundan başqa o, bir il əvvəl Yevlax rayonu Aşağı Qarxun kəndindən keçən Kür çayının kənarından bir ədəd böyük ölçüdə bıçaq tapmışdır. Bıçaqdan ət kəsən zaman istifadə etmək əlverişli olduğu üçün o, həmin bıçağı götürüb yaşadığı evə aparmış və saxlamışdır. O, heroini, bir ədəd patronu və bir ədəd bıçağı 07 yanvar 2021-ci il tarixədək yaşadığı mənzildə, özünə məxsus yataq otağında saxlamışdır. Həmin tarixdə saat 15:30 radələrində o, anası və ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmuşdur. Həmin vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlib qanunsuz olaraq narkotik vasitə saxladığını, mənzilə baxış keçirəcəklərini demişlər. O, polis əməkdaşlarının baxış keçirməsinə etiraz etməmişdir. Anası Zeynab öz adından və onun adından baxışın keçirilməsinə etirazlarının olmaması barədə ərizə yazmışdır. Polis əməkdaşları video çəkilişlə onun yaşadığı mənzilə baxış keçirmişlər. Baxış zamanı o, özünə məxsus yataq otağındakı heroini, bir ədəd patronu və bir ədəd bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları mənzilin digər otaqlarına da baxış keçirmiş, başqa hər hansı bir narkotik vasitə və ya əşya, predmet aşkar edilməmişdir. Polis əməkdaşları aşkar etdikləri heroini, bir ədəd patronu və bir ədəd bıçağı götürmüşlər. Polis əməkdaşları onu Gəncə şəhərində yerləşən polis idarəsinə aparmışlar. O, şübhəli şəxs qismində tutulmuş və vəkillə təmin edilmişdir. 08 yanvar 2021-ci il tarixdə axşam saatlarında o, Yevlax rayon polis şöbəsinə gətirilmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2020-ci ilin əvvəlində o, oğlu Turalın narkotik vasitə heroin istifadə etdiyini bilmişdir. O, Turala iradını bildirmiş, iki uşağının olduğunu, özünə, uşaqlarına, ona rəhminin gəlməsini, narkotik vasitə istifadə etməməsini bildirmişdir. Tural ona müalicə olunmaq istədiyini, müalicə olunduqdan sonra narkotik vasitə istifadə etməyəcəyini demişdir. O, Turala sistem iynələri almış, Tural bir müddət ərzində müalicə olunmuşdur. Lakin Tural yenə də narkotik vasitə istifadə etmişdir. O, Turalın narkotik vasitəni haradan əldə etdiyini və kimdən aldığını bilməmişdir. O, Turalın yaşadığı evdə narkotik vasitə istifadə etdiyini görməmiş, Tural onun yanında narkotik vasitə istifadə etməmişdir. 2021-ci ilin yanvar ayının əvvəlində Tural ona 19 yanvar 2021-ci il tarixdə Bakı şəhərində yerləşən Narkoloji kabinetə gedib müalicə alacağını demişdir. 07 yanvar 2021-ci il tarixdə saat 15:30 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə olmuşdur. Həmin vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək oğlu Turalın mənzildə qanunsuz olaraq narkotik vasitə saxladığını, mənzilə baxış keçirəcəklərini demişlər. O, polis əməkdaşlarının baxış keçirməsinə etiraz etməmişdir. O, öz adından və Turalın adından baxışın keçirilməsinə etirazlarının olmaması barədə ərizə yazmışdır. Polis əməkdaşları video çəkilişlə mənzilə baxış keçirmişlər. Baxış zamanı Tural yatdığı otaqdakı üç gözlü şkafın üstündən kiçik ölçüdə bir ədəd sellofan torbada olmuş heroini və bir ədəd pulemyot patronunu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Tural heroinin və patronun özünə məxsus olduğunu, narkotik vasitə istifadəçisi olduğunu, heroini istifadə etmək məqsədi ilə əldə edib saxladığını, patronu isə Vətən müharibəsi zamanı əldə edib bəzək əşyası kimi saxladığını demişdir. Bundan sonra Tural həmin otaqdakı dörd gözlü plastmas şkafın üzərində olmuş böyük ölçüdə bir ədəd bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Tural bıçağı təxminən bir il əvvəl gətirib evə qoymuşdur. Tural həmin bıçağı Kür çayının sahilindən tapdığını demişdir. Polis əməkdaşları aşkar edilmiş heroini, bir ədəd patronu və bir ədəd bıçağı götürmüşlər. Polis əməkdaşları mənzilin digər otaqlarına da baxış keçirmiş, başqa hər hansı bir narkotik vasitə, əşya, predmet aşkar edilməmişdir. Polis əməkdaşları Turalı Gəncə şəhərinə aparmışlar. İki gün sonra o, Turalın Yevlax rayon polis şöbəsi tərəfindən həbs edildiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Tural onun qardaşıdır. 2020-ci ilin mart ayında o, Turalın gecələr yatmadığını müşahidə etmişdir. O, Turaldan nə səbəbə yatmadığını soruşmuşdur. Tural ona narkotik vasitə-heroin istifadə etdiyini, bu səbəbdən də yuxusunun olmadığını demişdir. O və anası Turala heroin istifadə etməsi ilə bağlı irad bildirmiş, daha heroin istifadə etməməsini tapşırmışlar. Tural narkotik vasitə istifadə etməyə aludəçiliyinin yarandığını, heroin istifadə etmək istəmədiyini, lakin iradəsinin çatmadığını demişdir. Tural müalicə olunmaq qərarına gəldiyini, müalicə olunduqdan sonra narkotik vasitə istifadə etməyəcəyini demişdir. X7 ev şəraitində bir neçə dəfə müalicə etdirmişdir. “Covid-19” pandemiyası ilə əlaqədar olaraq Bakı şəhərinə girişçıxış bağlandığı üçün onlar Turalı Bakı şəhərində yerləşən Narkoloji xəstəxanaya yerləşdirə bilməmiş və Turalın müalicəsi mümkün olmamışdır. Karantin tədbirlərinin müddəti 18 yanvar 2021-ci il tarixədək uzadıldığı üçün onlar Turalı 19 yanvar 2021-ci il tarixdə Narkoloji xəstəxanaya aparmağı planlaşdırmışlar. Tural 2020-ci il ərzində heroin istifadə etməkdə davam etmişdir. Tural onun və ya digər ailə üzvünün yanında, gözləri qarşısında heroin istifadə etməmişdir. 07 yanvar 2021-ci il tarixdə saat 15:30 radələrində o, Tural, anası Zeynab və bütün ailə üzvləri yaşadıqları mənzildə olmuşlar. Həmin vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək Turalın mənzildə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, həmin məlumatı yoxlamaq məqsədi ilə mənzilə baxış keçirəcəklərini demişlər. Anası, o və digər ailə üzvləri polis əməkdaşlarının baxış keçirməsinə etiraz etməmişlər. Polis əməkdaşları video çəkilişlə onun yaşadığı mənzilə baxış keçirmişlər. Baxışda anası Zeynab və qardaşı Tural iştirak etmişdir. Polis əməkdaşları mənzilə baxış keçirdikdən sonra Turalı götürüb aparmışlar. Anası Zeynab ona polis əməkdaşlarının Turalın yataq otağından narkotik vasitə olan bir büküm heroin, bir ədəd patron və bir ədəd bıçaq aşkar edib götürdüklərini demişdir. İki gün sonra o, Turalın Yevlax rayon polis şöbəsi tərəfindən həbs edildiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Tural onun əridir. 2020-ci ilin əvvəlində o, Turalın narkotik vasitə-heroin istifadə etdiyini bilmişdir. O, Turala heroinə aludə olacağını, heroin istifadə etməməsini demişdir. Lakin Tural ona məhəl qoymamış və heroin istifadə etməyə davam etmişdir. Tural heroini ondan gizlin şəkildə istifadə etmişdir. Bundan başqa Tural 2020-ci il tarixdə bir ədəd patron və bir ədəd bıçaq taparaq əldə etmiş, həmin əşyaları yaşadığı mənzildə yataq otağında saxlamışdır. 07 yanvar 2021-ci il tarixdə günorta saatlarında o, ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə olmuşlar. Həmin vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin əməkdaşları onların yaşadığı ünvana gələrək baxış keçirmişlər. O, polis əməkdaşlarının Turala məxsus bir ədəd patron, bir ədəd bıçaq və bir büküm heroin aşkar edib götürdüklərini bilmişdir. Polis əməkdaşları Turalı tutub aparmış və həmin vaxtdan Tural həbs edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 07 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur.( İ cild iş vər. 25-26); şəxsi axtarış və götürmə haqqında 07 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mənzilin yataq otağından ümumi çəkisi 4,36 qram narkotik vasitə heroin, 01 ədəd uzunluğu 7,5 sm olan avtomat patronu, 01 ədəd uzunluğu 57 sm olan bıçaq aşkar olunaraq götürülmüşdür. (İ cild iş vər. 36-38); məhkəmə-ballistik ekspertizasının 08.01.2021-ci il tarixli 16/25 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə 1985-ci ildə istehsal edilmiş, 7,62x54mm kalibrli, “Мосин”, “СВД” konsturksiyalı tüfənglərdə, “ПКМ”, “ПК” əl pulemyotlarında istifadə edilən patrondur, döyüş sursatı hesab edilir və istifadə (atəş) üçün yararlıdır. Tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,50 manatdır. ( İ cild iş vər. 49-51); məhkəmə kimyəvi ekspertizasının 08.01.2021-ci il tarixli 16/26 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “07.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin otağından götürülmüş narkotik vasitə heroinə bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdə, 1 (bir) ədəd polietilen torbacıqdakı, polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,015 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi - 0,1 qram, qalıq 3,915 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 manatdır. (İ cild iş vər. 53-55); Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (İ cild iş vər. 112-116); maddi sübut kimi tanınma haqqında 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, tədqiqatdan sonra qalan çəkisi 3,915 qram miqdarında narkotik vasitə - heroin, bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd patron və bir ədəd sintetik kisədə qablaşdırılmış bir ədəd ov bıçağı maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (İ cild iş vər. 66-67); məhkəmə narkoloji ekspertizasının 03 aprel 2021-ci il tarixli 337 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ cild iş vər. 6 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05.02.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (İ cild iş vər.147-148); AZE 11653318 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı- 23.04.2010-cu il təvəllüdlü uşağı vardır. (İ cild iş vər.156); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM-59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun əvvələr də cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, islah olunmamasını və yenidən cinayət əməlini törətməsini onun şəxsiyyətini səciyyələndirən mənfi hal kimi nəzərə alır. Şəxsin təqsirləndirildiyi maddəllərin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzalara münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin olunarkən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəza saxlanılmalı(CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə- heroinin qalığı, 01 ədəd patron və 01 ədəd ov bıçağı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 3,915 qram miqdarında narkotik vasitə-heroin, bir ədəd patron və bir ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-75/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-75/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver